Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2409/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı verilmiş iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): başqa məhkəmə mübahisəsi üzrə sübut əhəmiyyəti olan sənədin ayrı icraatda mübahisələndirilməsinin yolverilməzliyi, iş üzrə icraatına xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «öhdəliklərin qismən icra olunmuş hesab olunması» tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 iyun 2025-ci il tarixli, 2(106)-990/2025 nömrəli qə rardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı ilə Cavabdeh arasında 2014-2017 illərdə borc münasibətləri olmuşdur. Belə ki, o, Binə Ticarət Mərkəzində ticarət fəaliyyəti ilə məşğul olmuş və Cavabdeh müəyyən məbləğlərdə faizə borc pul almışdır. Həmin pullardan çox hissəsini Cavabdeh qaytarmış və ona cəmi 10000 ABŞ dolları borclu qalmışdır.
2. Masallı Rayon Məhkəməsinin 2(050)-1123/2021 saylı 18 may 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı qarşı borc pul tələbinə dair iddiası rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-2676/2021 saylı 16 dekabr 2021-ci il tarixli qətnam ənin surətindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Masallı Rayon Məhkəməsinin 2(050)-1123/2021 saylı 18 may 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş və cavabdeh İddiaçı 76700 manat pulun alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)2538/2022 saylı 8 iyun 2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh və İddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “öhdəliklərin qismən icra olunmuş hesab o lunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşısında yaranmış 76700 (yetmiş altı min yeddi yüz) manat öhdəliyin qismən icra olunmuş hesab olunması və 10000 (on min) ABŞ dolları məbləğində borcun qalmasının müəyyən olunmasını xahiş etmişdir.
5. Masallı Rayon Məhkəməsinin 5 dekabr 2024-cü il tarixli, 2(018)-1072/2024 saylı qətnaməsi ilə (hakim E.Hüseynov) İddiaçı Cavabdeh qarşı “öhdəliklərin qismən icra olunmuş hesab olunması” tələbinə dair iddiası rədd edilmiş, məhkəmə xərclərinin İddiaçı aid edilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. İddiaçı Tağıyev X4 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tari xli, 2(106)990/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 19 iyun 2025-ci il tarixli, 2(106)-990/2025 nömrəli qərardadı ilə (hakim X3 sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə) iddiaçı İddiaçı şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-1193/2025 saylı qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
9. Apellyasiya məhkəməsi hesab etmişdir ki, bundan əvvəl hər üç instansiya məhkəməsinin qətnaməsi mövcud olmuşdur. İddiaçı hazırkı iddia tələbini onunla əsaslandırmışdır ki, O, Cavabdeh qarşısında olan öhdəliyini icra etmiş və onun ona sadəcə 10000 ABŞ dolları məbləğində borcu qalmışdır. Öhdəliklərin böyük hissəsinin icra edilməsi ayrı-ayrı vaxtlarda yazılmış səs yazıları ilə tam təsdiq edilir. Həmin səs yazıları onunla Cavabdeh arasında olmuşdur ki, həmin səs yazılarında açıq görünür ki, Cavabdeh ilkin olaraq ona 12000 manat, 16000 manat və 10000 ABŞ dolları borcunun olmasını, həmin pulları və ona dostu Mirzağa Rüstəmov vasitəsi ilə göndərdiyi 12000 manatı da, borcdan silinəcəyini etiraf etmişdir. Sonrakı səs yazılarında isə Cavabdeh 16000 manatı da, ona qaytarıldığı etiraf edir və ona cəmi 10000 ABŞ dolları borcunun qalması tam sübut olunur. Göründüyü kimi, o, Cavabdeh qarşısında götürmüş olduğu öhdəliyi icra etmiş və hazırkı gündə ona cəmi 10000 ABŞ dolları borcu vardır. O, Cavabdeh qarşısında olan öhdəliyinin müəyyən hissəsini icra etmiş, lakin buna baxmayaraq Cavabdeh qanunsuz olaraq ondan həmin məbləğin ödənilməsini yenidən tələb edir. Ona görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
10. Birinci instansiya məhkəməsi hazırki iş üzrə iddianın mahiyyəti üzrə qərar qəbul etməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur, iddia tələbi məhkəmədə baxılmalı deyildir, iddia icraatı qaydasında baxılması yolverilməzdir. Tərəflər arasındakı mübahisə üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 dekabr 2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi və həmin qətnamənin qüvvədə saxlanılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 8 iyun 2022-ci il tarixli qərarı vardır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
11. İddiaçı (Vəkil1) kassasiya şik ayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 iyun 2025-ci il tarixli, 2(106)-990/2025 saylı qərardadının ləğv edilməsi və işə yenidən baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
12. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun olmaqla onunla əsaslandırılmışdır ki, mübahisəli qətnamədə eyni tərəflər arasında və eyni predmet barəsində olsa da, hazırkı iş üzrə əsaslar fərqlidir. Birinci instansiya məhkəməsi məhz bu səbəbdən iş üzrə icraata xitam vermiş və MPM-nin 261.0.2-ci maddəsini tətbiq etməmişdir. Odur ki, Şirvan Apellyasiya Məhkəməsi yanlış olaraq MPM-nin2 61.0.1-ci maddəsini tətbiq etmişdir, çünki icra qurumlarının məhkəmələrin funksiyasını həyata keçirmək səlahiyyəti yoxdur. Göründüyü kimi, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il t arixli, 2(106)2676/2021 saylı qətnaməsinin hazırkı işə münasibətdə preyudisial xarakter daşıyıbdaşımamasıyla əlaqədardır və Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası məhz bu məqama hüquqi qiymət verməli olduğuna baxmayaraq, işə heç bir aidiyyəti olmayan normanı, MPM-nin 261.0.2-ci maddəsini tətbiq edərək iş üzrə icraata xitam vermişdir.
13. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
14. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
15. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini həmin məhkəmə tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası
16. Maddə 60 (İ hissə). Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
18. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 261.0.1. Məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
20. Maddə 416.1. Kassasiya instansiy ası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
21. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
22. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbu l edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasındakı mübahisə üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 dekabr 2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi və həmin qətnamənin qüvvədə saxlanılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 8 iyun 2022-ci il tarixli qərarı vardır. Hazırkı tələb həmin qətnamənin icrası ilə bağlıdır, yenidən iddia icraatı qaydasında baxılması yolverilməzdir, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddianın mahiyyəti üzrə qərar qəbul etməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur.
25. Qeyd olunanları nəzərə alaraq belə məhkəmə kollegiyası qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-990/2025 nömrəli, 19 iyun 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.