Məhkəmə qərarları › İş №2(102)-2430/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2430/2024

13.08.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2430/2024 13.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 9 aprel 2024-cü il tarixli, 2(103)1886/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra- iddiaçı) ilə Cavabdeh MMC (bundan sonra- cavabdeh) arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı cavabdehdə “insan resursları üzrə mütəxəssis” vəzifəsinə işə qəbul edilmiş və müqavilə müddəti xx.xx.2021-ci il tarixədək 3 ay müddətinə, aylıq əmək haqqı 549,16 manat müəyyən edilmiş və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürənin xx.xx.2021-ci il tarixli, BT-İX-049 saylı əmri ilə xitam verilmişdir.

2. İddiaçı, pozulmuş əmək hüququnun bərpası ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4705/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə işəgötürənin xx.xx.2021-ci il tarixli, BT-İX-049 saylı əmri ləğv edilmiş, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunmuş, ona məcburi işburaxma müddəti üçün əmək haqqı, göstərilmiş hüquqi xidmə tə görə 300 manat və vurulmuş mənəvi zərərə görə 200 manat ödənilmişdir. (Sonradan həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır).

3. Həmçinin, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qeyd olunan qətnamə ilə bağlı “iddiaçıya məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin” hissəsinin “ona məcburi işburaxma müddəti üçün xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək müddət üçün əmək haqqı ödənilsin” kimi izah olunması qərara alınmış və həmin qərardaddan verilmiş şikayət isə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-6689/2023 saylı qərardadı ilə təmin edilməd ən saxlanılmışdır.

4. Bundan sonra, işəgötürənin xx.xx.2023-cü il tarixli növbəti əmri ilə iddiaçı əvvəl tutduğu vəzifəyə bərpa olunmuş və işəgötürənin xx.xx.2023-cü il tarixli, 52/K-A saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə yenidən xitam verilmişdir.

5. Həmçinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə işəgötürənin xx.xx.2023-cü il tarixli, 52/K-A saylı əmri ləğv edilmiş və işəgötürənin xx.xx.2023-cü il tarixli əmri ilə yeni ştat vahidi yaradılaraq iddiaçı insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilmiş, ona xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilmiş və o, xx.xx.2023-cü il tarixdən işə başlamışdı r. İddiaçı, xx.xx.2023– xx.xx.2023-cü il və xx.xx.2023– xx.xx.2023-cü il tarixləri arasında xəstəliklə əlaqədar işdən azad olunmuşdur.

6. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3/23 saylı bildirişi ilə iddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə qurtardığı üçün Əmək Məcəlləsinin 73-cü maddəsinə müvafiq olaraq həmin əmək münasibətlərinin növbəti dövr üçün davam etdirilməyəcəyi və xx.xx.2023-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam veriləcəyi bildirilmişdir.

7. İşəgötürənin xx.xx.2023-cü il tarixli, 92/K-A saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilənin müddətinin qur tarması əsası ilə) xx.xx.2023-cü il tarixdən xitam verilmiş və ona xx.xx.2021-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə son haqq-hesab ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin xx.xx.2023-cü il tarixli, 92/K-A saylı əmrinin ləğv edilməsi, onun cavabdehdə “insan resursları üzrə kiçik mütəxəssis” vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, göstərilmiş hüquqi xidmətə görə ödədiyi 500 manat, mediasiya üçün ödədiyi 61 manat, vurulmuş mənəvi zərərə görə 15.000 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş et mişdir.

9. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçı əmək fəaliyyəti ilə bağlı xx.xx.2021- ci ildə cavabdeh MMC-nin insan resursları şöbəsinə insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. İşəgötürənlə rəsmiləşdirilmiş Əmək Müqaviləsi müddətli bağlanmış, müddət xx.xx.2021-ci il tarixədək müəyyən olunmuşdur. İddiaçı əmək münasibətlərinə, qanun qaydalara ciddi riayət edərək fəaliyyət göstərmiş və vicdanla davranaraq heç bir qüsur və çatışmamazlıqlara yol verməmişdir. Bir neçə iş günü keçdikdən sonra, birbaşa tabeçiliyində olduğu şöbə müdiri Aidə Tağızadə ona vəzifə borclarına tamamilə zidd olan (iş vaxtı onun saçlarının fenlə düzləşdirməyini, iş vaxtı avtomobil vasitəsilə onun övladını ev dən götürərək müəllim yanına hazırlığa aparmağını, sonra isə evə geri gətirməyini və digər şəxsi məsələlər) tapşırıqlar və göstərişlər verməyə başlamışdır. Bu cür tapşırıq və göstərişlərə haqlı olaraq razılıq vermədiyi üçün işdən çıxarılmışdır. İşə bərpa olunması ilə bağlı tərəflər arasında məhkəmə çəkişmələri olmuş və iddiaçı bir neçə dəfə bərpa olunmasına baxmayaraq müxtəlif səbəblərlə yenidən işdən çıxarılmışdır. Lakin cavabdehin verdiyi son əmr kobud hüquq pozuntularla müşayiət edilir. Belə ki, əmr xx.xx.2023-cü il tarixdə verilsə də, son haqq-hesab həmin gün deyil, səhəri, yəni xx.xx.2023-cü il tarixdə ödənilmiş, bununla da Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələbləri pozulmuşdur. Xəstəliklə bağlı işdə olmadığı dövrdə, yəni xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən ona əmək müqav iləsinin müddətin bitməsi ilə əlaqədar xitam veriləcəyi barədə 3/23 nömrəli bildiriş göndərilmişdir. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Əmək müqaviləsi xx.xx.2021-ci il tarixdə 3 ay müddətinə bağlanmışdır, lakin məhkəmə qərarı əsasında işə bərpa olduğu zaman tərəflər arasında əmək münasibətləri yenidən yaranmış, sonuncu dəfə xx.xx.2 023-cü il tarixdə işə bərpa olunmuşdur, bu səbəbdən 3 aylıq müqavilə müddəti onun sonuncu dəfə işə bərpa olunduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Belə olan halda isə müddətin sonu xx.xx.2023-cü il tarixə təsadüf edir. Cavabdeh isə həmin müddəti gözləmədən xx.xx.2023-cü il tarixli əmrlə müqavilə müddətinin bitməsi əsası ilə onu işdən çıxarmışdır. İddiaçı həmçinin qeyd etmişdir ki, hazırkı mübahisə ilə əlaqədar hüquqi xidmət göstərilməsi üçün 500 manat, mediasiya prosesi üçün 61 manat pul ödəmişdir. Hazırda işləmir və heç bir yerdən gəliri yoxdur. Sadalanan məbləğlərin hamısını borc almışdır və həmin borcları qaytarmaq məcburiyyətindədir. Həmçinin, cavabdehin qanunsuz əməlləri nəticəsində 2 ildən artıq müddətdir ki, yollardadır və mənəvi zərərə məruz qalmışdır. Bütün bunlara baxma yaraq heç bir nəticəyə nail olmamış, bu da onun mənəvi zərərini dərinləşdirmişdir. Məhkəmə prosesləri ilə yanaşı icra mərhələsində də qanunlara tabe olmayan cavabdehin qanunsuz hərəkətləri nəticəsində bəzən gün ərzində dəfələrlə müxtəlif qurumlara getmək məcburiyyətində qalır. Cavabdehin bu qanunsuz hərəkətləri onda mənəvi sarsıntı və depressiya əlamətləri meydana gətirmişdir ki, nəticədə də o, fəal ictimai həyatını davam etdirməkdən məhrum olmuşdur. Bununla yanaşı qeyd olunan xoşagəlməz hallar nəticəsində özünə və ailəsinə kifayət qədər vaxt ayıra bilməmiş və onlara qayğı göstərməkdən məhrum olunmuşdur. Ona vurulan mənəvi zərərin həcmi 15000 manatdır.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4989/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi əmək müqaviləsinə xitam verildikdən sonra ödənilməli məbləğlərin bir gün gecikdirilməklə ödənilməsinə və bunun işdən çıxarma haqqında əmrin ləğv edilməsi üçün əsas təşkil etməsinə dair iddiaçının dəlilinə münasibətdə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin surəti, işçinin əmək kitabçasının işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməsi dəqiq olaraq qanunvericilikdə təsbit edilmişdir, lakin bir daha vurğulamaq lazımdır ki, qeyd edilən qaydaya riayət olunmaması yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada inzibati xəta pozuntusu hesab olunacağı təqdirdə inzibati məsuliyyət üçün əsas ola bilər. Belə ki, işçiyə son haqq-hesab ödənişlərinin bir gün gecikdirilməsi yalnız hesablaşma əməliyyatlarının vaxtında aparılmaması kimi dəyərləndirilməli, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsassız olmasını şərtləndirən hal kimi qiymətləndirilməməlidir.

12. Məhkəmə əmək müqaviləsinə xitam veriləcəyi barədə işəgötürənin bildirişininiddiaçının xəstəliklə bağlı işdə olmadığı dövrdə göndərilməsi və bunun qanunvericiliyə zidd olmasına dair iddiaçının dəlilinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə istinadən etmişdir ki, bununla bağlı əmək qanunvericiliyində imperativ norma yoxdur. Yəni işçinin müəyyən üzrlü səbəblərdən işdə olmadığı dövrd ə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin istisna olunduğu müəyyən edilsə də, əmək müqaviləsinə xitam veriləcəyi barədə bildiriş göndərilməsinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsassız hesab edilməsinə dəlalət etmədiyi nəzərə alınmalıdır. İşəgötürən işçi ilə əmək müqaviləsinə müqavilə müddəti başa çatması əsası ilə xitam verilməsi barədə iradəsini işçiyə bildirməklə, işçi işə çıxdıqdan sonra qanunla müəyyən edilmiş müddət çərçivəsində xitam vermişdir və bu zaman onun hərəkətlərində hər hansı pozuntu müəyyən edilmir.

13. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında əmək münasibətlərinin yaranmasının əsası onların arasında 3 ay müddət müəyyən edilməklə bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi olmuşdur. Tərəflər arasında mövcud olan əmək münasibə tlərinin əsasını həmin əmək müqaviləsi təşkil edir və iddiaçının istinad etdiyi xx.xx.2023-cü il tarixli əmr vəziyyəti dəyişdirmir. xx.xx.2023-cü il tarixli əmrin verilməsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli qərarı olmuşdur və iddiaçı əvvəlki işinə, yəni insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilmişdir. Göründüyü kimi iddiaçı məhz əvvəlki vəzifəsi üzrə işinə bərpa edilmişdir və onunla daha əvvəlki dövrdə bağlanmış xx.xx.2021-cil tarixli əmək müqaviləsi tərəflər arasında əmək münasibətlərini tənzimləyən əsas olaraq müəyyən edilir. Həmin müqavilə hüquq münasibətlərini tənzimləyən sənəd kimi həmin münasibətlərin müddətini də tənzimləyir. Müqavilədə nəzərdə tutulmuş müd dət isə 3 ay təşkil edir. Yəni sonradan xx.xx.2023-cü il tarixdə iddiaçının işə bərpa edilməsindən asılı olmayaraq tərəflər arasında münasibətlər 3 aylıq müddət həddində müəyyənləşdirilmiş və bu da nəticədə işəgötürən tərəfindən əmək müqaviləsinin müddətinin xx.xx.2023-cü il tarixdə qurtarması müəyyən edilməklə, işçinin işə çıxdığı gündən bir həftə müddətində, xx.xx.2023-cü il tarixdə müqaviləyə xitam verilməsinə əsas vermişdir.

14. Məhkəmə iddianın “əmrin ləğvi və işə bərpa” hissəsində əsassız olması qənaətinə gəldiyindən, qalan hissələrdə də təmin olunmaması nəticəsinə gəlmişdir.

15. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci (İV hisəsi), Əmək Məcəlləsinin 3 (4-1-ci hissə), 5, 68 (1-ci hissə və 2-ci hissənin b yarımbəndi), 73 (1-ci hissə və 2-ci hissələ r), 83-cü (1 və 2-ci hissələr) maddələrinə, habelə MPM-in 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, əmək müqaviləsinin xx.xx.2021-ci il tarixdə 3 ay müddətinə bağlanması, lakin hər dəfə məhkəmə qərarı əsasında işə bərpa olduğu zaman tərəflər arasında əmək münasibətlərinin yenidən yaranması, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə işə bərpa olunması, bu səbəbdən də 3 aylıq müqavilə müddətinin onun sonuncu dəfə işə bərpa olunmasının xx.xx.2023-cü il tarixdən hesablanmalı olması, belə olan halda isə müddətin sonunun xx.xx.2023cü il tarixə təsadüf etməsi, cavabdehin həmin müddəti gözləmədən xx.xx.2023-cü il tarixli əmrlə müqavilə müddətinin bitməsi əsası ilə onu işdən çıxarması, bunun qanunsuz olması, hətta müddətlə bağlı məsələ üzrə əvvəllər məhkəmələrin izah qərardadlarının olması və sair göstərilmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1886/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər –Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)4989/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq qeyd etmişdir ki, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqdan sonra əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə o halda uzadılmış hesab olunur ki, müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməsin. İşin faktiki hallarından müəyyən olunur ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə müddətli (3 aylıq) əmək müqaviləsi bağlanmış, həmin müqavilənin şərtləri sonradan dəyişdirilməmiş və ya ləğv olunmamışdır. Əvvəllər tərəflər arasında başqa əsaslarla bir neçə dəfə əmək mübahisələri yaranmış, sonun cu dəfə iddiaçı cavabdehin xx.xx.2023-cü il tarixli əmri ilə əvvəlki vəzifəsinə bərpa edilmiş, beləliklə tərəflər arasında əmək münasibətləri xx.xx.2021-ci il tarixli əmək müqaviləsi çərçivəsində davam etmişdir.

20. Məhkəmə kollegiyası xx.xx.2023-cü il tarixdə işə bərpa olunduğundan3 aylıq müqavilə müddətinin məhz həmin tarixdən hesablanmalı olmasına, belə olan halda isə müddətin sonunun xx.xx.2023-cü il tarixə təsadüf etməsinə, cavabdehin həmin müddəti gözləmədən xx.xx.2023-cü il tarixli əmrlə müqavilə müddətinin bitməsi əsası ilə onu işdən çıxarmasının qanunsuz olmasına dair iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında əvvəllər əmək mübahisəsinin yaranması, iddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə digər əsaslarla xi tam verilməsi, lakin sonradan həmin əmrlərin ləğv olunaraq iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və beləliklə də tərəflər arasında həmin əmək müqaviləsinin şərtlərindən irəli gələn əmək münasibətlərinin davam etməsi, müddətli əmək müqaviləsinin müddətinin əvvəlinin fərqli hesablanmasına əsas ola bilməz. Çünki, tərəflər arasında xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinin şərtlərinə əsasən müddətin əvvəli məhz 17.03.21-ci il tarixdən hesablanır. Lakin müqavilə müddəti bitməmiş tərəflər arasında fərdi əmək mübahisə əsasında məhkəmə çəkişmələri olmuş, iddiaçı sonuncu dəfə cavabdehin xx.xx.2023-cü il tarixli əmri ilə işə bərpa olunmuş və həmin tarixdən əmək funksiyalarını davam etdirmiş, dolayısı ilə müddətin axımı da əvvəldən olduğu kimi davam etmişdir. İşəgötürənin əmri özüöz lüyündə əmək müqaviləsini əvəz etməməklə, prosedur xarakter daşıyır və bu hal əmək müqavilənin yenidən bağlanması (və ya şərtlərinin dəyişdirilməsi) kimi qiymətləndirilə bilməz.

21. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində əvvəlki məhkəmə mübahisələri üzrə izah qərardadına istinad etsə də, həmin qərardaddan iddiaçının irəli sürdüyü dəlillər öz təsdiqini tapmır. Əksinə, işdə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)6689/2023 saylı qərardadına əsasən tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin müddəti əsas götürülməklə, müddətin əvvəli məhz xx.xx.2021-ci il tarixdən nəzərə alınmış, bu səbəbdən də iddiaçıya məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-c i il tarixədək həyata keçirilməli olması müəyyən edilmişdir.

22. Məhkəmə kollegiyası əmək müqaviləsinə xitam veriləcəyi barədə işəgötürənin bildirişinin onun xəstəliklə bağlı işdə olmadığı dövrdə göndərilməsi ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, qanunvericliklə bu, qadağan olunmamışdır. Belə olan halda, işəgötürən (cavabdeh) tərəfindən qeyd olunan bildirişin göndərilməsi zamanı hər hansı qanun pozuntusuna yol verildiyindənbəhz oluna bilməz. Əksinə, işəgötürən müqavilə müddətinin başa çatması əsası ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə iddiaçını xəbərdar etmiş, ona öz niyyətini bəyan etmişdir.

23. Məhkəmə kollegiyası əmək müqaviləsinə xitam verildikdən sonra ödənilməli məbləğlərin bir gün gecikdirilməklə ödənilməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab etmişdir ki, qeyd edilən dəlil əmrin qanunsuz olmasını ehtiva etmir.

24. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 3 (5-ci hissə), 11 (b bəndi), 45 (1-ci hissə), 46 (6-cı bənd), 47 (f bəndi), 68 (2-ci hissə), 73 (1-ci və 2-ci hissələri), 83-cü (2-ci hissə) maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya insyansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsi və həmin hissədə iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmu nda əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Cavabdeh kassasiya şikayətinə etiraz verərək, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

28. Maddə

35. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

29. Maddə 3 (5-ci hissə). Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

30. Maddə 45 (1-ci hissə). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

31. Maddə 46 (6-cı bənd). Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər.

32. Maddə 47 (“f” bəndi). Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı i lə müəyyən müddətə bağlanıla bilər.

33. Maddə 73 (1-ci hissə). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

34. Maddə 73 (2-ci hissə). İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıx dığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

35. Maddə 83 (2-ci hissə). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin surəti, işçinin əmək kitabçasının və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməsi dəqiq olaraq qanunvericilikdə təsbit edilmişdir.

36. Maddə 11 (“b” bəndi). Əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etir azlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasi ya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

45. Maddə

420. Kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ka ssasiya baxışının hədləri

46. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən məhkəmənin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

48. Kassasiya instansiyası məhkəməsi apell yasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

49. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

50. Belə ki, işdən görünür ki, tərəflər arasında 17 mart 2021-ci il tarixli əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı 17 mart 2021-ci ildən 17 iyun 2021-ci il tarixədək (3 ay müddətinə) cavabdehdə “insan resursları üzrə mütəxəssis” vəzifəsinə işə qəbul edilmiş və bundan sonra tərəflər arasında başqa əsaslarla bir neçə dəfə əmək mübahisələri yaranmış, sonuncu dəfə iddiaçı işəgötürənin 31 iyul 2023-cü il tarixli əmri ilə əvvəlki vəzifəsinə bərpa olunmuşdur.

51. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, tərəflər arasında əmək münasibətləri 17 mart 2021-ci il tarixli əmək müqaviləsi çərçivəsində davam etmiş və bundan sonra, cavabdeh iddiaçıya 08 sentyabr 2023-cü il tarixli, 3/23 saylı bildiriş ünvanlayaraq aralarında bağlanmış 17 mart 2021-ci il ta rixli əmək müqaviləsinin müddətinin xx.xx.2023-cü il tarixdə bitməsi ilə əlaqədar Əmək Məcəlləsinin 73-cü maddəsinə müvafiq olaraq əmək münasibətlərinin növbəti dövr üçün davam etdirilməyəcəyini və 17 sentyabr 2023cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam veriləcəyi qeyd edilmişdir.

52. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alaraq qeyd etmişdir ki, iddiaçı ümumiyyətlə sözügedən əmək müqaviləsinin müddətli (3 aylıq) bağlanmasını nə indi, nə də əvvəllər mübahisələndirməmiş, yalnız həmin müddətin əmək müqaviləsinin bağlandığı tarixdən deyil, faktiki olaraq sonuncu dəfə işə bərpa olunduğu tarixdən hesablanmalı olmasını əsas dəlil kimi irəli sürmüşdür.

53. Apellyasiya instansiyası məhkəməsi, i ddiaçının irəli sürdüyü dəlillərə ayrılıqda hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçının mövqeyinə görə əmək müqaviləsinə xitam verildikdən sonra ödənilməli məbləğlər bir gün gecikdirilməklə ödənilmişdir və bu da öz növbəsində işdən çıxarma haqqında əmrin ləğv edilməsi üçün əsas təşkil edir. Bununla bağlı məhkəmə kollegiyası xatırlatmışdır ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin surəti, işçinin əmək kitabçasının və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməsi dəqiq olaraq qanunvericilikdə təsbit edilmişdir, lakin bir daha vurğulamaq lazımdır ki, qeyd edilən qaydaya riayət olunmaması yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada inzibati xəta pozuntusu hesab olunacağı təqdirdə inzibati məsuliyyət üçün əsas ola bilər. Belə ki, işçiyə son haqq hesab ödənişlərinin bir gün gecikdirilməsi yalnız hesablaşma əməliyyatlarının vaxtında aparılmaması kimi dəyərləndirilməli, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsassız olmasını şərtləndirən hal kimi qiymətləndirilməməlidir.

54. Apellyasiya instansiyası məhkəməsi həmçinin iddiaçının digər dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçının mövqeyinə görə onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi barədə işəgötürənin bildirişi onun xəstəliklə bağlı işdə olmadığı dövrdə göndərilmişdir ki, bu da qanunvericiliyə ziddir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 2ci hissəsində işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilmənin nəzərdə tutulmuşdur, işçinin xəstələnməsi ilə əlaqədar işdə olmadığı dövrdə ona əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş göndərilməsinin qadağan olunması ilə bağlı imperativ norma yoxdur. Yəni işçinin müəyyən üzürlü səbəblərdən işdə olmadığı dövrdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin istisna olu nduğu müəyyən edilsə də, əmək müqaviləsinə xitam veriləcəyi barədə bildiriş göndərilməsinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsassız hesab edilməsinə dəlalət etmədiyi nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, işəgötürən işçi ilə əmək müqaviləsinə müqavilə müddəti başa çatması əsası ilə xitam verilməsi barədə iradəsini işçiyə bildirməklə, işçi işə çıxdıqdan sonra qanunla müəyyən edilmiş müddət çərçivəsində xitam vermiş və bu zaman onun hərəkətlərində hər hansı pozuntu müəyyən edilmir.

55. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, tərəflər arasında əmək münasibətlərinin yaranmasının əsası onların arasında 3 ay müddət müəyyən edilməklə bağlanmış 17 mart 2021-ci il tarixli əmək müqaviləsi olmuşdur. Tərəflər arasında mövcud olan əmək münasibətlərinin əsasın ı həmin əmək müqaviləsi təşkil edir və iddiaçının istinad etdiyi 31 iyul 2023-cü il tarixli əmr vəziyyəti dəyişdirmir. 31 iyul 2023-cü il tarixli əmrin verilməsinə əsasən X1 Xidməti Bakı Şəhər İdarəsinin 17 iyul 2023-cü il tarixli qərarı olmuşdur və iddiaçı əvvəlki işinə, yəni insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilmişdir.

56. Göründüyü kimi, iddiaçı məhz əvvəlki vəzifəsi üzrə işinə bərpa edilmiş və onunla daha əvvəlki dövrdə bağlanmış 17 mart 2021-cil tarixli əmək müqaviləsi tərəflər arasında əmək münasibətlərini tənzimləyən əsas olaraq müəyyən edilmişdir. Həmin müqavilə hüquq münasibətlərini tənzimləyən sənəd kimi həmin münasibətlərin müddətini də tənzimləyir. Müqavilədə nəzərdə tutulmuş müddət isə 3 ay təşkil edir. Yəni, sonradan 31 iyul 2023-cü il tarixdə iddiaçını n işə bərpa edilməsindən asılı olmayaraq tərəflər arasında münasibətlər 3 aylıq müddət həddində müəyyənləşdirilmiş və bu da nəticədə işəgötürən tərəfindən əmək müqaviləsinin müddətinin 17 sentyabr 2023-cü il tarixdə qurtarması müəyyən edilməklə, işçinin işə çıxdığı gündən bir həftə müddətində, 21 sentyabr 2023-cü il tarixdə müqaviləyə xitam verilməsinə əsas vermişdir.

57. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri yenidən araşdırmağa lüzum görmür. Ona görə də iddiaçının kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qə r a r a a l d ı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 9 aprel 2024-cü il tarixli, 2(103)-1886/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar