Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-241/2020 14.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X8, cavabdeh X5 və vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3422/2019 saylı qətnaməsindən cavabdeh X5nın kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-3705/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim G.C.Tanrıverdiyeva) İddiaçı cavabdeh X4 qarşı “mənzilə köçürülmə, mənzilin tərəflər arasında bölünməsi və bölgü zamanı payların ½ hissədə müəyyən edilməsi” barədə ilk iddia ərizəsi qismən təmin, X5nın İddiaçı qarşı “7.000 manat kompensasiya ödənilməklə mənzilə olan istifadə hüququna xitam verilməsi” barədə qarşılıqlı iddia ərizəsi rədd edilərək, İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon, 5/6 saylı evin 37-ci mənzilinə köçürülməsi və qalan hissədə ilk iddia ərizəsinin rədd olunması qət edilib. xx qətnamədən apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3422/2019 saylı qətnaməsi ilə (hakimlər A.Ə.Abbasov sədrlik edən, məruzəçi, Ş.R.Abasov və T.Q.Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi mü bahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. xx qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Sumqayıt şəhəri, 9-cu mikrorayon, 5/6 saylı evin, 37 saylı mənzilinə köçürülməsi, xx ilə birgə nikah dövründə əldə etdikləri həmin mənzilin onlar arasında bölünməsi, bölgü zamanı onun və xxnın payının 1/2 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib və tələblərini onunla əsaslandırıb ki, sözügedən mənzil mülkiyyət hüququ üzrə xxya məxsusdur və mənzilin sahəsi 39,6 kv.metr olmaqla 3 otaqdan ibarətdir. xx onun keçmiş arvadıdır. Onlar xx xxxxxx 1986-cı ildə rəsmi nikah əsasında ailə qurublar və birgə nikahlarından üç uşaqları doğulub. Uşaqların hər üçü yetkinlik yaşlarına çatıb. Sumqayıt şə hər məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulub. X6 mənzilə buraxmır. Bir neçə dəfə mənzilə getsə də, xx mənzilin qapını açmayıb. Başqa yaşayış sahəsi olmadığı üçün kirayədə yaşamaq məcburiyyətində qalıb. Onun sözügedən mənzildən istifadə hüququ vardır, lakin xx onun hüququnu pozur. Eyni zamanda onlar mənzili birgə nikah dövründə əldə etmişlər. Belə olan halda onun həmin mənzilin ½ hissəsinə pay hüququ vardır. xx isə ona kompensasiya təklif edir. Ona görə də mənzil üzərində onların payları ½ hissədə müəyyən edilməlidir. xxx isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncuya 7.000 manat kompensasiya ödənilməklə onun Sumqayıt şəhəri, 9-cu mikrorayon, 5/6 saylı evin, 37 saylı mənzilindən istifadə hüququna xitam verilməsini iddia edir və tələbini onunla əsaslandırıb ki, İddiaçı onun keçmiş əridir. Onlar xx xxxxxx 1986-cı ildə rəsmi nikah əsasında ailə qurublar və birgə nikahlarından üç uşaqları doğulub. Hazırda uşaqlar yetkinlik yaşına çatmışlar. Sumqayıt şəhər məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçıla aralarında bağlanmış nikah pozulub. Mənzil Sumqayıt şəhəri, 9-cu mikrorayon, 5/6 saylı evin 1-ci mərtəbəsində yerləşməklə yaşayış sahəsi 39,6 kv.metr olan 3 otaqdan ibarətdir. Mənzil xx xxxxxx 1992-ci il tarixli orderlə ona verilib, sonradan isə onun adına özəlləşdirilib. Mənzilin onun adına özəlləşdirilməsinə İddiaçı və uşaqları notarial qaydada yazılı razılıq veriblər. Mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə onun adına qeydə alınıb və bu barədə onun adına xx xxxxxx 2007-ci il tarixli “ hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarış verilib. Mənzildə İddiaçıla birgə yaşaması mümkün deyil və aralarında bağlanmış nikaha xitam verildiyi üçün 7.000 manat kompensasiya ödənilməklə İddiaçı mənzildən istifadə hüququna xitam verilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddia ərizəsinin rədd, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında cavabdeh xx və vəkili xx kassasiya şikaytində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Eyni zamanda cavabdeh xx yazılı ərizə ilə kassasiya instansiyası məhkəməsinə müraciət edərək, İddiaçı mənzildən istifadə hüququna xitam verilməsi üçün ona 10.000 manat kompensasiya ödəməyə razı olduğunu bildirdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin mübahisə olunmayan hallarına görə, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), istifadədə olan 0,078422 ha torpaq sahəsində yerləşən, 5/6 saylı evin, 3 otaqlı, ümumi sahəsi 65,01 kv.metr, yaşayış sahəsi 39,6 kv.metr olan 37-ci mənzili Cavabdeh xüsusi mülkiyyətindədir və İddiaçı həmin mənzildə yalnız istifadə hüququ vardır. 2017-ci il mart ayından tərəflər faktiki olaraq ayrılmışlar və onları arasında bağlanmış nikaha Sumqayıt şəhər məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsinə əsasən xitam verilib. Hazırda, İddiaçı sözügedən mənzildə istifadə hüququnun olmasını əsas tutub həmin mənzilə köçürülməsini iddia edir, xx isə mənzilin xüsusi mülkiyyətində olduğunu, İddiaçıla ailə münasibətlərinə xitam verildiyini göstərib 7.000 manat kompensasiya ödənilməklə onun mənzildən istifadə hüququna xitam verilməsini iddia edir. Birinci instansiya məhkəməsi xx tərəfindən İlqar Süleymanova təklif edilən 7.000 manat kompensasiya məbləğinin sonuncuya davamlı surətdə və uzun müddət ərzində başqa yerdə mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməməsini, hə min kompensasiya məbləğinin mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab edilməməsini əsas tutub, ilk iddia ərizəsini qismən təmin, qarşılıqlı iddia ərizəsini rədd edərək, İddiaçı mübahisəli mənzilə köçürüb. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb və hüquqi mövqeyini Mülki Məcəllənin 152.3, 15.1.2, 158.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün müəyyən etmiş olsa da, həmin hallara maddi hüquq normalarının tələblərini düzgün tətbiq etməyib. Belə ki, əvvəla, tərəflər arasında mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi haqqında hər h ansı razılaşma yoxdur. Ona görə də mənzilin mülkiyyətçisi kimi xxnın keçmiş əri İddiaçı mənzilə olan istifadə hüququna məhkəmə qaydasında bazar qiymətləri ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin mənasına görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublika sı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərilir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Həmin Qərarda eyni zamanda göstərilir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mən ada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçinin və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı mənzilə olan istifadə hüququna xitam verilməsi üçün xxnın ona təklif etdiyi 7.000 manat kompensasiyaməbləği yetərli deyil və həmin kompesasiya məbləği əsas tutularaq İddiaçı mənzilə olan istifadə hüququna xitam verilərsə, bu, sonuncunun Mülki Məcəllənin 152.3, 158.1.2, 158.4-cü maddələrinin tələbləri ilə qorunan istifadə hüququnu pozar. Göründüyü kimi apel lyasiya instansiyası məhkəməsi mənzilin mülkiyyətçisi xx tərəfindən təklif edilən kompensasiyanın məbləği ilə kifayətlənərək bazar qiymətlərinə uyğun olaraq yetərli kompensasiyanın məbləğini müəyyən etməməklə və bunu mənzilin mülkiyyətçisi xx ilə razılaşdırmamaqla Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında göstərilir ki, bu kateqoriyadan olan işlərə baxılarkən hüquqi müəyyənlik prinsipinin təmin olunması məqsədilə, ilk növbədə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi zamanı kompensasiya məbləğinin bazar qiymətinə uyğun müəyyən edilməsi məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Çünki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Qeyd edilməlidir ki, mülki qanunvericilikdə kompensasiya maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: məsələn, qanunvericilikdə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və sair. Qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya veril məsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kompensasiyanın məbləğini yetərli hesab etmədiyi halda, sadalanan maddələrin tələblərinə və Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında müəyyən edilmiş hüquqi mövqeyə uyğun olaraq yetərli hesab etdiyi kompensasiyanın məbləğini müəyyən etməmiş və həmin məbləğə Cavabdeh münasibətini öyrənməmişdir. Digər tərəfdən, xxnın kassasiya instansiyası məhkəməsinə təqdim etdiyi yazı lı ərizədən görünür ki, o, mənzilə olan istifadə hüququna xitam verilməsi üçün keçmiş əri İddiaçı 10.000 məbləğində kompensasiya ödəməyə razıdır. Kassasiya instansiyası məhkəməsi, mənzildə istifadə hüququ olan İddiaçı son üç il müddət ərzində mənzildə yaşamamasını, ondan əlavə, qeydiyyatda olmaqla övladları xx və xx da həmin mənzildə istifadə hüquqlarının olmasını, mənzilin üç otaqlı, ümumi sahəsinin isə 65,01 kv.metr olmaqla Sumqayıt şəhərində yerləşməsini, tərəflərin ailə münasibətlərinə xitam verilməsini və bundan sonra onların eyni mənzildə birgə yaşamalarının qeyri-mümkün olmasını, Sumqayıt şəhərində üç otaqlı mənzilin bazar qiymətləri ilə satış qiymətinin 50.00055.000 manat, bir aylıq mənzil kirayə haqqının isə 130-140 manat civarında olmasını və sair halları nəzərə alıb hesab edir k i, xx tərəfindən mənzilə olan istifadə hüququna xitam verilməsi üçün İddiaçı təklif edilən kompensasiya məbləği yetəlidir və bazar qiymətlərinə uyğundur. Belə ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, mülkiyyətçinin ödəməl iolduğu kompensasiya məbləği mənzil istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda həmin şəxsin məhrum olduğu hüquq qismində mənzilin tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya məbləği ayrıca mənzilin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Yəni mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən m üddət daxilində, başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, şəraiti yaradılmalıdır. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmamışdır. Hətta Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarlarında da bu müddətin nəqədər olması müəyyənedilməmişdir. Eləcə də mövcud qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə hər hansı norma yoxdur.Qanunvericilikdə həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi təsbit olunmuşdur. Ona görə də X9 Qəhrəmanova təklif edildiyi 10.000 manat kompensasiy a məbləği mübahisəli mənzildə ona xas olmuşşəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməküçünəhəmiyyətlimaddidəstəkdir və bu, işin hallarına və mülkiyyətçi kimi xxnın qanunla qorunan hüquqlarının təmin edilməsi baxımından onların hər ikisinin mənafeyinə uyğundur. Kassasiya instansiyası məhkəməsi onu da qeyd edir ki, qanunun mənasına görə, tərəflər arasında razılaşma olmadıqda yaşayış binasının tərkib hissəsindən istifadə hüququna bazar qiymətinə uyğun olaraq müvafiq kompensasiya ödənilməsi şərti ilə xitam verilməsini tələb etmək hüququ mülkiyyətçiyə aid edilsə də, kompensasiyanın məbləğinin yetərli olubolmamasını müəyyən etmək səlahiyyəti isə işə baxan məhkəmələrə verilmişdir. Kassasiya instansiyası məhkəməsi mübahisəli mənzilin yerləşdiyi ərazidə mənzillərin aylıq kirayə haqqının 130-140 manat təşkil etməsini nəzərə alaraq hesab edir ki, xx tərəfindən təklif edilən 10.000 manat kompensasiya məbləği İddiaçı ən azından 5,9 ilə kimi kirayədə yaşamaq imkanı verəcəkdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, həmin məbləğ İddiaçı davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə oxşar yaşamaq imkanını təmin etmək üçün kifayət qədər yetərlidir. Azərbaycan Respublikasının Konstitusiyasına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13 və 29-cu maddələri). Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (“İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarnın və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində deyilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanununla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, on dan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarını və Solmaz Abbasova tərəfindən kompensasiya məbləğinin 10.000 manat müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, maddi hüquq normaları düzgün tətbiq olunmadığına görə apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, həmin məhkəmənin iş üzrə müəyyən etdiyi hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə, ilk iddia ərizəsi rədd, qarşılıqlı iddia ərizəsi təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiy a instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 417.1.4-cü maddəsinin tələbinə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 417.2-ci maddəsinə görə, bu Məcəllənin 417.1.4-cü maddədə nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh X5nın kassasiya şik ayəti təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3422/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh X4 qarşı ilk iddia ərizəsi “mənzilə köçürülmə” tələbinə aid hissədə rədd edilsin. Qarşılıqlı iddia ərizəsi təmin edilsin, cavabdeh X2 10.000 manat kompensasiya məbləği alınıb İddiaçı verilməklə, sonuncunun Sumqayıt şəhəri, 9-cu mikrorayon, 5/6 saylı evin 37-ci mənzilindən istifadə hüququna xitam verilsin. İddiaçı kompensasiyanın ödənilməsi ilə onun mənzilindən istifadə hüququna xitam verilməsi eyni vaxtda icra edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-241/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-241/2020
14.01.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver