Məhkəmə qərarları › İş №2(102)-2404/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2404/2023

13.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2404/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: evə köçürülmə ) 13.06.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-594/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşi n halları

1. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Əşrəfov küçəsi döngə 1 ünvanında yerləşən 19 saylı evdə xx.xx.2006-cı il tarixdən qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Əşrəfov küçəsi döngə 1 ünvanında yerləşən 19 saylı yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hər dəfə evinə gedib gələndə cavabdeh onunla mübahisə edir heç bir səbəb olmadan evinə giriş-cıxışına mane olur, bir sözlə onu evinə buraxmaq istəmir. Bundan sonra o, öz evinə köçmək istəmiş, lakin cavabdeh onu öz evinə buraxmamışdır. O isə bu qoca yaşında ailəsi ilə evində girib yaşamaqdan məhrum olmuşdur. Onun həmin evdən başqa yaşayış yeri yoxdur.

4. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Z.Tağıyev) 04 avqust 2022-ci il tarixli, 2(003)-2188/22 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Əşrəfov küçəsi döngə 1 ünvanında yerləşən 19 saylı evinə köçürülməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının köçürülməli olduğunu iddia etdiyi yaşayış sahəsinə nə iddiaçının, nə də ki, cavabdehin mülkiyyət hüququ qeydə alınmamışdır. Lakin işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı cavabdehlə aralarında olan mübahisəyə qədər mübahisəli evdə yaşamışdır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsindən iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Bu səbəbdən iddiaçının həmin mənzilə köçürülməsi üçün qanuni maneə yoxdur.

6. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlə eyni şərtlər daxilində həmin mənzildən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının həmin mənzilə köçürülməsindən onun imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə, Mülki Məcəllənin 6.1.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı qardaşı X2 ilə xx.xx.1996-cı ildə rəsmi nikaha daxil olmuş, mübahisəli evə gəlin köçməklə həmin ünvanda pasport qeydiyyatında olub orada yaşamışdır. M.Yunusovla birgə nikahlarından 1997-ci il təvəllüdlü Yunusova Lamiyə və 1999-cu il təvəllüdlü Yunusov Məhəmməd adlı iki uşaqları orada olmuşdur. Uşaqların hər ikisi subay olmaqla həmin evdə birlikdə yaşayırlar. Həyat yoldaşı ilə birgə yaşadıqları vaxt şəxsi vəsaitləri hesabına eyvan, hamam, tualet tikib əlavə etmişlər. Həyat yoldaşı X2 xx.xx.2021-ci ildə vəfat etmişdir. 2022-ci ilin oktyabr ayının 7-də yaşadığı ünvana Xəz ər rayon İcra şöbəsindən qaynı İddiaçı qeyd olunan evə köçürülməsi ilə əlaqədar məhkəmə qətnaməsinin icrası ilə bağlı bildiriş daxil olmuşdur. Həmin vaxt ona məlum olmuşdur ki, o, mənzilə köçürülmə ilə əlaqədar iddia ərizəsi ilə Bakı şəhər Xəzər Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. İddiaçı məhkəməyə müraciət etməsi barədə ona məlumat verilməmiş, iddia ərizəsinin surəti, məhkəmə iclasının vaxtı və yeri barədə ona və ailə üzvlərinə bildiriş göndərilməmiş və təqdim edilməmiş, hətta şifahi məlumat belə verilməmiş, bu barədə tam məlumatsız olmuşlar. Məhkəmə tərəfindən İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi barədə ona məlumat verilmədən, iddia ərizəsinin surəti, məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş o na göndərilmədən və ya təqdim edilmədən, hətta şifahi məlumat belə verilmədən həmin mülki işə onun iştirakı olmadan baxılmaqla qanunla qorunan hüquqları, o cümlədən iddia ərizəsinə etiraz etmək, qarşılıqlı iddia vermək, tələb və etirazlarının əsaslandırılması üçün və onun ailə üzvləri ilə birlikdə 31 ildən artıq bir müddətdə başqa ünvanda yaşamasını təsdiq edən sübutların tərəfindən toplanılıb vaxtında məhkəməyə təqdim edilməsinə şərait yaratmamaqla hüquqları kobud şəkildə pozulmuşdur. Bundan başqa, qətnamə ilə tanış olduqda ona məlum olmuşdur ki, İddiaçı ünvan 2 ünvanda qeydiyyatda olmaqla orada yaşadığını, oğluna ünvan 3 sonra müvəqqəti olaraq arvadı X5 ilə orada yaşasa da, boya-başa çatdığı mübahisəli evə gəlib-getdiyini, onlara məxsus əmlakının mübahisəli evdə yerləşdiyini, hər dəfə ev ə gəldikdə onun iddiaçı ilə mübahisə etdiyini, heç bir səbəb olmadan evə giriş-çıxışına mane olduğunu, iddiaçını evə buraxmadığını göstərmişdir. İddiaçı Bakı şəhəri, Binə qəsəbəsi, Bolluq yaşayış massivi, 2-ci sahədə aldığı 25 sot torpaq sahəsində 2 evi vardır. İddiaçı cavabdehin yaşadığı ünvanda arvadı və uşaqları ilə qeydiyyatda olsalar da 31 ildən artıq müddətdə, yəni 1991-ci ildən ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binə qəsəbəsi, Bolluq massivi 2-ci sahədə yerləşən ünvanda yaşayırlar. İddiaçı mübahisəli evdə yaşamaları üçün zəruri olan heç bir şəxsi əmlakı olmamışdır. Bakı şəhəri, R.Əşrəfov küçəsi, döngə 1, ev 19-da yerləşən mübahisəli evdə 1 qaz sayğacı, 1 işıq sayğacı və 1 su sayğacı vardır, su sayğacı cavabdehin adına, qaz və işıq sayğacları 1996-cı ildə vəfat etmiş mərhum qayna nası X1 adınadır. Onlardan istifadəyə görə bütün ödəmələr müxtəlif vaxtlarda mərhum qaynanası F.Yunusova və mərhum həyat yoldaşı M.Yunusov tərəfindən, onların vəfatından sonra cavabdeh tərəfindən ödənilmişdir. Cavabdeh hər iki ayağında pratez olduğundan yeriyə bilmir, 3-cü qrup əlildir, uşaqlarının hər ikisinin anadan gəlmə psixoloji problemləri var. Məhkəmə qətnaməni qəbul edərkən işin qeyd olunan hallarını və MPM-in maddələrinin tələblərini nəzərə almamış, əsassız olaraq İddiaçı Məmmədqulu oğlunun formal pasport qeydiyyatında olduğu ünvan 2 ünvanda yerləşən evə köçürülməsi tələbini təmin etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-S.X.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) 2(103)-594/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qətn aməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2(003)-2188/22 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Əşrəfov küçəsi döngə 1 ünvanında yerləşən 19 saylı yaşayış evinə köçürülməsi tələbi təmin edilməmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına və tərəflərin münasibətlərinə görə hazırki mübahisə üzrə səhv nəticəyə gəlmiş tərəflər arasında mübahisənin həlli ilə bağlı tətbiq edilməli maddi hüquq normalarını tətbiq etməməklə həmin normaların tələblərinə uyğun olaraq mübahisəyə qiymət verməmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, mübahisəli hüquq münasibətləri yaranan vaxtı nəzərə alınmalı və həmi n zaman qüvvədə olmuş, 2009-cu il 01 oktyabr tarixinədək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60, 87-ci maddələrinin müddəalarına uyğun olaraq qiymət verməlidir.

13. Belə ki, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda –həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzində müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanıl ır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

14. Məhkəmə iddiaçının mübahisəli mənzildə yaşamaması səbəblərini araşdıraraq hesab edir ki, iddiaçının uzun müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onların daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Ona görə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdehin yaşadığı ünvanda qeydiyyatda olsa da, ən azı iddiaçının özünün qəbul etdiyi tarix kimi 2001-ci ildən götürülsə, 21 ildən artıq müddətdə ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binə qəsəbəsi, Bolluq massivi 2-ci sahədə yerləşən ünvanda yaşayır.

15. Odur ki, iddiaçının uzun müddət ərzində mübahisəli mənzildə yaşamaması, mənzilə köçürülməsinə dair uzun illər ərzində təşəbbüslərinin olmaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Bu yalnız daimi əsaslarla yaşamaq üçün özünün də qeyd etdiyi kimi başqa yaşayış sahəsinə sahib olmaqla köçüb orada yaşaması olmuşdur (yaşayış sahəsinə ehtiyacı aradan qalxmışdır). Uzun müddət orada yaşamaması özünün etirafı ilə yanaşı yanakı sübut kimi şahid ifadələri ilə də təsdiqini tapır. Həmçinin daimi olaraq ora gedibgəlməsi halı da şahid ifadələri ilə təkzib edilir. Hətta gedib-gəlmiş olsa belə burda əsas məsələ həmin evdən daimi olaraq yaşamaq üçün başqa yaşayış sahəsinə köçüb getməkdən ibarət dir. Hazırki halda cavabdehin 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələbləri baxımından mübahisəli evdən istifadə hüquqları itirilmişdir. Qeyd edilməlidir ki, əgər faktiki yaşama yoxdursa hər hansı bir istifadə hüququndan bəhs oluna bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı ünvan 6 ünvana köçürülməsi təmin edilə bilməz.

16. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən prosessual hüquq normalarının da tələblərini pozmuşdur. Belə ki, mülki işə baxarkən cavabdehin iştirakını təmin etməməklə onun özünə qarşı olan tələb üzrə məhkəmə müdafiəsini qurmaq imkanından məhrum etmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60 və 87.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı və 87.2-ci maddələrini düzgün tətbiq etməmiş, şəxsin həmin evin xüsusi mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmasına dair qanuni gözləntisi olmasına baxmayaraq, məhkəmə buna əhəmiyyət verməmişdir. Yəni, apellyasiya instansiya məhkəməsi hazırki tələbə icarə hüququnu tənzimləyən norm aları deyil, mülkiyyət hüququnu tənzimləyən normaları tətbiq etməli idi. İddiaçının iddiası üzrə müəyyən olunmuşdur ki, mübahisə predmeti olan fərdi yaşayış evi hüquqi əsasla iddiaçı və cavabdehə məxsusdur və iddiaçının həmin evin özünə məxsus miras hissəsini öz xüsusi mülkiyyətinə almağı barədə qanuni gözləntisi var. Belə ki, qeyd edilən ev SSRİ dövründə inşa edilmiş və həmin evə dair ev kitabçası və Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport vardır. Həmin evin pasportunun olması DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin məktubu ilə sübuta yetir. Məhkəmə zamanı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin məktubu məhkəməyə təqdim edilərək, texniki pasportun iddiaçının atasının adına olmasını, lakin texniki pasportda ata adında səhvin olması səbəbindən texniki pasportun iddiaçıya verilməməsini bildirmiş, lakin məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün bu faktiki halları aydınlaşdırmadan yekun qərar qəbul etmiş, mübahisəli evin hüquqmüəyyənedici sənədinin olmasına əhəmiyyət verməmişdir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanına əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqmüəyyənedici sənəd hesab edilir. Deməli məhkəmə bu halı xüsusi ilə aydınlaşdırmalı idi. İşin hallarından da görünür ki, məhkəmə mübahisəli evin xüsusi mülkiyyət hüququ ilə iddiaçının adı na dövlət reyestrində qeydə alınması üçün qanuni gözləntisi olmasına baxmayaraq, hüququn tətbiq edilməsində səhv buraxmış, iş üzrə mülkiyyət hüququnu tənzimləyən normaları tətbiq etməli olduğu halda məhkəmə hazırki iddiaya icarə münasibətlərini tənzimləyən normaları tətbiq etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz vermiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi

21. Maddə

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır.

22. Maddə 87.2. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqə sinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Mülki Prosessual Məcəllə

23. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırı lmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyə n edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlər ə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.

32. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, iddiaçı mübahisəli ünvanda deyil, uzun müddət ərzində ailə üzvləri ilə birlikdə özünə məxsus olan Bakı şəhəri, Binə qəsəbəsi, Bolluq massivi 2-ci sahədə yerləşən ünvanda yaşayır. Mübahisəli evlə onun hər hansı bağlılığının olması müəyyən edilmir.

33. Hazırkı tələb irəli sürüldükdə isə mübahisəli evdə istifadə hüququnun olmasına, ünvanda daimi qeydiyyatda olmasın a əsaslanmaqla evə köçürülməsini tələb etmişdir. İddiaçı apellyasiya instansiya məhkəməsində və kassasiya şikayətində yeni dəlillərə istinad edərək mübahisəli ünvanın valideynlərindən miras qalmış əmlak olmasına, orada olan evin ona məxsus olmasına istinad etmişdir. Qeyd edilməlidir ki, həmin dəlillər birinci instansiya məhkəməsində araşdırma predmeti olmamışdır. Bu baxımdan həmin dəlillərin hazırkı işin icraatı daxilində qiymətləndirilməsi mümkün deyildir.

34. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəm əsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

36. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-594/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar