Məhkəmə qərarları › İş №2(102)-2424/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2424/2023

13.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2424/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: reqres qaydada pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı reqres qaydada pul tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-157/2023 nömrəli, 1 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC-nin Şəki rayon filialı (bundan sonra – Bank) ilə Cavabdeh arasında bağlanmış 16 mart 2019-cu il tarixli, 170GTKR0209549AA nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh 36 ay müddətinə illik faiz dərəcəsi 26,9% olmaqla 7000 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı kimi Bank ilə İddiaçı arasında 16 mart 2019-cu il tarixli, Z-170GTKR0209549AA nömrəli zaminlik müqaviləsi bağlanmış, zamin İddiaçı Cavabdeh Bank qarşısındakı kredit öhdəliklərinin icrasında məsuliyyəti öz üzərinə götürmüşdür.

3. Bank ilə İddiaçı arasında 17 avqust 2019-cu il tarixli, BBLK0988321A170 nömrəli kredit kartına dair müqavilə bağlanmış, həmin müqavilə əsasında Bank tərəfindən müştəriyə kart təqdim edilmişdir.

4. Bank tərəfindən 2 mart 2022 -ci il tarixdə verilmiş hesabdan çıxarışlara əsasən müştəri Cavabdeh Banka olan kredit borcundan İddiaçı tərəfindən 27 avqust 2020-ci il tarixdə 1329,32 manat və 4705,40 manat məbləğlər Banka ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin kredit borcuna görə ödədiyi 9659,96 manat pulun reqres qaydada və iddia tələbi üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, Şəki şəhərində yerləşən N saylı hərbi hissədə işlədiyi müddətdə iş yoldaşı olan cav abdehin Bankdan aldığı kreditə zamin durmuşdur. Belə ki, cavabdeh ona pula ehtiyacının olduğunu, Bankdan istədiyi məbləğdə kreditin verilmədiyi nəzərə alınaraq ona zamin durmasını xahiş etmişdir. O da buna etiraz etməmiş və cavabdehə zamin durmuşdur. Cavabdehin eyni zamanda kart krediti də olmuşdur. Daha sonra onun özünün pula ehtiyacı yarandığından 14 noyabr 2019-cu il tarixdə Bankdan 8000 manat kredit götürmüşdür. Bir neçə ay keçəndən sonra cavabdehi işdən çıxartdıqlarından sonuncu Banka olan borcunu ödəməmişdir. O, cavabdehə zamin durduğundan Bank 27 aprel 2020ci il tarixdən onun əmək haqqından tutmalara başlamışdır. Belə ki, onun əmək haqqından cavabdehin borcuna görə 27 aprel 2020-ci il tarixdə 0,23 manat, 30 aprel 2020-ci il tarixdə 100 manat, 14 may 2020-ci il tarixdə 743,90 manat, 19 iyun 2020-ci il tarixdə 608,29 manat, 21 iyul 2020-ci il tarixdə 971,30 manat tutmalar aparılmışdır. Onun əmək haqqının demək olar ki, 90% tutulduğundan ayın axırında onun kartında heç bir vəsait qalmamışdır. Bütün ayı işləməsinə baxmayaraq ayın axırında əmək haqqı ala bilmədiyindən demək olar ki, heç bir işini görə və dolanışığını qarşılaya bilməmişdir. Əmək haqqının çox hissəsi tutulduğundan bezmiş və Banka gedib məsələni yoluna qoymağa çalışmışdır. Məcburiyyət qarşısında qalıb Bank ilə 27 avqust 2020-ci il tarixdə kredit müqaviləsi imzalamış və 14514.14 manat pul götürüb, cavabdehin Banka qalan qalıq borcundan 7232,24 manatını nəğd olaraq kassaya ödəmiş, ödəniş qəbzlərinə özü imza etmişdir. Kassa ona 3 ədəd ödəniş qəbzi vermiş, həmin qəbzlərdə üst hissədə onun adı, lakin qəbzlərin öd əniş təyinatı hissəsində cavabdehin adının yerinə cavabdehin hesab nömrələri qeyd edilmişdir. Belə ki, onun 3 ədəd ayrı-ayrı qəbzlərlə ödədiyi 4705,4 manat, 1197,52 manat və 1329,32 manat məbləğlər cavabdehin borcunun ödənilməsinə yönələn məbləğlər olmuşdur. Onun cavabdehə zamin durduğu müddətdə, yəni 27 aprel 2020-ci il tarixdən 21 iyul 2020-ci il tarixədək onun əmək haqqından cavabdehin borcuna görə 2423,72 manat pul tutulmuş, daha sonra 27 avqust 2020-ci il tarixdə o, cavabdehin əvəzindən nəğd olaraq 7323,24 manat olmaqla, ümumilikdə 9659,96 manat pul ödəmişdir. O, bir neçə dəfə cavabdehlə əlaqə saxlayıb pulun qaytarılmasını tələb etməsinə baxmayaraq, cavabdeh borcun ödənişindən yayınmışdır.

7. Cavabdeh izahatında göstərmişdir ki, o, həqiqətən də əvvəllər iddiaçı ilə birlikdə Şəki şəh ərində yerləşən N saylı hərbi hissədə işləmişdir. İddiaçı ilə bir yerdə işlədikləri dövrdə, yəni 2019-cu ilin əvvəllərində o, Bankdan 7000 manat kredit götürmüş, iddiaçı da ona zamin durmuşdur. Həmin tarixdə onunla Bank arasında kart krediti ilə də bağlı müqavilə imzalanmışdır. 24 oktyabr 2019-cu il tarixdə o, Şəki şəhərində yerləşən N saylı hərbi hissədən ehtiyata buraxılmışdır. İşdən azad edildiyi tarixədək o, Bankdan götürdüyü, iddiaçının da zamin durduğu kredit müqaviləsi üzrə hər ay 350 manat olmaqla kredit borcundan ödənişlər etmişdir. O, işdən azad edildikdən sonra iddiaçı ilə Banka olan kredit borcunun iddiaçının əmək haqqından tutulmasını, onun tərəfindən isə iddiaçının əmək haqqından tutulan məbləğlərin ödəniş terminalı vasitəsi ilə iddiaçıya göndərilməsini razılaşdırmışdır. O, b u minvalla 7-8 ay müddətində iddiaçının əmək haqqı kartına ödəniş terminalı vasitəsi ilə razılaşdırdıqları məbləği ödəmişdir. Bundan sonra iddiaçı onun tərəfindən aparılan ödənişlərin özünün deyil, qayınatasının kartına yüklənməsini təklif etmişdir. O da 7-8 ay ərzində iddiaçı ilə razılaşdırdıqları həmin məbləği iddiaçının qayınatasının kartına ödəmişdir. Bundan sonra iddiaçı onunla telefon əlaqəsi saxlayaraq həmin məbləğlərin onun gizir yoldaşının kartına ödənilməsini təklif etmişdir. O da buna etiraz etmədən 2 ay müddətində iddiaçının gizir yoldaşının əmək haqqı kartına hər ay 350 manat olmaqla pul məbləğlərini ödəmişdir. Nəhayət 2021-ci ilin fevral ayında onun iddiaçıya 4800 manat borcu qalmışdır. Həmin vaxt o, iddiaçı ilə telefonla danışaraq iddiaçıya olan qalıq borcunun ona məxsus “Me rcedes” markalı avtomaşının iddiaçıya verilməsi yolu ilə bağlanmasına razılaşmışlar. Belə ki, o, bu məqsədlə özünə məxsus “Mercedes 190” markalı avtomaşını 4800 manat borc əvəzi iddiaçıya təqdim etməsi üçün iddiaçının əmisi oğlu Şəhadətə vermişdir. Həmçinin bu məqsədlə notariatda Şəhadətə baş etibarnamə də vermişdir. Şəhadət də ondan qəbul etdiyi avtomaşını iddiaçıya təhvil vermişdir. İddiaçı 2021-ci ilin oktyabr ayında ona zəng vurmuşdur ki, onun daha ona heç bir borcu qalmamışdır. İddiaçının iddia ərizəsində göstərdiyi və iddia ərizəsinə 27 avqust 2020-ci il tarixli qəbzlərini əlavə etdiyi 4705,40 manat, 1329,32 manat məbləğləri iddiaçı nağd olaraq onun Bankdan götürdüyü kredit məbləği ilə bağlı onun əvəzindən Banka ödəmişdir. Həmçinin iddiaçının iddia ərizəsində göstərdiyi və iddia əriz əsinə əlavə etdiyi ödəniş kartı üzrə çıxarışda qeyd edilən 27 aprel 2020-ci il tarixdə 0,23 manat, 30 aprel 2020-ci il tarixdə 100 manat, 14 may 2020-ci il tarixdə 743,90 manat, 19 iyun 2020-ci il tarixdə 608,29 manat, 21 iyul 2020-ci il tarixdə 971,30 manat tutulmalar iddiaçının əmək haqqından məhz onun Bankdan götürdüyü kreditin ödənilməsi üçün tutulmuşdur. Lakin iddiaçının iddia ərizəsində qeyd etdiyi, həmçinin bununla bağlı iddia ərizəsinə qəbzini əlavə etdiyi 1197,52 manat məbləğ iddiaçı tərəfindən onun borcuna görə ödənilməmiş və həmin 1197,52 manat məbləğin onun kredit borcu ilə heç bir əlaqəsi olmamışdır. O, əslində iddiaçıya olan borcunu ödəniş terminalları vasitəsi ilə iddiaçının özünün və iddiaçının dediyi digər şəxslərin kartlarına ödəmiş, həmçinin borcun bir hissəsinin əvəzi o laraq iddiaçıya avtomaşın vermişdir. Lakin ödənişlər Bank vasitəsi ilə aparılmadığından iddiaçının onun əvəzindən ödədiyi borcun iddiaçıya qaytarılmasına dair zəruri sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddianı qəbul etməyərək, təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. Şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, onun iddiaçı ilə qohumluq münasibətləri var. Belə ki, onun atası ilə iddiaçının atası dayıoğlu-bibioğludurlar. Cavabdeh ilə isə qohumluq münasibətləri yoxdur. Həmçinin iddiaçı və cavabdeh ilə aralarında heç bir ədavəti olmamış, onlarla arasında normal münasibətləri olmuşdur. 2020-ci ilin yay aylarında iddiaçı onunla telefonla danışaraq ona Beyləqan rayonuna gedib, Vüsal adlı şəxsdən avtomaşına dair etibarnamə götürməsini təklif etmişdir. O da etiraz etmədən Beyləqan rayonuna getmiş, orada Vüsal adlı şəxs ona avtomaşın üçün baş etibarnamə vermişdir. Həmçinin telefon danışığında iddiaçı ona Vüsal tərəfindən etibarnamə verilmiş “Mercedes 190” markalı avtomaşını Lənkəran rayonundan götürməli olduğunu demişdir. O, buna da etiraz etməmiş, Lənkəran rayonuna gedərək cavabdehdən “Mercedes 190” markalı avtomaşını götürüb, gətirib iddiaçının atasının yaşadığı evin həyətində saxlamışdır. İddiaçı ona demişdir ki, cavabdeh ilə aralarında kredit söhbəti olduğundan cavabdeh həmin avtomaşını ona vermişdir. Ancaq cavabdeh tərəfindən avtomaşının hansı məbləğdə kredit borcunun müqabilində iddiaçıya verilməsindən, avtomobilin dəyərindən onun məlumatı olmamışdır. O, avtomaşını iddiaçının atasının həyətində saxladıqdan bir neçə gün sonra iddiaçı atası evinə gəlmiş və o, iddiaçıya həmin avtomaşına dair baş etibarnamə vermişdir. İddiaçı da maşını evakuatorla atası evindən aparıb, təmir etdirmiş və satmışdır. 2022-ci ilin əvvəllərində o, iddiaçı ilə danışığında bu maşın söhbətinin nə məsələ olduğunu soruşmuşdur. İddiaçı da ona cavabdehin maşından əlavə də ona borcunun qaldığını bildirmişdir. Onun həmin avtomaşının neçəyə satılmasından məlumatı olmamışdır. Cavabdehdən götürüb, iddiaçının atası evinə gətirdiyi “Mercedes 190” markalı avtomaşının iddiaçı tərəfindən qəbul edilməsindən sonra iddiaçının cavabdeh tərəfindən ona olan borcun tam şəkildə ödənilib-ödənilməməsi kimi fikirləri işlədib-işlətməməsi hazırda xatirində olmamışdır.

9. Məhkəmə sorğusuna cavab olaraq Bankın 8 aprel 2022-ci il tarixli 79 nömrəli məktubuna əsa sən İddiaçı tərəfindən Bankın Şuşa filialına 27 avqust 2020-ci il tarixdə ödənilmiş 1197,52 manat məbləğ BBLK0988321A170 nömrəli kredit müqaviləsi üzrə ödənilmişdir. Həmin kredit müqaviləsi üzrə zaminlik müqaviləsi bağlanılmamışdır.

10. Şəki Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(075)-440/2022 nömrəli iş üzrə 10 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddia qismən təmin edilərək, cavabdehdən 8458,44 manat pulun və ödənilmiş 104,59 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən 4705,40 manat, 1329,32 manat və 2423,72 manat pul vəsaitlərindən əlavə olaraq cavabdehin əvəzindən Banka hər hansı b ir pul vəsaitinin ödənilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə Bank ilə cavabdeh arasında bağlanmış 16 mart 2019-cu il tarixli, 170GTKR0209549AA nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini olaraq zamin-iddiaçı tərəfindən Banka cəmi 8458,44 manat pulun ödənilməsini qəbul etmişdir. İşin bu halları cavabdehin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdeh ilə Bank arasında 16 mart 2019-cu il tarixdə bağlanmış 170GTKR0209549AA nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini olaraq zamin-iddiaçının Banka cəmi 8458,44 manat pulu ödəməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmasına baxmayaraq, cavabdeh həmin vəsaitin onun tərəfindən iddiaçıya hissə-hissə, h əmçinin “Mercedes 190” markalı avtomaşının verilməsi yolu ilə ödənildiyini bildirməklə iddia tələbini qəbul etməmişdir. Lakin cavabdeh özü məhkəmə iclasında verdiyi izahatında iddiaçıya hissə-hissə ödənişlər aparmasına dair məhkəməyə təqdim edəcək heç bir sübutunun olmadığını bildirmiş, iddiaçıya olan 4800 manat pul vəsaitinin ödənişinin təsdiqi məqsədi ilə məhkəməyə şahid dəvət etməsinə baxmayaraq, şahid X2 məhkəmə iclasında verdiyi ifadəsində həmin nəqliyyat vasitəsinin dəyəri, hansı məbləğdə borcun müqabilində iddiaçıya təhvil verilməsi, avtomobilin təhvil verilməsindən sonra cavabdehin iddiaçı qarşısında nə kimi borcunun qalması, buna iddiaçının münasibəti barədə heç bir fikir ifadə edə bilməmişdir. Bu baxımdan məhkəmə şahid X1 ifadəsini iş üzrə mötəbər sübut kimi qəbul etməmişdir.

13. Məhkəmə hesab etmişdir ki, iddiaçı 8458,44 manat pulu əvəzindən ödədiyi cavabdehdən tələb etməkdə haqlı olsa da, həmin məbləğdən əlavə olaraq 1201,52 manat pul vəsaitini cavabdehin əvəzindən ödədiyini təsdiq edə biləcək sübutu məhkəməyə təqdim etmədiyindən 8458,44 manatdan əlavə olaraq 1201,52 manat pul vəsaitini cavabdehdən tələb etməkdə haqlı olmamışdır.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 442, 448.2, 470.1, 475.1, 739-cu maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-157/2023 nömrəli mülki iş üzrə 1 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Vəzirxan Məlikov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır.

17. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin özünün də qeyd etdiyi kimi, göstərdiklərini təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim edilmədiyindən qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün heç bir əsas müəyyən olunmamışdır.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386. 1, 389.1, 442, 448.2, 470.1, 475.1, 739-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iclaslarında cavabdeh 7-8 ay iddiaçının kartına ödənişlərin həyata keçirdiyini bildirmiş və ondan sonra isə müvafiq olaraq iddiaçının xahişinə əsasən qayınatası və hərbiçi yoldaşının adına olan kartlara müvafiq pullar göndərilmişdir. Lakin işə baxan məhkəmə bunlarla bağlı lazımı araşdırma aparmamış, iddiaçının özü isə şəxsən məhkəmə iclaslarında iştirak etmədiyindən bu halın aydınlaşdırılması mümkün olmamışdır. Bank kartlarına köçürülmələrlə bağlı məhkəməyə vəsatətlər verilməsi ilə əlaqədar xahişlər məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bundan başqa iddiaçının iddia ərizəsində qeyd etdiyi, həmçinin bununla bağlı iddia ərizəsinə qəbzini əlavə etdiyi 1197,52 manat məbləğ iddiaçı tərəfindən onun borcuna görə ödənilməmiş və həmin 1197,52 manat məbləğin onun kredit borcu ilə heç bir əlaqəsi olmadan iddia tələbinə salınması, iddiaçının qərəzli və başqa öhdəliklərin icrasını cavabdehdən tələb etməsi halı isə məhkəmə tərəfindən nəzər alınmamışdır. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilən şəxsin həqiqətən tərəflər arasında borc münasibətlərinin olması üçün iddiaçının xahişi əsasında cavabdehdən “Mercedes 190” markalı avtomobili gedib götürməsi və iddiaçıya təhvil verməsi halı isə məhkəmə tərəfindən sübuta yetirilmiş hal olsa da, işə baxan məhkəmə bu hala düzgün hüquqi qiymət verməmişdir. İddiaçının öz qohumu X2 şahid qismində dindirilmiş, lakin verdiyi ifadə həqiqət olsa da məhkəmə tərəfindən nəzərə alınmamışdır.

21. Kassator qeyd etmişdir ki, işə baxan məhkəmə iddiaçının əsassız olaraq cavabdehin məsuliyyət daşımadığı və iddiaçının iddia ərizəsində qeyd etdiyi, həmçinin bununla bağlı iddia ərizəsinə qəbzini əlavə etdiyi 1197,52 manat məbləğində pulun da cavabdehdən tutulmasını tələb etməsi iddiaçı tərəfin həqiqətən niyyətinin göstəricisi kimi qiymətləndirilməli idi. Lakin bu halı məhkəmə nəzərə almamış və iddiaçının ümumilikdə qərəzli olmasını, pulları və avtomobili borcun qarşılığında aldığı halda məhkəmə bu hala düzgün hüquqi qiymət verməmişdir. İddiaçının hərəkətlərində əsassız varlanmanın əlamətləri mövcud olsa da, işə baxan məhkəmə bu hala qiymət vermədən düzgün hüquqi nəticəyə gəlməmişdir.

22. Kassator qeyd etmişdir ki, məhkəmə iclaslarında araşdırılan hallar və tərəflərin təqdim etdikləri sübutlar məhkəmə qətnaməsində öz əksini tam şəkildə tapmamış və düzgün qiymət verilməmişdir. İddiaçının öz xahişi və istəyi ilə cavabdeh tərəfindən pul vəsaitləri qayınatası və iş yoldaşının kartlarına atılmış və sonda yerdə qalan pulun qarşılığında isə avtomobil verilmiş olsa da, işə baxan məhkəmə məhz həmin şəxslərin dindirilməsini təmin etməmişdir. Bununla da tərəflərin təqdim etdikləri sübutlar tam olaraq araşdırılmamış, sübut kimi təqdim edilmiş və dindirilmiş şahid ifadəsi düzgün dəyərləndirilməmiş və həmçinin digər şahidlərin iştirakı iclasda təmin edilməmişdir.

23. Kassator qeyd etmişdir ki, işə baxan məhkəmə cavabdehin şəxsi hesabına sübutların əldə edə bilməyəcəyi qənaətində olsa da, həmin sübutların əldə edilməsi ilə bağlı müvafiq sorğuların hesablardan çıxarışların əldə edilməsi istiqamətində heç bir tədbir görməmiş və bununla da MPM-in müvafiq normasını pozaraq iş üçün əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan qərar qəbul etmişdir.

24. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 217, 218.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 3 85.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

28. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtı nda icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür

29. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

30. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

31. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzi ni ödəməyi tələb edə bilər.

32. Maddə

739. Müqavilə iştirakçılardan bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normala rına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsin in faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə geri qaytarılmalıdır.

43. İşin hallarından göründüyü kimi hazırki mübahisə zaminin borcluya qarşı reqres iddia tələbindən ibarətdir.

44. Belə ki, iddiaçı göstərir ki, zamin qismində cavabdehin bankdan götürdüyü krediti tam bağlamış və bu məqsədlə banka 9659.96 manat pul ödəmişdir.

45. MM-in 475.1-ci maddə sinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.

46. Cavabdehin etirazı ondan ibarətdir ki, iddiaçı onun borc öhdəliyinə görə 8462.44 manat pul ödəmişdir. Aralarındakı razılığa görə iddiaçının ödədiyi pulların bir hissəsini 7-8 ay müddətində onun öz kartına, 2 ay isə iddiaçının qayınatasının kartına göndərmiş, 2021ci ilin fevral ayında iddiaçıya 4800 manat məbləğində borcu qalmışdır. Bu məqsədlə aralarında olan razılığa əsasən sahibliyində olan “Mercedes” markalı avtomobili 4800 manat borcun müqa bilində iddiaçıya vermişdir. Avtomobili ondan iddiaçının əmisi oğlu Şəhadət adlı şəxs təhvil almış və iddiaçıya təhvil vermişdir.

47. Məhkəmə iclasında şahid qismində dindirilən X2 iddiaçının xahişi əsasında cavabdehdən “Mercedes 190” markalı avtomobili gedib götürməsini və iddiaçıya təhvil verməsini bildirmişdir. Lakin məhkəmə ifadəni sübut qismində qəbul etməyərək belə qənaətə gəlmişdir ki, şahid X2 məhkəmə iclasında verdiyi ifadəsində həmin nəqliyyat vasitəsinin dəyəri, hansı məbləğdə borcun müqabilində iddiaçıya təhvil verilməsi, avtomobilin təhvil verilməsindən sonra cavabdehin iddiaçı qarşısında nə kimi borcunun qalması, buna iddiaçının münasibəti barədə heç bir fikir ifadə edə bilməmişdir. Halbuki şahid öz ifadəsində həmin avtomobilin cavabdehdən götürməsini və iddiaçıya təhvil ve rməsini təsdiq etmişdir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, şahidin öz ifadəsində nəqliyyat vasitəsinin dəyəri, hansı məbləğdə borcun müqabilində iddiaçıya təhvil verilməsi, avtomobilin təhvil verilməsindən sonra cavabdehin iddiaçı qarşısında hansı məbləğdə borcunun qalması barədə fikir bildirməməsi həmin ifadənin sübut kimi qəbul edilməməsinə səbəb ola bilməz.

49. Belə ki, avtomobilin qohumu Şəhadət Eyvazovdan qəbul edilməsi sübut edildiyi və cavabdeh də bu avtomobili qalıq borcu olan 4800 manatın əvəzləşdirilməsi üçün verdiyini bildirdiyindən, iddiaçı bu avtomobilin iddiaçının göstərdiyi 4800 manat məbləğin əvəzində deyil, başqa məbləğdə razılaşmaqla qəbul etdiyini sübut etməli idi.

50. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi iş üzrə araşdırılmış sübutlara MPM-in 88-ci maddə sinin tələblərinə uyğun qiymət verməmişdir.

51. Ona görə də işə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-157/2023 nömrəli, 1 fevral 2023-cü il tarixli qətnaməsi ləğv ed ilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar