Məhkəmə qərarları › İş №2(102)-2424/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2424/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2424/2024 11.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X7 San. Ticaret Ltd.Şti” şirkəti) iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, tapşırıq müqaviləsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X7 San. Ticaret Ltd. Şti cəlb edilməklə) pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin M ülki kollegiyasının 2(103)-1039/2024 nömrəli 27 fevral 2024cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 11 iyul 2024- cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı MMC (satıcı) ilə “X7 San.Ticaret Ltd. Şti” şirkəti (alıcı) arasında 1 fevral 2021-ci il tarixdə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, satıcı 2500 ton “istiyayılmış”, “tikişsiz” polad boruları alıcının mülkiyyətinə verməyi, alıcı isə öz növbəsində ******* ABŞ dolları məbləğində pulu hər aldığı malın partiyası üçün MMC-yə 180 gün ərzində ödəməyi öhdəsinə götürmüşlər.

2. İddiaçı MMC tərəfindən “X7 San. Ticaret Ltd.Şti” şirkətinə ünvanlanmış borcun tələb edilməsinə dair pretenziya məktubunda qeyd olunmuşdur k i, müqaviləyə əsasən MMC tərəfindən müqavilədə göstərilən mallar Şirkətin mülkiyyətinə verilmiş, lakin 1.000.000 ABŞ dolları ödənilməli olduğu halda Şirkət tərəfindən MMC-yə yalnız 187.355,28 AZN pul ödənilmiş, geridə qalan məbləğ hələ də ödənilməmişdir. Qeyd olunanlara əsasən Şirkətdən müqavilənin tələblərini 10 gün ərzində yerinə yetirilməsi, yəni 812.445 AZN pulun MMC-yə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. 3. “X7 San. Ticaret LTD” şirkəti tərəfindən verilmiş pretenziyaya cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı MMC-dən indiyədək xx.xx.2021-ci il tarixdə 162300 kq; xx.xx.2021-ci il tarixdə 92380 kq; xx.xx.2021-ci il tarixdə 45870 kq; xx.xx.2021-ci il tarixdə 182470 kq; xx.xx.2021-ci il tarixdə 22740 kq, cəmi 505780 kq tikişsiz polad boru a lınmışdır. Bu mallar üçün xx.xx.2021-ci il tarixdə 73035 ABŞ dolları; xx.xx.2021-ci il tarixdə 20000 ABŞ dolları “X18”ı vasitəsi ilə ödənmiş, 134566 ABŞ dolları isə xx.xx.2021ci il tarixdə İddiaçı MMC-yə aid etibarnamə sahibi olan Cavabdeh X16 ******* çek nömrəsi, xx.xx.2021-ci il tarixli X16 Qocaəli şöbəsi çeki ilə ödənmişdir. Alınmış malların bütün dəyəri “X7 San. Ticaret LTD” şirkəti tərəfindən tam ödənmişdir, İddiaçı MMC-yə heç bir borcu yoxdur.

4. İddiaçı MMC tərəfindən Cavabdeh verilmiş, MMC-nin direktoru olaraq göstərilmiş “Atakishiyev R.R.” adlı şəxs tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli etibarnamənin surətinə əsasən, Cavabdeh İddiaçı MMC adından hesabat vərəqlərini imzalamaq, İddiaçı MMC-nin ünvanına gələn yükləri almaq, İddiaçı MMC-nin adından gedən yükləri göndərmək, bo şaldılmış avtomaşın, vaqon və yüklərin sənədlərinin kreditləşdirilməsi, ödənişlərin alınması, kommersiya aktlarını almaq, qaimələrin alınması və imzalanması, gömrük işlərinin aparılması səlahiyyətləri verilmişdir. Etibarnamənin xx.xx.2021-ci il tarixinədək qüvvədə olduğu göstərilmişdir. 5. xx.xx.2021-ci il tarixli qəbzə görə, 134566 ABŞ dolları “X7 San. Ticaret LTD” şirkəti tərəfindən İddiaçı MMC-nin nümayəndəsi Cavabdeh ödənmiş, ödənişin edilməsi İddiaçı MMC-nin möhürü ilə təsdiqlənmişdir 6. - 4/1311-5/1068 saylı ekspert rəyinə əsasən, 15 mart 2021-ci il tarixli "xxxx" MMC adından Cavabdeh verilən etibarnamənin kserosurətinin aşağı hissəsində “Direktor” qrafasında imza X5 tərəfindən imzalanmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra – iddiaçı və ya MMC) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əldə edilən iddiaçıya məxsus 134.566 ABŞ dolları məbləğində əsas vəsaitin və 17 ay ərzində istifadə etdiyi üçün 9.536.32 ABŞ dolları məbləğində əlavə vəsaitin, cəmi 144.102.32 ABŞ dolları vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə “X7 San. Ticaret Ltd.Şti” şirkəti (bundan sonra – üçüncü şəxs və ya şirkət) arasında bağlanmış 1 fevral 2021-ci il tarixli, 1 nömrəli müqaviləyə əsasən, iddiaçı müqavilədə göstərilən malları alıcının mülkiyyətinə verməyi, alıcı isə öz növbəsində həmin malları təhvil alıb, müqavilə ilə müəyyənləşdirilmiş məb ləği ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi məbləği 1.000.000 ABŞ dolları təşkil edir. Müqavilənin 3-cü maddəsinə əsasən, qeyd olunan məbləğ alıcı tərəfindən hər partiya üçün satıcıya 180 gün ərzində, ixracatçının bank hesabına ödənilməlidir. Lakin üçüncü şəxs malları aldıqdan sonra alıcıya yalnız 187.355.28 AZN pul ödəmiş, geridə qalan məbləğ hələ də ödənilməmişdir. Bununla əlaqədar olaraq, xx.xx.2022-ci il tarixində iddiaçı həm “DHL Express” beynəlxalq nəqliyyat şirkəti vasitəsi ilə, həm də elektron poçt vasitəsi ilə üçüncü şəxsə “borcun tələb olunması” barədə pretenziya ilə müraciət etdikdən sonra məlum olmuşdur ki, üçüncü şəxs xx.xx.2021 tarixində 134.566 ABŞ dollarını cavabdehə ödəmişdir. Üçüncü şəxs tərəfindən təqdim olunmuş sənədlərdən aydın olur ki, cavabdeh iddiaçının adı ndan ona verilmiş etibarnaməni üçüncü şəxsə təqdim edərək müqavilə ilə müəyyənləşdirilmiş məbləğin bir hissəsini – 134.566 ABŞ dollarını əldə etmişdir. Təqdim olunmuş sənədlərdən aydın olur ki, “tediyye makbuz”u, pulun alınması barədə qəbz və “invoice” cavabdeh tərəfindən imzalanmış və şirkətin möhürü ilə möhürlənmişdir. Cavabdeh aldığı vəsaiti iddiaçıya təhvil verməmiş və onun bank hesabına ödəməmişdir. Görünür ki, cavabdeh iddiaçıya məxsus 134.566 ABŞ dolları məbləğində pul vəsaitini əldə etmişdir.

9. Məhkəmə iclasında cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və etirazlarını onunla əsaslandırmışlar ki, həmin dəmir borular əslində iddiaçıya deyil, Nazim Ələkbərov adlı bir şəxsə məx sus olmuşdur. Həmin şəxs cavabdehə boruları satmaq istədiyini bildirmiş, boruları almaq istəyən tanışının olub-olmamasını soruşmuşdur. Cavabdeh bir müddət sonra öz tanışları vasitəsilə türk vətəndaşı Yusif Gümüşoğlu adlı şəxslə görüşmüş, boruları ona göstərmiş, Nazim Ələkbərov da bu işdə yardımçı olmasının müqabilində gələcəkdə onun zəhmət haqqın ödəyəcəyini bildirmişdir. Daha sonra, boruların ixrac edilməsi məsələsi ortaya çıxdığından, cavabdeh əvvəldən tanıdığı Arif adlı şəxslə əlaqə saxlayaraq bu işdə ona kömək etməsini xahiş etmiş, Ariflə boruları almaq istəyən türk vətəndaşını görüşdürmüşdür. Arifin hansı şirkət vasitəsilə boruları xaricə ixrac etməsini bilməmiş, bu proseslərdə iştirak etməmişdir. Bir müddət sonra Nazim Ələkbərov xəstə olduğunu, pulu dayısı oğluna ödəməyi xahiş etmişd ir. Cavabdeh Ariflə əlaqə saxlayaraq məsələni bildirdikdə, Arif təklif etmişdir ki, cavabdeh Türkiyəyə özü gedib pulu götürsün. Cavabdeh razılaşmış, Arif şirkətin möhürünü təhvil vermiş, etibarnaməni isə elektron qaydada “Yusif Gümüşoğlu” şirkətinə göndərmişdir. Cavabdeh bir neçə dostu ilə Türkiyəyə yola düşmüş, daha sonra ona 134.000 ABŞ dolları təhvil verilmişdir. Azərbaycana qayıtdıqdan sonra pulu Nazim Ələkbərovun qohumuna təhvil vermiş, möhürü isə Arifə qaytarmışdır.

10. Üçüncü şəxs məhkəməyə yazılı müraciət edərək bildirmişdir ki, cavabdeh 2021-ci ilin yanvar ayında Ələkbərov Nazim adlı bir iş adamının borularını şirkətlərinə satmağı, şirkət də bu boruları almağı qərara aldıqdan sonra cavabdeh şirkəti Arif Rzayev adlı bir gömrük məmuru ilə tanış etmiş və malların iddiaçının adına ölk ədən ixrac edilməsinə qərar vermişdir. Bundan sonra, xx.xx.2023-cü il tarixində iddiaçı və üçüncü şəxs arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, 2500 ton “istiyayılmış”, “tikişsiz” polad boru üçün üçüncü şəxs tərəfindən ******* ABŞ dolları ödənilməli idi. Ödəmə hər partiya mal gəldikdə gələn malın dəyəri qədərində ediləcəkdi. Üçüncü şəxs iddiaçıdan xx.xx.2021-ci il tarixdə 227350 ton, xx.xx.2021-ci il tarixdə 162300 ton, xx.xx.2021-ci il tarixdə 116130 ton olmaqla 505780 ton mal almış və malın hər tonun dəyəri 450 ABŞ dolları olmaqla cəmi 227.601 ABŞ dolları təşkil etmişdir. Üçüncü şəxs bu pulun xx.xx.2021-ci il tarixdə 73035 ABŞ dollarını, xx.xx.2021-ci il tarixdə 20000 ABŞ dollarını iddiaçının hesabına "xxxx" ASC vasitəsi ilə köçürmüş, 134566 ABŞ dolları isə iddiaçıya aid etibar namə əsasında cavabdehə ödənilmişdir. Şirkətin iddiaçıya borcu yoxdur.

11. Məhkəmə iclasına şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, cavabdehi bir neçə ildir tanıyır. Cavabdeh metal məmulatların satışı ilə məşğul olur. Bu məmulatları ölkə xaricinə çıxaraq satışını həyata keçirmək üçün cavabdeh onunla əlaqə yaratmışdır. O isə öz növbəsində tanışları vasitəsilə İddiaçı adlı bir şirkət vasitəsilə bu məsələni həll etməyin mümkün olduğunu öyrənib. Şirkət ilə danışıqlarda birbaşa özü iştirak etməyib. Tərəflər arasında müqavilə imzalandıqdan sonra dəmir boruların ixracı prosesi başlamışdır. Əvvəllər pul nağdsız formada bank hesabına köçürülürdü. Daha sonra ödəniş edilməmişdir. Cavabdeh ödənişi nağd qaydada almaq istədiyini bildirmiş, etibarnamə hazırlanaraq elektron qaydada Türkiyəyə - üçüncü şəxsə göndərilmişdir. Cavabdehin pulu aldıqdan sonra baş verənlər barəsində məlumatsızdır.

12. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, cavabdehin qayınatasının qohumudur. X11 metal məmulatların satışı ilə məşğul olur, özünə məxsus malları satırdı, cavabdehlə birgə işləyirdi. Ölümündən sonra onların birbirinə borcları qalmayıb. İddiaçı və üçüncü şəxsi tanımır.

13. Məhkəmə iclasına şahid qismində dindirilmiş X10 bildirmişdir ki, mərhum Ələkbərov Nazimlə eyni sahədə çalışmışdır. Hər ikisi ölkə daxilində və xaricində metal məmulatların satışı həyata keçirmişlər. X4 özünün də şirkəti var idi. İddiaçı və üçüncü şəxs arasında bağlanmış müqavilənin predmeti olan borular Ələkbərov Nazimə məxsus olmuşdur. Bu boruları ölkə xaricinə çıxarıb satm aq üçün şirkətin adından istifadə edilməsi zəruri idi. Ələkbərov Nazim son vaxtlar xəstə idi, “koronovirus” infeksiyasından əziyyət çəkirdi. Əvvəllər cavabdehə 50000 manat məbləğində borc pul vermiş, sonra borcu qaytarmışdır. Həmin məbləğin Türkiyədən cavabdehə ödənilən puldan ödənilib-ödənilmədiyini bilmir. Amma ona məlumdur ki, həmin məbləğin bir qismi Ələkbərov Nazimin borclarının ödənməsinə xərclənib. Qalan hissəsi də mərhumun qohumu vasitəsilə ailəsinə çatdırılmışdır.

14. Məhkəmə iclasına şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, mərhum Nazim Ələkbər onun dayısı oğludur. Onun vasitəsilə də cavabdehlə tanış olub. X11 metal məmulatların alqı-satqı isə məşğul olmuş, Cavabdeh ona bu işdə ona kömək etmişdir. Onların bir-birlərinə ödənilməmiş borcları qalmamışdır. İddiaçı ol an şirkəti tanımır. Ələkbərov Nazimin özünə məxsus bir şirkətin olub-olmaması barədə məlumatı yoxdur.

15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, idarədə olan reyestrdə xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış MMC-nin (VÖEN **********) direktorları sırasında R.R.Atakişiyev adlı şəxs aşkar edilməmişdir.

16. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-240/2023 nömrəli xx.xx.2023cü il tarixli qətnaməsi ilə (hakim - Mehriban Əfəndizadə) iddia qismən təmin edilərək cavabdehdən 134.566 ABŞ dolları məbləğində əsas vəsait və həmin məbləğdən 17 ay ərzində istifadə etdiyi üçün 9.53 1.75 ABŞ dolları məbləğində əlavə vəsait, cəmi 144097,75 (bir yüz qırx dörd min doxsan yeddi dollar yetmiş beş sent) ABŞ dolları vəsait ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnə üzrə iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

17. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mülki işin materiallarında olan iddiaçı ilə üçüncü şəxs arasında imzalanmış 1 fevral 2021-ci il tarixli müqavilədə, 22 fevral 2021-ci il tarixli, 23 fevral 2021-ci il tarixli, 1 mart 2021-ci il tarixli “İnvoice” sənədlərində, həmçinin 1 mart 2021-ci il tarixli, 4 mart 2021-ci il tarixli (həmin tarixdə 2 ədəd), 9 mart 2021-ci il tarixli,10 mart 2021-ci il tarixli gömrük bəyannaməsi sənədlərində iddiaçının mülkiyyəti kimi qeyd edilmişdir. Eyni zamanda, üçüncü şəxsin hesabdan çıxarış sənədindən görünür ki, əldə edilmiş malın (polad boruların) müqabilində xx.xx.2021xx.xx.2021-ci il tarixlərdə müxtəlif məbləğlərdə ödənişlər iddiaçının hesabına köçürülmüşdür. 23 mart 2021-ci il tarixdə isə etibarnamə əsasında nümayəndə olan cavabdehə nağd şəkildə 134.566 ABŞ dolları məbləğində pul ödənmişdir. Beləliklə, cavabdehin həmin pul məbləğini təhvil alması işin mübahisəsiz halıdır. Bu faktı cavabdeh etiraf etməklə yanaşı, mülki işin materiallarında olan yazılı sənədlər və şahid ifadələri ilə öz əksini tapır.

18. Cavabdehin etirazının əsasını təşkil edən hal polad boruların əslində iddiaçıya deyil, mərhum Ələkbərov Nazimə məxsus olması ilə bağlıdır. Cavabdeh iddia etdiklərini şahid ifadələri və üçüncü şəxsin məktubu ilə əsaslandırır. 1

9. Məhkəmə şahid ifadələrinə münasibətdə qeyd etmişdir ki, şahidlərdən biri (Şahid) cavabdehin qohumudur, iddiaçı və üçüncü şəxs olan hüquqi şəxsi tanımadığını, yalnız cavabdehlə X11u tanıdığını bildirmişdir. Mərhumla cavabdehin arasında pul məsələsinin olduğunu, həmin pulun mərhumun ailəsinə çatdığını bildirmişdir. Onun ifadəsində mübahisə predmeti olan polad boruların iddiaçıya məxsus olmaması barədə fikir səsləndirilməmişdir. Digər şahid X8 da oxşar ifadə verərək, mərhum Nazim Ələkbər adlı şəxsin qohumu olduğunu, polad boruların satışından əldə edilən məbləğin onun ailəsinə çatdırdığını bildirmişdir. Onun ifadəsi də həmin pul məbləğinin məhz iddiaçının adından ixrac edilmiş polad boruların satılmasından əldə edildiyini təsdiq etmir. Digər şahidlər X2 Arif Fəxrəddin oğlunun ifadələri isə bir-birilə üst-üstə düşmür. Belə ki, X10 polad boruların X11a, X6 isə Cavabdeh məxsus olduğunu iddia edir. X3 Binəqədi Rayon Prokurorluğunda verdiyi ifadəsində Nazim Ələkbərov adlı şəxsi tanıması halı öz əksini tapmır.

20. Üçüncü şəxsin məktubuna münasibətdə məhkəmə bildirmişdir ki, polad boruların Ələkbərov Nazim adlı şəxsə məxsus olması halı onlara cavabdehin və X1 məlum olduğu aydın olur. Halbuki iddiaçı ilə üçüncü şəxs arasında müqavilənin mövcudluğu işin mübahisəsiz halıdır.

21. Üçüncü şəxsin iddiaçının pretenziya məktubuna cavab məktubunda məhkəməyə ünvanlanmış müraciətdən fərqli olaraq, müqaviləyə sadiq qalındığı, malların əvvəlki partiyalarına görə pul vəsaitlərinin vaxtlı-vaxtında iddiaçının hesabına köçürüldüyü, son ödəmənin isə etibarnamə əsasında nümayəndə olan cavabdehə ödəni ldiyi qeyd edilmişdir.

22. Məhkəmə hesab etmişdir ki, şahid ifadələri və üçüncü şəxsin müraciətinə istinad edərək, müqavilə predmeti olan malların iddiaçıya məxsus olmaması barədə qənaətə gəlmək mülki prosesin prinsiplərinə ziddir. Belə ki, cavabdeh tərəfindən malların əvvəldən Ələkbərov Nazimə məxsus olması barədə heç bir mötəbər sübut (yazılı sənədlər, alqısatqı müqavilələri, ödəniş qəbzləri, idxal-ixrac sənədləri və s.), yəni malların məxsusluğunu, mənbəyini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, malların göndərilməsinə görə iddiaçının hesabına köçürülmüş məbləğlərin malların, onların iddia etdikləri kimi, “əsl” sahibinə çatdırılmasını təsdiq edən sübutlar da iş materiallarında yoxdur. Halbuki həm şahid X3 ifadəsində, həm də üçüncü şəxsin məktubunda malla rın məhz Ələkbərov Nazim adlı şəxsə məxsus olması iddia edilir.

23. Məhkəmə həmçinin cavabdehin uzun müddət polad məmulatlarının idxal-ixracı ilə məşğul olan şəxsin malların ixracı üçün digər hüquqi şəxsə ehtiyacının olması barədə arqumentini də əsaslı hesab etməmişdir.

24. Malların başqa şəxsə məxsus olduğu halda müqavilənin iddiaçı və üçüncü şəxs arasında bağlanması halı da cavabdehin arqumentlərinin əsassızlığını təsdiq edir.

25. Mülki işin materiallarında olan yazılı sübutlarla həmin malların iddiaçıya məxsus olduğu müəyyən edilir. Əksini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının adından cavabdehə etibarnamə ilə ödəmələri təhvil almaq səlahiyyəti verilmişdir. Lakin cavabdeh etibarnamə əsasında əldə etdiyi pul məbləğini iddiaçıya təqdim etməmişdir. Etibarnam ədə olan imzanın isə həqiqi olmaması mülki işin materiallarında olan ekspertiza rəyi ilə təsdiq edilir.

26. İddiaçıya məxsus 134.566 ABŞ dolları 17 ay ərzində cavabdeh tərəfindən təhvil verilmədiyinə görə, əldən çıxmış fayda aşağıdakı qaydada hesablanmalıdır: -135.566 ABŞ dolları x 5% /360 gün x 510 gün = 9.531,75 ABŞ dolları.

27. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.1, 14.2, 139.2, 166.1, 362.1, 362.5, 449.1, 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1092.1.2, 1092.2, 1092.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 218.3-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. 2

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tapşırıq müqaviləsinə dair normaları tətbiq etməli olduğu halda, əsassız varlanmaya dair normaları tətbiq etmişdir. İddiaçı əvvəlcə etibarnaməni mübahisələndirsə də, sonradan etibarnamənin verildiyini təsdiq etmişdir. Ekspert rəyində nəinki etibarnamədəki, eyni zamanda müqavilədəki imzanın MMC-nin direktoru Ramin Atakişiyevə məxsus olmadığı qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, ekspertiza rəyi kserosurət üzərində aparılmışdır. Məhkəmə tərəfindən ekspert rəyinin ancaq etibarnaməyə aid hissəsi qeyd edilmişdir. Şahid Arif Rzayev ifadəsində Türkiyə banklarında möhür olduğu təqdirdə etibarnamənin əslinin təqdim edilmədiyini bildirmişdir. MMC-yə məxsus möhürün itməsi barədə hüquqmühafizə orqanlarına hər hansı müraciət edilməmişdir. Möhürün cavabdehə MMC tərəfindən verilməsi işin mübahisəsiz halıdır. Bu hal cavabdehin tapşırıq əsasında hərəkət etdiyini göstərir. Belə ki, dəmir borular əslində iddiaçıya deyil, Nazim Ələkbərov adlı bir şəxsə məxsus olmuşdur. Nazim Ələkbərov cavabdehə boruları satmaq istədiyini bildirmiş, boruları almaq istəyən tanışının olub-olmamasını soruşmuşdur. Cavabdeh bir müddət sonra öz tanışları vasitəsilə Türkiyə Respublikası vətəndaşı Yusif Gümüşoğlu adlı şəxslə görüşmüş, boruları ona göstərmiş, Nazim Ələkbərov da bu işdə yardımçı olmasının müqabilində gələcəkdə onun zəhmət haqqını ödəyəcəyini bildirmişdir. Daha sonra boruların ixrac edilməsi məsələsi ortaya çıxdığından cavabdeh əvvəldən tanıdığı Arif adlı şəxslə əlaqə saxlayaraq bu işdə ona kömək etməsini xahiş etmiş, Ariflə boruları almaq is təyən türk vətəndaşını görüşdürmüşdür. Arifin hansı şirkət vasitəsilə boruları xaricə ixrac etməsini bilməmiş, bu proseslərdə iştirak etməmişdir. Arif Rzayev işi Cavabdehla gördüyü üçün boruların sahibi kimi onu tanımışdır. Bir müddət sonra Nazim Ələkbərov xəstə olduğunu, pulu dayısı oğluna ödəməyi xahiş etmişdir. Cavabdeh Arif Rzayevlə əlaqə saxlayaraq məsələni bildirdikdə Arif Rzayev təklif etmişdir ki, cavabdeh özü Türkiyəyə gedib pulu götürsün. Cavabdeh razılaşmış, Arif Rzayev MMC-nin möhürünü təhvil vermiş, etibarnaməni isə elektron qaydada Şirkətə göndərmişdir. Cavabdeh bir neçə dostu ilə Türkiyə Respublikasına getmiş, daha sonra 134.000 ABŞ dolları təhvil verilmişdir. Cavabdeh Azərbaycan Respublikasına qayıtdıqdan sonra pulu Nazim Ələkbərovun qohumuna təhvil vermiş, möhürü isə Arif Rzayevə qaytarmışdır. Nazim Ələkbərovun qohumu X8 da şahid kimi pulun ona çatdırıldığını təsdiq etmişdir.

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1039/2024 nömrəli 27 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi) Fuad Talışınski və Azad İmanov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

31. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşan apellyasiya instansiyası məhkəməsi mövqeyinə dair qeyd etmişdir ki, iddiaçının üçüncü şəxs olan şirkətə ünvanladığı “borcun tələb edilməsinə dair pretenziya” məktubunda ona 187.355.28 AZN məbləğində pul vəsaitinin ödənildiyini bildirilir. Şirkət tərəfindən verilmiş pretenziyaya cavab m əktubunda isə iddiaçıya xx.xx.2021-ci il tarixdə 73.035 ABŞ dolları və xx.xx.2021-ci il tarixdə 20.000 ABŞ dolları məbləğində vəsaitin ödənildiyi, 134.566 ABŞ dolları vəsaitin isə xx.xx.2021-ci il tarixdə MMC-yə aid etibarnamə sahibi olan cavabdehə ödənildiyi bildirilir. Şirkət tərəfindən iddiaçı MMC-yə edilmiş ödənişlərin məbləğləri fərqli rəqəmlərlə ifadə edildiyindən məhkəmə işin bu halını dəqiqləşdirmək üçün iş materiallarında olan digər sübutlarla əlaqəli araşdırmış və müəyyən etmişdir ki, iddiaçı MMC tərəfindən təhvil verilmiş mallara görə Şirkətə təqdim edilmiş “İnvoice” (Faktura) sənədlərindən görünür ki, şirkətə təhvil verilmiş malların dəyəri xx.xx.2021-ci il tarixdə 102.307,50 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 73.035 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 52.228,50 ABŞ dollar ı qeyd edilmişdir. Həmin məbləğlərin cəmi (102.307,50 + 73.035 + 52.228,50 =) 227.571 ABŞ dolları təşkil edir. Eyni zamanda, iş materiallarında olan ödənişi təsdiq edən sənədlərdən müəyyən edilir ki, şirkət tərəfindən iddiaçı MMC-yə xx.xx.2021-ci il tarixdə 73.035 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 20.000 ABŞ dolları ödənişlər edilmiş, həmçinin cavabdehə 134.566 ABŞ dolları pul vəsaiti verilmişdir. Həmin məbləğlərin cəmi (73.035 + 20.000 + 134.566 =) 227.602 ABŞ dolları təşkil edir. Göründüyü kimi, “İnvoice” (Faktura) sənədlərində qeyd edilmiş məbləğlərin cəmi ilə şirkət tərəfindən edilmiş ödənişləri təsdiq edən sənədlərdəki məbləğlərin cəmi bir-birinə uyğun gəlir. Lakin iddiaçı ona 187.355,28 Azərbaycan manatı məbləğində vəsaitin ödənilməsini, habelə ona ödənilən vəsaitin ABŞ dolları ilə deyil AZN-lə ödənilməsini təsdiq edən sübut təqdim etməmişdir. Aralarındakı müqavilədə ödənişin ABŞ dolları edilməsi şərti nəzərdə tutulduğundan və şirkət xarici hüquqi şəxs olduğundan, ödənişlər şirkətin pretenziyaya cavab məktubunda qeyd etdiyi kimi həyata keçirilmişdir. Amma iddia ərizəsində məbləğlər gah “ABŞ dolları”, gah “AZN” kimi göstərilir. Məhkəmə bunu texniki yanlışlıq kimi qəbul etmişdir.

32. Şirkət malları aldıqdan sonra MMC-yə pulun bir hissəsini köçürmə yolu ilə, 134.566 ABŞ dolları isə cavabdehə nağd şəkildə verilmişdir.

33. Məhkəmə iddianın “əsassız varlanma nəticəsində əldə edilmiş məbləğin geri qaytarılması” hissəsi ilə bağlı bildirmişdir ki, iddiaçı ilə şirkət arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədə, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixli “ İnvoice” sənədlərində, həmçinin xx.xx.2021, xx.xx.2021 (həmin tarixdə 2 ədəd), xx.xx.2021, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi sənədlərində MMC-nin mülkiyyəti kimi qeyd edilmişdir. Eyni zamanda, şirkətin hesabdan çıxarış sənədindən görünür ki, əldə edilmiş malın (polad boruların) müqabilində xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə müxtəlif məbləğlərdə ödənişlər MMC-nin hesabına köçürülmüşdür. Bundan başqa, xx.xx.2021-ci il tarixdə isə etibarnamə əsasında nümayəndə olan cavabdehə nağd şəkildə 134.566 ABŞ dolları məbləğində pul ödənmişdir. Cavabdehin həmin pul məbləğini təhvil alması işin mübahisəsiz halıdır. Bu faktı cavabdeh etiraf etməklə yanaşı, mülki işin materiallarında olan yazılı sənədlər və şahid ifadələri ilə öz təsdiqini tapır.

34. Cavabdehin etirazının əsasını təşkil edən hal polad boruların əslində iddiaçıya deyil, X11a məxsus olması ilə bağlıdır. Cavabdeh bu halı şahid ifadələri və şirkətin məktubu ilə əsaslandırır. Məhkəmə şahid ifadələrinə münasibətdə qeyd etmişdir ki, Şahid cavabdehin qohumudur, iddiaçı və üçüncü şəxsi tanımadığını, yalnız cavabdehlə X11u tanıdığını bildirmişdir. Mərhumla cavabdehin arasında pul məsələsinin olduğunu, həmin pulun mərhumun ailəsinə çatdığını bildirmişdir. Onun ifadəsində mübahisə predmeti olan polad boruların MMC-yə məxsus olmaması barədə fikir səsləndirilməmişdir. Digər şahid X8 da oxşar ifadə verərək, X11 adlı şəxsin qohumu olduğunu, polad boruların satışından əldə edilən məbləğin onun ailəsinə çatdırdığını bildirmişdir. Onun ifadəsi də həmin pul məbləğinin məhz MMC-nin adından ixrac edilmiş polad boruların satılmasınd an əldə edildiyini təsdiq etmir. Digər şahidlər X10 və X3 ifadələri isə bir-biri ilə üst-üstə düşmür. Belə ki, X10 polad boruların X11a, X6 isə Cavabdeh məxsus olduğunu iddia edir. X3 Binəqədi Rayon Prokurorluğunda verdiyi ifadəsində Nazim Ələkbərov adlı şəxsi tanıması halı öz əksini tapmır. Beləliklə, şahid ifadələri ilə boruların MMC-yə deyil, Nazim Ələkbərova məxsus olması öz təsdiqini tapmır.

35. Məhkəmə şirkətin məktubuna münasibətdə bildirmişdir ki, polad boruların Nazim Ələkbərova məxsus olması halının şirkətə cavabdehin və Arif Rzayevin sözlərindən məlum olduğu aydın olur. Həmin şəxslərin bu sözləri isə iş materialları ilə öz təsdiqini tapmır. Çünki iddiaçı ilə şirkət arasında müqavilənin mövcudluğu işin mübahisəsiz halıdır. Eyni zamanda, şirkətin iddiaçının pretenziya məktubuna ca vab məktubunda məhkəməyə ünvanlanmış müraciətdən fərqli olaraq, müqaviləyə sadiq qalındığı, malların əvvəlki partiyalarına görə pul vəsaitlərinin vaxtlı-vaxtında MMC-nin hesabına köçürüldüyü, son ödəmənin isə etibarnamə əsasında nümayəndə olan cavabdehə ödənildiyi qeyd edilmişdir. Şahid ifadələri və şirkətin müraciətinə istinad edərək, müqavilə predmeti olan malların MMC-yə məxsus olmaması barədə qənaətə gəlmək əsassızdır. Belə ki, cavabdeh tərəfindən malların əvvəldən Nazim Ələkbərova məxsus olması barədə heç bir mötəbər sübut (yazılı sənədlər, alqı-satqı müqavilələri, ödəniş qəbzləri, idxal-ixrac sənədləri və s.), yəni malların məxsusluğunu, mənbəyini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, malların göndərilməsinə görə MMC-nin hesabına köçürülmüş məbləğləri n Nazim Ələkbərova çatdırılmasını təsdiq edən sübutlar da mövcud deyil.

36. Məhkəmə həmçinin cavabdehin uzun müddət polad məmulatların idxal-ixracı ilə məşğul olan şəxsin malların ixracı üçün digər hüquqi şəxsə ehtiyacının olması barədə dəlilini də əsassız hesab etmişdir.

37. Eyni zamanda, mallar başqa şəxsə məxsus olduğu halda müqavilənin iddiaçı və şirkət arasında bağlanması halı da cavabdehin bu dəlilinin əsassızlığını təsdiq edir.

38. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, MMC-nin adından cavabdehə verilmiş etibarnamədən görünür ki, cavabdehə ödəmələri təhvil almaq səlahiyyəti verilmişdir. Etibarnamədə olan imzanın isə həqiqi olmaması ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Cavabdeh pulu MMC-yə təqdim etməli olduğu halda bunu etməmişdir. Cavabdeh bu halı inkar etmir. O, həmin pul məbləğini boruların sahibi Nazim Ələkbərova verdiyi bildirsə də, Nazim Ələkbərovun boruların sahibi olması və pulun ona ödənilməsi cavabdeh tərəfindən sübuta yetirilmir. Bu baxımdan qəbul edilməlidir ki, birincisi – 134.566 ABŞ dolları məbləğində pul iddiaçı MMC-yə məxsusdur, ikincisi – həmin pul vəsaiti cavabdehdə qalmışdır; üçüncüsü – həmin pul vəsaitin cavabdehdə qalmasının hüquqi əsası yoxdur. Başqa sözlə, cavabdeh iddiaçı MMC-nin vəsaiti hesabına əsassız olaraq varlanmışdır.

39. Məhkəmə iddianın “əldən çıxmış faydanın tutulması” hissəsinə münasibətdə bildirmişdir ki, birinci instansiya məhkəməsi həmin hissədə düzgün nəticəyə gəlmişdir və bu barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır.

40. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.1, 14.2, 139.2, 166.1, 362.1, 362.5, 1091.1, 1091.2, 1092-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

41. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil2) qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf əvvəlcə etibarnaməni mübahisələndirsə də, sonradan iddiaçı tərəfindən qeyd edilən etibarnamənin verildiyini təsdiq etmişdir. Bununla belə, iş materiallarında olan ekspert rəyində nəinki etibarnamədəki eyni zamanda, müqavilədəki imzanın R.Atakişiyevə məxsus olmadığı qeyd edilmişdir. Nəzərə almaq lazımdır ki, ekspertiza kserosurət üzərində aparılmışdır. Məhkəmə iclasında şa hid qismində dindirilən Arif Rzayev də bildirmişdir ki, Türkiyə banklarında möhür olduğu təqdirdə etibarnamənin əslinin təqdim edilməsi tələb edilmir. Belə ki, iddiaçıya məxsus möhürün itməsi barədə hüquq mühafizə orqanlarına hər hansı müraciət edilməmişdir. Həmin dəmir borular əslində iddiaçıya deyil, Nazim Ələkbərov adlı bir şəxsə məxsus olmuşdur. Həmin şəxs Cavabdeh boruları satmaq istədiyini bildirmiş, boruları almaq istəyən tanışının olub-olmamasını soruşmuşdur. Cavabdeh bir müddət sonra öz tanışları vasitəsilə türk vətəndaşı Yusif Gümüşoğlu adlı şəxslə görüşmüş, boruları ona göstərmiş, Nazim Ələkbərovda bu işdə yardımçı olmasının müqabilində gələcəkdə onun zəhmət haqqını ödəyəcəyini bildirmişdir. Daha sonra boruların ixrac edilməsi məsələsi ortaya çıxdığından Cavabdeh əvvəldən tanıdı ğı Arif adlı şəxslə əlaqə saxlayaraq bu işdə ona kömək etməsini xahiş etmiş, Ariflə boruları almaq istəyən türk vətəndaşını görüşdürmüşdür. Arifin hansı şirkət vasitəsilə boruları xaricə ixrac etməsini bilməmiş, bu proseslərdə iştirak etməmişdir. (Arif Rzayev işi Cavabdehla gördüyü üçün boruların sahibi kimi onu tanımışdır) Bir müddət sonra Nazim Ələkbərov xəstə olduğunu, pulu dayısı oğluna ödəməyi xahiş etmişdir. Cavabdeh Ariflə əlaqə saxlayaraq məsələni bildirdikdə Arif təklif etmişdir ki, Türkiyəyə cavabdeh özü gedib pulu götürsün. Cavabdeh razılaşmış, Arif şirkətin möhürünü təhvil vermiş, etibarnaməni isə elektron qaydada “Yusif Gümüşoğlu” şirkətinə göndərmişdir. Cavabdeh bir neçə dostu ilə Türkiyəyə yola düşmüş, daha sonra ona 134000 ABŞ dolları təhvil verilmişdir. Azərbaycana qayıtdı qdan sonra pulu Nazim Ələkbərovun qohumuna təhvil vermiş, möhürü isə Arifə qaytarmışdır. Birinci və apellyasiya instansiyası məhkəmələri maddi hüququ norması kimi əsassız varlanmaya aid ümumi normalara istinad etmiş, istinad etdiyi qanunu səhv təfsir etmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iş üçün əhəmiyyəti olan halları sübut etməmiş və bununla da səhvə yol vermişlər. Belə ki, iddiaçı tərəfindən Arif vasitəsilə tapşırıq verilmiş, o da tapşırığı icra etmişdir. Hətta pulun verildiyi şəxs Ələkbərov Nazimin qohumu olan X8 da şahid qismində dindirilmiş və pulun ona çatdırıldığını etiraf etmişdir.

43. Həmin malların necə idxal-ixracına dair hər hansı sənəd iddiaçı tərəfindən də təqdim edilməmişdir. İddiaçının nümayəndəsi əvvəlki iclaslarda, eyn i zamanda iddia ərizəsində də qeyd etmişdir ki, guya iddiaçı sözügeden etibarnaməni verməmiş, eyni zamanda R.Atakişiyevi ümumiyyətlə tanımır, iddiaçı şirkətin elə bir adda direktoru olmamışdır. Sonrakı məhkəmə iclaslarında isə qeyd edilən şəxsi tanıdıqlarını, eyni zamanda həmin şəxsin direktor olmasa da, direktor müavini olduğunu, guya həmin vaxtı direktorun vəzifələrini icra etdiyini bildirmişdir.

44. Cavabdehin adına verilmiş olan etibarnamə saxta olsa belə, möhürün hansı səbəbdən ona verilməsini izah edilə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

46. Maddə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiy yatına alınmalıdır.

47. Maddə 166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur.

48. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

49. Maddə 362.5. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir.

50. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda v ə yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

51. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

52. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

53. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

54. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

55. Maddə 778.1. Vəkalət alan tapş ırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

56. Maddə 779.1 Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hə rtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

64. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

65. Maddə 417.1.4. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

66. Maddə 417.2.Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozu lmuş və ya düzgün tətbiq edilməmiş olsun.

67. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

68. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktik i halları araşdırması kimi qiymətləndirilməməlidir.

69. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

70. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırma aparılmaqla işin halları düzgün müəyyən edilsə də, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.

71. Belə ki, işin birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən, İddiaçı MMC ilə “X7 San.Ticaret Ltd. Şti” şirkəti arasında 1 fevral 2021-ci il tarixdə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, satıcı 2500 ton “istiyayılmış”, “tikişsiz ” polad boruları alıcının mülkiyyətinə verməyi, alıcı isə öz növbəsində 1.000.000 ABŞ dolları məbləğində pulu hər aldığı malın partiyası üçün MMC-yə 180 gün ərzində ödəməyi öhdəsinə götürmüşlər. Əldə edilmiş malın (polad boruların) müqabilində xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə müxtəlif məbləğlərdə ödənişlər üçüncü şəxs tərəfindən iddiaçının hesabına köçürülmüşdür. 23 mart 2021-ci il tarixdə isə üçüncü şəxs tərəfindən etibarnamə əsasında nümayəndə olan cavabdehə nağd şəkildə 134.566 ABŞ dolları məbləğində pul ödənmişdir. MMC-nin adından cavabdehə verilmiş etibarnamədən görünür ki, cavabdehə ödəmələri təhvil almaq səlahiyyəti verilmişdir. Cavabdeh pulu MMC-yə təqdim etməli olduğu halda bunu etməmişdir. Cavabdeh özü də bu halı inkar etməmişdir

72. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh həmin pul məbləği boruların sahibi Nazim Ələkbərova verdiyi bildirsə də, Nazim Ələkbərovun boruların sahibi olması və pulun ona ödənilməsi cavabdeh tərəfindən sübuta yetirilmir. Bu baxımdan, qəbul edilməlidir ki, 134.566 ABŞ dolları məbləğində pul iddiaçı MMC-yə məxsusdur, həmin pul vəsaiti cavabdehdə qalmışdır, həmin pul vəsaitinin cavabdehdə qalmasının hüquqi əsası yoxdur. Başqa sözlə, cavabdeh iddiaçı MMC-nin vəsaiti hesabına əsassız olaraq varlanmışdır.

73. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə əsassız varlanma ilə əlaqəlidir və mübahisə əsassız varlanmaya dair Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit olunmuş maddi hüquq normalarının tətbiqi ilə həll olunmalıdır.

74. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə raz ılaşmayan kassasiya kollegiyası qeyd edir ki, hazırkı işdə apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 1091.1, 1091.2-ci maddələrini göstərsə də, həmin normaların və əsassız varlanmaya dair qeyd etdiyi digər maddi hüquq normalarının dispozisiya şərtləri ilə işin halları arasında uyğunluğunu (uyğunsuzluğu) yoxlamamış, hüquqi dəyərləndirmə aparmamışdır. Bu hallar tətbiq edilməli olan qanun normasının tətbiq olunmamasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamasına dəlalət etmişdir. Halbuki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

75. Kassasiya kollegiyası qeyd edir ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edən şəxs əsassız varlanmış sayılır. Bu halda şəxsin varlanmasına haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur, yaxud bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

76. Lakin işin hallarından məlum olduğu kimi, MMC-nin adından cavabdehə 15 mart 2021-ci il tarixli etibarnamə verilmiş, etibarnamə səlahiyyətlərinə ödənişlərin alınması aid edilmiş və cavabdeh həmin etibarnamə əsasında nümayəndə kimi çıxış etmiş və 23 mart 2021-ci il tarixində 134.566 ABŞ dolları məbləğində pulu üçüncü şəxsdən nağd şəkildə qəbul etmişdir. Göründüyü kimi, tərəflər arasındakı münasibətlər məhz tapşırıq müqaviləsindən irəli gəlmiş və bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbitini tapmış tapşırıq müqaviləsinə dair maddi hüquq normaları tətbiq olunmalıdır. Bu baxımdan iddia tələb inin hüquqi əsası kimi Mülki Məcəllənin 777, 778, 779-cu maddələri nəzərdən keçirilməlidir.

77. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərə r üçün məsuliyyət daşıyır.

78. Göründüyü kimi, Mülki Məcəllənin 777.1-ci və 779.1-ci maddələrinin dispozisiya şərtləri, iddia tələbi ilə uzlaşır və iş materialları ilə tam təsdiq olunur.

79. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsində mahiyyəti üzrə araşdırma aparıldığından, iş üzrə əlavə sübutların araşdırılmasına zərurət olmadığından və məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallara əsasən maddi hüquq normaları düzgün tətbiq edilməklə nəticəyə gəlmək mümkün olduğundan işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət yoxdur.

80. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, Cavabdeh hüquqi şəxs olan iddiaçı i lə aralarında tapşırıq münasibətlərinin olmasını inkar etməmişdir. Buna baxmayaraq, o iddiaçının satıcı qismində çıxış etdiyi alqı-satqı müqaviləsi üzrə əldə etdiyi satılmış malın dəyərini tapşırıq müqaviləsi üzrə iddiaçıya verməli olduğu halda üzərinə düşən öhdəliyi icra etməmişdir. Cavabdeh öhdəliyi icra etməməsinin səbəbini malın iddiaçıya məxsus olmaması ilə əsaslandırsa da, bu halın mövcudluğunu sübuta yetirə bilməmiş, əksinə işdə olan sübutlarla (xüsusən müqavilə ilə) həmin malın iddiaçıya məxsusluğu öz təsdiqini tapmışdır.

81. Bu baxımdan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, iddia qismən təmin edilməlidir (iddianın qismən təmin edilməsi ilə bağlı apellyasiyanın mövqeyi ilə kollegi ya razılaşaraq, mövqeyi təkrarlamağa lüzum görmür).

82. MPM-in 417.1.4-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

83. Həmin Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.

84. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1039/2024 nömrəli, 27 fevral 20 24-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 134 566 ABŞ dolları məbləğində əsas vəsait və həmin məbləğdən 17 ay ərzində istifadə etdiyi üçün 9531.75 ABŞ dolları məbləğində əlavə vəsait, cəmi 144097,75 (bir yüz qırx dörd min doxsan yeddi dollar yetmiş beş sent) ABŞ dolları vəsait ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnə üzrə İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar