Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2430/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 21 noyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4161/2018 saylı 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişd ir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2018-ci il tarixli, 2(103)-12201/2018 saylı qətnaməsi ilə (hakimlər X.Cəmilova sədrlik edən, məruzəçi, İ.V.Həsənov və N.Cəfərov) cavabdeh «Azəriqaz» İB-nin apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2 (011)1856/2018 saylı 05.03.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qarşı “tutulan vəzifəyə görə işəgötürən tərəfindən verilən əmək haqqının məbləğinin müəyyən edilməsi, əmək haqqının düzgün hesablanması, əmək haqqının ödənilməsində hər gecikdirilən günə görə 1 (bir) faiz əlavə ödəniş edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəb ul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, işçinin əmək haqqı məbləğinin hesablanması formasını əks etdirən sənədlər yoxdur, bu hallar məhkəmədə araşdırılmamışdır. Xüsusi biliklərə malik olmayan iddiaçı ekspertizanın keçirilməsini tələb etsə də ekspertiza keçirilməmişdir. Halbuki, iddia mahiyyətinə görə əmək vəzifələrinin icrasına görə pui tələbi barədə iddiadır. İddiaçının dəlillərinə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edrilər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini mü dafiə edərək şikayətin təmin edilməsini, cavabdehin vəkili Vəkil isə kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 21 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şika yəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma ki mi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, iddiaçı sərbəst şəkildə öz iradə ifadəsini göstərməklə təhsil müəssisəsi ilə əmək müqaviləsi bağlamış, əmək müqaviləsinin şərtlərinə öz razılığını bildirmiş, işlədiyi bütün dövrdə həmin əmək müqaviləsində nəzərdə tutulmuş əmək haqqını almış, bununla bağlı onun tərəfindən işəgötürənə hər hansı irad bildirilməmiş və nəticədə cavabdehin ona əmək haqqı borcu qalmamışdır. Əksini təsdiq edə biləcək hər hansı sübutu iddiaçı nə birinci, nə də a pellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin maddi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154, 156, 157, 158, Mülki Məcəlləsinin 390.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, İddiaçı ADNSU-nun “Enerji və neft-kimya sahələrinin iqtisadiyyatı və menecmenti” kafedrasında 16.10.200620.11.2017-ci il tarixləri ərzində dosent vəzifəsində çalışmışdır. 03 sentyabr 2015-ci i l tarixində ADNSU-nun yeni rektoru vəzifəsinə X1 təyin edilmiş və iddiaçı da daxil olmaqla universitetin hər bir işçisi ilə 02 fevral 2016-cı il tarixində yeni əmək müqaviləsi bağlanmışdır. İşəgötürən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru X1 ilə işçi İddiaçı arasında bağlanmış 04.02.2016-cı il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dosent vəzifəsinə işə qəbul olunmuş, aylıq əmək haqqı artımla birlikdə 610 manat təşkil etmişdir. Hazırda tərəflər arasında əmək münasibətlərinə xitam verilmişdir. İddiaçı tələbində dosent vəzifəsində çalışdığı halda assisent vəzifəsində işləyən əməkdaşların aldığı əmək haqqı həcmində əmək haqqı almasından narazı olaraq “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisa s Sorğu Kitabçası” ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli, 18-1 nömrəli qərarında fəlsəfə doktoru elmi dərəcəsinə (elmlər namizədi) sahib olan və Dosent vəzifəsində çalışaraq Dosent vəzifəsinin təhsil yükünü icra edən müəllimin “Dosent” diplomu olmadığına görə assistent məvacibini almalı olduğu barədə qeyd olmamasına istinadən onunla ADNSU rektoru X1 arasında bağlanmış 04.02.2016-cı il tarixli müqavilənin imza tarixindən cari günə qədər olan fərqin ödənilməsi barədə qərar verilməsi, əmək haqqı məbləğinin düzgün hesablanmaması səbəbindən ona çatacaq məbləğin ödənilməsində edilən hər gecikdirilən günə görə işəgötürənin 1 (bir) faiz əlavə ödəniş edilməsini iddia etmişdir. Cavabdeh tərəf isə iddiaya olan etirazı n əsası kimi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində əmək haqqının həcminin tərəflərin qarşılıqlı razılığı əsasında formalaşdırılması, digər ali təhsil müəssisələri kimi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti büdcə təşkilatı olmaması və İddiaçı qarşılıqlı razılıq əsasında əmək haqqı ödənilməsinə istinad etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqaviləd ə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir (154, 156, 157, 158-ci maddələr). Qeyd olunan maddi hüquq normalarının tələblərinə görə əmək haqqı işçiyə tərəflərin (işəgötürənlə işçinin) qarşılıqlı razılığına uyğun olaran əmək müqaviləsində qeyd olunan şərtlər daxilində ödənilir. Həmçinin də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəl dikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Qanunvericiliyin mənasına görə müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirməyi ehtiva edən bir anlayışdır. Bütün bunlara əsasən müqavilə bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan bu iradəsinin formalaşması və ifadəsi onun özünə mənsubdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi kimi iddiaçı sərbəst şəkildə öz iradə ifadəsini göstərməklə təhsil müəssisəsi ilə əmək müqaviləsi bağlamış, əmək müqaviləsinin şərtlərinə öz razılığını bildirmiş, işlədiyi bütün dövrdə həmin əmək müqaviləsində nəzərdə tutulmuş əmək haqqını almış, bununla bağlı onun tərəfindən işəgötürənə hər hansı irad bildirilməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, cavabdehin ona əmək haqqı borcu qalmamasına və iddiaçının bunun əksini təsdiq edə biləcək hər hansı sübutu iddiaçı məhkəmələrə təqdim edə bilməməsinə dair nəticələri də qanuni və əsaslı olmuşdur. Belə ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyə n edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasın ın yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, hazırki iş üzrə xüsusi bilik tələb edən suallar olmadığı üçün apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iş üzrə ekspertiza keçirilməsinə dair məsələni müzakirə etməmişdir. Kollegiya həmçinin kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək qeyd edir ki, iddiaçının cavabdehlə əmək münasibətlərinə xitam verildikdən sonra özünə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində çalışan digər əməkdaşlarının aldığı əmək haqqı həcmində əmək haqqının hesablanması tələbi ilə məhkəməyə müraciət etmiş, bu halı apellyasiya şikayətinin dəlili kimi göstərmiş, lakin kassasiya şik ayətində isə onun müqavilə ilə ona həvalə edilən olunan işdən daşa artıq işlərə cəlb olunmasını göstərmişdir. Halbuki, hazırki iş üzrə onun göstərilən halla bağlı iddia tələbi olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarın da göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnam əsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, iddiaçının apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsi nin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək düzgün və əsaslı nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 21 noyabr 2018-ci il tarixli qətnaməsi də yişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2430/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2430/2019
03.04.2019 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver