Məhkəmə qərarları › İş №2(102)-2408/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-2408/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2408/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X4 və X6 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-12074/2019 saylı qətnaməsindən iddiaçı X5 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdehlər Cavabdeh1 Rafiq qızına və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxxxxxxx” ASC) borcun tutulması tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh2 kredit müqaviləsi üzrə 4 362 manat və kredit xətti müqaviləsi üzrə 1500 manat, cəmi 5862 manat tutularaq iddiaçı X3 ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə şikayət qismən təmin edilmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi iddiaçı X3 münasibətdə dəyişdirilərək Cavabdeh1 iddiaçı X2 xeyrinə ödənilməli olan borc 9266,67 manat məbləğində müəyyən edilmişdir. Həmin qətnamədən iddiaçı X1 şikayəti vermiş, xx xxxxxx 2020-ci il tarixdə apelyasiya instansiyası məhkəməsi tərəfindən şikayət işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Bundan sonra xx xxx 2020-ci il tarixdə Cavabdeh2 t ərəfindən bilavasitə olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kasasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair verilmiş vəsatət daxil olmuşdur. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, kasasiya şikayəti baxışdan çıxarılmalı və iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 403.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Həmin Məcəllənin 406.2.-ci maddəsinə görə əgər kasasiya şikayəti kasasiya instansiyası məhkəməsinə bilavasitə verilərsə, onda bu məhkəmə tərəfindən həmin şikayət bu Məcəllənin 407-409-c u maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 408.1.2.-ci maddəsinə əsasən şikayət qətnamə və qərardadı qəbul etmiş məhkəmə vasitəsi ilə göndərilməmişsə qaytarılır. Həmin Məcəllənin 417.1.7-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi işə baxarkən kasasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kasasiya şikayəti ilə apelyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kasasiya baxışından çıxarmaqla apelyasiya instansiyası məhkəməsinə qaytara bilər. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi kasasiya şikayətinin bu Məcəllə nin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kasasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kasasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kasasiya instansiyası məhkəməsinə göndərilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti baxışdan çıxarılmalı və Cavabdeh2 kasasiya şikayətinin qəbulu məsələsinə baxılması üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 403-409-cu və 417.1.7-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı X5 tərəfindən verilmiş kasasiya şika yətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilərək iş kasasiya baxışından çıxarılsın və Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayətinin qəbulu məsələsinə baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar