Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2405/2024 15.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk iddiası, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneçiliyə son qoyulması, qeydiyyat vəsiqəsinin ləğv edilməsi və yaşayış evinə hüququn müəyyən olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququna maneələrə son qoyulması” tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı “qeydiyyat vəsiqəsinin ləğv edilm əsi və evə yaşayış hüququnun müəyyən olunması” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-322/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (Vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 15 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Tərəflər xx.xx.1980-ci il tarixdə Quba rayon VVAQ şöbəsində 65 saylı aktı qeydi ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahdan uşaqları olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında mövcud olmuş nikah pozulmuşdur.
2. Quba şəhəri, Fətəli Xan küçəsində yerləşən, 69 №li yaşayış evi Quba rayonu, XDS İcraiyyə Komitəsinin 31 avqust 1997-ci il tarixli qərarı əsasında 26 noyabr 1999-cu il tarixli, 194 saylı Qeydiyyat vəsiqəsinə görə mülkiyyət hüququ ilə İddiaçı adına 26 noyabr 1999-cu il tarixdə 194 reyestr nömrə ilə qeydə alınmışdır. Həmin ev 2 otaqdan ibarət olmaqla ümumi sahəsi 41,5 kv. metr, yaşayış sahəsi 26,3 kv. metr, o cümlədən köməkçi sahəsi 15,2 kv. metrdir.
3. Sumqayıt şəhər 1 saylı Mənzil Kommunal sahəsinin xx.xx.2018-ci il tarixli, 4118 saylı arayışına əsasən Cavabdeh ünvan 1 ünvanda, Polis İdarəsinin inzibati binasıdır, həmin binada yaşayış yoxdur.
4. Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2018-ci il tarixli, 866 №li arayışına əsasən Cavabdeh DSMF-nin Sumqayıt şəhər Şöbəsindən xx.xx.2003-cü il tarixdən ömürlük yaşa görə əmək pensiy ası alır. Pensiyanın məbləği 194,14 manatdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı Cavabdeh qarşı Quba Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona məxsus olan ünvan 2, 2 saylı mənzillə bağlı mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdehin maneçilik törədən hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad olunmaqla onunla əsaslandırılmışdır ki, Quba şəhəri, Fətəlixan küçəsi ev 69, 2 saylı mənzil 26 noyabr 1999cu il tarixli, 194 saylı reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun əri olub, 25 ildir ki, faktiki olaraq ayrılmış və heç bir münasibətləri yoxdur. Bir müddət əvvəl cavabdeh ona məxsu s olan yaşayış evinə gələrək evin satılıb pulunun ona verilməsini tələb etmişdir. O, buna etiraz etdiyinə görə cavabdeh onu ölümlə hədələmiş, mənzilini yandıracağını bildirmişdir. Cavabdeh onun mənzildə rahat yaşamağına imkan vermədiyindən onun mülkiyyət hüququ pozulur və mənzilindən istədiyi kimi istifadə, sahiblik edə bilmir. Son vaxtlarda cavabdehin belə hərəkətləri mütamadi xarekter almışdır. O, bu barədə Quba Rayon Polis Şöbəsinə müraciət etmiş və araşdırma aparan polis əməkdaşları cavabdehin onun ailə üzvü olması səbəbindən məhkəmə qərarı olmadan tədbir görə bilməmişlər. O, formal xarakter daşıyan nikahının pozulması üçün hazırda məhkəməyə müraciət etmişdir.
7. Həmçinin Cavabdeh qarşı (bundan sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)) İddiaçı (bundan sonra iddiaçı (qarşılıqlı id dia üzrə cavabdeh)) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba şəhəri, Fətəlixan küçəsi, 69 saylı evin 2 saylı mənzilinə görə iddiaçının adına verilmiş 26 noyabr 1999-cu il tarixli, 194 saylı reyestr nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi və özünün sözügedən evdə yaşayışının təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılımışdır ki, o, İddiaçı ilə 1983-cü ildə nikaha daxil olublar, bu nikahdan uşaqları yoxdur. Mübahisədə adı keçən ev onun anası X1 məxsus olub. Belə ki, onun valideynləri Tehran şəhərində doğulmuş, sonradan Quba şəhərinə köçərək həmin ev də 4 uşağı ilə birgə onun anasına verilib. Onun anası xx.xx.2000-ci ildə vəfat etmiş, o, İddiaçı ilə ailə qurduqdan sonra bu evdə yaşamışlar. İddiaç ı evi özəlləşdirməsindən onun xəbəri olmamışdır. İddiaçı hazırki iddianı verəndən sonra o, bundan xəbər tutmuşdur. O, 26 iyun 2021-ci ilədək manesəiz olaraq bu evdə yaşamış, lakin 26 iyun, 21 iyul, 29 iyul və 02 avqust 2021-ci il tarixlərdə evə gəlmək istəsə də İddiaçı buna imkan verməmişdir. Ev vərəsəlik qaydasında ona məxsusdur. Buna görə də İddiaçı adına olan qeydiyyat şəhadətnaməsi ləğv edilməli, İddiaçı ilə nikahda olduğu üçün ev Ailə Məcəlləsinin 36-37-ci maddələrinə əsasən bərabər bölnüməlidir.
9. Quba Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(027)1809/2021 nömrəli, 01 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Vüqar Seyidov) ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, Cavabdeh ünvan 2 ünvanında yerləşən 2 saylı mənzilə köçürülməsi q ət edilmişdir.
10. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən ilk iddia ilə bağlı qeyd etmişdir ki, tərəflər 1980-ci ildə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuş və hazırda rəsmi nikahdadırlar. ünvan 2, 2 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçıya münasibətdə heç bir hüquqazidd hərəkətlərə yol verməmişdir. İddiaçı cavabdehin mənzillə bağlı mülkiyyət hüquqlarının həyata keçirməsinə, maneə yaratması və bu maneənin nədən ibarət olmasını təsdiq edən har hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, bununla da iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir.
11. Məhkəmə iş materiallarında olan sübutlara istinadən qarşılıqlı iddia ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh 1980-cı ildə iddiaçı ilə rəsmi qaydada e vləndikdən sonra, cavabdehin iddiaçının mülkiyyətində olan Quba şəhəri, Fətəlixan küçəsi, 69 saylı evin 2 saylı mənzilində yaşaması, cavabdehin işlə əlaqədar 2000-ci ildə Sumqayıt şəhərinə getməsi və sonradan həmin evə qayıdarkən, iddiaçı tərəfindən cavabdehin iradəsinin ziddinə həmin evdən istifadə etməsinə maneələrin yaradılması və bununla da cavabdehin evin ona məxsus hissəsinə sahiblik və istifadə hüquqlarının pozulması sübuta yetirilir. Buna görə də cavabdeh ünvan 2, 2 saylı mənzilə köçürülməlidir.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən qarşlıqlı iddianın Quba şəhəri, Fətəlixan küçəsi, 69 saylı evin 2 saylı mənzilinə görə 26 noyabr 1999-cu il tarixli, 194 saylı reyestr nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi hissəsi inzibati məhkəmə icraatı qaydası nda baxılmalı olduğundan və iddiaçı həmin qaydaya əməl etmədiyindən, onun həmin qaydaya riayət etmək imkanı isə itirilmədiyindən iddia həmin hissədə baxılmamış saxlanılmalıdır. Eyni zamanda ərizəçiyə həmin tələblərlə bağlı işin qabaqcadan məhkəmədən kənar həll edilməsi qaydasına riayət olunduqdan sonra müvafiq inzibati məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir.
13. Birinci instansiya məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli qərardadı ilə qarşılıqlı iddianın - mənzilin qeydiyyat vəsiqəsinin ləğv edilməsi və yaşayış hüququnun müəyyən edilməsi hissəsi baxılmamış saxlamışdır.
14. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.8, 158.2, 164.1, 164.2, 165.1-ci, 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 12 3-cü, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 259.0.1, 260.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
15. Qətnamədən iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili Vəkil1 Ziyaddın oğlu apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, ilkin iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edərək, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 1983-cü ildə nikaha daxil olsalar da, 25 ildir ki, faktiki olaraq ayrılmışlar, heç bir münasibətlər i yoxdur. Cavabdeh iddiaçının yaşadığı və mülkiyyətində olan mənzildə qeydiyyatda olmayıb. Cavabdeh 1996-cı ildə daimi olaraq başqa yerə köçdüyü üçün bu mənzili tərk etmişdir. İddiaçı öz mülkiyyətində olan mənzilindən istədiyi kimi istifadə, sahiblik edə bilmir. İddiaçı formal xarakter daşıyan nikahlarının pozulması üçün məhkəməyə müraciət etmiş, həmin iş hazırda Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır. Buna da məhəl qoymayan cavabdeh iddiaçının mülkiyyət hüququnun sərbəst şəkildə həyata keçirilməsinə hər vasitə ilə maneçilik törədir.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(105)-915/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Lətifə M əmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər 1980-ci ildə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşlar, hazırda rəsmi nikahdadırlar. ünvan 2, 2 saylı mənzil ilk iddia üzrə İddiaçı xüsusi mülkiyyətindədir. Mübahisəli mənzil tərəflərin birgə nikah dövründə əldə edilmiş və ilk iddiaçının adına qeydə alınmış və hazırda Qeydiyyat vəsiqəsi qüvvədədir. Həmin hallar işin mübahisəsiz halıdır. Cavabdeh iddiaçıya münasibətdə heç bir hüquqazidd hərəkətlərə yol verməmişdir. İddiaçı ünvan 2 ünvanında yerləşən 2 saylı mənzillə bağlı mülkiyyət hüquqlarının həyata keçiril məsinə cavabdehin maneə yaratması və bu maneənin nədən ibarət olması və eyni zamanda evə köçürülmə tələbinə dair hissədə qarşılıqlı iddianın rədd edilməsinə dair halları sübuta yetirə bilməmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 157.2, 157.8 və 158.2-ci maddələri və Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 217.2, 384.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:
20. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
21. Kassasiy a şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı öz mülkiyyətində olan mənzildən istədiyi kimi istifadə, sahiblik edə bilmir, məhkəmələr nəinki, cavabdehin qanunazidd hərəkətlərinə son qoyulması barədə ilk iddianı təmin etməmiş əksinə cavabdehə iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququnu müəyyən etmişlər. Halbuki cavabdeh 1996-cı ildə daimi olaraq başqa yerə köçdüyü üçün bu mənzili tərk etmişdir. Həmin tarixdən faktiki olaraq ayrılıblar, heç bir əlaqələri olmayıb.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)4385/2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Aqil Abbasov (məruzəçi), Elşanə Vəliyeva və Elşad Şamayev) iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiya məhkəməsinin 20 aprel 2022-ci il tarixli qətnaməsinin Cavabdeh ünvan 2 ünvanında yerləşən 2 saylı mənzilə köçürülməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
23. Kassasiya instansiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi ilk iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı ünvan 2 ünvanında yerləşən 2 saylı mənzillə bağlı mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdehin maneə yaratması və bu maneənin nədən ibarət olmasını sübuta yetirə bilməmiş və bu əsasla da apellyaisya məhkəməsi iddiaçının həmin tələbini düzgün olaraq təmin etməmişdir. Belə ki, iddi açı maneənin nədən ibarət olmasını əsaslnadıra və sübut edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası bu baxımdan ilk iddianın təmin edilməməsi barədə gəlinən nəticəni qanuni və əsaslı hesab etmişdir.
24. Bununla belə, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın təmin edilən hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlməmişdir. Belə ki, cavabdeh qarşılıqlı iddiasında mübahisədə adı keçən mənzildə 26 iyun 2021-ci ilədək yaşamasını göstərsə də, birinci instansiya məhkəməsi cavabdehin işlə əlaqədar 2000-ci ildə Sumqayıt şəhərinə getməs ini müəyyən edərək, mübahisəyə 1982-ci il Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrin tətbiq etməklə, cavabdehin evin ona məxsus hissəsinə sahiblik və istifadə hüquqlarının pozulması nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsi cavabdehin işlə əlaqədar 2000-ci ildə Sumqayıt şəhərinə getməsini müəyyən edibsə (iddiaçı da cavabdehin 25 il əvvəl mənzildən getməsini deyib), belə olan halda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Qərarında əks edilən hüquqi mövqeyi baxımından həmin Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinin işin qeyd edilən halına tətbiqinin mümkünlüyü məsələsini araşdırmaylb. Məhkəmə kollegiyası bu hissə ilə bağlı Mənzil Məcəlləsinin (1982) 60-cı və 87-ci maddələri nə həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Qərarının 2-ci bəndinə istinad etmişdir. Məhkəmə qeyd etmişdir ki, işin müəyyən edilən halına görə cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin inzbati binasında qeydiyyatdadır. İddiaçının da cavabdehin 25 il əvvəl mənzili tərk etməsi barədə etirazının dəlillərinə uyğun olan işin bu halını birinci instansiya məhkəməsi diqqətdən kənarda saxlamış, cavabdehin hansı səbəbdən mübahisədə adı keçən mənzildə yaşadığı halda, yaşadığı ünvan üzrə deyil, başqa yaşayış məntəqəsində polisin inzibati binasında qeydə alınmasına aydınlıq gətirməmişdir. Məhkəmə kollegiyası bu hissədə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna istinad edərə k, tərəflərin 1983-cü ildə nikaha daxil olmalarını bildirsələr də, birinci instansiya məhkəməsi tərəflərin 1980-ci ildə nikahlarını rəsmiləşdirmələrini nəyə əsasən müəyyən etdiyini qətnamədə göstərmədiyini həmçinin birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın təmin edilən hissəsində Mənzil Məcəlləsinin (1982-ci il) 53 və 123-cü maddələri ilə yanaşı, mülkiyyətin müdafiəsi ilə bağlı Mülki Məcəllənin 157.2ci maddəsini işin hansı halına görə tətbiq etməsini əsaslandırmadığını, qeyd edilən ziddiyyətli hallara apellyasiya instansiyası məhkəməsinin də aydınlıq gətirmədiyini üstəlik, apellyasiya instansiyası məhkəməsinin ünvan 2, 2 saylı mənzilin İddiaçı xüsusi mülkiyyətində olmaqla, tərəflərin birgə nikah dövründə əldə edilməsini müəyyən etdiyini Mülki Məcəllənin 152.1, 157.2, 157.8 və 158.2-ci maddələrini tətbiq etdiyini, qeyd edilən normaların, xüsusən də 157.2-ci maddənin tətbiqi üçün əsas şərtin mənzilin ümumi birgə mülkiyyətdə olmasının müəyyən edilməsinin vacib məsələ olmasını diqqətə çəkmişdir.
25. Məhkəmə kollegiyası həm də onu qeyd etmişdir ki, göstərilən mənzilin iddiaçının adına qeydə alınmasının tərəflərin birgə nikah dövrünə təsadüf etməsi mübahisəsiz olsa da, həmin mənzilin ümumi birgə mülkiyyət sayılması üçün ümumi vəsait hesabına alınması müəyyən edilməyib. Cavabdeh özü də evin iddiaçının adına özəlləşdirilməsini qeyd etməklə, mənzilin ümumi vəsait hesabına alınmasını, ümumiyyətlə, mənzilin əvəzli əqd əsasında əldə edilməsini bildirməyib. Məhkəmə kollegiyası bu hissədə belə nəticəyə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi hansı sübut əsasında mənzil in ümumi birgə mülkiyyət sayılması nəticəsinə gəldiyini, qətnaməsində əsaslandıra bilməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:
26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-322/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Quba Rayon Məhkəməsinin 01 oktyabr 2022-ci il tarixli qətnaməsinin qismən, qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, qarşılıqlı iddiaçı Cavabdeh ünvan 2 ünvanında yerləşən 2 saylı mənzilə köçürülməsi hissəsində qarşılıqlı iddia tələbinin rədd edilməsi qət olunmuşdur.
27. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəicəni onunla əsaslandırılmışdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Tərəflərin xx.xx.1980-ci ildə Quba rayon VVAQ şöbəsində 65 saylı aktı qeydi ilə rəsmi nikaha daxil olmaları və bu nikahlarının Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulması, mübahisəli mənzilin hazırda ilkin İddiaçı xüsusi mülkiyyətində olması işin mübahisəsiz halıdır. Hazırda apellyasiya baxışının predmetinə aid baxılan hissədə qarşılıqlı iddia tələbi mənzilə köçürülmə barədədir. Qarşılıqlı iddia tələbinin qanuni əsasını isə Mənzil Məcəlləsinin (1982) 53- cü maddəsi təşkil edir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 217.2. və Mənzil Məcəlləsinin 53-cü maddəsinə istinad edərək, tərəflər arasında hüquq münasibətinin 2000-ci il tarixdən əvvəl yaranmasını əsas gətirərək hesab etmişdir ki, mübahisə predmetini təşkil edən evlə bağlı tərəflər arasında hüquq münasibətinə, mübahisənin yarandığı vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun olaraq baxılaraq hüquqi qiymət verilməlidir.
28. Məhkəmə kollegiyası DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-1032/2023 nömrəli məktubuna həmçinin Quba rayon İcra Hakimiyyəti Mənzil Təsərrüfat Təmir İstismar İstehsalat Müəssisənin 2 №li forma arayışına istinad edərək qeyd etmişdir ki, mübahisəli mənzilin tərəflərin birgə nikahları dövrünə təsadüf etməsi mü bahisəsiz olsa da, həmin mənzil ilkin iddiaçının adına əvəzsiz olaraq qeydə alınmışdır. Həmin vaxt mənzildə yalnız İddiaçı qeydiyyatda olmaqla yaşadığından, Cavabdeh özəlləşmədə iştirak etməmişdir. Odur ki, həmin mənzil onların ümumi birgə nikahda əldə etdikləri əmlak hesab oluna bilməz. Həmçinin o da vurğulanmalıdır ki, Cavabdeh mübahisəli evdə yox, Quba şəhərində köhnə Sovet küçəsində yerləşən 3 saylı mənzildə qeydiyyatda olmuşdur. Qeyd etmək lazımdır ki, tərəflər 1980-ci ildə birgə nikaha daxil olsalar da, qarşılıqlı iddiaçı ilkin İddiaçı ilə birlikdə yaşamamış, əksinə o, ünvan 3 ünvanında qeydiyyatda olmuş və xx.xx.2003-cü il tarixdən ömürlük yaşa görə əmək pensiyasına çıxmışdır. Hətta əvvəlki apellyasiya baxışı zamanı belə Cavabdeh izahatında 1999-cu ilin sentyabrdan Sumqayıt şəhərind ə texnikumda dərs demək üçün getdiyini bildirmişdir. Cavabdeh mübahisəli evdə uzun illər ilkin iddiaçı ilə birlikdə yaşamaması və birgə təsərrüfat idarə etmədikləri iş materialları ilə öz təsdiqini tapır.
29. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Cavabdeh uzun müddət mübahisəli ünvanda yaşamaması, yəni başqa yaşayış məntəqəsinə köçüb getməsi heç də müvəqqəti xarakter daşıya bilməz. Çünki tərəflər 1980-ci ildən nikahda olsalar da, fərqli ünvanlarda qeydiyyatda olmuş, yəni Cavabdeh ünvan 4ildə qeydiyyatda olsa da, ilkin iddiaçı mübahisəli mənzildə qeydiyyatda olmuş və onlar birlikdə yaşayıb ümumi təsərrüfat idarə etməmişlər. Bu mənada məhkəmə kollegiyası hesab etmişdir ki, qarşılıqlı iddiaçının mübahisəli mənzildə həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən hər hansı bir hüququ yaranmamış və hətta bu hüququ əldə etmiş olsa belə, Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinin tələbi baxımından o, bu hüququ itirmişdir. Hazırda da tərəflər arasında nikah xitam verilmiş və mənzil ilkin iddiaçının mülkiyyətindədir.
30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni 1982-ci ildə qəbul edilmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60cı maddəsi haqqında” Qərarına və Mülki Prosessual Məcəllənin 217.2, 384.0.2 və 420-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
31. Qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) (vəkil Nümayəndə) kassasiya ş ikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin tam təmin olunmaqla həmçinin ünvan 2 ünvanında yerləşən 2 saylı mənzilə köçürülməyi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi hərtərəfli, tam araşdırmadan, habelə mötəbər sübutlara əsaslanmadan çıxarıldığına görə qanuni və əsaslı deyil, ona görə də ləğv edilməlidir. İddiaçı qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən, mənzilə olan hüquqlarını pozmuş və hərəkətləri tam qanunsuzdur. Belə ki, məhkəmə işə baxarkən mövcud olan ər-arvad münasibətlərini nəzərə almamış, bunları araşdırmamış qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, məhkəmənin istinad etdiyi, h əmin çıxarış qanunsuz əldə edildiyi üçün, məhkəmə heç bir hüququ əsas olmadan tələbin təmin olunmasının əsası kimi bu sənədlərə əsaslanmışdır. Bundan başqa dindirilən şahid ifadələri, hətta iddiaçının özü də özəlləşməylə bağlı heç bir danışıqların olmadığını təsdiq etmişdir. Bundan əlavə faktlarla, rəsmi sənədlər və mülahizələrlə sübut olunur ki, iddiaçının tələbləri tam qanunsuzdur. Kassasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri:
33. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili Vəkil1 Ziyaddın oğlu kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin əsassız olmasını qeyd etmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, kassasiya şikayətinin isə təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.
34. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
35. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
36. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
37. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
38. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
39. Ma ddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi.
40. Maddə
53. Kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Kirayəçinin ailə üzvləri kirayədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifəl ərinə onlar da malik olurlar.
41. Maddə
60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
42. Maddə
123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-b üluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
45. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, e kspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qə tnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
53. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:
54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən qarşılıqlı iddianın təmin edilmə məsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiya məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Kassasiya şikayətinə apellyasiya instansiyası məhkəməsi tərə findən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamış, kassasiya şikayətində hazırki işə heç bir aidiyyəti olmayan məhkəmə qərarlarına istinad edilmişdir.
58. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı süb utun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
59. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
61. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
62. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutar aq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-322/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.