Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2406/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa) 01.04.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin vəkili X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının N(103)-7739/N0N0 nömrəli iş üzrə xx xxxxxx N0N0-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxx N0N1-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı məxsus ******* saylı əmək kitabçasının surətinə əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.N01N-ci il tarixli, 657 saylı əmrlə nin texniki nəzarət bölməsinin 6-cı dərəcəli nəzarətçi qəbuledicisi vəzifəsinə əmək müqaviləsi əsasında işə qəbul edilmiş, xx.xx.N014cü il tarixli əmrlə həmin bölmənin baş nəzarətçi ustası vəzifəsinə, xx.xx.N015-ci il tarixli əmrlə texniki baş nəzarət bölməsinin baş nəzarət ustası vəzifəsinə, xx.xx.N016-cı il tarixli əmrlə həmin bölmənin hazır məhsulun saxlama bölməsinin təmir fondunun boş olan saxlama sahəsinin rəisi vəzifəsinə, xx.xx.N019-cu il tarixli əmrlə də təşkilat stat tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq mühafizə komandasının köməkçisi vəzifəsinə təyin edilmiş xx.xx.N019-cu i l tarixli, N61 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. komandirinin xx xxxxxx N019-cu il tarixli, N57 saylı əmrindən çıxarışdan görünür ki, mühafizə komandasının müvəqqəti növbə rəisi İddiaçı nin kollektiv müqaviləsinin İİİ.3.N-ci bəndinə əsasən “töhmət” elan edilmiş və avqust ayına nəzərdə tutulmuş aylıq mukafatın N5 faizindən məhrum edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh NNyinin sinə qarşı “işə bərpa və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, komandanlığın ona qarşı mövqeyi qeyri obyektiv və qərəzli olmuşdur. xx xxxxxxxx N019-cu il tarixdə iki növbənin dəyişdirilməsi zamanı "Düzənlik" adlanan postda ayrı növbələrin mühafizəçiləri arasında təhvil-təslim zəminində münaqişə yaranmışdır. X3 və X32 bir-birinə qarşı nalayiq sözlər işlətmişlər. Digər mühafizəçilərin köməyi ilə münaqişənin davaya çatmasının qarşısı alınmış, o, həmin tarixdə “növbə rəisinin köməkçisi” vəzifəsini icra etmiş, təhvil verən tərəf idi. Dərhal mobil telefon vasitəsi ilə (həmin ərazi zavod yerləşdiyi yerdən aralıda yerləşir) mühafizə komandasının rəisinə məlumat vermiş, hadisə iştirakçıları, şahidlər və o, izahatlarını yazmışdır. Təxminən 08-xx xxxxxxxx N019-cu il tarixdə həmin "Düzənlik" ərazisində hərbi texnikalarının üzərindən tərkib ində əlvan metal olan ehtiyyat hissələrinin çatışmamazlığı aşkar olunmuşdur. Həmin ehtiyat hissələrinin sayı və mövcudluğu heç bir sənəddə öz əksini tapmamış, mühafizə edilməsi üçün onların təhvil-təslim edilməsinin şahidi və ya iştirakçısı olmamışdır. Ehtiyat hissələrinin yox olması ilə əlaqədar komandanlıq tərəfindən daxili araşdırma təşkil edilmişdir. xx xxxxxxxx N019-cu il tarixdə digər növbə heyətinin təlimat sırasının qarşısında zavod müdürü müraciət edərək “Mən bilirəm ki, pərləri oğurlayanlar barədə məlumatı var. Mən demirəm ki, o oğrudur. Ona deyin ki, bir həftə ərzində pərləri qaytarsın, ya da oğruların adını desin. Əks halda öz arzusu ilə işdən çıxması barədə ərizəsini yazsın. Mən dediyimi eləməsə, mən bilirəm nə etmək lazımdır” məzmununda ona sifariş göndərmişdir. Bu cür sifari şdən sonra o, psixoloji sarsıntı keçirmişdir. Çünki heç bir dəlil olmadan günahsız insanı oğurluqda ittiham etmək rəhbərə yaraşmayan hərəkətdir. xx xxxxxxx N019-cu il tarixində növbədən çıxan zaman kadrlar idarəsinin rəisi onu öz otağına dəvət edərək zavod müdürünün “Əmək müqaviləsinə xitam” verilməsi barədə qərarı ilə tanış olmağını xahiş etmişdir. Həmin günü həmkarlar ittifaqının iclası keçirilmişdir. Qərarda qeyd olunub ki, "Düzənlik" ərazisində mühafizəçilərin münaqişəsi yaranan zaman o əmək intizamını pozduğundan və öncə xidmətdə "Töhmət" aldığına görə onunla əmək müqaviləsinə xitam verilir. Həm kadrlar rəisinə, həm həmkarlar ittifaqının iclasında demişdir ki, "Qərarda göstərilən faktlar araşdırmanı aparan hüquqşünas tərəfindən qərəzli tərzdə təqdim olunub, mən bu qərarla razı deyil əm və aidiyyatı qurumlara öz şikayətimi bildirəyəcəyəm". Yuxarıda qeyd etdiklərindən sonra, yəni xx xxxxxxx N019-cu il tarixli, N61 nömrəli əmrlə cavabdehlə olan əmək müqaviləsinə əsassız olaraq xitam verilmişdir. Ona yalnız əmək kitabçası qaytarılmış, çoxsaylı müraciət və tələbi olsa da, əmrin özü bu günədək ona rəsmi qaydada verilməmişdir. O özü müharibə veteranıdır, ailəsinin bir çox qayğıları da onun üzərindədir. Ona qarşı olan haqsızlığın əsas səbəbini başa düşə bilmir. Həmçinin bu haqsızlıq nəticəsində o və ailə üzvləri kifayət qədər mənəvi əzab və iztirab keçirmişdir. Qeyd edilənləri nəzərə alaraq, məcburi iş buraxma müddəti üçün, əmək haqqı ödənilməklə onun tutduğu vəzifəyə bundan əvvəl işlədiyi şərtlərlə bərpa edilməyi və ona iddia üzrə dəymiş zərərin məbləğinin, yəni işdən çıxarı lmağı ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, eləcə də mənəvi zərərin əvəzi olaraq 30000 manatın işəgötürən tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim Kamran Əsədov) xx xxxxxx N0N0-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə nin N61 saylı, xx xxxxxxx N019-cu il tarixli əmrinin ləğv edilməsi və onun, nin mühafizə komandasının növbə rəisinin köməkçisi vəzifəsinə bərpa edilməsi, tərəfindən xx xxxxxxx N019-ci il tarixdən başlayaraq iddiaçının işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqınınhesablanaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələb inin əsaslı olması barədə gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7N-ci maddəsinin “ə” bəndinin tələbləri pozulmuş, maddədə nəzərdə tutulduğu kimi iddiaçının əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarması gözlənilmədən, yəni altı ay ərzində təkrarən əmək funksiyasını pozması müəyyən edilmədən iki aydan sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa, İddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilən əsaslardan biri ilə xitam verilməsinə baxmayaraq, qeyd olunan əmr verilərkən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, əmrdə yalnız ümumi şəkildə “əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerin ə yetirmədiyinə görə” yazılmaqla kifayətlənilmiş, səhvlərin nədən ibarət olması açıqlanmamış və əsaslandırılmamışdır, bununla da Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin tələbləri pozulmuşdur. Digər tərəfdən İddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitam verilməsi barədə komandirinin xx.xx.N019-cu il tarixli, N61 nömrəli əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmaqla verilmiş, İddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmamışdır. Həmin qətnamədən cavabdeh nin si apellyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx N0N0-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasi ya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Qürbət Əsgərov - sədrlik edən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) xx xxxxxx N0N0-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə sübutları düzgün qiymətləndirməmiş və maddi hüquq normalarını səhv təfsir və tətbiq etmişdir. Belə ki, iş materialarından görünür ki, xx xxxxxxxx N019-cu il tarixdə saat 10:30 radələrində nin 5-ci postunu təhvil alan mühafizəçi X6 postu təhvil verən muhafizəçi X1 mühafizə otağının təmizlənməsini tələb etmiş və bu zaman XN “siqaret çəkənlər barəsində” nalayiq söz işlətdiyindən aralarında mubahisə yaranmış, nəticədə S.Kərimov mühafizəçi Ə.Teymurovu itələyərək yerə yıxmışdır. Hər iki şəxs mübahisə etdiklərini etiraf etmiş və mübahisənin qarovul otağının təhvil verilməsi zamanı baş verdiyi müəyyən edilmişdir. komandiri həmin mübahisənin baş verdiyi zaman mühafizə komandasının növbə rəisinin köməkçisi kimi İddiaçı olduğunu və onun komandirinin xx xxxxxx N019-cu il tarixli, N57 saylı əmri ilə “töhmət” elan edildiyini də nəzərə alaraq N61 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) əmək müqaviləsinə xitam vermişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən işçilərin bir-biri ilə mübahisəsinin, yaxud təhqir etmələrinin əmək müqaviləsinə xitam verilməsinə əsas təşkil etməsi üçün, qeyd olunan bu hal nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-7N-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. İş materiallarına əlavə edil miş nin xx xxxxxx N013-cü il tarixli 59 saylı əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələrində Hərbiləşdirilmiş mühafizə işinin təşkili və aparılması qaydaları haqqında Təlimatın 6.19-cu maddəsində Qarovul rəisinin köməkçisinin vəzifələri müəyyən edilmişdir. Həmin təlimatın 6.19.6-cı maddəsinə əsasən qarovul rəisinin köməkçisi avadanlığın, inventar və əmlakın işlək vəziyyətdə saxlanılmasına, qarovul otağında və ətrafdakı ərazidə təmizliyə və səliqəyə riayət olunmasına, sobaların vaxtında qalanmasına və işıqların yandırılmasına nəzarət etmək vəzifəsini daşıyır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki işin müəyyən olunmuş və mübahisələndirilməyən halı postu təhvil alan mühafizəçi X55 postu təhvil verən muhafizəçi X32 arasında baş vermiş münaqişənin səbəbinin postun təhvil-qəslimi zamanı qarovul otağında olan natəmizlik olması, buna isə növbə rəisinin köməkçisi kimi İddiaçı məsuliyyət daşımasıdır. Postun təhvil-təslimi zamanı qarovul otağının təmizliyinə nəzarət etmək birbaşa olaraq İddiaçı vəzifəsi olmuşdur. İddiaçı isə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə mühafizəçilər arasında münaqişə yaranmış və bunun nəticəsində nin icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəymişdir. Belə ki, hərbiləşdirilmiş mühafizə nin tabeliyində olan əhəmiyyətli və rejimli obyektlərin mühafizəsi məqsədi ilə həmin obyektlərin aid olduqları lərin (müəssisələrin, təşkilatların, bazaların, anbarların) nəzdində yaradılmış və bilavasit ə komandirinə (müəssisələrin, təşkilatların, bazaların, anbarların rəislərinə) tabe olan hərbiləşdirilmiş mühafizə bölmələri tərəfindən aparılan xidmətdir. Qeyd olunan müəssisələrdə nizam-intizamın pozulması, işçilərin öz üzərlərinə düşən vəzifələri icra etməməsi və yaxud öz vəzifələrinə laqeyd yanaşması həmin müəssisənin normal ahəngini pozmaqla yanaşı həmçinin dövlətin təhlükəsizliyi sahəsində də müvafiq neqativ nəticələrə səbəb ola bilərdi. Bu baxımdan həmin müəssisələrdə əmək və icra intizamının əməl olunmasına ciddi riayət edilməlidir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə İddiaçı tərəfindən edilən pozuntunun xarakteri və hansı nəticələrə səbəb olması ilə bağlı hallların göstərilməməsi əmrin ləğv edilm əsi üçün əsas ola bilməz. Belə ki, qarovul otağında muhafizəçilər arasında münaqişə orada olan natəmizlik səbəbindən yaranmış və bu zaman orada olan təmizliyə nəzarət etməli olan şəxs muhafizə rəisinin köməkçisi kimi İddiaçı olmuşdur. Qeyd olunan bu hallar həm mühafizəçilər, həm də İddiaçı özünün vermiş olduğu izahatlarda öz əksini tapmışdır. Həmçinin qeyd olunan halla bağlı qanunvericiliyin tələblərinə uyğun Həmkərlar İttifaqı Komitəsinə təqdimat verilmiş və əmək münasibətlərinə xitam verilməsinə dair razılıq alınmışdır. Bundan başqa göstərilməlidir ki, İddiaçı komandirinin xx xxxxxx N019-cu il tarixli, N57 saylı əmri ilə nin kollektiv müqaviləsinin İİİ.3.N-ci bəndinə əsasən “töhmət” elan edilmişdir. İddiaçı ona verilmiş olan töhmətdən nəticə çıxarmayaraq əmək funksiyasını və əmək müqavil əsi üzrə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Postu təhvil alan mühafizəçi X6 postu təhvil verən mühafizəçi XN arasında baş vermiş münaqişə qarovul otağında deyil, kənarda, po stun təhvil-təslimindən sonra baş vermişdir və həmin mübahisənin İddiaçı heç bir aidiyyatı olmamışdır. Qanunvericilikdə işçilərin bir-biri ilə mübahisəsinin, yaxud təhqir etmələrinin əmək müqaviləsinə xitam verilməsinə əsas təşkil etməsi üçün, qeyd olunan bu hal nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olmasının şərt olması qeyd edilsə də, hazırki iş üzrə həmin hallar baş verməmişdir və apellyasiya məhkəməsi duzgün olmayan mövqe nümayiş etdirmişdir. Cavabdeh qanunvericiliyin tələblərini pozmaqla iddiaçı ilə aralarında olan əmək münasibətlərinə xitam vermişdir. b) Kassasiya şika yətinə qarşı etirazın dəlilləri Cavabdehin vəkili kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti əsassiz olduğundan təmin edilməməlidir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx N0N0-ci il tarixli qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı əmək Məcəlləinin 70ci maddəsinin ç bəndinə əsasən işdən azad olunması üçün əsaslar mövcud olmuş və işə götürən tərəfindən həmin əsaslar rəhbər tutularaq əmək qanunvericiliyinin müvafiq maddəsinin tələbinə uyğun olaraq əmək fəaliyyətinə xitam verilmişdir. Belə ki, iddiaçı tərəf kassasiya şikayətinin əsası olaraq, qeyd et diyi, postu təhvil alan mühavizəçi X55la postu təhvil verən Ələmxan Teymurov arasında baş vermiş münaqişə qarovul otağında deyil, kənarda, postun təhvil-təslimindən sonra baş vermişdir və həmin mübahisənin İddiaçı heç bir aidiyyatı yoxdur. Lakin münaqişə sonrası mühafizəçilərin və iddiaçının verdiyi izahatlarda da görünür ki, mühafizəçilər arasında baş vermiş münaqişə natəmizlik səbəbindən yaranmış və qarovul otağında baş vermişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdehin vəkili X7 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 68.1 Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70 bənd «ç». İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 7N-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işə götürən tərəfindən ləğv edilə bilər. Maddə 71.3 İşə götürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 7N. Bənd “ə” Əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkra rən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə
83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsədə tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək k itabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmişəmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 300.1 Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cımaddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin bar ışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.N. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instans iyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, NNyinin xx xxxxxx N013-cü il tarixli 59 saylı əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının silahlı Qüvvələrində Hərbiləşdirilmiş mühafizə işinin təşkili və aparılması qaydaları haqqında Təlimatın 6.19-cu maddəsində Qarovul rəisinin köməkçisinin vəzifələri müəyyən edilmişdir ki, həmin təlimatın 6.19.6-cı maddəsinə əsasən qarovul rəisinin köməkçisi avadanlığın, inventar və əmlakın işlək vəziyyətdə saxlanılmasına, qarovul otağında və ətrafdakı ərazidə təmizliyə və səliqəyə riayət olunmasma, sobaların vaxtında qalanmasma və işıqların yandırılmasına nəzarət etmək vəzifəsi daşıyır. Nəticədə isə komandirinin xx xxxxxx N019-cu il tarixli, N57 saylı əmri ilə nin kollektiv müqaviləsinin lll.3.N-ci bəndinə əsasən ona “töhmət” elan edilmişdir. xx xxxxxxx N019-cu il tarixdə nin Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmiş və İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində düzgün olaraq qeyd etmişdir ki, qanunvericiliyin tələblərindən də göründüyü kimi işçilərin bir-biri ilə mübahisəsinin, yaxud təhqir etmələrinin əmək müqaviləsinə xitam verilməsinə əsas təşkil etməsi üçün, qeyd olunan bu hal nətcəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-7N-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı nin tabeliyində olan əhəmiyyətli və rejimli obyektlərin hərbiləşdirilmiş mü hafizə bölməsində xidmət göstərmişdir. Bu kateqoriya müəssisələrdə nizam-intizamın pozulması, işçilərin öz üzərlərinə düşən vəzifələri layiqinicə yerinə yetirməməsi təkcə həmin müəssisədə işin normal ahənginin pozulması ilə deyil, dövlətin təhlükəsizliyi sahəsində də müvafiq neqativ nəticələrə səbəb ola bilər. Bu baxımdan həmin müəssisələrdə əmək və icra intizamının əməl olunmasına ciddi riayət edilməlidir. Bu baxımdan İddiaçı öz xidməti vəzifəlirinin icrasında hərəkətsizliyi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola biləcək hal kimi, yəni əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirilməsi barədə apellyasiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmam ası və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının N(103)-7739/N0N0 nömrəli iş üzrə xx xxxxxx N0N0-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.