Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-24/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi (işə bərpa (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən)), məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh İmişli şəhər N.Nərimanov adına * nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyə qarşı işə bərpa, məcburi işburaxma dövrü üçün əmək haqqı və məzuniyyət haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 aprel 2024-cü il tarixli, 2(*06)-7*5/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı 2000-ci ildən İmişli şəhər N.Nərimanov adına * nömrəli humanitar fənlər təmayüllü məktəb-liseydə ingilis dili vəzifəsində fasiləsiz olaraq işləmiş və vəzifəsini qüsursuz icra edərək heç bir intizam tənbehi almamışdır. 2. 06.09.202*-ci il tarixdə İddiaçı həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş və 09.09.202*-ci il tarixdən xx.xx.2023-cü il tarixədək məktəbin direkt oru vəzifəsini icra etmişdir. İmişli şəhər N.Nərimanov adına * nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyi üzrə verilmiş 0*.03.2023-cü il tarixli 33 saylı əmrə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən 0*.03.2023-cü il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqiləşdiirlməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İmişli şəhər N.Nərimanov adına * nömrəli humanitar fənlər təmayüllü məktəb-lisey üzrə verilmiş xx.xx.2023-cü il tarixli 40 saylı əmr ləğv edilib həmin əmrin xx.xx.2023-cü il tarixdən verilməsi, 0*.03.2023-cü il tarixli 33 saylı əmrin etibarsız hesab edilib ləğv e dilərək İddiaçı İmişli şəhər N.Nərimanov adına * nömrəli humanitar fənlər təmayüllü məktəb-liseydə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində əvvəlki işinə bərpa olunması, məcburi işburaxma dövrü üçün əmək haqqı və məzuniyyət haqqının hesablanaraq ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, 0*.03.2023-cü il tarixli əmr İddiaçı direktor vəzifəsindən azad edilməsi barədə verilmiş və *0.03.2023-cü il tarixdə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İddiaçı ərizəsində məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilməsini deyil, sağlamlığı(onkoloji xəstəlik səbəbi ilə 2-ci qrup əlil) eyni vaxtda iki vəzifəni icra etməyə imkan verm ədiyindən 0*.03.2023-cü il tarixdən ingilis dili müəllimi vəzifəsindən azad edilməsini xahiş etmiş və gün ərzində fikrindən daşınaraq bu barədə direktora bildirmişdir. 0*.03.2023-cü il tarixdə İddiaçı işdən azad edilmədiyindən xx.xx.2023-cü il tarixədək işə çıxaraq məktəbin direktor müavini vəzifəsini icra etmiş və xx.xx.2023-xx.xx.2023-cü il tarixdə ambulator şəraitdə müalicə olunduğundan əmək qabiliyyətsiz olması səbəbi ilə işə çıxmamışdır. Onun tutduğu vəzifədən azad edilməsi verilmiş 0*.03.2023-cü il tarixli 33 saylı əmr göstərilən tarixdə yox, sonradan verilmiş və aid edildiyi şəxsə təqdim edilməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdən əmək qabiliyyətsiz olması səbəbi ilə işə çıxmaması ilə əlaqədar adına tarifləşdirilmiş 9 saat dərsin tədrisinin müvəqqəti olaraq başqa müəllimə həvalə edilməsi haqqında məktəb-lisey üzrə verilmiş xx.xx.2023-cü il tarixli 40 saylı əmr qeyd olunan tarixdə yox, xx.xx.2023-cü il tarixdə verilmiş və 0*.03.2023-cü il tarixli 33 saylı əmri şərtləndirmək məqsədi daşımışdır.
5. Cavabdeh məktəb-liseyin nümayəndəsi Nümayəndə* iddia tələbini qəbul etməyərək göstərmişdir ki, İddiaçı 06.09.202*-ci il tarixdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş və 09.09.202*-ci il tarixdən *7.02.2023-cü il tarixədək məktəbin direktoru vəzifəsini icra etmişdir. Sonuncu 0*.03.2023-cü il tarixdə ərizə verərək məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilməsini xahiş etmiş və həmin tarixdən etibarən direktor müavini vəzifəsini icra etməyərək xx.xx.2023-cü il tarixdən işə çıxmamışdır. Həmin ərizə nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinə İmişli şəhər N.Nərimanov adına * nömrəli humanitar fənlər təmayüllü məktəb-lisey üzrə verilmiş 0*.03.2023-cü il tarixli 33 saylı əmrlə AR ƏM-nin 68-ci maddəsinin “a” bəndinə əsasən 0*.03.2023-cü il tarixdən xitam verilmiş və o, həmin tarixdən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin *4.02.202*-ci il tarixli F-82 saylı əmrinin 4.8-ci bəndinə əsasən İddiaçı məktəbin ingilis dili müəllimi vəzifəsinə keçirilmiş və xx.xx.2023-cü il tarixdən etibarən adına tarifləşdirilmiş 9 saat dərsin tədrisi müvəqqəti olaraq İmişli şəhər 7 saylı tam orta məktəbin müəllimi X* həvalə edilmişdir. İddiaçı elektron informasiya sistemində qeydiyyata alınmış əmək müqaviləsində (AHYNGZ000 5000 nömrəli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”) vəzifəsi özü tərəfindən səhvən direktor kimi göstərildiyi üçün 0*.03.2023-cü il tarixli 33 saylı əmrdə də eyni səhvə yol verilmişdir. İddiaçı vaxtında iddia qaldırmayaraq iddia müddətini ötürmüşdür.Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir.
6. İmişli Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli qərardadı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 göstərmişdir ki, İmişli şəhər N.Nərimanov adına * nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı 0*.03.2023-cü il tarixdə ərizə verərək tutduğu vəzifəsindən azad ed ilməsini xahiş etmiş və həmin tarixdən etibarən direktor müavini vəzifəsini icra etməmişdir. Sonuncunun ərizəsi nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinə İmişli şəhər N.Nərimanov adına * nömrəli humanitar fənlər təmayüllü məktəb-lisey üzrə verilmiş 0*.03.2023-cü il tarixli 33 saylı əmrlə AR ƏMnin 68-ci maddəsinin “a” bəndinə əsasən 0*.03.2023-cü il tarixdən xitam verilmiş və o, həmin tarixdən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilmişdir. AR TN-nin *4.02.202*-ci il tarixli F82 saylı əmrinin 4.8-ci bəndinə əsasən İddiaçı 0*.03.2023-cü il tarixdə təlimtərbiyə işləri üzrə direktor müavini məktəbin ingilis dili müəllimi vəzifəsinə keçirilmişdir. İddiaçı vaxtında iddia qaldırmayaraq iddia müddətini ötürdüyündən iddia tələbi əsassız hesab edilməlidir.
7. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xəstəliklə əlaqədar işə çıxa bilmədiyi üçün iddia müddətini ötürməmiş, ona görə də iddia müddətinin bərpa edilməsini xahiş etmişdir.
8. İmişli Rayon Məhkəməsinin 4 dekabr 2023-cü il tarixli, 2(036)-2505/2023 saylı qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, İmişli şəhər N.Nərimanov adına * nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyi üzrə verilmiş 0*.03.2023-cü il tarixli 33 saylı əmrdə İddiaçı vəzifəsinin “direktor” kimi göstərilməsi tərtibatda yol verilən yanlışlıqla izah olunmuş və məsələnin mahiyyətini dəyişdirməmişdir. Onun xx.xx.2023-cü il tarixədək məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsini icra etməsini təsdiq edən heç bir sübut olmadığından “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” haqqında məlumatın elektron informasiya sistemində nə vaxt qeydiyyta alınması hüquqi əhəmiyyət daşımamış və əmək müqaviləsinə xitam verilməsi haqqında 0*.03.2023cü il tarixli 33 saylı əmrin etibarsız hesab edilməsi və yaxud ləğv edilməsi üçün əsas deyidir. Həmçininiddiaçı xx.xx.2023-xx.xx.2023-cü il tarixdə məktəbin ingilis dili müəllimi vəzifəsində əmək vəzifələrini icra etməsini təsdiq edən heç bir sübut təqdim etmədiyindən xx.xx.2023-cü il tarixli 40 saylı əmrin ləğv edilib həmin əmrin xx.xx.2023-cü il tarixdən verilməsini tələb etməkdə də haqlı olmamışdır.
10. Məhkəmə hesab etmişdir ki, İddiaçı İmişli şəhər N.Nərimanov adına * nömrəli humanitar fənlər təmayüllü məktəb-liseydə təlim-tərbiyə işləri üzrə direktor müav ini vəzifəsindən azad edildikdən sonra bir ay müddətində işə bərpa haqqında iddia qaldırmayaraq tələb hüququnu itirmişdir.
11. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42, 68, 296, 76-cı maddələrinə istinadən əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə istinadən onunla əsaslandırılmışdır ki, qətnamə əsassız olduğu üçün ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. İddiaçı eyni anda 3 vəzifəni yerinə yetirmiş - müəllim, direktor müavini və direktor, əlavə olaraq Dairə Seçki Komissiyasının işinə cəlb edilmişdir. **0 nəfərlik kollektiv, *500 şagirdli k böyük məktəbdə bu işi aparmaq olduqca məsuliyyətli və yüklü olmuş, üstəlik onkoloji xəstəliyi ilə əlaqədar 2-ci qrup əlilliyi olmuşdur. Belə ki, əlilliyi qalxanvari vəzin papilyar karsinomasının metastaz verməsi ilə əlaqədar Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya verilmişdir. 2023-cü ilin fevral ayında Nümayəndə* məktəbə direktor vəzifəsinə təyin edilmiş və təyinatdan sonra iddiaçı ona bildirmişdir ki, səhhətinin əl verməməsi səbəbindən müavinlik vəzifəsini saxlamaqla müəllimlik vəzifəsindən çıxmaq istəmiş və 0*.03.2023-cü il tarixdə bununla bağlı məktəb direktoruna ərizə yazmışdır. Yusif müəllim ərizəni qəbul etmiş, onunla söhbət etdikdən sonra iddiaçı ona fikrindən daşındığını bildirmiş və bu səbəbdən xx.xx.2023-cü il tarix də daxil olmaqla hər 2 işi aparmaqda davam etmi ş, yəni həm dərsini demiş, həm də müavinlik etmişdir. xx.xx.2023-cü il tarixdə, həftənin bazar günü səhhəti pisləşmiş, xx.xx.2023-cü il tarixdə işə getməmiş, həkimə müraciət etmiş, əmək qabiliyyətinin olmaması vərəqəsi açılmış, xx.xx.2023-cü il tarixə kimi davam etmiş və həmin tarixdə bağlanmışdır. Əmək qabiliyyətinin olmaması vərəqəsi, özündə də qeyd edildiyi kimi, məhz qalxanvari vəzin papilyar karsinomasının şiddətlənməsi ilə əlaqədar açılmışdır. Buna baxmayaraq iddiaçı əmək qabiliyyətini itirdiyi, işə gedə bilmədiyi, xərçəng xəstəliyi ilə ölüm-dirim mübarizəsi apardığı dövrdə məktəb direktoru əmr verərək onu təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad etmişdir. Halbuki, iddiaçı təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən yox, ingilis dili müəlliməsi vəzifəs indən azad edilməyi xahiş etmişdir. Cavabdeh məhkəmədə bildirmişdir ki, ərizənin mətnində iddiaçı işdən azad olunmaq deyəndə direktor müavinliyini nəzərdə tutmuşdur. Əgər ərizədə direktor müavini vəzifəsindən azad edilmək xahiş edilmirsə, bu qənaətə haradan gəlmişdir. Bununla yanaşı, 33 saylı əmrin 0*.03.2023-cü il tarixdə verilməməsi onunla təsdiq edilmişdir ki, həmin əmr 0*.03.2023-cü il tarixdə çıxarılsa idi, Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, həmin gün surəti iddiaçıya verilərdi. 0*.03.2023-cü il tarixdə, nə də ondan sonrakı tarixndə belə bir əmr iddiaçıya təqdim edilməmişdir. Təkcə bu hərəkətlə sübuta yetirilmişdir ki, əslində *0.03.2023-cü il olan əmrin tarixi 0*.03.2023-cü il tarixə dəyişdirilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemin ə yerləşdirilmiş əmrin mətnində işçinin məktəbin direktoru vəzifəsindən azad edildiyi göstərilmişdir. Əslində əmrin *0.03.2023-cü il tarixdə çıxarılmasına baxmayaraq, bu tarix 0*.03.2023-cü il kimi göstərilmişdir. Bunun nəticəsində iddiaçı direktor müavini kimi faktiki almalı olduğu əmək haqqını almamışdır. Eyni zamanda, direktor müavini kimi faktiki işlədiyi günlərin almalı olduğu əmək haqqını almamışdır. Əmrin arxa tarixlə çıxarılması iddiaçının qeyd edilən hüquqlarının pozulması ilə nəticələnmişdir. Ləğv edilməsi xahiş edilən digər - 40 saylı, xx.xx.2023-cü il tarixli əmrin mətnində isə göstərilmişdir ki, İddiaçı – məktəbin ingilis dili müəllimi xəstəlik səbəbindən işə çıxa bilmədiyi üçün onun adına taarifləşdirilmiş 9 saat dərsin tədrisi işə çıxana kimi müvəqqəti olaraq 7 saylı tam ort a məktəbin ingilis dili müəllimi X* həvalə edilsin. Əvvəla, işə əlavə etdiyi dərs yükünün 20222023-cü illərdə fənlər, siniflər üzrə bölüşdürülməsi barədə təsdiq edilmiş məlumatda İddiaçı adına *2 dərs saatının verildiyi göstərilir, həmçinin bu məlumat cədvəli Mil-Muğan RTİ tərəfindən təsdiq edilmiş və əmrlərin qeydiyyat kitabına yazılmışdır. 40 saylı, xx.xx.2023-cü il tarixli əmrdə isə bu rəqəm azaldılaraq 9 saat kimi göstərilmiş, nəticədə İddiaçı xəstəlik pulu azalmışdır. Eyni zamanda, əmrdə siniflər qeyd edilməmişdir. Müraciət edəndən sonra əmrin əslində *0.03.2023-cü il tarixdə, lakin arxa tarixlə (0*.03.2023) verilməsi onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə *0.03.2023-cü il tarixdə daxil edilməsi ilə təsdiq edilir. Digər tərəfdən mübahisələnd irilən, lakin məhkəmə tərəfindən qətnamədə heç bir münasibət bildirilməyən 40 saylı, xx.xx.2023-cü il tarixli əmrin (bülletenə çıxmaq haqda) əslində daha sonrakı tarixdə verilməsi onunla təsdiq edilir ki, İddiaçı xx.xx.2023 tarixə kimi işə gəlmiş, yalnız xx.xx.2023-cü il tarixdə bülletenə çıxmışdır, xəstəlik vərəqələri bunu təsdiq edir. Bu fakt onu təsdiq edir ki, işəgütörən 40 saylı, xx.xx.2023-cü il tarixli əmri də arxa tarixlə vermişdir. Bu məqamların qabardılmasına baxmayaraq məhkəmə onları ört-basdır etmişdir. Əgər əmrin tarixi həqiqətən də 0*.03.2023-cü il idisə, onda işəgötürən real vaxt rejimində (24 saat) işçinin yuxarıda qeyd edilən hüquqlarını təmin edər, eyni zamanda öz vəzifələrini yerinə yetirərdi. Belə olan halda həmin əmr ləğv edilməlidir. Çünki bir çox məcəllələrə, qanun vericilik aktlarına olduğu kimi Əmək Məcəlləsinə də 20*4-cü ildən başlayaraq “real vaxt rejimi” ifadəsi əlavə edilmişdir. Bu ifadənin əlavə edilməsi zərurəti ona görə yaranmışdır ki, texnologiya inkişaf etmiş, dövlət elektron informasiya sisteminə keçmişdir. Dövlət bu sahəyə vəsaitlər xərcləmişdir ki, işəgötürən bu sistemlə işləsin. Əvvəlki dövrdə işəgötürənin imkanı var idi ki, işçi haqqında istənilən arxa tarixlə əmr verib, onu işdən azad etsin. Amma bu sistemin yaradılmasında məqsəd başqa amillərlə yanaşı, əmrin tarixinin saxtalaşdırılmasının qarşısını almaqdır. Bu sistem yaradılandan sonra artıq əmrin tarixini saxtalaşdırmaq imkanı istisna edilir. Çünki bu sistemə müdaxilə mümkünsüzdür. Hansı tarixdə əmək müqaviləsi bildirişi oraya yerləşdirilirsə, o tarixdə də əmr verilmiş sayılır. Bu səbəbdən məhkəmələr bu vaxt rejiminə əməl edilmədən verilən qərarları ləğv edir. Məhkəmə isə bu ciddi məsələyə səthi, qeyri-ciddi yanaşaraq ona texniki səhv adı verməyə çalışmışdır. Məhkəmə iddianı hansı səbəbdən rədd etdiyini əsaslandırmamışdır. Məhkəmə qərəzli olaraq qətnamədə göstərmişdir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Halbuki işdəki sənədlərə əsasən xəstəliklə əlaqədar işə çıxa bilmədiyi üçün iddia müddətini ötürməmişdir. Xahiş etsə də ki, müddət bərpa edilsin, bu məsələyə baxılmamışdır. Məhkəmə göstərmişdir ki, iddiaçı sübut təqdim etməmişdir ki, xx.xx.2023-cü il tarix də daxil olmaqla işə gəlmişdir. Əvvəla bu məsələni cavabdeh sübut etməlidir. Digər tərəfdən, iddiaçı dərs jurnalları təqdim etmişdir, hansında ki dərs keçdiyi görünür. Məhkəmə buna əhəmiyyət verməmişdir. Məhkə məyə işlə bağlı onlarla sənəd və sübut təqdim etməsinə baxmayaraq, qətnamədə onların hər hansı birinə münasibət bildirilməmiş, sənəd və sübutlar, dəlillər araşdırılmamışdır. Hətta qətnamədə digər sənədlər sadalansa da, təqdim etdiyi sənədlər sadalanmamışdır.
14. Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, iddiaçı onun bacısı olmuşdur. Bacısı onkoloji xəstəlikdən əziyyət çəkmişdir. İddiaçı, həqiqətən də əvvəlcə işdən çıxması barədə ərizəni 0* mart 2023-cü ildə cavabdeh məktəbə vermiş olsa da, sonradan fikrindən daşınmış və mart ayının 2-si, 3-ü və 4-ü işə çıxmış, həm ingilis dili müəllimi kimi, həm də direktor müavini kimi vəzifələrini yerinə yetirmişdir. Lakin səhhətinin ağır laşması səbəbi ilə martının ayının 6-da xəstəxanada müayinə olunması üçün bülleten götürmüşdür. İddiaçının işdən çıxarılması və ya dərslərinin başqa müəllimə həvalə olunması barədə məlumatı olmamışdır. İşdən çıxarılması barədə yalnız xəstəxanadan qayıtdıqdan sonra 2023-cü ilin iyul ayında xəbər tutmuş, ona görə də cavabdeh məktəbə müraciət edərək, işdən çıxarılması barədə əmrin surətini əldə edib onu mübahisələndirmişdir. Həmçinin mart ayının 6-da açılmış əmək qabiliyyətinin olmaması vərəqəsində İddiaçı *9 mart 2023-cü ildə işə çıxmalı olduğu qeyd edilsə də, onun səhhəti buna yol verməmişdir, sadəcə xəstəxana rəsmiləşdirməni bu cür aparmışdır. Cavabdeh məktəb iddiaçının işdən çıxarılması barədə * mart 2023-cü il tarixində əmr vermiş olsa da, həmin əmri elektron sistemə bundan 9 gün sonra m art ayının *0-da daxil etmişlər. Bu isə onu göstərmişdir ki, iddiaçının işdən çıxarılması barədə əmr saxtalaşdırılmışdır. Hazırda iddia tələbində mübahisələndirilən 2 mart 2023-cü il tarixli, 40 nömrəli əmr öz hüquqi qüvvəsini itirmiş və bacısı 2023-cü ilin sentyabr ayından etibarən yenə də həmin məktəbdə ingilis dili müəllimi kimi çalışaraq öz dərsini demişdir. Lakin yenə də özünün əvvəlki vəzifəsi olan təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa olunmaq istəmişdir. Hələ də xəstəliyi ilə bağlı müalicəsi davam etsə də, xəstəliyi şiddətlənmədiyi təqdirdə, xəstəxanadakı müalicəsini tətil vaxtlarına salmağı düşünmüşdür.
15. Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə* apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o, 202 3-cü ilin fevral ayının 22-də Cavabdeh direktor kimi təyin olunmuşdur. İddiaçını əvvəlcədən tanımamış, onunla hər hansı şəxsi qərəzliyi olmamışdır. İddiaçı onkoloji xəstəlikdən əziyyət çəkmişdir və * mart 2023-cü ildə öz ərizəsi ilə ona müraciət edərək, işdən çıxmaq istədiyini bildirmiş, buna görə də o, iddiaçı ilə söhbət apararaq ən azından ingilis dili müəllimi kimi işinə davam etməsi qərarına gətirməyə çalışmışdır. İddiaçı da bununla razılaşmış, ona görə də o, * mart 2023-cü ildə iddiaçının direktor müavini kimi işdən azad edilməsi barədə əmr vermiş, 2 mart 2023-cü ildən isə iddiaçı artıq dərsə gəlməmişdir. O, məktəbin digər ingilis dili müəlliminin cədvəli ilə iddiaçının cədvəli uyğun gəlmədiyinə görə həmin tarixdə məcbur olub iddiaçının dərslərinin həvalə olunması üçün müvəqqəti ola raq başqa məktəbdən müəllim cəlb edilməsinə dair əmr vermişdir. 3 mart 2023-cü ildə məktəbdə ingilis dili dərsi olsa da, nə cəlb olunmuş yeni müəllim həmin dərsi keçməmiş, nə də iddiaçı dərsə gəlməmişdir. Başqa müəllimlər həmin dərs boş keçməsin deyə uşaqlarla məşğul olmuşlar. Həmin dərs üçün isə nə iddiaçıya, nə də dərsin keçirilməsi həvalə olunan müəllimə hər hansı əmək haqqı ödənilməmişdir. İddiaçı * mart 2023-cü ildən etibarən ümumiyyətlə məktəbdə olmamışdır. Bunu məktəbdə işləyən hər kəs təsdiq edə bilər. Sonradan xəstəliyi ilə bağlı sənədləri məktəbə gətirərkən məlum olmuşdur ki, onun üçün bülleten mart ayının 6-da açılmışdır. Lakin xəstəliyin xarakterini nəzərə alaraq həmişə iddiaçıya güzəştə getməyə çalışmışlar, hətta iddiaçı hazırda da bülletendə olmuşdur. Bundan başqa, İddiaçı iş ə çıxmalı olmasına baxmayaraq, *9 mart 2023-cü ildə də işə çıxmamışdır. Yalnız 2023-cü ilin yayında məktəbə müraciət edərək, əmrin surətini əldə edib onu mübahisələndirmişdir. Elektron sistemə iddiaçının işdən çıxarılması barədə əmri gec daxil etməsinin səbəbi isə o olmuşdur ki, 22 fevral 2023-cü ildə məktəbə direktor təyin olunsa da, onun adına elektron imza bir qədər gec verilmişdir. Elektron imza ona verilən kimi o, əmrlərin hər birini elektron sistemə daxil etmişdir. Həmçinin, iddiaçının jurnallarda 3 və 4 mart 2023-cü il tarixlərində qeydlər etməsi ilə bağlı dəlilləri ilə əlaqədar bildirmişdir ki, həmin günlərdə iddiaçı ümumiyyətlə məktəbdə olmamışdır. Lakin direktor müavini kimi jurnallara nəzarət etmək birbaşa iddiaçının səlahiyyətlərinə aid olduğuna görə ola bilər ki, əvvəlcədən bi r neçə gün üçün jurnallarda qeydlər aparmışdır. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 çıxış edərək bildirmişdir ki, həqiqətən də Nümayəndə* 22 fevral 2023-cü ildə Cavabdeh direktoru vəzifəsinə təyin olunmuş, elektron imza isə ona bir qədər gec verilmişdir. İddiaçının vəziyyəti barədə təmsil etdiyi idarənin də məlumatı var və ona həmişə güzəştə getməyə çalışmışlar. Əgər direktorun iddiaçı ilə hər hansı şəxsi qərəzliyi olsaydı, ərizəsinə əsasən iddiaçını ümumiyyətlə məktəbdəki işindən azad edə bilərdi. Lakin onlar iddiaçının səhhətindəki problemi nəzərə alıb həmişə ona dəstək olmağa çalışmışlar. İddiaçı 2023-cü ilin sentyabr ayından ingilis dili müəllimi kimi məktəbdə çalışmağa davam etməyə başlamışdır. Direktorun məlumatına görə, iddiaçı hazırda da bülletendə olmuşdur. Nə məktəb tərəfindən, nə də ki təmsil etdiyi idarə tərəfindən heç vaxt iddiaçıya problem yaradılmamışdır. İddiaçının səhhətinin onun dərslərini deməyə icazə vermədiyi halda, hansı məqsədlə direktor müavini vəzifəsinə bərpa olunmaq istəməsi isə onlara aydın deyildir.
17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2024-cü il tarixli, 2(*06)-7*5/2024 nömrəli qətnaməsi ilə (hakimlər: Samir Mayılov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Tofiq Heydərov) apellyasiya şikayəti qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 4 dekabr 2023-cü il tarixli, 2(036)-2505/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı Cavabdehə qarşı “0* mart 2023-cü il tarixli, 33 saylı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma dövrü üçün əmək haqqının və məzuniyyət haqqının ödənilməsi, 02 mart 2023-cü il tarixli, 40 saylı əmrin ləğv edilməsi və həmin əmrin 06 mart 2023-cü il tarixindən verilməsi tələbinə dair” iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
18. Məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçının sözügedən əmri mübahisələndirmək üçün iddia müddətini ötürmüş olması qəbul olunsa belə, birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndini tətbiq etməməklə maddi hüquq normasının pozuntusuna yol vermişdir. Belə ki, hazırda iddiaçının onkoloji xəstə olması və * mart 2023-cü il tarixli əmrin qəbul edilməsindən cəmi 5 gün sonra 6 mart 2023-cü ildən etibarən əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən bülletenə çıxması, *8 mart 2023-cü ildə bülleten müddətinin bitməsi, daha sonra 25 mart 2023-cü ildən 2 iyul 2023-cü ilədək yenidən bülletendə olması işin mübahisəsiz halları olmuşdur. Bundan əlavə, iddiaçı birinci instansiya məhkəməsində aparılan icraat zamanı xəstələnməsinə görə iddia müddətinin bərpa edilməsi barədə ərizə də vermişdir. Lakin birinci instansiya məhkəməsi həmin ərizəyə düzgün qiymət verə bilməmiş, iddia müddətinin ötürüldüyü təqdirdə bərpa edilməsinin zəruriliyi məsələsini araşdırmamışdır. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilmişdir.
19. Məhkəmə kollegiyası iddiaçının qeyd edilən dəlillərinin mübahisələndirilən əmrin ləğvi üçün əsas hesab etməyərək qeyd etmişdir ki, iddiaçı öz ərizəsində ingilis dili müəllimi kimi vəzifəsindən azad edilməsini xahiş etdiyini qeyd etsə də, onun tərəfindən yazılmış * mart 2023-cü il tarixli ərizə ilə bu hal təsdiq olunmamışdır. Belə ki, iddiaçı həmin ərizəsində özünü İmişli şəhər N.Nərimanov adına * saylı humanitar təmayüllü məktəbliseyin təlim-tərbiyə işləri üzrə direktor müavini kimi qeyd etmiş və ümumi olaraq * mart 2023-cü ildən işdən azad edilməsini xahiş etmişdir. Lakin sözügedən əmrdən iddiaçının məhz ingilis dili müəllimi vəzifəsindən azad edilməsini xahiş etdiyini, direktor müavini olaraq qalmaqda davam etmək istədiyini müəyyən etmək mümkün olmamış, əksinə, özünü direktor müavini olaraq təqdim edən iddiaçının məhz elə həmin vəzifədən azad edilməsinə dair ağlabatan müha kimə formalaşmışdır. Bundan başqa, iddiaçının nümayəndəsi tərəfindən apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış vəsatətdə qeyd olunmuşdur ki, iddiaçı 2 mart və 3 mart 2023-cü il tarixlərində bir sıra siniflərdə ingilis dilini tədris etmişdir. Belə olan halda iddiaçının bildirdikləri arasında ziddiyyət yaranmışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçının 2-3 mart 2023-cü il tarixlərində ingilis dili dərsini tədris etdiyinə dair dəlillər irəli sürməsi onun * mart 2023-cü il tarixli ərizəsində məhz ingilis dili müəllimi kimi vəzifəsindən azad edilməsini xahiş etməsinə dair qeyd etdiyi dəlili təkzib etmişdir.
20. Bundan başqa, apelyasiya instansiyası məhkəməsinin iclasında həm cavabdehin nümayəndəsinin, həm də üçüncü şəxsin nümayəndəsinin ifadələrindən də aydın olduğu k imi, həm cavabdeh məktəb, həm də üçüncü şəxs olan idarə daim iddiaçının xəstəliyini nəzərə alaraq ona güzəşt etməyə çalışmış, direktor müavini vəzifəsindən azad edilsə də, məktəbdə ingilis dili müəllimi kimi çalışmağa davam etməsinə şərait yaratmışlar. İddiaçı isə 2023-cü ilin sentyabr ayından etibarən isə yenə də həmin məktəbdə ingilis dili müəllimi olaraq çalışmağa davam etmişdir.
21. Məhkəmə kollegiyası cavabdehin etirazının həmin dəlillərini əsaslı hesab edərək qeyd etmişdir ki, iddiaçı 2-4 mart 2023-cü il tarixlərində həqiqətən də məktəbdə olması barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin iddiaçı işdən azad olunması barədə ərizəsini verdikdən müəyyən müddət sonra deyil, məhz ərizənin verildiyi gündən işdən azad olunmasını xahiş etmişdir. Bununla yanaşı, iddiaçı sonrada n işdən çıxma barədə fikrindən daşındığını qeyd etsə də, həmin ərizənin geri götürülməsi barədə yazılı müraciətinin mövcud olduğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Cavabdeh tərəf isə iddiaçının * mart 2023-cü ildən sonra ümumiyyətlə məktəbə gəlmədiyini, lakin onun xəstəliyinin xarakteri nəzərə alınaraq məktəbdə ingilis dili müəllimi kimi saxlanıldığını bildirmişdir.
22. Məhkəmə kollegiyası iddiaçının * mart 2023-cü il tarixli əmrin elektron sistemə *0 mart 2023-cü il tarixində daxil edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh və üçüncü şəxsin nümayəndələrinin apellyasiya məhkəməsinin iclasında bildirdiklərindən də aydın olmuşdur ki, mübahisələndirilən əmri imzalamış Nümayəndə* 22 fevral 2023-cü il tarixdən cavabdeh məktəbdə direktor vəzifəsinin icrasın a başlamışdır. Apellyasiya instansiyası məhkəməsinin iclasında həm cavabdehin nümayəndəsi Nümayəndə* özü, həm də üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 öz izahatlarında təsdiq etmişlər ki, iddiaçının işdən çıxması ilə bağlı əmr verilərkən Nümayəndə* məktəbə hələ yeni direktor kimi təyin olunduğuna görə onun elektron imzasının verilməsi müddəti ilə bağlı olaraq sözügedən əmr *0 mart 2023-cü ildə elektron sistemə daxil edilmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin həmin dəlilini işin hallarına uyğun sayaraq bildirmişdir ki, əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı mövcud olan əmrlərin elektron sistemə bir neçə gün sonra daxil edilməsi həmin əmrin saxtalaşdırılması və ya əsassız olması qənaətinə gəlməyə əsas vermir.
23. Həmçinin, iddiaçının 2-4 mart 2023-cü il tarixlərində işə çıx ması iş materialları ilə öz təsdiqini tapmamış və bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir.
24. Bundan başqa, məhkəmə kollegiyası 2 mart 2023-cü il tarixli, 40 saylı əmrlə bağlı bildirmişdir ki, həmin əmrin məzmunundan da göründüyü kimi, o, müvəqqəti xarakterli olmuş, iddiaçının sağalıb işə çıxanadək onun dərslərinin tədrisinin başqa müəllimə həvalə edilməsi ilə bağlı olmuşdur. Hazırda iddiaçı 2023-cü ilin sentyabr ayından artıq özünə aid olan ingilis dili dərslərinin tədrisinə davam etməyə başlamışdır. Belə olan halda isə 2 mart 2023-cü il tarixli, 40 saylı əmrin ümumiyyətlə hazırda qüvvədə olmadığı aydın olmuşdur. Ona görə də sözügedən hissədə də iddia tələbinin təmin edilməsi üçün hər hansı əsas müəyyən olunmamışdır.
25. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni A zərbaycan Respublikası Əmək Məcəlləsinin 296, 300-cü maddəsinin *-ci bəndinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (Vəkil) kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olub, əlavə olaraq qeyd olunmuşdur ki, iddia tələbinin əsaslı olmasını təsdiq edən kifayət qədər sənəd və sübutlar təqdim etməsinə baxmayaraq məhkəmə onları nəzərə almamış, cavabdehin işlə uzlaşmayan, qeyri-ciddi dəlilləri ilə təkzib edilməyə çalışılmış, əsassız olaraq iddianı rədd etmişdir. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh məktəb-liseyin direktorunun 0* mart 2023-cü il tarixdə əmək müqaviləsinə xitam vermək səlahiyyəti olmamış, həmin səlahiyyət ona 07 mart 2023-cü il tarixdə verilmişdir, bu hal özünün məhkəməyə təqdim etidiyi Bildirişdə öz əksini tapmışdır.
28. İddiaçı kassasiya şikayətini Əmək Məcəlləsinin 7.2, 9,*4, 49 və 83-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
30. Maddə 68. 2-ci hissə, “a” bəndi. Tərəflərdən birinin təşəbbüsü olduqda əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
31. Maddə
73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası *. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam veri lir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin *79-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
32. Maddə
76. Əmək müqav iləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər *. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
33. Maddə 292.*. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
34. Maddə 294.*. Bu maddənin ikinci hissəsin də nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
35. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
36. Maddə 300.*. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 7*, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək mün asibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 4*6.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 4*6.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəl lənin 4*8.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 4*7.*.* Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fa ktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
47. İd diaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və məhkəmə iclaslarında verilmiş izahatlarda irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
48. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarları nda formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.*.4, 408.*.5 və 4*6-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
49. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellya siya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 4*6, 4*7 və 4*9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*06)-7*5/2024 nömrəli iş üzrə 24 aprel 2024-cü il tarixli qətn aməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.