Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2425/2021 27.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və X2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, pulun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçıların vəkili Nümayəndə, ilkin iddia üzrə Cavabdeh, vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 avqust 2020-ci il tarixli, 2(103)4884/2020 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh Hüseynova Rəna Məmməd qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4cü maddələri ilə başlanmış cinayət işinin istintaqı zamanı zərərçəkmişə zərərin əvəzinin ödənilməsi üçün 55.000 manat pul artıq ödənilmişdir. Zərərçəkmiş həmin məbləği iddiaçılara qaytarmaqdan imtina etmişdir.
2. Belə ki, Dadaşova Nigar İlqar qızı "xxxx" MMC-də tur-menecer vəzifəsində işləmişdir. "xxxx" MMC-nin təsisçisi və direktoru Hüseynova Rəna Məmməd qızı 03.09.2016-cı il tarixdə şikayət ərizəsi ilə Yasamal rayon Polis İdarəsinə müraciət edərək, X3 2016-cı ilin avqust-sentyabr ayları ərzində sifariş olunan tur-paketlərin m əbləğlərini azaldıb-çoxaltmaqla hesabatlarda düzəliş edib ona məxsus külli miqdarda pul vəsaitini ələ keçirdiyini bildirmişdir. Bu şikayət əsasında Bakı şəhəri, Yasamal rayon Polis İdarəsində istintaq-əməliyyat qrupu yaradılmış və 08.09.2016-cı il tarixdə həmin qrup tərəfindən "xxxx" MMC-nin ofisində baxış zamanı MMC-nin tur-meneceri X4 9522 manat və 1500 Avro məbləğində Cavabdeh tərəfindən verilmiş pul əskinasları ilə eyniyyət təşkil edən pul vəsaiti aşkar edilərək götürülmüş və həmin vəsaitlər saxlanılması üçün Cavabdeh təhvil verilmişdir.
3. Sözügedən fakt əsasında cinayət işi başlanıb istintaq aparılmışdır. İstintaqın gedişində İddiaçı2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılarkən, zərərçəkmişə vurulmuş zərərin ödənilməsi məqsədi ilə İddiaçı2 valideynləri tə rəfindən 55.000 manat pul istintaq orqanına təhvil verilmiş, həmin pul vəsaiti müstəntiq tərəfindən 10 sentyabr 2016-cı il tarixli protokol tərtib edilməklə, Cavabdeh özünə təhvil verilmiş və Cavabdeh məhkəmə baxışınadək həmin pul vəsaitini özündə saxlayacağına dair öhdəlik götürməklə protokolu imzalamışdır.
4. İstintaq ilə müəyyən edilmişdir ki, İddiaçı2 aldatma və etibardan sui-istifadə etmə yolu ilə MMC-nin tur meneceri kimi öz qulluq mövqeyindən istifadə edib, guya sifariş olunan tur paketlərin ləğv olunmasını bildirməklə ödənilmiş pul vəsaitinin qaytarılması adı ilə ümumilikdə 11.773,38 manat məbləğində pul vəsaitini, yəni özgəsinin xeyli miqdarda əmlakını ələ keçirmiş, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
5. Lakin bu miqdardan, yəni 11.773,38 manat pul vəsaitindən artıq "xxxx" MMC-yə məxsus və ya həmin cəmiyyətin təsisçisi və direktoru Cavabdeh məxsus əmlakı ələ keçirməsi və ya mənimsəməsi, hərəkətləri ilə həmin cəmiyyətə ziyan vurması istintaq materialları ilə təsdiq olunmamışdır.
6. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin “Cinayət işinin icraatına xitam verilməsi haqqında” 09 yanvar 2018-ci il tarixli qərarı ilə, Azərbaycan Respublikası CPM-nin 73-1-ci maddəsinə əsasən İddiaçı2 barəsində cinayət təqibinə xitam verilmişdir.
7. Həmin qərarda, vurulmuş zərərin əvəzinin ödənilməsi üçün 10 sentyabr 2016-cı il tarixli maddi sübutu məsul saxlanışa təhvil vermə haqında protokol əsasında zərərçəkmiş Cavabdeh təhvil verilmiş 55.000 manat məbləğdə pulla bağlı qeyd edilmişdir ki, toplanmış materiallarla İddiaçı2 tərəfindən qeyd edilən, yəni 55.000 manat miqdarında vəsaitin ələ keçirilməsi və bununla da "xxxx" MMC-yə və ya Cavabdeh zərər vurması kifayət qədər sübut olunmamışdır. İddiaçı1 və İddiaçı2 Cavabdeh 55.000 manat məbləğdə vəsaitin qaytarılması tələbi mülki xarakterli tələb olduğundan onlara məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.
8. Bundan sonra İddiaçı2 anası İddiaçı1 cinayət işinin istintaqını aparmış X7 qarşı iddia qaldıraraq, 10 sentyabr 2016-cı il tarixdə “Nağd pul vəsaitinə baxış keçirilməsi haqqında” protokol tərtib edilməklə cavabdehə təqdim olunan 55.000 manat pulun qaytarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-7334/2018 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin iş üzrə iddiaçının apelyasiya və kassasiya şikayətləri də təmin edilməmişdir. İddianın rədd olunması ilə bağlı məhkəmələrin mövqeyi ondan ibarət olmuşdur ki, hazırda Cavabdeh qanunsuz sahibliyində olan qeyd edilən vəsaitin (55.000 manat pulun) qaytarılması üçün məhz ona qarşı iddia qaldırmaq hüququndan yararlanmalı olduğu halda, əsl olmayan cavabdehə qarşı əsassız iddia qaldırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçılar İddiaçı1 və X5 cavabdeh Hüseynova Rəna Məmməd qızına qarşı pul tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Hüseynova Rəna Məmməd qızına depozit kimi məsul saxlanca təqdim olunmuş və qanunsuz olaraq özündə saxladığı 55.000 manat pul vəsaitinin alınıb iddiaçıya ve rilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hüseynova Rəna Məmməd qızının ərizəsinə əsasən X5 barəsində Yasamal RPİ-nin İŞ-da 09 senyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ********* saylı cinayət işinin istintaqı zamanı müəyyən olunmuşdur ki, İddiaçı2 tərəfindən qeyd edilən, yəni 55.000 manat miqdarda vəsaitin ələ keçirilməsi və bununla da "xxxx" MMC-yə və ya Cavabdeh zərər vurması kifayət qədər təsdiq olunmamışdır. İstintaqın gəldiyi qənaətə əsasən, İddiaçı1 və İddiaçı2 Cavabdeh 55.000 manat miqdarında vəsaitin qaytarılması tələbi mülki xarakterli tələbdir. Habelə, cavabdeh 55.000 manat pul məbləğinin özündə depozit qismində olmasını və zərurət olan vaxt qaytarmağa hazır olmasını prokurorluğa yazd ığı izahatda etiraf etmişdir. Buna baxmayaraq cavabdehə depozit kimi məsul saxlanca təqdim olunmuş 55.000 pul vəsaiti onlara qaytarılmamış və bu günədək onun qanunsuz sahibliyində qalmaqdadır.
11. Hüseynova Rəna Məmməd qızı və "xxxx" MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 70.848,85 manat, 58.293,99 ABŞ dolları və 3.572 Avro və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona verilməsini xahiş etmişdir.
12. Qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Hüseynova Rəna Məmməd qızı və "xxxx" MMC qarşılıqlı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək cavabdeh X1 83.281,78 manat, 59.168,50 ABŞ dolları və 3.273,41 avro və 30 manat dövlət rüsumunun tutulub Hüseynova Rəna Məmməd qızına və "xxxx" MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Qa rşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı2 "xxxx" MMC-də turmenecer kimi əsas vəzifəsi turist səyahətlərinin təşkil olunması üçün müraciət edən şəxsləri qəbul edib, MMC-nin ofisinin kompüterindəki "Excel" proqramının ümumi hesabat və kassaya aid olan mühasibat hissələrində müvafiq turları rəsmiləşdirərək həmin şəxslərdən pul vəsaitlərini qəbul etməkdən ibarət olmuşdur. 2016-cı ilin yay aylarında MMC-nin dövriyyəsinə sərmayə kimi buraxdığı 100.000 manat miqdarda pul vəsaitinin xərclənməsini, lakin heç bir mənfəət əldə edilməməklə yanaşı, onun partnyorlara borclu olduğunu aşkar etmiş, buna görə də cavabdeh İddiaçı2 və digər işçilərə məlumat vermədən onların iş vaxtının qurtarmasından sonra MMC-nin ofisində olan əsas kompüter sistemi blokuna, yəni serverdəki “Excel” proqram ına baxış keçirmişdir. Baxışın nəticəsində İddiaçı2 özünə aid olan hissədə pul məbləğlərinə dair rəqəmləri bilərəkdən dəyişdirməsini və özünə əlverişli şərtlərlə pul məbləğlərini artırmaq və azaltmaqla MMC-nin həmin pulların və satılmış turpaketlərdən qazanc kimi qalmış pulların böyük hissəsini, yəni ilkin mərhələdə bütün sənədləri tam araşdırmanı başa çatmamış halında 180.000 manatdan yuxarı məbləğdə vəsaiti ələ keçirməsini müəyyən etmişdir. Bununla bağlı şikayət ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə müraciət etmiş və orada aparılmış yoxlama zamanı 08.09.2016-cı il tarixdə cavabdeh İddiaçı2 növbəti təhrif əməllərini törətdiyi üçün bilavasitə faktla ifşa olunaraq MMC-nin kassasından, götürüb apardığı 9.522 manat və 1.220 Avro nağd pul vəsaitləri ondan aşkar edilərək götürül müş və müvafiq olaraq rəsmiləşdirmə aparılmışdır. Həmin vaxt cavabdeh İddiaçı2 iş üzrə vermiş olduğu ilkin izahat və ifadələrində törətmiş olduğu qanunsuz əməllərini etiraf edərək bildirmişdir ki, həqiqətən də o, yuxarıda göstərilən üsullarla işlədiyi müddət ərzində ofisin kompüterində olan «Excel» proqramınının ümumi hesabat və kassaya aid qrafalara daxil olaraq köhnə tarixlərə aid bir neçə məlumatları və pul miqdarlarını silib-dəyişərək sonradan ofisin kassasından təxminən 20.000-30.000 manat miqdarda nağd pul vəsaitini əlavə olaraq özünə götürüb xərcləmişdir. Daha sonra İddiaçı2 barəsində müvafiq cinayət işi başlamış, barəsində həbs qətimkan tədbiri seçilməsin deyə 55.000 manat pulu məhkəməyə təqdim etmiş, qalan maddi ziyanı da sonradan ödəyəcəyini öhdəsinə götürmüşdür. Məhkəmə İddiaçı2 təqdim etdiyi pulu protokollaşdıraraq qəbul etmiş və onun barəsində həbs qətimkan tədbiri seçməkdən imtina etmişdir. Məhkəmədən sonra həmin 55.000 manat pul müstəntiq tərəfindən protokollaşdırılaraq saxlanılmaq üçün ona təhvil verilmişdir. Lakin İddiaçı2 qalan maddi ziyanı ödəməmişdir. Hətta onun şikayətindən imtina etməyi üçün İddiaçı2 və İddiaçı1 ona 80.000 manatadək pul təklif etmiş, lakin dəyən ziyan daha çox olduğu üçün o, həmin təklifi qəbul etməmişdir. Aradan uzun müddət keçdikdən sonra 2018-ci ilin may ayında ona məlum olmuşdur ki, cinayət işinin icraatına xitam verilmişdir. Lakin ona dəymiş ziyan ödənilməmiş qalmaqdadır. Belə ki, istintaq zamanı müstəntiqin audit yoxlaması aparılması barədə qərarına əsasən audit yoxlaması aparılmışdır. Auditorun 12 may 2017-ci il tarixli rəyi i lə müəyyən edilmişdir ki, İddiaçı2 MMC-nin xidməti istifadəsində olan kompüterin “Excel” proqramına daxil olmaqla keçmiş tarixlərə sonradan edilmiş əlavə və dəyişikliklər nəticəsində çatışmazlığın miqdarı 72156 manat, 50322 ABŞ dolları və 1972 avro təşkil edir. (Qarşılıqlı iddia ərizəsində daha sonra İddiaçı2 tərəfindən icra edildiyi göstərilən 97 əməliyyat təsvir olunur).
14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-205/2020 saylı, 03 fevral 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən F.İ.Əyyubov) ilkin iddia tələbinin təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh 55.000 manat pul vəsaitinin tutularaq ilkin iddia üzrə İddiaçı1 və X2 xeyrinə ödənilməsi və qarşılıqlı iddia tələbinin təmin olunmaması qət edilmişdir.
15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilkin iddia üzr ə iddiaçılar cavabdehdən əsassız olaraq saxladığı 55.000 manat pulu tələb edirlər. Cavabdeh bu pulun onun tərəfindən götürülməsini mübahisələndirmir, lakin qeyd edir ki, bu pul vəsaitini İddiaçı2 ona vurduğu ziyanı ödəmək üçün, borc aldığı şəxslərə qaytarmışdır. İş materiallarında olan cinayət işinə xitam verilməsinə dair qanuni qüvvəyə minmiş qərarla İddiaçı2 Cavabdeh 55.000 manat ziyan vurulması sübuta yetirilməmiş, əksinə cinayət işinə xitam verilmiş və 55.000 manat maddi sübut qismində tanınmış pulun mülki qaydada istənilməli olması izah edilmişdir ki, bütün bu sübutlarla bir daha təsdiq olunur ki, 55.000 manat pulun sahibi Cavabdeh deyildir. Məhkəmə həmçinin qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsində qeyd olunan pul məbləğlərinin İddiaçı2 tərəfindən ona ödənilməl i olmasını qeyd etsə də, iş materialları ilə bu hallar da öz təsdiqini tapmamışdır. Qarşılıqlı iddiaçılar iddia ərizəsində 12 may 2017-ci il tarixli müstəqil auditorun hesablamasına əsasən İddiaçı2 tərəfindən onlara 83.281,78 manat, 59.168,50 ABŞ dolları və 3.273,41 avro ziyan vurulduqlarını bildirmiş, həmçinin qarşılıqlı iddiaçı özü müstəqil araşdırma apararaq iş materiallarına əlavə edilmiş sənədlərə əsasən bu ziyanın vurulduğunu sübut etməyə çalışımışdır.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 1092-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
17. İlkin iddia üzrə cavabdeh Hüseynova Rəna Məmməd qızı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək ilkin iddia ərizəsi üzrə iddiaçılar İd diaçı1 və X2 Hüseynova Rəna Məmməd qızından 55.000 manat pul tələbinə dair hissəsinin təmin olunmaması, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 avqust 2020-ci il tarixli, 2(103)-4884/2020 saylı qətnaməsi ilə (hakimlər A.Ə.Hüseyn (sədrlik edən və məruzəçi), V.M.Ağayev və V.Ə.Baxışova) qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh və "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsində qeyd olunan pul məbləğlərinin İddiaçı2 tərəfindən ona ödənilməli olmasını qeyd etsə də, iş materialları ilə bu hallar öz təsdiqini tapmamışdır. Qarşılıqlı iddiaçılar iddia ərizəsində 12 may 2017-ci il tarixli müstəqil auditorun hesablamasına əsasən İddiaçı2 tərəfindən onlara 83.281,78 manat, 59.168,50 ABŞ dolları və 3.273,41 avro ziyan vurulduqlarını bildirmiş, həmçinin qarşılıqlı iddiaçı özü müstəqil araşdırma apararaq iş materiallarına əlavə edilmiş sənədlərə əsasən bu ziyanın vurulduğunu sübut etməyə çalışımışdır. Məhkəmə qeyd edir ki, sırf bu məsələyə dair ibtidai istintaqda 3 dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, sonuncu rəy audit rəyinin yoxlanılması ilə bağlı olmuşdur ki, iş materialarında olan xitam qərarına əsasən də müəyyən olunur ki, bu məbləğdə ziyanın vurulması təsdiq olunmamış və İddiaçı2 barəsində icraata xitam verilmişdir.... Cinayət işinə xitam verilməsinə dair qanuni qüvvəyə minmiş qərara əsasən İddiaçı2 Cavabdeh 55.000 manat ziyan vurması sübuta yetirilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
20. İlkin iddia üzrə Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək ilkin iddia ərizəsi üzrə iddiaçılar İddiaçı1 və X2 Cavabdeh 55.000 manat pul tələbinə dair hissəsinin təmin olunmaması, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayətində qarşılıqlı iddia ərizəsində göstərilən işin faktik halları təkrarlanmış, həmçinin göstərilmişdir ki, istintaq zamanı İddiaçı2 yuxa rıda qeyd edilən üsulla MMC-dən və özündən 100.000 manatdan artıq pulu ələ keçirməsi faktını təsdiqləmişdir. Lakin ona və MMC-yə qeyd edilən məbləğdə zərər vurulması ilə bağlı tam həcmdə materiallar əldə edilib tam araşdırma aparılmamışdır. Qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim etməklə İddiaçı2 tərəfindən təhrif olunmuş sənədlərlə qeydiyyata alınmış hər bir epizod üzrə keçən turist, ona dair turpaketin sənədləşməsini təhlil etməklə izahat kimi, müvafiq sübutedici sənədləri əlavə olunmaqla təqdim edilmişdir. Bu sənədlər ibtidai istintaq müddətində prokurorluq və polis orqanı tərəfindən götürülməmiş, onun ətrafında istintaq hərəkətləri aparılmamışdır. Bundan başqa, əgər İddiaçı2 MMC-dən və ondan külli məbləğdə pul vəsaitini ələ keçirməmişdisə, nə səbəbə görə 55.000 manat pul vəsaitini məhkəməyə təqdim etmiş, külli məbləğdə ziyan vurmasını etiraf etmişdir? Turist adı ilə qeydə alınıb təhrif olunmuş sənədlərdə göstərilən şəxslərin şahid qismində çağırılıb dindirilməsi barədə dəfələrlə vəsatət verilsə də məhkəmə həmin şəxsləri şahid qismində dindirlməsini əsassız olaraq təmin etməmişdir. Həmçinin İddiaçı2 birbaşa məhkəmədə iştirak etməsi və mülki işə əlavə edilmiş sübutlar ətrafında izahatının alınması barədə dəfələrlə vəsatət verilsə də, məhkəmə bu vəsatəti əsassız olaraq təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Cavabdeh və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, kassasiya şikayətinin təmin olunmasını xahiş etdil ər.
24. İlkin iddia üzrə iddiaçının vəkili Nümayəndə kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. 25.Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə ilkin iddia üzrə iddiaçılar İddiaçı2, İddiaçı1 və qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi ə sas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
27. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxl aya bilər. Kassasiya baxışının hədləri
28. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
29. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməs i üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. İşin müəyyən olunan hallarından göründüyü kimi iddiaçının barəsində başlanmış cinayət işinin gedişində iddiaçı tərəfindən vurulmuş zərərin cəmi 17.773,38 manat olduğu müəyyən edilmişdir. Lakin istintaq zamanı zərərin ödənilməsi məqsədi ilə iddiaçı tərəfindən 55.000 manat əlavə pul təqdim edilmişdir və həmin p ul məbləği cinayət işi üzrə zərəçəkmiş qismində tanınmış, hazırki ilkin iddiada cavabdeh olan Cavabdehdır.
34. Kassatorun onun tərəfindən təqdim etdiyi sübutların araşdırılmadığı barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər eyni zamanda apelyasiya şikayətinin dəlilləri ilə eynidir və apelyasiya məhkəməsi bu dəlilləri qəbul etməyərək göstərmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsində qeyd olunan pul məbləğlərinin İddiaçı2 tərəfindən ona ödənilməli olmasını qeyd etsə də, iş materialları ilə bu hallar öz təsdiqini tapmamışdır. Qarşılıqlı iddiaçılar iddia ərizəsində 12 may 2017-ci il tarixli müstəqil auditorun hesablamasına əsasən İddiaçı2 tərəfindən onlara 83.281,78 manat, 59.168,50 ABŞ dolları və 3.273,41 avro ziyan vurulduqlarını bildirmi ş, həmçinin qarşılıqlı iddiaçı özü müstəqil araşdırma apararaq iş materiallarına əlavə edilmiş sənədlərə əsasən bu ziyanın vurulduğunu sübut etməyə çalışımışdır. Məhkəmə qeyd edir ki, sırf bu məsələyə dair ibtidai istintaqda 3 dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, sonuncu rəy audit rəyinin yoxlanılması ilə bağlı olmuşdur ki, iş materiallarında olan xitam qərarına əsasən də müəyyən olunur ki, bu məbləğdə ziyanın vurulması təsdiq olunmamış və İddiaçı2 barəsində icraata xitam verilmişdir.
35. İş materiallarından göründüyü kimi, qarşılıqlı iddiaçının əsas sübut kimi təqdim etdiyi auditor rəyi, iddia ərizəsində qeyd olunan və İddiaçı2 tərəfindən icra edildiyi göstərilən əməliyyatlara aiddir. İşə baxmış məhkəmələr həmin rəyin sübut kimi tədqiqini aparmış və qarşılıqlı iddiaçını n dəlillərini əsassız hesab etmişdir.
36. İlkin iddia üzrə iddiaçının məhkəmə iclaslarında iştirakının təmin olunmaması barədə dəlili qətnamənin ləğvi üçün əsaslara aid deyildir.
37. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
39. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 avqust 2020-ci il tarixli, 2(103)4884/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.