Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-24/2020 19.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh 3 Kontoruna qarşı, “xxxx” ASC müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə, “mirasın qəbul edilmə faktının, miras üzrə payların müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi” barədə ilkin, Cavabdeh2 və X12 (onun adından qanuni nümayəndəsi Cavabdeh2) İddiaçı və Cavabdeh 3 Kontoru na qarşı “payların müəyyən edilməsi və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair qarşılıqlı iddialarına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8296/2019 saylı, 20 iyun 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı və vəkili X10 oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2(004)671/2019 saylı qətnaməsi ilə (hаkim X.B.Məhərrəmova) ilkin və qarşılıqlı iddialar qismən təmin edilərək, İddiaçı 05.08.2016-cı il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakı faktiki qəbul etməsi faktının müəyyən edilməsi, X. ünvanında yerləşən mənzilinin və X.1 ünvanında yerləşən mənzilinin hər birinin X12 3/6 hissədə, İddiaçı 2/6 his sədə, Cavabdeh2 1/6 hissədə paylarının müəyyən edilməsi və onların paylarına uyğun vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin Cavabdeh 3 Kontorunun üzərinə qoyulması, ilkin və qarşılıqlı iddiaların qalan hissələrdə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8296/2019 saylı, 20 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov, İ.Ə.Kərimli) İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 fevral 2019cu il tarixli, 2(004)-671/2019 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. İşin halları: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh 3 Kontoruna qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məh kəməyə müraciət edərək, mərhum qızı X4 miras qalmış ünvan 1 ünvanında yerləşən 43 nömrəli mənzilin və ünvan 2nvanında yerləşən 73 nömrəli mənzilin miras əmlak kimi onun tərəfindən qəbul olunması faktının müəyyən olunması, həmin mənzillərin 1/2 hissəsi üzərində onun, digər 1/2 hissəsi üzərində X12 miras payının müəyyən olunması və buna dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 43 nömrəli mənzil mərhum qızı X5 adına rəsmiləşdirilsə də, əslində həmin ev onun, yəni İddiaçı vəsaiti hesabına alınmışdır. Lakin qızının adına rəsmiləşdirilmişdir. Belə ki, onun oğlan övladı yoxdur. Buna görə də, qızlarını evlə təmin etmək üçün ömrü boyu işləyib pul yığmışdır. 28 mart 2018-c i il tarixdə mərhum qızı X13 ailə həyatı qurandan sonra ona ev alıb bağışlamaq istəmişdir. Lakin nəğd pul mənzilin alınması üçün kifayət etmədiyinə görə evin ipoteka qoyulmaqla alınması üçün “xxxx“ Açıq Səhmdar Cəmiyyətində işləyən qohumuna müraciət etmişdir. Həmin bank ona ipoteka krediti verməyə razılıq vermiş və o, 14.000 manat ilkin ödəniş etməklə ünvan 3-də yerləşən mənzili qızı X7 almışdır. Həmin vaxt qızı Leyla 2 ay idi ki, ailə həyatı qurmuşdur. Bu 2 ay ərzində ev alacaqları qədər pul qazanmaqları mümkünsüz idi. Onların vəfatından sonra da o, aylıq ödənişləri ödəməyə davam etmiş və evi şəxsi vəsaiti hesabına təmir etdirmişdir. Ona görə də, iş üzrə qarşılıqlı iddiaçı Cavabdeh2 hər hansı miras payından söhbət gedə bilməz, çünki ünvan 3 ünvanı qızı ilə onun həyat yoldaşı X15 birgə nik ah dövründə alınsa da, onların birgə qazancı hesabına alınmayıb, bu baxımdan mərhum qızı X13 ilə onun həyat yoldaşının, yəni qarşılıqlı iddiaçı Cavabdeh2 oğlu, X15 birgə mülkiyyəti hesab oluna bilməz. Cavabdeh2 və X21 (onun adından qanuni nümayəndəsi olaraq Cavabdeh2) cavabdeh İddiaçı və 53 saylı Notariat Kontorunun notariusu X6 qarşı qarşılıqlı iddia ərizəsi verərək ünvan 1 ünvanında yerləşən 43 nömrəli mənzilin 5/12 hissəsinə Cavabdeh2 Əli oğlunun; 2/12 hissəsinə İddiaçı; 5/12 hissəsinə X12 hüquqlarının tanınmaqla vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, ünvan 2nvandakı 73 saylı mənzilin 1/6 hissəsinə Cavabdeh2 Əli oğlunun; 2/6 hissəsinə İddiaçı; 3/6 hissəsinə X12 hüquqları tanınmaqla vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 və X21 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışlar ki, vəfat etmiş X5 adına ünvan 1 mənzil 43 və ünvan 5, mənzil 73 olmuşdur. X2 Leyla Yunis qızından bir neçə saat sonra vəfat etmiş, yəni X13 vəfat edərkən X9 idi. Bu fakt ekspert rəyləri ilə təsdiq edilir. ünvan 1 ünvanında yerləşən mənzil 43 birgə nikah dövründə əldə edildiyindən həmin əmlakın 1/2 hissəsi X18, qalan 1/2 hissəsi isə X7 məxsus olmuşdur. X7 məxsus 1/2 hissəyə münasibətdə birinci dərəcə vərəsə onun atası, əri və oğlu olduğundan, miras əmlakın həmin hissəsi birinci dərəcə vərəsələr arasında bərabər paylarla bölünməlidir. X18 məxsus 1/2 hissəyə münasibətdə birinci dərəcə vərəsə onun oğlu və atası olduğundan miras əmlakın həmin hissəsi birinci dərəcə vərəsələr arasında bərabər paylarla bölünməlidir. Beləliklə, h əmin əmlakın 5/12 hssəsi Cavabdeh2 Əli oğluna, 2/12 hissəsi İddiaçı, 5/12 hssəsi X16 verilməlidir. ünvan 2nvanında yerləşən mənzil 73 birgə nikah dövründə əldə edilməmişdir. Həmin daşınmaz əmlakda X15 payı- 2/6, İddiaçı payı 2/6 və X12 payı 2/6 təşkil edir. X15 2/6 hissə payı onun oğlu və atası arasında bərabər bölünməlidir. Yəni həmin əmlakın 1/6 hissəsi atasına, 1/6 hissəsi isə oğluna çatmalıdır. Cavabdeh2 Əli oğlunun payı 1/6, İddiaçı payı 2/6, X12 payı 3/6 hissədə müəyyən edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq ilkin iddia üzrə İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İlkin iddia üzrə İddiaçı və vəkili X10 oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası iş üçün mühüm əhəmiyyət kəsb edən halları müəyyən etdiyi halda, bu halların tam əksinə anlaşılmaz və sual doğuran yarımçıq bir nəticəyə gəlmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinin tələblərinə zidd nəticəyə gəlmişdir. Həmin maddəyə görə miras qoyanın öldüyü gün mirasın açıldığı vaxt hesab olunur.Yəni bu maddəyə görə mirasın açıldığı vaxt miras qoyanın ölüm saatı ilə deyil, yalnız onun ölüm günü ilə müəyyən edilir.Apelyasiy a instansiyası məhkəmə kollegiyası maddi hüquq normasını səhv tətbiq etməklə düzgün nəticəyə gəlməmişdir. Cavabdeh 3 Kontoru məktubla müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında işdə iştirak edən digər şəxslər üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia üzrə İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərba ycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan: -Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 mart 2018-ci il tarixli, AZ-İ № 823409 nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X23 və X13 28 mart 2013-cü il tarixdə nikaha daxil olmuşlar. -3 saylı Bakı “ASAN xidmət” Mərkəzi tərəfindən verilmiş 03 iyul 2016-cı il tarixli AZİİİ № 793168 doğum haqqında şəhadətnamədən görünür ki, X15 və X5 birgə nikahdan 16 iyun 2016-cı il tarixdə övladları X21 anadan olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, X. ünvanında yerl əşən mənzili xüsusi mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 24.05.2013-cü il tarixdə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, X.1 ünvanında yerləşən mənzili tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 26.05.2006-cı il tarixdə qeydiyyata alınmışdır. -10 avqust 2016-cı il tarixli, AZ-İ № 829649 ölüm haqqında şəhadətnamədən görünür ki, X23 05 avqust 2016-cı il tarixdə ölmüşdür. -09 avqust 2016-cı il tarixli, AZ-İ № 829647 ölüm haqqında şəhadətnamə dən görünür ki, X13 05 avqust 2016-cı il tarixdə ölmüşdür. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X17 Təcrübi və Tədris Birliyinin 05 avqust 2016-cı il tarixli Ekspert rəyindən görünür ki, X13 təcili yardım avtomobili ilə Kürdəmir MRX-na aparılarkən yolda, həyat yoldaşı X23 isə Kürdəmir MRX-da ölmüşlər. -Kürdəmir MRX tərəfindən verilmiş xəstənin stasionar tibbi kartasından çıxarılışdan görünür ki, X23 05.08.2016-cı il tarixdə saat 13:50-də ölmüşdür. -0429697 nömrəli ölüm haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, X14 05.08.2016-cı il tarixdə saat 12:10-da ölmüşdür. -Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 17 avqust 2016-cı il tarixli 259 saylı sərəncamının surətindən görünür ki, 16.06.2016-cı il təvəllüdlü X16 babası Cavabdeh2 qəyy um təyin edilmişdir. -Cavabdeh1 qızı tərəfindən İddiaçısgərxan oğluna ünvanlanmış 06.11,2018-ci il tarixli məktubda 05.08.2016-cı il tarixdə vəfat etmiş X5 vərəsəsi - X12 qəyyumu Cavabdeh2 ərizəsinə əsasən 28.01.2017-ci il tarixdə 8V/04 reyestr nömrəsi ilə vərəsəlik işi açılmışdır. Mərhumun vərəsələri arasında miras əmlakın bölgüsü ilə bağlı narazılıq olduğundan vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin qeyrimümkün olduğu bildirilərək, bununla əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. -Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 35a saylı evin 43 saylı mənzili X13 nikaha daxil oluqdan sonra ipoteka saxlayan "xxxx" ASC ilə alıcı-ipoteka qoyan X13 və satıcı X3 arasında bağlanmış 07.05.2013-cü il tarixli 06/049/AİF nömrəli alqı-satqı və ipote ka nüqaviləsi əsasında "xxxx" ASC-dən götürülmüş pul vəsaiti hesabına əldə edilmişdir. -“xxxx”ASC tərəfindən təqdim edilmiş 26.11.2018-ci il tarixli arayışa əsasən, X13 07.05.2013-cü ildə 06/049/AİF saylı ipoteka müqaviləsinə əsasən 14 000 manat ilkin ödəniş edərək, 50 000 manat ipoteka krediti götürmüşdür. 05.08.2016-cı ildə müştəri avtoqəza keçirmiş, nəticədə müştəri vəfat etmişdir. Müştəri aylıq ödəniş qrafiki 258.02 manat olan 06/049/AİF saylı ipoteka müqaviləsi üzrə 35.08.2016-cı il tarixinə qədər 3.798 manat əsas borc, 6.253,74 manat faiz borcu, 0.06 nanat cərimə borcu, ümumilikdə 10.051,18 manat “xxxx" ASC-yə kredit ödənişi etmişdir. Müştərinin həyat sığortası M-Pİ2396/16 saylı sığorta müqaviləsinə əsasən “xxxx” ASC-də sığortalanmışdır. 09.12.2016-cı ildə “xxxx” ASC müştərinin ipote ka kreditinin bağlanması məqsədi ilə 46.511,97 manat “xxxx” ASC-yə ödəniş etmişdir. İş materiallarından görünür ki, ünvan 5, mənzil 73 ünvanında yerləşən mənzil X7 məxsusdur və nikaha daxil olmazdan əvvəl əldə edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmçinin Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 35a saylı evin 43 saylı mənzili də ər-arvadın ümumi əmlakı sırasına daxil deyil. Belə ki, mənzil birgə nikah dövründə əldə edilsə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, həmin mənzil ər-arvadın birgə vəsaiti hesabına deyil, X5 atası İddiaçı tərəfindən “xxxx” ASC-dən kredit kimi götürülmüş vəsait hesabına əldə edilmişdir. Beləliklə, mirasa daxil olan hər iki mənzil miras qoyan X7 məxsus olmuşdur və birgə nikah dövründə əldə edilmiş əmlaklar hesab ol unmur. X13 vəfat edən zaman onun üç vərəsəsi: oğlu-X21, əri-X23 və atası-İddiaçı olmuşdur. Əri-X23 miras qoyan X13 vəfat etdikdən bir neçə saat sonra vəfat etmişdir. Apelyasiya instansiyası məhkəməsi işin təsdiq olunmuş faktiki hallarını rəhbər tutaraq, belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mənzillərin hər birində X12 3/6 hissədə, İddiaçı 2/6 hissədə, Cavabdeh2 1/6 hissədə paylarının müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. X13 vəfat edən zaman atası, əri və oğlu onun vərəsələri olmuşdur. Əmlak həmin vərəsələr arasında hər birinin 1/3 hissədə payı müəyyən edilməklə bölünməli idi. Miras qoyanın vərəsəsi olan əri-X23 miras əmlakı qəbul etmədən öldüyü üçün onun 1/3 hissədə payı irsi transmissiya qaydasında vərəsələri olan oğlu X21 və atası Cavabdeh2 bərabər hissədə keçmi şdir. Apelyasiya instansiyası məhkəməsi irsi transmissiya halının yaranmaması ilə bağlı iddiaçının gəldiyi nəticə ilə razılaşmayaraq, qeyd etmişdir ki, vərəsə X23 miras qoyan X4 bir neçə saat sonra vəfat etdiyi üçün mirasdan pay almaq hüququ onun vərəsələri sayılan atası və oğluna keçdiyindən miras qoyanla vərəsənin eyni gündə vəfat etməsi vərəsəlik hüquq münasibətlərinin yaranmasını istisna etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Belə ki, qanunvericilik irsi transmissiya halının yaranmasını birinci miras qoyanla sonuncunun ölüm faktları arasında zamanın olması ilə şərtləndirmir. Burada əsas məsələ vərəsənin m iras açıldıqdan sonra mirası qəbul edənədək ölməsidir. Mülki Məcəllənin 1145ci maddəsinə əsasən miras miras qoyanın ölümü ilə açılır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə miras qoyanın vərəsəsi ondan sonra (bir neçə saat sonra), mirası qəbul edənədək öldüyündən bu halda ona məxsus miras pay irsi transmisiya qaydasında onun vərəsələrinə keçmişdir. Yuxarıda qeyd olunduğu kimi kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Mülki Məcəllənin 1146-cı maddəsinə görə mirasın açılma vaxtı şəxsin öldüyü “məqam” deyil, şəxsin öldüyü gün hesab olunmalıdır. Ali Məhkəmənin Mülki Kollegiyası kassasiya şikayətinin yuxarıda qeyd olunan dəlili ilə əlaqədar mülki işin düzgün həll edilməsi üçün Mülki Məcəllənin 1134, 1146 və 1252-ci maddələrinin şərh olunmasının zərurili yi qənaətinə gələrək Konstitusiya Məhkəməsinə müraciət olunması haqqında 24 dekabr 2019-cu il tarixli qərardad qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 fevral 2020-ci il tarixli qərarına əsasən eyni gündə ölən və biri digərindən sonra vərəsə olmaq hüququna malik şəxslərlə bağlı irsi transmissiyanın tətbiqi üçün miras qoyanın dəqiq ölüm anı müəyyən edilərək daha sonra ölən şəxs ondan əvvəl ölən şəxsə vərəsə hesab edilir. Bu anı müəyyənləşdirmək mümkün olmadığı təqdirdə eyni gündə ölən şəxslər hüquqi varislik baxımından eyni anda ölmüş şəxslər hesab edilərək hər biri üçün ayrılıqda miras açılır və irsi transmissiyanın tətbiqi istisna edilir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Yuxarıda qeyd olunanlara əsasən Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun v ə əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8296/2019 saylı, 20 iyun 2019-cu il tarixli qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(102)-24/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-24/2020
19.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver