Məhkəmə qərarları › İş №2(102)-243/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-243/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-243/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) 04.03.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5728/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin hall arı İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6278 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh 2014-cu ildən tanıyır. Cavabdeh təxminən 2015-ci ilin iyul ayında ona bildirmişdir ki, işləri ilə bağlı pula ehtiyacı var və bankdan kreditə pul götürmək istəyir. Lakin ona dövlət qulluğunda işləyən, yüksək əmək haqqı alan, ona zamin olacaq başqa bir şəxs lazım olduğunu bildirmiş və ondan zamin olmasını xahiş etmişdir. Kredit borcunu vaxtında verəcəyini, ödənişdə heç bir problem olmayacağını bildirdiyi üçün Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC ilə xx.xx.2015-ci il tarixli, BK-00024094 saylı zaminlik müqaviləsi bağlamışdır. Zaminlik müqaviləsinə əsasən borclu Cavabdeh Təyyub qızının xx.xx.2015-ci il tarixli L-BK0038354-F saylı kredit müqaviləsi üzrə 18 ay müddətinə götürdüyü 4700 ABŞ dolları məbləğinin qaytarılmasına görə öhdəliyini icra etmədikdə və lazımmca icra etmədikdə borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Daha sonra xx.xx.2015-ci il tarixli, BK-00024094 nömrəli zaminlik müqaviləsi xx.xx.2016-ci il tarixli, BK-00024094 saylı zaminlik müqaviləsi ilə dəyişdirilmiş və həmin zaminlik müqaviləsində qalan borc manatla əvəz edilərək 4575 manat kimi qeyd edilmişdir. Həmçinin, borclu ilə bağlanmış kredit müqaviləsində də dəyişiklik edilərək qalan borc 4575 manat kimi qeyd edilmişdir. X1 ödəniş etməkdən imtina etdiyi üçün 2016-ci ilin dekabr ayından başlayaraq onun əvəzinə ödənişlər etmişdir. Ona dəfələrlə xəbərdarlıq edərək onun əvəzinə kredit borcunu ödədiyini, maddi vəziyyətinin aşağı olduğunu bildirsə də, o, kredit borcunu ödəmirdi. Hərbi prokurorluqda işlədiyindən zaminlik müqaviləsi üzrə borca görə tutulmaların əmək haqqına yönəlməməsi üçün, rəhbərliyin bu barədə məlumatı olmaması üçün ödənişləri vaxtında və nəzərdə tutulmuş məbləğdə ödəniş aparatları vasitəsi ilə etmişdir. Ümumilikdə Cavabdeh Təyyub qızının əvəzinə 6278 manat ödəniş etməklə kredit və zaminlik müqaviləsinə əsasən nəzərdə tutulmuş öhdəliyi faizi ilə birlikdə zamin olaraq tam icra etmişdir. Həmin ödənişlərin tərəfındən ödənilməsini iddia ərizəsinə əlavə etdiyi ödəniş qəbzləri təsdiq edir. Həmin ödənişləri Bakı şəhərində qohumu vasitəsi ilə və Tərtər rayonunda xidmətdə olarkə n özü etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi ilə iddia ərizəsinin təmin olunması qət edilmişdir. Cavabdeh qiyabi qətnamənin ləğvinə dair ərizə verərək göstərmişdir ki, bir neçə il iddiaçının qaynı olan, ünvan 1 ünvanında yerləşən “İnəgöl” restoranını işlətmiş mərhum X4 yanında kassir işləmişdir. İddiaçını yalnız Habilin bacısının yoldaşı kimi restorana gəlib gedən şəxslərdən biri kimi tanımışdır. İddiaçıdan özü üçün kredit almaqdan ötrü kredit təşkilatı qarşısında zamin olması üçün heç vaxt xahiş etməmişdir. 2015-ci ilin iyul ayında mərhum X6 ona bildirmişdir ki, ona pul lazım olduğundan kredit təşkilatından kredit götürmək istəyir. Bu barədə sonradan adını bildiyi BOKT “xxxx” MMC-nin Bakı filialı ilə danışmışdır. Lakin o, öz adına kred it götürə bilmədiyindən kreditin onun adına sənədləşdirilməsinə razılıq verməyi xahiş etmişdir. Habil eyni zamanda bildirmişdir ki, krediti hər ay özü qaytaracaqdır və bu barədə onun narahatçılığı olmayacaqdır. Uzun müddət Habili tanıdığından və onun işççisi olduğundan, eləcə də Habilə inandığından etiraz etməmiş və onunla BOKT “xxxx” MMC-nin Bakı filiaına göndərərək xx.xx.2015-ci il tarixdə MMC ilə aralarında L-BK-0038354 saylı kredit müqaviləsi bağlanmış, Habil onun adına 4700 ABŞ dolları krediti almışdır. Müqavilə bağlandıqdan sonra Habil mütəmadi olaraq borcu qaytardığını bildirmişdir. xx.xx.2016-cı il tarixdə Habil dolların manata olan məzənnəsinin dəyişdiyini bildirərək yenidən onu BOKT “xxxx” MMC-nin Bakı fılialına aparmış və bildirmişdir ki, adına bağlanmış kredit müqaviləsini mana ta çevirmək lazımdır. Bununla bağlı da bir neçə sənədə qol çəkmişdir. Lakin qiyabi qətnaməni alandan sonra BOKT “xxxx” MMC-nin Bakı fılialında olaraq oradan arayış alan zaman ona məlum olmuşdur ki, həmin vaxt Habilin xahişi ilə xx.xx.2016-cı ilə ödənilməmiş qalmış 278,31 ABŞ dolları qalıq borc yeni kredit müqaviləsinə transfer edilməklə onun adına 16 ay müddətinə aylıq 30 faiz olmaqla əsas borc 4575 manat, faiz borcu 1052,70 manat olmaqla cəmi 5627,70 manat olan xx.xx.2019-cu il tarixli L-BK-0041253 saylı kredit müqaviləsinə imza etdirmişdir. Bu zaman verilən kreditin təminatı kimi zamin qismində öz bacısının yoldaşı olan iddiaçını yazdırdığını bilmişdir. Qeyd etmək istəyir ki, bu kredit müqaviləsi üzrə bir neçə dəfə aylıq ödənişləri Habil ödəmək üçün onu BOKT “xxxx” MMC-nin Bakı fılialına aparmışdır. Bunu MMC-də işləyən şəxslər təsdiq edə bilərlər. Qalan hallarda Habilin pulun olmayanda və BOKT “xxxx” MMC-nin Bakı fılialından aylıq borcun ödənilməsi barədə ona telefon zəngləri edilən zaman o, kimlərəsə, o cümlədən iddiaçıya zəng edərək aylıq ödənişi etməyi ondan xahiş edirdi. İddiaçının aylıq kredit ödənişini haradan və hansı qaydada ödədiyini bilmirdi. Məhkəmədə bildirmişdir ki, guya Tərtərdən onun adından borc ödəmişdir. Onu da bildirmək istəyir ki, Habil üçün adına rəsmiləşdirilmiş kreditlərin bütün sənədləri, o cümlədən ödəniş sənədləri hamısı Habildə olurdu. Ona inandığından və etibar etdiyindən heç vaxt kreditin ödənilib-ödənilməməsi ilə maraqlanmamışdır. 2017-ci ildə işlədiyi restoran bağlanmış və işdən çıxmışdır. Lakin ona Habil mütəmadi olaraq bildirirdi ki, borcu ödəyir. Amma kredit borcunu özü və ya ya hansısa qohumunun ödəməsi barədə bildirmirdi. Bildiyinə görə kredit borcu 2019-cu ilin may ayına kimi ödənilib qurtarmışdı. Habil 2019-cu ilin may ayında xəstəlikdən vəfat edəndən sonra ona nə BOKT “xxxx” MMC-nin Bakı filialı, nə də başqa bir şəxs kredit borcu ilə bağlı müraciət etməmişdir. İddiaçıdan kredit müqaviləsi üzrə zamin olmağı xahiş etməmişdir. Onun zamin qismində kredit verən MMC ilə zaminlik müqaviləsi bağlamasını qaynı mərhum Habil Quliyev təşkil etmişdi. Bir daha bildirir ki, onunla kredit müqavilələri bağlanmasını Habil təışkil etmişdi və o, yalnız sənədlərə imza etmişdir və hər hansı bir məbləğdə kredit üzrə pul almamışdır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilərək, qiyabi qətnamənin ləğv edilməsini və iş üzrə icraatın təzələnə rək iddia ərizəsinə onun iştirakı ilə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və işin icraatının təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev, iş № 2(004)660/2019) iddia təmin edilmiş, Cavabdeh 6278 (altı min iki yüz yetmiş səkkiz) manat pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, borc verən BOKT “xxxx” MMC və zamin İddiaçı arasında bağlanmış xx. xx.2015-ci il tarixli, BK-00024094 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən zaminliklə təmin olunan öhdəlik MMC tərəfındən xx.xx.2015-ci il tarixli, L-BK-0038354-F saylı kredit müqaviəsi ilə borclu Cavabdeh Təyyub qızına 18 ay müddətinə verilən 4700 ABS dolları məbləğində kreditdir. MMC tərəfındən verilən kreditlə bağlı borclu kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zamin kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığın bilir və öhdəsinə götürür. Borclu zaminliklə təmin olunmuş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin kreditor qarşısında bu müqavilənin 1-ci bəndində göstərilən məbləği və müvafiq faizləri kreditorun ilk tələbində heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür və hər ha nsı hesabındakı vəsaitin kreditor tərəfındən alınmasına razılıq verir. İş materiallarında olan borc verən BOKT “xxxx” MMC və zamin İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, BK-00024094 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən zaminliklə təmin olunan öhdəlik MMC tərəfındən xx.xx.2016-cı il tarixli, L-BK-0041253-F saylı kredit müqaviləsi ilə borclu Cavabdeh Təyyub qızına 16 ay müddətinə verilən 4575 manat məbləğində kreditdir. Zaminin öhdəlikləri yxarıda qeyd edilmiş müqavilədə olan həcmdə müəyyən edilmişdir. İş materiallarında olan BOKT “xxxx” MMC tərəfindən İddiaçı verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixində 1-BK-0038354 saylı kredit rnüqaviləsinə əsasən BOKT "xxxx" MMC-dən 4700 ABŞ dolları məbləğində k redit götürmüşdür. Qeyd edilən kredit üzrə xx.xx.2016-cıil tarixdə 193,16 ABŞ dolları və xx.xx.2019-cu il tarixində 165,11 ABŞ dolları ödəniş daxil olmuşdur. İş materiallarında olan BOKT “xxxx” MMC tərəfindən İddiaçı verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, o, həqiqətən BOKT “xxxx” MMC-nin Bakı fılialı ilə arasında bağlanan L-BK-0041253-F saylı zaminlik müqaviləsinə əsasən xx.xx.2016-ci il tarixində 4575 manat məbləğində kredit əldə edən Cavabdeh kredit öhdəliyinə qoşulmuşdur. Borcalan Cavabdeh kredit borcunu bağladığından, İddiaçı təşkilata qeyd edilən krediti üzrə heç bir öhdəliyi qalmamışdır. İş materiallarına əlavə olunmuş ödəniş qəbzlərinin surətindən görünür ki, zamin İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixli, BK-00024094 saylı zaminlik müqaviləsinə əsasən xx.xx.2016 -cı il tarixli, L-BK-0041253-F saylı kredit müqaviləsi üzrə borclu Cavabdeh Təyyub qızının əvəzindən BOKT “xxxx” MMC-nin hesabına cəmi 6278 manat məbləğində kredit ödənişi həyata keçirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, İddiaçı xalası oğludur. Cavabdeh tanımır. İddiaçı xahişi ilə qeyd edilən krediti o, ödəyirdi. Pulu ya iddiaçının özündən götürürdü, ya da iddiaçı onun kartına pul qoyurdu. Daha sonra krediti Emil özü Tərtərdə e-manat vasitəsi ilə ödəməyə başlamışdır. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibət lərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər təl əblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaq la, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Birinci instanasiya məhkəməsi araşdırılmış sübutlara əs asən xx.xx.2016-cı il tarixli, BK-00024094 saylı zaminlik müqaviləsi əsasında zamin İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixli, L-BK-0041253-F saylı kredit müqaviləsi üzrə borclu Cavabdeh Təyyub qızının əvəzindən BOKT “xxxx” MMC-nin hesabına cəmi 6278 manat məbləğində ödənişin həyata keçirilməsini, hazırda iddiaçının cavabdehə qarşı reqress qaydasında pul tələbi ilə çıxış etmək hüququnun yaranmasını nəzərə alıb, qanunvericiliyin qeyd edilən müddəalarına əsaslanaraq hesab etmişdir ki, iddia tələbi təmin edilərək 6278 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-660/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi cavabdeh X2 apelyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayət ində göstərilən dəlillər qətnamənin ləğvi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehin adına rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədilə iddiaçı ilə bank olmayan kredit təşkilatı ilə arasında zaminlik müqaviləsi bağlanmış və zamin kredit müqaviləsi üzrə borcalanın əvəzinə öhdəliyi icra etmişdir. İşin mübahisəli halı isə cavabdehin kredit müqaviləsi onun adına rəsmiləşdirilsə də əslində həmin müqavilə üzrə alınmış kreditdən yararlanmamasını, kreditin iddiaçının qaynı tərəfindən istifadə edildiyini bəyan etməsidir. Əvvəla, iddiaçının Mülki Məcəllənin 475.1- ci maddəsinə əsasən hazırki iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır. Cavabdehin şikayətində göstərdiyi dəlillər isə iddianın əsassızlığına dəlalət etmir. Çünki, iddiaçı zamin kimi kredit müqaviləsi üzrə borc alanın əvəzinə öhdəliyi icra etmiş və kreditorun tələb hüquqları ona keçdiyindən bu iddianı irəli sürmüşdür. İkincisi, cavabdeh iddia tələbinə etirazının əsası kimi istinad etdiyi hallara dair də məhkəməyə mötəbər sübut təqdim etməlidir. Çünki, bəyan etdiyi bu halları sübut etmək yükü artıq onun üzərinə düşür. Lakin onun bu hallara dair yalnız izahatı mövcuddur. Həmin izahat isə iddianın əsaslılığını inkar edən digər sübutlarla yanaşı qiymətləndirilməlidir ki, işdə də belə sübutlar mövcud deyil. Üçüncüsü, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməməsi dəlili də əsassızdır. Çünki, məhz cavabdehin ərizəsinə əsasən qiyabi qətnamə ləğv edilmiş, məhkəmə iclasının yeri və vaxtı barədə ərizəsində göstərdiyi mobil telefon nömrəsinə elektoron SMS bildiriş göndərilmişdir. Buna görə də bu cür vəziyyətdə qeyd olunan dəlillərdən istifadə edilməsi özü hüquqdan sui-istifadə kimi qiymətləndirilir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillər mübahisələndirdiyi hissədə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apellyasiya şikayəti ilə mübahisələndirdiyi hissədə faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh X5 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5728/2020 nömrəli iş üzrə 27 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, mülki işə yenidən qiymət verilərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmi şlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələ ri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edi lməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğuna istinad edərək, apelyasiya şikayətində istinad etdiyi dəlilləri təkrarlayaraq apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmiş, dəllərə maddi və prosessual hüquq normalarını tələbləri baxımından qiymət vermişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5728/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar