Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-242/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-242/2024 (Açar sözlər: torpaq sahəsinin cavabdehdən alınaraq ona verilməsi, torpaq sahəsində olan tikililərin sökülməsi, vindikasiya iddiası, ekspert rəyi ) Bakı şəhəri, 15 yanvar 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı “torpaq sahəsinin cavabdehdən alınaraq ona verilməsi və cavabdehin hesabına torpaq sahəsində olan tikililərin sökülməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Ape llyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-121/2023 nömrəli, 11 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 15 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şabran şəhəri ərazisində yerləşən 4.032 ha torpaq sahəsi 27 dekabr 2019-cu il tarixdə İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınmışdır.
2. Torpağa Mülkiyyət Hüququna dair JN-0635 KOD 30401004 saylı Dövlət Aktına əsasən, Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarına əsasən X2 və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 3.36 ha pay torpaq sahəsi verilmişdir.
3. X3 öz adından və X4, X5 adından hərəkət edən X13, X1 şəhəri ünvanında yerləşə n 3.36 ha torpaq sahəsini 31 yanvar 2011-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 3000 AZN-ə satmışdır.
4. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən nömrəsi **********77, qeydiyyat tarixi xx.xx.2011-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən, Şabran şəhəri ərazisindən Cavabdeh1 mülkiyyətinə 0.7604 ha torpaq sahəsi verilmişdir.
5. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən nömrəsi **********76, qeydiyyat tarixi xx.xx.2011-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən, Şabran şəhəri ərazisindən Cavabdeh1 mülkiyyətinə 2.5995 ha torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi (tələbin dəqiqləşdiri lməsi barədə ərizə) ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Dəvəçi (indiki Şabran) şəhərində yerləşən torpaq sahəsinin Cavabdeh2 tərəfindən zəbt olunmuş hissəsinin alınaraq ona verilməsi və torpaq sahəsində olan tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. ƏMDK yanında DƏDRX-in 5 saylı Ərazi İdarəsi iddia ərizəsi üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir.
8. Şabran rayon məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli qərardadına əsasən, Cavabdeh1 (bundan sonra “cavabdeh”) əsl cavabdeh qismində işə cəlb edilmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixində Quba regional "ASAN xidmət" mərkəzinin notariat ofisində alqı-satqı müqaviləsi əsasında, Şabran şəhəri ərazisində yerləşən 4,023 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əldə etmişdir. xx.xx.2019-cu il tarixində iddiaçı həmin torpaq sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində hüquqlarını ********** qeydiyyat nömrəsi ilə qeydiyyata aldırmış və ona Daşınmaz Əmlakın Dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Aldığı torpaq sahəsini istifadə etmək istədikdə, iddiaçıya məlum olmuşdur ki, onun torpaq sahəsini cavabdeh istifadə edir və orada tikililər quraşdırmış, inşa etmişdir.
10. İddiaçı cavabdehdən torpaq sahəsinin qaytarılmasını və tikililərin sökülməsini xahiş və tələb etmiş, lakin cavabdeh onun torpaq sahəsini geri qaytarmamışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müracət etməli olmuşdur.
11. Birinci instansiya məhkəməsi 04 mart 2021-ci il tarixli qərardadla iddiaçı nın mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi faktının müəyyən edilməsi məqsədilə mütəxəssis rəyinin verilməsini qərara almışdır.
12. Daşınmaz əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin 08 may 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********47, qeydiyyat tarixi xx.xx.2019-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən 4.032 ha torpaq sahəsinin Cavabdeh2 tərəfindən 0.4349 ha hissəsi zəbt edilmişdir.
13. Birinci instansiya məhkəməsi iddiaçını mülkiyyətində olan torpaq sahəsində cavabdehin hansı tikili inşa etməsini müəyyən etmək məqsədilə təkrar ekspertiza təyin etmiş, ekspertizanın aparılmasını X8 tapşırmışdır.
14. X6 30 iyul 2021-ci il tarixli 245 sayl ı ekspert rəyinə əsasən İddiaçı mülkiyyətində olan 4.32 ha torpaq sahəsinin zəbt edilmiş hissəsində Cavabdeh2 tərəfindən 595 m2 və 35 m2 tövlələr, həmçinin 52 m2 çoban evi (tikili) inşa olunmuşdur. İddiaçı tərəfindən ekspertiza xərci üçün 450 (dörd yüz əlli) manat pul ödənilmişdir.
15. Cavabdehin təkrar ekspertiza və şahidlərin məhkəməyə çağırılması barədə vəsatətlərini birinci instansiya məhkəməsi ayrıca qərardadla təmin etməmişdir.
16. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, o, torpaq sahəsini (iddiaçının mülkiyyətində olan sahə ilə qonşu olan 0,7604 ha sahəni) 10 il bundan əvvəl aldığı zaman mübahisələndirilən tikili də həmin sahədə mövcud olmuşdur. Mülkiyyətində olan 0,7604 ha torpaq sahəsi özəlləşdirilən pay torpaqları kimi 2000-ci ildə X7 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Sözügedən tikililər X7 tərəfindən 2003-2005-ci illərdə inşa edilmişdir. 2011-ci ildə alqı-satqı əsasında torpaq sahəsi (reyestr nömrəsi **********77, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011-ci il olan reyestrdən çıxarış üzrə mülkiyyətdə olan 0,7604 ha torpaq sahəsi) onun mülkiyyətinə keçdiyi vaxtda sahənin üzərində tikililər mövcud olmuşdur. Həmin tikililər 2003-2005-ci illərdə X7 tərəfindən inşa edilərkən iddiaçı bundan xəbərdar olmuşdur, çünki onlar arasında yaxın dost münasibətləri olmuşdur. 20 il müddətində həmin ərazidə qonşu torpaq sahələrinin mülkiyyətçiləri arasında heç bir mübahisə olmamışdır. Bununla təsdiq olunur ki, bütün qonşu torpaq sahibləri arasında qarşılıqlı razılaşma mövcud olmuşdur.
17. İddiaçı irəli sürdüyü məsələ (iddia predmeti) barəsin də 15 ildir ki, xəbərdar olduğunu özü də etiraf edir, əvvəlki mülkiyyətçilərin guya qorxduqları üçün etiraz etmədiklərini bildirir. Bu arqumentin absurd olduğu şübhəsizdir. Cavabdeh torpaq sahəsini alan zaman X7 və DƏDRX ərazi idarəsinin əməkdaşları tərəfindən ona torpaq sahəsinin naturada ölçüləri göstərilmiş və o, buna əsasən sahəyə sahiblik etmişdir. Bütün bunlardan isə iddiaçı və digər qonşular tam məlumatlı olmuşlar. Həmin vaxt X7 ilə iddiaçı yaxın dost olmuşlar, onlar çoxdan tanış idilər, hazırda da onların dostluq münasibətləri davam edir. Göründüyü kimi, iddiaçının guya sahədəki tikililərdən yeni xəbərdar olması barədə dedikləri tamamilə yalandır. O, Qasımov Allahverən, eləcə də o ərazidə olan torpaq mülkiyyətçiləri həmin torpaq sahələri özəlləşdirilən zamanlardan (1999-2000-ci ill ər) bəri orada baş verənlərdən hər zaman xəbərdar olmuşlar. O iddiaçının torpaq sahəsini zəbt etməmişdir.
18. Cavabdeh həmçinin tələbə iddia müddətinin tətbiq edilməsi barədə ərizə də vermişdir.
19. Şabran Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(031)-169/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı mülkiyyətinə verilmiş Dəvəçi (indiki Şabran) şəhərində yerləşən torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt olunmuş hissəsinin alınaraq İddiaçı verilməsi və Cavabdeh1 hesabına torpaq sahəsində olan tikililərin sökülməsi, Cavabdeh1 X8 ödənilmiş 450 (dörd yüz əlli) manat ekspertiza xərcinin alınıb İddiaçı verilməsi, Cavabdeh1 341.32 (üç yüz qırx bir manat 32 qəpik) ekspertiza xərcinin tutulması qət edilmişdir. (hakim Çingiz İsgəndərov)
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Şabran şəhəri ərazisində yerləşən 4.032 ha torpaq sahəsinə xx.xx.2019-ci ildə mülkiyyət hüququ əldə etmiş, bundan sonra, torpağının zəbt olunduğu ona məlum olmuşdur. İddiaçının mülkiyyətində olan 4.032 ha torpaq sahəsinin 0.4349 ha hissəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Zəbt edilmiş həmin hissədə cavabdeh tərəfindən 595 m2 və 35 m2 tövlələrdən, həmçinin 52 m2 çoban evindən (tikilidən) istifadə edilir.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9, 12.3,12.4, 48.5, 66, 68, 84.1, 111.3-ci, Mülki Məcəllənin 157.2, 178.1, 373.2, 377.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Cavabdeh apellyasi ya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə Əmlak Məsələləri Dövlət Komitəsinin, habelə ƏMDK yanında DƏDRXnin 5 saylı ərazi idarəsinin məhkəmə baxışında iştirakının zəruri hesab edilməsi barədə vəsatətlərini təmin etməmişdir. Halbuki ƏMDK yanında DƏDRX-in 5 saylı Ərazi İdarəsi cavabdehə torpaq sahəsinin yerində koordinatlarını göstərən qurumdur, bu əsasla cavabdeh həmin göstərilən sahəyə sahiblik etmişdir. Cavabdeh qəsdən həmin sahəni zəbt etməmişdir, 2011-ci ildə DƏDRX-in 5 saylı ərazi idarəsinin əməkdaşları cavabdehə mülkiyyətində olan sahəsinin ölçülərini, o cümlədən döngə nöqtələrini yerində göstərməklə təhvil vermişlər. Cavabdeh məhz buna əsasən illərdir həmin sahəyə mülkiyyət hüququ ilə sahiblik edir, eləcə də ondan istifadə edir. İddiaçı iddia ərizəsində də DƏDRX-in 5 saylı Ərazi İdarəsini də cavabdeh kimi qoymuşdur. Lakin məhkəmə prosessual qanunvericiliyi pozaraq bundan bəhs etməmiş, müəmmalı şəkildə bütün bunlara göz yummuşdür. Bütün bunlar kobud qanun pozuntularıdır; - cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə də məhkəmə qanunu düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə qətnaməsində qeyd olunur ki, “iş materialları ilə müəyyən olunur ki, İddiaçı Şabran şəhəri ərazisində yerləşən 4,032 ha torpaq sahəsinə xx.xx.2019-ci ildə mülkiyyət hüququ əldə etmişdir. Bundan sonra, torpağının zəbt olunduğu ona məlum olmuşdur.” Bu işin həqiqi halları ilə tam təkzib olunur. İddiaçı faktiki olaraq uzun illərdir ki, həmin sahəyə sahib lik edir, iddiaçı, cavabdeh və digər qonşu torpaq sahibləri 15-20 ildir ki, bir-birilərini tanıyırlar, iddiaçı və cavabdehin torpaq sahəsini aldıqları əvvəlki mülkiyyətçilər də iddiaçını yaxşı tanıyırlar, iddiaçının iddianın predmeti barədə 15-20 ildir xəbərdar olduğu hər kəsə məlumdur. Şahidlərin məhkəməyə çağırılması təmin edilməklə, habelə maraqlı şəxs DƏDRX-in 5 saylı Ərazi İdarəsinin məhkəmədə iştirakı təmin edilmiş olsaydı, bu həqiqət bir daha öz təsdiqini tapmış olardı; - digər tərəfdən məhkəmə iddia müddəti ilə bağlı tətbiq olunmalı Mülki Məcəllənin 378-ci maddəsini heç bir əsas olmadan tətbiq etməmişdir. Həmin maddəyə əsasən öhdəlikdə şəxslər dəyişilərkən iddia müddətinin hesablanması qaydası müəyyən edilir. Məhkəmə ədalətli və obyektiv araşdırmanın qarşısını almaqla (şahidlərin v ə digər şəxslərin məhkəməyə çağırılması barədə vəsatətləri təmin etməməklə, DƏDRX-in 5 saylı Ərazi İdarəsinin məhkəmədə iştirakını təmin etməməklə) iddiaçının guya torpağın zəbt olunduğundan, üzərindəki tikililərdən xx.xx.2019-cu ilədək xəbərdar olmadığını öz mülahizəsinə görə təsdiq etməyə çalışmışdır. Həqiqət ondan ibarətdir ki, iddiaçı 15 ildən artıqdır həmin ərazilərdə faktiki fəaliyyət göstərir, bütün qonşu torpaq sahiblərini, onların əvvəlki sahiblərini çox yaxşı tanıyır, özü də yerli sakin olmaqla bu ərazilərə yaxşı bələddir. Böyük fermer təsərrüfatı işlədən, fərdi sahibkar olan iddiaçının 4,32 ha torpaq sahəsini alarkən onun 1 ha-ya yaxın hissəsinin üzərində tikili olan zəbt edilmiş torpaq sahəsi olduğundan xəbərsiz olması mümkün deyildir; - əvvəlki torpaq sahibləri məhkəmədə dindi rilməmişdir. Bu barədə dəfələrlə vəsatət verilmişdir; - iş materiallarında olan 19 aprel 2017-ci il tarixli 000382 nömrəli inzibati xəta haqqında protokola əsasən cavabdeh torpaq sahəsindəki məhz hazırki məhkəmənin predmeti olan tikililərə görə torpaq sahibi kimi İXM-nin 100 və 101-ci maddələri ilə cərimə edilmişdir. Bu hal bir daha təsdiq edir ki, cavabdeh sahənin başqa mülkiyyətçiyə aid olduğundan (əgər aiddirsə) xəbərsiz olmuşdur; - torpaq kadastrı məlumatlarında, ölçmə işlərində, habelə sahənin koordinatları, döngə nöqtələrinin müəyyənləşdirilməsi zamanı bir sıra xəta və yanlışlıqlara yol verilməsi, o cümlədən torpaq sahəsinin koordinatlarının və döngə nöqtələrinin “sürüşdürülməsi” və sair kimi halların mövcud olduğuna dair məlumatlar yayılmış, bunların bir çoxunun həqiqət olduğu öz tə sdiqini tapmışdır. Bu kimi halların hazırki iş üzrə mübahisələndirilən sahə və tikililərə aid olması istisna olunmadığından bu halların obyektiv araşdırılması zərurəti ortaya çıxmışdır. Dəfələrlə vəsatət verilməsinə baxmayaraq, məhkəmə bu barədə araşdırma aparılmasına yanaşmamışdır; - iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin olunmuş, lakin ekspertiza rəyi ilə iş üzrə olduqca əhəmiyyətli hallar aydınlaşdırılmamış, ekspertiza məhdud şəkildə aparılmış, ekspert qarşısında vacib və zəruri suallar qoyulmamış, qoyulmuş sual isə yanlış şəkildə qoyulmuşdur. Belə ki, ekspertiza tədqiqatının nəticəsi kimi müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan 4,32 ha torpaq sahəsinin zəbt edilmiş 0,71 ha hissəsində Cavabdeh2 tərəfindən 595 kv.metrlik və 35 kv.metrlik tövlələr, həmçinin 52 kv.metrlik çoban evi (tikili) inşa olunmuşdur. Tikilinin Cavabdeh2, yaxud X18 tərəfindən inşa edilməsi işin müəyyənləşdirilmiş halları ilə tam təkzib olunur. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadığından iş üzrə olduqca əhəmiyyətli halları aydınlaşdırmaq mümkün olmamaqdadır; - məhkəmədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********77, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011-ci il olan çıxarışa əsasən cavabdehin mülkiyyətində olan 0,7604 ha torpaq sahəsinin üzərində hansı bina və tikililər olduğunun müəyyən edilməsi zəruri idi. Belə ki, cavabdeh həmin torpaq sahəsini əldə edərkən ekspertiza rəyində göstərilən tikililər sahənin üzərində olmuşdur. Ekspertiza rəyində qeyd edildiyi kimi, əgər tikilil ər iddiaçının mülkiyyətində olan sahədədirsə, onda cavabdehin mülkiyyətində olan 0,7604 ha torpaq sahəsi haradadır? Ekspertiza rəyi doğrudursa, yəni tikililər cavabdehə məxsus torpaq sahəsindədirsə, onda iddiaçının mülkiyyətində olan 0,7604 ha sahənin üzərində tikili olmamaqla tamamilə boş olmalı, orada 0,7604 ha boş sahə olmalıdır, lakin sözügedən ərazidə belə boş sahə yoxdur; - məhkəmə qətnaməsində həm 450 manat ekspertiza xərci, həm də 341,32 manat ekspertiza xərcinin nəyi ehtiva etdiyi də izah edilməmişdir, qətnamədə çoxsaylı digər aydın olmayan və ziddiyyətli məqamlar vardır.
24. Apellyasiya baxışında cavabdehin vəkili və nümayəndəsi 10-15 sot civarında zəbt faktının olduğunu inkar etməmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadla təkrar məhkəmə-to rpaqşünaslıq ekspertizası təyin etmiş, ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə tapşırmışdır.
26. Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2023-cü il tarixli, 10/4675 saylı ekspert rəyinə əsasən: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********847, qeydiyyat nömrəsi **********, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 4.032 ha torpaq sahəsinin 0.1593 ha hissəsi cavabdeh tərəfindən istifadə olunur; - cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsi iddiaçıya məxsus 4.032 ha torpaq sahəsinin cənu b hissəsində yerləşir. - cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsi 0.1593 ha-dır. - cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsinin üzərində cavabdehə məxsus mişar daşından inşa olunmuş ümumi tikinti altı sahəsi 141.1 m2 olan tövlə binasının 52.1 m2 hissəsi, mişar daşı və saman kərpicdən inşa olunmuş 63.6 m2 çoban evi və mişar daşından inşa olunmuş ümumi tikinti altı sahəsi 578.5 m2 olan tövlə binasının 452.5 m2 hissəsi olan tikililər mövcuddur. - iddiaçının mülkiyyətində olan 4.032 ha torpaq sahəsinin üzərində mişar daşı və saman kərpicdən inşa edilmiş ümumi tikinti altı sahələri 328.2 m2, 303.2 m2, 93.0 m2, 86.0 m2, 37.5 m2 tövlə binaları və saman-kərpicdən inşa edilmiş 53.8 m2 çoban evi mövcuddur. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrind ən verilmiş, reyestr nömrəsi **********77, qeydiyyat nömrəsi **********, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışa əsasən cavabdehin mülkiyyətində olan 0.7604 ha torpaq sahəsinin üzərində mişar daşından inşa olunmuş ümumi tikintialtı sahəsi 141.1 m2 olan tövlə binasının 89.0 m2 hissəsi, mişar daşından inşa olunmuş ümumi tikintialtı sahəsi 578.5 m2 olan tövlə binasının 126.0 m2 hissəsi, 126.5 m2 olan talvar və 64.0 m2 çoban evi mövcuddur.
27. Cavabdeh ekspert rəyinin natamam olmasını göstərməklə təkrar və əlavə ekspertiza təyin edilməsini xahiş etmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi 11 sentyabr 2023-cü il tarixli qərardadla vəsatəti təmin etməmiş, vəsatəti təmin etməməsini apellyasiya baxışı zamanı cavabdehin vəsatətləri ilə ekspertiza təyin edilməsi ilə əsaslandırmışdır.
29. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-121/2023 nömrəli iş üzrə 11 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – İddiaçı mülkiyyətinə verilmiş Dəvəçi (indiki Şabran) şəhərində yerləşən torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt olunmuş hissəsinin alınaraq İddiaçı verilməsi və Cavabdeh1 hesabına torpaq sahəsində olan tikililərin sökülməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin olunmuş, Cavabdeh1 İddiaçı məxsus 4.032 hektar torpaq sahəsinin özbaşına istifadə etdiyi 0.1593 hektar hissəsindən çıxarılması, İddiaçı məxsus 4.032 hektar torpaq sahəsində cavabdehə məxsus mişar daşından inşa olunmuş ümumi tikinti altı sahəsi 141.1 m2 olan töv lə binasının 52.1 m2 hissəsinin, mişar daşı və saman kərpicdən inşa olunmuş 63.6 m2 çoban evinin və mişar daşından inşa olunmuş ümumi tikinti altı sahəsi 578.5 m2 olan tövlə binasının 452.5 m2 hissəsi olan tikililərin onun öz vəsaiti hesabına sökülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. (hakimlər Zaur Məmmədov (sədrlik edən və məruzəçi), Almaz Süleymanova, Fuad Məmmədov)
30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının mülkiyyətində olan 4.032 ha torpaq sahəsinin 0.4349 ha hissəsinin cavabdeh tərəfindən zəbt edildiyi, zəbt edilmiş həmin hissədə cavabdeh tərəfindən 595 m2 və 35 m2 tövlələrdən, həmçinin 52 m2 çoban evindən (tikilidən) istifadə edildiyi qənaətinə g əlmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi özünün aldığı ekspert rəyinə əsasən isə müəyyən etmişdir ki, ekspertizanın keçirildiyi vaxt torpaq sahəsinin mövcud vəziyyətinə uyğun olaraq iddiaçıya məxsus 4.032 ha torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsi 0.1593 ha-dır. Həmin torpaq sahəsi iddiaçıya məxsus 4.032 ha torpaq sahəsinin cənub hissəsində yerləşir və cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsinin üzərində cavabdehə məxsus mişar daşından inşa olunmuş ümumi tikinti altı sahəsi 141.1 m2 olan tövlə binasının 52.1 m2 hissəsi, mişar daşı və saman kərpicdən inşa olunmuş 63.6 m2 çoban evi və mişar daşından inşa olunmuş ümumi tikintialtı sahəsi 578.5 m2 olan tövlə binasının 452.5 m2 hissəsi olan tikililər mövcuddur.
32. Apellyasiya instansiyası məhkəməsini n mövqeyinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Orada tikilmiş bina və qurğular maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
33. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının mülkiyyətində olan 4.032 ha torpaq sahəsinin 0.4349 ha hissəsinin cavabdeh tərəfindən zəbt edildiyini, zəbt edilmiş həmin hissədə cavabdeh tərəfindən 595 m2 və 35 m2 tövlələrdən, həmçinin 52 m2 çoban evindən (tikilidən) istifadə edildiyini qətnamədə qeyd edərək, iddia tələbini təmin etsə də, qətnamənin nəticə hissəsində torpaq sahəsinin hansı ölçüdə və hissədə zəbt olunması, tikililərin hansı hissədə iddiaçının torpağı nda yerləşməsini müəyyən etməmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə istinadən hesab etmişdir ki, cavabdeh iddiaçıya məxsus 4.032 hektar torpaq sahəsinin zəbt etdiyi 0.1593 hektar hissəsindən çıxarılmalı, iddiaçıya məxsus 4.032 ha torpaq sahəsində cavabdehə məxsus mişar daşından inşa olunmuş ümumi tikinti altı sahəsi 141.1 m2 olan tövlə binasının 52.1 m2 hissəsi, mişar daşı və saman kərpicdən inşa olunmuş 63.6 m2 çoban evi və mişar daşından inşa olunmuş ümumi tikinti altı sahəsi 578.5 m2 olan tövlə binasının 452.5 m2 hissəsi olan tikililər onun öz vəsaiti hesabına sökülməlidir.
35. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, keçirilmiş ekspertiza nəticəsində onun tərəfindən iddiaçıya məxsus torpaq sahəsindən istifadə edildiyi müəyyən edilmiş, başqa sözlə, ekspert rəyi ilə cavabdehin apellyasiya şikayətində göstərilmiş dəlilləri təkzib olunmuşdur.
36. Apellyasiya şikayətinin şahidlərin dindirilməsi, Əmlak Məsələləri Dövlət Komitəsinin, habelə ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin məhkəmə baxışında iştirakının zəruri olması, əvvəlki torpaq sahiblərinin məhkəmədə dindirilməməsi barədə dəlillərini apellyasiya instansiyası məhkəməsi əsassız hesab edərək bildirmişdir ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Təqdim edilmiş ekspert rəyi ilə cavabdeh tə rəfindən iddiaçının torpağına müdaxilə olunması, həmin torpaq sahəsində tikililərin olduğu, nəticə etibarilə mülkiyyətçinin hüququnun pozulması müəyyən edilmişdir. Apellyasiya baxışında xx.xx.2022-ci il tarixdə keçirilən baxış iclasında cavabdehin vəkili özü də 10-15 sot civarında zəbt faktı olduğunu bildirmişdir.
37. Apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi ilə bağlı dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********47 nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Şabran şəhəri ərazisində yerləşən 4.032 ha torpaq sahəsi iddiaçının adına qeydə alınmışdır. Mülki Prosessual Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.
38. Apellyasiya şikayətinin ekspertiza xərcləri ilə bağlı dəlini də qəbul etməyən apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iş materiallarına əsasən iddiaçı tərəfindən ekspert rəyi verilməsi üçün X8 450 (dörd yüz əlli) manat ekspertiza xərci ödənilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təqdim olunmuş smetaya əsasən ekspertiza xərclərinin dəyəri 341.32 manat təşkil edir. Həmçinin iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə koordinatların dəqiqləşdirilməsi üzrə mütəxəssis rəy inin verilməsi üçün 95 manat ödəniş edilmişdir. Bundan başqa, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.
39. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 6.2, 152.1, 157.2, 180.1, 180.4, 384.0.4-cü, Torpaq Məcəlləsinin 68, 84, 111-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
40. Cavabdeh (vəkil X14) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
41. Kassasiya şikayəti belə əsaslandırılıb: - apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 5.3, 152, 157.2, 180.1, 180.4, 384.0.4-cü, Torpaq Məcəlləsinin 68, 84 və 111-ci maddələrini iddianı təmin edilməsi baxımından düzg ün tətbiq etməmişdir. İşə baxan məhkəmələr iddiaçının 4,032 ha torpaq sahəsinə xx.xx.2019-ci ildə mülkiyyət hüququ əldə edənə qədər guya torpaq sahəsinin zəbt olunduğundan, üzərindəki tikililərdən xəbərdar olmadığını öz mülahizəsinə görə təsdiq etməyə çalışmışdır. Torpağa xx.xx.2019-ci ildə mülkiyyət hüququ əldə etdikdən sonra torpağının zəbt olundugunun iddiaçıya məlum olduğu hal işin həqiqi halları ilə tam təkzib olunur; - məhkəmə iddia müddəti ilə bağlı tətbiq olunmalı qanunun maddəsini – Mülki Məcəllənin 378-ci maddəsini heç bir əsas olmadan tətbiq etməmişdir; - məhkəmə Mülki Prosessual Məcəllənin 9.1, 9.3-, 76.1, 76.2, 76.3, 88, 217.1 və 217.3-cü maddələrinin tələbini pozmaqla qətnamə çıxarmışdır; - işə baxan məhkəmələr işi düzgün həll etmək üçün işin həqiqi halları barədə məhkəmə i clasında cavabdehin verdiyi izahatı və ya apellyasiya şikayətinin dəlilləri ilə əsaslandırmamış, araşdırma aparmamışdır. Dəfələrlə vəsatət verilsə də maraqlı şəxsin – Əmlak Məsələləri Dövlət Komitəsinin, DƏDRX-in 5 saylı Ərazi İdarəsinin məhkəmədə iştirakı işə baxan məhkəmələr tərəfindən təmin edilməmişdir. Hansı ki, iddiaçı da öz iddia ərizəsində DƏDRX-in 5 saylı Ərazi İdarəsini cavabdeh qismində qeyd etmişdir; - DƏDRX-in 5 saylı Ərazi İdarəsi cavabdehə torpaq sahəsinin yerində koordinatlarını göstərən qurumdur, bu əsasla cavabdeh həmin göstərilən sahəyə sahiblik etmişdir. Cavabdeh qəsdən həmin sahəni zəbt etməmişdir, 2011-ci ildə DƏDRX-in 5 saylı Ərazi İdarəsinin əməkdaşları cavabdehə mülkiyyətində olan sahənin ölçülərini, o cümlədən döngə nöqtələrini yerində göstərməklə təhvil vermişlər. Həmin qurumun iştirakı təmin olunmuş olsaydı, cavabdeh tərəfindən torpaq sahəsinin özbaşına tutulmadığı, zəbt edilmədiyi bir daha təsdiq olunardı; - bundan başqa, iddiaçı və cavabdehin aldığı torpaq sahələrinin əvvəlki mülkiyyətçiləri satdıqları torpaq sahələrini hansı ölçü və sərhəd daxilində və hansı vəziyyətdə iş üzrə iddiaçı və cavabdehə təhvil verdiklərini, həmin sahədə tikili olubolmadığını bilavasitə bilən şahidlərdir. Cavabdeh tərəfin təqdim etdiyi həmin şahidlərin və qeyd edilən hallar barədə məlumatı olan ərazi sakinlərinin məhkəməyə çağırılaraq işin həqiqi halları üzrə dindirilmələri, təkrar və əlavə ekspertiza təyin olunması barədə vəsatətləri apellyasiya instansiya məhkəməsi tərəfindən heç bir əsaslandırma olmadan təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın d əlilləri
42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Bu cür bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə
111. Azərb aycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.
2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. K assasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Kassasi ya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
44. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
45. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.
48. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mül kiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.
49. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
50. Qeyd edilən normanın tələbinə görə əmlakın qanunsuz sahiblikdən geri istənilməsi barədə iddianın təmin edilməsinin əsas şərti ondan ibarətdir ki, geri istənilən əmlak tələb edənin mülkiyyətində olmalı, həmin əmlak onun sahibliyindən çıxmalı və əmlaka sahibliyə yiyələnənin sahibliyə dair heç bir hüquqi əsası olmamalıdır.
51. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının mülkiyyətində olan 4.032 ha torpaq sahəsinin 0.4349 ha hissəsinin cavabdeh tərəfindən zəbt edildiyini, zəbt edilmiş həmin hissədə cavabdeh tərəfindən 595 m2 və 35 m2 tövlələrdən, həmçinin 52 m2 çoban evindən (tikilid ən) istifadə edildiyini müəyyən edərək, iddianı həmin hissədə təmin etmişdir.
52. Cavabdehin apellyasiya şikayəti üzrə isə apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə əsasən iddiaçıya məxsus 4.032 ha torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsinin 0.1593 ha olmasını, həmin torpaq sahəsinin iddiaçıya məxsus 4.032 ha torpaq sahəsinin cənub hissəsində yerləşməsini və cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsinin üzərində cavabdehə məxsus mişar daşından inşa olunmuş ümumi tikinti altı sahəsi 141.1 m2 olan tövlə binasının 52.1 m2 hissəsinin, mişar daşı və saman kərpicdən inşa olunmuş 63.6 m2 çoban evi və mişar daşından inşa olunmuş ümumi tikintialtı sahəsi 578.5 m2 olan tövlə binasının 452.5 m2 hissəsi olan tikililərin mövcud olmasını müəyyən edərək, cavabdehi n apellyasiya şikayətini həmin rəyə uyğun olaraq qismən təmin etmişdir.
53. İddiaçının məxsus torpaq sahəsinin 10-15 sot hissəsindən istifadə etməsini və orada kənd təsərrüfatı təyinatlı tikili yerləşməsini cavabdeh də apellyasiya baxışında qəbul etmişdir. Lakin cavabdeh iddiaya etirazının əsası və kassasiya şikayətinin dəlili kimi torpaq sahəsini alarkən həmin tikililərin orada artıq mövcud olmasına, iddiaçının bunu bilməsinə və torpaq sahəsinin ona o cür təhvil verilməsinə istinad etmişdir ki, bu dəlillər də iddianı rədd edilməsi üçün əsas olmamışdır.
54. Bu baxımdan, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 157.2-ci maddəsini düzgün tətbiq etmişdir.
55. Həmçinin apellyasiya instansiyası məhkəməsi sübu tları, o cümlədən ekspert rəyini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
56. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilini – şahidlərin dindirilməməsi, iddia müddətinin keçməsi, apellyasiya məhkəməsinin iş üzrə təkrar ekspertiza təyin etməli olduğu halda bunu etməməsi – əsassız sayır. Belə ki, əvvəla, apellyasiya instansiyası məhkəməsi şahidlərin məhkəməyə dəvət olunması barədə cavabdehin vəsatətini təmin etməyərkən, bunu iş üzrə verilmiş ekspert rəyi və cavabdehin özünün zəbt faktını qismən qəbul etməsi əsaslandırmışdır. Həmçinin iddia müddətinin keçməsi barədə dəlilə də apellyasiya instansiyası məhkəməsi mülkiyyətçinin hüquqları baxımından qiymət vermişdir.
57. Bundan əlavə, apellyasiya instansiyası məhkə məsi iş üzrə təkrar ekspertiza təyin etmiş və həmin rəyə əsasən də zəbt edilmiş edilmiş torpaq sahəsinin daha az olmasını müəyyən edərək, cavabdehin apellyasiya şikayətini qismən təmin etmişdir. Üstəlik, cavabdehin təkrar ekspertiza barədə vəsatətini də əsaslandırılmış ayrıca qərardad çıxarmaqla təmin etməmişdir.
58. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə yenidən təkrar ekspertiza təyin etməli olduğu halda bunu etməməsi barədə kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
59. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.
60. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.
61. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-121/2023 nömrəli, 11 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.