Məhkəmə qərarları › İş №2(102)-2413/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2413/2020

02.07.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2413/2020 02.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X4 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X5, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların vəkili X6 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-13578/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Solmaz Mustafayeva) 2(006)1994/2019 saylı i ş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia tələbi tam təmin edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, x1 məhəllədə çoxmənzilli yaşayış binasının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsinin ərazisində, ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşməklə Cavabdeh1 mülkiyyətində olan ümumi sahəsi 40,2 kvadrat metrdən ibarət qeyri-yaşayış sahəsinin əvəzinə həmin qeyri-yaşayış sahəsinin həcminə 15% əlavə edilməklə həmin ərazidə MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasının «A» blokunun 2ci mərtəbəsində 46,23 kvadrat metr təmirli qeyri-yaşayış sahəsi, yeni qeyri-yaşayış sahəsi hazır vəziyyətdə təhvil verilənədək aylıq 250 manat kirayə haqqının və qeyri-yaşayış sahəsinin boşaldılması üçün 300 manat birdəfəlik kompensasiya ilə təmin olunmaqla Nəsimi rayon u Salatın Əskərova küçəsi, ev 191 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən Cavabdeh1 çıxarılmaqla həmin qeyri-yaşayış sahəsinin boşaldılması, Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əskərova küçələrinin kəsişməsindəki məhəllədə çoxmənzilli yaşayış binasının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsinin ərazisində, ünvan 1 ünvanında zirzəmidə (yarımzirzəmidə) yerləşməklə Cavabdeh2 mülkiyyətində olan ümumi sahəsi 40,6 kvadrat metr təmirli qeyri-yaşayış sahəsinin əvəzinə həmin qeyri-yaşayış sahəsinin həcminə 15% əlavə edilməklə həmin ərazidə MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasının «A» blokunun zirzəmisində 46,69 kvadrat metr təmirli qeyri-yaşayış sahəsi, yeni qeyri-yaşayış sahəsi hazır vəziyyətdə təhvil verilənədək aylıq 250 manat kirayə haqqının və qeyri yaşayış sahəsinin boşaldılması üçün 300 manat birdəfəlik kompensasiya ilə təmin olunmaqla ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən Cavabdeh2 çıxarılmaqla həmin qeyri-yaşayış sahəsinin boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Azad İmanov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, Vahid Sadıqov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək ilkin və qarşılıqlı iddiaların qismən təmin edilməsi, Bakı şəhəri, x1 ayrılmış torpaq sahəsinin ərazisində, ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşməklə Cav abdeh1 mülkiyyətində olan ümumi sahəsi 40,2 kvadrat metr olan qeyriyaşayış sahəsinin əvəzinə həmin qeyri yaşayış sahəsinin yerləşdiyi ərazidə İddiaçı MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasının 1-ci mərtəbədə obyektlər sırasında yol qırağında mövcud sahədən 20% əlavə edilməklə 48,24 kvadrat metr təmirli qeyri-yaşayış sahəsi, yeni qeyri-yaşayış sahəsi hazır vəziyyətdə təhvil verilənədək aylıq 250 manat kirayə haqqı və qeyri yaşayış sahəsinin boşaldılması üçün 300 manat birdəfəlik kompensasiya ilə təmin olunmaqla Nəsimi rayonu Salatın Əskərova küçəsi, ev 191 ünvanında yerləşən qeyriyaşayış sahəsindən Cavabdeh1 çıxarılmaqla həmin qeyri-yaşayış sahəsi boşaldılması, ünvan 1 ünvanında zirzəmidə (yarımzirzəmidə) yerləşməklə Cavabdeh2 mülkiyyətində olan ümumi sahəsi 40,6 kvadrat metr olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin qeyri yaşayış sahəsinin yerləşdiyi ərazidə İddiaçı MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasının 1-ci mərtəbədə obyektlər sırasında yol qırağında mövcud sahədən 20% əlavə edilməklə 48,72 kvadrat metr təmirli qeyri- yaşayış sahəsi, yeni qeyri-yaşayış sahəsi hazır vəziyyətdə təhvil verilənədək aylıq 250 manat kirayə haqqı və qeyri yaşayış sahəsinin boşaldılması üçün 300 manat birdəfəlik kompensasiya ilə təmin olunmaqla qeyri-yaşayış sahəsindən Cavabdeh2 çıxarılmaqla həmin qeyri-yaşayış sahəsi boşaldılması qət edilmiş, ilk və qarşılıqlı iddia tələbləri qalan hissədə rədd edilmişdir. İşin halları: İddiaçı MMC iddia ərizəsi və sonradan iddia tələbinin həcminin azaldılrması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Nəsimi rayon İcra hakimiyyəti başçı sının xx xxxxxx 2016 cı il tarixli 245 saylı sərəncamı ilə Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əskərova küçələrinin kəsişməsindəki məhəllədə çoxmənzilli yaşayış binasının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsinin ərazisində, ünvan 1 ünvanında 2-ci mərtəbədə yerləşməklə Cavabdeh1 mülkiyyətində olan ümumi sahəsi 40,2 kvadrat metr dən ibarət qeyri-yaşayış sahəsinin əvəzinə həmin qeyri yaşayış sahəsinin həcminə 15% əlavə edilməklə həmin ərazidə MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasının «A» blokunun 2 ci mərtəbəsində 46,23 kvadrat metr təmirli qeyri-yaşayış sahəsi, yeni qeyri-yaşayış sahəsi hazır vəziyyətdə təhvil verilənədək aylıq 250 manat kirayə haqqı və qeyri yaşayış sahəsinin boşaldılması üçün 300 manat birdəfəlik konpensasiy a ilə təmin olunmaqla qeyri yaşayış sahəsindən Cavabdeh1 çıxarılmaqla həmin qeyri-yaşayış sahəsinin boşaldılması; eyni zamanda həmin ünvanda zirzəmidə (yarımzirzəmidə) yerləşməklə Cavabdeh2 mülkiyyətində olan ümumi sahəsi 40,6 kvadrat metr təmirli qeyri-yaşayış sahəsinin əvəzinə həmin qeyri-yaşayış sahəsinin "həcminə 15% əlavə edilməklə həmin ərazidə MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasının «A» blokunun zirzəmisində 46.69 kvadrat metr təmirli qeyri-yaşayış sahəsi, yeni qeyri-yaşayış sahəsi hazır vəziyyətdə təhvil verilənədək aylıq 250 manat kirayə haqqı və qeyri yaşayış sahəsinin boşaldılması üçün 300 manat birdəfəlik konpensasiya ilə təmin olunmaqla ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən Cavabdeh2 çıxarılmaqla həmin qeyri-yaşayış sahəsinin boşaldılması yeni inşa ed iləcək yaşayış binasında zirzəmidən ibarət hazırkı qeyri yaşayış sahəsinin həcmindən 15% əlavə zirzəmidən ibarət sahə ilə, yeni tikiləcək bina hazır vəziyyətdə təhvil verilənədək aylıq 250 manat kirayə haqqı ilə və zirzəminin boşaldılması üçün 300 manat birdəfəlik konpensasiya ilə təmin olunmaqla zirzəmidən Cavabdeh2 çıxarılmaqla həmin qeyri-yaşayış sahəsinin boşaldılması; ünvan 3 ünvanında yerləşməklə Cavabdeh1 mülkiyyətində olan 40.2 kvadrat metr dən, Cavabdeh2 mülkiyyətində olan 40.6 kvadrat metrdən ibarət qəzalı vəziyyətdə olan yaşayış və qeyri-yaşayış sahələrinin İddiaçı MMC tərəfindən sökülməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, il kin iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi; birgə iddiaçılarCavabdeh1 və Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus Nəsimi rayonu Salatın Əsgrova küçəsi 191 saylı hər iki qeyri-yaşayış sahələrinin cavabdeh İddiaçı MMC tərəfindən söküntüyə məruz qalması müqabilində: Cavabdeh1 münasibətdə ünvan 4 ünvanında yerləşən sahəsi 40,2 kvadrat metr olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin sahənin yerləşdiyi yerdə tikiləcək yeni yaşayış binasında 1-ci mərtəbədə obyektlər sırasında yol qırağında mövcud sahədən 20% artıq sahə verməklə 48,24 kvadrat metr. təmirli qeyri-yaşayış sahəsi həmin yeni sahə təmirli vəziyyətdə təhvil verilənədək aylıq 1000 manat kirayə haqqı və qeyri-yaşayış sahəsinin boşaldılması üçün 300 manat birdəfəlik kompensasiyanın ödənilməsi; Cavabdeh2 m ünasibətdə isə ünvan 5 ünvanında yerləşən sahəsi 40,6 kvadrat metr olan zirzəmi/yarımzirzəmidə yerləşməklə qeyri-yaşayış sahəsinin əvəzinə həmin sahənin yerləşdiyi yerdə tikiləcək yeni yaşayış binasında 1-ci mərtəbədə obyektlər sırasında yol qırağında mövcud sahədən 20% artıq sahə verməklə 48,72 kvadrat metr təmirli qeyri-yaşavış sahəsi həmin yeni sahə təmirli əziyyətdə təhvil verilənədək aylıq 1000 manat kirayə haqqı və qeyriyaşayış sahəsinin boşaldılması üçün 300 manat birdəfəlik kompensasiyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il t arixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçıların mülkiyyətlərində olan mənzillərə dair İddiaçı MMC-nin vəsaiti hesabına aylıq müavinət (kirayə haqqı) verilməklə və gələcəkdə mənzillərin dövlət reyestrində qevdə alınmış qanuni sahələrinə 15% əlavə edilərək İddiaçı MMC-nin vəsaiti hesabına mənzil sahəsi ilə təmin edilməsi şərti ilə onların çıxarılması tələbini əsaslı hesab etməkdə düzgün nəticəyə gəlməmişdir. Apelyasiya instansiyası gəldiyi nəticəni "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 20 07-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbavcan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə istinad edərək belə əsaslandırmışdır ki, həmin bəndə görə dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Məhkəmənin bu əsaslandırması qəbul edilən olmamaqla yanaşı hazırkı işin hallarına uyğun deyil. Belə ki, hazırkı mülki iş üzrə iddia tələbindən və mülki işin materallarından aşkar görünür ki, həmin mülki mübahisə cavabdehlərin mülkiyyətində olan daşınmaz əmlakların birdəfəlik satın alınmasından deyil, həmin istismar müddəti bitmiş daşınmaz əmlakların sökülərək yerində inşa ediləcək yeni yaşa yış binasında təmirli qeyri-yaşayış sahəsi ilə təmin edilməsindən ibarətdir. Göründüyü apelyasiya instansiya məhkəməsinin qeyd olunan əsaslandırması işin faktiki hallarına ziddir. Tərəflərin izahatları: İddiaçı vəkili X8 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların vəkili X10 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası kasasiya baxşının həddləri ilə bağlı qeyd edir ki, kasasiya şikayətinin məzmunundan göründüyü kimi, kasasiya şikayəti vermiş iddiaçı MMC apelyasiya instansiyası məhkəməsinin qətnaməsini yalnız qarşılqı iddia tələbinin təmin edilən hissədə, c avabdehlərə məxsus qeyri-yaşayış sahəsinin mövcud sahəsinə 20% əlavə edilməklə təmirli qeyri-yaşayış sahəsinin verilməsinin, obyektlərin 1-ci mərtəbədə, obyektlər sırasında yolun kənarında verilməsini mübahisələndirir. Ona görə də, qətnamə yalnız iddiaçının kasasiya şikayətinə əsasən həmin hissələrdə kasasiya qaydasnda yoxlanıldı. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçının kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apelyasiya ins tansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin, Cavabdeh2 isə həmin ünvanda yerləşən 40.6 kvadrat metr qeyri-yaşayış sahəsinin mülkiyyətçiləridirlər. Həmçinin müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə xx.xx.2017-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı ilə İddiaçı MMC-nin direktoru arasında müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsi mi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin kəsişmələrində qəzalı vəziyyətdə olan evlərdən sakinlərin köçürülməsi işlərinə başlanılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin kəsişmələrində yerləşən yaşayış evlərinin normativ istismar müddəti bitmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 №-li qərarına əsasən Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrininyenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri- yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyekti nin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binaları tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binaları tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binalarında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçıların mülkiyyətlərində olan mə nzillərə dair İddiaçı MMC-nin vəsaiti hesabına aylıq müavinət (kirayə haqqı) verilməklə və gələcəkdə mənzillərin dövlət reyestrində qeydə alınmış qanuni sahələrinə 15% əlavə edilərək İddiaçı MMC-nin vəsaiti hesabına mənzil sahəsi ilə təmin edilməsi şərti ilə onların çıxarılması tələbini əsaslı hesab etməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, cavabdehlərin mülkiyyətində olan mənzillərin sökülməsi dövlət əhəmiyyətli layihə çərçivəsində həyata keçirildiyinə görə cavabdehlərin həmin mənzillərdən çıxarılması ilə bağlı tələb əsaslı olsa da, qanunvericilikdə uçmaq təhlükəsi olan, istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsi yerli icra hakimiyyətinin hesabına həyata keçirilməli olmasına baxmayaraq, mübahisəli mənzilin yerləşdiyi ərazi Nəsimi rayon İcraHakimiyyətinin sərəncamı ilə tikinti məqsədləri üçün İddiaçı MMC-yə ayrıldığından, həmçinin Nəsimi rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini İddiaçı MMC öz üzərinə götürdüyündən, iddia tələbi mənzilin dövlət reyestrində qeydə alınmış qanuni sahələrinə 15% əlavə edilərək cavabdehlərin mənzil sahələri ilə təmin edilməsi hissəsində əsaslı olmamışdır. Çünki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının2.3-cü bəndinə görə dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisi nə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Bu isə o deməkdir ki, ilkin iddia tələbi həmin hissədə əsaslı olmamışdır. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən hissədə belə nəticəyə gəlmişdir ki, Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əskərova küçələrinin kəsişməsindəki məhəllədə çoxmənzilli yaşayış binasının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsinin ərazisində, ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşməklə Cavabdeh1 mülkiyyətində olan ümumi sahəsi 40,2 kvadrat metr olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin qeyri yaşayış sahəsinin yerləşdiyi ərazidə İddiaçı MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasının 1-ci mərtəbədə obyektlər sırasında yol qırağında mövcud sahədən 20% əlavə edilməklə 48.24 kvadrat metr təmirli qeyriyaşayış sahəsi Cavabdeh1, həmçinin həmin ünvanda zirzəmidə (yarımzirzəmidə) yerləşməklə Cavabdeh2 mülkiyyətində olan ümumi sahəsi 40.6 kvadrat metr olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin qeyri yaşayış sahəsinin yerləşdiyi ərazidə İddiaçı MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasının 1-ci mərtəbədə obyektlər sırasında yol qırağında mövcud sahədən 20% əlavə edilməklə 48,72 kvadrat metr təmirli qeyri-yaşayış sahəsi Cavabdeh2 təhvil verilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 2 18-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilə hissədə maddi hüquq normalarını düzgün tədbiq etmiş, qətnamənin ləğv edilməsinə əsas olacaq prosessual hüquq normalarının pozulması və ya düzgün tədbiq edilməməsi halı müəyyən edilməmişdir. Mülki Prosessual Məcəlləin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Məhkəmə kollegiyası kasasiya şikayətinin cavabdehlərə məxsus qeyri-yaşayış sahəsinin zirzəmi olması, lakin buna baxmayaraq məhkəmənin isə cavabdehlərə yeni tikiləcək binanın 1-ci mərtəbəsində, yol kənarında obyektlər sırasında qeyri-yaşayış sahələrinin verilməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki,iddiaçı MMC yeni tikiləcək binada olan qeyri-yaşayış sahələrinin köhnə sahələrə müqayisədə aşağı dəyərə malik olmasını sübut etməmiş və etirazının əsası kimi istinad etdiyi bu halı əsaslandırmamışdır. Hazırki işdə, cavabdehlərə məxsus qeyri-sahələrin dəyərinin bazar qiymətinə uyğun olmaması, yen i tikiləcək binada yerləşən qeyri-yaşayış sahələrinin qiymətindən aşağı olması qənaətinə gəlmək üçün apelyasiya instansiyası məhkəməsi hər hansı əsas müəyyən etməmişdir. Şəhərsalmanın planlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müəyyən etmək baxımından dövlətin geniş qiymətləndirmə səlahiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən şərtlə cavabdehlərin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən hissədə haqlı olaraq İddiaçı MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasının 1-ci mərtəbədə obyektlər sırasında yol qırağında mövcud sahədən 20% əlavə edilməklə qeyri-yaşayış sahələrinin verilməsi nəticəsinə gəlmişdir. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). X7 və X1rşı işdə Avropa İnsan Hüquqları Məhkəməsi həmin iş üzrə qiymətləndirmə aparərkən qeyd edir ki, müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olmasıdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxx xx 2019-cu il tarixli qətnaməsi iddiaçının kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-13578/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçının kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar