Məhkəmə qərarları › İş №2(102)-24/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-24/2024

23.01.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-24/2024 23.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ İş № 2(102)-24/2024 (Açar sözlər: müddətli əmək müqaviləsinə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 aprel 2023-cü il tarixli, 2(103)60/2023 saylı qətnaməsindən İddiaçı və Cavabdeh2n ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə 23 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı ic raat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 28 mart 2017-ci il tarixli, 1185/KS saylı əmək müqaviləsinə əsasən, 27 mart 2018-ci il tarixədək, 1 il müddətinə Cavabdeh2 MMC-də, əsas iş yeri üzrə “Sahə rəisinin köməkçisi” vəzifəsinə işə qəbul edilib. Əmək müqaviləsinin müddətinin bitməsindən sonrakı 1 həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyi üçün, əmək müqaviləsinin müddəti əvvəl müəyyən olunmuş müddətdə 4 dəfə uzadılıb.

2. Cavabdeh2 MMC üzrə 30 mart 2021-ci il tarixli, İR-258/21 saylı əmrə əsasən, “Sahə rəisinin köməkçisi” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 30 mart 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin b) bəndinə əsasən (əmək müqaviləsinin m üddətinin qurtarması) xitam verilib. Həmin əmrlə mühasibatlığa tapşırılıb ki, İddiaçı sonuncu iş günü son haqq-hesab verilərkən istifadə etmədiyi 42,35 təqvim günü əmək məzuniyyəti üçün pul əvəzi ödənilməsi təmin edilsin. İnsan Kapitalı bölməsinin əməkdaşına əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək kitabçasına, elektron informasiya sistemində müvafiq qeydin aparılması, işçinin bu əmrlə tanış edilməsi, əmrin surətinin və əmək kitabçasının işçiyə işdən azad olunduğu gün müvafiq qaydada verilməsi həvalə edilib. Əmrin verilməsinə əsas kimi əmək müqaviləsinin müddətinin qurtarması göstərilib.

3. Bakı şəhəri, Baş Səhiyyə İdarəsi, 38 saylı Şəhər Poliklinikası tərəfindən verilmiş 25 mart 2021-ci il tarixli “Əmək qabiliyyətinin olmaması Vərəqəsin”dən görünür ki, Həkim Məsləhət Komissiyas ı tərəfindən İddiaçı "xxxx" iki tərəfli pnevmaniya” diaqnozu qoyulub və Poliklinika tərəfindən onun adına 25 mart 2021-ci ildən 24 aprel 2021-ci il tarixədək “Əmək qabiliyyətinin olmaması vərəqəsi” açılıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh2 MMC-nə (bundan sonracavabdeh və ya MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işəgötürənin 30 mart 2021-ci il tarixli, İR-258/21 saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, 30 mart 2021-ci il tarixdən işə bərpa olunan günədək hər ay məcburi iş buraxma günləri üçün orta aylıq əmək haqqının, 2021-ci ilin mart ayı üçün 700 manat əmək haqqının, 10.800 manat məbləğində normadan artıq işə görə əmək haqqının, 5.000 manat maddi, 1.0000 manat mənəvi z iyana görə pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı, işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırıb ki, MMC-nin rəhbərliyi tərəfindən 2020-ci ilin dekabr ayında zəng edilərək ona bildirilib ki, onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən "xxxx" əsası ilə ləğv ediləcəyi üçün MMC-nin mərkəzi ofisinə gəlməlidir. Bu hala kəskin etiraz edib və ofisə getməyib. 01 mart 2021-ci il tarixdən işə çıxmalı olduğu halda, heç bir səbəb göstərmədən onu işə buraxmayıblar. Kadrlar şöbəsinin əməkdaşı zəng edərək ona bildirib ki, 2021-ci ilin mart ayı onun məzuniyyət vaxtıdır, məzuniyyətə çıxmalıdır. Bunun cavabında məzuniyyət vaxtının iyul ayı və İİ qrup əlil olduğunu, əmək qanunvericiliyində əl illərə məzuniyyəti onlar üçün əlverişli olan vaxtda verilməsi imkanının nəzərdə tutulduğunu bildirib. Bu qanunsuzluqlar barədə müxtəlif dövlət orqanlarına və vəzifəli şəxslərə müraciət edib, teleqramlar göndərib. 30 mart 2021ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə isə “əmək müqaviləsinin müddətinin qurtarması” əsasına görə xitam verilib. Halbuki, əmək müqaviləsinə xitam verilən tarixdə o, əmək qabiliyyətini itirib və 25 mart 2021-ci il tarixdən səhiyyə müəssisəsində ona bülleten açılıb, müalicə alıb və bu dövr üçün onun adına xəstəlik vərəqi açılıb. Əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənin əmri ona təqdim edilərkən bu barədə, yəni əmək qabiliyyətini itirməyi, müalicə olunmağı, xəstəlik vərəqinin açılması barədə işəgötürənə məlumat verib. Əmək qabiliyyətini itird iyi dövrdə, yəni 30 mart 2021-ci il tarixdə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə zidd olaraq, onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Bundan başqa, o İİ qrup əlil kimi həftədə 40 saat deyil, 36 saat işləməli idi. Lakin, cavabdeh tərəfindən hər həftə 4 saat, ayda isə 18 saat normadan artıq işlədilib. Buna baxmayaraq ona əmək haqqı bu saatlara görə 4 ildə ikiqat məbləğdə deyil, birqat məbləğdə ödənilib. Hesab edir ki, bu qaydada hesablanmalı və cavabdeh tərəfin ödənilməsi barədə qərar qəbul edilməlidir. Həmçinin o, növbə üsulu ilə işləyib və istənilən halda hansı əmək rejimində işləməyindən asılı olmayaraq, iş saatları aylıq normadan (normal halda İİ qrup əlil olduğu üçün həftədə 36 saatdan) artıq olmamalı idi. Olduqda isə bu normadan artıq əmək haqq ı ikiqat məbləğdə ödənilməli idi. Lakin, cavabdeh bu tələbləri pozub və həftəlik 40 saatla, 36 saat arasında olan saatlara görə əmək haqqını ona ikiqat məbləğdə deyil, birqat məbləğdə ödəyib. Bundan əlavə, cavabdeh 2021-ci ilin mart ayında, onu qanunsuz olaraq, karantin qaydalarını bəhanə edərək, Əmək Məcəlləsinin 169-cu maddəsini tətbiq edərək boşdayanmaya göndərib və bu müddətdə əmək haqqının 700 manat hissəsini itirib. Belə ki, bu maddə karantin dövrünə aid deyil, digər əmək münasibətlərinə aiddir. Cavabdeh tərəfindən qanunsuz işdən çıxarılmasına görə əmək haqqı almayıb və ailəsi maddi çətinliklərlə üzləşib. Qanuna görə işəgötürən əmək münasibətləri prosesində ona vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Eyni zamanda, işəgötürənin ona qarşı bu şəkildə qanunsuz hərəkətləri nə ticəsində düşdüyü mənəvi ziyanın əvəzi kimi onun xeyrinə 10.000 manat təzminat tutulmalıdır.

6. Cavabdehin qanuni təmsilçisi iddia ərizəsinə qarşı etiraz təqdim edərək, göstərib ki, "xxxx" pandemiyası MMC-nin iqtisadi fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edərək, gəlirlərinin azalmasına səbəb olub. İddiaçı, MMC-də ştatların ixtisar ediləcəyi barədə işəgötürənin ona etdiyi xəbərdarlığı “təzyiq” kimi qiymətləndirir ki, bu düzgün deyil. Belə ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə görə, işəgötürən ştatların ixtisarı ilə əlaqədar işçiyə rəsmi xəbərdar etmək hüququna malikdir. Lakin, iddiaçının vəziyyətlə bağlı qeyri-adekvat hərəkətləri onunla bağlanılmış müddətli əmək müqaviləsinin müddəti bitənədək işdə saxlanılması, əmək müqaviləsinə müddətinin bitməsi əsası ilə xitam verilmə si və bu halda əmək qanunvericiliyində nəzərdə tutulmadığı üçün işdənçıxarma müavinətini almaması ilə nəticələnib. Yəni, iddiada göstərildiyi kimi, işəgötürən iddiaçıya heç bir təzyiq göstərməyib, zor, hədə-qorxu gəlməyib, sadəcə olaraq əmək qanunvericiliyinin tələblərini işçiyə izah edib, əmək müqaviləsinə xitam veriləcəyi təqdirdə ona hüquqlarını izah edib. İddiaçı onunla bağlanmış müddətli əmək müqaviləsinə əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrdə xitam verilməsinin yolverilməzliyini əsas gətirir ki, bu halda qanunvericiliyi düzgün izah edə bilmir. Beynəlxalq təcrübəyə, eləcə də Azərbaycan Respublikasının əmək qanunvericiliyinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsi isə “imperativ” norma deyil, “dispo zitiv” normadır və işəgötürən iddiaçının əmək müqaviləsinə xitam verərkən həmin maddənin 1-ci hissəsini rəhbər tutmaq və norma “dispozitiv” olduqda öz qərarını vermək hüququna malikdir. İddiaçı hazırkı vaxtadək xəstəlik vərəqəsini işəgötürənə təqdim etməyib (hətta işdən azad olunduqdan sonra belə) və xəstə olması barədə işəgötürənə məlumat belə verməyib. Xəstəlik vərəqəsi təqdim edilsəydi, qanunvericiliklə onun ilk 14 günü işəgötürən tərəfindən, qalan günləri isə əmək müqaviləsinə xitam verilən tarixədək Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniləcəkdi. Bu hal da iddiaçının işəgötürənlə olan əmək münasibətlərində qeyri-şəffaf olduğunu nümayiş etdirir. İddiaçının əlil olması ilə əlaqədar ona 36 saatlıq iş həftəsi əvəzinə 40 saatlıq iş həftəsi tətbiq edilməsi barədə dəlilinə isə onun şika yəti əsasında Dövlət Sosial Müdafiə Fondu tərəfindən aydınlıq gətirilib və onun tələbinin əsassız olması sübut olunub. Belə ki, işçinin 2020-ci il qeydiyyat (uçot) dövrü üçün illik iş vaxtı norması həftəlik iş vaxtı norması 36 saat nəzərə alınmaqla hesablanıb, 1730 saat təşkil edib, lakin iddiaçı il ərzində faktiki olaraq 1221 saat işləyib (iş vaxtının qeydiyyat uçot cədvəli əlavə olunur). Faktiki işlənmiş iş saatının illik iş vaxtı normasından az olmasına baxmayaraq, işçiyə əmək normalarının yaxşılaşdırılması halı olaraq aylıq əmək haqqı azalmayıb. Eyni zamanda, iddiaçı 2021-ci ilin mart ayında ona Əmək Məcəlləsinin 169-cu maddəsinə uyğun olaraq boşdayanma kimi vəzifə maaşının 2/3 hissəsi ödənildiyini, bu maddənin karantin dövrünə aid olmadığını bildirir. 2021-ci ilin birinci rübündə (o cümlədən, mart ayında) iş həcminin olmaması səbəbindən iddiaçı tərəfindən əmək funksiyasının yerinə yetirilməməsinə baxmayaraq, həmin dövr üçün əmək haqqı tam olaraq saxlanılaraq ödənilib. Bundan başqa, iddiaçı ona maddi ziyanın vurulmasını sübut edən faktı göstərmədən 5.000 manat maddi ziyanın ödənilməsini tələb edir. Cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurmadığı üçün mənəvi ziyan da ödəməməlidir.

7. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(009)1294/2021 saylı qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddia qismən təmin edilərək, işəgötürənin 30 mart 2021-ci il tarixli, İR-258/21 saylı əmrinin ləğv edilməsi, iddiaçıya məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə, onun MMC-də “Sahə rəisinin köməkçisi” vəzifəsinə bərpa edilməsi və qalan hissədə iddian ın rədd olunması qət edilib.

8. Məhkəmə, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 2-ci hissəsinə və 300-cü maddəsinin 1-ci hissəsinə istinad etməklə gəldiyi nəticəni onunla əsaslandırıb ki, mülki işin materialları ilə tam təsdiq olunur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulub. Belə ki, iddiaçı xəstəliyi ilə bağlı üzrlü səbəbdən iş yerində olmadığı halda, işəgötürən Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydaları pozaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verib. Bu isə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi üçün əsasdır.

9. Məhkəmə, 2021-ci ilin mart ayı üçün 700 manat əmək haqqı tələbi ilə bağlı qeyd etmişdir ki, iddi açıya əmək haqqı tam olaraq hesablanıb ödənildiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən əmək funksiyasının yerinə yetirilməməsinə baxmayaraq, həmin dövr üçün yanvar ayında 1943 manat, fevral ayında 1943 manat, mart ayında isə 1943 manat əmək haqqı və 4617.83 manat məzuniyyət kompensasiyası hesablanaraq ödənilmişdir.

10. Normadan artıq işə görə 10.800 manat əmək haqqı tələbi ilə bağlı məhkəmə hesab etmişdir ki, iş materiallarında olan iş vaxtının qeydiyyat uçot cədvəlindən görünür ki, işçinin 2020-ci il qeydiyyat (uçot) dövrü üçün illik iş vaxtı norması həftəlik iş vaxtı norması 36 saat nəzərə alınmaqla hesablandığından təmin edilməməlidir.

11. Mənəvi zərər tələbinə münasibətdə isə məhkəmə vurğulamışdır ki, iddiaçı bu nunla bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən həmin tələb də təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi, həmin hissədə də iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini iddia ərizəsinin bu tələblərə münasibətdə qeyd olunan dəlilləri ilə eyni məzmunda əsaslandırmışdır.

13. Cavabdeh də apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmiş və şikayətini iddia ərizəsinə qarşı etirazı ilə eyni dəlillərlə əsaslandırmışdır.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki k ollegiyasının 04 aprel 2023-cü il tarixli, 2(103)-60/2023 saylı qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Kazımov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(009)-1294/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılıb.

15. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq, iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edib ki, iddiaçının iş vaxtından artıq işləməsinin yoxlanması üçün məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilib, lakin hər hansı nəticə əldə olunmayıb. Beləliklə, müəyyən olunur ki, iddiaçının tələbi həmin hissədə sübuta yetirilmədiyi üçün rədd olunmalıdır.

16. Digər tərəfdən, i ddiaçı Əmək Məcəlləsinin 300-cü maddəsini əsas tutaraq ona maddi ziyan dəydiyini iddia etsə də, həmin tələb əmək müqaviləsinə qanunsuz xitam verilərkən işə bərpa olunan işçiyə məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqını ehtiva edir ki, bu halda maddi ziyan işçi işə məhkəmənin qərarı ilə bərpa olunduqda hesablanaraq ödənilir, hazırkı halda da işçiyə məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi qərara alınmışdır. Bu səbəbdən, birinci instansiya məhkəməsi iddia tələbini maddi ziyan hissədə təmin etməməkdə haqlı olub.

17. Apellyasiya şikayətinin mənəvi ziyanın ödənilməsi barədə dəlili üzrə də Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, bununla bağlı iddiaçı hər hansı sübut növünü məhkəməyə təqdim etmədiyindən, birinci instansiya məhkəməsi həmin hissədə də iddianı təmin etməməkdə haqlı olmuşdur.

18. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibətdə isə vurğulamışdır ki, cavabdehin yeganə dəlili Əmək Məcəlləsinin 73.2-ci maddəsinin müddətli müqaviləyə şamil olunmamasına söykənir və cavabdeh bununla bağlı çoxsaylı məhkəmə aktlarının olduğunu qeyd edir, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən MMC-nin direktoru S.Mollayevə ünvanlanmış xx.xx.2021-ci il məktubdakı mülahizələrə istinad edir. Lakin bu yanaşma əsaslı olmayıb, Əmək Məcəlləsinin əmək müqaviləsinə xitam verilməsinin əsaslarını və qaydasını müəyyən edən normalarının göstərişlərinə ziddir. Belə ki, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları Əmək Məcəlləsinin 68-ci maddəsində təsbit olunub. Həmi n maddədə digər əsaslarla yanaşı tərəflərin birinin təşəbbüsü, eləcə də əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin müstəqil əsası kimi müəyyən edilib. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

19. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmayan hissəsində təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib.

20. İddiaçı kassasiya şikayətini onunla əsaslandırıb ki, normadan artıq işə görə 10.800 manat məbləğində pul da cavabdehdən məhkəmə qaydasında tutulmaqla ona ödənilməl idir. Sözügedən vəsaitin hesablanması məqsədilə birinci instansiya məhkəməsində işə baxılarkən bu tələb üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi barədə verilmiş vəsatət təmin olunmasa da, apellyasiya instansiya məhkəməsində vəsatəti təmin olunaraq müvafiq ekspertiza təyin edilib, lakin ekspertiza keçirilməsi baş tutmayıb. Məhkəmə kollegiyası da bu faktı əsas götürərək, tələbinin sübuta yetirilməməsi kimi yanlış nəticəyə gəlib. Halbuki, məhkəmə ekspertizanın keçirilməməsi halında belə bir nəticə ilə yalnız o, halda razılaşa bilərdi ki, birincisi, onun normadan artıq işləməyi sübuta yetirilmiş olmasın, ikincisi, o normadan artıq işə görə əmək haqqı almış olsun və bu hal sübuta yetirilmiş olsun. Bu halların heç biri mövcud deyil, belə ki, əmək müqaviləsi və Xalq Bankın əmək haqqı barədə arayışı onun həftədə 40 saat deyil, İİ qrup əlil kimi 36 saat işəməli olduğu halda qanunsuz olaraq 40 saat işləməsini təsdiq edir. Buna baxmayaraq, yəni hər ay 18 saat normadan artıq işləsə də, həmin saatlara görə əmək haqqı ikiqat deyil, birqat ödənilib, başqa sözlə hesablamaya uyğun olaraq 10.800 manat ona ödənilməyib. Digər tərəfdən, maddi ziyan apellyasiya qətnaməsində göstərilənlərlə məhdudlaşmır. Bu hallar, Əmək Məcəlləsinin qeyd hissəsində nəzərdə tutulsa da, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində bu məsələlərə münasibət bildirilməyib. Buna görə də, maddi ziyan tələbi qanunvericilikdən irəli gəldiyindən və qanunsuz əmrin verilməsindən kifayət qədər böyük vaxt keçdiyindən (2 ildən artıq) tam qanuni və əsaslıdır. Məhkəmə kollegiyası həmçinin prosessual qanunveric iliyin tələblərini pozub, yəni işə qeyri-obyektiv və qərəzli baxıb, bununla da yanlış nəticəyə gəlib.

21. Cavabdeh (Vəkil2) də kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş edib.

22. Cavabdeh, kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı mübahisəli işi Əmək Məcəlləsinin 73-cü maddəsi ilə əsaslandırması qəbul edilməzdir və həmin maddənin bu məsələyə ümumiyyətlə heç bir aidiyyəti yoxdur. Məhkəmə kollegiyası cavabdehin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmayıb və həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq lazımi hüquqi qiymət verməyib və iş üzrə qanunsuz qətnamə qəbul edib. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətlərinə qarşı etiraz ərizəsi daxil olmayıb. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

24. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

25. Maddə 68 (2-ci hissə). Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması;

26. Maddə 73 (1-ci hissə). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

27. Maddə 73 (2-ci hissə). İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər

28. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl e tmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası ki mi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlil lər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

36. Maddə 417.2. Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində, cavabdeh tərəfindən isə iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətlərinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

39. Əvvəla, işin mübahisəsiz hallarından görünür ki, tərəflər arasın da 28 mart 2017-ci il tarixdə 1 il müddətinə, yəni 27 mart 2018-ci il tarixədək 1185/KS saylı müddətli əmək müqaviləsi bağlanıb və müqavilənin müddəti əvvəl müəyyən olunmuş müddətdə 4 dəfə uzadılıb. İşəgötürənin 30 mart 2021-ci il tarixli, İR-258/21 saylı əmrinə əsasən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 30 mart 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması əsasına görə) xitam verilib. Əmrin verilməsinə əsas kimi isə əmək müqaviləsinin müddətinin qurtarması göstərilib.

40. Hazırda iddiaçı, müqavilə müddətinin bitdiyi dövrdə əmək qabiliyyətini müvəqqəti itirməsinə baxmayaraq, əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməklə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissə sinin tələblərinin pozulduğunu bildirərək, əmrin ləğv edilməsini, əvvəlki vəzifəsinə bərpa olunmasını, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsini, həmçinin iş vaxtından artıq işləməyə və boşdayanmaya görə ödənilməli olan məbləğlərin, o cümlədən işəgötürənin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini iddia edir (§ 4-5).

41. Cavabdeh isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin qurtarması əsasına görə xitam verilərkən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-hissəsinin “b” bəndində nəzərdə tutulan ləğv edilmə əsasının və qaydasının pozulmadığını, işəgötürən tərəfindən müddətli əmək müqaviləsinə heç bir məhdudiyyət nəzərə alınmadan müqavilənin müddəti bitdikdə 1 həftə ərzində ona xitam verilməsinin yolverilən sayıldığını və beləliklə də iddia tələblərinin təmin edilməsi üçün əsasların olmadığını göstərib, iddiaya etiraz edir.

42. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddianın “iş vaxtından artıq işləməyə və boşdayanmaya görə ödənilməli olan məbləğlərin ödənilməsi, o cümlədən maddi və mənəvi ziyan” tələblərinə aid hissələrdə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunub və bu tələblər üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları baş verməyib. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin sözügedən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

43. Kassasiya instansiyası məhkəməsi, iddiaçının kas sasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tələblərin əsaslandığı faktiki hallara dair işdəki sübutlar tam araşdırılıb, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinib və məhkəmənin gəldiyi nəticə əsaslandırılıb.

44. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin sözügedən tələblərin həllinə dair gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və bu hissədə əlavə araşdırma aparmağa lüzum görmür. Ona görə də, iddianın təmin olunmayan hissələrində apellyasiya instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayan iddiaçının kassasiya şikayəti rədd olunmalı, qətnamə bu hissələrd ə dəyişdirilmədən saxlanılmalıdır.

45. Bununla belə, kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını - əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələblərinə aid hissələrdə araşdıraraq sübutlara düzgün hüquqi qiymət vermiş olsa da, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verib. Bu isə, Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələrinin mənasına görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və iş üzrə müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsi üçün əsasdır.

46. Kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı ilk növbə də aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

47. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

48. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində isə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edi lməsi əmək qanunvericiliyinin vəzifələri və prinsipləri sırasında təsbit edilib.

49. Əmək münasibətləri dedikdə - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə Əmək Məcəlləsinin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi).

50. Qeyd edilməlidir ki, əmək hüququ şəxslərin heç bir ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir.

51. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə əmək müqaviləsinin bağlanılmasının mümkünlüyünü və bu müddət qurtardıqda ona xitam verilməsini müəyyən edən Əmək Məcəlləsinin 73-cü maddəsi ilə bağlı aşağıdakıların qeyd edilməsini vacib hesab edir.

52. Şərh olunan norma müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasına həsr olunub. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsi üçün iki şərtin olması zəruridir: birincisi, əmək müqaviləsinin müddətinin qurtarması, ikincisi, müddətli əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü.

53. Nəzərə alınmalıdır ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Lakin bu, müqaviləyə istənilən vaxt xitam veriləsi anlamına gəlmir, çünki Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsində işçinin iş yerində olmadığı üzrlü hallar təsbit edilib göstərilib. Həmin hallara işçinin xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə Əmək Məcəlləsinin 179-cu maddəsində nəzərdə tutulan hallar aid edilir. Bu zaman qanunvericiliklə müəyyən edilmiş aşağıdakı şərtlərə əməl edilməsi zəruridir: a) əmək müqaviləsinə yalnız işçi işə çıxdıqdan sonra xitam verilməsi; b) həmin müqaviləyə işəgötürənin müəyyən etdiyi gündə, lakin işçinin işə çıxdığı gündən bir təq vim həftəsi keçməmiş xitam verilməsi.

54. Əmək qanunvericiliyində təsbit olunmuş prinsiplərə görə, bunun üçün işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin çıxarılması və bu barədə işçiyə məlumat verilməsi kifayətdir, işəgötürənin əlavə bir tələb irəli sürməsinə və ya əsaslandırma aparmasına gərək yoxdur.

55. Göründüyü kimi, hazırkı halda işəgötürənin qeyd olunan maddənin tələbinə əsasən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsinə görə xitam vermək hüququ olub, lakin müqavilə müddətinin bitdiyi vaxt iddiaçı üzrlü səbəbdən işdə olmadığı üçün, həmin maddənin 2-ci hissəsində (§ 29) göstərilən qaydanı gözləmədən əmək müqaviləsinə xitam verib ki, bu da əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi üçün əsasdır.

56. Belə olan halda Əmək Məcəllə sinin 300-cü maddəsinin 1-ci hissəsinin tələblərinə görə, əmək mübahisəsini həll edən məhkəmə, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarmalıdır.

57. Lakin, hazırkı halda işə mahiyyəti üzrə baxan məhkəmələr iddiaçını əvvəlki vəzifəsinə bərpa etməklə bu barədə qətnamənin icra olunduğu, yəni onun işinə bərpa olunduğu vaxtadək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə qəbul etmişlər ki, bu yanaşma iddiaçının pozulmuş hüquqlarının bərpası baxımından mütənasiblik prinsipini aşmaqla, onun haqqı çatmayanları əldə etməsinə və nəticədə işəgötürənin hüquqlarının əsassız pozulmasına gətirib çıxarır.

58. Belə ki, hər hansı hüquq pozuntusuna görə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin yol verilmiş p ozuntunun xarakterinə, ağırlığına və digər vacib xüsusiyyətlərinə mütənasib olması hüququn hamılıqla qəbul edilmiş ümumi prinsiplərindən biridir. Bu prinsipdən çıxış edərək qeyd olunmalıdır ki, məhkəmə qaydasında hüquqlar yalnız pozulduğu hədlərdə bərpa edilə bilər. Həmin hədlərin aşılması bir tərəf üçün əsassız əlverişli nəticələr yaratmaqla, qarşı tərəfin hüquqlarının pozulması deməkdir.

59. Əmək hüquq münasibətləri baxımından da işçi və ya işəgötürən tərəfindən yol verilmiş əmək hüquq pozuntularına görə tətbiq edilən məsuliyyət tədbirləri mütənasiblik təşkil etməlidir. Təsadüfi deyildir ki, əmək qanunvericiliyində işçinin yol verdiyi pozuntunun xarakterindən, ağırlığından asılı olaraq fərqli intizam tənbeh tədbirləri nəzərdə tutulub (Əmək Məcəlləsinin 186-cı maddəsi).

60. Hazırkı işdə, işə baxan məhkəmələr iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və bu barədə qətnamənin icra olunduğu, yəni onun işinə bərpa olunduğu vaxtadək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarmaları qeyd olunan prinsipin tələblərinə zidd olmaqla, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin düzgün tətbiq olunmaması deməkdir.

61. Belə ki, sözügedən normanın mənasına görə əgər, işəgötürən əmək müqaviləsinin 73-cü maddəsində nəzərdə tutulan ləğv edilmə əsaslarını pozaraq, işçi ilə əmək münasibətinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə, ilk növbədə iddia ərizəsini və işin faktiki hallarını araşdırmaqla və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarmalıdır.

62. Cavabde hin iddiaya etiraz ərizəsindən, habelə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, işəgötürən müddətin bitməsinə görə iddiaçı ilə bağladığı əmək müqaviləsinə xitam vermək barədə iradəsini açıq şəkildə ifadə edib və bu barədə müvafiq əmr imzalayıb. Həmin əmrin digər bir prosedur qaydaya (Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulan) riayət edilməməsi səbəbi ilə ləğv edilməsi işəgötürənin əmək müqaviləsinə müddətin bitməsinə görə xitam vermək hüququnu aradan qaldırmır, sadəcə bu hüququn realizəsini gecikdirir.

63. Yəni, bir halda ki, işəgötürən işçi ilə bağladığı əmək münasibətini davam etdirməmək barədə iradəsini ifadə edib və bu iradə ifadəsi əlavə heç bir şərtdən asılı olmadan müqaviləyə xitam verilməsi üçün yetə rlidir, bu zaman işçinin onun iradəsinə zidd olaraq əmək müqaviləsinin müddəti bitdiyi halda yeni tarixlə işə bərpa olunması, onunla yeni əmək müqaviləsi bağlanması və bu tarixədək olan bütün müddət üçün məcburi iş buraxmaya görə əmək haqqı tutulması düzgün yanaşma deyil və bu yanaşma açıq-aşkar qeyri-mütənasib olmaqla, iddiaçının haqqı çatmayanları əldə etməsinə və nəticədə işəgötürənin ağır iqtisadi sanksiyaya məruz qalmasına səbəb olur.

64. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin qurtarması əsasına görə 30 mart 2021-ci il tarixdən xitam verildiyi üçün, ona həmin tarixdən ötən 2 il 10 ay müddət üçün əmək haqqının ödənilməsi Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinin, habelə həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinin tələblərinə ziddir.

65. Mübahisənin düzgün hüquqi həlli baxımından, işçinin xəstəliyi səbəbindən işdə olmadığı vaxt nəzərə alınmaqla onunla bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən ən geci xitam verilməsi mümkün olan müddət üçün (işçinin xətsə olduğu müddət və işə çıxdığı vaxtdan sonrakı 1 həftə nəzərə alınmaqla) işçi vəzifəsinə bərpa edilməli və ona yalnız həmin müddət üçün məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir.

66. Hazırkı iş üzrə işəgötürən, 30 mart 2021-ci il tarixdə iddiaçı ilə bağladığı əmək müqaviləsinə xitam verib, iddiaçı isə 25 mart 2021-24 aprel 2021-ci il tarixlərdə xəstələnməsi səbəbindən işdə olmayıb. Belə olan halda, 25 aprel 2021-ci il tarix iddiaçının işə çıxmalı olduğu ilk gün müəyyən edilməklə, işəgötürənin ən geci 02 may 2021-ci il tarixədək əmək müqaviləsinə müddətin bitməsinə görə xitam vermək hüququ olub. Ona görə də, iddiaçı 30 mart 2021-ci il tarixdən 02 may 2021-ci il tarixədək işə bərpa olunmalı və ona yalnız həmin müddət üçün məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir.

67. Əks yanaşma yuxarıda da qeyd olunduğu kimi, işəgötürənin hüquqlarının pozulması deməkdir. Yəni, işəgötürən tərəfindən işçinin xəstə olduğu müddətdə əmək müqaviləsinə xitam verilməsəydi belə, müqavilənin müddətini uzatmayacağı barədə iradəsi ifadəsinin olduğu halda, işçi ilə bağlanmış əmək müqaviləsinin davam edəcəyi ən uzun müddət işçinin xəstə olduğu müddət və bundan sonra işə çıxdığı gündən sonrakı 1 həftəni əhatə edəcəkdi və həmin müddətin sonunda işəgötürən əlavə heç bir əsaslandırma aparmaqdan sahib olduğu hüquqdan istifadə edərək, əmək müqaviləsinə xitam verəcəkdi.

68. Beləliklə, kassasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alaraq, hesab edir ki, iddiaçının kassasiya şikayəti rədd, cavabdehin kassasiya şikayəti isə qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi “əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə ona əmək haqqının ödənilməsi” tələblərinə aid hissələrdə ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilərək, iddia qismən təmin olunmalı, iddiaçının işdən azad olunması barədə əmr ləğv edilərək, 30 mart 2021-ci ildən 02 may 2021-ci il tarixədək o, əvvəlki vəzifəsinə bərpa olunmalı, həmin müddət üçün ona məcburi işburaxma günləri üçün əmək haqqı ödənilməli, məhkəmə aktı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh2n kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 aprel 2023-cü il tarixli, 2(103)-60/2023 saylı qətnaməsi qismən - iddianın təmin olunan hissəsində ləğv edilsin, həmin hissədə yeni qərar qəbul olunsun, iddia qismən təmin edilsin. Cavabdeh2 30 mart 2021-ci il tarixli, İP258/21 saylı əmri ləğv edilsin, İddiaçı 30 mart 2021-ci il tarixdən 02 may 2021-ci il tarixədək Cavabdeh2ndə “Sahə rəisinin köməkçisi” vəzifəsinə bərpa edilsin və həmin müddət üçün ona məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən, İddiaçı kassasiya şikay əti təmin edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar