Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-242/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının Cavabdeh qarşı (X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X7 cəlb edilməklə), müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdeh Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı və Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliklərin icrası, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhmə d Abbas oğlundan ibarət tərkibdə, iddiaçı Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının Cavabdeh qarşı (X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X7 cəlb edilməklə) “öhdəliyin icra olunması” tələbinə dair, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdeh Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına və Cavabdeh qarşı “müqavilənin qismən etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4967/2024 nömrəli 18 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 15 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halla rı
1. Cavabdeh ilə X3 19 aprel 1984-cü ildə nikaha daxil olmuşlar. ünvan 1 ünvanında olan 0.57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m. ümumi, 3005.1 kv.m əsas, 462.7 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksi tam olaraq mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır.
2. QSC "xxxx" X10 Heyətinin sədri A.Nəsibovla "xxxx" MMC-nin Nizamnamə əsasında fəaliyyət göstərən direktoru Cavabdeh və X8 arasında bağlanan 19 fevral 2015ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC ümumilikdə 7.130.556,51 manat və 331.500 ABŞ dolları məbləğində pul vəsaitini hissə-hissə xx.xx.2018-ci il tarixinədək kreditora ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən, ödəniş tam başa çatdığı təqdirdə isə Bank borcalanl ara qarşı əlavə tələb irəli sürülməməsini öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.15-ci bəndinə əsasən, bu müqavilənin 1.1-ci bəndində göstərilən kredit borclarını 3 il müddətində tam və ya müqavilənin 1.13-cü bəndində göstərilən hissədə icra etmədikdə Cavabdeh mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında olan 0.57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m ümumi, 3005.1 kv.m. əsas, 462.7 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksini hər hansı bir şərt və tələb irəli sürmədən X4 və ya Bankın müəyyən etdiyi digər səxsin adına 10 gün müddətində özgəninkiləşdirməyi cavabdeh öz öhdəsinə götürmüşdür.
3. İddiaçı "xxxx" X9 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 iyun 2008-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 830.450,68 manat məbləğində əsas, 24 0.879,57 manat məbləğində faiz, 121.453,02 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə 1.192.783,27 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun tutulması, ilkin satış qiyməti 138740 manat müəyyən olunmaqla sonuncunun mülkiyyətində olan ipoteka predmetinin Qapalı hərracdan satılması, mənzilə tutma yönəldikdən və satıldıqdan sonra cavabdeh mənzili ən geci bir ay müddətində tərk etmədikdə onun mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh "xxxx" QSC-nə qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək 20 iyun 2008-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcu öhdəliyinin ləğv edilməsi, ipoteka predmeti olan mənzilin ipoteka yüklülüyündən azad olun ması, ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və 30 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3527/2019 nömrəli iş üzrə 3 iyun 2019-cu il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi “ipoteka müqaviləsinin ləğv edilməsi” hissəsində baxılmamış saxlanılmış və eyni tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi isə təmin edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11420/2019 nömrəli iş üzrə 9 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mül ki kollegiyasının 2(102)-1188/2020 nömrəli iş üzrə 24 fevral 2020-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 9 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5045/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-2416/2021 nömrəli qərarı ilə iddiaçı Ləğv prosesində olan "xxxx" QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Ba kı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5045/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı QSC "xxxx" KB (ləğv prosesindədir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 19 fevral 2015-ci il tarixli müqavilə üzrə cavabdehə məxsus olan ünvan 1 ünvanında olan 0.57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m ümumi, 3005.1 kv.m əsas, 462.7 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksinin ləğv prosesində olan QSC "xxxx" KB adına özgəninkiləşdirməsinin öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Eyni zamanda, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabd ehlər QSC "xxxx" KB (ləğv prosesindədir) və Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək QSC "xxxx" Kommersiya Bankı, "xxxx" MMC, Cavabdeh və X4 arasında bağlanmış 19 fevral 2015-ci il tarixli müqavilənin "xxxx" MMC-nin kreditor (Bank) qarşısında götürdüyü öhdəlikləri (borclar və digər öhdəlikləri) müqavilə ilə müəyyən olunmuş qaydada icra etmədiyi təqdirdə, Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanıda 0.57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m ümumi, 3005.1 kv.m əsas, 462.7 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksini 10 gün müddətində X4 və ya Bankın müəyyən etdiyi digər şəxsin adına özgəninkiləşdirməyi öz öhdəsinə götürməsinə dair 1.15-ci bəndinin etibarsız hesab olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddiaçı işin yuxarıda qeyd edi lən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlə Bank arasında dəfələrlə şifahi danışıqlar aparılmış, lakin müəyyən vədlərin verilməsinə baxmayaraq sonda heç bir müsbət nəticə əldə olunmamışdır. 19 fevral 2015-ci il tarixli müqavilənin şərtləri cavabdeh tərəfindən icra edilmədiyi üçün, müqavilənin 1.15-ci bəndinə əsasən ünvan 1 ünvanında olan 0.57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m ümumi, 3005.1 kv.m əsas, 462.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi Bankın müəyyən etdiyi digər şəxsin adına 10 gün müddətində özgəninkiləşdirilməsi əks halda məhkəməyə müraciət olunacağı barədə Bank tərəfindən cavabdehin ünvanına xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən yen ə də icra edilməmişdir.
12. Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddia ərizəsini onunla əsaslandırmışdır ki, qeyd olunan müqavilə ilə o, əvvəllər tanış olmamış, şərtləri barədə məlumatı olmayıb. Hazırkı iş üzrə gələn məhkəmə bildirişindən sonra müqavilə ilə tanış olmuşdur. Sözügedən əmlakı birgə nikah dövründə əldə etmişlər və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə həyat yoldaşının adına mülkiyyət hüqüqu ilə qeydə alınmışdır. Müqavilə həm onun razılığı olmadan, həm də notarial qaydada təsdiq edilmədən bağlanmışdır. Müqavilə bağlanarkən, xəbəri olsaydı, o, həmin bəndin müqaviləyə daxil edilməsinə razı olmazdı və hazırda da müqavilənin həmin hissəsi ilə razı deyil.
13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2261/24 saylı iş üzrə 3 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev) ilkin iddia təmin edilməmiş, üçüncü şəxsin iddiası təmin olunmuş, QSC "xxxx" Kommersiya Bankı, "xxxx" MMC, Cavabdeh və X4 arasında bağlanmış 19 fevral 2015-ci il tarixli Müqavilənin 1.15-ci bəndi – “Müqavilənin 1.1-ci bəndində göstərilən kredit borcları və Ramana MMC-nin Kreditor qarşısında olan digər öhdəlikləri bu müqavilə imzalandığı gündən 3 (üç) il müddətində tam və ya müqavilənin 1.13-cü bəndində göstərilən hissədə icra edilmədikdə Cavabdeh mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında olan 0.57311 ha torpaq sahəsində yerləşən 3467,8 kv.m ümumi, 3005.1 kv.m. əsas, 462.7 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksini hər hansı bir şərt və tələb irəli sürmədən X4 və ya kreditorun müəyyən etdiyi digər şəxsin adına 10 (on gün) müddətində ö zgəninkiləşdiməyi öz öhdəsinə götürür.” hissəsinin etibarsız hesab edilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “əmlak kompleksini hər hansı bir şərt və tələb irəli sürmədən X4 və ya Bankın müəyyən etdiyi digər səxsin adına 10 gün müddətində özgəninkiləşdirməyi cavabdeh öz öhdəsinə götürmüşdür” ifadəsi faktiki olaraq Cavabdeh iddiaçı ilə münasibətdə sözügedən daşınmaz əşya olan əmlak kompleksinə dair əşya hüquqlarının məhdudlaşdırılması anlamına gəlmişdir. Yəni, faktiki olaraq tərəflər arasında ipoteka hüququndan irəli gələn ipoteka qoyan və ipoteka saxlayan münasibətləri əmələ gəlmişdir. Lakin müqavilənin qeyd olunan şərtinə əsaslanaraq iddiaçının hazırkı tələblə çıxış etməsini məhkəmə əsaslı saymamışdır. QSC "xxxx" Kommersiya Bankı ilə Cavabdeh və X8 arasın da bağlanan 19 fevral 2015-ci il tarixli müqavilə notarial qaydada təsdiq edilməməklə yanaşı, müqavilənin 1.15-ci bəndi Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan şərtlərinə zidd bağlanmışdır. Buna görə də həmin bənd etibarlı sayılmadığından iddiaçının həmin bəndə əsaslanaraq hazırkı tələblə çıxış etməsi əsassız olmuşdur. Hazırda mübahisə predmeti olan əmlak kompleksini tərəflərin birgə nikah dövründə əldə etmələri iş materiallarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Belə olan halda isə tərəflər arasında müqavilə bağlanarkən qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Mübahisə predmeti olan əmlak kompleksi birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan, həmin əmlak kompleksi yüklü edilərkən ailə üzvlərinin razılığı alınmalı və notarial qayda da təsdiqlənməli idi. Qeyd edilən tələblərə əməl edilmədiyindən tərəflər arasında bağlanmış müqavilənin əsaslı hesab edilərək ondan irəli gələn məsələlərin həlli şübhə altına düşmüşdür. Başqa sözlə hazırki vəziyyətdə həmin müqaviləyə istinad edilib iddia tələbinin təmin edilərək Cavabdeh əmlakla bağlı hər hansı öhdəliyin qoyulması mümkünsüz olmuşdur.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 144, 225.6, 269.4, 307.1, 307.3, 307.5, 307.6, 307.7, 324, 337, 390.1, 393, 394, 425.1, 442, 448.2-ci, Ailə Məcəlləsinin 32, 33-cü, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 10.2, 10.4, 11.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 80, 81, 88, 106.1 və 119.1-ci maddələrinə istina dla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli müqavilə bir növ saziş xaraktrerli müqavilə sayılaraq "xxxx" MMC-nin bank qarşısında götürdüyü səkkiz sayda müxtəlif kredit öhdəlikləri üzrə qalıq borclarının 36 ay müddətinə qədər faiz tətbiq etmədən güzəştli şərtlər ilə hissə-hissə kreditora qaytarılması məqsədi ilə bağlanmışdır (müqavilənin 1.1-ci bəndi). Tərəflər arasında bağlanan xx.xx.2015-ci il tarixli müqavilənin predmeti "xxxx" MMC-nin nizamnamə əsasında fəaliyyət göstərən direktoru Cavabdeh QSC "xxxx" Ko mmersiya Bankı arasında bağladığı səkkiz sayda olan müxtəlif kredit müqavilələrinin və ipoteka müqavilələrinin hər hansı bəndinin müddəalarını dəyişdirmir. Bu səbəbdən də kredit müqavilələrinə əlavə dəyişikliklər edilməsinə və ya ipoteka müqaviləsinə hər hansı bir əlavə sazişin bağlanmasına zərurət olmamışdır. Bir sözlə, 19 fevral 2015-ci il tarixli müqavilənin mahiyyəti kredit müqaviləsi deyil, borc müqaviləsi xarakterli olaraq "xxxx" MMC-nin nizamnamə əsasında fəaliyyət göstərən direktoru Cavabdeh banka olan qalıq borclarının faizsiz şəkildə ona güzəşt müddəti vermək xarakteri daşımışdır.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4967/2024 nömrəli mülki iş üzrə 18 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər A.Ə. İsgəndərov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və Z.A.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmlak kompleksini hər hansı bir şərt və tələb irəli sürmədən X4 və ya Bankın müəyyən etdiyi digər səxsin adına 10 gün müddətində özgəninkiləşdirməyi cavabdehin öz öhdəsinə götürməsi faktiki olaraq Cavabdeh iddiaçı ilə münasibətdə sözügedən daşınmaz əşya olan əmlak kompleksinə dair əşya hüquqlarının məhdudlaşdırılması anlamına gəlir. Yəni, faktiki olaraq tərəflər arasında ipoteka hüququndan irəli gələn ipoteka qoyan və ipoteka saxlayan münasibətləri əmələ gəlmişdir. Lakin tərəflər öz aralarındakı bu münasibətləri ipoteka müqaviləsi ilə rəsmiləşdirməmişlər. Baxılan iş üzrə tərəflər aralarındakı ipoteka münasibətlərini düzgün rəsmiləşdirməmiş, ipoteka müqaviləsinin forma və məzmunu ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməmişlər.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri və onların birgə mülkiyyəti sayılan mübahisəli əmlak kompleksi barədə sərəncam verilərkən X2 razılığı alınmamışdır. Başqa sözlə, müqavilə bağlanarkən birgə mülkiyyət hesab olunan əmlaka sərəncam verilməsinə dair X2 yazılı razılığı alınmamışdır.
21. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 144.1, 144.2, 225.6, 269.4, 324.1, 325.5, 337.1, 337.2, 337.3, 337.5, 393, 394, 425.1, 442, 448.2-ci, Ailə Məcəlləsinin 32.1, 32.2, 33.1, 33.3, 33.4, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 10.2, 10.4, 11.1-ci ma ddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi və üçüncü şəxsin iddiasının təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 442-ci, MPM-in 88 və 218.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdeh üzərinə düşən öhdəliklərdən boyun qaçırmış, müqavilənin onun xeyrinə olan 1.16 bəndinin şərtlərini Bankdan tələb etmiş, müqavilənin şərtlərini pozduqda onun ziyanına olan yəni müqavilənin 1.1-ci bəndində göstərilən borcun icra edilmədiyi halda bank həmin müqavilənin 1.1 5-ci bəndinin tələb etdikdə cavabdeh həmin bəndin tələblərini icra etməməsi müqavilənin şərtlərinin pozulması kimi başa düşülür. İşin hallarından da göründüyü kimi, bank ilə cavabdeh arasında olan borc münasibətləri 2009-cu ildə keçirilmiş məhkəmə qərarlarında öz əksini tapmış və borcun ödənilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarları mövcud olmuşdur. Həmin müddətdən sonra Bank tərəfindən cavabdehə dəfələrlə müraciət olunmuş və borcun ödənilməsi istiqamətində danışıqlar olmuşdur. Buna baxmayaraq cavabdeh tərəfindən qanunvericilikdə nəzərdə tutulan vicdanlılıq prinsipində sadalanan hallardan heç birinə əhəmiyyət verməyərək bugünə qədər də borcu ödəməkdən yayınmışdır. Kreditor borc alana qarşı vicdanlılıq prinsipini pozmamışdır. Əksinə olaraq cavabdehlə müəyyən razılıqların əl də olunmasına dair danışıqlar aparmağa cəhd göstərmişdir. Lakin cavabdeh əksinə olaraq müqavilə üzrə şətləşdirilmiş vaxtda üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırmış və kreditor tərəfdən təklif edilən şərtləri rədd edərək müqavilənin şərtlərinin yerinə yetirilməsinə vicdanlı yanaşmamışdır. Apellyasiya instansiyası məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notari at qaydasında təsdiqlənməlidir.
26. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.
27. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
28. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
29. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan müh akimə əsasında müəyyənləşdirilməlidir.
30. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
31. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
32. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
33. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
34. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
35. Maddə
393. Əmlakın verilməsi barədə müqavilə. Tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
36. Maddə
394. Daşınmaz əşyanın özgəninkiləşdirilməsi barədə müqavilənin bağlanması qaydası. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
37. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
38. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
39. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər b ir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
40. Maddə 10.2. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
41. Maddə 10.4. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.
42. Maddə 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın r əsmi reyestrində qeydə alınmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
43. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
44. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə:
45. Maddə 32.2.1. Onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.)
46. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitalda n olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
47. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
48. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digərtərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.
49. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
55. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları a raşdırması kimi qiymətləndirilməməlidir.
60. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
62. Belə ki, apellyasiya instansiya məhkəməsi işin faktiki hallarının nəticəsi ol araq belə qənaətə gəlmişdir ki, əmlak kompleksini hər hansı bir şərt və tələb irəli sürmədən X4 və ya Bankın müəyyən etdiyi digər səxsin adına 10 gün müddətində özgəninkiləşdirməyi cavabdehin öz öhdəsinə götürməsi faktiki olaraq Cavabdeh iddiaçı ilə münasibətdə sözügedən daşınmaz əşya olan əmlak kompleksinə dair əşya hüquqlarının məhdudlaşdırılması anlamına gəlir. Yəni, faktiki olaraq tərəflər arasında ipoteka hüququndan irəli gələn ipoteka qoyan və ipoteka saxlayan münasibətləri əmələ gəlmişdir. Lakin tərəflər öz aralarındakı bu münasibətləri ipoteka müqaviləsi ilə rəsmiləşdirməmişlər. Baxılan iş üzrə tərəflər aralarındakı ipoteka münasibətlərini düzgün rəsmiləşdirməmiş, ipoteka müqaviləsinin forma və məzmunu ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməmişlər.
63. Apellyasiya instan siyası məhkəməsi daha sonra qeyd etmişdir ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri və onların birgə mülkiyyəti sayılan mübahisəli əmlak kompleksi barədə sərəncam verilərkən X2 razılığı alınmamışdır. Başqa sözlə, müqavilə bağlanarkən birgə mülkiyyət hesab olunan əmlaka sərəncam verilməsinə dair X2 yazılı razılığı alınmamışdır.
64. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında mübahisəli əmlakla bağlı bundan əvvəl ipoteka münasibətlərinin mövcud olması, baxılan iş üzrə irəli sürülmüş tələbin əsaslı olmasını şərtləndirmir. Çünki əvvəl mövcud olmuş kredit münasibətləri üzrə yeni qayda müəyyən edilərkən yaranmış yeni öhdəlik münasibətlərinə uyğun qanunvericiliklə müəyyən edilmiş həddlərdə əlavə öhdəliyin şərtlərini müəyyən etməli olmuşlar. Lakin belə şərtlərə əməl edilmədiyi işi n mübahisəsiz halıdır.
65. Məhkəmə kollegiyası kassasiya şikayətinin iş üzrə əhəmiyyətli olan faktiki halların araşdırılmamasına dair dəlillərinə hüquqi qiymət vermir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
66. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişləri icra edilmiş, yoxlanılan hissədə işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şika yətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
67. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
68. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişd irilmədən saxlanılmalıdır.
69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2024-cü il tarixli 2(103)-4967/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.