Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2417/2024 13.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X3 publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 1 aprel 2024-cü il tarixli, 2(103)-459/2024 saylı qətnaməsindən cavabdeh “Hərracların Təşkı̇ lı̇ Mərkəzı̇ ” X6 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 avqust 2024cü i l tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2008-ci il tarixli, K-06 nömrəli əmr ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi yanında X1 sektoruna məsləhətçi vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2009-cu il tarixli, LK-01 nömrəli əmr ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi yanında X1 ləğv edilmiş və “Dövlət qulluğu” haqqında Qanunun 33.1.2-ci maddəsinə əsasən (hüquqi şəxsin ləğvi) bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2009-cu il tarixli, K-01 nömrəli əmr ilə X1 Şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2011-ci il tarixli, K-05 nömrəli əmr ilə şəraitin dəyişdirilməsi ilə əlaqədar olaraq Maliyyə əməliyyatları şöbəsinin məsləhətçisi vəzifəsinə keçirilmiş dir. xx.xx.2015-ci il tarixli, K-20 nömrəli əmr ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzinin strukturuna uyğun olaraq Hərracların Təşkili şöbəsinin səhmlərinin satışı üzrə pullu hərracların təşkili sektorunun məsləhətçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2016-cı il tarixli, K-09 nömrəli əmr ilə “Dövlət qulluğu” haqqında Qanunun 21.1.6-cı maddəsinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X2 Təşkili şöbəsinin səhmlərin satışının təşkili sektorunun məsləhətçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2016-cı il tarixli əmr ilə “Dövlət qulluğu” haqqında Qanunun 29.2-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq Mərkəzin 1 saylı zona bölməsinin baş məsləhətçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2021ci il tarixli əmr ilə “Dövlət qulluğu” haqqında Qanunun 33.1.1-ci maddəsi nə əsasən öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. xx.xx.2021-ci il tarixli, 30 nömrəli əmr ilə Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X3 X6 1 saylı zona bölməsinin baş mütəxəssisi vəzifəsinə 1 ay müddətinə təyin edilmişdir. xx.xx.2023-cü il tarixli, K-006 nömrəli əmr ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddəti bitdiyi üçün tutduğu vəzifədən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti və X3 X6nə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 Xidməti göstərilməklə) qarşı əmrin ləğv edilməsi, işə bərpa və kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək c avabdeh X3 X6 tərəfindən Əmək Məcəlləsinin 68 maddəsinin “b” bəndinə əsasən verdiyi əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, onun öz işinə bərpa edilməsi, məcburi iş buraxmaya görə işə bərpa edildiyi günə qədər müvafiq əmək haqqının hesablanaraq ona ödənilməsi, cavabdeh tərəfindən ona mənəvi zərər əvəzi kimi 20.000 manat kompensasiya ödənilməsi, cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətindən müəssisənin ləğvi ilə əlaqədar ona ödənilməli olan əmək haqqının 2 mislinin və mənəvi zərər əvəzi olaraq 50.000 manat kompensasiyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, işlədiyi müddətdə rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və dəqiqliklə yerinə yetirmiş, iş də heç vaxt qüsura yol verməmişdir. Ümumilikdə 17 il, dövlət qulluğunda isə 13 il 8 ay stajı var. Ailənin yeganə gəlir mənbəyi onun əmək haqqıdır. Övladları məktəblidir, həyat yoldaşı heç yerdə işləmir. 1.11.2021-ci il tarixdə qeyd etdiyi müəssisənin idarə heyətinin sədri vəzifəsinə gəldikdən sonra onu sıxışdırmağa başlamış, iş funksiyasına aid olmayan işlərin görülməsini ona məcbur etməyə başlamış, müəssisə rəhbəri öz qulluq mövqeyindən vəzifə və səlahiyyətlərindən sui-istifadə edərək dövlət müəssisəsinə aid olmayan öz şəxsi işlərinin görülməsinə və bir növ öz xidmətçisinə çevirməyə dəfələrlə cəhd etmişdir. Sədrin bu hərəkətləri onun qürurunu sındırmaq və ləyaqətini alçaltmaq məqsədi daşımışdır. Lakin bir qürurlu Azərbaycan Respublikasının sadə vətəndaşı kimi müəssisə rəhbərinin şəxsi mən afeyinə xidmət edən göstərişlərinə əməl etməmiş və sonda bu hallar onun işdən azad olmasına səbəb olmuşdur. Hüquqlarının müdafiəsinə qalxaraq müəssisə rəhbərinin nizam intizama riayət etməsi məqsədi ilə bir neçə yuxarı təşkilatlara şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan sonra yuxarı təşkilatların müəssisə rəhbərlərinin verdikləri göstərişləri əsasında Emin Rəsulov bir müddət ona dəyməmişdir. Bir müddət sonra kollektivdə müəssisə rəhbərinin ona qarşı daha da aqressiv olmasını müəyyən etmişdir. İşlədiyi dövrdə bir neçə dəfə Emin Rəsulov onu öz iş otağına çağırmış, onunla işləyə bilməyəcəyini, könüllü öz ərizəsini yazaraq işdən getməyini tələb etmişdir. Bununla razılaşmamışdır. X7 öz planının B variantı əsasında müddətli əmək müqaviləsi variantına keçərək, 1 aylıq əmək müqaviləsi bağla mış və sonra müqavilənin bitməsini əsas gətirərək 15 il çalışdığı müəssisədən uzaqlaşdırmışdır. Onunla X3 arasında bağlanmış 31 nömrəli əmək müqaviləsinin 9-cu bəndində əmək müqaviləsinə xitam verilməsini qadağan edən əsaslar göstərilmişdir. Əmək müqaviləsi bağlanarkən ona dövlət müəssisəsinin hüquqi bazası əsasında PHŞ yarandığını və müqavilələrin yeniləndiyi barədə məlumat verilərək, yeni formada müqaviləyə imza etdirmişlər. İmza edilən zaman hüquqları məhdudlaşdırılaraq, ona tez tələsik bura imza et, sənədlər toplanılır, nazirlikdə təcili müqavilələri gözləyirlər, müqavilənin tam mətni ilə tanış olmağa imkan verilməmiş, onu çaşdıraraq qeyri-müəyyən duruma salmışlar. Müqavilənin bir nüsxəsini tələb etsə də, kadırlar şöbəsi nazirlik tərəfindən müqavilələr qeydiyyata alındıqdan sonra ona v eriləcəyini bildirmişdir. Bundan sonra bir necə dəfə kadrlar şöbəsinə yaxınlaşaraq əmək müqaviləsini tələb etsə də, kadrlar şöbəsi müxtəlif tarixlər deyərək və sənədlərin hələki nazirlikdə olması kimi yanlış məlumatlar verərək, gözlətdirmişdir. Bundan sonra məlumat göndərilərək müqavilə müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsi bildirilmişdir. Hüquqlarının pozuldugunu və müəssisə rəhbərliyinin onu aldatdığını müəyyən etmişdir. Əmək müqaviləsinin forması dəyişərkən dəyişdirilmiş əmək müqaviləsində işəgötürənin adı dəyişdirilmiş formada qeyd edilməli və müqavilənin başqa hissələri dəyişdirilmədən mövcud olduğu şəkildə saxlanılmalıdır. Aldatma yolu ilə əmək müqaviləsinin bütövlükdə məzmununun dəyişdirilməsi qanuna ziddir və işçi olaraq bir başa hüquqlarını pozur. Hazırda aldatma yolu ilə bağlanmış müqavilə onun iradəsini ifadə etmir və qanunsuz hesab edilməlidir. İndiki durumda əmək münasibətlərinə xitam verilməsinin əsasını da bu qanunsuz müqavilə təşkil edir. Mövcud vəziyyətdə əmək müqaviləsinin məzmunu işəgötürən tərəfindən dəyişdirilmiş, quruluşu qanunvericiliyin tələblərinə əməl edilməməklə, aldatma yolu ilə iradəsinə zidd müəyyən edilmişdir. Əmək müqaviləsi onunla işəgötürən arasında müddətsiz olduğu halda işəgötürən tərəfindən aldatma yolu ilə 1 ay müddətinə bağladığı müqavilə qanunsuz və etibarsız hesab edilməlidir. Onunla işəgötürən arasında 14 il bundan öncə bağlanmış əmək müqaviləsi işəgötürəndən tələb edilməlidir. Qanunvericiliyin tələbinə əsasən müddətsiz əmək müqaviləsi olan işçilərlə yenidən müddətli əmək müqaviləsinin bağlanılması qanunve riciliyin tələblərinə ziddir. Müəssisə ləğv edildikdə 10 ildən çox əmək stajı olan işçilərə ən azı 9 təqvim həftəsi öncə xəbərdar edilməli və orta aylıq əmək haqqının azı 2 misli miqdarında əmək haqqı ödənilməlidir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Ramin Quliyev) 2(005)-2114/2023 nömrəli, 11 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X3 X6n xx.xx.2023cü il tarixli, K-006 əmrinin ləğv edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X3 publik hüquqi şəxslə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi, Azərbaycan Respubli kasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X3 X6 tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 1 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə), onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi ƏM-in 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz. Əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır. Məhkəmə hesab etmişdir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırki halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nə zərdə tutulur. İddiaçının 2008-ci ildən işlədiyi və əmək müqaviləsi müddətsiz xarakter daşıdığı halda isə, “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi və cəmi 1 ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. Bu zaman, əmək müqaviləsinin müddətli bağlanmasının qanunsuz olmasının müəyyən edilməsi üçün ayrıca tələbə zərurət yoxdur.
6. Məhkəmə iddia tələbinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətindən müəssisənin ləğvi ilə əlaqədar ona ödənilməli olan əmək haqqının 2 mislinin ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçının işlədiyi müəssisə ləğv edilsə də, göründüyü kimi yeni yaranmış müəssisədə onunla yenidən əmək müqavilələri bağlanmış və iddiaçı əmək fəaliyyətini davam etdirmişdir.
7. Məhkəmə iddia tələbinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti X3 X6ndən 20.000 manat və cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətindən 50.000 manat mənəvi zərərin tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia həmin hissədə təmin edilməməlidir.
8. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.1, 45-ci maddəsinin 3-cü bəndi, 45-ci maddəsinin 4-cü bəndi, 47-ci maddəsinin “f” bəndi, 73.1, 74-cü maddəsinin 2-ci bəndi, 294-cü maddəsinin ikinci hissəsi, 239- cu maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti X3 X6 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, iddiaçı öz razılığı ilə işəgötürənlə müqavilə bağlamışdır. İşə sədrlik edən hakim yalnız iddiaçının formal mülahizələrini əsas götürmüşdür. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Əmək Məcəlləsinin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İddiaçı əmək müqaviləsinin müddəti 17 fevral 2023-cü il tarixində bitmişdir. Həmin müqaviləyə xx.xx.2023-cü il tarixində xitam verilmiş, 1 həftəlik tələbi nəzərə alınmışdır.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və İkram Şirinov) 1 apr el 2024-cü il tarixli, 2(103)-459/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin 2(005)-2114/2023 nömrəli, 11 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki işdə müqavilənin müddətli bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Eyni zamanda, iddiaçı 15 illik əmək fəaliyyətində cavabdeh qurumda müxtəlif vəzifələrdə işləmişdir. Bu cür vəziyyətdə, yəni iddiaçının yaşı və gördüyü işin daimi xarakterə malik olduğu onunla əmək müqaviləsini müddətli bağlamağı istisna edir. Ona görə də xarakterinə görə müddətsiz bağlanması tələb edilən işlərə görə müddətli əmək müqaviləs i bağlanmamalıdır.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əmək müqaviləsinin müddətli bağlanması və ləğv edilməsi əsassız və əmək qanunvericiliyinin tələblərinə zidd olduğundan iddiaçının işdən çıxarıldığı tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinin təmin edilməsi Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin imperativ tələbinə uyğun olmuşdur. Əslində iddiaçının məqsədi həm də buna nail olmaq olmuşdur.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.1, 45.3, 45.4, 47, 68.1, 68.2, 73.1, 74.2, 300.1cimaddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh “Hərracların Təşkı̇ lı̇ Mərkəzı̇ ” X6 (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X3 X6n xx.xx.2023-cü tarixli, K-006 əmrinin ləğv edilməsi, Azərb aycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X3 publik hüquqi şəxslə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X3 X6 tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilməsi, qalan hissədə isə dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası maddi hüquq normasının pozulmasına yol verərək nəzərə almamışdır ki, İddiaçı öz raz ılığı ilə işəgötürənlə müddətli əmək müqaviləsi bağlamışdır, Əgər tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməmişdirsə, iddiaçı müddətli əmək müqaviləsinin bağlanması ilə bağlı müxtəlif instansiyalara şikayət ərizələri ünvanlamış olardı, bu isə baş verməmişdir, deməli tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilmişdir. Bununla yanaşı məhkəmə kollegiyasının özünün də istinad etdiyi kimi, Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarında qeyd edilir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva edir və bu halda Azərbaycan Respublikası Kon stitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İİV və Vİİİ hissələrinə uyğun hesab edilir. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, digər işçilərlə də müddətli əmək müqavilələri bağlanmışdır, lakin məhkəmə kollegiyası göstərilən halı araşdırmamış və digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına diqqət yetirməmiş, sübutetmə yükünü düzgün müəyyən etməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
19. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
20. Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı ol madan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
21. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
22. Maddə 47, “f” bəndi. Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər.
23. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
24. Maddə 68.2. “b” Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır.
25. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddət i qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
26. Maddə 74.2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.
27. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissə sinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozunt usu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi f aktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
40. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
41. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı işdə müqavilənin müddətli bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Eyni zamanda, iddiaçı 15 illik əmək fəaliyyətində cavabdeh qurumda müxtəlif vəzifələrdə işləmişdir. Bu cür vəziyyətdə, yəni iddiaçının yaşı və gördüyü işin daimi xarakterə malik olduğu onunla əmək müqaviləsini müddətli bağlamağı is tisna edir. Ona görə də xarakterinə görə müddətsiz bağlanması tələb edilən işlərə görə müddətli əmək müqaviləsinin bağlanması yolverilməzdir.
42. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, əmək müqaviləsinin müddətli bağlanması və ləğv edilməsi əsassız və əmək qanunvericiliyinin tələblərinə zidd olduğundan iddiaçının işdən çıxarıldığı tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinin təmin edilməsi Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin imperativ tələbinə uyğun olmuşdur.
43. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri yenidən araşdırmağa lüzum görmür. Ona görə də cavabdehin kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub kassasiya instansiyası məhkəməsi Qə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X3 X6n kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 1 aprel 2024-cü il tarixli, 2(103)-459/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.