Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2430/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegi xın İddiaçı X qızının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegi xın X nömrəli iş üzrə 09 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh hüquqi varisi x qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı x qızı bildirmişdir ki, 2000-ci ildən etibarən Cavabdeh ilə faktiki ailə münasibətlərində olmuşlar, 11 yanvar 2002-ci ildə Murad Zərbəliyev və 28 iyul 2005-ci ildə Xv adlı uşaqları doğulmuşdur. 2001-ci ildən başlayaraq Cavabdeh ilə birlikdə X nömrəli fərdi yaşayış evini inşa etdirməklə oradan bərabər şəkildə istifadə etmiş, uzun müddət birgə təsərrüfatı idarə etmiş, ailə münasibətlərinin pozulduğu 2018-ci ilədək həmin evdə yaşamışlar. Cavabdeh açarı dəyişərək onu evə buraxmamış, onun həmin evdən çıxarılmasına dair iddia qaldırmış, lakin məhkəmə qətnaməsi ilə tələbi rədd edilmişdir. Hazırda həmin evə köçürülməsini istəyir.
2. Cavabdeh 29.01.2020-ci il tarixdə ölmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 25.01.2021-ci il tarixli qərardadı ilə Zərbəliyeva X2 Akif Misir oğlunun hüquqi varisi kimi tanınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktl arı a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı x qızı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onun uşaqları ilə birlikdə Xnömrəli evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1984-cü il tarixdə Laçın rayonunda anadan olmuş, Laçın rayonundan məcburi köçkündür. xx xxxxxx 1956-cı il təvəllüdlü Cavabdeh 2000-ci ildə iddiaçının onun evində kirayənişin qaldığı dövrdə azyaşlı ikən onun köməksiz vəziyyətindən sui-istifadə edərək, iddiaçı ilə münasibətdə olmuş və o, məcburiyyət qarşısında qalaraq iddiaçı ilə kəbin kəsdirməklə qeyri-rəsmi nikaha daxil olmuşdur. Lakin iddiaçı sonradan bilmişdir ki, onunla qeyri-rəsmi nikaha daxil olanadək Cavabdeh eyni zamanda 3 nik ahı: 1 rəsmi, 2 qeyri-rəsmi nikahı vardır. İddiaçı ilə qeyri-rəsmi nikahı dövrünədək cavabdehin eyni zamanda 3 arvadı ilə özünə məxsus ayrı-ayrı ünvanlarda ər-arvad münasibətlərində yaşamışdır və yaşamaqda davam etmişdir. 2001-ci ildən başlayaraq Cavabdeh ilə iddiaçı birlikdə ümumi gəlirlərləri hesabına Bakı şəhəri, Əsəd Əhmədov küçəsində 15 Q nömrəli evi tikərək orada onunla birlikdə yaşamış, 2001-ci ildən başlayaraq Cavabdeh ilə birgə təsərrüfat aparmışdır. Cavabdeh ilə iddiaçının qeyri-rəsmi nikahından 11 yanvar 2002-ci il təvəllüdlü X8 və 28 iyul 2005-ci il təvəllüdlü X6 anadan olmuşlar. İddiaçı qeyd olunan ünvanda iki azyaşlı övladı ilə birlikdə yaşamış, həmçinin, o və iki övladı 11 yanvar 2002-ci il təvəllüdlü X8 və 28 iyul 2005-ci il təvəllüdlü X1 rayonundan məcburi köçkün kimi X nö mrəli evdə qeydiyyatdadırlar. İddiaçının qeyri-rəsmi həyat yoldaşı Cavabdeh həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır, lakin son bir il ərzində orada yaşamamışdır, başqa arvadlarının yanında özünə məxsus olan evlərdə yaşayır, onun iki azyaşlı övladının atası olduğu müəyyən olunmuşdur və bu barədə atalığın müəyyən olunmasına dair şəhadətnamələr verilmişdir. Yasamal Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli X nömrəli qətnaməsi ilə Cavabdeh 07 aprel 2017-ci il tarixdən hesablanmaqla, 11 yanvar 2002-ci il təvəllüdlü X4 və 28 iyul 2005-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmalarına görə hər ay hər uşaq üçün 136,60 (yüz otuz altı manat altmış qəpik) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı x qızına ödənilməsi qət edilmişdir, iddiaçı cavabdeh ilə birlikdə ünva n 1 ünvanında həmin evin yerləşdiyi torpaq sahəsinin alınması və evin tikilməsi məsələlərində iştirak etmişdir. İddiaçı onun həmin mənzilə qeydiyyata götürülməsini cavabdehə dəfələrlə bildirsə də, onun qeydiyyata götürülməsindən müxtəlif bəhanələrlə imtina edilmişdir. Sonradan İddiaçı və Cavabdeh arasında mübahisələr yarandığından cavabdeh İddiaçı mənzili tərk etməsini tələb etmişdir. Cavabdeh mənzilin açarını dəyişərək, onu evə buraxmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli, X saylı qətnaməsi ilə Cavabdeh iddia tələbi təmin edilərək, İddiaçı X nömrəli evdən çıxarılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegi xın 05 sentyabr 2018-ci il tarixli, X8 qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəmə sinin 27 aprel 2018-ci il tarixli, X saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddiaçı Cavabdeh X5 qarşı “mənzildən çıxarılma" tələbinə dair iddiası təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegi xın 05 sentyabr 2018-ci il tarixli, X qətnaməsi Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən qüvvədə saxlanılmış, Cavabdeh kassasiya şikayəti təmin edilməmişdir. Beləliklə, mübahisəli ev özbaşına tikili olsa da, o, həmin özbaşına tikilidə 2005-ci ildən cavabdehin ailə üzvü kimi birlikdə yaşamışdır, buna görə də, o, uşaqları ilə birlikdə ora köçürülməlidir.
5. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək, həmçinin tələbə qarşı etiraz verərək bildirmişdir ki, hazırda iddiaçı ilə nikahlarından doğulmuş oğlu X6 onunla birg ə yaşayır, digər oğlu isə öz seçimi ilə anasının himayəsində qalmışdır. Buna baxmayaraq cavabdeh tərəfindən hər iki uşağın saxlanılması üçün aliment mütamadi olaraq ödənilir. İddiaçının yaşamağa başqa yerinin olmaması məsələsinə gəldikdə isə qeyd edir ki, qanunvericilikdə yaşamağa başqa yeri olmayan keçmiş arvadın (ərin) nikah pozulduqdan sonra digərinə məxsus evdə yaşamaq məsələsi konkret səbəblər olduqda müəyyən edilmişdir ki, bu səbəblərə də (mənzilin birgə nikah dövründə əldə edilməsi, keçmiş həyat yoldaşının həmin mənzilə istifadə hüququnun tanınması və. s) daxildir. Hazırda iddiaçının həmin mənzilə dair heç bir hüququ olmadığından hesab edir ki, iddia tələbi də əsasızdır. Əlavə olaraq iddiaçı qeyd edir ki, o məcburi köçkündür və qaçqın düşən zaman Bakı şəhərinə gələrək kirayə yaşamış dır. Kirayə yaşadığı mənzilə isə istifadə hüququ yalnız kirayə haqqını ödədiyi müddətdə mövcud olur. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim R.Cavadzadə) 20 may 2019-cu il tarixli, 2(004)-3194/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı x qızı 2001-ci ildən başlayaraq cavabdehlə birlikdə X nömrəli fərdi yaşayış evini (özbaşına tikili) inşa etdirməklə cavabdehlə bərabər həmin evdən istifadə etməyə başlamış, uzun müddət birgə təsərrüfatı idarə etmiş, 2018-ci ilədək həmin evdə yaşamışdır. İddiaçı x qızı X nömrəli evdə Laçın rayonundan məcburi köçkün kimi qeydiyyatdadır. Həmin fərdi yaşayış evinin mülkiyyət sənədləri olmasa da, tərəflərin həmin evə mülkiyyət hüququ əldə etməyə gözlənti hüququ olmuşdur. Bundan əlavə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.03.2019-cu il tarixli, X saylı qətnaməsinə əsasən, İddiaçı x qızının himayəsində olan X4 və X3 X nömrəli evdən istifadə hüquqları tanınmışdır. Eyni zamanda, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegi xın 05.09.2018ci il tarixli, 2X saylı qətnaməsində qeyd olunur ki, tərəflər birgə yaşadıqları dövrdə, yəni 2005-ci ildə hazırkı mübahisəli Bakı şəhəri, Əsəd Əhmədov küçəsində yerləşən 15 Q nömrəli evi tikmişlər. Cavabdeh həmin özbaşına tikilidə qeydiyyatda olmaqla, İddiaçı x qızı iki uşağı ilə məcburi köçkün kimi orada yaşamış, birgə təsərrüfat idarə etmişlər. 2018-ci ilin iyun ayının əvvəllərində iddiaçının evin kilidini dəyişməsi nəticəsində cavabdeh orad a yaşamır. Mübahisəli ev özbaşına tikili olsa da, İddiaçı x qızı həmin özbaşına tikilidə 2005-ci ildən Cavabdeh ailə üzvü kimi birlikdə yaşamış, Cavabdeh tərəfindən İddiaçı x qızının həmin evdən çıxarılması tələbinin irəli sürülməsi ədalətsizlikdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegi xın (hakimlər-E.Kazımov (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) 09 avqust 2019-cu il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 may 2019cu il tarixli, X nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh hüquqi varisi x qızı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmamasını xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən MPM-nin 390-cı maddəsinin tələbi pozulub. Həmin maddədə qeyd olunur ki, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmalıdır. İddiaçı X qızı məhkəmədə qeyd edib ki, 2001-ci ildən başlayaraq X nömrəli fərdi yaşayış evini Cavabdeh ilə birgə inşa etmişlər, evdə birgə yaşamışlar. Uzun müddət birgə təsərrüfatı idarə etmişlər və 2018- ci ildə Cavabdeh onu bu evdən zorla çıxarıbdır. Ona görə də bu ev ə köçürülməlidir. Əslində İddiaçı həmin vaxt 17 yaşı olmuş, Laçın rayonundan məcburi köçkün olmuş, ev tikmək üçün vəsaiti olmayıb, həmin ev daha əvvəl Cavabdeh tərəfindən tikilib. Ona görə də İddiaçı bu evə istifadə hüququ tanına bilməz və qətnamə ləğv olunmalıdır. Qətnamədə qeyd olunur ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisə hal həmin evə (özbaşına tikiliyə) iddiaçının hər hansı bir aidiyyatının olub-olmaması ilə bağlıdır. Belə ki, cavabdeh həmin evi inşa etməsini iddia etsə də, buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməyib. Bu tamamilə həqiqətə uyğun gəlmir, belə ki, Yasamal rayon Məhkəməsində işə baxılarkən İddiaçı göstərib ki, Cavabdeh onunla evlənənə qədər özünə məxsus evlərdə başqa arvadları ilə birlikdə yaşayıb və hazırda da yaşayır. Nəzərə alınsa ki, Cavabdeh imkanlı şəxs olub və mübahisəli ev tikilərkən İddiaçı 17-18 yaşı olub, bu tam sübut olur ki, mübahisəli evi mərhum Cavabdeh tikib, İddiaçı bu evə heç bir hüququ yoxdur və tanına bilməz. Ona görə də bu qətnamə ləğv olunmalıdır. Qətnamədə qeyd olunur ki, iddiaçının özbaşına tikilinin saxlanılmasında bu və ya digər formada rolu, əməyi və zəhməti olmuşdur. Bu tamamilə yanlışdır, çünki İddiaçı Yasamal rayon Məhkəməsində izahat verərək göstərib ki, 2001-ci ildən həmin mübahisəli evi tikiblər və orada yaşamağa başlayıblar. Halbuki, həmin vaxt İddiaçı Laçın rayonunda qaçqın kimi bu evdə kirayədə qalmış, 17-18 yaşı olub, ev tikmək üçün vəsaiti olmayıb, habel ə bu evin saxlanmasında rolu və əməyi olmayıb. Ona görə də onun bu evə hüququ tanınması və köçürülməsi həqiqətə uyğun deyil və bu qətnamə ləğv olunmalıdır. Qətnamədə qeyd olunur ki, iddiaçının uşağı ilə birgə həmin evdə yaşayanlarla eyni əsasla yaşaması hər hansı şəxsin, o cümlədən cavabdehin hansısa bir hüququnu pozmur. Əksinə, iddiaçının bu tələbinin təmin edilməməsi onun və azyaşlı uşaqlarının hüquqlarının pozulmasına səbəb olardı. Əslində bu işin real vəziyyətini əks etdirmir, çünki iddiaçı əslində Cavabdeh aldadıb, mənzili olduğu halda evsiz olmasını əsas gətirib, qətnamə çıxarılmasına nail olmuşdur. Yasamal Rayon Məhkəməsinin 20.05.2019-cu il tarixli, iş X saylı qətnaməsində qeyd olunub ki, məhkəmə iclasında İddiaçı x qızı iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək bildirib ki, hazırda başqa yaşayış yeri olmadığı üçün uşaqları ilə bərabər qohumlarının evində yaşayır və ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Əslində İddiaçı həqiqəti məhkəmədən gizlətmişdir. Belə ki, Azərbaycan Respublikası Qaçqınlar və X7 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin 24 iyun 2020-ci il tarixli, 1008 saylı məktubundan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı x qızı 25.10.2019-cu il tarixli müqavilə əsasında Qaradağ rayonu, Lökbatan qəsəbəsi “Qobu Park 2” yaşayış kompleksindəki bina 23-də yerləşən 38 nömrəli 2 otaqlı mənzillə təmin edilmişdir. Buradan görünür ki, İddiaçı x qızının xüsusi mülkiyyətində təmirli, normal şəraitli mənzili vardır. Belə olan halda onun mübahisəli mənzilə hüququnun tanınması və köçürülməsi barədə çıxarılan qət namə qanuna zidd və əsassızdır. Ona görə də bu qətnamə ləğv olunub iddianın təmin olunmaması barədə yeni qərar çıxarılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyası:
14. Maddə 43, hissə İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
15. Maddə 60, hissə İ. Hər kəsin hüquq və azadlıqlar ının məhkəmə müdafiəsinə təminat verilir. 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi:
16. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
17. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürül məsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
19. Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunverici lik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.
20. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
23. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
24. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
25. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğ v olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
29. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27.04.2018-ci il tarixli, X saylı qətnaməsi ilə İddiaçı x qızının X nömrəli evdən çıxarılması qət edilmişdir.
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegi xın 05.09.2018-ci il tarixli, X saylı qətnaməsi ilə İddiaçı x qızının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27.04.2018-ci il tarixli, 2(004)-2798/2018 saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddiaçı Cavabdeh İddiaçı x qızına qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir.
31. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegi xın 04.02.2019-cu il tarixli, X saylı qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegi xın 05.09.2018-ci il tarixli, X saylı qətnaməsi dəyişiklik edilmədən saxlanmışdır.
32. Yasamal rayon MKTB-nin 19 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 14.11.2018-ci il tarixli arayışına əsasən İddiaçı x qızı Bakı şəhəri, Ə.Əhmədov küçəsində yerləşən 15 Q nömrəli evdə Laçın rayonundan məcburi köçkün kimi qeydiyyatdadır. 33. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.113.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogi xdan və ya qanunun analogi xdan istifadə oluna bilər. Əvvəlcə qanunun analogi xdan istifadə olunur. Konkret ictimai münasibətləri tən zimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə (özbaşına tikiliyə) iddiaçının hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. Belə ki, cavabdeh həmin evi inşa etməsini iddia etsə də, buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.
35. Cavabdeh mübahisəli özbaşına tikilinin iddiaçıya aid olmamasına, başqa şəxsə məxsus olmasını sübuta yetirə bilməmişdir. Çünki, iddia tələbinə etirazının əsası kimi istinad et diyi həmin halı sübut etmək yükü artıq onun üzərinə düşsə də, bu hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Əksinə, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə də iddiaçının davamlı olaraq uzun müddət onunla birgə həmin evdə yaşaması təsdiq olunur. Bu hal ona dəlalət edir ki, iddiaçının da qeyd olunan özbaşına tikilinin saxlanmasında bu və ya digər formada rolu, əməyi və zəhməti olmuşdur.
36. Bundan başqa, iddiaçı və cavabdeh mübahisəli evdə (özbaşına tikilidə) uzun müddət yaşamışlar. İddiaçının cavabdehlə ailə münasibətlərinin olmaması, eləcə də iddiaçının müvəqqəti olaraq başqa yerdə yaşaması iddianın təmin edilməməsi üçün əsas ola bilməzdi. Qeyd olunduğu kimi həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. İddiaçının həmin evdə azyaşlı uşaqları və ca vabdehlə eyni əsasla, yəni evə dair sərəncam hüququ əldə etməsə də yaşamaq hüququ yaranmışdır. İddiaçının uşağı ilə birgə həmin evdə yaşayanlarla eyni əsasla yaşaması hər hansı şəxsin, o cümlədən cavabdehin hansısa bir hüququnu pozmur. Əksinə iddiaçının bu tələbinin təmin edilməməsi onun və azyaşlı uşaqlarının hüquqlarının pozulmasına səbəb olardı.
37. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi(qərarı) ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. 38. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegi xın 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusi xa və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksi xın mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.
39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndi rmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegi xın 05.09.2018-ci il tarixli, 2X saylı qətnaməsində qeyd olunur ki, tərəflər birgə yaşadıqları dövrdə, yəni 2005-ci ildə hazırkı mübahisəli X nömrəli evi tikmişlər. Belə olan iddiaçının həmin evə köçürülməsi haqında tələbinin təmin edilməsi maddi və prosessual hüquq normalarına uyğundur (§ 14-23).
41. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: x qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegi xın X nömrəli iş üzrə 09 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.