Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2402/2023 12.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlunun məruzəsi ilə, Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1920/2023 nömrəli, 2 fevral 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktlar ı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları, 26-cı dalan 1986A saylı ərazidə yerləşən bağ evinin torpaq sahəsindən çıxarılması, zəbt olunmuş torpaq sahəsində çəkilən hasarın cavabdehin hesabına sökülməsi və həmin sökülən torpaq sahəsinin cavabdehin hesabına təmizlənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh İddiaçı qarşı daş hasarın İddiaçı hesabına sökülməklə torpaq sahələrinin əvvəlki vəziyyətinin bərpa edilməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılması, boşaldılaraq geri qaytarılması, inşa edilən hasarlarların tikintisi ilə bağlı çəkilən xərclər maddi ziyan kimi qiymətləndirilərək, dəymiş maddi ziyanın, mənəvi ziyanın və dövlət rüsumunun tutulması barədə qarşılıqlı iddia vermişdir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) (hakim Tahirə Əsədova) e-2(008)-1354/2022 saylı, 16 may 2022-ci il tarixli qətnaməsi ilə, ilk iddia təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir.
4. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti ilə müraciət etmişdir.
5. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır (apellyasiya şikayətinin verilməsi Mülki-Prosessual Məcəllə ilə müəyyən olunmuş formada və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməməsi əsası ilə).
6. Cavabdeh xx.xx.2022-ci il tari xli qərardadda göstərilən qüsurları aradan qaldıraraq xx.xx.2022-ci il tarixdə məhkəməyə apellyasiya şikayəti və buraxılmış müddətin bərpası barədə ərizə ilə müraciət etmişdir.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdehn Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1354/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında ərizəsi rədd edilmiş, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.
8. Cavabdeh məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadından şikayət verərək, onun sosial təqaüdçü, ahıl və hüquqi savada malik olmadığını üzürlü səbəblər sırasında nəzərə almaqla həmin 2(008)-1354/2022 saylı, xx.xx.2022-ci i l tarixli qətanməsindən apellyasiya şikayətinin «Elektron Məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə həyata keçirilməsinin hüquqi əsasda təmin edilməsi, eyni zamanda Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinin tələbləri əsasında apellyasiya şikayəti üzrə üzürlü səbəbdən ötmüş müəyyən edilən müddətin bərpa edilməsi barədə məhkəmə qərarının çıxarılmasını mövcud qanunvericiliyin tələbi əsasında qanuni hüquqda əsaslı sayılmasını xahiş etmişdir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2(008)1354/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1920/2023 saylı, 2 fevral 2023-cü il tarixli qərardadı ilə (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Cəmilə Musayeva) Sabunçu Rayon Məhkəməsinin 6 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilmiş, Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli qərardadından verilmiş şikayət qeyri-mümkün hesab edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti “MPM-ə əlavə 2”-də göstərilən formada tərtib edilməmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Prezidentinin 16 iyul 2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 09 iyul tarixli 363-VİQD nömrəli Qanunun 2.2, Mülki Prosessual Məcəllənin 361.1, 361.1.2-361.1.7, 363.1.1-1, 364-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm birinci instansiya məhkəməsi xx.xx.2022-ci il və xx.xx.2022-il tarixli, həm də apellyasiya instansiyası məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadları qəbul edərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, məhkəmə tərəfindən ədalətli, obyektiv məhkəmə hüquqi araşdırması aparılmamışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2022-il tarixli qətnamə qəbul edilərkən yalnız həmin qətnamə üzrə iddiaçı tərəfin hüquqları müəyyənləşdirilərək onun “Elektron Məhkəmə” informasiya sistemində qeydiyyata alınması aparılmışdır.
15. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə şikayət edilən vəziyyətin hüquqi reallıqlarını mövcud qanunvericiliyin tələblərinə əsasən araşdırmamış, qərarını tərəflərin çəkişmə prinsipi əsasında müzakirə etdiyi dəlillərə, izahatlara, sənədlərə əsaslandırmadan Konstitusiya ilə müdafiə olunan hüququnun pozulması ilə nəticələnən hallar şəraitində çıxarılmışdır. Cavabdeh birinci instansiya məhkəməsi qətnaməsini poçt vasitəsilə yalnız xx.xx.2022-ci il tarixdə qəbul etmişdir. Deməli, həmin dövrdə birinci instansiya məhkəməsinə birbaşa olaraq məlum idi ki, o, cavabdeh qismində olmaqla xx.xx.2022-il tarixli məhkəmə qətnaməsi üzrə “Elektron Məhkəmə” informasiya sistemində tərəf kimi qeydə almamışdır. Halbuki, işə daxil edilmiş rəsmi sənəd üzrə xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsini cavabdeh məhkəməyə rəsmi müraciət etməklə yalnız xx.xx.2022-ci il tarixində almış və qanunun tələblərinə əsaslanmayan həmin məhkəmə qətnaməsindən hüquqi əsasda xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir.
16. Digər tərəfdən, birinci instansiya məhkəməsinin qətnaməsi əsasında tərəflərin arasında bağlanılmış şifahi razılaşma müqaviləsi etibarsız sayılaraq hüquqi qüvvəsini itirmiş hesab edilmiş və nəticədə yalnız həmin şifahi razılaşma müqaviləsinin tələbləri əsasında İddiaçı tərəfindən onun şəxsi istifadəsinə verilmiş mülkiyyəti olan torpaq sahəsinin ona qaytarılması qət edilərkən cavabdeh tərəfindən həmin şifahi razılaşm a müqaviləsinin şərtləri əsasında şəxsi mülkiyyətində olan İddiaçı istifadəsinə verdiyi torpaq sahəsinin ona geri qaytarılması barədə heç bir hüquqi hərəkətlər edilməmişdir. Bundan başqa, qətnamə cavabdeh tərəfin hüquqlarına bilərəkdən məhdudiyyətlər qoyulmaqla elə qəbul edildiyi tarixdən, yəni apellyasiya şikayəti vermək üçün 1 aylıq müddət gözlənilmədən icra vərəqəsi əsasında Sabunçu Rayon İcra şöbəsinə göndərilmişdir. Həmçinin, iş üzrə məhkəmədə mübahisə predmetinin əsasını tərəflərin həmin şifahi razılaşma müqaviləsinin tələblərinə əməl edilib-edilməməsinin hüquqi qaydada mübahisələndirilməsi qaydası təşkil edir. Bu əsasda qanunun tələbi üzrə məhkəmə tərəfindən yerli baxış keçirilərkən mühəndis ekspertin iştirakı təmin edilməli və bu əsasda ekspertin hüququndan istifadə etməklə ilə müə yyən edilməli idi ki, cavabdeh həmin şifahi razılaşma müqaviləsinin tələbləri əsasında İddiaçı şəxsi istifadəsinə hansı ölçüdə torpaq sahəsi vermiş və hansı ölçüdə həmin verdiyi torpaq sahəsinin kompensasiya əvəzi olaraq İddiaçı məxsus torpaq sahəsini öz istifadəsinə götürmüşdür.
17. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 88, 133.6, 217.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
19. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmə nin adı şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir.
20. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır.
21. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Kassasiya baxışının hədləri
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşa ğı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Belə ki, apellyasiya məhkəməsi Cavabdeh şikayəti üzrə apellyasiyanı ona görə qeyri-mümkün saymışdır ki, şikayət “MPM-ə əlavə 2”-də göstərilən formada tərtib edilməmişdir. Həmin əlavədə elektron kabinet vasitəsilə verilən şikayətin nümunəvi forması, o cümlədən şikayətdə əks olunması zəruri olan məlumatlar göstərilmişdir.
26. Cavabdeh şikayəti nəzərdən keçirildə məlum olur ki, şikayətin həmin tələblərə cavab verməməsi barədə apellyasiya məhkəməsinin qənaəti əsaslıdır.
27. Kollegiya hesab edir ki, şikayət üzrə apellyasiyanın qeyri-mümkün sayılması barədə apellyasiya məhkəməsinin mövqeyi əsaslı olduğundan əlavə (o cümlədən bu kassasiya baxışının predmeti olmayan) halların araşdırılmasına prosessual qənaət prinsipi baxımından gərək qalmır və kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
28. Ona görə də kassasiya şikayəti təmi n olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 fevral 2023-cü il tarixli, 2(103)1920/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.