Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2396/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “Azneft” İstehsalat Birliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh “Azneft” İstehsalat Birliyinə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-643/2023 nömrəli iş üzrə 09 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasın da baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı istehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət-ölçü cihazları xidmət sahəsi struktur bölməsi üzrə istehsalat proseslərinin avtomatlaşdırılması qrupu xidmət sahəsində “XXX” NQÇİ-də 5-ci dərəcəli dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru vəzifəsində işə qəbul edilmişdir.
2. Əmək müqaviləsinin 3.1-ci bəndinə görə, iddiaçının əmək funksiyasına yüksəktezlikli sıxlıq sisteminin, yarımkeçirici aparatların, özüyazan teleavtomatikanın və elektronik qeydedici cihazların və kabel zəncirlərinin, mürəkkəb statik avadanlığının istismar-texniki xidməti və təmiri xidmət olunan avadanlıqda nasazlığın aşkar edilməsi və aradan q aldırılması daxildir.
3. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, bu funksiyalardan hər hansı birinin və ya bir neçəsinin dəyişdirilməsinə, habelə işçiyə əlavə funksiyaların daxil edilməsinə yalnız tərəflərin razılığı ilə yol verilir. 4. xx.xx.2022-ci il tarixdə işəgötürənin SOCAR**********00070020B00056 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azneft” İB XXX NQÇİ-nin xx.xx.2021-ci il tarixli SOCAR**********00070020B00056 nömrəli əmrinin qanunsuz hesab edilərək ləğv olunmasını, onun “Azneft” İB XXX NQÇİ-nin istehsal proseslərini n avtomatlaşdırılması və nəzarət-ölçü cihazları sahəsinin istehsalat proseslərinin avtomatlaşdırılması xidmət sahəsində 5-ci dərəcəli elektrik montyoru vəzifəsinə bərpa olunmasını, xx.xx.2022-ci tarixdən işə bərpa olunacağı günə qədər olan müddət ərzində məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddianın əsaslarına görə, o, 1996-cı ildən XXX NQÇİ-də işləyir. Uzun illərdir ki, XXX NQÇİ-nin İPA və NÖC-nin xidmət sahəsində 5-ci dərəcəli elektrik montyoru vəzifəsində işləyir. İşlədiyi müddət ərzində heç bir nöqsanı və ya xəbərdarlığı olmayıb. Əksinə, xidmət sahəsinin tabelini, anbarın hesabatını həmişə o tərtib edib. 2020-ci il sentyabr ayının 12-si imtahan olmuş və keçid balı 50 olduğu halda, o, 81,5 bal yığmışdır. 2019-cu ildən M oskvanın “Sinerqiya” maliyyə-sənaye universitetində qiyabi formada təhsil alır, hal-hazırda 3-cü kursdadır. Əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilən və qanunda nəzərdə tutulmuş hallara tərəfindən heç bir vaxt yol verilməmiş və işlədiyi müddət ərzində həmişə işəgötürənin mənafeyini əsas tutaraq vəzifə borcunu ləyaqətlə yerinə yetirmiş, əmək haqqı alaraq ailəsinin maddi təminatını təmin etmişdir. Onun peşəsi üzrə ştat sayı 16 ştat vahidindən 6 ştat vahidinə kimi azaldılmışdır. Qiymətləndirmə zamanı onun qiymətləndirməsi 81.5% olmuşdur. İddiaçı ilə guya eyni balı toplayan X3 arasında seçim aparılmaq zərurəti yarandığından peşə sınaq imtahanına cəlb olunmuşlar. Müvafiq komissiya tərəfindən X1 bacarıqları daha yüksək qiymətləndirilmiş və bu səbəbdən ona xəbərdarlıq bildirişi təqdim edilmişdir. İşçinin peşəkarlıq səviyyəsini əsas götürərkən nəzərə alınan meyarlardan biri olan iş təcrübəsi 27 ilə yaxındır. Təhsil göstəricisinə gəldikdə isə ali təhsil alır, 3-cü kursdadır. 31 may-02 iyun 2022-ci il tarixlərdə XXX NQÇİ-nin rəhbər işçiləri və rəis XXX onu dənizdə işlə təmin etmək istədiklərini bildirdilər. O, israrla bildirdi ki, onun səhhəti dənizdə işləməyə imkan vermir. “XXX”dən “oturaq sinirin neyropatiyası” diaqnozu ilə xəstəlik məzuniyyətində olmuşdur. Həmçinin revmatizması vardır. Uzun təhdidlərdən sonra onu razı sala bilmədiklərini əmək müqaviləsini xx.xx.2022-ci il tarixdən ləğv ediblər. O, qanunsuz olaraq işdən çıxarılarkən orta aylıq əmək haqqı 600 manat idi. Qanunun tələbi baxımından işdən çıxarıldığı gündən, yəni xx.xx.2022-ci il tarixdən başlayaraq qətnam ə icra olunan günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı ona ödənilməlidir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1484/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Süleymanova) iddia təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə 02 iyun 2022-ci il tarixdə həm əmrin, həm də Həmkarlar İttifaqı Komitəsinin razılığının verilməsi ilə bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə görə HİK özünün yazılı qərarını 10 gün müddətində işəgötürənə təqdim etməlidir. Qanunvericilikdə əmrin verilməsi tarixi ilə HİK-nin yazılı qərarının verildiyi tarixin eyni günə təsadüf etməsinə heç bir qadağa yoxdur. Məhkəmə onu da qeyd edir ki, Həmkarlar İttifaqının protokolu xx.xx.2022-ci il tarixdə tərtib o lunmuş, lakin iddiaçının Həmkarlar İttifaqının iclasında iştirakı təmin edilməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə bu əsasla xitam verilməsinə dair həmkarlar ittifaqının müvafiq razılığının olub-olmaması ilə bağlı qanunvericiliyin tələbinə əsasən həmkarlar ittifaqı tərəfindən yazılı formada tərtib olunmuş əsaslandırılmış qərar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, həmin məsələ ilə bağlı ümumiyyətlə həmkarlar ittifaqının hər hansı iclası keçirilməmiş, sadəcə formal olaraq iclas protokolu tərtib olunmuşdur. Göründüyü kimi işəgötürən tərəfindən əmək qanunvericiliyinin həmkarlar ittifaqının razılığının alınması ilə bağlı tələbi pozulmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, əmək müqaviləsinin 3.1-ci bəndinə əs asən İddiaçı əmək funksiyasına yüksəktezlikli sıxlıq sisteminin, yarımkeçirici aparatların, özüyazan teleavtomatikanın və elektronik qeydedici cihazların və kabel zəncirlərinin, mürəkkəb statik avadanlığının istismar-texniki xidməti və təmiri xidmət olunan avadanlıqda nasazlığın aşkar edilməsi və aradan qaldırılması daxildir. Müqavilənin 3.2-ci bəndinə əsasən bu funksiyalardan hər hansı birinin və ya bir neçəsinin dəyişdirilməsinə, habelə işçiyə əlavə funksiyaların daxil edilməsinə yalnız tərəflərin razılığı ilə yol verilir.... İş materiallarından görünür ki, eyni bal toplamış elektrik montyoru vəzifəsində işləmiş namizədlərin sahə üzrə praktiki bacarıqlarının qiymətləndirilməsi zamanı əmək müqaviləsində qeyd edilən əmək funksiyasından kənar tapşırıq verilmişdir. Məhkəmə iddiaçı tərəfində n iddia müddətinin ötürüldüyünə dair cavabdehin nümayəndəsi və vəkilinin dəlilləri ilə razılaşmır. Məhkəmə hesab edir ki, iddiaçı mediasiyaya müraciət etdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş olsa belə, iddiaçının ilkin olaraq xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etdiyi nəzərə alınmalıdır.” b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti vermişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və C.Musayeva) 2(103)-643/2023 nömrəli iş üzrə 09 fevral 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, idd ia rədd edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Cavabdehin nümayəndəsinin təqdim etdiyi ştat cədvəllərindən mübahisəsiz qaydada aydın olur ki, iddiaçının peşəsi üzrə 16 ştat vahidi mövcud olmuş, ixtisardan sonra həmin vəzifə üzrə cəmi 6 ştat vahidinin qalması müəyyən edilmişdir. 12. 6 ştat vahidi üzrə 16 nəfər dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru peşəsi üzrə reytinq siyahısında İddiaçı və X3 eyni bal toplayaraq 6-cı sırada yerləşdiyindən praktiki bacarıqların yoxlanması üçün peşə sınaq imtahanı keçirilmiş və nəticədə X3 daha yüksək bal topladığı üçün onunla əmək münasibətlərinin davam etdirilməsi qərara alınmışdır.... Birinci instansiya məhkəməsi iddianı təmin edərkən eyni bal toplamış elektrik montyoru vəzifəsində işlə miş namizədlərin sahə üzrə praktiki bacarıqlarının qiymətləndirilməsi zamanı əmək müqaviləsində qeyd edilən əmək funksiyasından kənar tapşırıq verildiyinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin müəyyən edilən hallarına zidd sayır. Belə ki, “XXX” Neft və qazçıxarma İdarəsinin rəisi XXX tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli Dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyorunun Peşə Təlimatında elektrik montyorunun iş xüsusiyyətləri sadalanmış, məhkəmə baxışı zamanı iddiaçıya qiymətləndirmə zamanı əmək müqaviləsində qeyd edilən əmək funksiyasından kənar tapşırıq verilmədiyi müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli “namizədin sahə üzrə praktiki bacarıqlarının qiymətləndirilməsi” vərəqəsindən görünür ki, iddiaçı 5 fərqli praktiki tapşırığın nəticəsində ortalama balı 2,6 olmaqla (hidravlik çəki indikatorunun quraşdırılması üzrə 2, telemexanika xətlərinin korroziyadan təmizlənməsi üzrə 2, induktiv qüvvə vericisinin dəyişdirilib təmizlənməsi üzrə 2, teleözəyin dəyişdirilib təmizlənməsi üzrə 5, telemexanika xətlərində qəzaların ləğvi üzrə 2 balla) qiymətləndirilmişdir. Beləliklə, müəyyən edilir ki, qiymətləndirmə zamanı iddiaçıya verilən tapşırıq 5-ci dərəcə elektik montyorunun Peşə Təlimatına uyğun olmuşdur. Birinci instansiya məhkəməsi iddianı rədd etmə əsaslarından biri kimi, həmçinin Həmkarlar İttifaqı tərəfindən yazılı formada tərtib olunmuş əsaslandırılmış qərarın cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyi, Həmkarlar İttifaqının iclasının keçirilmədiyi, iclas protokolunun formal tərtib olund uğuna istinad etmişdir. Halbuki, apellyasiya baxışı zamanı təqdim olunmuş və cavabdeh şirkətin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə, saat 10.30-da keçiriləcək Həmkarlar İttifaqı Komitəsinin iclası barədə məlumat verilmiş və o, saat 10.00 radələrində HİK-nə gəlmiş, lakin iclasda iştirak etməkdən imtina edərək çıxıb getmişdir. Beləliklə, mübahisələndirilən əmrin məzmunundan göründüyü kimi iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən “Azneft” İB “XXX” NQÇİ-nin xx.xx.2020-ci il tarixli SOCAR**********00040020A00135 nömrəli əmri və yeni təsdiq edilmiş ştat cədvəli, Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli protokolu əsas götürülmüşdür. Yəni, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəllə sinin 80-ci maddəsinin tələblərinə əməl olunmuş və əmək müqaviləsinə xitam verilməsi üçün Həmkarlar İttifaqı Komitəsinin qabaqcadan razılığı alınmışdır.”
13. Apellyasiya instansiyası məhkəməsi gədiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12, 68, 70, 71, 77, 80, 83 və 296-cı maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayətinin dəlillərinə görə, Əmək Məcəlləsinin 57- ci maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən işçinin əmək funksiyasının - əmək müqaviləsində nəzərdə tutulan, bir v ə ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən, iddiaçının əmək funksiyasına yüksəktezlikli sıxlıq sisteminin, yarımkeçirici aparatların, özüyazan teleavtomatikanın və elektronik qeydedici cihazların və kabel zəncirlərinin, mürəkkəb statik avadanlığının istismar-texniki xidməti və təmiri xidmət olunan avadanlıqda nasazlığın aşkar edilməsi və aradan qaldırılması daxildir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən bu funksiyalardan hər hansı birinin və ya bir neçəsinin dəyişdirilməsinə, habelə işçiyə əlavə funksiyaların daxil edilməsinə yalnız tərəflərin razılığı ilə yol verilir. Lakin, buna baxm ayaraq cavabdeh iddiaçıya əmək funksiyalardan kənar iş görməyi tapşırmışdır. Bu hal xx.xx.2020-ci il tarixdəki test imtahanlarının nəticələrindən 8 ay sonra cavabdehin “keçirdiyi peşə sınaq imtahanı” zamanı baş vermişdir. Bu hal da xüsusilə vurğulanmalıdır ki, sahə üzrə praktiki bacarıqların “qiymətləndirmə”si zamanı iddiaçıya əmək müqaviləsində qeyd edilən əmək funksiyasından kənar tapşırıq verilmişdir. Belə ki, iddiaçıya qadın cinsinin nümayəndəsi olmasına baxmayaraq, o, fiziki cəhətdən uyğun olmayan tapşırığı yerinə yetirməyə cəlb edilmiş, işıq dirəyinə çıxıb, naqili oradan açmaq tapşırılmışdır. Apellyasiya məhkəməsi mübahisəli qətnaməsində “İddiaçının vəzifə təlimatı” kimi “XXX” Neft və qazçıxarma idarəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2022- ci il tarixli Dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyorunun Peşə Təlimatına istinad etmiş və bununla da iddiaçıya qiymətləndirmə zamanı əmək müqaviləsində qeyd edilən əmək funksiyasından kənar tapşırıq verilmədiyini qeyd etmişdir. Halbuki, Təlimatın qəbul edilmə tarixinə baxılmaqla asanlıqla bunun hazırkı mübahisədən sonra qəbul edildiyini müəyyən etmək olar. Cavabdeh iddiaçının işdən çıxarılma əmrini xx.xx.2022-ci il tarixdə qəbul etmiş, bəhs edilən Təlimat isə göründüyü kimi xx.xx.2022-ci il tarixdə təsdiq edilmişdir. Bundan əlavə, belə bir Təlimatın olması ilə bağlı iddiaçının heç bir məlumatı olmamış və ola da bilməzdi, çünki artıq həmin tarixdə işdən qeyri-qanuni olaraq azad edilmişdi. Digər və ən əsas məsələ isə həmin qeyd edilən Təlimat cavabdeh tərəfindən birinci instansiya məhkəməsində sübut qismi ndə təqdim edilməmişdir. Eyni zamanda, Təlimatın apellyasiya instansiya məhkəməsinə nə zaman təqdim edilməsi və onun nədən ibarət olması iddiaçıya məlum olmamışdır. Ümumiyyətlə, cavabdeh bütün məhkəmə proseslərində (istər birinci, istərsə də apellyasiya instansiya məhkəməsində) hər hansı vəzifə təlimatının olması, onun iddiaçıya verilməsi və İddiaçı tərəfindən imzalanması barədə hər hansı bir sübut təqdim etməmişdir. Apellyasiya məhkəməsi qətnaməsində məhkəmə prosesi zamanı cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli aktın təqdim edildiyindən bəhs edir. Halbuki, apellyasiya instansiyası məhkəməsi cavabdehin həmin aktı birinci instansiya məhkəməsində təqdim etmədiyini əsas gətirərək, xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə prosesi zamanı aktı sübut qismində işə qəbul etməkdən imtina etm işdir. Eyni zamanda, qarşı tərəfin qeyd edilən aktın tərtib edilməsi ilə bağlı şahidlərin dindirilməsi barədə vəsatətini də təmin etməmişdir. Lakin, sonradan məhkəmənin hansı səbəbdən qəbul etmədiyi akta qətnamədə istinad etməsi anlaşılan deyil və kobud prosessual pozuntudur. Qeyd olunan tarixdə (xx.xx.2023-cü il) keçirilən məhkəmə prosesinə dair materiallara baxmaqla bunu asanlıqla müəyyən etmək olar. Hesab edir ki, məhkəmə prosesində sübut kimi qəbul edilməyən və işə alınmasından imtina edilən akta sonradan istinad edilməsi və əsas kimi göstərilməsi qəbuledilməzidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı cavabdehin etirazının dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına uyğun olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır; İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 18. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə
11. İşəgötürənin əsas hüquqları
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; Maddə
68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; Maddə
70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; Maddə
71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
1. İşçilərin sayı azaldılar kən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür;
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; Maddə
77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları
1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi; Maddə
80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir;
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin h əmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunu n üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəy yən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyə tli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğ v edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin; Maddə 418.6. Hü ququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “A.Səlimzadənin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasını n 2 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərar: “... məhkəmə qətnaməsinin qanunvericiliyin tələblərinə əməl olunmadan çıxarılması həmin qətnaməni ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.” “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etm əlidir.” “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərar: “Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin tələblərə hansı qaydada baxılması məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MPM-in 372.5-ci maddəsinə həmin Məcəllənin 372.1, 372.2, 372.3 və 372.4-cü maddələrinin kontekstində baxılmalıdır. MPM-in 372-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərildiyi kimi apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini MPM-in 371 və 372-ci maddələri müəyyən edir. Bu hədləri üç qrupa bölmək olar: ● yeni və əlavə sübutların təqdim olunmas ında məhdudiyyətlər; ● məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri; ● birinci instansiya məhkəməsi tərəfindən işə baxılmanın predmeti olmayan yeni tələblərin təqdim edilməsinin qadağan olunması. Yeni və əlavə sübutların təqdim edilməsi üçün bir sıra halların mövcud olması vacibdir: ● işə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanın olmamasının sübut edilməsi. Yeni və əlavə sübutu təqdim etmənin mümkünsüzlüyünü sübut etmək yükü bu sübutların yoxlanılmasına dair vəsatət vermiş şəxsin üzərinə düşür; ● yeni və əlavə sübutların yoxlanılmasına dair vəsatətin subyekti işdə iştirak edən istənilən şəxs, onun nümayəndəsi, həmçinin mübahisələndirilən aktla hüquqlarına toxunulan, yəni apellyasiya şikayətilə müraciət et miş şəxs ola bilər; ● yeni və əlavə sübutlar aidiyyət və mümkünlük tələblərinə cavab verməlidirlər. Əgər sübutlar işin hallarına aid deyildirsə və ya qanunun tələblərinə uyğun olaraq mümkünsüzdürsə onlar qəbul oluna bilməzlər; ● apellyasiya məhkəməsi sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini üzrlü hesab etsin. Apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanmasında məhdudiyyətlər ölkəmizdə natamam apellyasiyanın olmasına dəlalət edir. Tam apellyasiyadan fərqli olaraq natamam apellyasiya zamanı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini əvəz etmir, onun vəzifəsi birinci instansiyada işin mahiyyətinə aid olmayan hallardan təmizlənmiş və apellyasiya şikayətinin həcmində mübahisənin predmetinə baxılmasından i barətdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, yeni tələb birinci instansiya məhkəməsi tərəfindən baxılmadığı üçün apellyasiya instansiyası məhkəməsi işi bu tələb üzrə həll etmək və bununla da birinci instansiya məhkəməsini əvəzləmək hüququna malik deyildir.”
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nət icəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun; Bənd
7. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; Bənd
17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı kassasiya şikayətində irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
25. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə qanunsuz və düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən məlum olur ki, həmin məhkəmə birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticəni iki əsasla qəbul etməmişdir: 1) eyni bal toplamış elektrik montyoru vəzifəsində işləmiş namizədlərin sahə üzrə praktiki bacarıqlarının qiymətləndirilməsi zamanı iddiaçıya əmək müqaviləsində qeyd edilən əmək funksiyasından kənar tapşırıq verilməmişdir; 2) Həmkarlar İttifaqının iclası keçirilmişdir.
28. Birinci əsasla bağlı apellyasiya instansiyası məhkəməsi “XXX” Neft və qazçıxarma idarəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli Dispetçer avadanlığı və teleavtomatikanın elektri k montyorunun Peşə Təlimatına istinad etsə də, diqqətdən qaçırmışdır ki, iddia ilə mübahisə edilən əmrin tarixi xx.xx.2022-ci ildir. Başqa sözlə, cavabdehin xx.xx.2022-ci il tarixli əmrinin qanuniliyinə hüquqi qiymət verərkən Məhkəmə həmin əmrdən 6 ay sonra qəbul edilmiş Təlimata istinad etmişdir.
29. İkinci əsasa dair apellyasiya instansiyası məhkəməsi öz qətnaməsinin 47-ci bəndində qeyd etmişdir ki, cavabdeh şirkətin əməkdaşları tərəfindən tərtib olunmuş, iddiaçıya xx.xx.2022-ci il tarixdə saat 10.30-da keçiriləcək Həmkarlar İttifaqı Komitəsinin iclası barədə məlumatın verilməsi və onun saat 10.00 radələrində HİK-ə gəlməsi, lakin iclasda iştirak etməkdən imtina edərək çıxıb getməsi barədə xx.xx.2022-ci il tarixli akt apellyasiya baxışı zamanı təqdim olunmuşdur.
30. Halbuki, MPM-in 372.2- ci maddəsi məhkəmələrdən imperativ qaydada tələb etmişdir ki, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
31. Konstitusiya Məhkəməsi Plenumunun bu qərarın 22-ci bəndində istinad olunan xx.xx.2012-ci il tarixli Qərarında da məsələyə şərh verilərək, göstərilmişdir ki, yeni (əlavə) sübutların təqdim edilməsi üçün işə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanının olmaması sübut edilməli və apellyasiya məhkəməsi sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini üzrlü hesab etməlidir.
32. Lakin işdən gö rünür ki, qeyd olunan sübutetmə yükü cavabdeh, sübutun təqdim edilməmə səbəblərinin üzrlülüyünün yoxlanması vəzifəsi isə apellyasiya instansiyası məhkəməsi tərəfindən yerinə yetirilməmişdir.
33. Məhkəmə kollegiyası bildirir ki, MPM-in normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin, ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək, onun əsa s mahiyyətinə toxunmamalıdır.
34. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir.
35. MPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və sair amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də sübutların işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməsi ilə bağlı məhdudiyyətin müəyyən edilməsidir.
36. O da nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyin bu tələbi prosessual qənaət prinsipini qorumağa yönəlməklə yanaşı, mülki mühakimə icraatının fundamental prinsiplərindən olan dispozitivlik və çəkişmə prinsipləri ilə bağlıdır. Dispozitivlik prinsipi isə işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir.
37. Məhkəmə kollegiyası bu kontekstdə, həmçinin, qeyd edir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanara q hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək, bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə xx.xx.1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İns an hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Konstitusiya Məhkəməsinin Plenumu da bir sıra qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiy ini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
38. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticənin qəbul edilməməsinin hər iki əsasına haqlı olaraq etiraz etmişdir.
39. Kassasiya şikayətinin xx.xx.2022-ci il tarixli Peşə Təlimatının da apellyasiya baxışı zamanı təqdim olunması (iş vərəqi 212), Həmkarlar İttifaqının xx.xx.2022-ci il tarixli qərarının (i.v. 110) Əmək Məcəlləsinin 80.2-ci maddəsinin tələbinə zidd olaraq əsaslandırılmaması və sahə üzrə praktiki bacarıqların qiymətləndirilməsi zamanı iddiaçıya tərəflər arasında bağlanmış əmək müqaviləsinin 3.1-ci bəndində qeyd edilən əmək funksiyasından kənar tapşırıq verildiyi barədə dəlilləri də əsaslı olmuşdur.
40. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.
41. İşə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən bu Qərarın 2941-ci bəndlərində müzakirə edilən hallar və bild irilən hüquqi mövqelər işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, qeyd edilən hallara qanunvericiliyin tələblərinə müvafiq qaydada aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
42. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.
43. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-643/2023 nömrəli iş üzrə 09 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılmaq üçün həmin apellyasiy a instansiyası məhkəməsinə göndərilsin. İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.