Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2422/2024 29.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilidən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin özbaşına tikilidən ailə üzvləri ilə birlikdə çıxarılması və həmin tikilidən ibarət olan əmlakın iddiaçıya qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1074/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qə tnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 29 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Yasamal RPİ-nin TŞ-nin baş təhqiqatçısı X1 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 14 fevral 2015-ci il tarixli qərarı ilə toplanmış material üzrə İddiaçı barəsində cinayət işinin başlanılması rədd edilmişdir. 2. 1 saylı Bakı Ərazi İdarəsinin arxiv materiallarına əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 1 ünvanın dövlət reyestrində qeydiyyatda keçməsi barədə məlumat aşkar edilməmişdir. İddiaçı Qanlı-gölün qərb sahili massivində heç bir sənədi olmayan özbaşına tikilidə qeydiyyatsız yaşayır. 3. 22 saylı MKİS-də mövcud olan Qanlı-gölün qərb sahili adlanan ərazidə özbaş ına tikililərin siyahısında İddiaçı şərti nömrəsi 117 olan tikilisi siyahı üzrə göstərilmişdir. 4. 28.04.2011-ci il tarixdə İddiaçı ünvan 2 ünvanında yerləşən mənzilinə Smart-G-4İTRON tipli qaz sayğacı quraşdırılmış, “Azəriqaz” İB ilə İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” xx.xx.2021-ci il tarixli AKX-03186xx/xx-2021 nömrəli müqavilə bağlanmış, müqavilə üzrə “paylayıcı” adlananan “Azəriqaz” İB bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq “istehlakçı” adlanan İddiaçı (Y.Yasamal, Qanlı Göl, ev 1, mənzil 2 A) keyfiyyətli qazla təmin edilməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. 5. 0468001 00000025 saylı abonent kartına dair xx.xx.2021-ci il tarixli arayışa əsasən İddiaçı yaşadığı ünvan 3 ünvanı üzrə xx.xx.2021-ci il tarixdə 100, xx.xx.2021-ci il tarixdə 50, xx.xx.2020-ci il tarixə 100, xx.xx.2020-ci il tarixə 100, xx.xx.2020-ci il tarixə 100, xx.xx.2020-ci il tarixə 200 manat məbləğində ödəniş edilmişdir. 6. 100245000100021 saylı abonent koduna dair arayışa əsasən İddiaçı tərəfindən Y.ünvan 4 ünvanı üzrə xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 150 manat məbləğində “Zenner” smart sayğaca olan ödənişlər edilmişdir. 7. "xxxx" ASC Yasamal Rayon Sukanal idarəsi üzrə ödənişlərin siyahısına əsasən istehlakçı İddiaçı tərəfindən (abonent kodu ********************0 olan) ünvan 5 ünvanında yeləşən mənzilə göstərilmiş su təchizatı və tullantı sularının axıdılması xidmə tlərinə görə xx.xx.2015-ci il tarixdə 20, xx.xx.2019-cu il tarixdə 50, xx.xx.2021-ci il tarixdə 100 manat olmaqla, ümumilikdə 170 manat ödəniş edilmişdir.
8. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1 nömrəli “ev kirayəsi” müqaviləsinə əsasən kirayə verən şəxs (ev sahibi) X2-göl yaşayış massivinin qərb sahili, ev 2 (6 sot) ünvanda yerləşən on otaqdan bir otağı kirayəyə götürən (kirayəçi) Cavabdeh1 kirayəyə vermiş, kirayə haqqı 50 manat olmaqla, hər ay qabaqcadan ödənilməsi müəyyən edilmiş, müqavilənin müddətinin 1 il olması qeyd edilmişdir.
9. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 2 nömrəli “ev kirayəsi” müqaviləsinə əsasən kirayə verən şəxs (ev sahibi) X2-göl yaşayış massivinin qərb sahili, ev 2 (6 sot) ünvanda yerləşən evini kirayəyə g ötürən (kirayəçi) Cavabdeh1 kirayəyə verir. Kirayə haqqı 0 (sıfır) azn olmaqla, hər ay qabaqcadan ödənilir. Müqavilənin müddəti 1 ildir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 7 iyul 2015-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı “mənzildən çıxarılma, maddi və mənəvi ziyan tələbinə” dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayonu, Qanlı Gölün qərb adlanan ərazisində yerləşən, Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MİKS-i tərəfindən 117 saylı özbaşına tikili kimi İddiaçı adına qeydə alınmış tikilidən cavabdehlərin ailə üzvləri ilə birlikdə çıxarılaraq, həmin tikilidən ibarət olan əmlakı sahibi İddiaçı qaytarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1980-cı illərdə Bakı şəhəri, Yasamal rayonu, Qanlıgöl adlanan yerdə vətəndaşlar tərəfindən özbaşına evlər inşa edilərək qəsəbə salınırdı. Həmin vaxt bu məsələyə dövlət tərəfindən razılıq verilsə də, sənədləşdirmə həyata keçirilmirdi. O da başqaları kimi ailəsiylə birlikdə, 1987-1988-ci illərdə həmin Qanlıgöl adlanan ərazinin qərb sahilində özbaşına tikili inşa edib yaşamışdır. Azərbaycanda bələdiyyələr yarandıqdan sonra ərazi, o cümlədən onun istifadə etdiyi torpaq sahəsi bələdiyyənin mülkiyyətinə verilmişdir. 2012-ci ilin may ayında, hazırda cavabdeh olan Cavabdeh1 ilə kirayə müqaviləsi bağlayaraq, ailəsi ilə birlikdə yaşamaq üçü n həmin tikilini onlara bir il müddətinə kirayə vermişdir. 2013-cü ilin iyul ayında kirayə müqaviləsini yeniləyərək, yenidən bir il müddətinə bağlamışdılar. Kirayə müqaviləsinin müddəti bitdikdən sonra aralarında olan şifahi razılaşmaya görə müqavilə yeni müddətə uzadılmışdır. 2015-ci ildən başlayaraq cavabdeh kirayə pulunu verməkdən boyun qaçırmağa başlamışdır. Eyni zamanda kommunal xərcləri də ödəməyə məcbur olmuşdur. Cavabdehdən ona məxsus tikilini boşaltmağı tələb etsə də, onlar tikilini boşaltmaqdan imtina etmiş və güc tətbiq edərək onu və ailə üzvlərini əraziyə buraxmamışdırlar. 2015-ci ildə Cavabdeh2 onu şərləmək məqsədilə polisə ərizə vermiş və bildirmişdir ki, guya ona 4000 manat borca pul verib, ondan geri ala bilmir. Onun verdiyi şikayət üzrə təhqiqat aparılmış və tələbinin yala n olması müəyyən edilmişdir. Təqribən 2019-cu ildən tikilinin yerləşdiyi ərazinin torpaqları bələdiyyə tərəfindən Abşeron MMC-yə özgəninkiləşdirilmiş və həmin torpaq sahəsi Abşeron MTK-nın mülkiyyəti kimi dövlət reyestrində qeydə alınmışdır. Bundan sonra yeni torpaq mülkiyyətçisi Abşeron MTK ərazinin boşaldılmasını və tikilinin öz hesabına sökülüb götürülməsini ondan tələb etmişdir. O isə tikilidə istifadə etdiyi inşaat materiallarını (kubik daşı, taxta materialı, dam örtüyü və s.) söküb aparmaq istəsə də, cavabdehlər tikilini boşaltmamış və güc tətbiq edərək sökməyinə imkan verməmişlər.
13. Cavabdehlərin nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixli iddia müddətinin tətbiqi barədə ərizə verərək qeyd etmişdir ki, iddia müddəti ötürülmüşdür. İddiaçı ilə cavabdeh arasında mənzilin boşaldılm ası ilə əlaqədar mübahisə 2015-ci ildə başlamış, iddiaçı bununla əlaqədar Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, iddiası baxılmamış saxlanılmış, həmin vaxtdan həmin tələblə əlaqədar cavabdehə heç bir müraciət ünvanlanmamışdır. İddiaçı 8 il müddətində qeyd olunan tələblə əlaqədar cavabdehə müraciət etməmişdir. Qeyd olunanları və iddia müddətinin ötürülməsini əsas tutaraq, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasında mütəxəssis qismində iştirak etmiş Yasamal rayon MKTB-nin 22 saylı MKİS-nin nümayəndəsi X3 bildirmişdir ki, hazırkı ünvan siyahıda İddiaçı məxsusdur. Tərəfindən imzalanmış 162 saylı ölçü aktını da təsdiq edərək bildirmişdir ki, 2 köməkçi sahə, mətbəx, dəhliz, hamam, tualet, 2 otaq və tövlə mövcuddur. Eyni zamanda tərti b etdikləri aktda da qeyd olunduğu kimi, əlavə tikinti aparılarsa qeydiyyata alınmır. 15. 2 noyabr 2023-cü il saylı yerində müayinə protokoluna əsasən 2 noyabr 2023-cü il tarixdə saat 12:00-da Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün qərb sahili, Yasamal rayonu İcra hakimiyyəti MKTB-nin 22 saylı MİKS- tərəfindən 117 saylı özbaşına tikili kimi qeydə alınan ünvana yerində müayinə keçirilən zaman müəyyən olunmuşdur ki, ünvanda 2 yaşayış otağı, dəhliz, mətbəx, hamam, tualet üçün istifadə olunan otaq mövcuddur. Eyni zamanda Yasamal rayon MKTB-nin 22 saylı MKİS-nin nümayəndəsi X3 bildirmişdir ki, hazırkı ünvan siyahıda İddiaçı məxsusdur. Tərəfindən imzalanmış 162 saylı ölçü aktını da təsdiq edir, bildirir ki, 2 köməkçi sahə, mətbəx, dəhliz, hamam, tualet, 2 otaq və tövlə mövcuddur. Eyni zamand a tərtib etdikləri aktda da qeyd olunduğu kimi, əlavə tikinti aparılarsa qeydiyyata alınmır.
16. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3539/2023 nömrəli, 2 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl yaşayış massivinin qərb sahilində yerləşən 117 saylı fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir.
17. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı sözügedən ərazidə özbaşına tikili inşa etdirmiş, həmin tikili Yasamal rayonu İcra hakimiyyəti MKTB-nin 22 saylı MİKS tərəfindən 117 saylı özbaşına tikili kimi qeydə alınmışdır. O, Cavabdeh1 ilə xx.xx.2012-ci il tar ixdə 1 il müddətinə kirayə müqaviləsi bağlayaraq həmin fərdi yaşayış evini cavabdehlərin istifadəsinə vermişdir. Daha sonra xx.xx.2013-cü il tarixdə tərəflər arasında təkrarən kirayə müqaviləsi bağlanmışdır. İddiaçı cavabdehə mülkiyyətində olan fərdi yaşayış evindən çıxması, evin boşaldılması ilə bağlı dəfələrlə müraciət etməyinə baxmayaraq, cavabdehlər onun mülkiyyətindən çıxmaqdan imtina etmişlər.
18. Məhkəmə hesab etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir. Cavabdehlər mübahisəli evi iddiaçının satdığını bəyan etsə də, bu, onların əsaslı olduğuna dəlalət etmir. Çünki, iş materiallarında olan sənədlərlə qeyd olunan evin (özbaşına tikilinin) id diaçıya məxsus olduğu təsdiq edilmişdir. Cavabdehlərin qeyd olunan evə dair heç bir hüquqları yoxdur. Mübahisəli evə iddiaçının mülkiyyət hüququ qeydə alınmasa da, mülkiyyətçi hüquqları əmlaka sahiblik edən şəxs kimi ona da mənsubdur. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları isə istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1-152.3, 152.7, 157.8, 158.1.2, 158.4, 178.1, 180.1, 180.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və X4 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin yer kirayəyə götürülərkən qeyd olunan tikili 1 otaqdan ibarət olmuşdur. Qətnamədə qeyd olunan digər 9 otaq cavabdeh tərəfindən inşa olunmuşdur. Cavabdehlər hal-hazırda ailə üzvlərilə birlikdə özləri tərəfindən inşa olunmuş otaqlarda yaşayır. Bu halı təsdiq etmək üçün məhkəməyə şahidlər dəvət edilsə də, həmin şahidlər məhkəmə tərəfindən qəbul edilməmiş və izahatları alınmamışdır. Həmin şahidlər qeyd olunan 9 otağın inşasında fəhlə və usta kimi iştirak etmişlər, onlar cavabdehlə qonşudurlar, bütün görülən işlər onların gözləri qarşısında hə yata keçirilmişdir. xx.xx.2013-cü il tarixli 2 nömrəli evin kirayə müqaviləsindən görünür ki, (sübuta ehtiyacı olmayan hal) müqavilə kirayə haqqı ödənilmədən bağlanmışdır. Kirayəçi ilə 2013-cü ildə aralarında olan razılaşmaya əsasən İddiaçı 4000 manat pul ödəmiş, qalan 6000 manat məbləği isə gələcəkdə ödəməyi öhdəsinə götürmüşdür. Qətnamədə qeyd olunan Yasamal RPİ-nin TŞ-nin baş tədqiqatçsı X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 fevral 2015-ci il tarixli qərarından görünür ki, cinayət işinin başlanması rədd edilmiş, lakin izahat verən şahidlər onların İddiaçı 4000 manat pul verdiklərini təsdiq etmişlər. Qeyd olunanlardan da görünür ki, kirayəçi İddiaçı onlara qarşı mənzildən çıxarılma ilə əlaqədar heç bir göstəriş verməmişdir. Ona görə də onlar qeyd olunan ərazidə yerl əşən qanunsuz tikilinin otaqlarını artırmış, yeni otaqlar əlavə edərək yaşamışlar. Qətnamədə daha sonra göstərilmişdir ki, məhkəmə iclasında mütəxəsis qismində iştirak edən ünvan 6 ünvanda iki köməkçi sahə, mətbəx, dəhliz, hamam, tualet, iki otaq mövcuddur. Eyni zamanda tərtib etdikləri aktda da qeyd olunduğu kimi əlavə tikinti qeydə alınmamışdır. Onlar İddiaçı bir otaq kirayəyə götürmüşlər, digər otaqlar isə aralarında qanunsuz tikilinin cavabdehlərə satılması ilə əlaqədar razılaşma olduğuna görə orada əlavə otaqlar inşa etmişlər. Hal-hazırda MKSİ-n nümayəndəsinin qeyd etdiyi kimi iki otaq yox, həmin yerdə inşa etdiyikləri 4 otaq mövcuddur. Bundan başqa, iddia müddətinin tətbiqi ilə əlaqədar vəsatətə məhkəmə tərəfindən heç bir münasibət bildirilməmiş, qətnamədə yalnız belə bir vəsatət ver dildiyi qeyd olunmuşdur. Əslində isə iddia müddəti ötmüşdür. Həmçinin cavabdehlər məhkəməyə özündə tikintinin onlara satılmasını təsdiq edən disk təqdim etmələrinə baxmayaraq, məhkəmə həmin diskə baxış keçirməmiş, məhkəmənin özü tərəfindən də diskə baxılmamış və bu barədə qətnamədə heç bir qeyd aparılmamışdır. Əgər həmin diskə baxılardısa, iddiaçının qanunsuz tikilini onlara satdığı və onun uzun müddət həmin tikiliyə gəlmədiyi və mübahisəli ərazidə inşa olunan tikililərin onların tərəfindən həyata keçirildiyi aydın görünə bilərdi. Hazırkı İddiaçı onların həmin torpaq sahəsində yerləşən qeyri-qanuni tikilini boşaltmağı tələb etməyə subyektiv hüququ yoxdur. İddiaçı 2010-cu ildən mübahisəli tikilini onların istifadələrinə verərək oradan çıxıb getmişdir. 13 ildən artıqdır ki, tikili onların sa hibliyindədir.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1074/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışınski) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə onu qeyd etmişdir ki, iş materiallarında olan sənədlərlə qeyd olunan evin (özbaşına tikilinin) iddiaçıya məxsus olduğu təsdiq edilmişdir. Cavabdehlərin qeyd olunan evə dair heç bir hüquqları yoxdur.
24. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, cavabdeh tərəf mübahisəli mənzilin alğı-satqısı ilə bağlı tərəflərin razılaşmasının olduğunu bildirsə də, bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Təqdim edilmiş müqavilə isə kirayə münasibətləri ilə bağlı olmuşdur.
25. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Odur ki, mübahisələndirilən daşınmaz əmlak özbaşına tikili olduğundan onun faktiki sahibi tərəfindən özgəninkiləşdirilməsi də mümkün deyildir. Bu hal da cavabdehin mübahisələndirilən tikilinin cavabdeh tərəfindən alğı-satqı yolu ilə əldə edilməsinə münasibətdə tət biq olunmaqla, şikayətin dəlillərinin əsassız olmasını göstərir.
26. Apellyasiya şikayətinin mübahisələndirilən əmlakın bir otaqdan ibarət olması, daha sonra cavabdehlər tərəfindən əlavə 9 otağın tikilməsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
27. Apellyasiya şikayətinin şahidlərin dinlənilməsi barədə vəsatətin təmin olunmaması dəlilinə dair məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəf şifahi vəsatətlə şahidlərin dindirilməsini tələb etsə də, şifahi vəsatətdə şahidlərin izahatlarının mübahisənin həllinə təsirinin nədə ifadə olmasını əsaslandıra bilməmiş, bu səbəblə birinci instansiya m əhkəməsi haqlı olaraq şahidlərin məhkəmə iclasında dindirilməsini zəruri hesab etməmişdir.
28. Məhkəmə kollegiyasının qənaətinə görə, cavabdehlər iddiaçıya məxsus mübahisəli yaşayış evində hər hansı bir qanuni və müqavilə əsası olmadan yaşadığından, iddiaçı mənzilin boşaldılmasını və cavabdehlərin həmin mənzildən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur.
29. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehlər mübahisəli fərdi yaşayış evindən çıxarılmalı və fərdi yaşayış evi boşaldılaraq iddiaçıya təhvil verilməlidir.
30. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 139.1, 152.1, 152.1, 152.3, 152.7, 157.8, 158.1.2, 178.1, 180.1, 180.2-ci maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və X4 ha qqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.
33. Cavabdeh şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4, 136.1, 152.2, 152.3, 152.4, 373.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitus iyası
35. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
37. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
38. Maddə 152.1. Mülkiy yət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
39. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
40. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
41. Maddə 152.7.İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyə nləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər.
42. Maddə 157.8. Mlkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
43. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüquqları sayılır: 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
44. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
45. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
46. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolu
47. Maddə
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiy yətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik ed ilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
57. Məhk əmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
59. Cavabdeh1 kassasiya şikayətinin işin faktiki hal larının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
60. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
61. Yuxarıda gö stərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2024-cü il tarixli 2(103)1074/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.