Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2417/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1nə və Cavabdeh3 qarşı (üçüncü şəxs YYY) iş üzrə QƏRARİ (Açar sözlər: əhəmiyyətsiz əqd) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1nə və Cavabdeh3 qarşı (üçüncü şəxs YYY) “əqdin etibarsız hesab edilməsi" tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-513/2023 nömrəli, 6 fevral 2022-ci il tarixli qətnaməsindən üçüncü şəxs YYY tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh2 MMC tərəfindən inşa edilmiş ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının İİİ mərtəbəsində yerləşən 140,6 kv.m ölçüdə olan 3 otaqlı 3 saylı mənzilə dair müxtəlif şəxslərlə podrat müqavilələri bağlanmışdır.
2. Belə ki, “baş podratçı” Cavabdeh1 MTK və “köməkçi podratçı” Cavabdeh2 MMC ilə Cavabdeh3 arasında bağlanmış “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” xx.xx.2007-ci il tarixli, 22 saylı müqaviləyə əsasən, ünvan 1 ünvanında podratçı tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının İİİ mərtəbəsində 140,6 kv.m ölçüdə 3 otaqlı 3 saylı mənzil (bundan sonra – 3 saylı mənzil) 267.140 manat pul qarşılığında Cavabdeh3 satılmış və Cavabdeh1 MTK-ya mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir.
3. Həmin mənzilə dair eyni zamanda sifarişçi X2 ilə podratçı Cavabdeh2 MMC arasında 11 fevral 2011-ci il tarixli müqavilə bağlanmış və mənzilə görə C.Əliəsgərov tərəfindən 175.750 manat pul ödənilmiş, bu barədə maliyyə arayışı verilmişdir.
4. Podratçı Cavabdeh2 MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” xx.xx.2013-cü il tarixli, 110 saylı müqaviləyə əsasən podratçı Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında inşa etdiyi yaşayış binasının İİİ mərtəbəsində yerləşən 140,6 kv.m ölçüdə olan 3 otaqlı 3 saylı mənzili tikib sifarişçiyə təhvil verməyi, sifarişçi isə mənzilə görə 175.750 manat ödəməyi öhdəsinə götürmüşdür. İd diaçı öhdəliyi icra etmiş, ona Cavabdeh2 MMC-yə mənzilin dəyərinin tam ödənilməsi barədə həmin tarixli maliyyə arayışı verilmişdir. Qeyd olunan mənzil “Mənzilin təhvil-təsliminə dair” xx.xx.2017-ci il tarixli akta əsasən Cavabdeh2 MMC tərəfindən İddiaçı təhvil verilmişdir və sonuncu mənzili təmir edərək orada yaşayır.
5. X2 Cavabdeh2 MMC-yə qarşı mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1073/2022 nömrəli qətnaməsi ilə onun iddia tələbi təmin edilərək, mənzilin təhvil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
6. Lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)4747/2022 saylı qətnaməsi ilə Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunaraq iddia rədd edilmişdir.
7. Həmin qətnamədə qeyd edilmişdir ki, «... Cavabdeh2 MMC ilə X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli razılaşmaya əsasən X3 Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa olunan çoxmənzilli yaşayış binasının İİİ mərtəbəsində, 3 otaqlı, 3 №-li, 140,6 kv.m. mənzillə bağlı xx.xx.2011-ci il tarixli müqaviləni geri qaytarır və şirkətdən 1 kv.m-1000 manat olmaqla, 10000 manat məbləğini xx.xx.2014-cü il tarixdə alır, 130600 manat məbləğini xx.xx.2014cü il tarixinə qədər alır və müqaviləyə xitam verir. Mübahisəli mənzil xx.xx.2017-ci il tarixli akt əsasında İddiaçı təhvil verilmiş, həmin tarixdə onunla kommunal xidmətlərə görə müqavilə bağlanmışdır. Mənzil İddiaçı tərəfindən təmir olunmaqla, hal-hazırda həmin mənzildə İddiaçı yaşayır. Göründüyü kimi, mübahisəli mənzillə bağlı tərəflər iradə ifadələri olaraq xx.xx.2014-cü il tarixli razılaşma bağlayaraq, 11 fevral 2011-ci ildə bağladıqları müqaviləni ləğv etmişlər. Həmin razılaşma bağlandığı andan 11 fevral 2011-ci ildə bağlanmış müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verilmişdir. xx.xx.2014-cü il tarixli razılaşma əsasında cavabdeh tərəfindən iddiaçıya xx.xx.2014-cü il tarixdə 10000 manat məbləğində ödəniş olunmuşdur. Mübahisəli mənzil xx.xx.2017-ci il tarixli akt əsasında İddiaçı təhvil verilmiş, həmin tarixdə onunla kommunal xidmətlərə görə müqavilə bağlanmışdır. Mənzil İddiaçı tərəfindən təmir olunmaqla, hal-hazırda həmin mənzil də İddiaçı yaşayır. Kollegiya hesab edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2011-ci il tarixdə bağlanmış müqavilə onların qarşılıqlı razılığı əsasında ləğv olunmaqla, həmin müqavilə üzrə öhdəliklərinə xitam verildiyindən, iddia tələbi əsassız olmaqla rədd edilmişdir.”
8. İddiaçı Cavabdeh1 MMC (əvvəlki adı Cavabdeh1 MTK) cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 vurulmuş ziyan ilə bağlı 100.000 manat məbləğində pul vəsaitin tutulub iddiaçının xeyrinə ödənilməsi, cavabdeh "xxxx" MMC-nin "xxxx" MTK-nın keçmiş rəhbəri Cavabdeh3 ilə bağlanmış 2006-cı il 5 mart tarixli müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, cavabdeh "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 717- ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsində D.Əliyeva küçəsinə çıxan 1 girişli, zirzəmili, mansardlı 17 mərtəbəli yaşayış binasına dair etdiyi hərəkət və hərəkətsizliyi nəticəsində olmuş və ola biləcək nəticələrin etibarsız hesab edilərək ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsində D.Əliyeva küçəsinə çıxan 1 girişli, zirzəmili, mansardlı 17 mərtəbəli yaşayış binasına dair cavabdeh "xxxx" MMC və digər 3-cü şəxslər tərəfindən iddiaçı Cavabdeh1 MTK-nın sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə törədilmiş və törədilə biləcək maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş et mişdir. Həmin iddia tələbi Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 21 aprel tarixli, e-2-2 (113)-731/2021 saylı qətnaməsi ilə təmin edilməmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 avqust tarixli, 2-2(103)-783/2021 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 21 aprel tarixli, e-2-2 (113)-731/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)-619/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmiş, iş kassasiya şikayətinin qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İş üzrə qəbul edilmi ş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlər Cavabdeh2 MMC-nə, Cavabdeh1 MMC-nə və Cavabdeh3 qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Baş podratçı Cavabdeh1 MTK, onun direktoru Cavabdeh3F və köməkçi podratçı Cavabdeh2 MMC, digər tərəfdən sifarişçi Cavabdeh3 arasında 3 saylı mənzilə dair bağlanmış 22 №-li, 1 avqust 2007-ci il tarixli müqavilənin» etibarsız hesab edilməsini, 3 saylı mənzilin üzərində iddiaçının sahiblik və istifadə hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə belə əsaslandırılıb ki, iddiaçı xx.xx.2013-cü il tarixli müqavilə ilə ona məxsus olan 3 saylı mənzilə daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməs i üçün DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, ona verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubunda, istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçisi) Cavabdeh1 MTK («Nəsimi-19» Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti) göstərildiyi, 3 saylı mənzilə dair sənədlərin Cavabdeh2 MMC tərəfindən təsdiq edildiyi, Cavabdeh1 MTK-nın hüquqi varisinin hal-hazırda Cavabdeh1 MMC olduğu, qeyd olunan ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının Cavabdeh1 MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra notarial qaydada təsdiq olunmuş alğı-satqı müqavilələri əsasında hüquqların dövlət qeydiyyatının aparıla biləcəyi, aparılan araşdırma zamanı idarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmadı ğı bildirilərək, mənzil üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. 3 saylı mənzil 2017-ci ildən bu günədək iddiaçının sahibliyində və istifadəsindədir. Mənzil iddiaçı tərəfindən iki ilə yaxın bir müddət ərzində təmir edilmiş, bundan sonra da ailə üzvləri ilə birlikdə həmin mənzilə köçərək bu günədək orada yaşayır. Mənzilə dair müqavilə bağlandığı vaxtdan bu günədək kimsə mənzilə dair nə iddiaçıya, nə də Cavabdeh2 MMC-yə qarşı hər-hansı tələb irəli sürməmişdir. Binanın tikintisində Cavabdeh1 MTK (sonradan MMC-yə çevrilmişdir) heç vaxt iştirak etməmişdir. Bina Cavabdeh2 MMC tərəfindən inşa edilmiş, lakin binanın bir çox mənzilləri Cavabdeh2 MMC-nin təsisçisi və direktoru tərəfindən bir neçə dəfə müxtəlif şəxslərə satıldığından onların barəsində cinayət işi açılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmü ilə Cavabdeh2 MMC-nin təsisçisi İsa Məmmədov və direktoru Çingiz Məmmədov müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmiş, yuxarı instansiya məhkəmələri tərəfindən hökm dəyişdirilmədən saxlanılmışdır. Həmin cinayət işinin ibtidai istintaqı zamanı problemli olmayan mənzillərin siyahısında iddiaçıya məxsus 3 saylı mənzil də olmuşdur. Cavabdeh2 MMC-nin təsisçisi və direktoru barəsində cinayət işi başladıldıqdan sonra binanın tamamlama-abadlıq işləri dayandırılmış, tamamlama-abadlıq işləri bina sakinlərinin təsis etdikləri «Nəsimi 19» Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti tərəfindən sona çatdırıldıqdan sonra bina sakinlərin istifadəsinə verilmişdir. Digər tərəfdən, ünvan 1 ünvanında yer ləşən çoxmərtəbəli yaşayış binasına dair Cavabdeh1 MTK ilə Cavabdeh2 MMC arasında 05 mart 2006-cı il tarixdə bağlanmış «Müştərək fəaliyyət üçün razılaşdırma» müqaviləsində Cavabdeh1 MTK “Baş podratçı” deyil, “Sifarişçi” adlandırılmışdır və Cavabdeh1 MTK sözügedən binanın tikintisində heç vaxt “Baş podratçı” kimi iştirak etməmişdir. Həmçinin, sözügedən binanın tikintisi ilə bağlı Cavabdeh1 MTK ilə Cavabdeh2 MMC arasında elə bir sənəd, müqavilə və sair imzalanmamışdır ki, orada Cavabdeh1 MTK “Baş podratçı” adlandırılsın. «Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında» 24 dekabr 2013-cü il tarixli, 110 saylı müqavilə ilə bağlı cinayət işinin ibtidai istintaqının yekunlaşdığı 30 sentyabr 2017-ci il tarixdə məlum olmuşdur. Cavabdeh3 və Cavabdeh1 MTK cavabdehlər X4 və X5 qarşı iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4576/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(013)-3571/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə xx.xx.2020-ci il tarixli qətnamə ləğv edilmiş, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Sözügedən mülki iş üzrə Cavabdeh3 və Cavabdeh1 MTK-nın səlahiyyətli nümayəndəsi X8 tərəfindən imzalanmış iddia ərizəsində, həmçinin sonradan Cavabdeh1 MTK-nın adından verilmiş iddia ərizəsinə əlavədə 01 avqust 2007ci il tarixli müqavilənin mövcudluğundan bəhs edilməmiş, həmin müqavilə həmin dövrdə mövcud olmuş sübut kimi iddia ərizəsinə əlavə edilməmiş, mülki işə əlavə edilməsi üçün məhkəməyə təqdim edilməmişdir.
13. Binanın bir çox mənzilləri Cavabdeh2 MMC-nin təsisçisi və direktoru tərəfindən bir neçə dəfə başqa-başqa şəxslərə satıldığından onların barəsində Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başladılmış, cinayət işinin ibtidai istintaqı tamamlanaraq məhkəməyə verilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cavabdeh2 MMC-nin təsisçisi İsa Məmmədov və direktoru Çingiz Məmmədov müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmiş, yuxarı instansiya məhkəmələri tərəfindən hökm dəyişdirilmədən saxlanılmışdır. Həmin cinayət işinin ibtidai istintaqı zamanı binanın demək olar ki, əksər sakinləri, o cümlədən iddiaçı da ibtidai istintaq orqanı tərəfindən dindirilmiş, mənzilləri Cavabdeh2 MMC tərəfindən başqa şəxslərə satılaraq mənzilə olan hüquqları pozul muş şəxslər, həmçinin mənzillərin ikinci, üçüncü dəfə satıldığı şəxslər zərərçəkmiş şəxslər qismində tanınmış, ibtidai istintaq yekunlaşdıqdan sonra isə ibtidai istintaq orqanının müstəntiqi binanın ünvan 1 ünvanında yerləşən həyətində bina sakinlərini toplayaraq hansı mənzillərin bir neçə dəfə satıldığını, hansı şəxslərin zərərçəkmiş şəxslər qismində tanındığını, hansı mənzillərin isə problemli olmadığını elan etmiş, problemli olmayan mənzillərin siyahısında iddiaçıya məxsus 3 saylı mənzil də olmuşdur.
14. Digər tərəfdən, Cavabdeh1 MTK cavabdehlər Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı «müqavilənin və onun əsasında olan hüquqi nəticələrin etibarsız hesab edilməsi və ləğv edilməsinə, pulun ödənilməsi tələbinə dair» iddiası Bakı Kommersiya Məhkəməsinin 2-2(113)731/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-783/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin kommersiya işi üzrə iddiaçı Cavabdeh1 MTK tərəfindən, nə Cavabdeh3 tərəfindən, nə də digər Cavabdeh2 MMC tərəfindən 01 avqust 2007-ci il tarixdə baş podratçı Cavabdeh1 MTK, onun direktoru Cavabdeh3F və köməkçi podratçı Cavabdeh2 MMC, digər tərəfdən isə sifarişçi Cavabdeh3 arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsində 3 otaqlı, 3 №-li, sahəsi 140,6 kv.m olan mənzilə dair 22 №-li müqavilənin bağlanmış olması ilə bağlı bir məlumat verilməmiş, həmin müqavilə məhkəməyə təqdim edilməmişdir. Bütün bunlar göstərir ki, əslində 01 avqust 2007-ci il tarixdə baş podratçı Cavabdeh1 MTK, onun direktoru Cavabdeh3F və köməkçi podratçı Cavabdeh2 MMC, digər tərəfdən isə sifarişçi Cavabdeh3 arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsində 3 otaqlı, 3 №-li, sahəsi 140,6 kv.m olan mənzilə dair 22 №-li müqavilə bağlanmamışdır. Belə çıxır ki, həmin müqavilə sonradan, lakin əvvəlki tarixə bağlanmışdır. Əgər ondakı Cavabdeh2 MMC-yə aid möhür və onun rəhbərinə aid imza saxtalaşdırmayıbsa, uydurma əqddir. Əgər Cavabdeh2 MMC-yə aid möhür və onun rəhbərinə aid imza saxtalaşdırılıbsa, onda həmin əqd saxtalaşdırılmış sübutdur.
15. Məhkəmə icraatının gedişində YYY üçüncü şəxs qismində işə cəlb edilmişdir.
16. Məhkəmə iclasında Cavabd eh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul edərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında 24 dekabr 2013-cü il tarixdə çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 110 saylı müqavilə imzalanmışdır. İddiaçı tərəfindən Cavabdeh2 MMC-yə 175750 manat pul ödənilmiş, İddiaçı bu barədə maliyyə arayışı verilmişdir. Həmin bina ilə bağlı cinayət işinin icraatında bu mənzil mübahisə predmeti olmamışdır. Cavabdeh2 MMC 24 dekabr 2013-cü il tarixli “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 110 saylı müqaviləni qanuni hesab etdiyindən, iddianı etiraf edir.
17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(006)-2470/2022 nömrəli, 8 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) iddi a təmin olunmuşdur.
18. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 01 avqust 2007-ci il tarixdə baş podratçı Cavabdeh1 MTK, onun direktoru Cavabdeh3 və köməkçi podratçı Cavabdeh2 MMC, digər tərəfdən isə sifarişçi Cavabdeh3 arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsində 3 otaqlı, 3 №-li, sahəsi 140,6 kv.m olan mənzilə dair 22 №-li müqavilə bağlanmamışdır. Belə ki, həmin müqavilə sonradan, lakin əvvəlki tarixə bağlanmış uydurma əqddir.
19. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən müqavilənin əsli məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, həmin müqavilənin sifarişçisi ilə podratçısı eyni şəxsdir.
20. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 MMC tərəf iddia tələbini qəbul edərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında 24 dekabr 2013-cü il tarixdə çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 110 saylı müqavilə imzalanmışdır. İddiaçı tərəfindən Cavabdeh2 MMC-yə 175750 manat pul ödənilmiş, İddiaçı bu barədə maliyyə arayışı verilmişdir. "xxxx" MMC 24 dekabr 2013-cü il tarixli “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 110 saylı müqaviləni qanuni hesab etdiyindən, iddianı etiraf edir.
21. Məhkəmə hesab etmişdir ki, mübahisəli mənzilin həqiqi və vicdanlı alıcısı məhz İddiaçıdur. Belə ki, o, xx.xx.2013-cü il tarixdə Cavabdeh2 MMC-yə müqavilədə müəyyənləşdirilmiş pul vəsaitini ödəyərək mənzili almış və 2017-ci ildən həmin mənzildə əsaslı təmir edərək bu günədək orada ailəsi ilə birlikdə yaşayır və bu müddət ərzində (9 il) bu günə kimi həmin mənzil lə bağlı İddiaçı qarşı hər-hansı tələb irəli sürülməmiş, mənzilin başqa şəxsə məxsus olması ilə bağlı onu narahat etməmişlər. Bu və iş üzrə müəyyən olunmuş, yuxarıda göstərilən digər hallar ona dəlalət edir ki, hazırda mübahisələndirilən 22 №-li, xx.xx.2007-ci il tarixli müqavilə əsl həqiqətdə uydurma, yalnız görünüş üçün bağlanmış bir əqd olmaqla etibarsız hesab olunmalıdır.
22. Məhkəmə, öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6, 6.2, 152.1, 152.5, 337.1, 337.2, 337.3, 337.4, 390.1, 340.1-ci maddələrinə, “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum unun 27 oktyabr 2004-cü il tarixli Qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 23. 3-cü şəxs YYY apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmçinin, məhkəmə icraatı zamanı, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə “iddia müddətinin tətbiqi” barədə ərizə təqdim edilmə sinə, o cümlədən, əlavə ərizə təqdim edilərək, mübahisəli mənzil barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1073/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsinin olması (həmin qətnamə üzrə mübahisəli mənzilin X1 təhvil verilməsi öhdəliyinin Cavabdeh2 MMC-nin üzərinə qoyulması qət edilmiş və həmin qətnamədən apellyasiya qaydasında şikayət verilmişdir) qeyd edilməsinə və bunun nəzərə alınmasının məhkəmədən xahiş edilməsinə baxmayaraq, sonradan Cavabdeh2 MMC-nin direktoru tərəfindən iddianın etiraf edilməsi və iddia müddətinin tətbiqinə dair ərizəsi məhkəməyə təqdim edilmiş, məhkəmə isə, iddianın etirafını qəbul edərək, bu barədə öz qətnaməsində qeydlər aparmışdır. Məhkəmə tərəfindən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmuş və bununla üçüncü şəxsin hüquqları və qanunla qorunan mənafeyi pozulduğundan, məhkəmə iddianın etirafını qəbul etməməli, o cümlədən, iddia müddətinin tətbiqi barədə ərizəyə hüquqi qiymət verməli idi, ona görə ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizənin təqdim edilməsi mülki qanunvericilikdə nəzərdə tutulsa da, onun sonradan geri götürülməsi məsələsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Ən azından, məhkəmə bu barədə öz qətnaməsində müvafiq hüquqi əsaslandırma aparmalı idi. Həmçinin, üçüncü şəxsin cavabdehlər Cavabdeh3 və digərlərinə qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsinə” dair iddia tələbi üzrə məhkəmə mübahisəsinin davam etməsini (hazırki iş üzrə mübahisəli mənzilin qeyd olunan icraatda ½ hissədə bölünməsi məsələsi mübahisələndirildiyindən) nəzərə almamışdır. Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinə əsasən, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə icraatın dayandırılması barədə müvafiq qərardad qəbul etməlidir.
25. Apellyasiya məhkəməsinin icraatı zamanı X3 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-513/2023 nömrəli, 6 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - Ş.Məmmədova (sədrlik edən və məruzəçi), P.Hüseynov və C.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, əqdin etibarsızlığı dedikdə Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır.
28. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 24 dekabr 2013-cü il tarixli 110 saylı müqavilə üzrə Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının İİİ mərtəbəsində 140,6 kv.m sahəsi olan 3 saylı mənzilə görə Cavabdeh2 MMC-yə 175.750 manat pul ödəmişdir.
29. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-4747/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı X2 Cavabdeh2 MMC-yə qarşı mə nzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə Cavabdeh2 MMC tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının İİİ mərtəbəsində yerləşən, 3 saylı, 3 otaqlı, sahəsi 140,6 kv.m olan mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin Cavabdeh2 MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1073/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1073/2022 nömrəli qətnaməsi ləğv edilərək iddia rədd edi lməsi qət olunmuşdur. Həmin Qətnamədə qeyd edilmişdir ki”... xx.xx.2011-ci il tarixli 44 saylı X9 əsasən X2 tərəfindən MMC-yə mənzilə görə 89725 manat məbləğində pul ödənilmişdir. xx.xx.2013-cü ildə Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən MMC mənzilini tikib, mənzili daxili naxış, cihaz və daxili qapılar olmamaq şərti ilə İddiaçı təhvil verilməsini, sonuncu isə mənzili qəbul edib, ümumi dəyəri olan 175750 manatı MMC- yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 MMC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli maliyyə arayışı və həmin tarixli, 122 saylı X9 əsasən İddiaçı tərəfindən MMC-yə mənzilə görə 175750 manat məbləğində pul ödənilmişdir. Cavabdeh2 MMC ilə X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli razılaşmaya əsasən X3 Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçə sində 717-ci məhəllədə inşa olunan çoxmənzilli yaşayış binasının İİİ mərtəbəsində, 3 otaqlı, 3 №-li, 140,6 kv.m. mənzillə bağlı xx.xx.2011-ci il tarixli müqaviləni geri qaytarır və şirkətdən 1 kv.m-1000 manat olmaqla, 10000 manat məbləğini xx.xx.2014-cü il tarixdə alır, 130600 manat məbləğini xx.xx.2014-cü il tarixinə qədər alır və müqaviləyə xitam verir. Mübahisəli mənzil xx.xx.2017-ci il tarixli akt əsasında İddiaçı təhvil verilmiş, həmin tarixdə onunla kommunal xidmətlərə görə müqavilə bağlanmışdır. Mənzil İddiaçı tərəfindən təmir olunmaqla, hal-hazırda həmin mənzildə İddiaçı yaşayır. Göründüyü kimi, mübahisəli mənzillə bağlı tərəflər iradə ifadələri olaraq xx.xx.2014-cü il tarixli razılaşma bağlayaraq, 11 fevral 2011-ci ildə bağladıqları müqaviləni ləğv etmişlər. Həmin razılaşma bağlan dığı andan 11 fevral 2011-ci ildə bağlanmış müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verilmişdir. xx.xx.2014-cü il tarixli razılaşma əsasında cavabdeh tərəfindən iddiaçıya xx.xx.2014-cü il tarixdə 10000 manat məbləğində ödəniş olunmuşdur. Mübahisəli mənzil xx.xx.2017-ci il tarixli akt əsasında İddiaçı təhvil verilmiş, həmin tarixdə onunla kommunal xidmətlərə görə müqavilə bağlanmışdır. Mənzil İddiaçı tərəfindən təmir olunmaqla, halhazırda həmin mənzildə İddiaçı yaşayır. Kollegiya hesab edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2011-ci il tarixdə bağlanmış müqavilə onların qarşılıqlı razılığı əsasında ləğv olunmaqla, həmin müqavilə üzrə öhdəliklərinə xitam verildiyindən, iddia tələbi əsassız olmaqla rədd olunmalıdır.”
30. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 01 avqust 200 7-ci il tarixdə baş podratçı Cavabdeh1 MTK, onun direktoru Cavabdeh3 və köməkçi podratçı Cavabdeh2 MMC, digər tərəfdən isə sifarişçi Cavabdeh3 arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsində 3 otaqlı, 3 №-li, sahəsi 140,6 kv.m olan mənzilə dair 22 №-li müqavilə bağlanmamışdır.
31. Belə ki, həmin müqavilə sonradan, lakin əvvəlki tarixə bağlanmış uydurma əqddir. Göründüyü kimi, mübahisəli mənzillə bağlı uzun sürən məhkəmə çəkişmələrində və cinayət işi ilə bağlı işlərə baxılarkən həmin mənzilin Cavabdeh3 məxsus olması barədə heç bir iddia, etiraz və ya ifadələr verilməmişdir.
32. Məhkəmə Kollegiyası onu da qeyd etmişdir ki, mübahisələndirilən müqavilənin əsli məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, həmin müqavilənin s ifarişçisi ilə podratçısı eyni şəxsdir.
33. Bundan əlavə, Cavabdeh2 MMC tərəf iddia tələbini qəbul edərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında 24 dekabr 2013-cü il tarixdə çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 110 saylı müqavilə imzalanmışdır. İddiaçı tərəfindən Cavabdeh2 MMC-yə 175750 manat pul ödənilmiş, İddiaçı bu barədə maliyyə arayışı verilmişdir. "xxxx" MMC 24 dekabr 2013-cü il tarixli “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 110 saylı müqaviləni qanuni hesab etdiyindən, iddianı etiraf edir.
34. Yuxarıda qeyd olunanlara görə məhkəmə belə nəticəyə gəlmişdir ki, mübahisəli mənzilin həqiqi və vicdanlı alıcısı məhz İddiaçıdur. Belə ki, o, xx.xx.2013-cü il tarixdə Cavabdeh2 MMC-yə müqavilədə müəyyənləşdirilmiş pul vəsaitini ödə yərək mənzili almış və 2017-ci ildən həmin mənzildə əsaslı təmir edərək bu günədək orada ailəsi ilə birlikdə yaşayır və bu müddət ərzində (9 il) bu günə kimi həmin mənzillə bağlı İddiaçı qarşı hər-hansı tələb irəli sürülməmiş, mənzilin başqa şəxsə məxsus olması ilə bağlı onu narahat etməmişlər. Bu və iş üzrə müəyyən olunmuş, yuxarıda göstərilən digər hallar ona dəlalət edir ki, hazırda mübahisələndirilən 22 №-li, xx.xx.2007-ci il tarixli müqavilə əsl həqiqətdə uydurma, yalnız görünüş üçün bağlanmış bir əqd olmaqla etibarsız hesab olunmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. Üçüncü şəxs YYY kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instan siyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
36. Şikayət apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin qənaətinə görə mübahisəli mənzilin həqiqi və vicdanlı alıcısı məhz İddiaçıdur. Belə ki, o, xx.xx.2013-cü il tarixdə Cavabdeh2 MMC-yə müqavilədə müəyyənləşdirilmiş pul vəsaitini ödəyərək mənzili almış və 2017-ci ildən həmin mənzildə əsaslı təmir edərək bu günədək orada ailəsi ilə birlikdə yaşayır və bu müddət ərzində (9 il) bu günə kimi həmin mənzillə bağlı İddiaçı qarşı hər-hansı tələb irəli sürülməmiş, mənzilin başqa şəxsə məxsus olması ilə bağlı onu narahat etməmişlər. Cavabdeh3 artıq 9 (doqquz) ildir ki, cəzaçəkmə müəssisəsindədir və onun mübahisəli mənzilə dair hər hansı tələb və şikayətin in olmaması normaldır. Ümumiyyətlə, həmin mənzilin başqa şəxslərə satılması barədə məlumatsız olmuşdur. İş materiallarından da göründüyü kimi Cavabdeh3 bina tikintisi ilə məşğul olmuş və onun mülkiyyətində onlarla mənzillər olmuşdur. Əlavə olaraq, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində mübahisəli müqavilənin əslinin təqdim edilməməsini vurğulamasına baxmayaraq, daha sonra, əsli olmayan bir müqavilənin (əqdin) etibarsızlığı qənaətinə gəlmişdir. İş üzrə nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi iddiaçının məhkəməyə təqdim etdiyi əqdin etibarlılığı barədə hər hansı araşdırma aparmadan, yalnız formal mülahizələrə əsaslanaraq, həmin əqdin etibarlı olması qənaətinə gəlmişdir. Məhkəmə mülki qanunvericiliyin əqdlərin etibarsızlığı ilə əlaqədar olan bəzi norma larına (MM-nin 337.1, 337.2, 337.3) istinad etməsinə baxmayaraq, mübahisəli müqavilənin hansı sübutlara və əsaslara görə uydurma əqd olduğunu əsaslandırmamışdır. Məhkəmə tətbiq edilməli olmayan normaları tətbiq etməklə, qanunsuz və əsassız məhkəmə qətnaməsinin qəbul olunmasına nail olmuşdur. Məhkəmə mübahisəli əqdin uydurma olduğunu qeyd etsə də, buna dair iş materiallarına əlavə edilmiş hər hansı sübuta istinad etməmiş və yalnız formal mülahizələr əsasında belə bir hüquqi nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur. Etirazda üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tə tbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
38. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən taninan və qorunan hüququdur.
39. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
40. Maddə
324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (1, 2 və 4-cü bəndlər).
41. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
42. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
43. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
44. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
45. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmən in gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin q ətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya insta nsiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Belə ki, iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 337.1-ci və 340-cı maddələr təşkil edir (bu qərarın 41, 44-cü paraqrafları).
57. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də işin hallarını bu normalar əsasında araşdırmış və müəyyən etmişdir ki, 01 avqust 2007-ci il tarixdə baş podratçı Cavabdeh1 MTK, onun dire ktoru Cavabdeh3 və köməkçi podratçı Cavabdeh2 MMC, digər tərəfdən isə sifarişçi Cavabdeh3 arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsində 3 otaqlı, 3 №-li, sahəsi 140,6 kv.m olan mənzilə dair 22 №-li müqavilə sonradan, lakin əvvəlki tarixə bağlanmış uydurma əqddir.
58. Məhkəmə bu qənaətə gələrkən həm də ona əsaslanmışdır ki, mübahisəli mənzillə bağlı uzun sürən məhkəmə çəkişmələrində və cinayət işi ilə bağlı işlərə baxılarkən həmin mənzilin Cavabdeh3 məxsus olması barədə heç bir iddia, etiraz və ya ifadələr verilməmişdir. Mübahisələndirilən müqavilənin əsli məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, həmin müqavilənin sifarişçisi ilə podratçısı eyni şəxsdir.
59. Kassatorun Cavabdeh3 həbsdə olması səbəbindən mənzilə dair heç bir hərəkətin edilmədiyi barədə dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu hal kassatorun özünün mənzilə sahiblik etməsinə və bundan irəli gələn hərəkətlər etməsinə ( o cümlədən mənzildə yaşayan iddiaçıya qarşı iddia qaldırmasına) mane olmurdu.
60. Cavabdehin iddia müddəti tətbiq edilməsi haqqında birinci instansiya məhkəməsində verdiyi ərizənin sonradan geri götürməsinin qanunsuz olduğu barədə kassatorun dəlilləri əsassızdır. Çünki iddia müddətinin tətbiqi olunması tərəfin ona qarşı yönəlmiş tələbdən müdafiə vasitələrindən biridir və bu hüquqdan istifadə etmək səlahiyyəti müstəsna olaraq onun ixtiyarındadır. Bundan başqa, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddi r. Yəni əqdin əhəmiyyətsizliyi iddia müddətlərinə tabe tutulmur.
61. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
62. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassa siya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
63. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-513/2023 nömrəli, 6 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.