Məhkəmə qərarları › İş №2(102)-2401/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2401/2024

29.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2401/2024 29.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Kateqoriya: Torpaq münasibətlərindən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-87/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş k assasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Quba rayon Aqrar İslahat Komissiyasının qərarı ilə İddiaçı1 və İddiaçı2 Quba şəhəri ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,03 ha həyətyanı torpaq sahəsi verilmiş və bununla əlaqədar 12 may 2006-cı il tarixdə DTXK Quba rayon şöbəsi tərəfindən “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə (JN 2856A, KOD ********) tərtib edilərək verilmişdir. 2. ünvan 1 ünvanında yerləşən 35.1 kv.metr daşınmaz əmlakın yerləşdiyi və 0.03 ha yaşayış məntəqələrinin torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onlara məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. İddiaçılar tələblərini belə əsaslandırmışlar ki, onlara Quba şəhəri ərazisindən fərdi yaşayış evi tikintisi üçün Torpağın Mülkiyyətə Verilməsinə Dair JN2856A, KOD 30301004 saylı Şəhadətnamə əsasında 0,03 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ünvan 2 ünvanında yerləşməklə, orada onlara məxsus fərdi yaşayış evi vardır və ailəliklə həmin evində yaşayırlar. Cavabdeh məxsus həyətyanı torpaq sahəsi qonşuluqda yerləşir. Hazırda o, həmin torpaq sahəsində yaşayış evi inşa edir. Lakin o, onlara məxsus torpaq sahəsinin 37 kvadrat metrini zəbt edərək orada tikinti işləri aparır. Cavabdehin bildirdiyinə görə adına Torpaq sahəsinə M ülkiyyət Hüququna Dair **********03 saylı Çıxarış verilmiş və zəbt etdiyi torpaq sahəsi ona məxsusdur. Onlara həyətyanı torpaq sahəsi 2006-cı ildə verilmiş, cavabdehə isə təzə verilmişdir. Həmin Çıxarışı onlar əldə edə bilmədiyinə görə məhkəməyə təqdim edə bilməmişlər. Dəfələrlə cavabdehə onlara məxsus torpaq sahəsində tikinti işləri aparmamasını bildirsələr də, cavabdeh həmin sahənin ona məxsus olduğunu bildirməklə orada tikinti aparır. Həmin sahə faktiki olaraq onlara məxsusdur, torpaq sahəsinin plan və sərhəd ölçülərində də bu əksini tapmışdır. Cavabdeh onlara məxsus torpaq sahəsini zəbt etməklə mülkiyyət hüquqlarını pozur, onlarla heç cür razılaşmaq istəmir, zəbt etdiyi torpaq sahəsinin ona məxsus olmasını israr edir. Ona görə də cavabdehin zəbt etdiyi onlara məxsus torpaq sahəsinin on un qanunsuz sahibliyindən alınması, mülkiyyət hüquqlarının bərpa olunması və cavabdehin zəbt etdiyi onlara məxsus torpaq sahəsindən çıxarılması barədə məhkəməyə müraciət etmişlər.

5. Quba Rayon Məhkəməsinin 2(027)-1393/2021 nömrəli 4 oktyabr 2021-ci il tarixli qərardadı ilə məhkəmə-mühəndislik, torpaqşünaslıq ekspertizası təyin edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/1547 saylı ekspert rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-2856A KOD 30301004 nömrəli şəhadətnaməyə əsasən İddiaçı1 və İddiaçı2 Quba şəhəri ərazisindən fərdi yaşayış evi tikintisi üçün verilmiş 0.03 ha torpaq sahəsinin 252 kv.metr hissəsi koordinatları daxilindədir. Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən sahəs i 35.1 kv.metr olan daşınmaz əmlak koordinatları daxilindədir.

7. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz LayihəTədqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN2856A KOD 30301004 nömrəli şəhadətnaməyə əsasən İddiaçı1 və İddiaçı2 Quba şəhəri ərazisindən fərdi yaşayış evi tikintisi üçün verilmiş 0.03 ha torpaq sahəsinin 252 kv.metr hissəsi koordinatları daxilində yerləşir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli Çıx arışa əsasən Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 35.1 kv.metr olan daşınmaz əmlak koordinatları daxilində yerləşir. Torpağın mülkiyyətə verilməsinə dair JN2856A KOD 30301004 nömrəli şəhadətnaməyə əsasən İddiaçı1 və İddiaçı2 Quba şəhəri ərazisindən fərdi yaşayış evi tikintisi üçün verilmiş 0.03 ha torpaq sahəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi şimal-qərb istiqamətində 57 kv.metr hissədə üst-üstə düşür.

8. Quba Rayon M əhkəməsinin 2(027)-91/2022 nömrəli iş üzrə 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim İlqar Məmmədov) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmədə iddiaçılar İddiaçı1 və İddiaçı2 öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişlər.

10. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/1547 saylı ekspert rəyini nəzərə alaraq, hesab etmişdir ki, iddia tələbi əsasızdır və rədd edilməlidir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2, 77-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. İddiaçılar birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

13. İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir.Belə ki, Quba rayon Məhkəməsi qətnamədə Konstitusiyanın 13-cü maddəsinə formal olaraq istinad etmiş, lakin normanı tətbiq etməmişdir. Məhkəmə formal olaraq Mülki Məcəllənin 152-ci maddəsinə istinad etsə də, mülkiyyətçilərdən ancaq Cavabdeh evinə dair qeydiyyat orqanlarndan mülkiyyət hüququna dair çıxarışları toplamışdır. Əslində bu çıxarışların toplanılmasının bu iddia predmetinə bir aidiyyatı yoxdur. Belə ki, hər iki tərəfin 0,03 ha torpaq sahəsi vardır, bu torpaq səhələrinin 57 kv.metri üst-üstə düşür ki, məhkəmə sənəd üzrə bu üst-üstə düşən torpağın əsl sahibinin kim olmasını aydınlaşdrımalı idi. Əsl sahib iddiçılardırsa, belə halda bu üst–üstə düşən hissədə cavabdehin özbaşına tikilisi sökülməli və torpaq sahəsi boşaldılmalıdr. Əslində işdə olan sənəd və rəylərdən görünür ki, İddiaçı1 və İddiaçı2 torpağının 48 kv.metri əksikdir, çatmır, amma Cavabdeh isə 78 kv.m. torpağı artıqdır, deməli üst-üstə düşən 57 kv.metr iddiaçıların torpağıdır və orada cavabdehin tikdiyi tikili iddiaçıların torpağında tikilmiş tikilidir.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1904/2022 nömrəli mülki iş üzrə 3 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Zaur Məmmədov və Zahid Məmmədov) iddiaçılar tərəfindən verilmiş apellyasi ya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehin adına olan Texniki pasportdan da göründüyü kimi, iddiaçıların istinad etdiyi zəbt olunmuş 78 kv.m. torpaq sahəsi tərəflər arasında mübahisə predmeti olan üst-üstə düşən torpaq sahəsində deyil, ümumiyyətlə iddiaçılara aid olmayan, cavabdehin faktiki istifadəsində olan torpağın digər hissəsində yerləşir.

16. Bundan əlavə, iddiaçılara aid DTXK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinin 57 kv.m. hissəsinin cavabdehin adına verilmiş xx.xx.2020-ci i l tarixli rəsmi reyestrdə qeydə alınmış çıxarışda göstərilmiş torpaq sahəsinə aid bir hissəsində üst-üstə düşməsi ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, göstərilən torpaq sahələrinə dair qeydiyyatın düzgün aparılmamasını tərəflər müvafiq qaydada inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilərlər.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə “istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

18. İddiaçılar birgə (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışd ır ki, apellyasiya məhkəməsi qətnamədə heç bir maddi normaya istinad etməmiş, mülkiyyətçilərdən ancaq Cavabdeh mülkiyyət hüququnun qorunmasının qayğısına qalmış, onun evinə dair qeydiyyat orqanlarından mülkiyyət hüququna dair çıxarışların toplanılması işi ilə məşğul olmuşdur. Əslində, bu çıxarışların toplanılmasının bu iddia predmetinə heç bir aidiyyəti yoxdur. Hər iki tərəfin 0,03 ha torpaq sahəsi vardır, bu torpaq səhələrinin 57 kv metri üst-üstə düşür ki, məhkəmənin borcu ondan ibarət olmalı idi ki, aydınlaşdırsın ki, sənəd üzrə bu üst-üstə düşən torpağın əsl sahibi kimdir. Əsl sahib iddiaçılardırsa, belə halda, bu üst-üstə düşən hissədə cavabdehin özbaşına tikilisi sökülməli və torpaq sahəsi boşaldılmalı idi. Bundan əlavə, məhkəmələr mütəxəssis və ekspertiza qarşısına sual qoyaraq aydı nlaşdırmamışdır ki, cavabdehin Cavabdeh özbaşına tikinti apardığı tikilinin ümumi sahəsi nə qədərdir və bu tikili kimin mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. Lakin, apellyasiya məhkəməsi verilən vəsatəti təmin etməmiş, əlavə ekspertiza keçirilməsindən imtina etmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)554/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər Ələsgər Əliyev ( məruzəçi), Vüqar Həsənov və Mehparə Əhmədova) iddiaçıların kassasiya şikayəti təmin edilərək qətnamə ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

21. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi müvafiq nəticəyə müvafiq mütəxəssis və eks pert rəylərinə istinad etmədən, yalnız iş materiallarında olan Texniki Pasporta vizual baxış keçirməklə gəlmişdir.

22. Nəzərə alınmamışdır ki, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (MPM-in 64.1, 79.1 və 97.1-ci maddələri).

23. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi xx.xx.2022-ci il tarixli qərardad ında qeyd etmişdir ki, “işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 0.03 ha torpağından, yəni 300 kv.m.-dən 48 kv. m. əskikdir, Cavabdeh məxsus adıçəkilən torpaq sahəsi sənəd üzrə 0.03 ha olduğu halda, faktiki torpaq sahəsi 0.0378 hektardır, yəni 0.078 ha zəbt torpaq sahəsidir. Lakin birinci instansiya məhkəməsi ekspert qarşısında sual qoyarkən Cavabdeh özbaşına tikinti apardığı tikilinin ümumi sahəsinin nə qədər olduğunu və cavabdehin zəbt etdiyi 0.078 ha artıq torpaq sahəsinin harada yerləşdiyini, iddiaçılar İddiaçı1 və İddiaçı2 48 m² torpaq sahəsi əskikdirsə, bu əskik sahə haradadır və ya bu sahənin cavabdehin tikdiyi tikilinin altında yerləşən sahə olub-olmamasını aydınlaşdırmamışdır.”

24. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən əl avə ekspertizanın keçirilməsi barədə vəsatət təmin edilməmiş, iddiaçıların mülkiyyətində olan 0.03 ha torpaq sahəsinin 57 kv.m hissəsinin cavabdeh tərəfindən zəbt edilib edilməməsinin müəyyən edilməsi üçün müvafiq suallar ekspert qarşısında qoyulmamışdır.

25. Halbuki, MPM-in 102.1-ci maddəsinə əsasən, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

26. Bu halda, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işdəki sübutları düzgün qiymətləndirməmiş, prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, bununla da qanuni və əsaslı olmayan qətnamə çıxarılmışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

27. Apellyasiya instansiyası məhkəməsi Azərbayan Respublikası Ali Məhkəməsinin qərarında qeyd edilənlərə, eləcə də tərəflərin verdiyi vəsatətlərə istinadən 23 may 2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki eksperitzası təyin etmişdir.

28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/9646 nömrəli ekspert rəyinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-2856A Kod 30301004 nömrəli şəhadətnaməyə əsasən X1 və İddiaçı2 Quba şəhəri ərazisində fərdi yaşayış evi tikintisi üçün verilmiş 0,03 ha torpaq sahəsinin, 09.01,2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********0310301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin (naturada) koordinatları müəyyən edilmişdir. Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən 0.03 ha torpaq sahəsində aparılmış tikinti Cavabdeh məxsus **********03-10301 reyestr nömrəli Çıxarışa əsasən 0.03 ha torpaq sahəsinin daxilində yerləşir. Torpaqların elekton kadastr uçotu informasiya sisteminə (TEKİUS) əsasən İddiaçı1 və İddiaçı2 məxsus Torpağın mülkiyyətə verilməsinə dair JN-2856A Kod 30301004 nömrəli şəhadətnamənin cizgiləri ilə Cavabdeh məxsus xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0.03 haa torpaq sahəsinin cizgiləri üst-üstə düşmür. Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən tikintialtı sahəsi 160 kv.metr olan fərdi yaşayış evi və 52 kv.metr yarımçıq tikili xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03- 10301 reyestr nömrəli Çıxarışa əsasən verilmiş Plan-ölçü sənədinin cizgiləri daxilində yerləşir. Cavabdeh məxsus adıçəkilən evin texniki pasportunda qeyd edilən 0.0078 ha artıq torpaq sahəsi cavabdehin faktiki istifadəsində olan cənub-şərq hissəsində yerləşir və bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsidir.

29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki ko llegiyasının 2(105)-87/2024 nömrəli mülki iş üzrə 12 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

30. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/9646 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-2856A Kod 30301004 nömrəli şəhadətnaməyə əsasən X1 və İddiaçı2 Quba şəhəri ərazisində fərdi yaşayış evi tikintisi üçün verilmiş 0,03 ha torpaq sahəsinin, 09.01,2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin (naturada) koordinatları müəyyən edilmişdir. Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən 0.03 ha torpaq sahəsində aparılmiş tikinti Cavabdeh məxsus **********03-10301 reyestr nömrəli Çıxarışa əsasən 0.03 ha torpaq sahəsinin daxilində yerləşir. Torpaqların elekton kadastr uçotu informasiya sisteminə (TEKİUS) əsasən İddiaçı1 və İddiaçı2 məxsus Torpağın mülkiyyətə verilməsinə dair JN-2856A Kod 30301004 nömrəli şəhadətnamənin cizgiləri ilə Cavabdeh məxsus xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0.03 haa torpaq sahəsinin cizgiləri üst-üstə düşmür. Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən tikintialtı sahəsi 160 kv.metr olan fərdi yaşayış evi və 52 kv.metr yarımçıq tikili xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03- 10301 reyestr nömrəli Çıxarışa əsasən verilmiş Plan-ölçü sənədinin cizgiləri daxilində yerləşir. Cavabdeh məxsus adıçəkilən evin texniki pasportunda qeyd edilən 0.0078 ha artıq torpaq sahəsi cavabdehin faktiki istifadəsində olan cənub-şərq hissəsində yerləşir və bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsidir.

31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi ilə iddiaçılara məxsus Torpağın mülkiyyətə verilməsinə dair JN-2856A Kod 30301004 nömrəli şəhadətnamənin cizgiləri ilə cavabdehə məxsus xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0.03 haa torpaq sahəsinin cizgilərinin üst-üstə düşməməsi, cavabdehə məxsus ünvan 3 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən tikintialtı sahəsi 160 kv.metr olan fərdi yaşayış evi və 52 kv.metr yarımçıq tikilinin cavabdehə məxsus xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********0310301 reyestr nömrəli Çıxarışa əsasən verilmiş Plan-ölçü sənədinin cizgiləri daxilində yerləşməsi, cavabdehə məxsus evin texniki pas portunda qeyd edilən 0.0078 ha artıq torpaq sahəsinin cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin cənub-şərq hissəsində yerləşməsi, bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsi olması müəyyən edilmişdir.

32. Bununla da ekspert rəyi ilə iddiaçılara məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməməsi, onun tikdiyi tikilinin altında yerləşən sahə olmaması müəyyən edilmişdir.

33. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçılar onlara məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini təsdiq edəcək sübutlar təqdim etməmiş, eyni zamanda qeyd edilən hal keçirilmiş ekspert rəyi ilə təsdiqini tapmışdır.

34. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab etmişdi r ki, şikayətin dəlilləri keçirilmiş ekspert rəyi ilə təkzib edildiyindən əsaslı hesab edilə bilməz. Eyni zamanda hazırki işdə məhkəmə qətnaməsinin qeyd edilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.

35. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi iş üzrə təkrar ekspertizanın təyin edilməsi barədə iddiaçıların vəkilinin vəsatətinə münasibətdə bildirmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zi dd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir.

36. Bundan başqa iddiaçıların onlara məxsus torpaq sahəsinin kimin tərəfindən zəbt edilməsinin müəyyən edilməsinə dair dəlilinə cavab olaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki iddia tələbində iddiaçılar cavabdehin onlara məxsus torpaq sahəsini zəbt etdiyini iddia edirlər. Məhkəmə kollegiyası da həmin tələb həcmində araşdırma aparır. Hər hansı bir digər şəxslərin iddiaçılara məxsus torpaq sahəsinin zəbt edib-etməməsinin müəyyən edilməsi hazırki iddianın predmeti deyildir.

37. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1, 157.2, 157.4, 157.8-ci, Azərbaycan Respublikası T orpaq Məcəlləsinin 111-ci maddəsinin 1, 2, 3-cü hissələrinə, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 88, 101.7, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. İddiaçılar (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsi xahiş etmişlər.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin 12 fevral 2024-cü il tarixli 3-16-16/2-10/9646 saylı rəyi ilə Sumqayıt Apellyasiya Məhkəməsində yeni icraat vaxtı tanışlıqdan sonra məhkəmə qarşısında mülki işi üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin ed ilməsi, ekspertizanın aparılmasının digər mütəxəssis və ekspertlərə həvalə edilməsi, ekspertiza qarşısına Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadda qoyulmuş sualların qoyulması xahiş edilmiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsi bu yazılı vəsatəti təmin etməmiş və yekunda Quba rayon Məhkəməsinin adı çəkilən qətnaməsini dəyişdirilmədən öz qüvvəsində saxlanılması barədə qətnamə qəbul etmişdir.

40. Bu işdə mütəxəssis olan Nəbi Nəbizadə işin nəticəsi üzrə maraqlı olmuş və ona görə də bir-birindən fərqli 2 mütəxəssis rəyi vermiş və ona görə də bir-birinə zidd 2 ekspert rəyi alınmışdır.

41. İddiaçılar İddiaçı1 və İddiaçı2 0,03 ha torpağından, yəni 300 kv.metrdən (300252) 48 kv. metr torpağı əskikdir, Cavabdeh məxsus adı çəkilən torpaq sahəsi, sənəd üzrə 0,03 ha olduğu halda, faktiki olaraq sahəsi 0.0378 hektardır, yəni 0,0078 ha zəbt torpaq sahəsidir. Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadda iddiaçılar İddiaçı1 və İddiaçı2 48 kv.metr torpaq sahəsi əksikdirsə bu əksik sahə haradır və ya bu sahə Cavabdeh özbaşına tikdiyi tikilinin altında yerləşən torpaq sahəsidirmi? sualını qoymuş, lakin mütəxəssis və eyni zamanda ekspert bu suala ümumiyyətlə cavab verməmiş, məhkəmə də işin bu halını araşdırmamış iddiaçıların mülkiyyət hüquqlarnı qorumamışdır.

42. Sumqayıt Apellyasiya Məhkəməsi formal olaraq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu və Mülki Məcəllənin 152-ci və157-ci madələrinə istinad etsə də, mülkiyyətçilərdən ancaq Cavabdeh mülkiyyət hüququnun qorunması qayğısına qalmışdır. Əslində işdə olan sənəd və rəylərdə n görünür ki, İddiaçı1 və İddiaçı2 torpağının 48 kv. metri əksikdir, çatmır, amma Cavabdeh isə 78 kv. torpağı artıqdır, mütəxəssis və ekspert bir rəydə, ünvan 4 ünvanında yerləşən iddiaçılara məxsus 0.03 ha topraq sahəsinin şimal-qərb istiqamətində 57 kv. metr hissəsinin üst-üstə düşməsini, sonunci rəydə isə üst-üstə düşməməsini, 57 kv. metr torpaq sahəsinin bələdiyyə torpağı kimi cavabdeh tərəfindən zəbt olunmasını yazmışdır.

43. Məhkəmələr bu mübahisə üzrə Azərbaycan Respublikası Konstitusiyasının 13cü, 29-cu, Mülki Məcəllənin 152-ci,157-ci maddələrinin normalarını pozmuşdur.

44. Azərbaycan Respublikası MPM-nin 68-74-cü və 102-ci maddələrini rəhbər tutaraq Sumqayıt Apellyasiya Məhkəməsində vəsatət qaldırılaraq əlavə ekspertiza keçirilməsi barədə xahiş edilmiş, ekspertiza qarşısına Sumqay ıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadda qoyulmuş sualların quyulması xahiş edilmiş, lakin məhkəmə bu vəsatəti təmin etməmişdir.

45. Məhkəmələr bu hissədə Azərbaycan Respublikası MPM-nin 102-ci, 217-ci və 218-ci maddəlrinin normalarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

47. Maddə 13 İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

48. Maddə

29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

49. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan ist ifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

50. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

51. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

52. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

53. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

54. Maddə157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

55. Maddə 157.

8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

56. Maddə 111.

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araş dırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

63. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

64. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətn amə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

65. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

66. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsini n mövqeyi

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

68. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKİUS) əsasən İddiaçı1 və İddiaçı2 məxsus Torpağın mülkiyyətə verilməsinə dair JN-2856A Kod 30301004 nömrəli şəhadətnamənin cizgiləri ilə Cavabdeh məxsus xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 r eyestr nömrəli Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin cizgiləri üst-üstə düşmür. Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən tikintialtı sahəsi 160 kv.metr olan fərdi yaşayış evi və 52 kv.metr yarımçıq tikili xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03- 10301 reyestr nömrəli Çıxarışa əsasən verilmiş Plan-ölçü sənədinin cizgiləri daxilində yerləşir. Cavabdeh məxsus adıçəkilən evin texniki pasportunda qeyd edilən 0.0078 ha artıq torpaq sahəsi cavabdehin faktiki istifadəsində olan cənub-şərq hissəsində yerləşir və bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsidir.

69. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi iş üzrə təkrar ekspertizanın təyin edilməsi barədə iddiaçıların vəkilinin vəsa tətinə münasibətdə bildirmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir.

70. Bundan başqa iddiaçıların onlara məxsus torpaq sahəsinin kimin tərəfindən zəbt edilməsinin müəyyən edilməsinə dair dəlilinə cavab olaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki iddia tələbində iddiaçılar cavabdehin onlara məxsus torpaq sahəsini zəbt etdiyini iddia edirlər. Məhkəmə kollegiyası da həmin tələb həcmində araşdırma aparı r. Hər hansı bir digər şəxslərin iddiaçılara məxsus torpaq sahəsinin zəbt edib-etməməsinin müəyyən edilməsi hazırki iddianın predmeti deyildir.

71. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişləri apellyasiya baxışının hədləri çərçivəsində icra edilmiş, işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

73. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “12” mart 2024-cü il tarixli 2(105)-87/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar