Məhkəmə qərarları › İş №2(102)-2399/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2399/2019

15.04.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2399/2019 15.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.12.2018-ci il tarixli, 2(103)-12065/2018 nömrəli qətnaməsindən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin vəkili Zamanov Gülbala Sabir oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsi nin (hakim R.Həsənov) 14.09.2018-ci il tarixli, 2(010)4957/2018 nömrəli qətnaməsi ilə Ərizəçi maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı “əmək stajının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilərək, Ərizəçi 1970-ci ilin iyul ayından 1974-cü ilin may ayınadək və həmçinin 1976-cı ilin iyul ayından 1993-cü ilin iyul ayınadək Ağdam rayonunda Meyvə-tingliyi sovxozunda fəhlə işləməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Kazımov, T.Səmədov, İ.Şirinov) 14.12.2018-ci il tarixli, 2(103)-12065/2018 nömrəli qətnaməsi ilə maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmayaraq, iş üzrə Bakı şəhəri Suraxa nı rayon Məhkəməsinin 14.09.2018-ci il tarixli, 2(010)4957/2018 nömrəli qətnaməsinin maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin apelyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: Ərizəçi maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı “əmək stajının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə 10.07.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, onun 1970-ci ilin iyul ayından 1974-cü ilin may ayınadək və həmçinin 1976-cı ilin iyul ayından 1993-cü ilin iyul ayının 23 -dək, ümumi olmaqla 20 il 10 ay müddətində işləməsi ilə yaranmış əmək stajının olmasına dair faktlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 1970-ci ilin iyul ayından 1974-cü ilin may ayınadək və həmçinin 1976-cı ilin iyul ayından 1993-cü ilin iyul ayınadək ***** rayonunda ********** işləməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ərizəçi Dövlət Sosial Müdafi ə Fondunun Suraxanı rayon şöbəsinə ona pensiya təyin olunması barədə müraciət etsə də, aparılmış araşdırma nəticəsində onun sosial sığorta stajının olmadığı müəyyən edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.12.2018-ci il tarixli, 2(103)-12065/2018 saylı qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin səlahiyyətli nümayəndəsi, vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Ərizəçi məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, xx.xx.1954-cü ildə Ağdam rayonunun ******** kəndində anadan olmuş Ərizəçi orta məktəbi 8-ci sinifini bitirdikdən sonra, yəni 1970-ci ilin iyul ayında, Ağdam Meyvə - tingliyi sovxozuna işə qəbul olunmuşdur. 1974-ci ilin may ayında sovet ordusuna hərbi xidmətə cağrılmış, 2 il müdd ətində hərbi qulluqda olub 1976-cı ildə hərbi xidmətdən tərxis olunmuşdur. 1976-cu ilin iyul ayından Ağdam meyvə-tingliyi sovxozuna yenidən işə qəbul edilib, fasiləsiz olmaqla 1993-ci ilin iyul ayının 23-dək, yəni Ağdam rayonunun işğalına qədər Ağdam rayonunda Meyvə-tingliyi sovxozunda fəhlə işləmişdir. Ərizəçi məxsus əmək kitabçası və digər hüquq müəyyənedici sənədləri məcburi köçdüyü vaxt ekstermal və naməlum şəraitdə itmişdir. Ərizəçi əmək pensiyası rəsmiləşdirmək üçün Azərbaycan Respublikası DSMF-nun Suraxanı rayonu şöbəsinə etdiyi müraciəti təmin olunmayaraq məhkəmə qaydasında əmək stajı faktını müəyyən edilməsi tövsiyyə olunmuşdur. Apellyasiya kollegiyası qeyd etmişdir ki, ərizəçinin istinad etdiyi dövrdə ****** rayonunda ************* işləməsi, həmin sovxozda işləmiş şahidlər ifadəl əri ilə təsdiq olunur. Şahid ifadələrini mötəbər sübut kimi qəbul edilməməsi üçün əsaslar olmalıdır. Belə ki, məlum hadisələrlə (Ağdam rayonunun işğal olunması ilə bağlı) əlaqədar ərizəçinin yaxud onunla birlikdə qeyd olunan sovxozda işləmiş şahidlərin əmək kitabçalarını özləri ilə gətirmək imkanının olmaması inandırıcı və ağlabatandır. Çünki, ərizəçi yaxud şahidlər işlədikləri ərazinin işğal olacağını qabaqcadan güman edə və buna inana bilməzdilər. Bu hala şübhə ilə yanaşmaq da əsaslı olmalıdır. Həmçinin şahid ifadələrini təkzib edən hər hansı sübut müəyyən edilməmiş, bu ifadələrin sübut kimi qəbul olunmasını istisna edən hallar da mövcud olmamışdır. Digər tərəfdən, maraqlı şəxsin verdiyi apellyasiya şikayətinin məzmunu ziddiyyətli olmaqla (1-ci abzası) həm də qeyri-müəyyəndir. Çünki, şik ayətdə qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsi göstərilsə də, buna dair hər hansı bir dəlil göstərilməmişdir. Yəni, qətnamənin niyə ləğv edilməsi və ərizənin niyə rədd edilməli olduğu açıqlanmamışdır. Maraqlı şəxsin nümayəndəsi də apellyasiya baxışına gələrək apellyasiya şikayəti ilə əlaqədar hər hansı bir fikir bildirməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ərizənin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, lazımi qaydada əsaslandırmaqla iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, iddiaçı tərəfin kassasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmış, bununla bağlı hər hansı sübut təqdim edilməmiş, apelyasiya şikayətinin dəliləri ilə eynilik təşkil edən dəlillərə isə apelyasiya instansiyası məhkəməsi hüquqi və qanuni qiymət vermişdir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta sta jı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafıq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafıq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçularm, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddə tləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının Kollegiyasının 14.12.2018-ci il tarixli, 2(103)-12065/2018 nömr əli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar