Məhkəmə qərarları › İş №2(102)-2397/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2397/2025

12.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2397/2025 12.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X9rşı iş üzrə QƏRARİ Açar sözlər: işçilərin və ştatların ixtisarı, işçinin peşəkarlıq səviyyəsi, işdə saxlanmağa üstünlük hüququ, həmkarlar ittifaqı, həmkarlar ittifaqının razılığı, işə bərpa, məcburi işburaxma üçün əmək haqqının ödənilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əziağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X9rşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1614/2025 nömrəli, 15 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 12 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı xx.xx.2015-ci il tarixdən 356-K saylı əmrə əsasən "xxxx" ASC-də işə başlamışdır. xx.xx.2017-ci il tarixdən isə iddiaçı “Təmir-tikinti şöbəsinin mühəndisi” vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət X7 fəaliyyətini təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X20 yaradılmışdır. Daha s onra, "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X18 tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixli Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubu ünvanlanmış, Azərbaycan Dövlət X7 29 may 2024-cü il tarixli, 002/F nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X17 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidinin xx.xx.2024-cü il tarixindən ixtisara düşdüyü və bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən onunla bağlanmış əmək müqaviləsinin 6 təqvim həftəsindən sonra ləğv ediləcəyi barədə məlumat verilmişdir.

2. Azərbaycan Su Təsərrüfatı X4 Respublika Komitəsi "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X13 ünvanladığı xx.xx.20 24-cü il tarixli, 3-53-3-/2-2693/2024 saylı məktuba cavab olaraq xx.xx.2024-cü il tarixli məktubu ilə ştat vahidinin ixtisarı ilə əlaqədar siyahıda adları qeyd olunan işçilərin (o cümlədən mühəndis İddiaçı) əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. 3. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 xx.xx.2024- cü il tarixli, 674-K nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsi, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X17 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən xx.xx.2024-cü il tarixdə ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instan siya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞnin İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli 674-K nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması, məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh müəssisənin xx.xx.2024-cü il tarixli 674-K nömrəli əmri qanunsuz və qərəzli olduğundan ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli, ona məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməl idir. İddiaçıya ünvanlanmış xəbərdarlıq məktubunda qeyd edilmiş müddət bitdikdən sonra ona heç bir yeni iş təklifi edilmədən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin” İdarə Heyətinin sədrinin xx.xx.2024-cü il tarixli 674-K nömrəli əmr ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat vahidi ixtisar edildiyinə görə) xitam verilmişdir. İddiaçıya Agentliyin tabeçiliyində olan digər müəssisədə - “X5 Müdiriyyəti” X17də ştat ixtisarından əvvəlki tutduğu Tikinti-təmir şöbəsinin mühəndisi vəzifəsinə uyğun başqa iş təklif edilə bilərdi. Lakin buna baxmayaraq, işəgötürən tərəfindən iddiaçının tutduğu ştat ixtisar edilən zaman heç bir tədbir görülməmiş, ona müəssisədə və ya Agentliyin tabeliyində olan digər müəssisələrdə iş təklif edilməm iş, onun (başqa) işlə təmin edilməsinin mümkünlüyü nəzərə alınmamışdır. Hazırkı mübahisə üzrə ştat ixtisarı ilə bağlı əmrdə heç bir əsaslandırma aparılmamışdır. Həmçinin, iddiaçının rəhbərlik etdiyi Tikinti-təmir şöbəsində mühəndis vəzifəsini tutan İddiaçı ixtisar edilmiş, digər işçilər isə işdə saxlanılmışdır. Həm təcrübi, həm də nəzəri bilikləri baxımından iddiaçının peşəkarlıq səviyyəsi işdə saxlanılan digər işçilərdən yüksək olmuşdur. Azərbaycan Dövlət X7 tabeliyində “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X17 İdarə Heyətinin sədri Köçərli Həsənovun xx.xx.2023-cü il tarixli 397 nömrəli əmri ilə “səmərəli fəaliyyətinə görə” İddiaçı Fəxri Fərman verilmişdir. Həmçinin iddiaçı Azərbaycan Respublikasının dövlət suverenliyi uğrunda döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı statusuna malikdir. Azərbaycan Su Təsərrüfatı X2 Respublika Komitəsinin sədri Akif Məmmədov tərəfindən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞnin İdarə heyətinin sədri Köçərli Həsənova ünvanlanmış xx.xx.2024-cü il tarixli 71 nömrəli “əmək müqaviləsinə xitam verilməsi haqqında” cavab məktubunda göstərilmişdir ki, siyahıda adları göstərilmiş şəxslərlə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə həmkarlar ittifaqı komitəsinin heç bir etirazı yoxdur. Həmkarlar İttifaqı Respublika Komitəsi qərar qəbul etmək əvəzinə işəgötürənə məktub ünvanlamışdır. Məktubda heç bir iclas protokoluna və ya qərara istinad yoxdur. xx.xx.2024-cü il tarixli 71 nömrəli məktubuna baxılsa aydın olar ki, həmin məktub Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, məktub da heç bir əsaslandırma yoxdur və məktub formal olaraq tərtib edilmişdir. Həmkarlar ittifaqı bu məsələ ilə bağlı iddiaçını məlumatlandırmamış və araşdırma aparmadan, heç bir iclas keçirilmədən cavabdeh müəssisəyə razılıq məktubu ünvanlamışdır. Məktubda həmkarlar ittifaqının iclasının keçirilməsi, iclasda kimlərin iştirak etməsi, iclas qərarının neçə səs çoxluğu ilə qəbul edilməsi ilə bağlı heç bir məlumat göstərilməmişdir. Bu da özlüyündə məktubun əsaslandırılmadan tərtib edildiyini, əslində faktiki olaraq heç bir iclasın keçirilmədiyini və iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvinin müzakirə edilmədiyi göstərir.

6. İddia ərizəsi Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci və 3-cü hissələrinə, 78-ci maddəsinin 1-ci hissəsinə, 78.2-ci, 185-ci maddəsinə, 80-ci maddəsinin 2-ci hissəsinə ist inad edilməklə əsaslandırılmışdır.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddia tələbinin qəbul etmətərək izahatında göstərmişdir ki, işçilərin Su-tikinti müəssisəsinə yerləşdirilməsi məsələsinə "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X18 tərəfindən heç bir fikir bildirilməmişdir. İddianın rədd edilməsini xahiş edir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5156/2024 saylı 4 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı müvafiq həmkarlaq ittifaqı təşkilatının üzvü olmuşdur. Belə olduğu təqdirdə ƏM-nin 80.1ci maddəsinin tələbi nəzərə alınmaqla, işçi ilə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulan əsasla xitam veri lməzdən əvvəl müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalı idi. İş materiallarında olan Azərbaycan Su Təsərrüfatı X4 Respublika Komitəsinin "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X15 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubla İddiaçı əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilməsinə razılığın verilməsi qeyd edilsə də, bu razılıq qanunauyğun hesab edilə bilməz.

10. Məhkəmə qeyd etmişdir ki, "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X13 Azərbaycan Su Təsərrüfatı X4 Respublika Komitəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubla, Azərbaycan Dövlət X7 xx.xx.2024-cü il tarixli, 002/F nömrəli əmri ilə "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X17 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən siyahıda adı göstərilən işçilərin tutduqları vəzifə üzrə ştat cədvəli ixtisar olunduğundan qoşmada adları qeyd edilən işçilərin Əmək Məcəlləsinin 80-ci maddəsinə əsaslanaraq əmək müqavilələrinin ƏM-nin 70-ci maddəsinin b bəndinə müvafiq olaraq ləğv edilməsinə razılıq verilməsini xahiş etmiş, Azərbaycan Su Təsərrüfatı X4 Respublika Komitəsi isə həmin məktuba cavab olaraq, xx.xx.2024-cü il tarixli məktubu ilə ştat vahidinin ixtisarı ilə əlaqədar siyahıda adları qeyd olunan işçilərin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Sözügedən razılıq Həmkarlar ittifaqı təşkilatının qanunvericilikdə nəzərdə tutulan əsaslandırılmış yazılı qərarı kimi qiymətləndirilə bilməz. Buradan da müəyyən etmək o lar ki, Azərbaycan Su Təsərrüfatı X4 Respublika Komitəsi heç bir zəruri araşdırma aparmadan razılıq vermişdir və həmin razılıq formal xarakter daşıyır.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Su Təsərrüfatı X4 Respublika Komitəsinin Nizamnaməsinin 3.6-cı bəndindən görünür ki, onun fəaliyyəti və davranışı məsələsinə baxılarkən həmkarlar ittifaqının yığıncaqlarında, həmçinin həmkarlar ittifaqı orqanlarının iclaslarında şəxsən iştirak etmək həmkarlar ittifaqı üzvünün hüquqlarından biridir. Lakin buradan görünən odur ki, Azərbaycan Su Təsərrüfatı X4 Respublika Komitəsi üzvləri olan hazırki iş üzrə iddiaçının əmək müqaviləsinə xitam verilməsi məsələsinə baxarkən onun iştirakını təmin etməmiş, təmin etməməklə yanaşı qərəzli mövqe nümayiş etdirərək razılıq məktubunda işçinin ƏM-nin 70-c i maddəsinin b bəndinə əsasən işdən çıxarılmasını zəruri edən halları əsaslandırmamışdır. Məktubunda Azərbaycan Dövlət X7 xx.xx.2024-cü il tarixli, 002/F nömrəli əmri ilə "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X17 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən siyahıda adı göstərilən işçilərin tutduqları vəzifə üzrə ştat vahidi ixtisara düşdüyünü formal şəkildə qeyd etmişdir. Azərbaycan Su Təsərrüfatı X4 Respublika Komitəsinin Nizamnaməsinin 3.6-cı bəndində işçinin hüquqlarının qorunmasını təmin etmək üçün işçinin iştirakının təmin edilməsi də əlavə olaraq normada öz yerini tapmışdır. Cavabdeh isə işçinin işdən çıxarılmasına razılıq verilməsi məsələsinə həmkarlar ittifaqında baxılması zamanı işçinin iştirakının təmini üçün zəruri tədbirlər görməmişdir. İclas keçiriləcəyi təqdir də onun yeri və vaxtı barədə işçi məlumatlandırılmalı idi. Lakin belə bir iclasın təşkil olunması isə öz təsdiqini tapmamışdır.

12. Məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X18 İddiaçı Tikinti-təmir şöbəsinin mühəndisi vəzifəsi üzrə ştat vahidinin ixtisara düşəcəyi və 6 təqvim həftəsindən sonra işdən azad ediləcəyi barədə xəbərdarlığı xx.xx.2024-cü il tarixli məktubla etmişdir. Cavabdeh İddiaçı da daxil olmaqla ştat vahidinin ixtisarı ilə bağlı işçilərin əmək müqavilələrinə ƏM-nin 70-ci maddəsinin b bəndinə müvafiq olaraq ləğv edilməsinə razılığın verilməsi ilə bağlı məktubu isə komitəyə xx.xx.2024-cü il tarixdə ünvanlamışdır. Qeyd edilən hal da bir daha öz təsdiqini tapmışdır ki, komitənin razılığının alınması formal xarakter daş ımışdır. Əks təqdirdə cavabdeh ilkin olaraq müvafiq komitənin razılığını almalı, daha sonra İddiaçı Tikinti-təmir şöbəsinin mühəndisi vəzifəsi üzrə ştat vahidinin ixtisara düşəcəyi və 6 təqvim həftəsindən sonra işdən azad ediləcəyi barədə xəbərdarlıq etməli idi.

13. Qeyd edilənləri nəzərə alaraq məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş müvafiq komitənin cavadehə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunu həmkarlar ittifaqı təşkilatının razılığı kimi qəbul etməmişdir.

14. Məhkəmə həmçinin Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən qeyd etmişdir ki, hazırkı mübahisə üzrə ştat ixtisarı ilə bağlı əmrdə heç bir əsaslandırma aparılmamışdır. İddiaçı tərəf iddia edir ki, iddiaçının rəhbərlik etdiyi Tikintitəmir şöbəsində mühəndis vəzifəsini tutan İddiaçı ixtisar edilm iş, digər işçilər isə işdə saxlanılmışdır. Qeyd edilən faktın dəqiqləşdirilməsi ilə bağlı hakimin verdiyi suala cavab olaraq cavabdehin nümayəndəsi bildirmişdir ki, onda bununla bağlı məlumat yoxdur. Verilmiş cavabdan da görünən odur ki, cavabdehin nümayəndəsi qeyd edilən faktı inkar etməmiş, sadəcə onda bununla bağlı məlumat olmadığını bildirmişdir. Məlumdur ki, ixtisaslılıq işçinin müəyyən mürəkkəblik səviyyəsinə malik əmək funksiyasını yerinə yetirməsinə imkan verən hazırlıq səviyyəsidir, yəni işçinin zəruri nəzəri biliklərə və praktik təcrübəyə malik olmasıdır. Göründüyü kimi həm təcrübi, həm də nəzəri bilikləri baxımından iddiaçının peşəkarlıq səviyyəsi işdə saxlanılan digər işçilərdən yüksək olmuşdur. Azərbaycan Dövlət X7 tabeliyində “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 7 İdarə Heyətinin sədri Köçərli Həsənovun xx.xx.2023-cü il tarixli 397 nömrəli əmri ilə “səmərəli fəaliyyətinə görə” İddiaçı Fəxri Fərman verilmişdir. Həmçinin iddiaçı Azərbaycan Respublikasının dövlət suverenliyi uğrunda döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı (vəsiqə №032421) statusuna malikdir. Nəticə etibarı ilə hazırkı mübahisə üzrə işçinin peşəkarlıq səviyyəsi və müharibə iştirakçısı olması nəzərə alınmamışdır. Azərbaycan Dövlət X7 xx.xx.2024-cü il tarixli, 002/F nömrəli əmrindən görünür ki, Agentliyin tabeliyindəki "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X17 strukturu və ştat cədvəlinin təsdiq edilməsi, "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X17 işçilərinin say həddinin 7700 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 180 ştat vahidi müəyyən edilməsi, ştat cədvəlinə uyğun əməkdaşların yerləşdirilməsi barədə təkliflərini bir ay müddətində Aparatın rəhbərinə təqdim edilməsi əmr edilmişdir. Görünən odur ki, ştat cədvəlinə uyğun əməkdaşların yerləşdirilməsi zamanı İddiaçı "xxxx" ASC-də 8 il 8 ay 7 gün əmək stajının olması, peşəkarlıq səviyyəsi, müharibə iştirakçısı olmasından irəli gələn üstünlük hüququ nəzərə alınmamışdır.

15. Azərbaycan Dövlət X7 xx.xx.2024-cü il tarixli əmri ilə təsdiq edilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 Aparatının Ştat cədvəlində “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 Aparatının strukturunda Təmir-tikinti şöbəsinin olmamasına baxmayaraq İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 Aparatının strukturunda analoji işə keçirilə bilərdi. Belə ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 Aparatının Ştat cədvəlində müxtəlif sektor və şöbələrdə mühəndis vəzifəsi mövcuddur.

16. Məhkəmə Azərbaycan Respublikası Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsi; Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3.8, 68.2, 74.1, 154 və 296-ci maddələrinə, “Əmək haqqının mühafizəsi haqqında” BƏT-nin 1949-cu il tarixli Konvensiyasına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 115, 119.1 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan X16 Ağentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx"ASC-nin çevrilmə formasında yenidən təşkil yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X18 yaradılmışdır. Azərbaycan Dövlət X7 29 may 2024-cü il tarixli 002/1 nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin strukturu təsdiq edilmişdir. Həmin əmrə əsasən X17 ştat vahidlərinin sayı 14.000-dən 7.700–dək azaldılmış, PHŞ-nin aparatının ştat vahidi isə 180 olmuşdur. Qeyd olunan əmrə istinadən iddiaçıya xx.xx.2024-cü il tarixli ştat v ahidinin ixtisara düşməsi barədə xəbərdarlıq təqdim edilmişdir. Daha sonra iddiaçının əmək müqaviləsinin ləğv edilməsinə münasibət bildirilməsi barədə Azərbaycan Su təsərrüfatı X2 Respublika Komitəsinə xx.xx.2024-cü il tarixli 3-53-3/2-2693/2024 nömrəli müraciət ünvanlanmış və Həmkarların xx.xx.2024-cü il tarixli 71 nömrəli cavabında əmək müqaviləsinin ləğvinə etiraz edilmədiyi bildirilmişdir. Əmək qanunvericiliyinin tələblərinə əsasən iddiaçıya işaxtarması üçün şərait yaradılmış, əmək müqaviləsi ləğv edildikdən sonra müvafiq ödənişlər tam şəkildə həyata keçirilmişdir. Cavabdeh Əmək Məcəlləsinin 77-ci maddəsi üzrə tələblərə riayət etmiş, iş üzrə həmkarların razılığını almış, əmək haqqını, müavinətini və əlavə ödənişlərini vaxtında etmişdir. Bu faktlar iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Həmçinin Azərbaycan Respublikası Dövlət X7 29 may 2024-cü il tarixli 002/F nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X17 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən iddiaçının tutduğu vəzifə üzrə ştat vahidi ixtisara düşmüş, ümumilikdə şöbə ləğv edilmişdir. Yəni ki, yeni strukturda iddiaçının mühəndis olduğu şöbə nəzərdə tutulmamışdır. Agentlik mərkəzi icra hakimiyyəti orqanıdır və onun ştat vahidləri müvafiq orqan tərəfindən müəyyən və təsdiq edilir. Yəni, səhmdar cəmiyyətlərdən fərqli olaraq istənilən zaman ştat vahidinin açılması və bağlanması qeyri-mümkündür. Bu əsaslı faktlara məhkəmə tərəfindən hüquqi qiymət verilməmiş, iddiaçı əsassız olaraq işə bərpa edilmişdir. Azərbaycan Respublikası Dövlət X7 2024-cü il 29 may tarixli 002/f nöm rəli əmr ilə təsdiq edilmiş İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X17 struktuna əsasən İddiaçı Təmir-Tikinti şöbəsində tutduğu mühəndis (vəzifəsi) ştat vahidi ixtisara düşmüş, ümumilikdə şöbə ləğv edilmişdir. Bu səbəbdən iş üzrə onun peşəkarlığının olub-olmaması əhəmiyyət kəsb etmir. İş təklifi ilə bağlı məsələyə gəldikdə qətnamədə qeyd olunan “X5 Müdiriyyəti” PHŞ cavabdehə tabeçiliyi olmayan qurumdur. Ona cavabdehin hər hansı bir təsir etmək ona göstəriş vermək səlahiyyəti yoxdur. Ümumiyyətlə bu məzmunlu işlərdə işçiyə iş təklif edilməsi ilə bağlı Əmək Məcəlləsi işəgötürənin üzərinə öhdəlik qoymamışdır. Belə hallarda işçiyə iş təklif edilməsi işəgötürənin vəzifəsi deyil, hüququdur. Həmçinin, iş materiallarında olan sübutlardan göründüyü kimi şöbə ümumilikdə ləğv edildiyi üçün müəy yən vəzifələr üzrə peşakarlıq səviyyəsinin daha yüksəyinə malik olan əməkdaşın seçilməsində və saxlanılmasında da heç bir öhdəlik yaranmır. İddiaçının əmək müqaviləsinin ləğv edilməsinə münasibət bildirilməsi barədə müvafiq komitəyə xx.xx.2024cü il tarixli 3-53-3/2-2693/2024 nömrəli müraciət ünvanlanmış və Həmkarların xx.xx.2024cü il tarixli 71 nömrəli cavabında əmək müqaviləsinin ləğvinə etiraz edilmədiyi bildirilmişdir. Əlavə olaraq bildirmişdir ki, Əmək Məcəlləsinin 19-cu maddəsinin 2-ci bəndinə əsasən Həmkarlar İttifaqlarının hüquqları, vəzifələri və səlahiyyətləri «Həmkarla İttifaqları haqqında» Azərbaycan Respublikasının Qanunu və onların nizamnamələri ilə müəyyən edilir. “Həmkarlar İttifaqları haqqında” Qanunun 1-ci maddəsinə əsasən həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsa l sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən həmkarlar ittifaqları dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmayıb, onlara hesabat vermirlər. Dövlət orqanlarının və vəzifəli şəxslərin həmkarlar ittifaqlarının hüquqlarının məhdudlaşdırılmasına səbəb olan və ya onların nizamnamələri çərçivəsində qanuni fəaliyyətlərinə maneçilik törədən hər cür müdaxiləsi qadağandır. Qanunun tələbindən göründüyü ki mi həmkarlar ittifaqları müstəqil təşkilatdır və onun fəaliyyətinə müdaxilə etmək qadağandır. Odur ki, yığıncaqların təşkili, keçirilməsi, iclasda iştirak edəcək şəxslərin dairəsinin müəyyən edilməsi və əsaslandırılmış yazılı qərarın verilməsi, yəni razılığın verilməsinin formasını müəyyən etmək həmkarlar ittifaqının səlahiyyətlərinə aiddir. Bu fəaliyyətə cavabdeh tərəfindən qanunvericiliyin tələbinə əsasən müdaxilə edə bilməz. Hesab edir ki, məhkəmənin bununla bağlı gəldiyi nəticə əsassız və qanunsuz olmuşdur.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1614/2025 nömrəli, 15 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva - sədrlik edən və məruzəçi, Fuad Babayev və Fuad Abdıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnam əsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə manasibət bildirərək aşağıdakıları qeyd etmişdir:

21. İşçilərin sayının və ya ştatların işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsinə dair məsələnin həlli cavabdeh-hüquqi şəxsin diskresion səlahiyyətlərinə aiddir. Belə ki, müəssisə istehsalın və idarəçiliyinin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq məqsədilə öz strukturunu və ştat tərkibini müstəqil surətdə müəyyən etmək hüququna malikdir. İşçi ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ləğv olunduqda və bununla bağlı məhkəmə mübahisəsi yarandıqda işə baxan məhkəmə əmək münasibətlərinə xitam v erilərkən qanunvericiliyin tələblərinə riayət olunub-olunmaması, işəgötürənin özünün diskresion səlahiyyətlərindən qərəzli şəkildə istifadə edib-etməməsinə dair məsələləri nəzərdən keçirməlidir.

22. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funskiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür. İxtisar real olmalıdır. İxtisarın real olduğunu aşağıdakı sənədlərin məcmusu təsdiq edir: ixtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi b arədə əmr, işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının yazılı qərar formasında qabaqcadan əsaslandırılmış razılığı, işçiyə ixtisar olunacağı barədə əvvəlcədən məlumat verildiyini təsdiq edən işçinin imzası olan sənəd və ya xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının müvafiq misli miqdarında ödənilməsi barədə işçinin yazılı razılığı və belə ödənişin edildiyini təsdiq edən sənəd, xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd), ixtisar olunan hər bir işçinin əm ək müqaviləsinə xitam verilməsi barədə əmr, işdən çıxarılacaq işçilərin peşəsini, ixtisasını və əmək haqqının məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilən xəbərdarlıq müddətindən az olmayaraq əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat.

23. Beləliklə də, bu xarakterli mübahisənin qanuni həlli baxımından göstərilən əsasla əmək müqaviləsinə xitam verilərkən işçilər üçün müəyyən edilmiş təminatları aydınlaşdırmağı və iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən bu təminatlara əməl edilib-edilməməsinə diqqət yönəlməsi zəruri hesab olunur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən işçilər üçün müəyyən təminatlar müəyyən edil mişdir. Bu hal, həmçinin dövlətin vətəndaşların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq sahəsində sosial siyasətinin əsas istiqamətlərindən irəli gəlir.

24. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən müvafiq qanun pozuntularına yol verilməsi aşkar edilmişdir. Belə ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmamış, ixtisarın məqsədəuyğunluğu məsələsi əsaslandırılmamış, nəticələri barədə sənədlər tərtib olunmamış, həmkarlar ittifaqı təşkilatının yazılı qərar formasında qabaqcada əsaslandırılmış razılığı alınmamış, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verildiyi müəyyən edilməmiş, iddiaçının işdə qalmaqda üstünlük hüquqlarının müqayi səli analizi aparılmamış, işlədiyi şöbənin digər mühəndislərindən fərqli olaraq ona – doqquz illik stajı olan mühəndisə, müharibə veteranına ixtisas səviyyəsinə uyğun başqa vəzifədə işləməklə əmək münasibətlərinin davam etdirilməsi təklif edilməmişdir.

25. Belə ki, birinci instansiya məhkəməsində işə baxılan zaman təqdim edilmiş iş materiallarından başqa cavabdeh tərəfindən apellyasiya baxışı zamanı təqdim edilmiş məlumatdan görünür ki, iddiaçı ilə eyni şöbədə mühəndis vəzifəsində işləyən X12 Bakı Sukanal İdarəsinin Su təsərrüfatı qurğularında mexaniki avadanlıqların təmir, qəza-bərpa quraşdırma sahəsində, aparıcı mühəndis vəzifəsində işləyən X8 – X10 İdarəsinin Təchizat və Təsərrüfat şöbəsində, mühəndis vəzifəsində işləyən X3 Bakı Sukanal İdarəsinin Su kanalizasiya şəbəkələrinin sahəsində işlə təmin olunmuşdur.

26. Qeyd edilən hallar isə ona dəlalət edir ki, iddiaçının işlədiyi müəssisədə ixtisar tədbirləri həyata keçirilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyi ilə işəgötürənə aid edilən hüquqlardan sui-istifadə hallarına yol verilmişdir. Belə ki, işəgötürən, fəaliyyəti üçün iddiaçının icra etdiyi funksiyalara hazırda zərurətin qalmamasını, yeni ştat cədvəlində bu funksiyaları həyata keçirən başqa vəzifələrin mövcud olmamasını, iddiaçının yeni ştat cədvəlində göstərilən mühəndis vəzifələrinin hər hansına uyğun gəlməməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edil məsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır.

29. Kassasiya şikayəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 19-cü maddəsinin 2-ci hissəsinə, 71-ci maddəsinin n1-ci hissəsinə, 78-ci maddəsinin 1-ci hissəsinə, “Həmkarlar ittifaqları haqqında” Qanunun 1-ci və 5-ci maddələrinə istinad edərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

31. Maddə 11 (bənd “ə”). İşəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixti sar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır.

32. Maddə

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: -b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə.

33. Maddə 71 (hissə 1). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

34. Maddə 76 (hissə 2). Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

35. Maddə 77 (hissə 4). İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,5 misli əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Maddə 78 (hissə 1). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

36. Maddə

79. İ şəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

37. M addə 80 (hissə 1). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

38. Maddə 300 (hissə 1). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifə sinə bərpa edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

43. Maddə 407.2. Kassasiya şikayətində i şin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş material larında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelly asiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

48. Cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X17 kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Apellyasiya məhkəmə si haqlı olaraq hesab etmişdir ki, cavabdehin iddiaçının mülkiyyətində olan 58,2 kv metr torpaq sahəsini hasara alması və orada tikinti aparması iddiaçının razılığı ilə olmuşdur, hətta bu barədə notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi vardır. Bu vəziyyətdə iddiaçı Cəmilli Elnur Muxtar oğlunun cavabdehin 0,00508 ha hissəsində inşa etdiyi evin bir hissəsinin sökülməsi və torpaq sahəsinin ona təhvil verilməsi tələbini irəli sürməsi hüquqdan sui-istifadə dəyərləndirilməlidir.

49. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

50. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə bax arkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X20 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1614/2025 nömrəli iş üzrə 15 aprel 2025-c i il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar