Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2426/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlişah oğlu, Cavabdeh4 və Cavabdeh3 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü; kassasiya şikayətinin forma və məzmununa dair tələblər pozulduqda; kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Ş əki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-710/2025 nömrəli, 18 iyun 2025-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Əlişah oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Bakı İsmayıllı Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(037)-66/2025 saylı qətnaməsi ilə (hakim İlqar Hüseynov) iddia tələbi qismən təmin edilmiş, İsmayıllı rayonu Xankəndi kəndi ərazisində yerləşən, JN-106 KOD 40728018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 birgə mülkiyyətlərində olan 1,92 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin 0,44 hektar hissəsindən cavabdehl ər Cavabdeh4 və Cavabdeh3, 0,468 hektar hissəsindən isə Cavabdeh2 Əlişah oğlunun çıxarılması, torpaq sahəsinin ətrafına çəkilmiş çəpərin cavabdehlər Cavabdeh2 Əlişah oğlu, Cavabdeh4 və Cavabdeh3 hesabına sökülüb götürülməsi və iddiaçıların mülkiyyət hüquqlarına olan maneçiliklərə son qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı1 özünə aid edilməsi qət edilmişdir.
2. Həmin qətnamədən iş üzrə Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 Əlişah oğlu apellyasiya şikаyəti vermişlər.
3. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-710/2025 nömrəli, 18 iyun 2025-ci il tarixli qərardadı ilə (hakimlər E.B.İsayev (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və Ə.V.Kərimov) cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Əlişah oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilmişdir.
4. Sözügedən cavabdehlər apellyasiya instansiyası məhkəməsinin sonuncu qərardadından kassasiya şikayəti vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
5. Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:
6. Maddə 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması;
7. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imza lanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
8. Maddə 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
9. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kolleg iyası hesab edir ki, kassasiya şikayəti MPM-də nəzərdə tutulmuş tələblərə cavab vermir.
11. Belə ki, kassasiya şikayətinin tərtibatı zamanı MPM-ə 3 saylı Əlavədə müəyyən edilmiş formaya riayət edilməmiş, maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olduğu göstərilməmişdir.
12. Halbuki, Mülki Prosessual Məcəllənin 407.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin forma isə MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur. MPM-ə 3 saylı Əlavədə müəyyən edilmiş tələblərdən biri də şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq normasının sıralanmaqla göstərilməsi, göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeyi aydın şəkildə ifadə edən müvafiq izah verilməsidir.
13. Mülki-prosessual qanunvericiliyə əsasən kassasiya şikayəti bu Məcəllənin 402ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə (maddə 408.1.1), kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə (maddə 408.1.5) apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
14. İş materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apelyasiya şikayəti imzalanmaması səbəbindən qeyri-mümkün hesab edilmişdir. Həmin qərardaddan verilmiş kassasiya şikayətlərində prosessual hüquq normaları sadalansa da, qarşısı nda yalnız həmin normaların məzmunu göstərilmiş, pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqe əks olunmamış, kənarda “digər məsələr” qeydi altında MPM-ə 3 saylı Əlavədə müəyyən edilmiş formaya və prosessual qanunvericilikdə nəzərdə tutulmuş məzmuna malik olmayan ümumi fikirlər ifadə olunmuşdur. Prosessual pozuntuya yol verilməsi qeyd edilən normaların bəzilərinin isə apellyasiya şikayətinin qeyri-mümkünlüyü barədə qərardadın qəbul edilməsinə ümumiyyətlə aidiyyəti olmamışdır: MPM-in 14-cü maddəsi (məhkəmə baxışının prinsipləri), 402.2.1 (apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında qərardadlardan kassasiya şikayəti verilməsi hüququ), 77.3 (sübutetmə vəzifəsi), 10-1.3 (məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakç ılarına çatdırılması) və s.
15. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir.
16. Məhkəmə kollegiyası hesab edir ki, mövcud hal mübahisələndirilən məhkəmə aktı üzrə şikayətin dəlillərini müəyyən etməyə və bununla da kassasiya icraatının həyata keçirilməsinə imkan vermir.
17. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti MPM-in 408.1.1-ci və 408.1.5-ci maddələrinə əsasən qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
18. Yuxarıda göstərilənlərə əsasən, MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şəki Apellyas iya Məhkəməsi Mülki kollegiyasının 2(107)-710/2025 nömrəli, 18 iyun 2025-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Əlişah oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qeyri-mümkün hesab edilsin və qaytarılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilsin.