Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2402/2024 13.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikiliyə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-230/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı i lə Cavabdeh 30 yanvar 2007-ci il tarixdə rəsmi nikah münasibətinə girmişlər, bu nikahdan onların övladı olmamışdır.
2. Tərəflər arasındakı nikah Abşeron Rayon Məhkəməsinin 2(012)-2550/2020 nömrəli, 25 avqust 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 4 otaqlı mübahisəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, evləndikdən sonra cavabdehin atasına məxsus olan Balakən rayonu, Qabaqçöl qəsəbəsi, Şərif kəndində yerləşən evdə yaşamağa başlamışlar. 1997-ci il tarixdə atası X1 şəhəri, Qu şçuluq Y/M 14, Niyazi küçəsi, ev 35 ünvanında yerləşən 0,6 hektar torpaq sahəsini (0,3 hektar hissəsi qardaşının, 0,3 hektar hissəsi onun üçün) almış, torpaq sahəsinin sənədi olmamışdır. Atası həmin torpaq sahəsində onlar üçün bir otaqlı ev tikdirmişdir. 1998-ci il tarixdə o, həyat yoldaşıyla birlikdə atasının onun üçün tikdirdiyi mübahisəli fərdi yaşayış evinə köçüb yaşamağa başlamışlar. Birgə yaşadıqları dövrdə əlavə otaqlar tikdirərək evə birləşdirmişlər. Onların birgə nikahdan övladları olmadığından süni mayalanma yolu ilə övlad sahibi olmaq qərarına gəlmişlər. Lakin bunun üçün onların nikahlarının olması şərt olduğundan 2007-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Lakin süni mayalanmadan müsbət nəticə əldə edə bilməmişlər. Bu andan etibarən ailədə tez-tez ciddi problemlər yaranmağa baş lamışdır. Sonuncu dəfə 2020-ci il tarixdə süni mayalandırma yolu ilə övlad sahibi olmaq qərarına gəlmişlər. Lakin təkrar süni mayalandırmadan müsbət nəticə əldə edə bilməmişlər. Bu da ailədə daha ciddi problemlərin yaranmasına səbəb olmağa başlamış və cavabdeh onu evdən qovmuşdur.
5. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, iddiaçının mübahisələndirdiyi ünvanda faktiki yaşayır, qeydiyyatı isə Balakən rayonunadır. İddiaçı bildirir ki güya onlar 1996-cı ildə qeyri-rəsmi nikaha daxil olmaqla evlənmişlər. Lakin o, 1992-1996-cı illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra anası Bakı şəhərində qalmaq istədiyini bildiyi üçün Bakıda yaşayan qohumları vasitəsi ilə 1995ci ildə ona hədiyyə olaraq Xırdalan şəhəri Quşçuluq yeni yaşayış massivində 3 sot sənədsiz t orpaq alaraq hasarlamışdır. O, hərbi xidmətdən gəlib Bakıda qalaraq “Karmen” un fabrikində işləməyə başlamışdır. Onun anasının kənddə böyük təsərrüfatı olmuşdur. Anasının maddi köməkliyi ilə o, 3 otaqlı ev tikmişdir. İddiaçı bildirir ki guya iddiaçının atası sözügedən torpağı almış və evi tikmişdir. Həmin torpaq guya 6 sot olmuş, bir hissəsində iddiaçının qardaşına ev tikilmişdir. İddia ərizəsində göstərilənlər yalandır. İddiaçının qardaşlarının evləri Quşçuluq y/m, 11-ci küçə, ev 125 ünvanında tikilmişdir və hazırda iddiaçının hər 2 qardaşı həmin ünvanda yaşayır. Hətta o, ev tikdiyi müddəti iddiaçının ailəsinin həyətində kirayədə yaşamış və iddiaçını da oradan tanımışdır. O, iddiaçıyla görüşmək məqsədilə iddiaçının ailəsinin həyətindən köçərək Novxanıda ev kirayələmişdir. O, iddiaçının ai ləsinin evində kirayə qaldıqda mərhum anası tez-tez gəlib ona baş çəkmiş və elə o vaxtdan da ailələri arasında yaxın münasibət yaranmışdır. Odur ki, o, evini 1998ci ildə tamamlamış və ora köçdükdən sonra iddiaçı onunla görüşməyə tez-tez gəlmiş, evini təmizləmiş, çox vaxt yeməyini bişirmişdir. Onların münasibətlərindən xəbər tutduqdan sonra hər 2 tərəfin razılığı ilə onlar 2007-ci ildə evlənmişlər, onların birgə nikahdan övladı olmamışdır. O, iddiaçını 2007-ci ildən 2020-ci ilə qədər tez-tez müalicə və müayinələrə aparmış, səhər saat 7 radələrində evdən çıxmış, axşam 20:00 radələrində evə qayıtmışdır. O, iddiaçıya inanmış və xəyanət edəcəyini heç vaxt təsəvvür etməmişdir. Onun min əzabla qazandığı pulu iddiaçı başqa şəxslərə xərcləmişdir. Süni mayalanma məqsədi ilə o, ilk dəfə 2017-ci ild ə Mərkəzi Klinikaya 11000 manat, 2019-cu ildə “Ömür” klinikasına 6000 manat pul ödəmiş, sonuncu dəfə isə iddiaçı “Bakı Sağlamlıq Mərkəzi”ndə süni mayalanma əməliyyatını 2020-ci ildə olmuşdur. Bu əməliyyatı həyata keçirmək üçün o, bankdan kredit götürmüş və klinikaya 5500 manat ödəniş etməklə yanaşı, səhər saat 08:00-dan axşam saat 17:00-a qədər ac-susuz, həyəcanla iddiaçının əməliyyatdan çıxmasını gözlədiyi radələrdə iddiaçı rahat şəkildə başqa şəxslərlə mesajlaşmışdır. Bundan əlavə, iddiaçı 1415 yaşlarında olanda guya tanımadığı adam tərəfindən zorlandığını bildirmiş, buna baxmayaraq o, iddiaçıya inanmışdır. Bundan əlavə, 1996-ci ildə iddiaçının 19 yaşı olmuşdur. Necə ola bilərdi ki, iddiaçının ailəsi həmin yaşda qız övladını rəsmi nikah olmadan ərə versin? Bunlar absurd və yalandır. Onla r xəyanət üstündə ayrılmışlar. 2020-ci ilin 25 avqust tarixindən onlar rəsmi olaraq ayrılmışlar. İddiaçının köçmək istədiyi həmin fərdi yaşayış evinin isə heç bir sənədi yoxdur, özbaşına tikilidir. O, dəfələrlə evə mülkiyyət hüququnu təsdiq edən sənədi almaq istəmiş, lakin aidiyyəti orqanlar ona evin özbaşına tikili olduğunu və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, özbaşına tikili aparmış şəxsin mülkiyyət hüququ əldə edə bilmədiyini bildirmişlər. Odur ki, o, iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Abşeron Rayon İcra Hakimiyyətinın Mənzil Kommunal X2 Təmiri Birliyinin 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı sənəds iz mübahisəli fərdi yaşayış evində yaşayır. Qonşuların aktına əsasən, iddiaçı cavabdeh ilə 1998-ci ildən 2020-ci il tarixə kimi bir yerdə yaşamışlar.
7. Abşeron Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddianın təmin edilməsi, iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli fərdi yaşayış evi iddiaçı və cavabdehin faktiki nikah münasibətləri olduğu dövrdə hər iki tərəfin birgə əməyi nəticəsində tikilmiş, tərəflər həmin mübahisə predmeti olan evdə birgə yaşamış və iddiaçı yaşayış yerinə malik olmağı arzulamışdır. Bu hal iddiaçının izahatı ilə yanaşı iş materiallarında olan fotoşəkillərlə də öz təsdiqini tapmış və həmin halları təkzib edəcək sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Hal-hazırda cavabdehin iddiaçını mübahisəli fərdi yaşayış evinə buraxmamasını məhkəmə cavabdehin hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirir və bu hal iddiaçının haqlı mənafeyinin pozulması ilə nəticələnir.
9. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə Avropa Məhkəməsinin 30 noyabr 2004-cü il tarixli qərarına istinadən bu qənaətə gəlmişdir ki, iddiaçının cavabdehlə birlikdə mübahisəli fərdi yaşayış evinə dair “qanuni gözləntiyə” malik hüquqları vardır.
10. Məhkəmə hesab etmişdir ki, hazırkı halda mübahisəli fərdi yaşayış evinə cavabdehin hüquqdan sui-istifadə etməsi iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 25-ci (1 və 3-cü bənd), 43-cü (1-ci bənd), Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1, 164.2, 560.3.4-cü maddələrinə, Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsini n ləğv olunmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
13. İddiaya etiraza uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin iddiaya qarşı irəli sürdüyü dəlillərlə bağlı istinad etdiyi hallara dair heç bir sübuta qiymət verilməmişdir. Belə bir sübut tədqiq edilmədən birinci instansiyası məhkəməsi tərəfindən iddianın təmin edilməsi nəticəsində MPM-nin 77-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, cavabdeh yazılı etiraz və iddiaçının ona müxtəlif kişilərlə xəyanət etdiyini əks etdirən disk təqdim etsə də, məhkəmə sanki bunların heç biri olmayıbmış kimi, qətnamədə cavabdehin həmin halları təkzib edəcək sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyini göstərmişdir. Məhkəmə də qətnamədə bu arayışa və qonşuların aktına istinad ets ə də, həmin aktın nə əsli, nə də surəti iş materiallarına əlavə edilməmiş və həmin qonşuların şəxsiyyətləri, kimliyi məlum deyil, bu da belə bir aktın ümumiyyətlə olmamasına dəlalət edir, aktın olmaması da həmin arayışın mötəbərliyini şübhə altına alır. Bundan başqa, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halı sübut etməli oldugu halda, elə bir akt və aktı imzaları ilə təsdiqləyən qonşular olduğu halda onların məhkəməyə şahid qismində gəlib izahat verməmələri də bir daha həmin aktın və qonşuların olmadığı anlamına gəlir. Məhkəmədə verdiyi izahatında göstərilən dəlilləri araşdırmadan bu halın sübuta yetirilmədiyi, bunu təsdiq edən dəlilləri məhkəməyə təqdim etmədiyi haqqında qanunsuz nəticəyə gəlmişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-230/2024 nömrə li, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Səyyad Qafari (sədrlik edən və məruzəçi) Ayaz Mahmudov və Almaz Süleymanova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia təmin edilmişdir.
15. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 164.1, 164.2, 560.3.4-cü maddələrinə istinad etmiş, bununla da mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etmək əvəzinə, tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir. Belə ki, tərəflərin 2007-ci ildən rəsmi nikaha daxil olmaları, mübahisəli fərdi yaşayış evinə köçüb yaşamaları, bu nikahdan övladlarının olmaması və nikahlarının məhkəmə qətnaməsinə əsasə n pozulması işin mübahisəsiz halıdır. Tərəflər arasında hüquq münasibəti 2009-ci ilin oktyabrın 1-dən sonra yarandığından, hazırki mübahisə Mənzil Məcəlləsinin 53-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
16. Məhkəmə kollegiyası Abşeron Rayon İcra Hakimiyyətinin 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 25 noyabr 2023-cü il tarixli 4723 saylı arayışa və qonşuların aktına istinadən qeyd etmişdir ki, iddiaçının köçürülməsini arzuladığı fərdi yaşayış evi özbaşına tikili olsa da, sonuncu, həmin mənzildə 2007-ci ildən cavabdehlə ailə quraraq yaşamağa başlamış və həmin evi özü üçün yaşayış yeri hesab etmişdir. Lakin cavabdeh onu evdən qovmaqla faktiki olaraq mənzildən istifadə hüququnu məhdudlaşdırmışdır. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia təmin edilməklə iddiaçı mübahisəli fərdi yaşayış evinə köçürülməlidir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü (1-ci hissə), Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1 və 180.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2 və 386-cı maddəsinə, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin İ hissəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsin in qətnaməsinin ləğv olunması, iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti iddia tələbinə etiraza və apellyasiya şikayətinə uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, iddiaçını evdən qovan olmamış, bu, iddiaçının öz qərarı olmuş, o, cavabdeh tərəfindən mobil telefonunda instaqram sosial şəbəkəsində eyni zamanda 3 müxtəlif kişilə danışıb görüşdüyü məlum olduqdan sonra, cavabdehin iddiaçıdan onun əzab-əziyyətlə fabrikdə gecə-gündüz fəhlə işləyib qazandıgı halal pulları yaşca özündən kiçik oglanlara xərcləməsinin səbəbini soruşduqda iddiaçı özü çıxıb evdən getmiş, bununla da artıq cavabdehlə bir evdə yaşamaq arzusunda olmadıgını nümayiş etdirmişdir. Cavabdeh belə olan halda 2020-ci ildə nikahın xitamı tələbi ilə məhkəməyə müraciə t etmiş, nikah məhkəmə qaydasında pozulmuş, iddiaçı da 3 ildən sonra “mənzilə köçürülmə” iddiası ilə məhkəməyə müraciət etmişdir. İddiaçının bu tələbi heç də gedib cavadehlə bir evdə yaşamaqla əlaqədar deyil. Belə ki, cavabdehin başqa qadınla ailə qurub yaşaması, mənzilin şəraitinin də buna yol verməməsi (mənzil yarımçıq tikilib, yaşayış üçün 1 otaq və 1 mətbəx yararlıdır, iddiaçının həmin mənzilə köçürüldüyündə yaşamağa, əşyalarının hər hansı otaga yerləşdirməsi qeyri-mümkündür) ona məlumdur. Həmçinin, iddiaçı cavabdehi müxtəlif banklardan müalicələri üçün kredit götürməyə vadar etmiş, cavabdeh hal hazırda da onunla evliliyi dövründə ona xərcləmək üçün aldıgı kreditləri ödəməklə məşguldur. Kredit götrülən vəsaitlər sırf iddiaçının müalicələrinə xərclənsə də, cavabdeh pul tələbi ilə ona qa rşı iddia ilə qanuni əsasları olsa da, məhkəməyə müraciət etməmişdir. Bunun səbəbi isə həyatda bir daha iddiaçı ilə rastlaşmamaq, ona qarşı xəyanətlər edən qadınla bir daha üz-üzə gəlmək istəyinin olmamasıdır. Belə bir şəraitdə yazışmalarından da göründüyü kimi, eyni zamanda müxtəlif kişilərlə görüşən, normal ailə ilə bir evdə yaşamağa yaramayan həyat tərzi keçirən iddiaçının cavabdehin yeni ailəsi ilə yaşadığı mənzilə köçürülməsi gələcəkdə ən azı mübahisələrin və nəticə etibarı ilə hər hansı cinayətin baş verməsi üçün zəmin yaradacaq və bu halların baş verməsinə yol verməmək üçün iddiaçının həmin mənzilə köçürülməsi təmin olunmamalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə etiraz edərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdiri lmədən saxlanılmasını xahiş etmişdir.
21. Etiraz iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
22. Maddə 43 (İ hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozma qla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
24. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin İ hissəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı 25. 1 sentyabr 2000-ci ildən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı m übahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasınd a tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları a raşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. İddiaçı bildirmişdir ki, Xırdalan şəhəri, Quşçuluq Y/M 14, Niyazi küçəsi, ev 35 ünvanında yerləşən 0,6 hektar torpaq sahəsi (0,3 hektar hissəsi qardaşı üçün, 0,3 hektar hissəsi onun üçün olmaqla) atası X4 tərəfindən 1997-ci il tarixdə alınmış, torpaq sahəsinin sənədi olmamışdır. Atası həmin torpaq sahəsində onlar üçün bir otaqlı ev tikdirmiş, 1998ci ildə o, həyat yoldaşı ilə birlikdə atasının onun üçün tikdirdiyi mübahisəli fərdi yaşayış evinə köçüb yaşamağa başlamışdır.
38. Cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, Bakıda yaşayan qohumları vasitəsi ilə 1995-ci ildə Xırdalan şəhəri, Quşçuluq yeni yaşayış massivində 3 sot sənədsiz torpaq alaraq hasarlamış və orada anasının maddi köməkliyi ilə 3 otaqlı ev tikmiş, evi 1998-ci ildə tamamlamış, iddiaçı ilə 2007-ci ildə evlənmişlər. İddiaçının qardaşlarının evləri isə Quşçuluq y/m, 11-ci küçə, ev 125 ünvanında tikilmişdir və hazırda iddiaçının hər 2 qardaşı həmin ünvanda yaşayır.
39. İddianı təmin edən apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının köçürülməsini arzuladığı fərdi yaşayış evi özbaşına tikili olsa da, sonuncu, həmin mənzildə 2007-ci ildən cavabdehlə ailə quraraq yaşamağa başlamış və həmin evi özü üçün yaşayış yeri hesab etmişdir. Lakin cavabdeh onu evdən qovmaqla faktiki olaraq mənzildən istifadə hüququnu məhdudlaşdırmışdır.
40. Kassasiya məhkəməsi bu mövqeyi işin yekun həlli üçün kifayətedici saymır və hesab edir ki, iddiaçının bildirdiyi halların tam və hərtərəfli aydınlaşdırılması, bu xüsusatlar üzrə tərəflərin dəlillərinə lazımı hüquqi qiymət verilməsi mühüm əhəmiyyət kəsb edir.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin tərəflər arasında yaranmış hüquq münasibətlərini müəyyən etdiyi tarixlə həmin tarixə uyğun tətbiq edilmiş maddi hüquq norması arasında ziddiyyət vardır. Belə ki, apellyasiya məhkəməsi tərəflər arasında hüquq münasibətlərinin 2007-ci ildən yarandığını qeyd etsə də, maddi hüquq norması kimi 2009-cu ildə qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsinə istinad etmişdir. Halbuki həm “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsi nin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli, həm də Mülki Məcəllənin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli Konstitusiya Məhkəməsinin Plenum qərarlarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra və 2009-cu il 1 oktyabrına qədər yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinə uyğun həll edilməli olsa da, göründüyü kimi apellyasiya instansiyası məhkəməsi düzgün olmayan maddi normaya istinad etmişdir.
42. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə doğru nəticəyə gəlmək üçün tərəflər arasında hüquq münasibətlərinin hansı tarixdən yaranmasını, mübahisəli özbaşına tikilinin nə vaxt və kim tərəfindən inşa edilməsi, iddiaçının həmin tikilinin ərsəyə gəlməsində ailə birliyi çərçivəsində səyinin olub-olmamasını müəyyən etmək gərəklidir. Həmçinin iddiaçının yaşayış yerinə ehtiyacı olduğu halda, evdən qovulduqdan (iddiaçı iddiasına görə) sonra hüquqlarının bərpası üçün dərhal sonra yox, uzun müddət (3 il) keçdikdən sonra belə bir tələb irəli sürməsi də araşdırılmalıdır.
43. Bundan başqa iş üzrə apellyasiya məhkəməsi cavabdehin qonşuluqda yaşayanların şahid qismində dindirilməsi ilə bağlı vəsatətini təmin etməmişdir. Halbuki 42ci bənddə qeyd edilən məsələləri müəyyən etmək üçün həmin şahid ifadələri önəmlidir. Həmçinin iddiaçı cavabdehin onu evdən qovmaqla faktiki olaraq mənzildən istifadə hüququnu məhdudlaşdırmasına dair mötəbər dəlillərini məhkəməyə təqdim etməsə də, apellyasiya məhkəməsi bu də lili əsaslı hesab etmişdir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
45. Mülki prosessua l qanunvericiliyə görə hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi in stitutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
46. Məhkəmə kollegiyası hesab edir ki, 42 və 43-cü bənddə qeyd edilən xüsusatlara dair tərəflərin istinad etdikləri hallar və təqdim etdikləri sübutlar tam və hərtərəfli yoxlanılmalıdır.
47. Ona görə də qətnamə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apellyasiya baxışına qaytarılmalıdır.
48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 fevral 2024-cü il tarixli 2(105)-230/2024 saylı qətnaməsi ləğv edilsin, iş yeni a pellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.