Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2422/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilmək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlunun məruzəsi ilə, Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6969/2021 nömrəli, 18 fevral 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 5 may 2022-ci il tarixd ə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları
1. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 sentyabr 2021-ci il tarixli qətnaməsi tərəflərə, o cümlədən iddiaçıya iddia ərizəsində qeyd etdiyi ünvan 1 ünvan üzrə göndərilmiş və SS754869726AZ saylı poçt xəbərnaməsinə əsasən 12 oktyabr 2021-ci il tarixdə ünvanda imza edilməklə rəsmi qaydada alınmışdır.
2. İddiaçı 21.09.2021-ci il tarixli qətnamədən ilk kassasiya şikayətini 10.12.2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə vermişdir. Qeyd edilən kassasiya şikayəti qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməməsi və formaya riayət olunmaması əsası ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 dekabr 2021-ci il tar ixli, 2(103)-6969/2021 saylı qərardadı ilə geri qaytarılmışdır.
3. İddiaçı 14.02.2022 və 17.02.2022-ci il tarixlərində yenidən 21.09.2021-ci il tarixli qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə kassasiya şikayətləri vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək mülkiyyətində olan mənzillərinin müqavilə üzrə ondan hər kv.m görə alınmış pulun mövcud vəziyyətdə mənzillərinin yaşayış sahələrinin ölçüləri düzgün olmayaraq az olduğundan yaranmış fərqin, 20.2 kv.m hər kv.m 760 manat hesablanmaqla ümumilikdə 15352 manat Cavabdeh MMC-dən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(011)-941/2021 saylı qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia tələbi təmin edilmiş, Cavabdeh MMC-dən 15352 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər: R.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və F.Talışinski) 21 sentyabr 2021-ci il tarixli, 2(103)6969/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia təmin olunmamışdır.
8. İddiaçının həmin qətnamədən verdiyi kassasiya şikayəti qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməməsi və formaya riayət olunmaması əsası ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2(103)-6969/2021 saylı qərardadı ilə geri qaytarılmışdır
9. İddiaçı qeyd olunan qətnamədən yenidən kassasiya şikayəti vermişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6969/2021 nömrəli iş üzrə 18 fevral 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2021-ci il tarixli, 2(103)-6969/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qaytarılması qərara alınmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, Bakı A pellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 sentyabr 2021-ci il tarixli qətnaməsi tərəflərə, o cümlədən iddiaçıya iddia ərizəsində qeyd etdiyi ünvan 1 ünvan üzrə göndərilmiş və SS754869726AZ saylı poçt xəbərnaməsinə əsasən 12 oktyabr 2021- ci il tarixdə ünvanda imza edilməklə rəsmi qaydada alınmışdır. Belə olan halda, qeyd olunan qətnamədən kassasiya şikayəti verilməsi üçün sonuncu gün 12 dekabr 2021ci il tarixi olmuş, iddiaçının qanunla müəyyən edilmiş prosessual müddətə riayət etməklə verdiyi ilk kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qərardadı ilə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməməsi və formaya riayət olunmaması əsası ilə qaytarılmış və bu qərardad iddiaçının vəkilinin elektron kabinetinə 16 dekabr 2021-ci il tarixdə yerlə şdirilməklə, rəsmi qaydada təqdim edilmişdir.
12. İddiaçı və vəkili tərəfindən isə qeyd olunan qüsurlar aradan qaldırıldıqdan sonra (kassatora bu barədə məlum olduğu vaxtdan təxminən iki ay keçdikdən sonra) növbəti dəfə 14 fevral 2022-ci il tarixdə yeni kassasiya şikayəti verilmiş, beləliklə 2 aylıq prosessual müddət ötürülmüş, lakin həmin müddətin bərpasına dair ərizə təqdim olunmamışdır.
13. Kolllegiya, vurğulamışdır ki, məhkəmə qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş 2 aylıq prosessual müddətin axımı həmin qətnamədən verilmiş şikayətin hər hansı səbəbdən (müddət istisna olmaqla) geri qaytarıldığı halda da davam edir. Başqa sözlə, 2 aylıq prosessual müddət mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə tam şəkildə cavab verən apellyasiya ş ikayətinin verilməsi üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, hazırkı kassasiya şikayəti qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülməklə məhkəməyə daxil olmuş, lakin şikayətə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə olunmamışdır.
14. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəllənin 130.1, 130.3, 135.5, 135.6, 405.0.1, 408.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 sentyabr 2021-ci il tarixli, 2(103)-6969/2021 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayətinin mahiyyəti üzrə baxılmasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi məhkəmə qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş 2 aylıq prosessual müddətin axımının həmin qətnamədən verilmiş şikayətinin hər hansı səbəbdən (müddət istisna olmaqla) geri qaytarıldığı halda da davam etdiyini göstərməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, MPMin 408.5-ci maddəsinə əsasən bu məcəllənin 408.1.1—408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.
17. Bundan başqa kassator qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 dekabr 202 1-ci il tarixli, 2(103)-6969/2021 saylı qərardadı iddiaçıya rəsmi qaydada verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə
19. Maddə 129.1 İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
20. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
21. Maddə 130.3 Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonr a verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
22. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
23. Maddə 135.5 Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
24. Maddə 135.6 “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
25. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır.
26. Maddə 408.5 Bu Məcəllənin 408.1.1—408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.
27. Maddə 405 Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
28. Maddə 416 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
29. MPM -in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
30. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
31. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılı r. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş 2 aylıq prosessual müddətin axımının həmin qətnamədən verilmiş şikayətinin hər hansı səbəbdən (müddət istisna olmaqla) geri qaytarıldığı halda yenidən başlamalı olması barədə kassatorun dəlilinə münasibətdə qeyd edilməlidir ki, MPM-in 408.5-ci mad dəsində həmin məcəllənin 408.1.1—408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxsin yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət etmək hüququ nəzərdə tutulsa da qanunla nəzərdə tutulmuş 2 aylıq prosessual müddətin axımının həmin qətnamədən verilmiş şikayətinin hər hansı səbəbdən (müddət istisna olmaqla) geri qaytarıldığı halda yenidən başlamalı olması göstərilməmişdir. Həmçinin qeyd edilməlidir ki, 2 aylıq prosessual müddət mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə tam şəkildə cavab verən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulduğundan, kassasiya şikayətinin mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun verilməməsi 2 aylıq prosessual müddətin axımının kəsilməsinə səbəb ola bi lməz.
34. Bundan başqa məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlili olan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2(103)-6969/2021 saylı qərardadının iddiaçıya rəsmi qaydada verilməməsi ilə bağlı qeyd edir ki, həmin qərardadın iddiaçıya iddia ərizəsində qeyd edilmiş ünvan üzrə göndərilmiş, lakin məktub ünvanın düzgün olmaması səbəbi ilə geri qaytarılmış (iş.v. 125-126) və iddiaçının vəkilinin elektron kabinetinə 16 dekabr 2021-ci il tarixdə yerləşdirilməklə, rəsmi qaydada təqdim edilmişdir.
35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddə lərini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6969/2021 nömrəli, 18 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.