Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2416/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin bərpası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu, Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 aprel 2023-cü il tarixli, 2(103)-6816/2022 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci insta nsiya məhkəməsində icraat
1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 cavabdeh qismində cəlb edilməsini, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ailə üzvləri ilə birlikdə onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4cü mkr., M.Cəlal küçəsi ev 10, 165 saylı mənzildən çıxarılmaqla, mənzilin boşaldılması, hüquqi yardım üçün ödənilmiş 800 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Xətai Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(011)-57/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qətnaməsi (hakim: S.Mehrəliyev) ilə iddia təmin edilm iş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ailə üzvləri ilə birlikdə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., M.Cəlal küçəsi, ev 10, 165 saylı mənzildən çıxarılması və mənzilin boşaldılması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
3. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 30 noyabr 2022-ci il tarixli, 2(103)-6816/2022 nömrəli qətnaməsi ilə (hakimlər: F.Babayev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və R.Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mü bahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Apellyasiya instansiya məhkəməsinin 2(103)-6816/2022 nömrəli, 10 mart 2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
6. Cavabdeh Ayna Məmmədkərim qızı qeyd edilən qətnamədən kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpasına dair ərizə verərək göstərmişdir ki, qətnaməni poçt vasitəsilə 19 dekabr 2022-ci il tarixdə rəsmi olaraq almışdır. Bakı Apellyasiya Məhkəməsinin 10 mart 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti qaytarıldığından, nöqsanların aradan qaldırılaraq yenidən kassasiya şikayətinin verilməsi müddətin ötürülməsinə səbəb olmuşdur. Qeyd edilənlərə əsasən müddətin bərpa edilməsini xahiş etmişdir.
7. Apellyasiya instansiya məhkəməsinin 2(103)-6816/2022 nömrəli, 05 aprel 2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 ötürülmüş müddətin bərpasına dair ərizəsi təmin olunmamış, kassasiya şikayəti geri qaytarılmışdır.
8. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki, qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir.
9. Belə ki, mülki iş materiallarından göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qətnaməsi Cavabdeh1 və onun vək ili Vəkil2 elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş, ilkin kassasiya şikayəti isə elektron kabinet vasitəsilə xx.xx.2023-ci il tarixdə verilmişdir.
10. Cavabdehin ərizəsində istinad etdiyi poçt zərfi isə iş üzrə digər Cavabdeh3 göndərilmiş qətnamənin zərfi olmaqla, məhz həmin cavabdehə qətnamənin xx.xx.2022-ci il tarixdə rəsmi qaydada çatdırıldığını təsdiq edir. Göründüyü kimi, hazırda Cavabdeh1 qətnamədən şikayət verilmə müddətinin özünün deyil, başqa bir şəxsin qətnamənin rəsmi qaydada verilməsi tarixindən hesablanmasını tələb edir. Halbuki xx.xx.2022-ci il tarixi Cavabdeh3 münasibətdə qətnamədən kassasiya şikayəti verilməsi üçün müddət axımının başladığı vaxtdır, Cavabdeh1 üçün isə bu müddət xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2023-cü il tarixində bitmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehin şikayət vermə müddətin ötürülməsinin səbəbi kimi elektron kabinetinə qətnamənin yerləşdirilməsindən xəbərinin olmaması, vəkilinin qətnaməni rəsmi qaydada əldə etməsini ona bildirməməsi, eləcə də hüquqlarının müdafiəsi ilə bağlı vəkillə müqavilə bağladıqdan sonra tez bir zamanda kassasiya şikayətini verməsi prosessual müddətin axımının dayandırılması və yaxud yenidən hesablanması üçün əsas hesab edilə bilməz.
12. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 10-1.3, 128.1, 133.1, 405.0.2, 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabd eh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərardadının ləğv edilərək prosessual müddətin bərpa edilməsi haqqında yeni qərardad çıxarılmasını xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəf olaraq Cavabdeh1 hər hansı bir məhkəmə elektron kabinetinin mövcud olmasını bilməmişdir. Ümumiyyətlə, cavabdehin yaşından dolayı belə bir kabinetin nədən ibarət olması barədə anlayışı belə yoxdur və bilmir. İş materiallarından da göründüyü kimi, Cavabdeh1 nümayəndə olaraq Vəkil2 vermiş etibarnaməsinin müddəti 2022-ci ilin sentyabr ayında bitməklə hüquqi qüvvəsini itirmişdir. Gəlini olan Cavabdeh3 adına gələn poçt zərfini isə öz adına gəlməsini düşünərək yanılmışdır. Şikayət müddətinin 19 fevral 2023-cü ilədək saxlanıldığını düşünərək yəni vəkili ilə Azərbaycan Respublikası Ali Məhkəməsində ona hüquqi yardım göstərilməsi üçün 17 fevral 2023-cü il tarixdə müqavilə bağlamışdır. İzahatında da və müddətin buraxılmamış hesab edilməsinə dair ərizəsində də bu halları göstərmişdir. Prosessual müddətin bərpası və buraxılmamış hesab edilməsi haqqında ərizə də mahiyyətcə üzrlü səbəb göstərilməsini ifadə edən ərizə hesab edildiyi üçün məhkəmə hətta 10 gün müddət keçirilməsini üzrlü sayaraq bərpa etməli idi. Apellyasiya instansiyası məhkəməsi isə bu halları düzgün araşdırmadan iş üzrə yanlış nəticəyə gəlmişdir.
15. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin10-1.3, 14.2, 128.1, 133.1, 405.0.2, 416.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlillə ri
16. İddiaçının vəkili kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, birinci instansiya məhkəməsində işə baxılması uzun müddətə yekunlaşdıqdan sonra həmin qətnamədən apellyasiya şikayəti cavabdeh tərəfindən bilərəkdən yalnışlıqlar və hüququndan sui-istifadə edilməklə işə baxılması müddəti qəsdən uzadılmışdır. Kassasiya baxışının hədləri
17. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
18. Kassasiya şikayətində qərardad tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
20. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
21. Maddə 405.0.1 Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti veril ə bilər.
22. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır.
23. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiya məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki,...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, o byektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
26. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır.
27. Hazırkı işdə apellyasiya məhkəməsi kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddətin keçməsinin səbəblərini araşdırmış və işdəki məlumatlar əsasında bu qənaətə gəlmişdir ki, həmin müddətin ötürülməsi üzrlü səbəblərdən baş verməmiş, ona görə də müddətin bərpa olunması üçün əsaslar mövcud deyil.
28. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən iş dəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin müddətin bərpasına dair ərizənin həlli və şikayətin geri qaytarılması üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən kassatorun dəlillərinin araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onlara hüquqi qiymət verildiyindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
30. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən s axlanılmalıdır.
31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 aprel 2023-cü il tarixli, 2(103)-6816/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.