Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2429/2022 23.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Qafarova X10 qarşı “subroqasiya hüququ əsasında pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: sığortaçının subroqasiya hüququnun yaranması, sübutların tədqiqi və qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2(103)9133/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmi ş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. X3 istifadəsində olan “Porsche Cayenne” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən Fiziki şəxslərin sahibliyində olan avtomobillərin tam sığortası üzrə 08 avqust 2014-cü il tarixdən 07 avqust 2015-ci il tarixədək sığortalanmışdır. 2. 03 iyun 2015-ci il tarixdə saat 18.30 radələrində Bakı şəhərinin Z.Əliyeva küçəsi və R.Zorgi küçələrinin kəsişməsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində həmin avtomobil və Cavabdeh2 mülkiyyətində olan, Cavabdeh1 idarə etdiyi “X15 111 CDİ” markalı, **-FL-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillər toqquşmuşlar.
3. Həmin faktla bağlı Bakı şəhəri Səbail ray on Polis İdarəsində araşdırma aparılmış və “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 iyun 2015-ci il tarixli qərara əsasən, 03 iyun 2015-ci il tarixdə saat 18.30 radələrində sürücü Cavabdeh1 idarə etdiyi “X15 111 CDİ” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla R.Zorgi küçəsi ilə Dəniz Limanı tərəfdən Ü.Hacıbəyov küçəsi istiqamətinə təxminən 35 km/saat sürətlə hərəkət edərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, sağdan, Z.Əliyeva küçəsindən yol ayrıcına daxil olan “Porsche Cayenne” markalı avtomaşına yol vermədən, yol ayrıcına daxil olmaqla qəza şəraiti yaratmış, nəticədə sürücü X3 idarə etdiyi “Porsche Cayenne” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq tərəfi onun idarə etdiyi avtomaşının sağ yan, or ta tərəfi ilə toqquşmuş, daha sonra onun idarə etdiyi avtomaşının bir qədər sol tərəfə sürüşərək eyni istiqamətdə hərəkət edən sürücü X4 idarə etdiyi “Opel Frontera” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomaşının sağ tərəfi ilə toqquşmuş, xəsarət alan olmamışdır. Həmin qərarla vətəndaş X2 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması barədə daxil olmuş məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü Cavabdeh1 Azərbaycan Respublikası İXM-in 151.3-cü maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Səbail RPİ DYPŞ-nə göndərilməsi qərara alınmışdır.
4. Bakı şəhəri BPİ DYPİ-nin 29 iyun 2015-ci il tarixli məktubuna əsasən, 25 iyun 2015-ci il tarixdə Z.Əliyeva və R.Zorgi küçələrinin kəsişməsində yol nişanlarının vəziy yəti müayinə olunarkən Z.Əliyeva küçəsində K.Səfərəliyeva küçəsi tərəfdən 2.4 “Yol verin”, 4.1.4 “Düzünə və ya sağa hərəkət”, Puşkin küçəsi tərəfdən isə 2.5 “Dayanmadan keçmək qadağandır”, 4.1.5 “Düzünə və ya sola hərəkət” yol nişanlarının mövcud olması müəyyən edilmiş, lakin qeyd olunan yol ayrıcındakı yol nişanları ərazidə quraşdırılmış müşahidə izləmə kameralarının görüntü dairəsinə daxil olmadığından yol nəqliyyat hadisəsi baş vermiş anda həmin yol sahəsindəki nişanların vəziyyəti barədə dəqiq məlumat əldə etmək mümkün olmamışdır.
5. İddiaçı tərəfindən sığortalanmış “Porsche Cayenne” markalı avtomobilə dəymiş ziyanın məbləği 36603 manat məbləğində müəyyən olunmuş və azad olma məbləği çıxılmaqla, 31 iyul 2015-ci il tarixdə sığortalıya 36103 manat məbləğində sığorta ödənişi edilmişdir. İ ş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Qafarova X10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 31235,97 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğinin və 30 manat dövlət rüsumunun, ümumilikdə 31265,97 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı tərəfindən sığortalanmış avtomobilə 36603 manat məbləğində maddi zərər dəymiş, iddiaçı tərəfindən 36103 manat məbləğində sığorta ödənişi həyata keçirilmiş və həmin məbləğdən cavabdehin mülki məsuliyyətinin sığortalanması əsasında "xxxx" ASC tərəfindən 4867,03 manat sığorta ödənişi alınmışdır. Yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə sürücü Cavabdeh1 və yüksək təhlükə mənbəyinin sahibi Cavabdeh2 məsuliyyət daşıyırlar.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyul 2021-cu il tarixli, e-2(004)4236/2021 nömrəli qətnaməsi ilə (hakim T.B.Axundov) iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 80, 88, 106.1-ci, İnzibat Xətalar Məcəlləsinin 8.1, 8.2, 11.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hadisənin iştirakçısı olmuş “Porsche Cayenne” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6, 2.5 “Dayanmadan keçmək qadağandır” yol nişanının tələblərini pozaraq yol kəsişməsinə daxil olarkən soldan gələn nəqli yyat vasitəsini gözləməmiş, düzünə hərəkət edərək Cavabdeh1 idarə etdiyi nəqliyyat vasitəsinin sağ orta hissəsi ilə toqquşmuşdur. İşin bu halı məhkəmə iclasın zamanı tədqiq edilmiş hadisə zamanına aid olan video görüntü ilə də öz təsdiqini tapmışdır. Eyni zamanda işin araşdırılmış halları ilə cavabdehin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirkar olmasına dair nə inzibati protokol, nə də inzibati qərarın mövcudluğu müəyyən edilməmişdir. İddiaçı yalnız müvafiq iş üzrə keçirilmiş ekspert rəyinə istinad edərək, cavabdehin yol-nəqliyyat hadisəsində təqsirkar olduğunu iddia etsə də, hazırki rəy iddianın əsaslı olmasının təsdiqi kimi qəbul edilə və qiymətləndirilə bilməz. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Ra yon Məhkəməsinin 14 iyul 2021-cu il tarixli, e-2(004)-4236/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2(103)-9133/2021 nömrəli qətnaməsi ilə (hakim A.N.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.A.Əsgərovdan və V.N.Sadıqovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyul 2021-cu il tarixli, e-2(004)4236/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və hesab etmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla, əsaslı sayıla və təmin edilə bilməz. Kassa siya şikayətinin və ona etirazın dəlilləri:
13. İddiaçı "xxxx" ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2(103)-9133/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 218.1, 220.4-cü maddələrinin pozulması ilə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi üçün istinad etdiyi sübutları təhrif etmiş, həmin nəticələrin əksini sübut edən sənədlərə hüquqi qiymət verməmişdir. Cavabdeh Elmar Yadigarovun yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli olmasına dair Səba il RPİ-nin İstintaq Şöbəsinin qərarı mövcud olduğu halda, məhkəmə əsassız olaraq inzibati xəta haqqında protokolun və qərarın olmamasına istinad etmişdir.
15. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
16. Cavabdehin vəkili Vəkil1 Tacir oğlunun adından məhkəməyə kassasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, lakin etiraza vəkilin orderi əlavə edilmədiyindən məhkəmə kollegiyası həmin etirazı nəzərə almamışdır. Kassasiya baxışının hədləri:
17. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. L akin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
18. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normalarına riayət olunmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razıl aşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran t əqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, s ənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə lidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən h alları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 392.1.5- ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellya siya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 21. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki,... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədal ət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalə tli hesab edilə bilməz. 22. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan fa ktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
24. Belə ki, ilk olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddianı rədd edən birinci instansi yası məhkəməsi mövqeyini əsaslandırarkən hadisə zamanına aid olan video görüntüyə istinad etsə də, iş materiallarına belə video görüntünü özündə əks etdirək elektron daşıyıcı (CD disk, fleş-kart) əlavə olunmamış, həmçinin birinci instansiya məhkəməsinin protokollarında bu video görüntülərə baxış keçirilməsi qeyd olunmamışdır.
25. Belə olan halda, məhkəmə qətnaməsini qanunla müəyyən olunmuş qaydada tədqiq olunmamış sübutlarla əsaslandırmaqla MPM-in 217.4-cü maddəsinin tələblərini pozmuşdur.
26. Apellyasiya instansiyası məhkəməsi isə həmin prosessual pozuntunu aradan qaldırmamış, özü də tədqiq etmədiyi video görüntülərə istinad etməklə, apellyasiya şikayətinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir.
27. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məsələ iddiaçının sığortaladığı avtomobilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyana görə Cavabdeh1 mülki məsuliyyət daşıyıb-daşımamasıdır.
28. Məhkəmə kollegiyası razılaşır ki, hazırki işdə Cavabdeh1 baş vermiş yolnəqliyyat hadisəsinin baş verməsinə təqsirli olmasını təsdiq edən müvafiq səlahiyyətli orqanın və ya məhkəmənin qərarı mövcud deyil.
29. Lakin məhkəmələrin İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə istinad etməsi və onun təqsirsizliyini sübut etməyə borclu olmamasını göstərməsi əsassızdır. Belə ki, hazırki işdə cavabdehin inzibati məsuliyyəti deyil, deliktə görə mülki məsuliyyət daşıması araşdırılmalıdır.
30. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin baş vermiş yol-nəqliyyat hadisəsində təqsiri mülki qanunvericiliyin deliktlə əlaqədar normal arına uyğun müəyyən edilməlidir.
31. Bu zaman nəzərə alınmalıdır ki, mülki məsuliyyətin müəyyən olunması üçün əsas araşdırılmalı olan məsələ yol-nəqliyyat hadisəsi baş verən zaman hadisə yeri olan yol kəsişməsində hansı istiqamətdən gələn avtomobillərin hərəkət üstünlüyünə malik olmasıdır.
32. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr iddiaçı tərəfindən sığortalanmış avtomobilə vurulmuş zərərə görə mülki məsuliyyətin müəyyən olunması məqsədi ilə işdə olan bütün sənədləri tədqiq etməli və onlara hüquqi qiymət verməklə yekun nəticəyə gəlməlidirlər.
33. Lakin apellyasiya məhkəməsi yalnız cavabdeh tərəfindən təqdim olunmuş Bakı şəhəri BPİ DYPİ-nin 29 iyun 2015-ci il tarixli məktubuna istinad edərək, hesab etmişdir ki, sığortalanmış avtomobilin sürücüsü yol nişanının tələblərini pozaraq yol kəsişməsinə daxil olarkən soldan gələn nəqliyyat vasitələrini gözləməmiş, düzünə hərəkət etmiş və toqquşma baş vermişdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr istinad etdikləri Bakı şəhəri BPİ DYPİ-nin 29 iyun 2015-ci il tarixli məktubunun hazırki iş üzrə sübuti əhəmiyyətə malik olub-olmamasına MPM-in 88 və 218.1-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişlər. Belə ki, məktubun məzmunundan da görünür ki, orada hadisə yerində 25 iyun 2015-ci il tarixdə olan yol nişanları barədə məlumat əks olunmuşdur. Halbuki, yol-nəqliyyat hadisəsi 03 iyun 2015-ci il tarixdə baş vermişdir.
35. Digər tərəfdən yuxarıda qeyd olunduğu kimi, Bakı şəhəri Səbail rayon Polis İdarəsində qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 iyun 2015-ci il tarixli q ərarda Cavabdeh1 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin qərar və toplanmış materiallar, o cümlədən yol-nəqliyyat hadisəsinin iştirakçılarının ilkin izahatları hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olmasa da, işin obyektiv həlli üçün sübut qismində qiymətləndirilə bilər.
36. Belə ki, Cavabdeh1 Səbail RPİ-yə verdiyi izahatında göstərmişdir ki, hadisə zamanı idarə etdiyi avtomobilin daxil olduğu yol kəsişməsində onun yolunda üstünlük nişanı olmamış və Z.Əliyeva küçəsində “Yol ver” nişanının olmasını düşünsə də, həmin zaman həmin nişanın mövcudluğuna fikir verməmişdir.
37. Yol-nəqliyyat hadisəsinin digər iştirakçısı olan X7 isə izahatı nda göstərmişdir ki, əvvəllər həmin yol ayrıcında Z.Əliyeva küçəsindən gələn maşınlar üçün “Yol ver” yol nişanı var idi və Zorgi küçəsi ilə hərəkət edən avtomaşınlar baş yolda sayılırdılar. Lakin həmin gün qəzadan sonra o, yol nişanının yerində olub-olmadığına baxarkən, həmin yol nişanının yerdə olmasını görmüşdür.
38. X6 bu məsələ ilə bağlı izahatında hər hansı bir məlumat verməmişdir.
39. Göründüyü kimi, hadisə yerində nəqliyyat vasitələrinin hərəkətinin hansı qaydada tənzimlənməsi ilə bağlı ziddiyyətli məlumatlar mövcuddur. X1 bu məsələ ilə bağlı konkret məlumat verərək, Z.Əliyeva küçəsi ilə hərəkət edən avtomobillərə aid “Yol ver” yol nişanının mövcud olduğunu, lakin yerdə olmasını qeyd etmişdir. Həmin yol nişanının kim tərəfindən, hansı məqsədlə və nə vaxt yerə salınması, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yerə düşməsinin mümkünlüyü, nə vaxt bərpa edilməsi iş materialları ilə müəyyən olunmur.
40. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni həlli üçün hadisə yerində məhz hadisə baş verdiyi gün yol hərəkətinin hansı qaydada tənzimlənməsi, hansı yol nişanlarının mövcud olması müəyyən edilməli olduğu halda, məhkəmələr bununla bağlı hər hansı araşdırma aparmamışlar.
41. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan mə hkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəy di, bunu öz qərarında əsaslandırmalı idi...
43. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
44. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
45. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2(103)-9133/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.