Məhkəmə qərarları › İş №2(102)-2432/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2432/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2432/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2432/21 (Açar sözlər: pul tələbi, bank tərəfindən borcluya ödənilmiş kompensasiya) Bakı şəhəri, 24 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı Ali Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8054/2020 nömrəli, 16 noyabr 2020 il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 24 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh 28 iyun 2013-cü il tarixli 121/A №-li kredit müqaviləsi əsasında "xxxx" ASC-dən illik 23 faizlə 36 (otuz altı) ay müddətinə 14600 (on dörd min altı yüz) ABŞ dolları məbləğində kredit götürüb “Mercedes Benz minik” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alıb. Lakin cavabdeh krediti ödəyə bilmədiyi üçün əvvəlcə həmin nəqliyyat vasitəsini qalan kredit məbləğini ödəmək şərtilə X6 adlı şəxsə, sonuncu da iddiaçıya satıb.

2. İddiaçı qeyd edilən nəqliyyat vasitəsini aldığı zaman nəqliyyat vasitəsi girovda olmuşdur.

3. X6 qeyd edilən nəqliyyat vasitəsi üçün satın aldığı ana qədər cavabdeh tərəfindən ona ödənilmiş məbləği cavabdehə ödəmişdi r. Sonradan isə İddiaçı qeyd edilən nəqliyyat vasitəsini qalan kredit məbləğini ödəmək şərti X1 almış və qalan kredit məbləğini tam şəkildə "xxxx” ASC-yə ödəmişdir.

4. İddiaçı kreditin ödənişini tam şəkildə icra etdikdən sonra qeyd edilən nəqliyyat vasitəsini əvvəlcə xalası oğlu X4, sonra isə qardaşı X2 mülkiyyətinə keçirmişdir. 5. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən vətəndaşlara kompensasiya ödənilməsi məsələsi meydana çıxanda məlum olmuşdir ki, bank tərəfindən 3970,80 manat məbləğində kompensasiya cavabdehə ödənilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, həmin 3970,80 manatın Cavabdehdan alınıb ona verilməsi barədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdeh kredit məbləğini ödəmədiyi və ona ödənilməli olmadığı halda, hesablanmış kompensasiya məbləğini almaqla əsassız olaraq varlanmışdır.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinad etmişdir. 9. “xxxx” ASC iddia tələbi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olub.

10. Sabunçu Rayon Məhkəməsinin 2(008)-5376/2019 saylı 10 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 3970.8 (üç min doqquz yüz yetmiş manat, səksən qəpik) manat məbləğində pul, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı v erilməsi qət edilmişdir. (hakim Cəmilə Musayeva)

11. Birinci instansiya məhkəməsi işdəki sübutları qiymətləndirərək, müəyyən etmişdir ki, Cavabdeh 28 iyun 2013-cü il tarixli 121/A №-li kredit müqaviləsinə əsasən "xxxx“ ASC-dən 23% olmaqla 36 (otuz altı) ay müddətinə aldığı 14600 (on dörd min altı yüz) ABŞ dolları məbləğində kreditin Azərbaycan Respublikası Prezidentinin Fərmanın təsiri altına düşən 9846 ABŞ dolları hissəsi məhz İddiaçı tərəfindən banka ödənilmişdir. Belə olan təqdirdə iddiaçı tərəfindən ödənilmiş həmin məbləğ üçün dövlət tərəfindən verilən 3970.79 manat məbləğində kompensasiyanı almaqla Cavabdeh İddiaçı hesabına əsassız olaraq varlamışdır.

12. Məhkəmənin mövqeyinə görə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqq ında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının məqsədi baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsidir. Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının banklaratəklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur.

13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1-ci maddələri və “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətinin dəlilləri: - cavabdehin məhkəmədə iştirakı təmin edilməyib; - cavadbehin bank tərəfindən ödənilən kompensasiyadan ilk vaxtlar xəbəri olmamış, ona keçmiş əri Rüfət İbişov zəng edib bankdan pul götürmək lazım olduğunu bildirmiş, o da banka gedərək kartı götürmüş və pulu keçmiş ərinə göndərmək üçün kartdan çıxarmışdır. X9 aliment borcu olaraq ona 1870 manat vermiş və qalan 2100 manatı 10 may 2019- cu il tarixində poçt vasitəsilə Rüfət İbişova göndərmişdir. Buna görə də hesab edir ki, pul ondan deyil, keçmiş əri olan Rüfət İbişovdan tutulmalıdır.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8054/2020 nömrəli, 16 noyabr 2020 il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. (hakimlər Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi) Məmməd Məmmədov, Rəşad Həsənov)

17. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə ümumən razılaşaraq qeyd edib ki, cavabdehin iddiaçı qarşısında yaranmış öhdəliyi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları kontekstində qiymətləndirilməlidir. Belə ki, Mülki Məcəllənin 431.1-ci və 431.3-cü maddələrinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu M əcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər. Buna borclunun razılığı tələb edilmir. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Həmin Məcəllənin 439.4-cü maddəsinə görə, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Belə olan təqdirdə iddiaçı tərəfindən ödənilmiş həmin məbləğ üçün dövlət tərəfindən verilən 3970.79 manat məbləğində kompensasiyanı almaqla Cavabdeh İddiaçı hesabına əsassız olaraq varlanmışdır.

18. Cavabdehin kompensiya məbləğini keçmiş əri olan Rüfət İbişova verməsi və həmin məbləğin də keçmiş ərindən tələb edilməli olması barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya məhkəməsi qeyd edib ki, cavabdeh bununla bağlı mötəbər sübut təqdim etməmişdir.

19. Apellyasiya instansiyası cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi barədə dəlilini də əsassız hesab etmiş və göstərmişdir ki, iş materiallarından cavabdehin məhkəməyə məlum olan ünvanına bildirişlər göndərildiyi, lakin onun məhkəmə iclasına gəlmədiyi aydın olur – məlumatlı olduğu halda məhkəmə iclasında iştirak etməməyin məsuliyyətini cavabdeh daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh qətnamədən kassasiya şikayəti verib, yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilinə uyğun olaraq belə əsaslandrılıb ki, kompensasiya məbləğinin 2100 manatını cavabdehin əri götürüb. Pulu cavabdehdən tutmaqla apellyasiya məhkəməsi prosessual hüquq normalarını pozub. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

22. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

24. İddiaçı vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tə ləblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Maddə 431.3. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəl illəri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnam ə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Hazırki kassasiya şikayətində cavabdeh qətnamənin ləğvini xahiş etdiyi üçün məhkəmə kollegiyası apellyasiya məhkəməsini qətnaməsini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

28. İşdən görünür ki, iddiaçı tələbinin hüquqi əsası kimi cavabdehin əsassız varlanmasına istinad etmiş, məhkəmələr də Mülki Məcəllənin əsasız varlanma ilə bağlı normalarına əsasən iddianı təmin etmişlər.

29. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

30. Qanunun normasından göründüyü kimi, əsassız varlanma o halda olur ki, varlanan şəxs məhz məhrum ola nının hesabına əmlak əldə etmiş olsun. Lakin hazırki işdə cavabdehin (varlanan şəxs kimi) iddiaçının (məhrum olanın) hesabına hansı əmlakı əldə etməsi müəyyən edilməyib.

31. İşdən görünür ki, cavabdehə 3970,80 manat kompensasiya “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən “xxxx” ASC tərəfindən ödənilib.

32. Qeyd edilən Fərmanın da əsas məqsədi baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyidir.

33. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) A BŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır.

34. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Fərmana əsasən kompensasiya məbləğinin kredit götürən şəxslərə ödənilməsi nəzərdə tutulmuşdur. Elə həmin Fərmana uyğun olaraq da kompensasiya məbləği məhz cavabdehə ödənilmişdir.

35. Göründüyü kimi, cavabdehə kompensasiyanın ödənilməsi qeyd edilən Fərmanın tələblərindən irəli gəlmişdir və məhkəmələr kreditin qalan məbləğinin iddiaçı tərəfindən ödənilməsinin 3970,80 manat kompensasiya məbləğinin cavabdehə verilməsində hər hansı əhəmiyyəti daşıyıb-daşımamasını Fərmanın tələbləri kontekstində qiymətləndirməyiblər.

36. Bu baxımdan, məhkəmə kollegiyası tətbiq edilən maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab etmir.

37. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı və bunun nəticəsi olaraq işin müəyyən edilmiş hallarına uyğun gələn maddi və prosessual hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8054/ 2020 nömrəli 16 noyabr 2020 il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar