Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2426/2024 29.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsinə dair tələblər; təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərə görə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi - hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin M ülki kollegiyasının 2(103)-1091/2024 nömrəli, 6 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-87/2019 nömrəli, 29 dekabr 2019-cu il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək ev dustaqlığından dərhal azad edilmişdir.
2. Həmin hökmdən İddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-324/2020 nömrəli, 02 mart 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-87/2019 nömrəli, 29 dekabr 2019-cu il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
3. Daha sonra İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)- 933/2020 nömrəli, 21 oktyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-324/2020 nömrəli, 02 mart 2020ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-21/2022 nömrəli, 1 5 sentyabr 2022-ci il tarixli hökmü ilə məhkum İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-87/2019 nömrəli, 29 dekabr 2019-cu il tarixli hökmü ləğv edilmiş, əməlində cinayət tərkibi olmadığına görə İddiaçı təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilmişdir.
5. Apellyasiya instansiyası məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(102)-362/2023 saylı qərarına əsasən kassasiya protesti təmin edilməmiş, bəraət almış şəxs İddiaçı barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(103)-21/2022 saylı hökmü kassa siya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ərizəçi qanunsuz cinayət məsuliyyətinə cəlb edilməsinə görə xəstəlik tapmış və hal-hazırki vaxtadək müalicə alır. Onun qanunsuz cinayət məsuliyyətinə cəlb edilməsi dərin mənəvi sarsıntılara səbəb olmuşdur. X2 bəraət verilməsinə dair Ali Məhkəmənin 23 aprel 2020-ci il tarixli qərarı ilə onun qanunsuz olaraq həbsdə yatdığı bir il yedi ay 15 günə görə mənəvi zərərə görə 57173 manat tutulmuşdur. Həmin praktika iddiaçıya münasibətdə də təmin olunmalıdır. Bundan əlavə, qanunsuz olaraq məhkum etmə faktı da mənəvi zərər zamanı nəzərə alınmalıdır. Ərizəçinin həbsdə saxlama müddəti faktiki olaraq aşağıdakı kimi olmuşdur: a)xx.xx.2018-ci il tarixdə tutularaq istintaqa təqdim olunmuşdur-bu müddətdə həbsdə olmuş; b) Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir; c) xx.xx.2019-cu il tarixə kimi ev dustaqlığında olmuşdur;
8. Beləliklə, həbs və ev dustaqlığı birlikdə -5 ay 20 gün həbs + 8 ay 25 gün ev dustaqlığı =14 ay 15 gün. Göstərilənlərə əsasən mənəvi zərərin əvəzi kimi cavabdehdən 50 min manat pulun tutulması məhkəmədən xahiş edilmişdir
9. Daha sonra iddiaçının nümayəndəsi və vəkil i Nümayəndə iddia tələbinin həcminin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək mənəvi zərərin əvəzi kimi cavabdehdən 200.000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdehin nümayəndəsi X4 İddiaçı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olma lıdır. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Lakin hazırkı iddiaçıya qarşı hər hansı cinayət törədilməmiş, onunla bağlı cinayət işi başlanılmış və barəsində sadəcə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Tələb olunan məbləğ ağlabatan deyil. Həmçinin bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə’’yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatla rını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Naz irliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Qeyd olunan reqres hüququnun əsaslandırılması üçün isə məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan hazırki iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümimiyyətlə iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ramin Xəlilov) 2(006)3893/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respu blikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 6.560 (altı min beş yüz altmış) manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissələrdə rədd edilmişdir.
12. Məhkəmə İddiaçı qanunsuz cinayət məsuliyyətinə cəlb edilməsinə görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab etmişdir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır.
13. Məhkəmə hesab etmişdir ki, iddiaçıya vurulmuş ziyanın məbləğ inin ağlabatan və ədalətli hesab edilməsi üçün 5 ay 20 gün müddətinə həbs qətimkan tədbirinə görə 5.660 manat (bir ay üzrə 1000 manat x 5 ay 20 gün), 8 ay 25 gün müddətinə ev dustaqlığı qətimkan tədbirinə görə 900 manat (bir ay üzrə 100 manat x 9 ay) olmaqla, ümumilikdə 6.560 manat məbləğində müəyyən olunmalıdır.
14. Məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 6.560 (altı min beş yüz altmış) manat həcmində təmin olunmasını ədalətli hesab etmişdir. Belə ki, iddiaçının qanunsuz olaraq həbsdə və ev dustaqlığında saxlanılması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, stresslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi kifayət qədər ağlabatan deyildir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqeyə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İdd iaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində qismən ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmiş, işin halları düzgün müəyyən edilməmiş, ona tutulan kompensasiya adekvat və mütənasib olmamışdır. Ev dustaqlığı həbslə birə bir gün hesablandığı halda məhkəmənin yanaşması qanunsuzdur. X2 bəraət verilməsinə dair Ali Məhkəmənin 23 aprel 2020-ci il tarixli qərarı ilə onun qanunsuz olaraq həbsdə yatdığı bir il yeddi ay 15 gün müddətinə görə 57.173 manat məbləğində mənəvi zərər tutulmuşdur.
18. İşə apellyasiya qaydasında baxılarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İkram Şirinov (sədrlik edən və məruzəçi), Kamran Əkbərov və Elşən Kazımov) 2(103)-1091/2024 nömrəli, 6 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin 2(006)-3893/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən İddiaçı xeyrinə tutulmalı mənəvi zərərin məbləği hissədə dəyişdirilərək, mənəvi zərərin əvəzi kimi tutulmalı məbləğin 10.084 (on min səksən dörd) manat müəyyən edilməsi qət edilmiş, qətnamə onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışd ır.
20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, hazırkı halda rayon məhkəməsi iddiaçıya vurulmuş ziyanın məbləğinin 5 ay 20 gün müddətinə həbs qətimkan tədbirinə görə 5660 manat (bir ay üzrə 1000 manat x 5 ay 20 gün), 8 ay 25 gün müddətinə ev dustaqlığı qətimkan tədbirinə görə 900 manat (bir ay üzrə 100 manat x 9 ay) olmaqla, ümumilikdə 6560 manat məbləğində müəyyən olunması qənətinə gəlmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi kollegiyası iddiaçının apellyasiya şikayətinin onun mənəvi zərərə görə müəyyən edilmiş kompensasiya məbləğinin mənəvi zərərə adekvat olmaması və əsaslandırılmaması barədə dəlili üzrə qeyd etmişdir ki, məhkəmə təcrübəsinə görə qanunsuz həbsdə saxlanılan hər bir ay üçün adətən 1000 manat, azadlığın məhdudlaşdırılması ilə bağlı isə h ər ay üçün 500 manat tutulur.
22. Hazırda mənəvi zərərin əvəzi kimi tutulan 6560 manat iddiaçıya qanunsuz tətbiq edilən 5 ay 20 gün müddətinə həbs qətimkan tədbiri, 8 ay 25 gün müddətinə ev dustaqlığı üçün oturuşmuş həmin məhkəmə təcrübəsinə uyğun olmamışdır.
23. Odur ki, iddiaçıya mənəvi zərərə görə müəyyən edilmiş kompensasiya məbləği kimi 5 ay 20 gün müddətinə həbs qətimkan tədbirinə görə (beş ay üçün 5x1000=5000; 1000/30=33,3x20 gün=667; 5000+667=5667) 5667 manat, 8 ay 25 gün müddətinə ev dustaqlığı üçün (8x500=4000; 500/30 gün=16,6x25=417; 4000+417=4417) 4417 manat olmaqla, cəmi (5667+4417=10.084) 10.084 manat məbləğində pul vəsaitinin tutulması oturuşmuş məhkəmə təcrübəsinə uyğun olacaqdır.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirib hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi kimi 10.084 manat məbləğin tutulması hazırkı işin halları baxımından ədalətli və ağlabatan olduğundan apellyasiya şikayəti qalan hissədə əsassızdır və təmin edilməməlidir.
25. Eyni zamanda, iddiaçının müqayisə üçün istinad etdiyi iş (X2 bəraət verilməsinə dair Ali Məhkəmənin 23 aprel 2020-ci il tarixli qərarı) üzrə Kollegiya bildirir ki, həmin işin halları tamamilə başqa olmuşdur.
26. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 1101.1-ci maddələrinə, Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1,5,6,7,8-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləs inin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikasının MPM-in 14.2,77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1091/2024 saylı, xx.xx.2024-cü iltarixli qətnaməsinin qismən ləğv edilməsini, iddia tələblərinin tam həcmdə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı bəraət aldığına görə onun hazırkı iddianı qaldırmaq hüququ vardır və məhkəmə iddianı qismən təmin etməkdə haqlı olmamışdır. Qanun iddiaçının pozulmuş hüquqlarının bərpasıüçün ədalətli kompensasiya tutulmasını nəzərdə tutur, məhkəmə bunu etməmişdir. İddiaçının uzun müddət davam edən həbs və ev dustaqlığı və sonradan davam ebən apellyasiya və kassasiya instansiyalarındaaraşdırmalar, ailəsindən ayrı düşməsi, keçirdiyi sarsıntılar, səhhətinə vurulmuş zərər, həbsdə olarkən aldığı xəstəliklər onun şüuruna ağır təsir göstərməklə mənfi psiloloji reaksiyaya, fiziki, mənəvisarsıntılara və ağır iztirablara səbəb olmuşdur. Bu səbəbdən iddiatamtəmin olunmalıdır. Məhkəmənin təyin etdiyi kompensasiya ədalətli hesab edilə bilməz
29. X2 bəraət verilməsinə dair Ali Məhkəmənin 23 aprel 2020-ci il tarixli qərarı ilə onun qanunsuz olaraq həbsdə yatdığı bir il yedi ay 15 günə görə mənəvi zərərə görə 57 173 manat tutulmuşdur. İddiaçı hesab edir ki, həmin qərar məhkəmə praktikası kimi qəbul eddilib iddiaçıya eyni münasibət göstərilməməsi ayrı-seçkilikdir.
30. İşə baxan məhkəmə toplanmış sübutlara düzgün qiymət verməmiş iddiaçıya vurulan zərəri dəyərləndirməkdən imtina etmişdir. Məhkəmə qismən kompensasiyanın məbləğini artırsa da bu yetərli deyildir.
31. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuşziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununa, İnsan Hüquqlarının və X3 X1 6 və 14-cü maddələrinə, Azərbaycan Respublikasının MPM-in 14-cü maddəsinə istinad edilmişd ir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
34. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olma yaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu
35. Maddə
1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xi tam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə ic raat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.
36. Maddə
5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
37. Maddə 6.(1-ci hissə) Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
38. Maddə 7. (1-ci hissə) Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
39. Maddə 7. (2-ci hissə)Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətiri b çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir.
40. Maddə 8.(1-ci hissə) Qanunsuz məhkum edilməsi və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən (vəzifədən) çıxarılmış və ya işdən (vəzifədən) kənarlaşdırılmış şəxs, əvvəlki işə (vəzifəyə) bərpa edilməli, bu mümkün olmadıqda isə (müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi, vəzifənin ixtisar olunması), dövlət məşğulluq xidməti tərəfindən başqa müvafiq (əvvəlki işinə bərabər olan) işlə (vəzifə ilə) təmin edilməlidir və ya ona əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyası ödənilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı
41. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə bi rlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət v erir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya ba xışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın iddianın apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməyən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Ka ssasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən yoxlanılan hissə üzrə işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüqu qi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası yoxlanılan hissədə apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
56. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissə üzrə apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissdə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
57. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməyən hissəsinə aid hissədə dəyi şdirilmədən saxlanılmalıdır.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2024-cü il tarixli 2(103)1091/2024 nömrəli qətnaməsi iddianın apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməyən hissəsinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.