Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2409/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və “X14 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənəvi zərərin tutulması 10.06.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi X3 və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3366/2020 nömrəli iş üzrə 22 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 10 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1 Svə “X14 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 37174,62 manat sığorta ödənişinin tutulması, cavabdehlər “X14 və X müştərək qaydada 100 manat hüquqi xidmətləri üzrə xərcin və 1000 manat mənəvi zərərin əvəzinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İşin mübahisə edilməyən hallarından görünür ki, “X14 ilə İddiaçı arasında bağlanılmış 28.03.2016-cı il tarixli əmək müqaviləsinə əsasən, sonuncu usta vəzifəsinə işə qəbul edilmiş, işçiyə hər ay 220 manat əmək haqqı ödənilməsi müəyyən edilmişdir.
3. Həmçinin o da mübahisə edilmir ki, İddiaçı 29.04.2016-cı il tarixində Aeroport-Zığ şossesi kənarında yerləşən “Xəyal Adaları” adlanan tikinti sahəsində baş vermiş hadisə nəticəsində xəsarət almışdır.
4. Eyni zamanda işin mübahisə edilməyən hallarından görünür ki, 12.09.2017-ci il tarixdə İddiaçı əmək zədəsi nəticəsində əmək qabiliyyətinin 70% itirilməsi ilə 5 (beş) il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.
5. Cavabdeh1 ilə “xxxx” MMC arasında bağlanmış 01.12.2015-ci il tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nə 30.03.2016-cı il tarixli Əlavə Razılaşmadan görünür ki, tərəflər sığorta olunanların Siyahısında (hazırkı Razılaşmaya 1 №-li Əlavə) göstərilən şəxsləri əlavə olaraq 30.11.2016-cı il tarixinədək sığortalamaq və ya müvafiq dəyişiklikləri etmək barədə əlavə razılığa g əlmişlər. Qeyd edilən müqaviləyə əlavədə sığorta olunanların siyahısından görünür ki, İddiaçı (usta, fəhlə) 37174,62 manat məbləğində sığorta olunmuşdur.
6. Cavabdeh1 “X14 və İddiaçı ünvanlanmış 24.01.2018-ci il tarixli məktubundan görünür ki, İddiaçı 29.04.2016-cı il tarixində Aeroport-Zığ şossesi kənarında yerləşən “Xəyal Adaları” adlanan tikinti sahəsində baş vermiş hadisə nəticəsində xəsarət alması, həmçinin baş vermiş hadisənin təhqiqatının gec məlumat vermə səbəbilə müvafiq komissiya tərəfindən yalnız 13.06.2017-ci il tarixində başlanılması, təhqiqatın aparılması barədə Cavabdeh1 məlumat verilməməsi, adıçəkilən hadisə barədə məlumatın Cavabdeh1 27.09.2017-ci il tarixdə, yəni hadisə baş verdiyi tarixdən 508 gün sonra daxil olması, hüquq-mühafizə orqanları tərəfindən də həmçinin, hadis ənin araşdırılmasına 2017-ci ildə başlanılması, bu səbəbdən iş üzrə mövcud sənədlərdə sığorta ödənişinin verilib-verilməməsi barədə qərarın qəbul edilməsi üçün əsas olan, hadisə baş verən zaman sığorta olunanın alkoqollu içkilər və ya digər maddələrin təsirindən sərxoş olubolmaması barədə məlumatın, eləcə də digər əhəmiyyətli məlumatların mövcud olmaması səbəbindən sığorta hadisəsinin hansı şəraitdə baş verməsi və onun sığorta hadisəsi olubolmamasını müəyyən etmək imkanından məhrum olmasını əsas gətirərək sığortaçı Cavabdeh1 sığorta ödənişinin verilməsindən imtina etmişdir.
7. Suraxanı Rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Mcəlləsinin 162.1-ci maddəsi ilə təqsirli bilinən “xxxx” MMC-nin direktoru X2 texniki təhl ükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi bu vəzifələrin yerinə yetirilməsinə cinayətkarcasına etinasızlıq göstərib “İİİ-4-80 tikinti norma və qaydaları”nın 4.6-cı bəndi və 1.3 tələblərini və “xxxx” MMC-də tikinti işləri üzrə nəzarətçi vəzifəsində işləməklə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş X7 bu vəzifələrin yerinə yetirilməsinə cinayətkarcasına etinasızlıq göstərərək “Tikinti, Qoruyucu kəmərlər 12.4.089-80 Dövlət Standartı”nın 1.4, 1.6, 1.20, 1.27 bəndlərinin, eyni zamanda tikinti üzrə nəzarətçinin vəzifə təlimatının tələblərini pozması nəticəsində İddiaçı ona verilmiş istismara yararsız təhlükəsizlik kəmərindən istifadə edərək 29 aprel 2016-cı il tarixdə saa t 14- 15 radələrində qeyd olunan ünvanda pəncərələrin qıraqlarının suvaqla doldurulması işini həyata keçirən zaman əvvəlcədən müəyyən edilmiş yerə kəmərini bağlamasına baxmayaraq, kəmərin qırılması nəticəsində yıxılaraq sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilən xəsarətlər almışdır.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 27.07.2020-ci il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 21.07.2017-ci il tarixli, 0311003AAKFG saylı göndərişi əsasında 02.08.2017-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və “Onurğanın dəqiqləşdirilməmiş səviyyədə sınığı, Qapalı onurğa sütunu onurğa beyni travması,C6 fəqərəsinin qapalı sınığı. Onurğa beyninin dəqiqləşdirilməmiş xəstəliyi, Postoperatıv mielopatiya. Hərəkətin və yerişin pozulmaları, Yerişin pozulması ilə” diaqnozuna görə ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyəti növbəti dəfə səhiyyə müəssisəsinin 06.09.2017-ci il tarixli 0311003AAKJY saylı göndərişi əsasında şəxsin iştirakı olmadan 12.09.2017-ci il tarixdə qiymətləndirilmiş və “Onurğanın dəqiqləşdirilməmiş səviyyədə sınığı, Qapalı onurğa sütunu onurğa beyni travması,C6 fəqərəsinin qapalı sınığı. Onurğa beyninin dəqiqləşdirilməmiş xəstəliyi, Postoperativ mielopatiya. Hərəkətin və yerişin pozulmaları, Yerişin pozulması ilə. Onurğanın osteoxondrozu, bel-oma fəqərələrinin osteoxondrozu, L5-S1 fəqərəarası diskin sağ tərəfli yırtığı” diaqnozun a görə “əmək zədəsi” səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik və 70% (yetmiş faiz) əmək qabiliyyətinin itirlmə faizinintəyini barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyəti sonuncu dəfə səhiyyə müəssisəsinin 15.07.2019-cu il tarixli, 0311003AAMTC saylı göndərişi əsasında şəxsin iştirakı olmadan 02.08.2019-cu il tarixdə qiymətləndirilmiş və “Onurğanın dəqiqləşdirilməmiş səviyyədə sınığı, Qapalı onurğa sütunu onurğa beyni travması,C6 fəqərəsinin qapalı sınığının qalıq əlamətləri. Sağ tərəfli dərin hemiparez (sağ yuxarı ətrafda əzələ qüvvəsi 1-2 bal,sağ aşağı ətrafda 2-3 baldır),sağ yuxarı ətrafda tutma funksiyasının tam pozulması ilə.Yerişin çətinləşməsi,çanaq orqanları funksiyasının pozulması ilə (sidiyi saxlamamaq tip).Özünə xidmət zamanı köməyə ehtiyac, Xəstənin kənar şəxsin qulluğuna ehtiyacı var. Onurğa beyninin dəqiqləşdirilməmiş xəstəliyi, Postoperativ mielopatiya. Bel - oma fəqərələrinin osteoxondrozu,L5-S1 fəqərəarası diskin sağ tərəfli yırtığıı” diaqnozuna görə “əmək zədəsi” səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik və 95%(doxsan beş faiz) əmək qabiliyyətinin itirlmə faizinin təyini barədə qərar verilmişdir. 2016-cı ildə alınmış travma nəticəsində 2019-cu ildə xəstənin səhhətinin ağırlaşması köməkçi diaqnostik müayinələr və stasionar müalicələrlə əsaslandırılmır. Ona görə də İddiaçı 2016-cı ildə istehsalatda aldığı travma nəticəsində əmək qabiliyyətinin itirilmə faizinin obyektiv qiymətləndirilməsi üçün əyani ekspertiza müayinəsinə ehtiyac vardır. Bununla əlaqədar İddiaçı əmək qabiliyyətinin itirilmə faizinin obyektiv qiymətləndirilməsi üçün məhkəmə tibb ekspertizanın təyin edilməsini zəruri hesab edirlər.
9. Həmin Agentliyin Cavabdeh1 təmsilçisinə ünvanladığı 08.07.2020- ci il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0311003AAKFG saylı göndərişi əsasında 02.08.2017-ci il tarixdə qiymətləndirilmiş və “Onurğanın dəqiqləşdirilməmiş səviyyədə sınığı, Qapalı onurğa sütunu onurğa beyni travması,C6 fəqərəsinin qapalı sınığı.Onurğa beyninin dəqiqləşdirilməmiş xəstəliyi, Postoperativ mielopatiya.Hərəkətin və yerişin pozulmaları, Yerişin pozulması” diaqnozu ilə beş il müddətinə ümumi xəstəlik səbəbi ilə ikikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0311003AAKJY saylı göndərişi əsasında 12.09.2017-ci il tarixdə və 0311003AAMTC sayl ı göndərişi əsasında 02.18.2019-cu il tarixlərdə təkrar qiymətləndirilmiş və “əmək zədəsi” səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik və 70%(yetmiş faiz) əmək qabiliyyətinin itirilməsi barədə qərar verilmişdir. Bildirirlər ki, hər bir halda qiymətləndirmə həmin vaxtlar “Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq səhiyyə müəssisəsinin göndərişi əsasında şəxsin iştirakı olmadan Əlillik altsistemi üzərindən həyata keçirilb. Buna görə də əlilliyin təyininə əsas verən tibbi sənədlər aidiyyəti üzrə göndərişi rəsmiləşdirən səhiyyə müəssisəsində saxlanılır.
10. Həmin Agentliyin Cavabdeh1 SŞ ASC-yə ünvanladığı 22.09.2020-ci il tarixli, məktubla bildirilmişdir ki, Azərbaycan Res publikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq İddiaçı əlillik vəziyyəti Sabirabad Rayon Mərkəzi Xəstəxanasının 0311003AAKFG nömrəli göndərişi əsasında 02.08.2017-ci il tarixdə qiymətləndirilmiş və "Onurğanın dəqiqləşdirilməmiş səviyyədə sınığı, Qapalı onurğa sütunu onurğa beyni travması, C6 fəqərəsinin qapalı sınığı. Onurğa beyninin dəqiqləşdirilməmiş xəstəliyi. Postoperativ mielopatiya. Hərəkətin və yerişin pozulmaları, yerişin pozulması” diaqnozu ilə ümumi səbəbdən beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Növbəti dəfə İddiaçı əlillik vəziyyəti Sabirabad Rayon Mərkəzi Xəstəxanasının 0311003AAKJY nömrəli göndərişi əsasında 12.09.2017-ci il tarixdə qiymətləndirilmiş və on a “əmək zədəsi" səbəbi ilə beş il müddətinəikinci dərəcə əlillik və əmək qabiliyyətinin 70% (yetmiş faiz) itirilməsi təyin edilmişdir. Sonuncu dəfə İddiaçı əlillik vəziyyəti Sabirabad Rayon Mərkəzi Xəstəxanasının 0311003AAMTC nömrəli göndərişi əsasında 02.08.2019-cu il tarixdə qiymətləndirilmiş və “əmək zədəsi" səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik və 95% (doxsan beş faiz) əmək qabiliyyətinin itirilməsi təyin edilmişdir. Əmək qabiliyyətinin itirilməsi faizinin dəqiqləşdirilməsi və müvafiq qərar qəbul edilməsi üçün İddiaçı Agentlikdə müayinə olunması məqsədəuyğundur.
11. İddiaçı bildirir ki, o, 2016-cı ilin fevral ayından “X14 usta işləmişdir. Fevral ayından işləməsinə baxmayaraq onunla əmək müqaviləsi 28 mart 2016-cı il tarixdə rəsmiləşdirilmişdir. Həmin vaxtdan Aeroport-Zığ şo ssesi kənarında yerləşən “Xəyal Adaları”nda tikilən çoxmərtəbəli yaşayış binalarının tikintisində aparılan işlərə cəlb olunmuşdur. İşi binanın fasadına suvaq vurmaq idi. 29.04.2016-cı il tarixində həmin tikinti sahəsindəki 5-mərtəbəli binanın 5-ci mərtəbəsində suvaq işlərini həyata keçirən zaman təxminən saat 14-15 radələrində binanın xaricində quraşdırılmış dəmir tikilidən sürüşərək yıxılmışdır. Buna səbəb qoruyucu kəmərin köhnə olması və qırılması olmuşdur. Elə həmin gün “X14 vəzifəli şəxsləri tərəfindən baş vermiş hadisə barəsində 01 nömrəli akt tərtib edilmiş. Bu aktla onun iş yerində, bilavasitə əmək funksiyalarını yerinə yetirən zaman xəsarət almağı və buna səbəb əməyin mühafizə qaydalarının pozulması və qoruyucu kəmərin qırılmasının olması təsdiq olunur. Uzun sürən müalicələrdən son ra ona 12.09.2017-ci il tarixində əmək qabiliyyətinin 70 faiz itirilməsi ilə İİ qrup əlillik təyin edilmişdir. İşlədiyi “X14 ilə Cavabdeh1 arasında ATE 14030010 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" müqaviləsi bağlanmış və o, 37174.62 manat məbləğində sığorta olunmuşdur. Sığorta ödənişinin aparılması üçün o, işçisi olduğu “X14 müraciət etmişdir. Müraciətinə hər hansı cavab verilmədiyini görüb, Cavabdeh1 müraciət etmişdir. Lakin sonuncu, sığorta hadisəsinin hansı şəraitdə baş verməsi və onun sığorta hadisəsinin olubolmamasını müəyyən etmək imkanından məhrum olmasını bəhanə edərək ona qanuni sığorta ödənişini etməkdən imtina etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli, 1(010)- 88/2018 saylı hökmü ilə onun 29.04.2016-cı il tarixində iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində “həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma” dərəcəsində xəsarət alması, o cümlədən, “X14 vəzifəli şəxslərinin bu işdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan məhkəmə hökmündən tərəflər şikayət verməmiş və məhkəmə hökmü qanuni qüvvəsini almişdir. Onun məhz iş yerində əmək funksiyalarını yerinə yetirən zaman baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almağı, 08 fevral 2018-ci il tarixli, 191 nömrəli və 03 oktyabr 2018-ci il tarixli, 837 nömrəli canlı şəxsin məhkəmə tibb ekspertizaları, 28 noyabr 2017-ci il tarixli, 27696 nömrəli əmək təhlükəsizliyinin tədqiqi barədə ekspertiza rəyləri ilə bir daha təsdiq olunur. Azərbaycan Respublikasının c inayət və mülki qanunvericiliyinə əsasən, qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən olunmuş hallar, bununla əlaqəli digər məsələlərin həlli zamanı tərəflər üçün məcburidir və tərəfləri sübutetmə vəzifəsindən azad edir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli, 1(010)-88/2018 saylı hökmü Cavabdeh1 hadisənin məhz sığorta hadisəsi olması və sığorta ödənişinin edilməsi üçün onun əmək qabiliyyətinin nə dərəcədə itiriməsini müəyyən etmək imkanı verir. Qeyd olunan məhkəmə hökmünün surətini də əlavə etməklə, sığorta ödənişinin və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə “X14 və Cavabdeh1 təkrar müraciət etsə də, xeyri olmamışdır. Odur ki, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
12. Cavabdeh1 nümayəndəsi bildirir ki, 12. 09.2017-ci il tarixdə İddiaçı əmək zədəsi nəticəsində əmək qabiliyyətinin 70% itirilməsi ilə 5 (beş) il müddətində ikinci dərəcəli əlillik təyin edilmişdir. iddiaçının əmək haqqının 220 manat təşkil etdiyi və peşə əmək qabiliyyətini 70% itirilməsi nəzərə alınarsa, o zaman onun aylıq əmək haqqının itirilmiş peşə əmək qabiliyyətinə nisbəti 154 manat təşkil etməlidir. Belə olan halda qanunvericiliyin tələbləri nəzərə alınmaqla İddiaçıya 12.09.2017-12.09.2022-ci ilədək aylıq sığorta ödənişi təyin edilməli idi. Baxılan halda isə ödənilməmiş aylıq sığorta ödənişləri cəmləndiyi halda iddiaçıya ödənilməli olan maksimal ödəniş məbləği 3696 manat təşkil etməli, iddiaçı müddətsiz əlillik təyin edilənə qədər aylıq 154 manat ödəniş almalı idi.
13. Cavabdeh X14 nümayəndəsi bildirir ki, iddia tələbini qi smən yalnız 100 manat məbləğində maddi zərərin ödənilməsi hissəsində qəbul edir, qalan hissədə isə iddia tələbini qəbul etmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
14. Bakı şəhəri Səbail rayon məhkəməsinin (hakim Mədinə Bağırova) 2(009)453/2019 saylı, 30 yanvar 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilərək Cavabdeh1 İddiaçı xeyrinə 37174,62 manat sığorta ödənişinin tutulması, cavabdehlər Cavabdeh1 və «X14 müştərək qaydada mənəvi zərərin əvəzi olaraq 1000 manat və hüquqi xidmət haqqı olaraq 100 manat pulun alınıb İddiaçı ödənilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər qanunvericiliyin müəyyənləşdirdiyi tələblərə əməl edərək müqavilə bağlamış və Cavabdeh1 ilə “xxxx” MMC arasında ATE14030010 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi bağlanmışdır. Mülki qanunvericilikdə həmçinin sığorta hadisəsinin anlayışı verilmiş, habelə sığorta hadisəsi baş verdiyi təqdirdə sığorta ödənişin verilməsi, sığorta ödənişlərin verilməsindən imtina əsasları göstərilmişdir.
16. Qanunvericilik yalnız qəsdən edilən əməli (hərəkət və ya hərəkətsizlik) sığorta ödənişinin ödənilməsindən imtina əsası kimi müəyyən etmişdir. Halbuki hazırkı mülki mübahisədə sığorta hadisəsinə səbəb olan əməlin sığortalının vəzifəli şəxslərinin təqsirli hərəkətləri nəticəsində baş verməsi məhz qanuni qüvvəyə minmiş Suraxanı Rayon Məhkəməsinin hökmü ilə təsdiq olunur.
17. Bakı şəhəri S uraxanı Rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli, 1(010)88/2018 saylı hökmü ilə onun 29.04.2016-cı il tarixində iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində “həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma” dərəcəsində xəsarət alması, o cümlədən, “X14 vəzifəli şəxslərinin bu işdə təqsirli olması tam sübuta yetirilmişdir.
18. Bundan başqa Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
19. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi mənəvi ziyanın tutulması hissəsində də təmin edilməli və cavabdehlərdən mənəvi ziyana görə 1000 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 883, 922, 935.1.2-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 121.1, 217.4-cü ma ddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
21. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti vermişdir.
22. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Raqib Qurbanov) 19 iyun 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 30 yanvar 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
23. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi haqlı olaraq işin müəyyən edilmiş hallarına Mülki Məcəllənin 922 və 935.1.2-ci maddələrini tətbiq etməklə Cavabdeh1 3717 4,62 manat sığorta ödənişinin tutulması nəticəsinə gəlmişdir.
24. Belə ki, Mülki Məcəllənin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
25. Həmin Məcəllənin 935.1-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən Mülki Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması halında imtina edir.
26. Mülki Məcəllənin müddəalarından müəyyən olunur ki, sığorta hadisəsi barədə sığortalı tərəfindən gec məlumat verməsi istənilən halda sığorta ödənişinin verilməsindən imtina üçün əsas deyildir. Çünki bu əsasın yaranması üçün tələb olunur ki, sığortalının gec məlumat verməsi nəticəsində sığortaçı hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olsun. Eyni zamanda, sığorta ödənişindən imtina əsası kimi müəyyən edilmiş şərtlərinin mövcudluğunun təsdiq edilməsi üzrə sübutetmə yükü məhz sığorta ödəməkdən imtina edən sığortaçının üzərinə düşür.
27. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli, 1(010)88/2018 saylı hökmü Cavabdeh1 hadisənin məhz sığorta hadisəs i olması və iddiaçının 29.04.2016-cı il tarixində iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində “həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma” dərəcəsində xəsarət alması, o cümlədən, “X14 vəzifəli şəxslərinin bu işdə təqsirli olması tam sübuta yetirilmişdir.
28. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndini və Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsini tətbiq etməklə, iddia tələbini cavabdehlər “X14 və Cavabdeh1 müştərək qaydada 100 manat hüquqi xidmətləri üzrə xərcin və 1000 manat mənəvi zərərin əvəzinin tutulması hissəsində təmin etməkdə də haqlı olmuşdur c) Kass asiya instansiyası məhkəməsindəki birinci icraat
29. Qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir.
30. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 fevral 2020-ci il tarixli, 2(102)-773/2020 saylı qərarı ilə (hakimlər Ə.Nurməmmədov - sədrlik edən və məruzəçi, M.Əhmədova, İ.Xələfov) Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7317/2019 nömrəli iş üzrə 19 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
31. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, işə baxan məhkəmələr Cavabdeh1 iddiaçının xeyrinə sığorta ödənişinin tutulması barədə düzgün nəticəyə gəlsələr də, məhkəmələr sığorta məbləğ ini, sığorta məbləğinin ödənilməsi qaydasını müəyyən edərkən səhvə yol vermişlər.
32. Hazırki işdə istehsalatda bədbəxt hadisənin baş verməsi işin mübahisəsiz halı olsa da, məhkəmənin cavabdeh Şirkətin üzərinə 37174,62 manat sığorta ödənişi ödəmək vəzifəsinin qoyması “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna və həmin Qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi normativ hüquqi aktlara zidd olmuş, məhkəmə cavabdehin üzərinə ödəniş etmək vəzifəsi qoyarkən qeyd edilən maddi hüquq normalarının tələblərini nəzərə almamışdır.
33. Məhkəmə kollegiyası hesab etmişdir ki, ödəniş məbləği hesablanarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli, 192 nömrəli qərarı ilə təsdiq edilmiş İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası və elə həmin qərarla təsdiq edilmiş istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydasının tələbləri nəzərə alınmalı və onlar tətbiq edilməli idi.
34. Məhkəmələr nəzərə almamışlar ki, 37174,62 manat sığorta məbləğinin müqavilədə göstərilməsi hələ həmin məbləğin bütövlükdə iddiaçıya ödənilməsi üçün hüquqi əsas yaratmır. Qeyd edilən sığorta müqaviləsi icbari olduğu üçün ödənişin hesablanması və ödənilməsi normativ hüquqi aktlarla tənzimlənir.
35. Belə ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunun 2.0.13-cü maddəsinə əsasən, sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı maddi itkilərin bərpası məqsədilə faydalanan şəxsə verilən pul təzminatıdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
36. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3366/2020 nömrəli iş üzrə 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Mehdiyev - sədrlik edən və məruzəçi, Ş.Məmmədova, X.Sarıyev) Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-453/2019 saylı mülk i iş üzrə 30 yanvar 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - Cavabdeh1 qarşı iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, iddianın həmin hissədə qismən təmin edilməsi, Cavabdeh1 12 sentyabr 2017-ci il tarixdən 02 avqust 2019-cu il tarixədək müddətə İddiaçı əmək qabiliyyətinin 70 faiz itirilmə dərəcəsinə uyğun olaraq hər ay 154 manat hesablanılmaqla, cəmi 3542 (üç min beş yüz qırx iki) manat sığorta ödənişinin, 02 avqust 2019-cu il tarixdən İddiaçı əmək qabiliyyətinin 95 faiz itirilmə dərəcəsinə uyğun olaraq hər ay 209 manat sığorta ödənişi məbləğinin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh1 hüquqi xidmət xərcinə görə 100 (yüz) manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
37. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, sığorta ödənişi məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli, 192 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası”nın tələbləri nəzərə alınaraq hesablanmalı idi. İş üzrə sığorta müqaviləsi icbari olduğu üçün ödənişin hesablanması və ödənilməsi normativ hüquqi aktlarla tənzimlənir.
38. Belə ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 2.0.13cümaddəsinə əsasən, sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü il ə bağlı maddi itkilərin bərpası məqsədilə faydalanan şəxsə verilən pul təzminatıdır. Qanunun 2.0.15-ci maddəsinə əsasən, sığorta məbləği - icbari sığorta müqaviləsi üzrə sığortaçının öhdəliyinin son həddidir. Qanunun 16.1.1-16.1.3-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq faydalanan şəxslərə aşağıdakı sığorta ödənişləri verilir: aylıq sığorta ödənişi; birdəfəlik sığorta ödənişi; əlavə sığorta ödənişi. Qanunun 16.2-ci maddəsinə görə, aylıq sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş aylıq əmək haqqı əvəzində faydalanan şəxsə verilən pul təzminatıdır. Qanunun 16.3, 16.3.1-3cü maddələrinə əsasən, birdəfəlik sığorta ödənişi bu Qanunla müəyyən olunmuş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödə nilməsidir. Birdəfəlik sığorta ödənişi aşağıdakı hallarda verilir: sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunana əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edildikdə; sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda; sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığorta olunan həmin hadisənin birbaşa səbəbi olduğu sağlamlığın pozulması halından öldükdə. Qanunun 17.1ci maddəsinə əsasən, aylıq sığorta ödənişinin məbləği sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətini itirdiyi tarixdən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin sığorta hadisəsi nəticəsində itirilmiş peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilir. Qanunun 18.1-ci maddəsinə əsasən, icba ri sığorta müqaviləsi üzrə aylıq sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi gündən verilir.
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli, 196 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması Qaydaları”nın 2.1.1-ci yarımbəndinə əsasən, aylıq sığorta ödənişləri - sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin TSEK tərəfindən müəyyən edildiyi tarixdən hesablanmaqla, sığorta ödənişinin verildiyi hər təqvim ay ının 25-dən gec olmayaraq ödənilir.
40. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 27.07.2020-ci il tarixli, **********8 saylı məktubu ilə bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 21.07.2017-ci il tarixli, 0311003AAKFG saylı göndərişi əsasında 02.08.2017-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və “Onurğanın dəqiqləşdirilməmiş səviyyədə sınığı, Qapalı onurğa sütunu onurğa beyni travması,C6 fəqərəsinin qapalı sınığı. Onurğa beyninin dəqiqləşdirilməmiş xəstəliyi, Postoperatıv mielopatiya. Hərəkətin və yerişin pozulmaları, Yerişin pozulması ilə” diaqnozuna görə ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmi şdir. Bildiririk ki, əlilliyin səbəbi səhiyyə müəssisəsi tərəfindən seçilmişdir. İddiaçı əlillik vəziyyəti növbəti dəfə səhiyyə müəssisəsinin 06.09.2017-ci il tarixli 0311003AAKJY saylı göndərişi əsasında şəxsin iştirakı olmadan 12.09.2017-ci il tarixdə qiymətləndirilmiş və “Onurğanın dəqiqləşdirilməmiş səviyyədə sınığı, Qapalı onurğa sütunu onurğa beyni travması,C6 fəqərəsinin qapalı sınığı. Onurğa beyninin dəqiqləşdirilməmiş xəstəliyi, Postoperativ mielopatiya. Hərəkətin və yerişin pozulmaları, Yerişin pozulması ilə. Onurğanın osteoxondrozu, bel-oma fəqərələrinin osteoxondrozu, L5-S1 fəqərəarası diskin sağ tərəfli yırtığı” diaqnozuna görə “əmək zədəsi” səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik və 70% (yetmiş faiz) əmək qabiliyyətinin itirlmə faizinintəyini barədə qərar verilmişdi r. İddiaçı əlillik vəziyyəti sonuncu dəfə səhiyyə müəssisəsinin 15.07.2019-cu il tarixli, 0311003AAMTC saylı göndərişi əsasında şəxsin iştirakı olmadan 02.08.2019-cu il tarixdə qiymətləndirilmiş və “Onurğanın dəqiqləşdirilməmiş səviyyədə sınığı, Qapalı onurğa sütunu onurğa beyni travması,C6 fəqərəsinin qapalı sınığının qalıq əlamətləri. Sağ tərəfli dərin hemiparez (sağ yuxarı ətrafda əzələ qüvvəsi 1-2 bal,sağ aşağı ətrafda 2-3 baldır),sağ yuxarı ətrafda tutma funksiyasının tam pozulması ilə.Yerişin çətinləşməsi,çanaq orqanları funksiyasının pozulması ilə (sidiyi saxlamamaq tip).Özünə xidmət zamanı köməyə ehtiyac, Xəstənin kənar şəxsin qulluğuna ehtiyacı var. Onurğa beyninin dəqiqləşdirilməmiş xəstəliyi, Postoperativ mielopatiya. Bel - oma fəqərələrinin osteoxondrozu,L5-S1 fəqərəarası diski n sağ tərəfli yırtığıı” diaqnozuna görə “əmək zədəsi” səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik və 95%(doxsan beş faiz) əmək qabiliyyətinin itirlmə faizinin təyini barədə qərar verilmişdir. Bildirmişlər ki, 2016-cı ildə alınmış travma nəticəsində 2019-cu ildə xəstənin səhhətinin ağırlaşması köməkçi diaqnostik müayinələr və stasionar müalicələrlə əsaslandırılmır. Ona görə də İddiaçı 2016-cı ildə istehsalatda aldığı travma nəticəsində əmək qabiliyyətinin itirilmə faizinin obyektiv qiymətləndirilməsi üçün əyani ekspertiza müayinəsinə ehtiyac vardır. Bununla əlaqədar İddiaçı əmək qabiliyyətinin itirilmə faizinin obyektiv qiymətləndirilməsi üçün məhkəmə tibb ekspertizanın təyin edilməsini zəruri hesab edirlər.
41. Həmin Agentliyin Cavabdeh1 SŞ ASC-nin təmsilçisinə ünvanladığı 08.07.2020 ci il tarixli, **********8 saylı məktubu ilə bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0311003AAKFG saylı göndərişi əsasında 02.08.2017-ci il tarixdə qiymətləndirilmiş və “Onurğanın dəqiqləşdirilməmiş səviyyədə sınığı, Qapalı onurğa sütunu onurğa beyni travması,C6 fəqərəsinin qapalı sınığı.Onurğa beyninin dəqiqləşdirilməmiş xəstəliyi, Postoperativ mielopatiya.Hərəkətin və yerişin pozulmaları, Yerişin pozulması” diaqnozu ilə beş il müddətinə ümumi xəstəlik səbəbi ilə ikikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0311003AAKJY saylı göndərişi əsasında 12.09.2017-ci il tarixdə və 0311003AAMTC saylı göndərişi əsasında 02.18.2019-cu il tarixlərdə təkrar qiymətləndirilmiş və “əmək zədəsi” səbəbi ilə beş il müddə tinə ikinci dərəcə əlillik və 70%(yetmiş faiz) əmək qabiliyyətinin itirilməsi barədə qərar verilmişdir. Bildirirlər ki, hər bir halda qiymətləndirmə həmin vaxtlar “Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “TibbiSosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq səhiyyə müəssisəsinin göndərişi əsasında şəxsin iştirakı olmadan Əlillik altsistemi üzərindən həyata keçirilb. Buna görə də əlilliyin təyininə əsas verən tibbi sənədlər aidiyyəti üzrə göndərişi rəsmiləşdirən səhiyyə müəssisəsində saxlanılır.
42. Həmin Agentliyin Cavabdeh1 SŞ ASC-yə ünvanladığı 22.09.2020-ci il tarixli, **********7 saylı məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq İddiaçı əlillik vəziyyəti Sabirabad Rayon Mərkəzi Xəstəxanasının 0311003AAKFG nömrəli göndərişi əsasında 02.08.2017-ci il tarixdə qiymətləndirilmiş və "Onurğanın dəqiqləşdirilməmiş səviyyədə sınığı, Qapalı onurğa sütunu onurğa beyni travması, C6 fəqərəsinin qapalı sınığı. Onurğa beyninin dəqiqləşdirilməmiş xəstəliyi. Postoperativ mielopatiya. Hərəkətin və yerişin pozulmaları, yerişin pozulması” diaqnozu ilə ümumi səbəbdən beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Növbəti dəfə İddiaçı əlillik vəziyyəti Sabirabad Rayon Mərkəzi Xəstəxanasının 0311003AAKJY nömrəli göndərişi əsasında 12.09.2017-ci il tarixdə qiymətləndirilmiş və ona “əmək zədəsi" səbəbi ilə beş il müddətinəikinci dərəcə əlillik və əmək qabiliyyətinin 70% (ye tmiş faiz) itirilməsi təyin edilmişdir. Sonuncu dəfə İddiaçı əlillik vəziyyəti Sabirabad Rayon Mərkəzi Xəstəxanasının 0311003AAMTC nömrəli göndərişi əsasında 02.08.2019-cu il tarixdə qiymətləndirilmiş və “əmək zədəsi" səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik və 95% (doxsan beş faiz) əmək qabiliyyətinin itirilməsi təyin edilmişdir. Əmək qabiliyyətinin itirilməsi faizinin dəqiqləşdirilməsi və müvafiq qərar qəbul edilməsi üçün İddiaçı Agentlikdə müayinə olunması məqsədəuyğundur..
43. Kollegiya hesab etmişdir ki, hazırki işdə istehsalatda bədbəxt hadisənin baş verməsi işin mübahisəsiz halıdır. Lakin, qeyd edilən 37174,62 manat sığorta məbləğinin müqavilədə göstərilməsi hələ həmin məbləğin bütövlükdə iddiaçıya ödənilməsi üçün hüquqi əsas yaratmır. İddiaçı 29.04.2016-cı il tarixində baş vermiş hadisə nəticəsində xəsarət almış və 12.09.2017-ci il tarixdə ona dəymiş zədə nəticəsində əmək qabiliyyətinin 70% itirilməsi ilə 5 il müddətində ikinci dərəcəli əlillik təyin edilmişdir. Qeyd edilənlər iddiaçıya qanuna uyğun olaraq birdəfəlik sığorta ödənişi verilməsi üçün hüquqi əsas olmadığını və iddiaçıya yalnız aylıq sığorta ödənişinin verilməsinin mümkün olduğunu göstərir. İddiaçının əmək haqqının 220 manat təşkil etdiyi və peşə əmək qabiliyyətini 70% itirilməsi nəzərə alınarsa, o zaman onun aylıq əmək haqqının itirilmiş peşə əmək qabiliyyətinə nisbəti 154 manat təşkil etməlidir. Belə olan halda qanunvericiliyin və iş materiallarının tələbləri nəzərə alınmaqla iddiaçıya 12.09.2017-12.08.2019-cu ilədək aylıq 154 manat sığorta ödənişi təyin edilməli idi.
44. İddiaçı əlillik vəziy yəti 02.08.2019-cu il tarixdə yenidən qiymətləndirilərək əmək zədəsi səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik və 95% (doxsan beş faiz) əmək qabiliyyətinin itirilməsi müəyyən edilmişdir. İddiaçının əmək haqqının 220 manat təşkil etdiyi və peşə əmək qabiliyyətini 95% itirilməsi nəzərə alınarsa, o zaman onun aylıq əmək haqqının itirilmiş peşə əmək qabiliyyətinə nisbəti 209 manat təşkil etməlidir. Belə olan halda qanunvericiliyin və iş materiallarının tələbləri nəzərə alınmaqla iddiaçıya 12.08.2019-cu ildən aylıq 209 manat sığorta ödənişi təyin edilməli idi. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
45. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməs ini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
46. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Cavabdeh1 kassasiya şikayətlərinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
48. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün ape lyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi.
49. Cavabdeh1 nümayəndəsi X5 və vəkili X4 izahat verərək kassasiya kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
50. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh “X14 hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdeh “X14 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
51. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məh kəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
52. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
53. Q anunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyyətini n itirilməsi hallarından icbari sığorta haqqında” Qanun
55. Sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı maddi itkilərin bərpası məqsədilə faydalanan şəxsə verilən pul təzminatıdır (maddə 2.0.13)
56. Sığorta məbləği - icbari sığorta müqaviləsi üzrə sığortaçının öhdəliyinin son həddidir. (maddə 2.0.15)
57. Bu Qanuna uyğun olaraq faydalanan şəxslərə aşağıdakı sığorta ödənişləri verilir: aylıq sığorta ödənişi; birdəfəlik sığorta ödənişi; əlavə sığorta ödənişi. (maddə 16.1.116.1.3)
58. Aylıq sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş aylıq əmək haqqı əvəzində faydalanan şəxsə verilən pul təzminatıdır. (maddə 16.2)
59. Birdəfəlik sığorta ödən işi bu Qanunla müəyyən olunmuş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir. Birdəfəlik sığorta ödənişi aşağıdakı hallarda verilir: sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunana əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edildikdə; sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda; sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığorta olunan həmin hadisənin birbaşa səbəbi olduğu sağlamlığın pozulması halından öldükdə. (maddə 16.3)
60. Aylıq sığorta ödənişinin məbləği sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətini itirdiyi tarixdən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin sığorta hadisəsi nəticəsində itirilmiş peşə əmək q abiliyyətinin faizi miqdarında müəyyən edilir. (maddə 17.1)
61. İcbari sığorta müqaviləsi üzrə aylıq sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi gündən verilir. (maddə 18.1) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli, 196 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması Qaydaları
62. Aylıq sığorta ödənişləri - sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin TSEK tərəfindən müəyyən edildiyi tarixdən hesablanma qla, sığorta ödənişinin verildiyi hər təqvim ayının 25-dən gec olmayaraq ödənilir. ( 2.1.1-ci yarımbəndi)
63. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23 maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozma qla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mülki Prosessual Məcəllə
64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdi m etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
65. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
66. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
67. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)
68. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müə yyən edir. (maddə 218.1)
69. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. (maddə 417.1.4)
70. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
71. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi mənəvi zərərin tutulmasının rədd edilməsi hissəsində ləğv edilərək, həmin hissədə iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və “X14 müştərək qaydada mənəvi zərərin əvəzi olaraq 1000 manat pul tutularaq İddiaçı verilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
72. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi mənəvi zərərin tutulmasının rədd edilməsi hissəsində qanuni və əsaslı deyildir. (48)
73. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23 maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb et məyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.
74. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
75. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təq siri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
76. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdehin təqsiri nəticəsində iddiaçıya ağır zərər vurulduğu və vurulmuş zərərin iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olduğu işin mübahisəsiz halı olduğundan, iddiaçının keçirdiyi mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi nəzərə alınaraq cavabdehlərdən müştərk qaydada 1000 manat mənəvi zərər tutulması ədalətli və ağlabatandır.
77. Qətnamənin qalan hissələrinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norma ları düzgün tətbiq olunmuşdur. Həmin hissələrdə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
78. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi mənəvi zərərin tutulmasının rədd edilməsi hissəsində qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır.
79. Mülki Prossesual Məcəllənin 417.1.4-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya insta nsiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər
80. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3366/2020 nömrəli iş üzrə 22 sentyabr 2020-ci il tarixli qətnaməsi mənəvi zərərin tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1-dən və X14-dən müştərək qaydada mənəvi zərərin əvəzi olaraq 1000 manat pul tutularaq İddiaçı verilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın Qərar qəbul edildiyi andan qüvvəyə minir.