Məhkəmə qərarları › İş №2(102)-2410/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2410/2025

12.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2410/2025 12.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12) cavabdehlər “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyan tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12) cavabdehlər “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının **** nömrəli 20 may 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 12 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən verilmiş 07 may 2019-cu il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı qanının ümumi analizinin nəticələrində “Hemoqlobin A” parametrinin “Nəticə” qrafasında “təkrar qan” (N: 96,5 – 98 %) sözləri qeyd olunmuşdur.

2. Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən verilmiş 07 may 2019-cu il tarixli ******* nömrəli arayışdan görünür ki, XXX qızının qanının ümumi analizinin nəticələrində “Hemoqlobin A” parametrinin “Nəticə” qrafasında “təkrar qan” (N: 96,5 – 98 %) sözləri qeyd olunmuşdur.

3. Səhiyyə Nazirliyinin “Talassemiya Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 08 iyul 2021-ci il tarixli, L0630935 nömrəli arayışdan görünür ki, X13 həmin mərkəzdə müayinə olunmuş və ona D56.1 Beta-talassemiya (böyük forma) diaqnozu təyin edilmişdir. 4. “X9 Mərkəzi”ndən verilmiş 12 yanvar 2022-ci il tarixli arayışlardan görünür ki, İddiaçı və X7 məxsus nümunələrdən əldə edilən DNT materialından HBB sekans analizinin işlənilməsinə görə onlarda “Heterozigot” mutasiyası aşkar edilmiş və ailəyə genetik konsultasiya məsləhət görülmüşdür.

5. Səhiyyə Nazirliyinin tabeliyində olan “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs üzrə 20 fevral 2014-cü il tarixli 258 nömrəli əmrdən görünür ki, Əliyeva (Mehdiyeva) Nərmin Nurəddin qızı həmin tarixdən Konsultativ poliklinika şöbəsinin sahə həkimi-terapevt təyin olunmuşdur. 6. “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs üzrə 05 yanvar 2021-ci il tarixli, 01 saylı əmrdən görünür ki, Cavabdeh2 həmin tarixdən İSX (ASM) şöbəsinin bir ştat vahidi ilə ailə həkimi-terapevt işinə keçirilmişdir. 7. 10 yanvar 2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 45 C-23 nömrəli material üzrə Cavabdeh2 barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən (cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə) rədd edilmiş və Cavabdeh2 qanunsuz hərəkətlərinin nəticəsində vurulmuş zərərin əvəz inin ödənilməsini tələb etmək üçün mülki mühakimə icraatı qaydasında müvafiq məhkəməyə müraciət etmək hüququ İddiaçı izah edilmişdir.

8. Məhkəmə-tibbi ekspertizanın 26 aprel 2023-cü il tarixli, 155-1/KEŞ nömrəli rəyindən görünür ki, Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzində aparılmış müayinələr nəticəsində İddiaçı beta-talassemiya xəstəliyinin daşıyıcısı olmasına şübhə mövcud olduğundan sonuncu “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən təkrar müayinəyə göndərilməli və həmin xəstəliyin daşıyıcısı olduğu vaxtında aşkar olunmalı idi. Bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq bəndi pozulmuşdur.

9. Əlavə komissiyon məhkəmə-tibbi ekspertizanın 29 sentyabr 2023-cü il tarixli, 640/KEŞ və 640-1/KEŞ nömrəli rəylərind ən görünür ki, İddiaçı və XXX qızı “Heterozigot” mutasiyasının (yəni beta-talassemiya xəstəliyinin) daşıyıcısıdırlar. Həmin xəstəlik genetik defekt nəticəsində hemoqlobin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunan irsi qan xəstəliyidir. Xəstəliyin tam sağalması tibbi praktikada mövcud deyil. Talassemiya daşıyıcısı ilə birgə münasibətdən istər təbii, istərsə də süni mayalanma yolu ilə sağlam uşaqlarının doğulması və ya həmin xəstəliyin daşıyıcısı olması mümkündür. X5 düçar olduğu beta-talassemiya (böyük forma) xəstəliyinin tam sağalması tibbi praktikada mövcud deyil. Qeyd olunan xəstəliklə əlaqədar M ixtisaslı tibb müəssisəsində qeydiyyatda olmalı, kliniki vəziyyətinə uyğun olaraq müayinə və lazım gəldikdə adekvat müalicələr təyin edilməlidir. X5 düçar olduğu qan xəstəli yi onun əqli inkişafına təsir etmir. Lakin fiziki inkişafında sümük sıxlığı və strukturlarının pozuntuları qeyd oluna bilər. Beta-talassemiya (böyük forma) xəstəliyi anemiya, daxili orqanlarda dəyişikliklər, endokrin pozuntular, kliniki əlamətlərlə özünü büruzə verir. Xəstəlik xroniki gedişlidir, müalicə metodlarından qanköçürmə, fol turşusu əlavəsi və sümük iliyinin transplantasiyası aparılır. Müalicələrin müsbət nəticə faizi və proqnozu haqqında əvvəlcədən fikir söyləmək mümkün deyil. İddiaçı və X12 beta-talassemiya xəstəliyinin daşıyıcıları olmuşlar. Bununla əlaqədar hər biri 07 may 2019-cu il tarixdə Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzində hemoqlobin elektrofarezi müayinəsindən keçmişlər. Müayinənin nəticəsi olaraq hər ikisində “təkrar qan” olduğu qeyd edilmişdir. Belə olan halda “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən İddiaçı və XXX təkrar müayinəyə göndərilməli və qeyd olunan xəstəliyin daşıyıcılarının olduğu vaxtında aşkar olunmalı idi. Qeyd olunan çatışmazlıq “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin məsul həkimi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üzrə 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmrlə təsdiq edilmiş “Sahə həkimi-terapevtin nümunəvi vəzifə təlimatı”nın 24.1-ci bəndinin pozulması kimi qiymətləndirilir. X5 beta-talassemiya (böyük forma) xəstəliyi ilə doğulması ilə onun valideynlərində laborator analizlərin təkrar aparılmaması arasında səbəbli əlaqə mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehl ər “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 260000 manat məbləğində maddi ziyanın, 50000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 600 manat dövlət rüsumunun cavabdehlər “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin may ayında X12 ilə nikaha daxil olmaq üçün Ağcabədi rayon X2 şöbəsinə gedərək müvafiq analizlər verib testlərdən keçmişlər. Qanın ümumi analizini də vermişlər. Təxminən 10 gündən sonra tibbi müayinədən keçdiklərini təsdiq edən özü və arvadının barəsində tərtib edilmiş arayışı həmin xəstəxananın işçisi olan Cav abdeh2 almış, sonra həmin sənədləri Ağcabədi rayon qeydiyyat şöbəsinə təqdim etmiş və nikahlarını rəsmiləşdirilmişlər. Qeyd edilən arayışlarda onların nikaha daxil olmalarını istisna edən heç bir xəstəliyin olmadığı, o cümlədən talassemiya və digər qan xəstəliklərinin mövcud olmadığı qeyd olunmuşdur. Bundan bir il sonra, yəni 29 iyun 2020-ci il tarixdə M adlı bir qız övladları anadan olmuşdur. Uşaq doğulandan sonra uşaqda halsızlıq, solğunluq, tez-tez xəstələnmələr olmuşdur. Uşağı müxtəlif həkimlərdə müayinə və müalicə etdirsələr də heç bir nəticə olmamış və bütün qazancını övladının xəstəliyinə sərf etmişdir. Daha sonra, Bakı şəhərində bir neçə xəstəxanada olmuş, lakin bu müayinə və müalicələr də heç bir fayda verməmişdir. Nəhayət 09 ay sonra, yəni 28 aprel 2021-ci il tarixdə laboratoriya analizlərinin nəticəsinə əsasən övladının beta-talassemiya xəstəliyi ilə doğulduğu aşkar olunmuşdur. Bundan sonra, onlardan nikaha daxil olmazdan əvvəl verdikləri laboratoriya nəticələri tələb olunmuş, həmin sənədlərin nüsxələrini rayon mərkəzi xəstəxanasından alaraq sənədlərə baxarkən orada “təkrar qan” və “neqativ” sözlərinin yazıldığı aşkar edilmişdir. Bu barədə ona heç kim məlumat verməmiş və sənədləri ona təqdim edən həkim də onların heç bir xəstəliklərinin və ya başqa problemlərinin olmadığını demişdir. Ağcabədi rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinin səhlənkarlığı nəticəsində onun beta-talassemiya xəstəliyi ilə övladı dünyaya gəlmişdir. Müraciəti əsasında Ağcabədi rayon prokurorluğunda araşdırma aparılmış, Ağcabədi rayon Mərkəzi Xəstəxanasının ASM şöbəsinin ailə həkimiter apevt vəzifəsində işləyən Cavabdeh2 vəzifəli şəxs qismində işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, səhlənkarlıq etməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi müəyyən edilmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün 10 yanvar 2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Hər 15 gündən bir övladına qan köçürülməsi üçün Bakı şəhərində olan Respublika Talassemiya Mərkəzinə aparır. Bunun nəticəsində ona və ailə üzvlərinə maddi və mənəvi ziyan dəymişdir. Hazırda övladının müalicəsi, yəni qan köçürülməsi xərcləri Dövlət hesabına ödənilir. Dövlət tərəfindən övladına və arvadına pensiya da təyin edilmişdir. Lakin övladı M-in beta-talassemiya xəstəliyindən sağalması üçün əməliyyat olunması zəruridir və maddi imkanı olmadığından əməliyyatı həyata keçirə bilmir. Hazırkı günə qədər M-in müalicəsinə 60000 manat pul xərclənmişdir. İliyin köçürülməsi isə Azərbaycanda mümkün deyil və yalnız başqa Respublikalarda uyğun donor olduqda köçürülə bilər. Həmçinin bu əməliyyat üçün 200000 manat pul tələb olunur. İllərdir övladının xəstəliyi nəticəsində ona və ailəsinə maddi zərərlə yanaşı mənəvi zərər də dəymişdir.

12. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ilə 2019-cu ilin may ayında nikaha daxil olmaq üçün “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin laboratoriya şöbəsinə gedərək müvafiq analizlər verib testlərdən keçmişlər. Xəstəxan a tərəfindən onlara arayışlar verilmiş və həmin arayışlar əsasında İddiaçı ilə nikaha daxil olmuşlar. Onların birgə nikahdan 29 iyun 2020-ci il tarixdə M adlı bir nəfər qız övladları anadan olmuş və yoxlama zamanı övladının beta-talassemiya xəstəliyi ilə doğulduğu aşkar olunmuşdur. Övladının xəstəliyi ilə əlaqədar onlara maddi və mənəvi zərər dəymişdir və ailə başçısı kimi məhkəmədə əri İddiaçı iddia qaldırmışdır. İddiaçı onlara dəymiş ziyanla bağlı iddia qaldırdığı üçün o, məhkəmədə iddia qaldırmayacaqdır.

13. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməmiş, iddianın təmin edilməməsini xahiş etmiş, izahatında göstərmişdir ki, Əliyeva X Nazirliyinin tabeliyində olan “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin ASM şöbəsinin ailə həkim-terap evt vəzifəsində işləyir. İddiaçı və X12 2019cu ilin may ayında nikah bağlamaq üçün qanunvericiliyə əsasən qabaqcadan “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Laboratoriya şöbəsinə gedərək müvafiq analizlər vermişlər və arayışlar əldə etmişlər. Lakin həmin arayışları Cavabdeh2 iddiaçıya təqdim etməmiş və iddiaçının həmin arayışı haradan əldə etməsindən Cavabdeh2 məlumatı olmamışdır. Bundan başqa, digər Cavabdeh3 isə ümumiyyətlə həmin arayışın verilməsi ilə əlaqəsi olmamış, həmin arayışın verilməsində, tərtib edilməsində iştirakı olmamışdır. Həmçinin Cavabdeh3 xəstəxananın laboratoriya şöbəsində işlədiyindən verilən analizlərin nəticəsindən onun məlumatı olmur.

14. Ağcabədi Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli **** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdən maddi zərərə görə 2000,52 manat, mənəvi zərərə görə 15000 manat və ödənilmiş dövlət rüsumunda 141 manat, cəmi 17141,52 manatın tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim R.Nuriyev)

15. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 İddiaçı və XX barəsində qanunvericilikdə nəzərdə tutulan qaydada tibbi müayinələrinin tam aparılması haqqında 22 may 2019-cu il tarixli, 399 saylı arayışları tərtib etməklə İddiaçı və XX-a təqdim etməsi müstəqil deyil, tibb müəssisinin nəzdində fəaliyyət göstərərkən tərtib edib İddiaçı və XX-a təqdim etmişdir və bu hal 10 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla da öz təsdiqini tapmışdır. Belə olan halda tibb müəssisəsi - “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs subyekt kimi çıxış etməklə, Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi ziyan ondan tutulmalıdır. Bundan başqa, digər Cavabdeh3 hər hansı bir qanunsuz hərəkətlərə yol verməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır.

16. Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində ona 260000 manat məbləğində maddi ziyan dəydiyini göstərsə də, işdə olan qəbzlərlə müəyyən edilmişdir ki, İddiaçı, X6 və X5 müayinə və müalicə xərclərinə ümumilikdə 2000,52 manat pul xərclənmişdir.

17. Məhkəmə iddiaçının törədilmiş cinayət əməli nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia tələbi mənəvi zərər hissəsində də qismən təmin edil məli və iddiaçının xeyrinə ağlabatan həddə mənəvi ziyan tutulmalıdır. Odur ki, cavabdeh “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdən maddi zərərə görə 2000,52 manat, mənəvi zərərə görə 15000 manat, cəmi 17000,52 manat tutularaq İddiaçı ödənilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096, 1097.1, 1099.1 və 1112-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Ağcabədi Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli 2(017)-103/2025 nömrəli qətnaməsinin qismən ləğv edilməklə, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, məhkəmə, iddia tələbini qismən təmin edib, qalan hissədə iddia tələbini rədd etməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iddiaçıya vurulmuş maddi ziyanı təsdiq edən bütün qəbzləri tədqiq etməmiş, iddiaçının məhkəməyə təqdim etdiyi müəyyən qəbzləri qəbul etməyib tədqiq etməkdən imtina etmişdir. Şikayətdə qeyd edilir ki, cavabdehlər tərəfindən törədilmiş cinayət nəticəsində iddiaçının qızını belə bir xəstəliyə düçar etməklə, iddiaçını ömürlük maddi və mənəvi zərər çəkməyə məhkum etmiş cavabdehdən cəmi maddi ziyana görə 2000,52 manat pulun tutulması adek vat deyil, qanuna ziddir, qətnamənin ədalətsizliyinin göstəricisidir. Məhkəmə nəinki vurulmuş maddi ziyanla bağlı bütün qəbzləri tədqiq etməmiş, ümumiyyətlə nəzərə almamışdır ki, iddiaçı qızının xəstəliyə düçar olmasını bir neçə il sonra bilmiş, daha əvvəllər çəkdiyi xərcləri təsdiq edən müvafiq qəbzləri saxlayıb məhkəməyə təqdim edə bilməmişdir Halbuki, iş materialları ilə uşağın xəstə olması, xəstəliyin xroniki olması, mütəmadi müayinə və müalicə olunması və bu müalicənin Bakı şəhərində aparılması, iddiaçının bununla bağlı ömürlük maddi ziyana məhkum olması müəyyən olunur. Məhkəmə qeyd olunanları nəzərə almamışdır. Məhkəmə nəzərə almamışdır ki, qızını daimi müalicə üçün Bakı şəhərinə aparması nəticəsində iddiaçı, işindən və qazancından məhrum olmuş, beləliklə də əlavə maddi ziyana düşmüş və bu ziyan da davamlı xarakterdədir. Məhkəmə vurulmuş mənəvi zərərin qismən təmin etməkdə də, haqlı olmamış, iş üzrə həqiqi hallara düzgün qiymət verməmişdir. Məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən cavabdehin cinayət törətməsi kimi hala düzgün qiymət verməmişdir. Həmçinin, cavabdeh “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin əmlak vəziyyətinin kifayət qədər yüksək olması kimi vacib halı nəzərə almamiş, cavabdehlərin cinayəti nəticəsində ömürlük mənəvi sarsıntı və mənəvi iztiraba məhkum olunmuş bütövlükdə bir gənc ailəyə vurulan mənəvi zərəri az miqdarda kompensasiya etmiş, qeyri-obyektiv mövqe nümayiş etdirmişdir. Məhkəmə hazırkı halda bütöv bir ailənin ömürlük mənəvi iztirablara yaşamağa məhkum olunmasının aradan qaldırılmasına 15.000 manatın ağlabatan olması qən aətinə gəlmiş, qeyri-obyektiv və ədalətsiz mövqe nümayiş etdirmişdir. Məhkəmə iddia tələbinin maddi ziyan bağlı hissəsini qismən təmin edib, qalan hissədə iddianı təmin etmədikdə bütün sübutları araşdırmamışdır. Belə ki, iddiaçı maddi ziyanla bağlı təqdim etdiyi sübutları - qəbzləri qəbul etməmiş, onları tədqiq etməmiş və düzgün qiymətləndirmə aparmamışdır. Məhkəmə həmçinin iddianın maddi ziyanla məbləğini müəyyən edərkən cavabdeh “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin əmlak vəziyyətinin kifayət qədər yüksək olması kimi vacib halı nəzərə almamış, sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmə həmçinin o, məsələni düzgün qiymətləndirməmişdir ki, hazırkı tələblə bağlı iddianı İddiaçı qaldırsa da, onun arvadı da həm maddi, həm də mənəvi zərərə məruz qalmış, həmçinin azyaşlı M ömürlük sağalmaz xəstəliyə düçar olmaqla daimi iztirab və sarsıntıya məhkum edilmişdir.

21. Cavabdeh X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, onun vəzifəsi qan nümunələrini götürmək və həmin qan nümunələrini qablaşdırdıqdan sonra xüsusi qutuya qoyaraq Bakı şəhərinə göndərməkdir. Qan nümunələrinin cavabları gəldikdən sonra onlar həmin cavabları görmürlər.

22. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil Sabiqət oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, iddiaçının tələb etdiyi xərclərlə bağlı heç-bir xəstəxanadan sənəd yoxdur. İddiaçının tələb etdiyi 200000 manat donor üçün nəzərdə tutulmuşdur. Qeyd olunan arayışlarla bağlı düzgün cavablar xəstəxanaya gəlmişdir və iddiaçıya təkrar analiz verməsi də tövsiyə olunmuşdur. Cavabdeh2 həmin arayışları iddiaçıya təqdim etməyib, arayış Cavabdeh3 tərəfindən verilib, Cavabdeh3 isə sistemdə olan sənədi və nümunələri görməyib.

23. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının **** nömrəli iş üzrə 20 may 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Ağcabədi Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli 2(017)-103/2025 nömrəli qətnaməsi qismən – maddi ziyanın tutulması hissəsində dəyişdirilməklə, cavabdeh “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdən maddi zərərə görə 2 600,52 manat (mənəvi ziyana görə kompensasiya və dövlət rüsumuna görə ödənilmiş vəsait də nəzərə alınmaqla cəmi 17741,52 manat) tutularaq İddiaçı ödənilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (X1 (sədrlik edən və məruzəçi), X16 və X3 ibarət tərkibdə)

24. Rayon məhkəməsinin qətnaməsini maddi ziyan tələbinə dair hissədə dəyişdirən apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində müalicə ilə bağlı uşağını xəstəxanalara və digər müayinələrə apararkən nəqliyyata və müayinəyə başqa xərclər də çəkdiyini, bu barədə qəbzlərini birinci instansiya məhkəməsində təqdim edə bilmədiyini qeyd etməklə həmin qəbzləri də təqdim etmişdir. Təqdim edilmiş həmin qəbzlərə görə iddiaçı əlavə olaraq yanacağa və digər müayinəyə görə 600 manat xərc çəkmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı yanacağa çəkdiyi xərc barədə təqdim etdiyi qəbzlər qəbul edilməli və bu hissədə iddia təmin edilməlidir.

25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1097.1, 1099.1, 1112-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il ta rixli, **** nömrəli qətnaməsinin tam ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, məhkəmə cavabdeh “X10” publik hüquqi şəxsdən maddi zərərə görə 2600,52 manat tutulub iddiaçıya ödənilməklə, qətnaməni qalan hissədə dəyişdirilmədən saxlamaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən cavabdehin cinayət törətməsi kimi hala düzgün qiymət verməmişdir. Yəni vurulmuş zərərin cavabdehin hər hansı digər bir pozuntu nəticəsində deyil, törədilmiş cin ayət nəticəsində vurulması barədə düzgün olmayan mülahizə yürütmüşdür. Hazırkı tələblə bağlı iddianı İddiaçı qaldırsa da, onun arvadı da həm maddi, həm də mənəvi zərərə məruz qalmış, həmçinin azyaşlı M ömürlük sağalmaz xəstəliyə düçar olmaqla daimi iztirab və sarsıntiya məhkum edilmişdir. Məhkəmə mənəvi zərərin əvəzinin miqdarını müəyyən edərkən bu hala diqqət yetirməmişdir, əsassız qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

29. Maddə

21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilmə si nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

31. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, məns əb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

32. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir.

33. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Az ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlə ndirilməməlidir.

40. Apellyasiya instansiyası məhkəməsinin aktından yalnız iddiaçı tərəfindən kassasiya şikayəti verildiyindən qətnamə onun tələbinə aid hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. İddiaçı Məhərrəm oğlunun kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayə tində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

43. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

44. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən təl əblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Məhərrəm oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının **** nömrəli iş üzrə 20 may 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar