Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-241/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: “xxxx” MMC İddia tələbi: “əmrin ləğv edilməsi, maddi və mənəvi zərərin ödənilməsi” Açar sözlər: əmrin ləğv edilməsi, zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili Vəkil, cavabdeh “xxxx” MMC-nin vəkili Məmmədov Famil Mehman oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4075/2020 nömrəli iş üzrə 03 iyun 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları “xxxx” MMC xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış, təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyət olan hüquqi şəxsdir. İddiaçı “xxxx” MMC-də aylıq əmək haqqı 464.10 manat müəyyən edilməklə xx xxxxxx 2018-ci il tarixədək texnik vəzifəsində çalışmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)13485/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin surətinə əsasən müəyyən edilir ki, İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnamaməsindən verdiyi apelyasiya şikayəti təmin olunaraq “xxxx” MMC-nin xx xxxxxx 2018-ci il tarixli, K-277 saylı əmrinin ləğv olunm ası, İddiaçı məcburi iş buraxmaya görə işdən çıxarıldığı gündən qətnamə icra olunan tarixədək hər ay müvafiq əmək haqqı ödənilməklə əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3869/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının surətinə əsasən müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13485/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən “xxxx” MMC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xxxx MMC-nin xx.xx.2019-cu il tarixli əmrinə əsasən müəyyən edilir ki, İddiaçı xx xxxxxxx 2019-cu il tarixdən “xxxx” MMC-nin X2 EATS 561/562/563-ün krossun texniki vəzifəsinə 357 manat aylıq vəzifə maaşı ilə bərp a edilmişdir. İddiaçı vəzifə maaşına kollektiv sazişə əsasən ödənilmiş 107.10 manat xx.xx.2019-cu il tarixdən əmək haqqına əlavə kimi müəyyən edilmiş və ona məcburi iş buraxmaya görə işdən çıxarıldığı gündən xx xxxxxxx 2019-cu il tarixədək 9.282 manat məbləğində əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin həmin əmrdə qeyd edilmişdir ki, “xxxx” MMC-nin strukturuna daxil olan X2 vergi uçotundan çıxarılmasını və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin “xxxx” MMC-nin strukturunun yeni redaksiyada təsdiq edilməsi barədə xx.xx.2018-ci il tarixli, 0071 saylı əmrinə əsasən X2 EATS 561/562/563-ün krossun texnik vəzifəsi ləğv olunduğunu nəzərə alaraq İddiaçı əvvəlki vəzifə funksiyalarına uyğun əmək haqqı saxlanılmaqla 1 ay ərzində əmək funksiyalarının icrasından azad edilmişdir. xx.xx.2019-cu il tarixdə “xxxx” MMC tərəfindən İddiaçı ünvanlanmış bildirişdən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli, K-1280 nömrəli əmrlə işə bərpa olunmasına, “xxxx” MMCnin yeni struktur dəyişiklikliyi barədə xəbardar edilmiş və bildirilmişdir ki, onun əvvəl işlədiyi X3 ləğv edilərək vergi uçotundan çıxarılmışdır. Buna uyğun olaraq İddiaçı keçmiş X2 EATS-561/562/563 krossunda əmək fəaliyyətinin davam etdirilməsinin mümkün olmaması səbəbindən ona fəaliyyətini Cəmiyyətin 6 saylı Rabitə xidmətləri mərkəzinin Stansiya qurğularının istismarı şöbəsinin EATS-545 (Lökbatan) stansiyasında texnik vəzifəsi üzrə icra edilməsi təklif edilmişdir. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli “xxxx” MMC tərəfindən ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, İddiaçı Cəmiyyətin 6 saylı Rabitə xidmətləri mərkəzinin Stansiya qurğularının istismarı şöbəsinin EATS-545 (Lökbatan) stansiyasında təklif olunan texnik vəzifəsinə münasibət bildirməsi üçün bir ay müddətinin olduğu və xx.xx.2019-cu il tarixinədək əmək şərtlərinin dəyişdirilməsi ilə bağlı razılıq ərizəsini təqdim etmədiyi təqdirdə onun əmək müqaviləsinə müvafiq qanunvericiliyə uğun xitam verilməsi barədə xəbərdar olunmuşdur. “xxxx” MMC-nin K-1562 xx.xx.2019-cu il tarixli əmri ilə (iş materiallarına əlavə edilmiş əmrin surətinə əsasən müəyyən edilir) İddiaçı xx xxxxxx 2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “c” bəndinə əsasən işdən azad edilmiş və onunla “xxxx” MMC arasında bağlanmış müqaviləyə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Res publikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin “xxxx” MMC 02 saylı rabitə xidmətləri mərkəzinin strukturunun təsdiq edilməsinə dair xx.xx.2018-ci il tarixli əmrin surətindən görünür ki, 561/562/563-stansiyalarında kross üzrə mühəndis, mexanik, əməliyyatçı vəzifələri mövcuddur. İş materiallarında olan İddiaçı aid əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2019-cu il tarixdə 561/562/563-ün krossuna 7- ci dərəcəli texnik vəzifəsinə keçirilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, İddiaçı qəza keçirdiyini, vaxtının olmadığını bildirərək məhkəmə qərarı ilə işə bərpa edilməsi barədə məlumatları daxil etmək üçün əmək kitabçasını İnsan resurslarının idarə edilməsi departamentinə təqdim etməmişdir. Birinci və apelyasiya instansiy ası məhkəməsində icraat İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onunla “xxxx” MMC arasında bağlanmış əmək müqaviləsinin ləğvinə dair K-1562 saylı, xx.xx.2019-cu il tarixli əmrin ləğv edilməsi, cavabdeh tərəfindən ona vurulmuş maddi zərərə görə 790 manat, mənəvi zərərə görə isə 5000 manat məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1024/2020 saylı, xx xxxxxx 2020- ci il tarixli qətnaməsi ilə (hakim F.İ.Əyyubov) İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış əmək müqaviləsinin ləğvinə dair K-1562 saylı, xx.xx.2019-cu il tarixli əmrin ləğv edilməsi, cavabdeh “xxxx” MMC tərəfindən i ddiaçıya vurulmuş maddi zərərə görə 790 manat, mənəvi zərərə görə isə 5.000 manat məbləğində pulun cavabdeh “xxxx” MM-dən tutularaq İddiaçı ödənilməsi barədə İddiaçı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir Qətnamədən iddiaçı İddiaçı apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4075/2020 nömrəli, 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Ə.Hüseyn (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və İ.Ə.Kərimli) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1024/2020 saylı, xx xxxxxx 2020- ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kasasiya şikayəti ve rərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası iddiaçının təqdim etdiyi vəsatəti qəbul etsə də, vəsatət üzrə heç bir araşdırma aparmamış, işin ədalətli araşdırılması üçün şahidləri dəvət edib dindirməmiş, cavabdehdən digər işçilərin işdən azad olunması ilə bağlı sənədlərin təqdim edilməsini xahiş etməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz v ə əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Cavabdeh “xxxx” MMC-nin vəkili Məmmədov Famil Mehman oğlu kasasiya şikayətinə qarşı etiraz təqdim edərək İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4075/2020 nömrəli iş üzrə 03 iyun 2020-ci il tarixli qətnaməsindən verdiyi kasasiya şikayətinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasında cavabdeh “xxxx” MMC-nin vəkili Məmmədov Famil Mehman oğlu kasasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “c” bəndisnə əsasən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri sırasına daxildir. Kasasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhk əməsinin mövqeyi İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx xxxxxx 2018-ci il tarixinədək “xxxx” MMC-də texnik vəzifəsində çalışmışdır. Lakin “xxxx” MMC-nin müvafiq əmrinə əsasən onunla MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı onunla MMC arasında bağlanmış əmək müqaviləsinin xitamı ilə nəticələnən əmri məhkəmə qaydasında mübahisələndirmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13485/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən əmr qanunsuz hesab olunaraq İddiaçı “xxxx” MMC-də əvvəlki vəzifə maaşı saxlanılmaqla işə bərpa edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)3869/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)13485/2018 saylı, xx xxxxxx 2018-ci il tari xli qətnaməsi qüvvəsində saxlanılmışdır. Lakin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin “xxxx” MMC-nin strukturunun yeni redaksiyada təsdiq edilməsi barədə xx.xx.2018-ci il tarixli, 0071 saylı əmrinə əsasən İddiaçı bərpa edildiyi X2 EATS 561/562/563-ün krossun texnik vəzifəsi ləğv olunmuşdur. “xxxx” MMC tərəfindən İddiaçı 6 saylı Rabitə xidmətləri mərkəzinin Stansiya qurğularının istismarı şöbəsinin EATS-545 (Lökbatan) stansiyasında texnik vəzifəsi təklif olunsa da o, bu təklifi qəbul etməmiş və israrla öz vəzifəsinə bərpa olunmağı tələb etmişdir. Yalnız bundan sonra “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2019cu il tarixli əmrlə xitam verilmişdir. Həmçinin məhkəmə baxışı zamanı iddiaçının işə bərpa edilməsi üçün cavabdehə müraciət edilmiş, barışığa sə y göstərilmiş, bu məqsədlə məhkəmə baxışı təxirə salınmış, cavabdeh tərəf digər yaxın telefon qovşağında işə bərpa olunması üçün iddiaçı ilə danışıqlara cəhd göstərmiş, lakin bir nəticə əldə edilməmişdir. “xxxx” MMC-nin əmək müqaviləsinə onunla İddiaçı arasında bağlanmış müqaviləyə xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli, K-1562 saylı əmrin ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmiş və mövcud olmayan vəzifə ştatına İddiaçı bərpa edilməsi mümkün deyildir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, əmrin ləğv edilməsi barədə İddiaçı tələbi təmin edilmədiyindən iddia tələbi cavabdeh tərəfindən ona vurulmuş maddi zərərə görə 790 manat, mənəvi zərərə görə isə 5000 manat məbləğində pulun tutulması his səsində də təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ali Məhkəmənin Mülki Kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, kassasiya instansiyasında işə baxılarkən cavabdehin vəkili iddiaçıya başqa iş təklif edilməsinə hazırda da razı olduqlarını bildirsə də, iddiaçı həmin təkliflə razılaşmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kasas iya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4075/2020 nömrəli, 03 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-241/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-241/2021
23.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver