Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2433/2020 30.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(001)-765/2019, hakim A.Ə.Rzayev) XXX oğlunun Cavabdeh qarşı cavabdehin və onun ailə üzvlərinin Bakı şəhəri Binəqəd i rayonu Görədil bağları yeni yaşayış massivində 0,12 ha torpaq sahəsində yerləşən bağ evindən çıxarılması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-10941/2019, hakimlər İ.Ə.Kərimli, X.A.Cəmilova və A.Q.Hüseynov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxx 2006-cı il tarixdə Binəqədi Bələdiyyəsinin inzibati ərazisində, Gorədil bağ massivində yerləşən 1.200 kv.m torpaq sahəsinin XXX oğluna xx xxx 2056-cı il tarixədək icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. X2 Məmmədov ara sında həmin torpaq sahəsində inşa edilmiş evin alqı-satqısı barədə şifahi razılaşma olmuş, 2016-cı ilin may ayında ev və torpaq sahəsini X5 Məmmədovun sahibliyinə vermiş, sonuncu isə həmin əmlakı sahibliyə qəul edərək həmin bağ sahəsində yaxşılaşdırma işləri görmüş və hovuz inşa etmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə Həşimov X1 Fərrux Qara oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh və onun ailə üzvlərinin Bakı şəhəri Binəqədi rayonu Görədil bağları yeni yaşayış massivində 0,12 ha torpaq sahəsində ona məxsus birmərtəbəli evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin iza hatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, cavabdehin heç bir əsas olmadan onun mülkiyyətində olan bağ evini zəbt etməsi qanuni hesab edilmiş, onun mülkiiyyət hüququnun pozulmasına səbəb olan nəticəyə gəlinmişdir. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətn aməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı cavabdehlə bağ evinin alqı-satqısı barədə razılığa gəldiklərinə və şifahi razılaşma əsasında həmin əmlakı cavabdehə 80.000 manata satdığına, cavabdehin həmin məbləğdən cəmi 1.000 manat beh verdiyinə, qalan məbləği veməkdən boyun qaçırdığına istinad edərək cavabdehin və onun ailə üzvlərinin bağ evindən çıxarılması barədə hazırki iddia tələbini irəli sürmüşdür. Apellyasiya m əhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mahiyyət etibarı ilə düzgün nəticəyə gəlmişdir. İddiaçı Binəqədi rayonu Gorədil bağ massivində yerləşən 1.200 kv.m torpaq sahəsini 50 il müddətinə icarəyə götürülməsi barədə Binəqədi Bələdiyyəsi ilə xx xxx 2006-cı il tarixdə müqavilə bağlasa da, icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” xx xxxx 2004-cü il tarixli Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınmalıdır. Eyni müddəa “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respub likası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən, torpaq üzrərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, icarəyə götürülmüş torpaq sahəsində icarəyə verənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş binalar və qurğular icarəçiyə məxsusdur. İddiaçı boşaldılmasını tələb etdiyi b ağ evinin hansı sənəd əsasında tikilməsi, tikintiyə müvafiq icra hakimiyyəti orqanının və icarəyə verən bələdiyyənin razılığının olub-olmaması, həmin bağ evinə hansı subyektiv hüququnun olması barədə hər hansı sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinin tələblərinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki məhkəmə icraatının vəzifələrini müəyyən edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2-ci maddəsinin tələblərinə görə, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Göründüyü kimi, mülki prosessual qanunvericilik iddiaçının qanuni hüquq və mənafelərinin məhkəmə müdafiəsinə təminat verir, eyni zamanda iddiaçının hüququ olduğunu ehtimal etdiyi və pozulduğuna istinad etdiyi, lakin qanuni əsası olmayan tələblərin məhkəmə tərəfindən təmin edilməsi istisna edilir. Digər tərəfdən, cavabdeh iddiaçının hazırda mübahisə predmeti olan bağ sahəsini ona etibarnamə əsasında sataraq təhvil verdiyinə, son radan həmin etibarnaməni ləğv etdirərək onun 80.000 manat məbləğində pul vəısaitini ələ keçirərək dələduzluq etdiyinə istinad edərək, onun barəsində hüquq mühafizə orqanlarına şikayət etmişdir. Həmin materiala baxılarkən iddiaçı verdiyi izahatında cavabdehin bağ sahəsinə görə ona cəmi 10.000 manat verib, qalan 70.000 manatı borclu qaldığını, hazırki iddia ərizəsində isə cavabdehin cəmi 1.000 manat beh verib, qalan 79.000 manatı ödəməkdən boyun qaçırdığını bildirmişdir. Hüquq mühazifə orqanlarında ifadə vermiş şahidlər də cavabdehin iddiaçıya 80.000 manat verdiyini təsdiqləmişlər. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən həmin bağ sahəsində xeyli yaxşılaşdırma işləri görülmüş və 17.000 manat vəsait sərf edilməklə hovuz inşa edilmişdir. Deməli, iddiaçı iddia predmeti olan bağ evin ə faktiki sahiblik hüququndan cavabdehin xeyrinə əvəzli surətdə imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellya siya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2433/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2433/2020
30.07.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver