Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2429/2023 12.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı, X26, X13 və xxx qızına qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, əqdin etibarsız hesab edilməsi tələbi, vicdan əldə edənliyin istisna olunması) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və X8 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” barədə ilk, Cavabdeh İddiaçı, X26, X13 və xxx qızına qarşı “əqdin etibarsız hesab edilməsi” ba rədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2023-cü il tarixli 2(103)-735/2023 nömrəli qətnaməsindən xxx qızının kassasiya şikayətinə 12 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 mənzil (bundan sonra - mübahisəli mənzil) xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsus olmuşdur və onun mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2011-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır
2. Cavabdeh 03 avqust 2018-ci il tarixli 2V-76 nömrə ilə reyestrdə qeydiyyata alınmış vəsiyyətnamə ilə X31 və X28 şahidliyi ilə mübahisəli mənzili X17 vəsiyyət etmişdir.
3. Cavabdeh **********475 nömrəli ərizə ilə xx.xx.2018- ci il tarixli 2V-76 reystr nömrəli X26 adına mübahisəli mənzilin vəsiyyət edilməsinə dair vəsiyyətnamənin ləğv edilməsi üçün 21 saylı notariat ofisinə müraciət etmişdir.
4. Cavabdeh 11 saylı notariat ofisində xx.xx.2019-cu il tarixli AR-İ 630772 saylı, reyestrdə 1S14039 nömrəsi ilə qeyd edilmiş, xx.xx.2024-cü il tarixədək verilmiş etibarnamə ilə, özünün mülkiyyətində olan bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı X17 etibar etmişdir.
5. Daşınmaz əmlakın xx.xx.2019-cu il tarixli, AZ-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən X3 X27 adından mübahisəli mənzili 60.000 manata İddiaçı satmış, sonuncunun mülkiyyət hüququ na dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2019cu il tarixli ********** nömrəli Çıxarış verilmişdir.
6. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-1926/2021 saylı xx.xx.2021ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixdə mübahisəli mənzil üzərinə həbs qoyulmuşdur.
7. İddiaçı mübahisəli mənzili daşınmaz əmlakın xx.xx.2021-ci il tarixli, AZ-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən 65.000 manata X1, sonuncunun mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən 2.04.2019-cu il tarixli ********** nömrəli Çıxarış verilmişdir.
8. X13 da mübahisəli mənzili daşınmaz əmlakın xx.xx.2021-ci il tarixli AZ-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən 64.000 manata xxx qızına satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icr aat
9. İddiaçı 13 mart 2021-ci il tarixdə iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan mübahisəli mənzildən istifadə hüququnun itirilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın alqı-satqısına dair müqavilə bağlayaraq mübahisəli mənzili almışdır. Alqı-satqı müqaviləsinin 16-cı bəndində göstərilmişdir ki, satıcı Cavabdeh xx.xx.2019-cu il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürür. Sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə öhdəlik götürsə də, bu günə qədər mənzildən qeydiyyatdan çıxmamışdır. Cavabdehin evdə qeydiyyatda qalması iddiaçıya həmin evdən maneəsiz istifadə etməyə imkan vermir. Hazırda da cavabdehin harada yaşamasından iddiaçının məlumatı yoxdur. Cavabdeh mübahisəli mənzildə qeydiyyatda olsa da, 2019-cu ildə mənzil iddiaçıya satıldıqdan sonra həmin mənzildə yaşamamışdır.
11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 146.1, 146.2, 152.5, 178.1, 203.1 və 647.2-ci maddələrinə istinad etmişdir.
12. Cavabdeh da cavabdehlər İddiaçı, X26, X13 və xxx qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzillə bağlı Cavabdeh adından cavabdehlər X26 ilə İddiaçı oğlu arasında 11 saylı notariat kontorunda bağlanmış 18 iyul 2019-cu il tarixli əmlakın alqı-satqı müqaviləsinin, həmin mənzillə bağlı cavabdehlər İddiaçı ilə X14 arasında bağlanmış 31 mart 2021-ci il tarixli, AN-İ №0929924 saylı alqısatqı müqavi ləsinin, qeyd olunan mənzillə bağlı X13 ilə xxx qızı arasında bağlanmış 13 aprel 2021-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh həmin mənzilə köçürülməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir.
13. Bakı şəhəri 11 saylı notariat ofisi qarşlıqlı idia ərizəsi üzrə mübahisə predmeti barəsidnə müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir.
14. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh mübahisəli mənzildə 2006-cı ildən təkbaşına yaşayır. xxxnı uzun müddətdir tanıyır və ona öz övladı kimi baxmışdır. xxx təsərrüfat işlərinin aparılmasında cavabdehə kömək etmişdir. Aralarındakı razılığa əsasən xxx cavabdehə qulluq etməyi, cavabdeh isə mübahisəli mənzili xxxa vəsiyyət etməyi qərara almışlar. Bununla bağlı cavab deh 03 avqust 2018-ci il tarixdə 21 saylı notariat ofisində mübahisəli mənzilin xxxa vəsiyyət edilməsi ilə bağlı vəsiyyətnamə vermişdir.
15. Sonradan kənar şəxsdən borcun tutulub Cavabdeh verilməsi işi ilə məşğul olmaq üçün 13 iyul 2019-cu il tarixdə 3 saylı notariat kontorunda X26 adına etibarnamə vermişdir. Lakin etibarnamənin məzmunundan məlumatlı olmamışdır, bu etibarnamənin yalnız sözügedən borc pul məbləğinin tutulması işi ilə bağlı olduğunu düşünmüşdür. Bundan sonra 25 oktyabr 2020-ci il tarixdə cavabdeh İddiaçı mübahisəli mənzilə gələrək həmin mənzilin ona məxsus olduğunu, mənzili X10 alqı-satqı vasitəsi ilə aldığını bildirmişdir. Daha sonra X15 İddiaçı mübahisəli mənzili borc pul müqabilində girov qoyduğunu, lakin borcunu ödəmədiyini, bu səbəbdən də İddiaçı ondan mənzilin boşaltma sını tələb etdiyini öyrənmişdir. Bir müddət sonra İddiaçı polislə mənzilə gələrək ondan evi tərk etməyini tələb etmişdir. O, isə məcbur qalaraq evi tərk etmişdir. İddiaçı isə ona məxsus əşyaları onun icazəsi olmadan mənzildən çıxararaq naməlum yerdə gizlətmiş, bu səbəbdən də polis orqanlarına müraciət etmiş və araşdırma zamanı X26 yuxarıda qeyd olunan halları etiraf etmişdir.
16. Hazırkı mülki işə məhkəmədə baxılan zaman cavabdehə məlum olmuşdur ki, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş mübahisəli mənzil xüsusi mülkiyyət hüququ üzrə xxx qızının adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış bu barədə sonuncuya Çıxarış verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, mənzil 11 saylı DNK-nın 4Ə-245 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinə əsasən xxx qızının adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Mənzillə bağlı İddiaçı ilə X13 arasında 11 saylı notariat ofisində 31 mart 2021-ci il tarixdə AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, sonradan isə elə həmin notariat ofisində X13 ilə xxx qızı arasında 13 aprel 2021-ci il tarixdə AN-İ № ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, iddiaçı A.Qulivev ona qarşı xx.xx.2021-ci il tarixli məhkəmə iclasında qarşılıqlı iddia verildikdən, həmçinin həmin məhkəmə iclasında mənzilin üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından cəmi 2 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlamaqla “vicdanlı alıcı” obrazı yaratmaq üçün mənzili öz yaxın qohumu olan cavabdeh xxxin adına, bundan sonra isə xx.xx.2021-ci il tarixli müqavilə əsasında digər cavabdeh xxxnın adına keçirmişdir. Həmçinin notariat işindən də məlum olur ki, Bəyim Məlikova mübahisəli mənzildə qeydiyyatda olmasına baxmayaraq həmin mənzillə bağlı xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri bağlanarkən qanunvericiliyin tələbinə uyğun olaraq qeydiyyatda olan şəxs kimi onun razılığı alınmamışdır. Bütün bunlar onu deməyə əsas verir ki, mübahisəli mənzillə bağlı cavabdehlər arasında bağlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri də görünüş üçün bağlandığından (uydurma əqd) etibarsız əqdlərdir.
17. Qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcllənin 337 və 340.1-ci maddələ rinə istinad edilib.
18. Qarşılıqlı iddia üzrə cavabdeh X26 iddianın etiraf edilməsinə dair ərizə ilə birinci instansiya məhkəməsinə müaciət edərək bildirmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh iddia tələblərini qismən qəbul edir. Belə ki, həqiqətən də qarşılıqlı iddiaçı Cavabdeh mübahisəli mənzilə dair ona xx.xx.2020-ci il tarixdə vəsiyyətnamə vermişdir. Eyni zamanda notariat kontorunda öz adından ona ümumi etibarnamə vermişdir. Lakin onun adından çıxış edərək digər cavabdeh İddiaçı arasında mübahisəli mənzilin alqı-satqısına dair müqavilə bağlanmamış və o, Cavabdeh mənzilini İddiaçı satmamışdır. İddiaçı 40000 manat faizə pul almaq barədə onunla razılığa gəlmiş və İddiaçı pulun əvəzində ondan təminat istəmişdir. O, da təminat olaraq Cavabdeh evini təklif etmişdi. Akif də bununla razılaşa raq evin girov qoyulması barədə notariusda müqavilə bağlamaq lazım duğunu ona bildirmişdir. Onlar xx.xx.2019-cıı il tarixdə 11 saylı notariat kontoruna getmiş və orada sənədlər hazırlanmışdır. X5 həmin sənədlərə imza etməsini bildirmişlər. xxx sənədlərə imza edən zaman görmüşdür ki, orada mənzilin alqı-satqısı yazılmış, buna etiraz edərək bildirmişdir ki, o, mənzili satmır, pulun əvəzində girov qoyur. Lakin bu zaman Akif bildirmişdir ki, narahat olmasın, sənədləşmə ancaq bu qaydada aparılır, imzalamasa pulu verməyəcək. O, da məcbur qalıb həmin sənədlərə imza etmişdir. Sonra onlar banka getmiş, bankda İddiaçı öz depozitindən pul çıxararaq notariusun hesabına pul köçürmüşdür. Növbəti gün isə onlar birlikdə banka getmiş, xxx bankdan 60000 manat məbləğində pulu götürmüşdür. Bu zaman Akif həmin puldan ona cəmi 34000 manat məbləğində pul vеrmiş, qalan pulu isə yеnidən həmin bankda öz hеsabına qоymuşdur. Akif ona ümumilikdə 34000 manat məbləğində pulu faiz kimi vеrmiş, o, həmin vaхtdan bir il yarım Akifə faiz ödəmiş, lakin sоnradan pandеmiya ilə bağlı işləri yaхşı gеtmədiyi üçün artıq faiz pulu ödəyə bilməmişdir. Faktiki оlaraq B.Məlikоvaya məхsus mənzillə bağlı A.Quliyеvlə aralarında alqı-satqı оlmamış, onun mənzili satmaq fikri və bеlə bir iradəsi оlmamışdır. Mənzili yalnız Akifə pul qarşılığında girоv qоymuşdur. Cavabdеh A.Quliyеv onu da bu yоlla aldatmış və qanunsuz yоlla B.Məlikоvanın еvini ələ kеçirmişdir.
19. Birinci instansiya məhkəməsində şahid X37 bildirmişdir ki, Cavabdeh qulluq edən şəxs olmuşdur. Məlikova X2 mənzildə yaşamışdır.
20. Birinci instansiya məhkəməsində şah id X24 bildirmişdir ki, İddiaçı X17 borc pul vermişdir. Cavabdeh məxsus mənzil borcun təminatı kimi girov qoyulub. X24 müəyyən məbləğdə pulu X10 götürüb İddiaçı çatdırıb.
21. Birinci instansiya məhkəməsində şahid X32 bildirmişdir ki, Cavabdeh ilə qonşu olmuşlar. Cavabdeh mübahisəli mənzildə yaşamışdır. Sonradan İddiaçı Cavabdeh həmin mənzildən çıxarmışdır.
22. Birinci instansiya məhkəməsində şahid X19 bildirmişdir ki, Cavabdeh mübahisəli mənzildə yaşamışdır. Lakin sonradan məcburi qaydada yaşadığı mənzildən çıxarılmışdır.
23. Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 105-1-11/2081-21 saylı sorğuya cavab məktubuna əsasən mübahisəli mənzilə xx.xx.2008-ci il tarixdə telefon xətti çəkilmiş və Cavabdeh adına rəsmiləşdirilmişdir. 24. "xxx x" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 01/0506/2068 nömrəli, xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubuna əsasən mübahisəli mənzil **********50088 nömrəli abunə kodu ilə 02 sentyabr 2000-ci il tarixdən 25 mart 2006-cı il tarixədək X20 adına qeydiyyatda olmuş, 25 mart 2006-cı il tarixdə ilə “Əhali istehlakçısının ad dəyişdirilməsi” həyata keçirilərək, Cavabdeh adına qeydiyyata alınmışdır. Abunə kodunun Cavabdeh digər şəxslərin adına keçməsi barədə məlumat yoxdur. 25. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 01/4/017/6/6908 nömrəli, xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubuna əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə təqdim etdiyi müvafiq sənədlərə əsasən xx.xx.2012-ci il tarixdə 11498970 nömrəli müqavilə bağlanaraq, **********880 saylı abonent kodu verilmişdir.
26. B akı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1926/2021 nömrəli iş üzrə 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə hər iki iddia rədd edilmişdir. (hakim Kəmalə Əmirxanova)
27. Birinci instansiya məhkəməsi ilk iddianın rədd edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil xx.xx.2021-ci tarixli alqı-satqı müqaviləsinə əsasən xxx qızının adına qeydiyyatdan keçmişdir və hazırda da xxxnın mülkiyyətindədir. İddiaçı sözügedən mənzilə heç bir hüququ olmadığından o, hər hansı şəxsin həmin mənzildən istifadə hüququna xitam verilməsi tələbi irəli sürmək hüququna malik deyil.
28. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən X17 xx.xx.2024-cü il tarixədək verilmiş xx.xx.2019-cu il tarix li etibarnaməyə əsasən Cavabdeh özünün mülkiyyətində olan bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı X17 etibar etmişdir və bu etibarnamə əsasında X26 mübahisəli mənzili İddiaçı qanunvericiliyə müvafiq qaydada satmışdır. Qarşılıqlı iddiaçı mübahisəli mənzilin özgəninkiləşdirilməsi ilə bağlı alqı-satqı müqavilələrin etibarsız hesab edilməsinə əsas ola biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mülki işin materiallarına əsasən tərəflər öz iradə ifadələri ilə müqavilə bağlamış və hər bir tərəf müqavilənin şərtləri ilə razı olduqlarını ifadə etmək üçün müqaviləni şəxsən imzalamışlar. Etibarsız hesab edilməsi tələb edilən müqavilələr bağlanarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin şərtlərinə əməl olunmuşdur.
29. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 337.1, 337.2, 339.1, 339.3, 340.2, 646.1, 648.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
30. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən – qarşılıqlı iddia tələblərinin təmin edilmədiyi hissələrində ləğv, qarşılıqlı iddia tələblərinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Apellyasiya şikayətinin dəlilləri: - hazırkı mülki iş üzrə məhkəmə araşdırmaları nəticəsində də tam təsdiq və sübut оlunur ki, mübahisələndirilən əqdlər еtibarsız əqdlərdir. Bеlə ki, iş üzrə ca vabdеh L.Həsənоva məhkəməyə iddianın еtirafı barədə ərizə vеrmiş qarşılıqlı iddia tələbində göstərilən faktları etiraf etmişdir; - bundan başqa, tərəflərindən məhkəməyə təqdim еdilmiş nоtariat işlərindən görünür ki, B.Məlikоvanın adından еbarnaməyə əsasən çıхış еdən cavabdеh L.Həsənоva ilə digər cavabdеh A.Quliyеv arasında mənzilin alqı-satqısına dair ilkin müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən B.Məlikоvanın nümayəndəsi L.Həsənоva satılacaq mənzili 60000 manata qiymətləndirir və həmin qiymətə A.Quliyеvə satmağı, A.Quliyеv isə 60000 manata almağı öhdəsinə götürür. A.Quliyеv satış məbləğinin 40000 manatını nоtariusun bankda açılan dеpоzit hеsabı vasitəsilə B.Məlikоvanın nümayəndəsi L.Həsənоvaya ödəyir, satış qiymətindən qalan 20000 manatını mənzilin alqısatqısına dai r əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürür. Yеnə, еyni mənzilə görə еyni tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tariхli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən tərəflər arasında mənzilin qiyməti ilə əlaqədar hеsablaşma qaydası: alıcı mənzilin bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan qiymətini nоtariusun bankda açılan dеpоzit hеsabı vasitəsilə göstərilən mənzilə dair Bakı şəhəri 11 saylı nоtariusu Məmmədоv.İ.A. tərəfindən xx.xx.2019-cu il tariхli 3M/1138 r/n ilə təsdiq оlunmuş ilkin alqı-satqı müqaviləsinə əsasən 40000 manatını ilkin müqavilə bağlanarkən, qalan 20000 manatı isə hazırda satıcıya ödədi. Satıcı isə həmin məbləği bütünlükdə qəbul еdir. Lakin həmin nоtariat işlərində оlan, ödəniş barədə "xxxx" ASC-nin xx.xx.2019-cu il tariхli mədaхil оrd еrlərindən açıq-aşkar müəyyən оlunur ki, tərəflər arasında bağlanmış müqavilələrin bəndlərinə zidd оlaraq mənzilə görə ödənilməli оlan pul məbləğinin 20000 manatı xx.xx.2019-cu il tariхində saat 16:05-də, qalan 40000 manat isə həmin günü, yəni xx.xx.2019-cu il tariхdə saat 16:06-da bank vasitəsilə nоtariusun dеpоzit hеsabına mədaхil еdilmişdir; - həmçinin məhkəmənin qərardadına əsasən "xxxx" ASC-dən cavabdеh Quliyеv Akif Balaca оğluna aid "xxxx" ASC-də оlan bank hеsabı üzrə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tariхlərdə aparılmış əməliyyatlarına dair hеsabdan çıхarışlar, хəzinə məхaric və mədaхil оrdеrlərindən də müəyyən оlunur ki, A.Quliyеv xx.xx.2019-cu il tariхdə öz dеpоzit hеsabından məхaric еtdiyi pul vəsaitlərini, xx.xx.2019-cu il tariхdə yеnidən dеpоzit hеsabına mədaхil еtmişdir; - məhkəmə iclasında dindirimiş şahid ifadələri və digər sübutlarla təsdiq еdilmişdir ki, B.Məlikоvanın mülkiyyətində оlan mənzillə bağlı cavabdеhlər arasında bağlanmış müqavilələr оnun iradə ifadəsi və məlumatı оlmadan bağlanmış, еyni zamanda müqaviləni imzalayan tərəflər arasında оlan münasibətlər də mənzilin alqı-satqısı ilə bağlı dеyil, öz aralarında оlan bоrc münasibətlərini pərdələmək üçün оlmuşdur. Bütün bu faktlar qеyd оlunan sübutlardan əlavə tərəflər arasında aparılmış tеlеfоn danışıqlarının səs yazıları ilə də təsdiqini tapır. Həmin səs yazılarını əks еtdirən 1 ədəd CD-R disk məhkəməyə təqdim еdilməsinə baхmayaraq məhkəmə həmin sübuta da qiymət vеrməmişdir
32. Cavabdeh xxx qızının nümayəndəsi və vəkili “Elektron kabinet” vasitəsilə apellyasiya şikayətinə etiraz təqdim edərək gös tərmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən bəlli olduğu kimi, qarşılıqlı iddia üzrə cavabdeh qismində cəlb edilmiş xxx qızı mübahisələndirilən alğı-satqı münasibətlərində vicdanlı üçüncü şəxs kimi çıxış edir və bu səbəbdən də onun hazırkı mülki iş üzrə, ümumiyyətlə, cavabdeh qismində cəlb edilməsi düzgün olmamışdır. Cavabdeh xxx qızının “vicdanlı” üçüncü şəxs olmadığını təkzib edən heç bir sübut mövcud deyil. Cavabdeh vəkili və nümayəndəsi öz mövqeyini onunla əsaslandırır ki, xx.xx.2021-ci il tarixində aparılan alğı-satqı zamanı mübahisəli əmlak üzərində həbs mövcud olmuşdur. Lakin iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan da aydın şəkildə görünür ki, əmlak üzərinə həbs xx.xx.2021-ci il tarixində qoyulmuşdur. Bununla yanaşı, xx.xx.2021-ci il tarixində alğı-satqı aparılan zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsi ilə Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən edilən sorğu əsasında çap edilmiş arayışla “xx.xx.2021-ci il tarixinə olan məlumata əsasən mənzil üzərində məhdudiyyətin və yüklülüyün qeydiyyata alınmadığı” aşkar edilmişdi. Bununla yanaşı, 2021-ci ildən sonra xxx aldığı mənzildə təmir işləri aparmış və 2000 manat məbləğində vəsait xərcləmişdir.
33. Apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xx/xx-6853 nnömrəli sorğuya cavab məktubuna əlavə edilmiş İddiaçı məxsus hesabdan xx.xx.2019-cu il tarixdən xx.xx.2019cu il tarixədək aparılmış əməliyyatlardan və 18 iyul 2019-cu il tarixli mədaxil və məxaric orderlərindən müəyyən edilib ki, ayrı-ayrılıqda 50000 manat, 30000 manat və 20000 manat məxaric, eyni zamanda ayrı-ayrılıqda 50000 manat və 20000 manat mədaxil edilmişdir.
34. Apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqinin “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 01 dekabr 2021-ci il tarixli Qərarına əsasən ********* saylı cinayət işinin istintaq materialları əsasında müəyyən olunmuşdur ki, X33 toplanmış kifayət qədər sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bır qrup şəxs halında tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakı nı ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, X33 tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Cavabdeh Səmayə adlı rəfiqəsi ilə aralarında borc mübahəsələrinin olmasını öyrəndikdə, əri Xaqaninin sabiq polis əməkdaşı olduğu uçun hüquq-mühafizə orqanlarında geniş əlaqələrinin olmasını bildirərək və guya həmin əlaqələri vasitəsi ilə Cavabdeh pullarının Səmayə adlı qadından alınmasında köməklik göstərəcəyini yalan vəd verib, guya müraciət edəcəkləri hüquq-mühafizə orqanlarında onu təmsil etmək üçün müvafiq rəsmi etibarnamə tələb olduğuna inandıraraq qızı X26 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək xx.xx.2019-cu il tarixdə birlikdə Cavabdeh Bakı şəhəri 3 saylı notariat kontoruna apararaq, orada sonuncunun yaşlı və görmə qabiliyyətinin zəif olmasından sui-istifadə edərək həqiqi məzmununu və təyinatını gizlətməklə bütün daşınmaz əmlakının üzərində müstəqil sərəncam vermə hüquqlarına dair xxxnın adına etibarnamə yazdırmaqla və sonradan həmin etibarnamə əsasında özünə bildirmədən ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, mənzil 88-də yerləşən bir otaqlı mənzilini xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən 11 saylı notariat kontorunda İddiaçı 62800 manata sataraq pulu ələ keçirməklə əmlak sahibi Cavabdeh külli miqdarda maddi zərər vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə X34 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respub likası CPM-nin 85.2.4. 223, 224-cu maddələrini rəhbər tutaraq X21 cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan olunması qərara alınmışdır.
35. Apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqinin “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 05 fevral 2022-ci il tarixli Qərarına əsasən № ********* saylı cinayət işinin istintaq materialları əsasında müəyyən olunmuşdur ki, X26 toplanmış kifayət qədər sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ ke çirməklə dələduzluq etmişdir. Belə ki, X26 tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Cavabdeh Səmayə adlı rəfiqəsi ilə aralarında borc mübahəsələrinin olmasını öyrəndikdə, atası Xəqaninin sabiq polis əməkdaşı olduğu üçun hüquq-mühafizə orqanlarında geniş əlaqələrinin olmasını bildirərək və guya həmin ələqələri vasitəsi ilə Cavabdeh pullarının Səmayə adlı qadından alınmasında köməklik göstərəcəyini yalan vəd verib, guya müraciət edəcəkləri hüquqmühafizə orqanlarında onu təmsil etmək üçün müvafiq rəsmi etibarnamə tələb olduğuna inandıraraq anası X34 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək xx.xx.2019-cu il tarixdə birlikdə Cavabdeh Bakı şəhəri 3 saylı notaria t kontoruna apararaq orada sonuncunun yaşlı və görmə qabiliyyətinin zəif olmasından sui-istifadə edərək həqiqi məzmununu və təyinatını gizlətməklə bütun daşınmaz əmlakının üzərində müstəqil sərəncamvermə hüquqlarına dair öz adına etibarnamə yazdırmaqla və sonradan həmin etibarnamə əsasında özünə bildirmədən ona məxsus ünvan 2 ünvanında yerləşən bir otaqlı mənzilin xx.xx.2019-cu ıl tarixdə ünvan 1 ünvanında yerləşən 11 saylı notariat kontorunda İddiaçı 62800 manata sataraq pulu ələ keçirməklə əmlak sahibi Cavabdeh külli miqdarda maddi zərər vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə X26 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilənlərə əsasən X26 cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsir ləndirilən şəxs qismində cəlb edilməsi, ona həmin maddə ilə ittiham elan olunması qərarı alınmışdır.
36. Adı çəkilən cinayət işi ilə bağlı “Təqsirləndirilən şəxsin dindirilməsi protokolu”na əsasən X26 ona elan olunan ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edərək ifadəsində göstərmişdir ki, Akifin özünün tanış notariat kontoruna getmişlər, mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi bağlamışlar. Lakin müqavilənin adının alqı-satqı müqaviləsi olduğunu gördükdə narazılıq etmiş, Solmaz onu arxayın etmişdir ki, narahat olmasın arada o özü var. Nə vaxt pulları geri qaytarsa, mənzili özünə qaytaracaq. Akifdən hər ay 1600 manat faiz ödəmək şərti ilə 40000 manat pul borc götürmüşdür. O da onlara inanmışdır. Əslində mənzil girov qoyulmalı idi.
37. Adı çəkilən cinayət işi ilə bağlı “Təqs irləndirilən şəxsin dindirilməsi protokolu”na əsasən X15 anası Könül Həsənova ona elan olunan ittiham üzrə özünü təqsirli bilmədiyini qeyd edərək ifadəsində göstərmişdir ki, Akif tərəfindən aldadılaraq xxx mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi bağlamışlar. Əslində mənzil girov qoyulmalı idi.
38. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3015/2022 nömrəli iş üzrə 23 may 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul edilərək ilk iddia tələbi rədd, qarşılıqlı iddia təmin edilmiş, ünvan 1 mənzillə bağlı Cavabdeh adından cavabdehlər X26 ilə İddiaçı arasında 11 saylı notariat kontorunda bağlanmış 18 iyul 2019cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi; həmin mənzillə ba ğlı cavabdehlər İddiaçı ilə X14 arasında bağlanmış 31 mart 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi; qeyd olunan mənzillə bağlı X13 ilə xxx qızı arasında bağlanmış 13 aprel 2021ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və Cavabdeh ünvan 1 mənzillə köçürülmüşdür. (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Rafael Eyvazov və Fuad Babayev)
39. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə cavabdеh L.Həsənоva məhkəməyə iddianın еtirafı barədə ərizə vеrərək qarşılqlı iddia tələbində göstərilən faktları etiraf etmişdir. Həmçinin məhkəməyə təqdim еdilmiş nоtariat işlərində оlan ödəniş barədə "xxxx" ASC-nin xx.xx.2019-cu il tariхli mədaхil оrdеrlərindən açıq-aşkar müəyyən оlunur ki, tərəflər arasında bağlanmış müqavilələrin bəndlərinə zidd оlaraq mənzilə görə ödənilməli оlan pul məbləğinin 20000 manatı xx.xx.2019-cu il tariхində saat 16:05-də, qalan 40000 manat isə həmin günü, yəni xx.xx.2019-cu il tariхdə saat 16:06-da bank vasitəsilə nоtariusun dеpоzit hеsabına mədaхil еdilmişdir. Məhkəmənin qərardadına əsasən "xxxx" ASC-dən cavabdеh Quliyеv Akif Balaca оğluna aid "xxxx" ASC-də оlan bank hеsabı üzrə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tariхlərdə aparılmış əməliyyatlarına dair hеsabdan çıхarışlar, хəzinə məхaric və mədaхil оrdеrlərindən də müəyyən оlunur ki, A.Quliyеv xx.xx.2019-cu il tariхdə öz dеpоzit hеsabından məхaric еtdiyi pul vəsaitlərini, xx.xx.2019-cu il tariхdə yеnidən dеpоzit hеsabına mədaхil еtmişdir. Bundan başqa, məhkəmə iclasında şahid qismində ifadə vеrən Хu diyеva Sürayə Əli qızının, Məmmədоva Cəmalə Aydın qızının, Əliyеva Sahilə Sеyfulla qızının, Əbilоva Şahnaz Şamil qızının ifadələrindən müəyyən olunur ki, B.Məlikоva xxxya vəsiyyətnamə də vеrmişdir ki, vəfatından sоnra еv оna qalsın. B.Məlikоvanın hеç vaхt еvini satmaq və ya girоv qоymaq fikri оlmamışdır. B.Məlikоva öz mənzilində 2020-ci ilin оktyabr ayının sоnlarınadək tək yaşamışdır. Həmin müddətdə B.Məlikоvadan başqa, mənzildə hеç kəs yaşamamışdır. 2020-ci ilin оktyabr ayının sоnlarında Quliyеv Akif Balaca оğlu başqa şəхslərlə birlikdə B.Məlikоvanı yaşadığı mənzildən zоrla çıхarmışlar.
40. Apellyasiya instansiya məhkəməsi məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarına da istinad edərək belə qənaətə gəlmişdir ki, mübahisəli mənzillə bağlı Cavabdeh adından cavabdehlər X26 ilə İddia çı arasında 11 saylı notariat kontorunda bağlanmış 18 iyul 2019-cu il tarixli əmlakın alqı-satqı müqaviləsi Cavabdeh iradə ifadəsi və məlumatı оlmadan bağlandığından etibarsız hesab olunmalıdır.
41. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə mübahsəli mənzillə bağlı İddiaçı ilə X13 arasında 11 saylı notariat ofisində 31 mart 2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi “vicdanlı alıcı obrazı” yaratmağa yönəlmiş uydurma əqddir. Belə ki, cavabdeh X35 оğlu verdiyi izahatında satıcı İddiaçı qızı ilə 20 ilə yaxın vaxtda evli olduğunu, qayınatası İddiaçılə münasibətləri yaxşı olduğunu bildirməklə yanaşı, qeyd olunan mənzilə dair məhkəmə mübahisəsi olduğunu İddiaçı kürəkəninə bildirməməsini inandırıcı dəlillər əsasında izah edə bilməmişdir. Həmçinin, iddiaçı A.Qulivev ona qarşı xx.xx.2021-ci il tarixli məhkəmə iclasında qarşılıqlı iddia verildikdən, həmçinin həmin məhkəmə iclasında mənzilin üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından (məlum olmayan səbəbdən mənzilin üzərinə həbs qoyulması barədə məhkəmə qərardadının icrası dərhal həyata keçirilməli olduğu halda gecikmişdir) cəmi 2 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlamaqla mübahisəli mənzili kürəkəni cavabdeh X35 оğluna satmasının, sonuncunun isə mənzili almasının hansı zərurətdən və ehtiyacdan irəli gəlməsini də inandırıcı dəlillər əsasında izah edə bilməmişlər.
42. Bundan başqa, apellyasiya baxışında 05 may 2022-ci il tarixli məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh X35 оğlu mübahisəli mənzilin proyektini əvvəlcədən gördüyü, mənzilin onun tələbatına uyğu n olub-olmamasını qiymətləndirmək imkanı olduğu halda nəyə görə mənzili aldıqdan cəmi 13 gün sonra xx.xx.2021-ci il tarixli müqavilə əsasında digər cavabdeh xxxya satmalı olmasının səbəblərini inandırıcı dəlillər əsasında izah edə bilməmişdir. Belə ki, cavabdeh X35 оğlu verilən suallara cavab olaraq mübahisəli mənzili yaşamaq niyyəti ilə aldığını bildirsə də, 13 gündən sonra satmaq qərarına gəlməsini mənzilin proyektinin xoşuna gəlməməsi ilə izah etsə də, bu ağlabatan olmamışdır. Çünki, qeyd edildiyi kimi, cavabdeh X35 оğlu qayınatası İddiaçı aldığını iddia etdiyi mübahisəli mənzilin proyektini əvvəlcədən görmək, mənzilin onun tələbatına uyğun olub-olmamasını qiymətləndirmək imkanına malik olmuşdur.
43. Apellyasiya instansiya məhkəməsi qeyd edilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, m übahisəli mənzillə bağlı İddiaçı ilə X13 arasında 11 saylı notariat ofisində 31 mart 2021-ci il tarixdə bağlanmış AN-İ №0929924 saylı alqı-satqı müqaviləsi “vicdanlı alıcı obrazı” yaratmağa yönəlmiş uydurma əqddir.
44. Eyni zamanda apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzillə bağlı X13 ilə xxx qızı arasında bağlanmış 13 aprel 2021-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsi də “vicdanlı alıcı obrazı” yaratmağa yönəlmiş uydurma əqddir. Belə ki, X13 mübahisəli mənzili qayınatası, digər cavabdeh İddiaçı aldıqdan qısa müddət, cəmi 13 gün sonra digər cavabdeh xxx qızına satmaq imkanının yaranmasını izah etsə də, bu imkanın ağlabatan olması nəticəsinə gəlmək mümkün deyildir. Belə ki, həm cavabdeh X13 izahlarını mötəbər dəlillərlə sübut etməmiş, həm xxx qı zının izahatı və apellyasiya baxışı zamanı verilən suallara cavabı ziddiyyətli olmaqla, özünün “vicdanlı alıcı” mövqeyinə uyğun olmamışdır ona görə ki, əvvəla, qarşılıqlı iddia üzrə cavabdeh xxx qızı verilən suallara cavab olaraq bildirmişdir ki, mübahisəli mənzilə dair satış məlumatını ya “əmlak.az2, ya da “bina.az” saytında yerləşdirilən elanda görmüşdür. Daha sonra isə verilən suala cavab olaraq bildirmişdir ki, Zamanın telefon nömrəsini Tural adlı maklerdən almışdır. Həmçinin, cavabdeh xxx qızı verilən suallara cavab olaraq bildirmişdir ki, o, mənzili alanda Notariat Kontorunda Bəyimxanın Məlikovanın qeydiyyatda olduğunu bilib və deyib ki, pul versin qeydiyyatdan çıxarsın, lakin Bəyimxanın Məlikovanın mübahisəli mənzilə münasibətdə kim olması ilə maraqlanmamışdır. xxx bildirmişdir ki, mənzilin pulu ödənilsə də, evi qaytarmağa razı deyil. Bundan başqa mənzili yaşamaq niyyəti ilə aldığını bildirsə də, aldıqdan 3-4 ay sonra kirayəyə verdiyini də bildirmişdir. Bunu isə onunla əsaslandırmışdır ki, həmin mənzilin təmirinə çox xərc çəkmək lazım idi, təmir işləri aparmamışdır, bu səbəbdən qərara gəliblər ki, mənzili kirayəyə versinlər.
45. Qarşılıqlı iddia üzrə cavabdeh xxx qızının nümayəndəsi və vəkili Vəkil3 “Elektron kabinet” vasitəsilə apellyasiya şikayətinə etiraz təqdim edərək göstərmişdir ki, 2021-ci ildən sonra xxx aldığı mənzildə təmir işləri aparmış və 2000 manat məbləğində vəsait xərcləmişdir. Daha sonra 23 may 2022-ci il tarixli məhkəmə iclasında qarşılıqlı iddiaçı xxxnın vəkili Vəkil1 “mənzilin həqiqi alıcısıdırsa mənzilin ünvanını deyə bilərmi?” sualına cavabdeh x xx qızı belə cavab vermişdir ki, “mübahisəli mənzilin harada yerləşdiyini bilir, ünvan 2 mərtəbədə yerləşən 1 otaqlı mənzildir.” Halbuki, mübahisəli mənzilin ünvanı Bakı şəhəri Nərimanov rayonu, X51 küçəsi yox, ünvan 1 mənzilldir.
46. Bundan başqa cavabdeh xxx qızı vicdanlı alıcı olaraq mənzilin mülkiyyətçisi olduğunu bildirsə də, mənzilin telefon xətti çəkilişi müqaviləsini öz adına dəyişmədiyinin, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə onun adına “Əhali istehlakçısının ad dəyişdirilməsi” həyata keçirilmədiyinin, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə müqavilə bağlamadığının və öz adına abonent kodu əldə etmədiyinin səbəbini inandırıcı dəlillər əsasında izah edə bilməmişdir.
47. Göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisəli mənzillə bağlı nə cavabdeh X7, nə də xxx qızının vicdanlı alıcı olmaları müəyyən olunmamışdır.
48. Apellyasiya instansiya məhkəməsi əqdin etibarsızlığı ilə bağlı müddətə də qiymət verərək qeyd etmişdir ki, Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Əhəmiyyətsiz əqd arzu olunan hüquqi nəticəyə səbəb olmadığından predmetini fərdi müəyyən əşya təşkil etdiyi halda, həmin əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Belə ki, fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçdiyinə görə, qarşı tərəf həmin əşya üzərində mülkiyyət və s. əşya hüquqları əldə etmir. Ona gör ə də mülkiyyətçi özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib olan müqavilənin qarşı tərəfindən müddətsiz olaraq öz əşyasını Mülki Məcəllənin 157.2 və 157.5-ci maddələrinə əsaslanmaqla istəyə bilər. Cavabdeh yuxarıda qeyd edilən etibarsız əqdlər əsasında mülkiyyəti olan mənzilindən məhrum olmuşdur. Həmin müqavilələr etibarsız sayıldığından, bu müqavilələr əsasında xxxnın mübahisəli mənzilə mülkiyyətinə dair daşınmaz əmlakın reyestrində aparılmış qeydlər də dəyişdirilməli olacaqdır.
49. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 157.5, 337.1, 337.3, 337.4, 324.1, 324.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 217.4-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum unun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli, “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli, “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 noyabr 2018-ci il tarixli Qərarlarında ifadə edilmiş hüquqi mövqelərə istinadən əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
50. Cavabdeh xxx qızı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və həmin hissədə qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdeh xxxya qarşı iddia tələbinin rədd edilməsi və sonuncuya dair dövlət reyestrində mövcud olan qeydin saxlanılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
51. Cavabdeh xxxnın kassasiya şikayəti belə əsaslandırılıb: - Mülki Məcəllənin 149.2-ci maddəsi “vicdanlı” üçüncü şəxslərə münasibətdə imperativ qaydada müəyyən etməklə, düzgün qeydiyyatın əsassız çıxarılması nəticəsində, vicdanlı üçüncü şəxs olmadığı təqdirdə, həmin qeydiyyatın düzəldilməsini tələb edir. Vicdanlı üçüncü şəxs olduğu təqdirdə, ona münasibətdə qeydiyyatın saxlanılması imperativ norma kimi müəyyən edilmiş və zərər ç əkmiş digər şəxslərin “zərərin əvəzinin ödənilməsi” tələbi ilə çıxış etmək imkanı yaradılmışdır. Hazırkı mülki iş üzrə xxx qızının “vicdanlı” üçüncü şəxs olmadığını təkzib edən heç bir sübut mövcud deyil; - məhkəmə qətnaməsinin əsaslandırması hissəsində Bakı şəhəri Nərimanov Rayon Məkəməsinin xx.xx.2021-ci il tarixli qərardadının (mənzilin üzərinə həbsin qoyulması barədə) “məlum olmayan səbəbdən mənzilin üzərinə həbs qoyulması barədə məhkəmə qərardadının icrası dərhal həyata keçirilməli olduğu halda gecikdirildiyini” vurğulamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkməsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hərəkətsizliyi və səhlənkarlığı (öhdəliklərin vaxtıda icra edilməməsi) nəticəsində yaranmış arzuolunmaz vəziyyət cavabdeh xxxnın iradəsindən asılı olan hal deyildir və istinad olunan orqanların səhvinə görə məsuliyyəti cavabdeh xxxnın daşıması qanunsuz və əsassızdır; - bundan başqa, məhkəmə əqdin etibarsız olduğunu hesab edirsə, o zaman Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbini nəzərə almalı və cavabdeh xxxnın istinad olunan maddə ilə qorunan hüquqlarını təmin etməli idi; - bununla yanaşı, çəkişmə prinsipinin təmin etmək məqsədi ilə cavabdeh xxxnın iştirakının təmin edilməsi məhkəmədən xahiş edilmişdir. xxxnın iştirakının vacibliyi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia tələbi sonuncunun etirafına əsaslanmışdır. Lakin, onun etirafında cavabdeh xxxya aid olan heç bir hal mövcud olmamışdır. Bütün məhkəmə iclası audio-video müşahidəsi ilə aparılır. İddiaçının sualına cavabdeh tərəfindən verilən cavab düzgün təhlil edilməmişdir. Belə ki, cavabdehin tam və aydın şəkildə mənzilə gedən yolu, mənzilin quruluşunu izah etməsinə və küçələrin kəsişmələrini qeyd etməsinə baxmayaraq, məhkəmə bunu nəzərə almamışdır; - cavabdeh xxx dəfələrlə müvafiq saytlarda elanın olduğunu və həmin elanlar və əmlak vasitəçisi (makler) ilə mənzili aldığını qeyd etmişdir; - alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, h abelə ərarvaddan başqa, orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. Razılığın alınmaması bütün hallarda etibarsızlığa səbəb olmur. İş materiallarından göründüyü kimi, Cavabdeh 2020-ci ilin noyabr ayından sonra mübahisəli mənzildə yaşamırdı və mənzillə bağlı hər hansı bir mübahisənin mövcud olmasına dair məlumatlar “Elektron notariat” sisteminə inteqrasiya edilməmişdi. Məhkəmənin öz mövgeyini (razılığın alınmaması) əsaslandırdığı hal yenə də cavabdeh xxxnın iradəsindən asılı hal olmamışdır.
52. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
53. İddiaçı kassasiya şikayətinin dəlilləri indan ibarət olub ki, X26 öz istəyi və iradə ifadəsi əsasında sözügedən mübahisəli mənzili İddia çı satmış, müqavilə şərtlərini əvvəlcədən tanış olmuş və müqavilə bağlanmışdır. xxx mənzili Cavabdeh aldığı etibarnamə əsasında alqı-satqı müqaviləsi ilə İddiaçı satmışdır. Müqavilənin 16-cı maddəsində Cavabdeh xx.xx.2019-cu il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürdüyü öz əksini tapmışdır. Amma Cavabdeh qeydiyyatdan çıxmamışdır. Əvvəlcə mənzilə gedərək Cavabdeh həmin mənzili boşaltmasını tələb etmiş, lakin müqavilənin şərtləri həyata keçirilmədiyi üçün polisə rəsmi qaydada müraciət edilmişdir. Hazırki mübahisədə də İddiaçı ilə Cavabdeh adından etibarnamə əsasında çıxış edən X26 arasında müvafiq müqavilə bağlandığından hər iki tərəf arasında faktiki olaraq müqavilə öhdəlikləri yaranmışdır. Tərəflər müqavilə öhdəliklərini icra etdiyindən müqavilə və ondan irəli gələn mün asibətlərin etibarsız hesab edilməsi tərəflərin Mülki Məcəllə ilə müəyyən olunan müqavilə azadlığının kobud pozuntusuna gətirib çıxarır. Bu səbəbdən, müqavilə tərəfi kimi Cavabdeh adından çıxış edən X17 birinci tərəfdən verilən etibarnamə etibarsız hesab olunmadan, məhkəmənin tərəflər arasında bağlanmış müqaviləni etibarsız hesab etməsi tamamilə absurddur və öz öhdəliklərini lazımi qaydada və vicdanla yerinə yetirən İddiaçı Azərbaycan Respublikasının Konstitusiyası və Mülki Məcəlləsi ilə qorunan mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur.
54. X14 da kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. 55. xxxin kassasiya şikayəti İddiaçı kassasiya şikayəti ilə eyni məzmunlu olmuş, əlavə olaraq qeyd edilmişdir ki, qarşılıqlı iddia üzrə cavabdehlər X13 və xxx qızı mübahis ələndirilən alğı-satqı münasibətlərində vicdanlı üçüncü şəxs kimi çıxış edirlər və bu səbəbdən də onların hazırkı mülki iş üzrə, ümumiyyətlə, cavabdeh qismində cəlb edilməsi düzgün olmamışdır.
56. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2022ci il tarixli, 2(102)-5051/2022 saylı qərarı ilə qarşılıqlı iddia üzrə cavabdeh xxx qızının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3015/2022 nömrəli, 23 may 2022-ci il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinin X13 ilə xxx qızı arasında bağlanmış 13 aprel 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh ünvan 1 mənzilə köçürülməsi hissələrində ləğv edilmiş, mülki iş həmin hissələrdə yeni apellyasiya baxışına göndə rilmiş, qətnamə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1926/2021 nömrəli iş üzrə 30 sentyabr 2021-ci il tarixli qətnaməsinin İddiaçı Cavabdeh qarşı cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mübahisəli mənzildən istifadə hüququnun itirilməsi barədə ilk iddia tələbinin rədd edilməsi hissəsinin ləğv edilərək, iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X13 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, qətnamə mübahisələndirilən qalan hissədə, yəni qarşılıqlı iddia tələbinin ünvan 1 mənzillə bağlı Cavabdeh adından cavabdehlər X26 ilə İddiaçı arasında 11 saylı notariat kontorunda bağlanmış 18 iyul 2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin, həmin mənzillə bağlı cavabdehlər İddiaçı ilə X14 arasında bağl anmış 31 mart 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarız hesab edilməsinin təmin edilməsi hissələrində dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
57. Ali Məhkəmənin mövqeyi: - ilk növbədə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışının hədlərini pozaraq prosessual pozuntuya yol vermiş, məhkəmə tərəfindən hüququn tətbiqi ilə bağlı məhkəmə təcrübəsinin vahidliyi pozulmuşdur. Belə ki, baxılan işdə birinci instansiya məhkəməsi tərəfindən ilk və qarşılıqlı iddia tələbləri rədd edilmiş, qətnamədən ilk İddiaçı apellyasiya şikayəti verməmiş, ilk iddia tələbini rədd olunan hissəsini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti əsasında yalnız qarşılıqlı iddia tələb inin rədd olunması hissəsində yoxlamalı olduğu halda, apellyasiyanın həddlərini pozaraq ilk iddia tələbinin rədd olunması hissəsini də yoxlamış, birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə ləğv edərək yeni qətnamə qəbul etmiş və ilk iddia tələbinin rədd edilməsini qət etmişdir. Halbuki ilk iddiaçı tərəfindən həmin hissədə qətnamə mübahisələndirilməmişdir; - baxılan işdə ilkin İddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbinin rədd edilən hissəsində müahisələndirmədiyi halda, apellyasiya instansiyası məhkəməsi qətnamənin həmin mübahisələndirilməyən hissəsi ilə bağlı hüquqi qiymətləndirmə aparmış, bu hissədə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəldiyini qeyd etmiş, lakin sonda qətnaməni həmin hissədə də ləğv etmiş və yeni qətnamə qəbul edə rək ilk iddia tələbini rədd etmişdir. Bununla da məhkəmə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini pozmuşdur ki, bu da öz növbəsində ilk iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissəsindən apellyasiya şikayəti vermək və əsaslandırılmış dəlillərini irəli sürmək kimi fundamental hüquqlarını məhdudlaşdırılması ilə nəticələnmişdir; - bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi birinci instansiya məhkəməsinin ilkin iddianın rədd edilməsi hissəsinin ləğv edilməsi və ilkin iddia tələbinin rədd olunması hissələrində əlavə araşdırmaya ehtiyac olmadan ləğv edilməli və iddiaçının kassasiya şikayəti isə təmin olunmamalıdır; - bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinin mübahisəli mənzillə bağlı Cavabdeh adından cavabd ehlər X26 ilə İddiaçı arasında bağlanmış 18 iyul 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, həmin mənzillə bağlı cavabdehlər İddiaçı ilə X14 arasında bağlanmış 31 mart 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarız hesab edilməsi hissədə düzgün nəticəyə gəlmiş, qeyd edilən hissələrdə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması müəyyən edilmir. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh adından onun verdiyi etibarnamə əsasında xxx çıxış edərək, İddiaçı ilə 18 iyul 2019-cu il tarixli mübahisəli mənzilin alğı-satqı müqaviləsini bağlamışdır; - hər hansı bir əqdin etibarlı olması üçün əqdin qurucu ünsürlərinin olması vacibd ir. Əqdin qurucu ünsürlərinin mühüm elementlərdən biri iradə ifadəsidir. Hər hansı bir əqd bağlanarkən iradə ifadəsinin olmaması və ya zədələnməsi həmin əqdin etibarlılığına təsir edir. Baxılan işdə Cavabdeh qarşılıqlı iddia tələbində xxxya həmin etibarnaməni mübahisəli mənzili satmaq üçün deyil, kənar şəxsdən borcun tutulub ona verilməsi işi ilə məşğul olmaq üçün verdiyini, evin alğı-satqı edildiyindən xəbərinin olmamasını və alğısatqının onun iradəsinə uyğun olmamasını bildirmişdir. Daha sonra X15 İddiaçı evi borc pul müqabilində girov qoyduğunu, lakin borcunu ödəmədiyini, bu səbəbdən də İddiaçı ondan evi boşaltmasını tələb etdiyini öyrəndiyini bildirmişdir. Mülki qanunverilikdə əqdin təmsilçi vasitəsi ilə bağlanması imkanı nəzərdə tutulmuşdur. Belə olan halda təmsil edən öz adından deyi l, təmsil olunanın adından hərəkət edərək sonuncunun mənafeyinə uyğun hərəkət etməlidir; - hazırki işdə mülkiyyətçi Cavabdeh qarşılıqlı iddia tələbində göstərdiyi hallar qarşılıqlı iddia üzrə cavabdeh xxx tərəfindən onun etirafedici ifadələri təsdiq edilmiş, eyni zamanda bu hal işə əlavə edilmiş cinayət işinin materialları, alğı-satqı ilə bağlı notariat işin materialları, şahid ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər hallarla müəyyən edilmişdir; - apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, X15 İddiaçı evi borc pul müqabilində girov qoymaq məqsədi olmuş, tərəflər arasında bağlanılan alğı-satqı bu məqsədlə olmuşdur. Göründüyü kimi, bağlanılan alğı-satqı mülkiyyətçi Cavabdeh iradə ifadəsinə uyğun olmamış, o, mənzili satmaq niyyəti ilə təmsilçi – cavabdeh xxxya etib arnamə verməmiş, həmçinin təmsil edən xxx da əqdi bağlayarkən aldadılmışdır. Buna görə də, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinin 18 iyul 2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə düzgün nəticəyə gəlmişdir; - həmçinin yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinin İddiaçı ilə X14 arasında bağlanmış 31 mart 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarız hesab edilməsi hissəsində də düzgün nəticəyə gəlmişdir; - xxx kassasiya şikayətində özünün vicdanlı əldə edən olduğunu qeyd etsə də, bu dəlil Mülki Məcəllənin 140, 148.2, 149.2-ci maddələri ilə tənzimlənir Həmin normaların məzmununa əsasən daşınmaz əmlakı əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını b ildiyi hallarda onun vicdanlı əldə edən olması istisna edilir. Baxılan işdə apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh X48 xxxin qızı ilə 20 ilə yaxın vaxtda evli olduğu, qayınatası İddiaçılə münasibətləri yaxşı olduğu müəyyən müəyyən edilmişdir. Belə olan halda, xxxin mübahisəli mənzili ilkin mülkiyyətçidən aldatma yolu ilə alqı-satqı etmiş İddiaçı əldə edən zaman bu halları bilməməsi inandırıcı deyil və sonuncunun vidanlı əldə edən olmasını istisna edir; - qarşılıqlı iddia tələbinin X13 ilə xxx qızı arasında bağlanmış 13 aprel 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilə köçürülməsi hissələrində isə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməm iş, bu hissədə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir; - belə ki, apellyasiya instansiyası məhkəməsi alıcı xxxnın vicdanlı əldə edən olubolmamasına düzgün qiymət verməmişdir. Əmlakın vicdanlı əldə edilməsi ilə bağlı yuxarıda qeyd edilən hüquqi mövqe baxımından bir daha qeyd edilməlidir ki, reyestrdəki qeydin əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallarda onun vicdanlı əldə edən olması istisna edilir; - apellyasiya instansiyası məhkəməsi xxxnı vicdanlı əldə edən olmaması hesab edərkən, qənaətini 44-46-cı bəndlərdə qeyd edilənlərlə əsaslandırmışdır; - apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə bağlı ilk növbədə qeyd edilməlidir ki, mənzilin xxx tərəfindən qısa bir müddət ərzində (13 gün sonra) xxxya satması sonuncunun vicdanlı əldə edən olmasına təsi r edən hal deyil. Belə ki, xxx mübahisəli mənzili əldə edərkən mənzillə bağlı reyestrdə xxxin adına qeydə etimad etmiş, həmin qeydin əsassız olması alıcıya məlum olması barədə işdə hər hansı bir mötəbər sübutun olmamasına apellyasiya instansiyası məhkəməsi əhəmiyyət verməmişdir; - mənzilin satıcısının mənzili aldıqdan qısa bir müddət sonra özgəninkiləşdirməsinin əldə edənin vicdanlılığına təsir edən hal olub-olmasına apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi qiymət verməmişdir; - apellyasiya instansiyası məhkəməsi, əslində cavabdeh xxxnın vicdanlılığını istisna edən hal kimi məhz müqaviləni bağlayarkən satıcının adına reyestrdəki qeydin həqiqi hüquq əsasında qeydə alınmadığına dair birbaşa məlumatlı olmasını sübut etməli idi. Mübahisəli mənzili alarkən Bəyimxanın Məlikovanın mənzild ə qeydiyyatda olmasını bilməsi də xxxnın vicdanlı əldə edən olmasına nə üçün təsir etməsini apellyasiya instansiyası məhkəməsi əsaslandırmamış, alıcının mənzili yüklü qaydada əldə etmək hüququnun olmasını məhkəmə nəzərə almamışdır; - eyni zamanda apellyasiya instanisyası məhkəməsi nəzərə almamışdır ki, kommunal xidmətlərlə bağlı müqavilələrin mənzilin əldə edilməsindən sonra öz adına dəyişdirməməsindən ibarət hal müstəqil əsas kimi deyil, yalnız cavabdehin müqaviləni bağlayarkən satıcının həmin əmlaka həqiqi hüquq əsasında sərəncam vermədiyinin sübuta yetirildiyi halda əhəmiyyətli ola bilərdi; - göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi xxxnın mübahisəli mənzilin vicdanlı əldə edən olub-olmaması ilə bağlı məsələyə qiymət verərkən, işdə olan sübutları müqavilənin bağlanma anına m ünasibətdə Mülki Məcəllənin 140-cı maddəsi baxımından qiymət verməyərək, daşınmaz əmlakı vicdanlı əldə edilməsi ilə bağlı maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir; - buna görə də qarşılıqılı iddia tələbinin Cavabdeh mübahisəli mənzilə köçürülməsi hissəsi, xxxnın vicdanlı əldə edən olması ilə bağlı qərarın təsviri əsasalandırıcı hissələrində göstərilənlərə hüquqi qiymət veriləndən, onun vicdanlı əldə edın olubolmaması, Cavabdeh mülkiyyətçi kimi qalıb-qalmadığı müəyyən edildikdən sonra baxılıb həll edilə bilər. Bu səbəbdən qətnamə həmin hissədə də ləğv edilməlidir. - apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları Mülki Məcəllənin 140-cı maddəsi baxımından tam və hərtərəfli araşdırılmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiym ət vermədən iş üzrə gəldiyi nəticə qarşılıqlı iddia tələbinin X13 ilə xxx qızı arasında bağlanmış 13 aprel 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilə köçürülməsi hissələrində qanuni və əsaslı sayıla bilməz. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
58. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2023-cü il tarixli, 2(103)-735/2023 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, qarşılıqlı iddia tələb inin mübahisələndirilən hissədə təmin edilməsi, ünvan 1 mənzillə bağlı X13 ilə xxx qızı arasında bağlanmış 13 aprel 2021- ci il tarixli, AN-İ № ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X6 xxx qızının xeyrinə 64000 (altmış dörd min manat) manat pul tutulması, Cavabdeh ünvan 1 mənzilə köçürülməsi qət edilmişdir. (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev, Fərrux Qasımov)
59. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq apellyasiya baxışının hədləri ilə bağlı qeyd edib ki, hazırki halda qətnamənin qarşılıqlı iddia tələbinin X13 ilə xxx qızı arasında bağlanmış 13 aprel 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilə köçürülməsin in təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
60. Apellyasiya instansiyası məhkəməsi mövqeyi ondan ibarət olmuşdur ki, mübahisələndirilən hissədə məhkəmə qarşılıqlı iddianı rədd edərkən maddi və prosessual hüquq normalarını pozmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdlr. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 1 mənzillə bağlı Cavabdeh adından cavabdehlər X26 ilə İddiaçı arasında 11 saylı notariat kontorunda bağlanmış 18 iyul 2019-cu il tarixli əmlakın alğı-satqı müqaviləsinin Cavabdeh iradə ifadəsi və məlumatı оlmadan bağlandığı müəyyən olunduğundan etibarsız hesab edilmişdir.
61. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, hazırda apellyasiya baxışının predmetində qala n X13 ilə xxx qızı arasında bağlanmış 13 aprel 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etirbarsız hesab edilməsi üçün bir sıra əsaslar mövcuddur. Belə ki, hazırkı mülki işə məhkəmədə baxılan zaman Cavabdeh məlum olmuşdur ki, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş, ünvan 1 mübahisəli mənzil xüsusi mülkiyyət hüququ üzrə xxx qızının adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış bu barədə ona Çıxarış verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 1 mənzil 11 saylı DNK-nın 4Ə-245 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən xxx qızının adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 6
2. Apellyasiya məhkəməsində birinci icraat zamanı 05 may 2022-ci il tarixli məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh X35 оğlunun izahatından müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, mənzil 88-i almış, lakin daha sonra proyekti xoşuna gəlmədiyi üçün və həmçinin kiçik olduğuna görə mənzili dəyişmək qərarına gəlmişdir. O, təqribən 20 ilə yaxındır ki, Akif müəllimin qızı ilə evlidir. Akif müəllim özü ona evin satılmasını demişdir. Mübahisəli mənzili 65000 manata almışdır. Qayınatası mənzilin məhkəmədə mübahisəli olması barədə ona heç bir məlumat verməmişdir. Həmçinin hazırkı icraat zamanı qarşılıqlı iddia üzrə cavabdeh X35 оğlu eyni məzmunlu izahat vermişdir.
63. Göründüyü kimi, həm əvvəlki, həm də təkrar apellyasiya baxışında icraat zamanı c avabdeh xxx qayınatası İddiaçı aldığı mübahisəli mənzili 13 gündən sonra satmaq qərarına gəlməsini mənzilin proyektinin xoşuna gəlməməsi, evin balaca olması ilə izah etsə də, cavabdeh mübahisəli mənzilin proyektini əvvəlcədən görmək, mənzilin onun tələbatına uyğun olub-olmamasını qiymətləndirmək imkanına malik olmuşdur.
64. Təkrar apellyasiya baxışnda qarşılıqlı iddia üzrə cavabdeh xxx qızı izahatında qeyd etmişdir ki, mübahisəli mənzili cavabdeh X35 оğlundan əldə edərkən sonuncu həyat yoldaşının xəstə olması, hətta “Bonadea” Klinikasında müalicə olunduğundan, pula ehtiyac yarandığından satılmasını bildirmişdir. Bu da göstərir ki, qarşılıqlı iddia üzrə cavabdeh xxxnın qeyd etdiyi halla bağlı xxx nə əvvəlki, nə də hazırkı apellyasiya baxışında qeyd edilənlərə uyğun məzmunda izahat verməmişd ir.
65. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə qarşılıqlı iddia üzrə cavabdeh xxxnın qeyd olunan məzmunda izahat verməsi onu deməyə əsas verir ki, qarşılıqlı iddia üzrə cavabdeh xxx tərəfindən alınan mənzilin 13 gündən sonra satılmasının xxxda xxxin adına olan qeydin qeyri-dəqiq olmadığını bildiyinə şübhə yaratmasın. Bundan başqa, mübahisəli mənzili xxxdən alan xxx mənzili “Bina.az” saytında elanda gördüyünü bildirmişdir. xxxnın özünün kassasiya şikayətinə əlavə etdiyi “Bina.az” saytından çıxarışdan (İİ cild, i/v 126) isə görünür ki, elan 02 may 2021-ci tarixdə yerləşdirilmişdir. Göründüyü kimi, xxx 13 aprel 2021-ci ildə alğı-satqı müqaviləsini bağladığı mənzillə bağlı elanı “Bina.az” saytında 02 may 2021-ci ildə görmüşdür. Mənzillə bağlı məlumatın mənzil satılandan bir ay so nra “Bina.az” saytında yerləşdirilməsi halı bir daha təsdiq edir ki, qarşılıqlı iddia üzrə cavabdeh xxx mənzillə bağlı məlumatı “Bina.az” saytından əldə etməmişdir. Bu halın özü qarşılıqlı iddia üzrə cavabdeh xxxnın mübahisəli mənzillə bağlı vicdanlılığını istisna edir.
66. Həmçinin qarşılıqlı iddia üzrə cavabdeh xxx yaşayış sahəsinə ehtiyacları olduğu üçün, ona payın düşdüyü mənzlin satılaraq, hazırkı mənzilin alınmasını, alınan və hazırda mübahisələndirilən mənzilin 320 manata kirayə verildiyini, özlərinin 1000 manata kirayəyə götürdükləri mənzildə yaşadıqlarını qeyd etmişdir. Digər tərəfdən xxx mənzil alınarkən təmirsiz olduğu üçün orada yaşamadıqlarını, kirayə verdiklərini qeyd etdiyi halda, nümayəndəsi və vəkili Vəkil3 “Elektron kabinet” vasitəsilə apellyasiya şikayətinə etiraz təqdim edərək göstərmişdir ki, 2021-ci ildən sonra xxx aldığı mənzildə təmir işləri aparmış və 2000 manat məbləğində vəsait xərcləmişdir. Belə olan halda xxxnın yaşayış sahəsinə ehtiyaclarına görə mənzil aldıqlarını, mənzil alınarkən təmirsiz olması, buna görə kirayəyə verilməsi, onun nümayəndəsinin isə mənzilin təmirinə görə 2000 manat xərc çəkilməsini bildirməsi, hazırkı mənzilin 320 manata kirayəyə verildiyi halda, özünün kirayədə yaşadıqları mənzilə görə 3 dəfə artıq məbləğdə (1000 manat) kirayə haqqı ödənilməsi halı, qarşılıqlı iddia üzrə cavabdeh xxxnın qısa zaman kəsiyində mənzilə ehtiyacı olan şəxs olmasını istisna etməklə, mübahisəli mənzillə bağlı bağlanmış alğı-satqı müqaviləsində “vicdanlılıq görünüşü”nü yaratmaq məqsədi daşımışdır.
67. Apellyasiya instansiyası məhkəməsi onu da vurğu layıb ki, 23 may 2022-ci il tarixli əvvəlki apellyasiya məhkəməsinin məhkəmə iclası protokoluna əsasən qarşılıqlı iddiaçı Cavabdeh vəkili Vəkil1 “mənzilin həqiqi alıcısıdırsa mənzilin ünvanını deyə bilərmi?” sualına cavabdeh xxx belə cavab vermişdir: “mübahisəli mənzilin harada yerləşdiyini bilir, ünvan 2 mərtəbədə yerləşən 1 otaqlı mənzildir.” Halbuki, mübahisəli mənzilin ünvanı Bakı şəhəri Nərimanov rayonu, X51 küçəsi yox, ünvan 1 mənzilldir.
68. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlar baxımından hesab edib ki, qarşılıqlı iddia üzrə cavabdeh xxxnın mübahisəli mənzili əldə edərkən mənzillə bağlı xxxin adına olan qeydin qeyri-dəqiq olmasını bilməsi, alğı-satqı müqaviləsinin görünüş üçün bağlanması bir daha sübut olunur. xxxnın vicdanlı alıcı hesab edilməsi üçün Mülki Məcəllənin 140, 148.2, 149.2-ci maddələrində nəzrədə tutulmuş əsaslar müəyyən olunmur. Buna görə də kollegiya qarşılıqlı iddia mübahisələndirilən hissədə təmin edilərək, ünvan 1 mənzillə bağlı X13 ilə xxx qızı arasında bağlanmış 13 aprel 2021- ci il tarixli, AN-İ № ******* saylı alğı-satqı müqaviləsi görünüş üçün bağlanmış əqd olduğundan, etibarsız hesab edilməlidir.
69. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, alğı-satqı müqaviləsi əhəmiyyətsiz əqd kimi etibarsız olduğundan, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən xxx qızı tərəfindən müqavilə üzrə ödənilmiş 64000 (altmış dörd min manat) manat X6 alınaraq, xxx qızına qaytarılmalıdır.
70. Apellyasiya instansiyası məhkəməsi onu da göstərib ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh yuxarıda qeyd edilən etibarsız əqdlər əsasında mülkiyyəti o lan məzilindən məhrum olmuşdur. Həmin müqavilələr etibarsız sayıldığından, bu müqavilələr əsasında xxxnın mübahisəli mənzilə mülkiyyətinə dair daşınmaz əmlakın reyestrində aparılmış qeydlərdə də dəyişdirilməli olacaqdır. Odur ki, Cavabdeh mübahisəli ünvan 1 mənzilə köçürülməsinə dair tələbi də əsaslıdır və təmin olunmalıdır.
71. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 140, 148.2, 149.2, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 05 dekabr 2011-ci il tarixli və “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 noyabr 2018-ci il tarixli Qərarlarındakı hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
72. Cavabdeh xxx qızı (Vəkil3) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 22 fevral 2023-ci il tarixli 2(103)-735/2023 saylı qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və həmin hissədə qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdeh xxxya qarşı iddia tələbinin rədd edilməsi və sonuncuya dair dövlət reyestrində mövcud olan qeydin saxlanılm ası barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
73. Kassasiya şikayəti belə əsaslandırılmışdır: - apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 140-cı maddəsini düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə həmin maddəni tətbiq edərək qeyd etmişdir ki, xxx mübahisəli mənzillə bağlı dövlət reyestrində aparılmış qeydin qeyri-dəqiq olmasını bilirdi və buna dair əsaslı şübhələr mövcuddur; - məhkəmə qeyd olunan mövqeyini aşağıdakı hallarla əsaslandırmışdır: 1. qarşılıqlı iddia üzrə cavabdeh xxxnın qarşılıqlı iddia üzrə cavabdeh xxxlə eyni məzmunlu izahatın verilməməsi; 2. cavabdeh xxx tərəfindən alınan mənzilin 13 gündən sonra satılması; - xxxnın xxxlə eyni məzmunlu izahat verməməsinə dair apellyasiya instansiyası məhkəməsi mövqeyinə etiraz olaraq qeyd edilməlidir ki, Ə. Məhərrəmova vicdanlı alıcı olmasa idi və xxxlə əlbir olsa idi, o, öz izahatlarını xxxin izahatlarına uyğunlaşdıraraq “vicdanlı” alıcı obrazı yaradardı. Məhkəmə araşdırmasının gedişatından da göründüyü kimi, ilkin olaraq xxxin, daha sonra xxxnın izahatları alınmışdır. Onların izahatlarının eyni məzmunlu olmaması xxxnı vicdanlı olmadığını və yaxud mənzilə dair dövlət reyestrindəki qeydin qeyri-dəqiq olmasını bildiyini ehtiva etmir; - xxx evini arvadı xəstə olduğu üçün satdığını xxxya bildirmiş, hətta arvadı xəstə olduğundan onlara yaxın notariusa (arvadı notariusa əlil arabasında gəlmişdi) gəlməsini xxxdan xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı mübahisəsiz hal kimi müəyyən edilmişdir ki, xxx, İddiaçı və xxx arasında bağlanmış müqavilələr etibarsızdır. X22 adları sadalan şəxslərlə əvvəlcədən hər hansı bir münasibətinin olduğu heç bir şəkildə sübuta yetirilməmişdir; - apellyasiya instansiyası məhkəməsi tərəfindən birtərəfli yanaşma sərgilənərək, xxxnın yalan izahat verdiyi sorğulanmışdır. Halbuki, iş materiallarına diqqətlə nəzər yetirilsə, fərqli izahatlar verən xxx deyil, elə qarşılıqlı iddia üzrə iddiaçı xxxnın olduğu aydın olar. Belə ki, o, ilkin olaraq, xxxla yaxın münasibətdə olmadığını bildirmiş, daha sonra isə fərqli izahat verərək, ona qızı kimi baxdığını, ona mənzilini vəsiyyət etdiyini qeyd etmişdir; - digər tərəfdən, xxxin 13 gün sonra mənzilini satması ilə xxxnın mübahisəli mənzilə dair dövlət reyestrində aparılan qeydin qeyri-dəqiq olmasını bilməsi arasında məntiqi və hüquqi əlaqə aydın deyil. Apellyasiya instansiyası məhkəməsi hansı hüquqi və qanuni əsasa əsaslanara q bu nəticəyə gəldiyi məlum deyil. Qanunvericilikdə mənzilin özgəninkiləşdirilməsi müddətlə məhdudlaşdırılmır və buna dair maddi hüquq norması mövcud deyil; - birinci apellyasiya icraatında olduğu kimi, ikinci apellyasiya icraatında da qeyd edilib ki, X13 ilə xxx qızı arasında bağlanmış 13 aprel 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün bir sıra əsaslar mövcuddur ki, bunlardan biri kimi də, Bakı şəhəri Nərimanov Rayon Məkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə mübahisəli mənzil üzərində həbsin olmasıdır. Apellyasiya instansiyası məhkəməsi istinad olunan qərardadın Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən vaxtında icra edilməli olduğunu nəzərə almamamış və ona hüquqi qiymət verməmişdir. Bunun əksinə, apellyasiya instansiyası m əhkəməsi məhkəmənin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hərəkətsizliyi və səhlənkarlığı (öhdəliklərin vaxtıda icra edilməməsi) nəticəsində yaranmış arzuolunmaz vəziyyəti cavabdeh xxxnın əleyhinə istifadə edərək, əqdin etibarsızlığının əsası kimi vurğulamışdır. Halbuki, məlumdur ki, sözügedən hal xxxnın iradəsindən asılı olan hal deyildir və istinad olunan orqanların səhvinə və səhlənkarlığına görə məsuliyyəti xxxnın daşıması qanunsuzdur; - bundan əlavə, xxxnın “vicdanlı” üçüncü şəxs olmadığını təsdiq edən hər hansı bir sübut mövcud deyil. Həmçinin qeyd edilməlidir ki, kəsici müddətin axımına heç bir məhkəmə tərəfindən bu günə kimi, ümumiyyətlə, hüquqi qiymət verilməmişdir, halbuki, müddətin keçməsi məsələsi şikayətlərdə qeyd edilmişdir; - iş materiallarına əlavə edilmiş sənədlər göründüyü kimi, iddiaçının xxxya qarşı “istinadə hüququna xitam verilməsi” barədə iddia tələbi olmuş və artıq iddiaçının xeyrinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi çıxmışdır. Kəsici müddətin axımını müəyyən etmək üçün iddiaçıya sual verilmişdir ki, “iddiaya edirsiz ki, mənzilin satıldığı və xxx tərəfindən aldadıldığınız Sizə 2020-ci ilin noyabr ayında məlum olmuşdur. Bəs sizi nə vadar etdi ki, həmin ilin əvvəllərində xxxya qarşı istifadə hüququna xitam verilməsi barədə iddia tələbi irəli sürdünüz?” Məhkəmə bu hissədə araşdırma aparmaq üçün, ümumiyyətlə, şərait yaratmamış və iddiaçı mahiyyətə uyğun olmayan cavab verməklə kifayətlənmişdir; - iddiaçı vacib əhəmiyyətli yanılma nəticəsində etibarnamə vermişdirsə, o, bir ay ərzində zəruri tədbirlər görmə li idi. Etibarnaməni ləğv etmək əvəzinə, istifadə hüququna xitam verilməsi ilə bağlı iddia qaldırmışdır. Həmin dövrdə iddiaçı peşəkar hüquqi yardım alırdı və qanunun bu tələblərini bilməmək kimi bir açıqlaması yox idi; - məhkəmə müddətin axımının hansı vaxtdan başladığını araşdırmamış, bununla da istinad olunan maddənin pozuntusuna yol verilməklə kəsici müddəti tətbiq etməmişdir; - həmçinin, apellyasiya instansiyası məhkəməsi tərəfindən bərabərlik və çəkişmə prinsiplərinin pozuntusuna yol verilmişdir. Məlum olduğu kimi, məhkəmə cavabdeh xxxya qarşı iddia tələbini təmin edən zaman qeyd olunan “sübutlara” əsaslanmışdır: 1) xxxnın alğı-satqı əsasında aldığı mənzilin tam ünvanını bilməməsi; 2) Həbslə bağlı qərardadın vaxtında icra edilməməsi; 3) Mənzilin 13 gün sonra xxxdən alınması; 4) Bina.az saytında elanın 02 may 2021-ci tarixdə yerləşdirilməsi; 5) xxxnın satın aldığı mənzildən istifadə qaydası; 6) Kommunal xidmətlərə dair müqavilələrin adına rəsmiləşdirilməməsi; - sadalanan və məhkəmənin əsaslandığı hallar cavabdeh X23 xxx və digərləri ilə əlbir olmasını sübuta yetirmir. Birinci sübuta münasibətdə qeyd edilməlidir ki, məhkəmə qətnaməsində qeyd edir ki, “iddiaçı xxxnın vəkili Vəkil1 “mənzilin həqiqi alıcısıdırsa, mənzilin ünvanını deyə bilərmi?” sualına cavabdeh xxx qızı belə cavab vermişdir ki, “mübahisəli mənzilin harada yerləşdiyini bilir, ünvan 2 mərtəbədə yerləşən 1 otaqlı mənzildir.” Halbuki, göründüyü kimi mübahisəli mənzilin ünvanı Bakı şəhəri Nərimanov rayonu, X51 küçəsində yerləşən mənzil yox, ünvan 1 mənzildir; - bundan əlavə, məhkəmə iclası başlayan zaman məhk əmə kollegiyası fasiləsiz audio-video yazının aparıldığını elan etmişdir. Lakin vəkil tərəfindən iş materialları ilə tanış olunmasına dair ərizə verilən zaman məlum olmuşdur ki, həmin audio-video yazılar iş materiallarında mövcud deyil və əlavə edilməmişdir. Bu səbəbdən də, protokola müvafiq qeydin aparılmasına dair hüquqdan faydalana bilməmişlər. Bu səbəbdən də, ünvanla bağlı xxxnın tam və aydın şəkildə mənzilə gedən yola və mənzilin quruluşuna dair izahatı iş materiallarında öz əksini tapmamışdır; - 4-cü “sübut”a münasibətdə qeyd edilməlidir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyas ı məhkəməsi qeyd edib ki, təqdim edilən mənzilin satışına dair elan 02 may 2021-ci tarixdə yerləşdirilmişdir. Lakin, həmin çıxarışa diqqətlə nəzər yetirilsə, aydın olur ki, xx.xx.2021-ci il tarixi elanın yenilənmə tarixidir və həmin elanın statusu "xxxx" kimi qeyd olunmuşdur (buna dair MMC-nin cavabı əlavə edilir); - 5-cü “sübut”a münasibətdə qeyd edilməlidir ki, qarşılıqlı iddia üzrə cavabdeh xxx izahatında verdiyi bütün halları məhkəməyə təqdim etdiyi müqavilələrlə sübuta yetirmişdir. Bununla yanaşı, 1000 manatlıq kirayədəki evdə xxx tək yaşamadığını, atası, anası, bacısı və ərinin uşaqları ilə birgə yaşadığını dəfələrlə məhkəmənin diqqətinə çatdırmışdır; - 6-ci dəlilə münasibətdə qeyd olunmalıdır ki, 3 saylı Xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfat Birliyi tərəfindən mənzil-kommunal x idmətləri üçün mədaxil qəbzləri qarşılıqlı iddia üzrə cavabdeh xxxnın adına verilərək, müvafiq ödənişlər sonuncu tərəfindən aparılır; - bundan əlavə, xx.xx.2023- cü il tarixli “şahidin dindirilməsi ilə bağlı” elektron vəsatət verilmişdir. Apellyasiya instansiyası məhkəməsi prosessual (çəkişmə və bərabərlik prinsiplərinin) pozuntuya yol verərək, həmin vəsatətə nə qətnaməsində, nə də ayrıca qərardad şəklində, ümumiyyətlə, qiymət verməmişdir. Halbuki, həmin şahidin dindirilməsi işin obyektiv və tam araşdırılması üçün zəruri idi; - həmçinin, Əfsanə Məhərrəmonavanın digər cavabdehlərlə əlbir olmasını, əvvəldən tanışlıq münasibətinin olmasını iddia edənlər buna dair heç bir sübut təqdim etməmiş və məhkəmə “sübutları” qiymətləndirərkən, əsaslı şübhədənkənar standartları tətbiq etməmişdir; - son o laraq, iş materiallarından göründüyü kimi, Cavabdeh 2020-ci ilin noyabr ayından sonra mübahisəli mənzildə yaşamırdı və mənzillə bağlı hər hansı bir mübahisənin mövcud olmasına dair “Elektron notariat” sisteminə məlumatlar inteqrasiya edilməmişdi. Yuxarıda da qeyd edildiyi kimi məhkəmənin öz mövqeyini (razılığın alınmaması) əsaslandırdığı hal yenə də cavabdeh xxxnın iradəsindən asılı hal olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
74. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qey diyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Ma ddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması na istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qər ardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçü n əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
75. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutl ara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
76. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi üçün kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti qarşılıqlı iddia tələbinin X13 ilə xxx qızı arasında bağlanmış 13 aprel 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilə köçürülməsinin təmin edilməyən hissələri təşkil edib, qətnamə də həmin hissələrdə çıxarılıb. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışını predmeti olan hissə başa düşülür.
77. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəs inin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
79. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
80. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbini qeyd edilən hissələrdə təmin etməklə üzrə düzgün nəticəyə gəlib.
81. Apellyasiya instansiyası məhkəməsi tərə flərin izahatı, iş materialları və digər sübutlar əsasında cavabdeh xxxnın mübahisəli mənzili vicdanlı əldə edən olmamasını müəyyən edib.
82. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
83. Qeyd edilən normanın dispozitiv şərtində olan istisna – vicdanlı əldə edənliyi istisna edən hal – hazlrki işdə işə mahiyyəti üzrə və sübutları qiymətləndirməklə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən mü əyyən edilib.
84. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi qarşılıqlı iddia tələbinin təmin edilən hissələri üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə Ali Məhkəmənin qərarında verdiyi göstərişlərə də əməl edərək cavabdeh xxxnın vicdanlı edən olub-olmaması hallarına aydınlıq gətirərək, onun vicdanlı əldən olmaması qənaətinə gəlmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
85. Həmçinin apellyasiya instanasiyası məhkəməsi Mülki Məcəllənin 337.5-ci maddəsinə uyğun olaraq restitusiya tətbiq edərək müqavilə üzrə ödənilmiş 64000 (altmı ş dörd min) manatın X6 alınaraq, xxx qızına qaytarılmasın da qət edtmişdir.
86. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsini hazırki qərarın 60-70-ci bəndlərində əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşdığı üçün əlavə şərhə zərurət görmür.
87. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
88. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki halları ilə bağlı olmaqla qarşılıqlı iddiaya etirazın əsasını təşkil edən məhz həmin dəlillərə qiymət verilməsi nəticəsində apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın təmin edilməli olması nəticəsinə gəlmişdir.
89. Kəsici müddətin ötməsi və məhkəmələrin bu müddəti tətbiq etməməsi ilə bağlı dəilə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin əqdlər in etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.
90. Qarşılıqlı tələbdəki etibarsızlığı məsələsi qoyulan müqavilələrin əhəmiyyətsiz olması (bir tərəfin iradə ifadəsinin olmaması) müəyyən edilib və bu tələblərə iddia müddəti şamil edilmir. 91. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında da hüquqi mövqe belə olub ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə t ərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Əhəm iyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir.
91. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
92. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh xxx qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-735/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.