Məhkəmə qərarları › İş №2(102)-2423/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2423/2022

23.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2423/2022 23.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11897/2021 nömrəli iş üzrə 22 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qayda sında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. "xxxx" Mənzil-Tikinti Kooperativi (MTK) ilə X7 (bundan sonra - cavabdeh) arasında Kooperativ mənzil tikintisi haqqında xx.xx.2019-cu il tarixli 122 saylı müqavilə imzalanmış, müqavilənin predmetini satıcıya ayrılmış payçıların vəsaiti hesabına inşa edilmiş yaşayış binasının 122 saylı mənzili təşkil etmişdir. 2. "xxxx" MTK-ya məxsus mənzilin pay dəyəri cavabdeh tərəfindən tam ödənilmişdir.

3. Cavabdehin xx.xx.2020-ci il tarixli notariat qaydada təsdiq olunmuş ərizəsində qeyd olunmuşdur ki, o, "xxxx" MTK tərəfindən inşa edilən Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küşəsi, 2942 “d” ünvanında inşa edilmiş yaşayış binasının 2-ci giriş 2-ci mərtəbəsində yerləşən 4 otaqlı 122 saylı mənzildən və mənzilə dair paydan imtina edir, həmi n mənzilə dair "xxxx" MTK ilə bağladığı xx.xx.2019-cu il tarixli 122 saylı müqavilənin pozulması ilə əlaqədar qanunvericiliyə və "xxxx" MTK-nın nizamnaməsinə uyğun tədbir görməsini xahiş edir, həmin mənzilə dair müqavilə pozulduqdan sonra mənzilin digər şəxsin adına rəsmiləşməsinə heç bir etirazı yoxdur və bununla bağlı iddia və tələb irəli sürmür.

4. Sonradan mənzil MTK tərəfindən X1 adına sənədləşdirilmiş və daşınmaz əmlakın dövlət reyestrində ünvan 2, ev 59B, 122 saylı mənzil (yeni qaydalarla: AZ 1016, Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi, 663, M2, m2 (bundan sonra – mübahisəli mənzil) kimi daşınmaz əmlakın dövlət reyestrində onun adına mülkiyyət hüququ ilə qeydə alınmışdır.

5. X2 ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın alqı- satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, X2 mübahisəli mənzili bütünlüklə iddiaçının mülkiyyətinə vermiş, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi, mənzili alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Mənzil daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə xx.xx.2020-ci il tarixdən iddiaçının adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə və Cavabdeh2 (bundan sonra – ikinci cavabdeh) qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil üzrə müqavi lə əvvəl cavabdehin adına tərtib olunmuş, daha sonra alqı-satqı müqaviləsi əsasında onun tərəfindən əldə edilmişdir, xeyli müddət keçməsinə baxmayaraq cavabdehlərdən mənzilin təhvil verilərək boşaldılmasını xahiş etsə də, cavabdeh bundan imtina etmişdir, cavabdehin heç bir əsas olmadan ona məxsus mənzildə yaşaması onun mənzilə olan mülkiyyət hüquqlarını məhdudlaşdırır.

8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(011)-3401/2021 nömrəli iş üzrə 27 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Əliyev) iddia tələbi təmin edilərək, cavabdehlərin mübahisəli mənzildən çıxarılmaları qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlərin hazırkı vəziyyətdə iddiaçıya (mülkiyyətçiyə) məxsus yaşayış sahəsindən istifadə etməsi hər han sı hüquqi əsasa söykənməməklə, sonuncunun daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. İddiaçının mənzilə mülkiyyət hüququ mövcuddur və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlər mənzilin keçmiş sakinləridir və hazırda qeydiyyatsız olaraq orada yaşayırlar, iddiaçı mənzil üzərində mülkiyyət hüququ əldə etsə də, cavabdehlərin mənzildə yaşaması səbəbindən oradan istifadə edə bilmir. Cavabdehlərin mənzildən çıxarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır.

10. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 146.1, 146.2, 152.1, 157.2, 178.1-ci maddələrinə istinadla əsaslandırmışdır. 1

1. Cvabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MTK ilə bağlanmış Kooperativ mənzil tikintisi haqqında xx.xx.2019-cu il tarixli müqavilə ilə ünvan 2 ünvanında yerləşən payçıların vəsaiti hesabına inşa edilmiş yaşayış binasının 122 saylı mənzilini almış, MTK-ya hər hansı borcu olmamış, mənzilin dəyəri tam ödənilmişdir. Mənzilə olan payı aldıqdan sonra ölkədə baş vermiş pandemiya şəraitində yaranmış iqtisadi çətinliklə əlaqədar mənzili formal olaraq 51.000 ABŞ dolları borcun müqabilində X1 adına sənədləşdirmiş, aralarında olan razılaşmaya görə borcu qaytardıqdan sonra Dəyanət Əmrahov həmin mənzilə dair əvvəlki vəziyyəti bərpa edəcəyi barədə öz üzərinə öhdəlik gö türmüşdür. X6 mənzilin faktiki payçısı (sahibi) cavabdehin xəbəri olmadan mənzilə dair iddiaçı ilə müqavilə bağlamışdır. Dəyanət Əmrahov mənzilə dair pay hüququnu əldə etdiyi dövrdən hazırkı dövrə qədər həmin mənzildə cavabdehlər yaşayır və hazırkı iddia qaldırılan ana qədər Dəyanət Əmrahov tərəfindən cavabdehlərin mənzildən çıxarılmasına dair hər hansı iddia qaldırılmamışdır ki, bu hal da, özlüyündə həqiqətən tərəflər arasında mövcud borca görə mənzilə dair formal borc müqaviləsinin bağlanması halını tam şəkildə göstərir. Eyni zamanda, Dəyanət Əmrahova ödənilən borcun məbləği hazırda iddiaçıya ödənilməkdədir. Məhkəmənin diqqətindən yayındırılan işin faktiki halı ondan ibarətdir ki, qeyd edilən alqı-satqı müqaviləsinin bağlanmasına səbəb X4 Sadiqov arasında bağlanmış borc müqaviləsi olmuşd ur və cavabdeh hazırkı ana qədər 51.000 ABŞ dolları məbləğində pulu qaytarır. Cavabdehlə iddiaçı arasında bağlanmış müqavilə digər əqdi pərdələmək məqsədilə bağlanmış yalan əqddir ki, bu əqd də bağlandığı andan etibarsızdır.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-11897/2021 nömrəli iş üzrə 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və a pellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamış, heç bir sübut təqdim olunmamışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti və əsaslandırması ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi işin bu faktiki halını nəzərə almamışdır. Cavabdehlə iddiaçı arasında bağlanmış müqavilə digər əqdi pərdəl əmək məqsədi ilə bağlanan əqddir və əhəmiyyətsizdir.

18. Kassasiya şikayətində Mülki Məcəllənin 340.2, 417.1.4, 418.1, 418.2, 418.3-cü, MPM-in 217.3-cü maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri

20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

23. Mülki Məcəllə Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sə rəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

24. MPM Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnı z məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kas

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının və yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını əsaslandırmamışdır.

27. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması i lə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

28. Məhkəmə kollegiyası nəzərə alır ki, baxılan iş üzrə iddiaçının tələbi əqdə deyil, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüquqlarına əsaslanır. Həmin qeyd hal-hazırda da qüvvədədir və mübahisələndirilməmişdir.

29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11897/2021 nömr əli iş üzrə 22 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar