Məhkəmə qərarları › İş №2(102)-2429/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2429/2024

29.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2429/2024 29.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya: torpaq münasibətlərindən irəli gələn mübahisələr, zəbt olunmuş torpaq sahəsi, əldən çıxmış fayda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin geri alınması və əldən çıxmış faydanın tutulması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-509/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Lerik rayon Aqrar İslahat Komissiyasının 21 oktyabr 1998-ci il tarixli, 44 saylı qərarı ilə Lerik rayonu, Kəlvəz kəndində cizgidə göstərilən sərhəd daxilində yerləşən 4,66 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi İddiaçı və onun ailə üzvləri X4, X5, X6, X1 və X2 mülkiyyətinə verilmişdir. Həmin Dövlət aktı üzrə torpaq sahəsi 4 massivdən ibarətdir: 0069 nömrəli (2951 kv.m), 69M nömrəli (23775,11 kv.m), 69N nömrəli (18679,23 kv.m) və 69V nömrəli (1188 kv.m).

2. Lerik rayon Aqrar İslahat Komissiyasının 21 oktyabr 1998-ci il tarixli, 44 saylı qərarı ilə Lerik rayonu, Kəlvəz kəndində cizgidə göstərilən sərhəd daxilin də yerləşən 1,59 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi Cavabdeh və onun ailə üzvü X3 mülkiyyətinə verilmişdir. Həmin Dövlət aktı üzrə torpaq sahəsi 2 massivdən ibarətdir: 0054 nömrəli (982,56 kv.m) və 54M nömrəli (14891 kv.m). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona və ailəsinə məxsus Lerik rayonu, Kəlvəz kəndində yerləşən Lerik rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 2,38 hektar torpaq sahəsində Cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin geri alınması, eyni zamanda həmin 2,38 ha torpaq sahəsi üçün 2018-2022-ci illər üçün əldən çıxmış faydaya görə Cavabdeh 15000 manat məbləğində maddi ziyanın tutularaq ona və ailə üzvlərinə verilməsi barədə q ətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lerik rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ailəsinin 6 üzvünə Lerik rayonu, Kəlvəz kəndi ərazisində ümumi sahəsi 43642,34 kv.m olan torpaq sahəsi ayrılaraq verilmişdir. Bu torpağa aid dövlət aktı verilmişdir. Bu torpaq sahələrinin qanuni əsaslarla iddiaçının və ailə üzvlərinin mülkiyyətində olmasına baxmayaraq, torpaqların 23775,11 kv.m (2,38 ha) hissəsi (koordinatlar əlavə edilir) Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. İş üzrə Cavabdeh həmin torpaq sahəsində iddiaçı və ailə üzvləri ilə heç bir icarə müqaviləsi olmadan bəzi işlər aparmış və oranı ot sahəsinə çevirmişdir. Cavabdeh həmin sahəni 3 ildən çoxdur ki, əkir biçir. Cavabdehə dəfələrlə xəbərdarlıq etmişlər ki, qanunsuz olar aq zəbt edilmiş 23775,11 kv.m ərazidən çıxsın. Cavabdeh isə hər il onlara ümid verir ki, növbəti ildən ərazini tərk edəcək. Növbəti il çatdıqda isə o, yenidən əkir. Cavabdehə hətta yaxın insanlar vasitəsilə xəbər göndərilmiş, qanunsuz hərəkətlərindən çəkinməsi tövsiyə olunmuşdur. Kənd kiçik olduğundan, maksimum dərəcədə münasibətlərin qorunub saxlanılmasına çalışılır, ağsaqqal tövsiyələri ilə onu qanunsuz hərəkətlərdən çəkindirməyə çalışırlar. Lakin cavabdeh bu tələblərə əhəmiyyət verməyərək qanunsuz hərəkətlərini davam etdirir, bu hərəkətlərindən əl çəkmək istəmir. Cavabdeh barədə yerli icra hakimiyyəti nümayəndələrinə və iki dəfə Lerik Rayon İcra Hakimiyyətinə də məlumat vermiş, icra başçısı vəzifəsini müvəqqəti icra edən Cəlil Baxşıyevlə də danışmışdır. Orada araşdırma aparıldıqdan sonr a tövsiyə olunmuşdur ki, məhkəməyə müraciət etsin. Cavabdeh iddiaçı ilə ailə üzvlərinin mülkiyyətində olan əkin torpaq sahəsindən hazırda da istifadə etməklə həmin torpağa mülkiyyət hüquqlarını, eləcə də Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 110-cu maddəsini kobud şəkildə pozur. Lakin hazırda da cavabdeh qeyd olunan torpaq sahəsini zəbt etməkdə davam etdiyindən həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozur və bu pozuntu davam etməkdədir. Bu hərəkətlərini dayandırması, zəbt etdiyi torpaq sahəsini tərk etməsi barədə dəfələrlə ona edilən müraciətlər nəticəsiz qalmışdır. Hazırda da cavabdeh qanunsuz hərəkətlərini davam etdirməklə göstərilən torpaq sahəsini zəbt etdiyindən qanuni mülkiyyətindən istifadə etməsi mümkün deyil.

5. Lerik Rayon Məhkəməsinin 26 iyul 2022-ci il ta rixli 2(048)-447/2020 saylı qərardadına əsasən iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş 30 oktyabr 2023-cü il tarixli 10/ 6846 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2153/2023 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayonu X7 xx.xx.1998-ci il tarixli, 44 saylı qərarı əsasında JN- 0069 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Kəlvəz kəndi ərazisində yerləşən 4,66 ha pay torpaq sahəsinin d örd hissədən ibarət olması müəyyən edilmişdir. Həmin 4,66 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 2,3775 ha hissəsi yerləşir və 2,3775 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemində araşdırma zamanı JN-0069 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Kəlvəz kəndi ərazisində yerləşən 4,66 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 2.3775 ha hissəsinin bütövlüklə Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur.

7. Lerik Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(048)134/2023 nömrəli, 4 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim-Atabəy Kiçibəyov) iddia qismən təmin edilmiş, Lerik rayonu, Kəl vəz kəndində yerləşən JN-0069 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 2,3775 ha torpaq sahəsinin Cavabdeh alınaraq İddiaçı mülkiyyətinə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı tərəfindən kadastr və yerquruluş Lahiyə-Tədqiqat Mərkəzinə ödənilmiş 109 manatın, dövlət rüsumunun əvəzi olan 200 manatın Cavabdeh alınaraq İddiaçı verilməsi, əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçılara məxsus torpaq sahələri cavabdeh tərəfindən zəpt olunmuşdur.İddiaçı dəfələrlə cavabdehə mülkiyyətinə verilmiş torpağın asu dələşdirilməsini bildirsələr də, cavabdehlər ona heç bir əhəmiyyət verməmişlər. Ona görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəmə müraciət etmək məcburiyyətində qalmışdır.

9. İş üzrə keçirilmiş eksprertiza tədqiqatının nəticəsində İddiaçı məxsus olan Lerik rayon Kəlvəz kəndində yerləşən 2.3775 ha hissəsinin Cavabdeh tərəfindən çəpərə alınaraq istifadə edildiyi müəyyən olunmuşdur. Məhkəmə iddaiçıların cavabdehdən 15000 (on beş min) manat maddi ziyan tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbinin həmin hissəsi ilə bağlı sübütlar məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, 60-cı maddəsinə,Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin 6.1, 152.1, 157.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin –qismən iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Buna əsasən qətnamə maddi zərərin təmin edilməməsi hissəsində qismən l əğv edilərək, iddia tam təmin edilməlidir. Belə ki, Lerik rayon Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçının ailəsinin 6 üzvünə Lerik rayonu, Kəlvəz kəndi ərazisində ümumi sahəsi 43642,34 kv.m torpaq sahəsi ayrılaraq verilmişdir. Həmin torpağa aid dövlət aktı verilmişdir. Bu torpaq sahələrinin qanuni olaraq mülkiyyətində olmasına baxmayaraq, torpaqların 23775,11 kv.m, yəni 2,38 ha hissəsi Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Cavabdeh həmin torpaq sahəsinə qanunsuz daxil olaraq oranı ot sahəsinə çevirmiş və təsərrüfat işləri aparmışdır. Cavabdeh həmin sahədə 4 ilə yaxın müddətdir ki, əkin-biçin işləri görür. Ona dəfələrlə 23775,11 kv.m torpağın zəbtdən azad edilməsi barədə xəbərdarlıq edilsə də, cavabdeh buna heç bir məhəl qoymamışdır. Hətta, iddiaçı cavabdeh şəxsə yax ın insanlar vasitəsilə qanunsuz hərəkətlərindən çəkinməyi barədə xəbər göndərsə də, bir nəticəsi olmamışdır. Lakin cavabdeh onların bu tələbinə əhəmiyyət verməyərək, qanunsuz hərəkətlərini davam etdirmişdir. Cavabdeh barədə yerli icra hakimiyyəti nümayəndələrinə və iki dəfə Lerik Rayonu İcra Hakimiyyətinə də məlumat verilmişdir. Sonda isə iddiaçı hazırkı qaydada məhkəməyə müraciət etmişdir. Lerik Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(048)447/2022 saylı qərardadına əsasən iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş 30 oktyabr 2023-cü il tarixli, 10/6846 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəl ələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2153/2023 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 44 saylı qərarı əsasında JN-0069 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Kəlvəz kəndi ərazisində yerləşən 4,66 ha pay torpaq sahəsinin dörd hissədən ibarət olması müəyyən edilmişdir. Həmin 4,66 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 2,3775 ha hissəsi yerləşir və 2,3775 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemində araşdırma zamanı JN-0069 nömrəli Torpağa mülkiyyə t hüququna dair Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Kəlvəz kəndi ərazisində yerləşən 4,66 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 2,3775 ha hissəsinin bütövlüklə Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Faktiki olaraq ekspertiza tərəfindən verilmiş rəydən də görünür ki, qanunsuz zəbt müəyyən edilmişdir. Qanunsuz zəbt varsa, maddi ziyan da mövcuddur. Bu əsasla bağlı iddiaçı qeyd edir ki, eyni əsaslarla hazırkı iş üzrə cavabdehin bu iddiaçıya qarşı dəymiş maddi ziyanla bağlı iddia tələbinə əsasən mülki iş vardır. Həmin işdə guya 23-24 ildir torpaqdan istifadə etdiyini, guya hər hansı düzəlişlər etdiyini və buna əsasən ona maddi ziyan dəydiyini bildirmişdir. Bu halda məhkəmə öz tərəfindən iddiaçının heç bir təşəbbüsü olmadan birbaşa ekspertiza barədə qərardad qəbul etmiş və dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı ekspertiza təyin etmişdir. Bununla bağlı digər işin videogörüntüsünə baxmaqla da müəyyənləşdirmək mümkündür. Əslinə qalanda hər iki tərəf ayrı-ayrı işlər üzrə maddi zərər tələb etsə də, məhkəmə işə təktərəfli yanaşmışdır. Bu işdə həmin mahiyyəti təşkil edir. Lakin iddiaçı və cavabdehin yerləri fərqlidir. Bunu xüsusi olaraq iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməməsi əsaslandırılmas ı ilə bağlı bildirir. Əlavə olaraq da vəkil və nümayəndə olaraq ilk dəfə işə qoşulmasına baxmayaraq dərhal iş üzrə məhkəmə baxışının bitirilib çıxışlara keçilməsi də məhkəmənin işin hazırkı formada yekunlaşdırılmasına zəmin yaratdığını göstərmək üçün kifayət qədər əsas olduğunu hesab edir. Məhkəmə Konstitusiyanın və Mülki Məcəllənin mülkiyyət hüququ ilə bağlı, hətta Avropa Məhkəməsinin müvafiq qərarlarına istinad etmiş, yəni delikti faktiki olaraq qəbul etmiş, lakin məbləğinin müəyyənləşdirilməsi üçün heç bir addım atmamışdır. Məhkəmə tərəfindən göstərilən prosessual hüquq normasının tələbi pozulmuşdur. Məhkəmə tərəfindən işin hərtərəfli, tam, obyektiv araşdırılması aparılmamışdır. Delikti, yəni dəymiş zərəri faktiki qəbul edən məhkəmə işin hərtərəfli, tam, obyektiv araşdırılmasına təşəb büs belə göstərilməmişdir. Məhkəmə heç bir araşdırma aparmaq üçün addım atmamışdır. Bundan fərqli olaraq eyni şəxslərin digər məhkəməsində öz təşəbbüsü ilə ekspertiza təyin etmişdir.

13. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra- apellyasiya instansiya məhkəməsi) 2(106)-509/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Samir Mayılov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Tofiq Heydərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, hazırkı iş üzrə iddia tələbinin təmin edilməmiş hissəsi mübahisəli torpaq sahəsi üçün 2018-2022-ci illər üçün əldən çıxmış faydaya görə cava bdehdən 15000 manat məbləğində maddi ziyanın tutulması ilə bağlıdır. Həmin hissədə birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi 15000 manat məbləğində əldən çıxmış faydanın tutulmasına dair hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirmişdir ki, iddiaçı həmin hissədə öz tələbi ilə bağlı hər hansı sübut təqdim etməməklə yanaşı, əldən çıxmış fayda kimi müəyyən edilmiş 15000 manat məbləğinin hansı gəlirlərdən ibarət olmasını, həmin gəlirin hansı qaydada hesablandığını, əgər hüququ pozulmasaydı, həmin məbləği adi mülki dövriyyə şəraitində əldə edə biləcəyini təsdiq edən hansı sübutlarının olduğunu göstərməmiş, c avabdehin mübahisəli torpaq sahəsindən nə vaxtdan etibarən qanunsuz şəkildə istifadə etməsini, onun həmin torpaq sahəsindən hər hansı gəlir götürüb-götürmədiyini, gəlir götürmüşdürsə, həmin gəlirin məbləğinin nə qədər olduğunu və onun hansı qaydada müəyyən edildiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.

16. Əldən çıxmış fayda şəklində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ilə bağlı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tələb olunan məbləğdə ona əldən çıxmış fayda şəklində zərərin vurulmasını sübut etməlidir. Buna görə də, iddiaçı məhkəməyə müraciət edərkən məhz bu halları da təsdiq edən sübutları təqdim etməli idi. İddiaçı isə məhkəmə kollegiyasının Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə müvafiq qaydada fəaliyyətini həyata keçirməsi üçün əldən çıxmış fayda şəklində vurulmuş zərərin ödənilməsi ilə bağlı tələbinə dair lazımi sübutları nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməmiş, yalnız formal mülahizələrlə çıxış etmişdir. Ona görə də məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməməkdə haqlı olmuşdur.

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hissədə maddi və prosessual hüquq normaları pozulmamış, düzgün tətbiq edilmiş, mübahisələndirilən hissədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya m əhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1,21.2, 157.2, Azərbaycan Respublikasının MPM-in 14.2,77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-509/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki cavabdehin iddiaçı olduğu və əldən çıxmış faydanın tələb olunduğu Leri k rayon məhkəməsinin icraatında olan 2(048)-177/2024 saylı mülki iş üzrə iddiaçı olan Cavabdeh istər iddia ərizəsində, istərsə də həmin məhkəmə iclasında verdiyi izahatında torpaq sahəsini hansı müddətdir zəbt ediyini, oradan hansı faydalı işlər görülməsinin mümkünlüyü, gəlirin nədən ibarət olması, əldə edilmə mümkünlüyü, həmin gəlirin hansı qaydada hesablandığını göstərmiş, bununla da həmin torpaq sahəsində əldə olunması mümükün olan faydanı özü etiraf etmişdir. Hazlrki Cavabdeh digər iş üzrə mövqeyi və etirafı əgər hüququ 4 il ərzində pozulmasaydı (vicdansız sahib olduğu vaxtdan), həmin məbləği adi mülki dövriyyə şəraitində əldə edə biləcəyini təsdiq edən sübut kimi qiymətləndirilməlidir ki, apellyasiya instansiya məhkəməsi bu halı araşdırmamış, qiymətləndirməmişdir.

21. İş materialların da olan ekspert rəyi və işin digər halları ilə müəyyən edilmiş mübahisəsiz hal odur ki, hazırkı Lerik rayon Aqrar İslahat Komissiyasının 21 oktyabr 1998-ci il tarixli, 44 saylı qərarı əsasında JN-0069 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Kəlvəz kəndi ərazisində yerləşən 4,66 ha pay torpaq sahəsinin mübahisə predmeti olan mübahisəli ərazidə yerləşən 2,3775 ha hissəsi bütövlükdə Cavabdeh tərəfindən istifadə edilir. Qanunsuz zəbt varsa maddi ziyan da mövcuddur. Bu əsasda bunu qeyd edim ki, eyni əsaslarla hazırki iş üzrə cavabdehin bu iddiaçıya qarşı dəymiş maddi ziyanla bağlı iddia tələbinə əsasən mülki iş vardır. Həmin işdə iddiaçı guya 23-24 ildir torpaqdan istifadə etdiyini, guya hər hansı düzəlişlər etmiş və buna əsasən ona maddi ziyan dəydiyini bildirmişdir. Bu halda məhkəmə öz tərəfindən iddiaçının heç bir təşəbbüsü olmadan birbaşa ekspertiza barədə qərardad qəbul etmiş və dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı ekspertiza təyin etmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Lerik Dövlət Aqrar inkişaf Mərkəzi tərəfindən verilmiş cavab məktubu ilə müəyyən edilmişdir ki, müəyyən edildi ki, 2023-cü təsərrüfat ilində rayonun Kəlvəz kəndi ərazisində 1 ha buğda sahəsindən 20.0 sentner buğda istehsal olunmuş 1kq buğdanın bazar qiyməti 0.35-0,40 manatdır. 1 ha arpa sahəsindən 18 sentner arpa istehsal olunmuş, 1 kq arpanın bazar qiyməti 0 40-0.50 manatdır. 1 ha çovdar sahəsindən 19 sentner çovdar istehsal olunmuş, 1 kq çovdarın bazar qiyməti 0.60-0.70 manatdır. 1 ha kartof sahə sindən 144.5 sentner kartof istehsal olunmuş, 1 kq kartofun bazar qiyməti 0.60-0.70 manatdır. 1 ha kələm sahəsindən 28 sentner kələm istehsal olunmuş, 1 kq kələmin bazar qiyməti 0.50-0.60 manatdır 1 ha sahədə 80-100 ədəd ot kipi istehsal olunmuş, 1 ədəd ot kipinin qiyməti 2.50 -3.00 manat civarında olmuşdur. Bu rəy hazırki iş üzrə də sübut qismində qiymətləndirilməklə nəzərə alına bilər. Məhkəmə iclasında torpaq sahəsinin onun qanuni mülkiyyətində olması, 4 ildir ki, cavabdeh tərəfindən torpaq sahəsinin qanunsuz zəbt edilməsi (vicdansız sahib olması) ilə mülkiyyət hüququna qeyri-qanuni müdaxilə edilməsi, torpaq sahəsində mülkiyyətçi kimi əldən çıxmış faydanın itirilməsinin real olması işin mübahisə edilməyən hallarıdır. Burada isə açıq qalan məsələ əldə çıxmış faydanın nədən ibarət olması, məbləğinin müəyyən edilməsi idi ki, məhkəmə şifahi qaydada vəsatət vermələrinə baxmayaraq əldə çıxmış faydanın miqdarının və qədərinin müəyyən edilməsi üçün aqrar fəaliyyət üzrə mütəxəssis cəlb edilməklə və iştirakı ilə məhkəmə kənd təsərrüfatı ekspertizası(məhkəmə-aqrobioloji ekspertizası və məhkəmə-aqrotexniki ekspertizası) təyin etməmiş, işin obyektiv və hərtərəfli həllinə yönəlik vəzifələrini yerinə yetriməmiş, göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə delikti, yəni dəymiş zərəri faktiki qəbul edən məhkəmə işi hərtərəfli, tam, obyektiv araşdırılmasına təşəbbüs belə göstərilməmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi “Məhkəmə qətnaməsi haqqında” qanunun, o cümlədən, MPM-nin 219 və 220-ci maddələrində nəzərdə tutulmuş qətnamənin tərtib olunması və məzm unu ilə bağlı tələbləri də pozmuşdur. Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsinin işə baxan Mülki Kollegiyası MPM-nin tələblərini nəzərə almadan və müəyyən edilmiş hallara uyğun maddi hüquq normalarını tətbiq etmədən apellyasiya şikayətimi təmin etməmişdir.

23. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının ı Mülki Məcəlləsinin 21.1, 21.2, 157.5, 1096.1, 1096.2, 1097.1-ci, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.1, 97, 219, 220-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə q arşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

26. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

27. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyil dir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəl diyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamə nin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə si tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Apellyasiya instansiyası məhkəməsi 15000 manat məbləğində əldən çıxmış faydanın tutulmasına dair hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirmişdir ki, iddiaçı həmin hissədə öz tələbi ilə bağlı hər hansı sübut təqdim etməməklə yanaşı, əldən çıxmış fayda kimi m üəyyən edilmiş 15000 manat məbləğinin hansı gəlirlərdən ibarət olmasını, həmin gəlirin hansı qaydada hesablandığını, əgər hüququ pozulmasaydı, həmin məbləği adi mülki dövriyyə şəraitində əldə edə biləcəyini təsdiq edən hansı sübutlarının olduğunu göstərməmiş, cavabdehin mübahisəli torpaq sahəsindən nə vaxtdan etibarən qanunsuz şəkildə istifadə etməsini, onun həmin torpaq sahəsindən hər hansı gəlir götürüb-götürmədiyini, gəlir götürmüşdürsə həmin gəlirin məbləğinin nə qədər olduğunu və onun hansı qaydada müəyyən edildiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.

41. Əldən çıxmış fayda şəklində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ilə bağlı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tələb olunan məbləğdə ona əldən çıxmış fayda şəklində zərərin vurulmasını sübut etməlidir. Buna görə də, iddiaçı məhkəməyə müraciət edərkən məhz bu halları da təsdiq edən sübutları təqdim etməli idi.

42. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı əldən çıxmış fayda şəklində vurulmuş zərərin ödənilməsi ilə bağlı tələbinə dair lazımi sübutları birinci instansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir.

43. Kassasiya kollegiyası qeyd edir ki, iddiaçının əldən çıxmış fayda şəklində vurulmuş zərərin ödənilməsi ilə bağlı tələbinə dair lazımi sübutları təqdim etməsi iş materialları ilə də təsdiqlənmir.Halbuki Azərbaycan Respublikasının MPM-in 14.2 –ci maddəsinə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bi r tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Məhkəmə kollegiyası kassasiya şikayətinin şifahi qaydada vəsatət vermələrinə baxmayaraq məhkəmənin əldə çıxmış faydanın miqdarının və qədərinin müəyyən edilməsi üçün aqrar fəaliyyət üzrə mütəxəssis cəlb edilməklə və iştirakı ilə məhkəmə kənd təsərrüfatı ekspertizası(məhkəmə-aqrobioloji ekspertizası və məhkəmə-aqrotexniki ekspertizası) təyin etmədiyi, işin obyektiv və hərtərəfli həllinə yönəlik vəzifələrini yerinə yetrimədiyi barədə dəlili ilə əlaqədar qeyd edir ki, iş materialları ilə qeyd edilən vəsatətin verilməsi təsdiqlənmir.

45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülk i prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

47. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4 16, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “13” mart 2024-cü il tarixli 2(106)-509/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar