Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2426/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı iş üzrə QƏRARİ pul tələbinə dair 18.07.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2(107)140/2023 saylı qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə işə 18 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh1 (bundan sonra cavabdeh) 2019-cu ilin əvvəlləri ndən etibarən ayrı-ayrı vaxtlarda 6.300 manat pul vermiş və pulun müqabilində cavabdeh, 2020-ci ilin taxıl biçini vaxtında (iyul-avqust aylarında) iddiaçıya 21 ton buğda və 15 ton arpa, yaxud həmin taxılın dəyərini qaytaracağı ilə bağlı öhdəlik götürmüş, lakin öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 19.350 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 münasibətdə tələbini belə əsaslandırmışdır ki, kənd təsərrüfatı malları və taxıl tədarükü ilə məşğul olur. Cavabdeh1 2020-ci ilin əvvəllərində 21 ton buğda və 15 ton arpa üçün ondan 6.300 manat pul almışdır. Bunun müqabilində həmin ilin biçin vaxtı, yəni iyul-avqust aylarında sonuncu, 21 ton buğda və 15 ton arpa, yaxud qeyd edilən buğdanın və taxılın dəyərini qaytarmalı idi. Keçən müddət ərzində Cavabdeh1 ona ümumilikdə 36 ton taxıl və ya dəyərini qaytarmamışdır. Hazırda arpanın 1 tonu 500 manat, buğdanın isə 1 tonu 650 manatdır. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh1 izahatında göstərmişdir ki, iddianı qismən qəbul edir. Həqiqətən də, iddiaçıdan 21 ton buğda və 15 ton arpa, olmadıqda dəyərini 2020-ci ilin biçin vaxtı qaytarmaq şərti ilə ayrı-ayrı vaxtlarda ümumilikdə 6.300 manat almışdır. Bununla bağlı yazılı qəbz də vermişdir. İddiaçıdan aldığı pulu texnikaya xərcləmişdir. Lakin, istifadəsində olan kombayn sıradan çıxdığından işləyə bilməmiş, bu səbəbdən də iddiaçıya olan borcunu qaytara bilməmişdir. İddi açı razı olarsa borcunu az-az ödəyə bilər. Cavabdeh1 tərəfindən yazılmış qəbzdən görünür ki, o, İddiaçı götürdüyü arpanın əvəzinə 2020-ci ilin iyun ayında 21 ton buğda və 15 ton arpa qaytarmağı, biçin zamanı taxıl olmayacağı təqdirdə həmin günün satış məzənnəsinə uyğun olaraq kompensasiya ödəməyi öz üzərinə götürmüşdür. 06 yanvar 2022-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəki rayon Polis Şöbəsində izahatı alınan zaman Cavabdeh1 İddiaçı 36 ton taxıl aldığını, həmin taxılın dəyərinin aldığı dövrdə 6.000 manat etdiyini, lakin maddi vəziyyətinin aşağı olması səbəbindən borcunu qaytara bilməməsini etiraf etmişdir. "xxxx" ASC tərəfindən verilmiş 27 iyul 2022-ci il tarixli, 35 saylı məktubundan görünür ki, 2020-ci ildə və 2021-ci ilin sentyabr, o ktyabr və noyabr ayları ərzində arpanın orta bazar qiyməti 35-40 qəpik, buğdanın orta bazar qiyməti isə 50 qəpik təşkil etmişdir. "xxxx" ASC tərəfindən verilmiş 24 iyun 2022-ci il tarixli, 19 saylı məktubundan görünür ki, 24 iyun 2022-ci il tarixə bazarda 1 kiloqram buğda 65 qəpik, 1 kiloqram arpa isə 50 qəpik təşkil etmişdir. Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(075)-2023/2022 saylı qətnaməsi ilə (hakim P.Hacıyev) iddia təmin edilmiş, Cavabdeh1 21 ton buğda və ya 21 ton buğdanın ümumi dəyəri olan 13.650 manat pulun, habelə 15 ton arpa və ya 15 ton arpanın bu günə bazar dəyəri olan 7.500 manat pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin məhkəmədə etirafı ilə yanaşı Şəki rayon Polis İdarəsinin “Cinayət i şinin başlanmasının rədd edilməsi haqqında” Qərarında qeyd olunmuş izahatı onun etirafı kimi qiymətləndirilməlidir. Cavabdeh iddiaçıdan müəyyən məbləğdə pul almış, bunun müqabilində həmin ilin biçin vaxtı 21 ton buğdanı və 15 ton arpanı və ya dəyərini qaytarmaq öhdəliyini bu günə kimi tam icra etməmişdir. Qeyd olunan 6.300 manat pulun iddiaçı tərəfindən cavabdehə verilməsi halı məhkəmə prosesi zamanı cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçı qarşısında öz öhdəliyini tam yerinə yetirmədiyindən vurduğu zərər üçün iddiaçı qarşısında məsuliyyət daşıyır, iddiaçı isə ona vurulmuş real zərəri tələb etməyə hüququ olan və borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublika sı Mülki Məcəlləsinin 14.2.1, 21.1, 21.2, 157.2, 385.1, 442, 739.1, 740.1 və 740.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 191.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, həqiqətən iddiaçıdan 21 ton buğda və 15 ton arpa, olmadıqla dəyərini 2020-ci ili n biçin vaxtı qaytarmaq şərti ilə ayrı-ayrı vaxtlarda ümumilikdə 6.300 manat pul almışdır. Bununla bağlı yazılı qəbz vermişdir. İddiaçıdan aldığı pulu texnikaya xərcləmişdir. Lakin istifadəsində olan kombayn sıradan çıxdığından işləyə bilməmişdir və bu səbəbdən də iddiaçıya olan borcunu qaytara bilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi qətnaməsində Mülki Məcəllənin 21.1, 21.2, 157.2, 739.1, 740.1, 740.2-ci maddələrinə istinad etmiş və lakin onun sadəcə olaraq iddiaçıya 6.300 manat borcunun olmasına heç bir münasibət bildirməmiş və bu münasibətləri tənzimləyən Mülki Məcəllənin 1091.1 və 1091.2-ci maddələrinə istinad etməmişdir. Bundan əlavə, işə baxan birinci instansiya məhkəməsi iddianı təmin edərkən tələb edilən buğdanın qiymətini 0,65 qəpikdən hesablamışdır. Bu hesablamanı apar arkən birinci instansiya məhkəməsi "xxxx" ASC tərəfindən verilmiş 24 iyun 2022-ci il tarixli, 19 saylı məktubda qeyd edilmiş 1 kiloqram buğdanın qiymətini 0,65 qəpikdən hesablamışdır. Halbuki, mülki işin materiallarında "xxxx" ASC tərəfindən verilmiş 24 iyun 2022-ci il tarixli 35 saylı məktub da mövcuddur və həmin məktubda 2020-ci il və 2021-ci ilin sentyabr, oktyabr və noyabr ayları ərzində arpanın orta bazar qiymətinin 35-40 qəpik, buğdanın orta bazar qiymətinin isə 50 qəpik olması göstərilmişdir. Hadisə Şəki rayonunda baş vermiş, tərəflərin hər ikisi də Şəki sakinidir və əkilən torpaq sahəsi Şəki rayonundadır. Belə olan halda nəyə görə işə baxan birinci instansiya məhkəməsinin "xxxx" ASC əvəzinə, "xxxx" ASC-dən buğdanın qiyməti haqqında məlumat alması anlaşılan deyil. Belə ki, Şəki rayo nu taxılçılıq rayonu olmuş və ən çox taxıl istehsal edən rayon olmuşdur. Mingəçevir şəhərində isə taxıl bitkiləri əkilmir və orada buğdanın qiymətinin Şəki rayonuna nisbətən daha çox olması qaçınılmazdır. Ona görə də işə baxan birinci instansiya məhkəməsinin iddianı təmin edərkən "xxxx" ASC-dən aldığı məlumatı əsas götürməsi tamamilə qanunsuz və əsassızdır və işə baxan birinci instansiya məhkəməsi bunu öz qətnaməsində əsaslandırmamışdır. Kənd və şəhər yerlərində buğdanın və arpanın müxtəlif qiymətləri olur. Belə ki, kənd sakinləri bir-biriləri ilə buğda ilə ödəmə barədə razılaşma apararkən buğdanın tarladan kombaynın altından satılması qiyməti ilə razılaşma aparırlar. Halbuki, işə baxan birinci instansiya məhkəməsi buğdanın bazar qiymətindən hesablama aparmışdır. Bu da yarıbayarı yuxarı qiymət deməkdir. İşin faktiki halları ilə müəyyən edilir ki, onun iddiaçıya sadəcə olaraq 6.300 manat borcu var, bu baxmayaraq işə baxan birinci instansiya məhkəməsi bunu araşdırmamış və nəticədə iddianın tam təmin etməklə iddiaçının əsassız varlanmasına gətirib çıxarmışdır. İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən miqdarda, yəni 21 ton buğda və 15 ton arpa borcunun olmasını sübut edəcək heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2(107)140/2023 saylı qətnaməsi ilə (hakimlər M.A.Əsədli sədrlik edən, məruzəçi, Ə.T.Məcidov və E.M.Mehdiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qətnaməsi qismən, iddianın təmin edilmiş buğdanın dəyəri nin 2.940 manat hissəsində, arpanın dəyərinin 1.500 manat hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbləri həmin hissələrdə rədd edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmış və cavabdehdən buğdanın dəyərinə görə 10.710 manat, arpanın dəyərinə görə 6.000 manat olmaqla, cəmi 16.710 manat pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmə kollegiyası buğdanın dəyərinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, əkilən torpaq sahəsi Şəki rayonunda yerləşir. Eyni zamanda Şəki rayonu taxılçılıq rayonudur. Mingəçevir şəhərində taxil bitkiləri əkilmir və orada buğdanın qiymətinin Şəki rayonuna nisbətən daha yüksək olması ağlabatandır. Ona görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instan siya məhkəməsi iddianı təmin edərkən "xxxx" ASC-dən aldığı məlumatı əsas götürməklə səhvə yol vermişdir. Məhkəmə kollegiyası cavabdehin 6.300 manat borcunun olmasına baxmayaraq işə baxan birinci instansiya məhkəməsi tərəfindən bu halın araşdırılmamasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, mülki iş materiallarında olan qəbzlərdən və cavabdehin izahatından görünür ki, iddiaçıdan 6.300 manat borc pul almış və həmin pulu alan zaman taxılın 1 kiloqramının qiyməti 051 qəpik, arpanın qiyməti isə 0,40 qəpik olmuşdur. Yəni, tərəflər razılığa gələrkən müqavilədə borcun buğda və arpa formasında götürdüyünü qeyd etmişlər. Hazırda isə arpa və buğdanın indiki bazar qiyməti yuxarıda qeyd edilən məbləğdə olduğundan şikayət bu hissədə əsassızıdır. Məhkəmə kollegiyası iddiaçı nın əsassızı varlanmış şəxs olması barədə apellyasiya şikayətinin dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, tərəflər yazılı müqavilə bağlanmaqla üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirməklə cavabdehə istədiyi məbləğdə pulu (və ya arpa, buğda) vermiş, cavabdeh isə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, şikayət bu hissədə də əsassızıdır. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 157.2, 739.1, 740.1, 740.2, 1091.1, 1091.1 və 1091.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin də lilləri Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki işə apellyasiya qaydasında baxan məhkəmə tərkibi cavabdehin apellyasiya şikayətində qaytarılmasının öhdəlik götürüldüyü iddia edilən arpanın və buğdanın qiymətləri ilə bağlı göstərilənlərlə qismən razılaşmış, "xxxx"ASC tərəfindən verilmiş 24 iyun 2022-ci il tarixli, 19 saylı məktubda qeyd edilmiş qiymətləri deyil, "xxxx" ASC tərəfindən verilmiş 24 iyun 2022-ciil tarixli 35 saylı məktubda göstərilən qiymətləri götürmüşdür. Məhkəmə kollegiyası həmin qiymətləri öhdəliyin icra edi lməli olduğu tarixə (2020-ci ilin iyun ayına) deyil, 2023-cü ilin bazar qiymətinə uyğun götürmüşdür. Məhkəmə kollegiyasının gəldiyi həmin qənaət ədalətli və əsaslı deyil. Belə ki, ilk olaraq ona diqqət yetirmək lazımdır ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə 2022-ci ildə müraciət etmişdir. Həmçinin iddia ərizəsində və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatdan görünür ki, cavabdeh guya aldığı bocun müqabilində 2020-ci ilin iyun ayında 21 ton buğda və 15 ton arpa qaytarmağı, biçin zamanı taxıl olmayacağı təqdirdə həmin günün satış məzənnəsinə uyğun olaraq kompensasiya ödəməyi öz üzərinə götürmüşdür. Əgər burda öhdəliyin icrası üçün dəqiq müddət olaraq 2020-ci ilin iyun ayı göstərilmişdirsə nəyə görə məhkəmə arpanın və buğdanın qiymətini 2023-cü ilin satış məzənnəsinə uyğun gö türür? Eyni zamanda məhkəmə qətnaməsində göstərilmişdir ki, “mülki iş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıdan götürdüyü arpanın əvəzinə 2020-ci ilin iyun ayında 21 ton buğda və 15 ton arpa qaytarmağı, biçin zamanı taxıl olmayacağı təqdirdə həmin günün satış məzənnəsinə uyğun olaraq kompensasiya ödəməyi öz üzərinə götürmüşdür. Halbuki, iddiaçı istər iddia ərizəsində, istərsə də məhkəmə iclaslarında verdiyi izahatında göstərmişdir ki, cavabdeh 2020-ci ilin əvvələrində 21 ton buğda və 15 ton arpa üçün ondan 6.300 manat pul almışdır. Bunun müqabilində həmin ilin biçin vaxtı, yəni iyul-avqust aylarında o, 21 ton buğda və 15 ton arpa, yaxud qeyd edilən buğdanın və taxılın dəyərini qaytarmalı idi. Göründüyü kimi, cavabdeh iddiaçıdan məhkəmə qətnaməsində göstərildiyi kim i arpa götürməmiş, sadəcə pul almışdır. Həmçinin apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası qətnaməsində qeyd etmişdir ki, mülki iş materiallarında olan qəbzdən və cavabdehin izahatından görünür ki, cavabdeh 6.300 manat borc pul almış və həmin pulu alan zaman taxılın 1 kq 051 qəpik, arpanın qiyməti isə 0,40 qəpik olmuşdur. Yəni tərəflər razılığa gələrkən müqavilədə borcu buğda və arpa formasında götürdüyünü qeyd etmişlər. Hazırki vəziyyətdə belə bir sual yaranır ki, cavabdeh iddiaçıdan 1 kiloqramı 51 qəpikdən olmaqla buğda və 1 kiloqramı 40 qəpikdən olmaqla nə qədər arpa almışdır ki, onun dəyəri 6.300 manat etmişdir. Bəs niyə iddiaçı iddia ərizəsində 21 ton buğda və 15 ton arpa tələb edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı etiraz gön dərərək kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Maddə
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödən ilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvə z edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassa siya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, məhkəmə aktı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxla nıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəm əsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı cavabdehə 2019-cu ilin əvvəllərindən etibarən ayrı-ayrı vaxtlarda 6.300 manat pul vermiş və pulun müqabilində cavabdeh, 2020-ci ilin taxıl biçini vaxtında (iyul-avqust aylarında) iddiaçıya 21 ton buğda və 15 ton arpa, yaxud həmin taxılın dəyərini qaytaracağı ilə bağlı öhdəlik götürmüş, lakin öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Apellyasiya instansiyası məhkəməsi, buğdanın dəyərinə dair cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, əkilən torpaq sahəsi Şəki rayonunda yerləşir və Şəki rayonu taxılçılıq rayonudur. Mingəçevir şəhərində isə taxil bitkiləri əkilmir və orada buğdanın qiymətinin Şəki rayonuna nisbətən daha yüksək olması ağlabatandır. Ona görə də, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən, "xxxx" ASC-dən aldığı məlumatı əsas götürməkdə səhvə yol vermişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin cavabdehin 6.300 manat borcunun olmasına baxmayaraq işə baxan birinci instansiya məhkəməsi tərəfindən bu halın araşdırılmamasına dair kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, mülki iş materiallarında olan qəbzlərdən və cavabdehin izahatından görünür ki, iddiaçıdan 6.300 manat borc pul almış və həmin pulu alan zaman taxılın 1 kiloqramının qiyməti 051 qəpik, arpanın qiyməti isə 0,40 qəpik olmuşdur. Yəni, tərəflər razılığa gələrkən müqavilədə borcun buğda və arpa formasında götürdüyünü qeyd etmişlər. Hazırda isə arpa və buğdanın indiki bazar qiyməti yuxarıda qeyd edilən məbləğdə olduğundan şikayət bu hissədə əsassızıdır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin iddiaçının əsassızı varlanmış şəxs olması barədə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, tərəflər yazılı müqavilə bağlanmaqla üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirməklə cavabdehə istədiyi məbləğdə pulu (və ya arpa, buğda) vermiş, cavabdeh isə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2(107)-140/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qəra