Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2433/2024 24.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh X12 və İddiaçı qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2005/2024 nömrəli iş üzrə 6 mart 2024-cü il tarixli qətnaməsindən X12 və İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydas ında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. X1 olan problemlərlə əlaqədar “MediStyle” və “Funda” klinikalarında müalicələr almışdır. Onun müalicə və müayinəsində “Funda” klinikasında həkim terapevt işləyən Cavabdeh və “MediStyle” klinikasında reanimotoloq işləyən Zəfər Hacı-Həsənli yaxından iştirak etmişdir. Lakin vəziyyəti getdikcə ağırlaşan X12 “EGE Hospital” klinikasında müalicəsini davam etdirmişdir;
3. X7 əri İddiaçı müalicələrin Cavabdeh və Zəfər Hacı-Həsənli tərəfindən düzgün aparılmaması qənaətinə gələrək Cavabdeh və Zəfər Hacı-Həsənlinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq orqanlara müraciət etmişdir;
4. Bakı şəhəri Nərimanov rayon prokurorluğunun mü stəntiqi X4 10 yanvar 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir;
5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 6(005)43/2022 saylı qərarı ilə Bakı şəhəri Nərimanov rayon prokurorluğunun müstəntiqi X4 10 yanvar 2022-ci il tarixli qərarı ləğv edilmiş və toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır;
6. Bakı şəhəri Nərimanov rayon prokurorluğunun müstəntiqi X4 25 may 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir;
7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 6(005)117/2022 saylı qərarı ilə Bakı şəhəri Nərimanov rayon prokurorluğunun müstəntiqi X4 25 may 2022-ci il tarixli qərarı ləğv edilmiş və toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alın mışdır;
8. Binəqədi rayon prokurorluğunun böyük müstəntiqi X3 xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir;
9. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(001)- 32/2023 saylı qərarı ilə Binəqədi rayon prokurorluğunun böyük müstəntiqi X3 xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır;
10. Binəqədi rayon prokurorluğunun böyük müstəntiqi X3 xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Qərarda qeyd olunmuşdur ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, İlahə Comardovaya təyin olunmuş müayinə və müalicələr həkim terapeft Cavabdeh və reanimotoloq-anistezioloq həkim Zəfər Hacıhəsənli tərəfindən düzgün aparılmışdır. Bundan başqa aparılmış müayinə və müalicə tədbirləri ilə İlahə Comərdovanın ürək damarlarının tutulması arasında səbəbli əlaqə olmamışdır. Həmçinin İddiaçı rüşvət alaraq Zəfər Hacıhəsənliyə 2500 manat pulu “Medistyle” yaxınlığında küçədə verməsi araşdırma materialları ilə sübut olunmur. Bu səbəbdən də Cavabdeh və Zəfər Hacıhəsənlinin əməlində cinayət tərkibi olmaması əsasına görə cinayət işinin başlanılması rədd edilməlidir;
11. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(001)-128/2023 saylı qərarı ilə Binəqədi rayon prokurorluğunun böyük müstəntiqi X3 xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə şikayət təmin edilməmişdir;
12. İlahə Comərdova “təxminən 10 ay əvvəl “Funda” klinikasının həkimi Cavabdeh “Medistyle” xəstəxanasında reanimatoloq işləyən Zəfər Ha cıhəsənli tərəfindən düzgün müayinə edilməyərək ölüm həddinə çatdırıldım. Həyat yoldaşıma dedilər ki, iki gün ömrü qalıb götürün aparın (pulumuzun qutardığını bilib belə etdilər). Son manatımızı da müxtəlif bəhanələrlə əlimizdən aldılar. Elə məni həyat yoldaşım təcili yardım maşını ilə gətirib son vəsiyyətimi edərək ölüm anımı gözlədim. Lakin həyat yoldaşım daha sonra məni “EGE Hospital”a apardı. Orada dəyərli həkimlərimiz tərəfindən müalicə olundum. Hazırda həyatdayam və yaşayıram. Mənə “yarıtmaz”, “qeyri-peşəkar”, “cəllad”, “ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan bu cinayətkar şəbəkə” tərəfindən zülm olundu. Mənə və ailəmizə əzablar yaşatdılar, hər şeyimizi satdırdılar, bizi müflis etdilər. Borc içindəyik. Cavabdeh və Zəfər Hacıhəsənlinin düzgün müalicə etməyərək m əni ölüm həddinə çatdırmaları, diri-diri torpağa gömmələri barədə Nərimanov rayon prokurorluğuna müraciət etsək də, cinayət işinin başlanması rədd edildi. Prokurorluğun qərarını Nərimanov Rayon Məhkəməsi qanunsuz hesab edərək ləğv edib yenidən araşdırmaya yolladı. Yenə də prokurorluğun müstəntiqi Anar İskəndərli haqsızlığın tərəfində dayandı və bizi süründürür. Qərara aldım ki, baş verənləri sizin verilişinizlə ictimailəşdirim. Faktla bağlı obyektiv araşdırılmanın aparılmasına və mənim kimi insanların diri-diri torpağa gömülməsinə, belə qan içənlərin əlində qurbana çevrilməsinə qarşı araşdırmanın Respublika Baş Prokurorluğunda aparılmasına kömək etməyinizə xahiş edirəm” məzmunlu məktubla Xural TV-nin rəhbəri Əvəz Zeynallıya müraciət ünvanlamışdır. Həmin müraciət “Youtube” video paylaşım və sosial mediya platformasında “Xural TV” kanalında 18 iyul 2022-ci il tarixdə yerləşdirilmiş “ŞİKAYƏT VAR: “FUNDA” KLİNİKASİ MƏNİ DİRİDİRİ GÖMMƏK İSTƏDİ” başlıqlı videoda səsləndirilmişdir; 13. 05.05.2023-cü il tarixində Cavabdeh tərəfindən Azərbaycan Presbulikasının Prezidentinə, Azərbaycan Presbulikasının Birinci Vitse Prezidentinə, Baş Prokurora, X21, Daxili Təhlükəsizlik Xidmətinin rəisinə, Ədliyyə Nazirinə şikayət ərizəsi ünvanlanmışdır. Ərizədə İddiaçı onu əsassız günahlandırdığı və böyük məbləğdə pul tələb etdiyi, bu məqsədə çatmaq üçün İddiaçı müxalifətin internet kanallarına müraciət etdiyi, təhdid və hədə-qorxu gəldiyi, “reketlik” etdiyi qeyd edilmişdir. Həmçinin göstərilmişdir ki, İddiaçı polis işçisi və dövlət qulluqçusu olmasına baxmayaraq müxalifət kanallarından istifadə edə rək ona təzyiq etdiyi üçün İddiaçı müxalifətlə əlaqəsi yoxlanılmalıdır; 14. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ərizədə qeyd olunur ki, X22 həkimi terapevt-hepatoloq Cavabdeh ötən ilin (2022) iyun, iyul, avqust, sentyabr aylari ilə cari ilin (2023) iyun, iyul, avqust, sentyabr aylarının müqayisəsində qəbuluna yazılmış xəstələrin sayında 30-35% azalma müşahidə olunmuşdur;
15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs İddiaçı Azərbaycan Presbulikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə və X8 Azərbaycan Presbulikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinin icraatından, X8 barəsində onun Azərbaycan Presbulikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair xüsusi ittiham qaydasında cinayət işinin ayrılması, təqsirləndirilən şəxs X8 barəsində Azərbaycan Presbulikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə ayrılmış cinayət işi üzrə icraatın X8 xəstəliyi sağalanadək dayandırılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində əsassız məlumatlar yayması nəticəsində vurulmuş mənəvi zərərə görə Cavabdeh 50000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 270 manat pulun tutulmasını xahiş etmişdir.
17. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, arvadı X15 klinikasında həkim terapevt işləyən Cavabdeh və Medi Style klinikasında reanimatoloq iş ləyən X27 tərəfindən düzgün müalicə edilməməsi barədə 15 noyabr 2022-ci ıl tarixdə Bakı şəhəri Nərimanov rayon prokurorluğuna ərizə ilə müraciət etmişdi. Müraciəti əsasında Nərimanov rayon prokurorluğunda müstəntiq İİ dərəcəli hüquqşünas X13 tərəfindən araşdırma aparılmış və müstəntiq toplanmış material üzrə qeyd etdiyi həkimlərin əməlində cinayət tərkibi olmadığı qənaətinə gələrək 10 yanvar 2022-ci il tarixli qərarla cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Lakin, müstəntiq tərəfindən aparılmış araşdırma zamanı ilkin müraciətdə qeyd etdilmiş xüsusatlar sonadək araşdırılmadığından, müraciətdə qeyd edilmiş həkimlərin izahatlarının alınması ilə kifayətlənməklə formal qərar qəbul etməklə həkimlərin qanunsuz əməllərini ifşa edə biləcək şahidlərin izahatları alınma dığından və göstərilmiş digər xüsusatların araşdırılması təmin edilmədiyindən qəbul edilmiş qərardan Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə edilmiş şikayətdən sonra Bakı şəhəri Nərimanov rayon prokuroru kiçik ədliyyə müşaviri Hidayət Nurəlibəyov tərəfindən qəbul edilmiş 10 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv olunaraq yenidən yoxlama aparılması üçün Anar İsgəndərliyə həvalə edilmişdir. Bundan sonra müstəntiq İsgəndərli Anarın 25 may 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» olan qərarını ləğv edərək yenidən araşdırma aparılması ilə bağlı İddiaçı tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə baxışı zamanı Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə Əlisoyun 29 avqust 2022-ci i l tarixli qərarı ilə müstəntiq Anar İsgəndərli tərəfindən qəbul edilmiş 25 may 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» olan qərar qanunsuz hesab edilməklə, ləğv edilərək yenidən araşdırma davam etdirilməsi üçün göndərilmişdir. Bakı şəhəri Nərimanov rayon prokurorluğunda araşdırmanın qeyri obyektiv aparılması barədə İddiaçı müracətlərindən sonra material üzrə təhqiqat aparılması Bakı şəhər Binəqədi rayon prokurorluğuna göndərilmiş və prokurorluğun böyük müstəntiq İ dərəcəli hüquqşünas X9 tərəfindən araşdırma aparılmışdır. Müstəntiq toplanmış material üzrə qeyd edilmiş həkimlərin əməlində cinayət tərkibi olmadığı qənaətinə gələrək 18 yanvar 2023-cü ıl tarixli qərarla cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Lakin, müstəntiq tərəfin dən aparılmış araşdırma zamanı yenidən ilkin müraciətdə qeyd edilmiş xüsusatlar sonadək araşdırılmadığından, həkimlərin izahatları alınmadan formal qərar qəbul etməklə həkimlərin qanunsuz əməllərini ifşa edə biləcək şahidlərin izahatları alınmadığından və göstərilmiş digər xüsusatların araşdırılması təmin edilmədiyindən qəbul edilmiş qərardan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə etdiyi şikayətdən sonra Bakı şəhəri Binəqədi rayon prokurorluğunun böyük müstəntiqi X9 tərəfindən qəbul edilmiş 18 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv olunaraq yenidən yoxlama aparılması üçün Binəqədi rayon prokurorluğuna göndərilmiş və hal hazırda müstəntiq Rəşad Gülməmmədli tərəfindən araşdırma aparılır. Həmin müddət ərzində Funda klinikasında həkim terapevt i şləyən Cavabdeh Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli qərarından apellyasıya şikayəti vermiş və Bakı Apelyasiya məhkəməsinin 04 may 2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda həkim Cavabdeh İddiaçı uzun müddətdir və hal hazırda xidmət etdiyi və əməkdaşı olduğu Daxili İşlər Nazirliyinin rəhbərliyinə ərizə ilə müraciət edərək əsassız olaraq barəsində həqiqətə uyğun olmayan məlumatlar qeyd etməklə onun pul tələb etməyi, hədəqorxu gələrək şantaj etməyini göstərmişdir. İddiaçı barəsində həqiqətə uyğun olmayan məlumatları yaymaqda Cavabdeh onu haqlı olduğu işdən çəkindirmək və öz qanunsuz əməllərini davam etmək məqsədi daşıyır. Eyni zaman da Cavabdeh İddiaçı ba rəsində etdiyi müraciətində İddiaçı əsassız olaraq reketlik etməkdə günahlandıraraq bunu maliyyə ehtiyatlarını artırmaqla pul toplamaq niyyəti ilə etdiyini bildirmişdir. Həmçinin Cavabdeh İddiaçı müxalifətlə əlaqədə olmağı barədə müraciətində qeyd etməklə bunun müvafiq orqanlar tərəfindən yoxlanılması zərurətinin olduğunu göstərməklə barəsində heç bir çərçivəyə sığmayan, əsassız və qərəzli fikirlər bildirmişdir. Cavabdeh İddiaçı barəsində həqiqətə uyğun olmayan əsassız məlumatları yayması nəticəsində İddiaçı psixi sarsıntı keçirmiş, qohumların, ailə üzvüləri, iş yoldaşları, tanışları və dostları arasında nüfuzdan düşmüş, həmin şəxslərin ona qarşı olan münasibətləri pisləşmiş və nəticədə onların İddiaçı qarşı mənfi fikirləri formalaşmışdır. Yuxarıda qeyd edilənlərə əsasən barəsində əsassız məlumatların yayılması nəticəsində Azərbaycan Respublikası Konsitusiyası və digər qanunvericilik normaları ilə nəzərdə tutulan hüquqları qanunsuz olaraq pozulması nəticəsində İddiaçı mənəvi zərər dəymişdir. İddiaçı ona vurulmuş mənəvi zərəri 50.000 manat məbləğində qiymətləndirilir. Eyni zaman da, X2 Rayon Məhkəməsinə müraciət edərək İddiaçı Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə, arvadı X8 isə Azərbaycan Respublilkası CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada xüsusi ittiham qaydasında məsuliyyətə cəlb edilmələrini xahiş etmişdir. Bununla bağlı Binəqədi Rayon Məhkəməsinin hakimi Aynurə Sadıqova tərəfindən çıxarılmış 13 iyun 2023-cü il tarixli qərarla İddiaçı və arvadı İlahə Comərdova barəsində xüsusi ittiham qaydasında edilmiş şikayət əsasında məhkəmə baxışının ke çirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən İddiaçı barəsində həqiqəti əks etdirməyən yalan məlumatların yayılması nəticəsində ona vurulmuş mənəvi ziyanın əvəzi ödənilməlidir.
18. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, İddiaçı və X12 tərəfindən “Youtube” platformasında yayılmış videoda səsləndirilən bütün məlumatların həqiqətə uyğun olmayan, işgüzar nüfuzu ləkələyən məlumatlar hesab edilməsi, vurulmuş zərərin əvəzi kimi ümumilikdə 1000 manat pulun iddiaçının xeyrinə tutulması, X7 üzərinə üzr istəmək və müraciətdə işlətdiyi ifadələr ( “yarıtmaz”, “qeyri-peşəkar”, “cəllad”, “ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan bu cinayətkar şəbəkə” tərəfindən zülm olundu. M ənə və ailəmə əzablar yaşatdılar, hər şeyimizi satdırdılar, bizi müflis etdilər. Borc içindəyik. Cavabdeh və Zəfər Hacıhəsənlinin düzgün müayinə etməyərək məni ölüm həddinə çatdırmaları, diri-diri torpağa gömmələri) həqiqətə uyğun olmadığı səbəbindən təkzib edilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Comərdova İlahənin “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallıya ünvanladığı müraciət “Youtube” sosial platformasında “Xural Tv” kanalında səsləndirilmişdir. Şikayətin məzmunu aşağıdakılardan ibarətdir: “10 ay əvvəl “Funda” klinikasının həkimi Cavabdeh “Medistyle” xəstəxanasında reanimatoloq işləyən Zəfər Hacıhəsənli tərəfindən düzgün müayinə edilməyərək ölüm həddinə çatdırıldım. Həyat yoldaşıma dedi lər ki, iki gün ömrü qalıb götürün aparın (pulumuzun qutardığını bilib belə etdilər). Son manatımızı da müxtəlif bəhanələrlə əlimizdən aldılar. Elə məni həyat yoldaşım təcili yardım maşını ilə gətirib son vəsiyyətimi edərək ölüm anımı gözlədim. Lakin həyat yoldaşım daha sonra məni “EGE Hospital”a apardı. Orada dəyərli həkimlərimiz tərəfindən müalicə olundum. Hazırda həyatdayam və yaşayıram. Mənə “yarıtmaz”, “qeyri-peşəkar”, “cəllad”, “ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan bu cinayətkar şəbəkə” tərəfindən zülm olundu. Mənə və ailəmizə əzablar yaşatdılar, hər şeyimizi satdırdılar, bizi müflis etdilər. Borc içindəyik. Cavabdeh və Zəfər Hacıhəsənlinin düzgün müayinə etməyərək məni ölüm həddinə çatdırmaları, diri-diri torpağa gömmələri barədə Nərimanov Rayon Prokurorluğuna müraciət etsək də, cinayət işinin başlanması rədd edildi. Prokurorluğun qərarını Nərimanov Rayon Məhkəməsi qanunsuz hesab edərək ləğv edib yenidən araşdırmaya yolladı. Yenə də prokurorluğun müstəntiqi Anar İskəndərli onun tərəfində dayandı və bizi süründürür. Qərara aldım ki, baş verənləri sizin verilişinizlə ictimailəşdirim. Faktla bağlı obyektiv araşdırılmanın aparılmasına və mənim kimi insanların diri-diri torpağa gömülməsinə, belə qan içənlərin əlində qurbana çevrilməsinə qarşı araşdırmanın Respublika Baş Prokurorluğunda aparılmasına kömək etməyinizə xahiş edirəm”. Cavabdeh xx.xx.2019-cu il tarixdən Funda Hospitalında həkim- terapevt işləyir. Həkim terapevt olaraq işi daxili orqanların xəstəliklərinin, qaraciyər, mədə və bağırsaq xəstəliklərinin müalicəsindən ibarətdir. X25 müraciəti əsasında xəstəxanaya qəbul olunmuşdur. İlahə Comərdova xəstəxanaya 07 iyul 2021-ci il tarixdə müraciət etmişdir. Müraciəti əsasında analizlər, yoxlamalar, müayinələr təyin olunmuş, xəstədə “budd chiori” sindromu ilə bağlı şübhələr yaranmışdır. Bununla bağlı müalicələr təyin olunmuşdur. Qanda leykosidi yüksək olduğundan qan xəstəliyi olması ehtimal edilmiş və bununla bağlı hematoloqun baxışı tövsiyə olunmuşdur. “Funda” klinikasında hematoloq olmadığından digər səhiyyə müəssisəsinə müraciət etməyi bildirilmişdir. İddiaçı da gedəcəyini demişdir. 2 ay ərzində Cavabdeh 3 dəfə İlahə Comərdovanı müayinə etmişdir. Müalicə olunması üçün qan sulandırıcı olan Xartil, sidikqovucu olan Semilakt, qaraciyərqoruyucu olan hepastrong amino, surol, mədə qoruyucu lansil, iltihabı söndürmək, orqanizmi gücləndi rmək, qaraciyəri qorumaq üçün dematon, deksametazon, ademta, bundan sonra iltihabı söndürmək üçün prednizolon, daha sonra adiomax, qaraciyəri qorumaq üçün hepatype, mədəqorumaq üçün parijon, faximin, hepatype təyin olunmuşdur. İki ay ərzində xəstənin vəziyyəti sabit olmuş, buna baxmayaraq səbəbi bilinməyən qarında maye dəyişkənliyi müşahidə olunmuşdur. Lakin mayenin yaranma səbəbini müəyyən etmək mümkün olmamışdır. Müalicələr davam etdirilmişdir. X16 səhhəti iki gün ərzində kəskin pisləşmişdir. İddiaçı zəng edərək xəstənin qusmaları olduğunu və huşunun itdiyini bildirmişdir. Cavabdeh da İddiaçı ilk öncə 5 ampula hepamerin 200 natrixlor köçürülməsini və stasionar şəraitdə müalicə olunmasını tövsiyə etmişdir. İddiaçı Sabunçu xəstəxanasına getmələri tövsiyyə olunmuşdur. O, isə əvvəllər Sabu nçu xəstəxanasında olduğunu və orada xəstəyə yaxşı baxılmadığını bildirmişdir. Bundan sonra Medistyle hospitala aparılması məsləhət görülmüşdür. İddiaçı xəstə X6 "Medi Style” klinikasına aparmışdır. Orada xəstənin vəziyyətinin ağır olduğunu və maddi vəziyyətinin yaxşı olmadığını bildirmişdir. Bundan sonra bir neçə dəfə zəng edərək Cavabdeh məsləhət almışdılar. Təxminən 20 gün onunla telefon vasitəsilə danışmışlar. Bundan sonra Cavabdeh zəng etməmişlər və əlaqəni itirmişlər. X16 səhhəti, qaraciyəri bir qədər normallaşmış, vəziyyətində müsbət dinamika olmuşdur. Xəstədə xərçəngi göstərən CA 125 yüksək olduğu üçün müayinə olunmasından ötrü gineko-onkoloqa, MRT müayinəsinə, asit mayesinin tətbiq olunması üçün patologiya mərkəzinə göndərilmişdir. Qeyd olunan xüsusatlarla bağlı xəstəxanada aparat lar və mütəxəssislər olmadığı üçün yönləndirilmişdir. İlahə Comərdovanın səhhətinin ağırlaşmasına səbəb aktivləşmiş kəskin qan xəstəliyinə bağlı poliorqan çatışmazlığı olmuşdur. Onların Cavabdeh qarşı işlətdiyi belə ifadələr qərəzli münasibətdir, ondan pul alınması üçün söylənilmiş fikirdir. İddiaçı şikayəti üzrə Nərimanov rayon prokurorluğunda araşdırma aparılmış və cinayət işinin başlanılması rədd edilmiş, həmçinin eyni məsələ ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılmışdır. Cavabdeh əməlində cinayət tərkibinin əlamətləri olmaması səbəbindən Binəqədi rayon prokurorluğunda da cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Araşdırma zamanı təyin olunmuş məhkəmə-tibbi ekspertizasının da nəticəsinə əsasən barəsində şikayət verilən şəxsin sosial pl atformda qeyd etdikləri, o cümlədən Prokurorluğa şikayət ərizəsində bildirdikləri ilə hər hansı səbəbli- əlaqə mövcud deyildir. Belə ki, əsas sübut əhəmiyyəti daşıyan ekspert rəyində aparılmış müayinə və müalicələr İ.Comərdovaya təyin olunmuş diaqnoza uyğun olmuş və tibbi manipulyasiya sağlamlığa zərər vurmanın dərəcəsinin təyini nəzərdə tutulmaması qeyd edilmişdir. Comərdovlar müxtəlif dövlət orqanlarına ünvanlanmış çoxsaylı ərizələrdə Cavabdeh səhlənkarlıq cinayətini törətməkdə ittiham edirlər və bu barədə dəfələrlə müxtəlif instansiyalara çoxsaylı şikayətlər etmişlər, nəticədə onun vaxtını alaraq ona mənəvi zərər vurmuşlar. Nərimanov Rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında əks olunmuş İddiaçı izahatında göstərilir: “Cavabdeh Müalicə ilə bağlı də rmanlar yazmışdır. Həmin dərmanların alınması üçün Fərruxun adını bilmədiyi köməkçisi onu orijinal dərmanlar olduğunu bildirərək Yasamal rayonu ərazisində yerləşən Respublika xəstəxanasının yaxınlığında yerləşən aptekdən dərman almağa göndərmişdir. O, həmin aptekə getmiş və orada Samir adlı əczaçı ilə tanış olaraq Funda hospitaldan göndərildiyii bildirmişdir. Samir ona dərmanlar satmışdır. O, daha sonra həmin dərmanlar qurtardığından və Sumqayıt şəhərində yaşadığından Bakı şəhərinə gələ bilmədiyindən Sumqayıt şəhərində yerləşən aptekdən dərman almışdır. Həmin dərmanlara baxdıqda qiymətlərinin çox fərqli olduğunu görmüşdür. Belə ki, Samir adlı əczaçı üzərində Cavabdeh adı yazılmış reseptə baxaraq dərmanlar üçün ondan 650 manat məbləğində pul almışdır. Sumqayıtda isə həmin reseptə görə dərma nların ümumi qiyməti 277 manat təşkil etmişdir. Cavabdeh 01 ay 09 gün müddətində arvadı İlahəni müalicə etmişdir. Bu müddət ərzində İlahənin vəziyyəti daha da ağırlaşmışdır. O, da bu barədə Cavabdeh dəfələrlə telefonla əlaqə saxlayıb bildirsə də, Cavabdeh onunla biganə danışaraq, onu başından etmişdir.” Yuxarıda qeyd olunan heç bir əsası olmayan və qəbzlərlə böhtan olduğu sübut edilən bu ifadələr tamamilə yalandır. https://youtu.be/oYa2tJedlg linkindən də göründüyü kimi Cavabdeh barəsində yalan olduğunu bilə-bilə xəstəyə yanlış diaqnoz qoyulması və ölüm həddinə çatdırılması barədə şərəf və ləyaqətimi ləkələyən və onu nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yaymaqla İddiaçı və İ.Comərdova ona böhtan atmışdır. Bundan başqa onu səhlənkarlıq cinayətini törətməkdə ittiham ed ərək barəsində prokurorluq orqanlarına çoxsaylı şikayətlər yazmış, haqqında “yarıtmaz”, “qeyri-peşəkar", “cəllad”, “ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan cinayətkar şəbəkə” kimi əsassız ifadələr işlətmişlər. İddiaçı və İ.Comərdova tərəfindən youtube sosial platformasında səsləndirilən ifadələr (“yarıtmaz”, “qeyri-peşəkar”, “cəllad”, “ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan bu cinayətkar şəbəkə” tərəfindən zülm olundu. Mənə və ailəmizə əzablar yaşatdılar, hər şeyimizi satdırdılar, bizi müflis etdilər. Borc içindəyik. Cavabdeh və Zəfər Hacıhəsənlinin düzgün müayinə etməyərək məni ölüm həddinə çatdırmaları, diridiri torpağa gömmələri) həqiqətə uyğun olmadığı üçün təkzib olunması vəzifəsi onların üzərinə qoyulmalı, həmin şəxslər sosial şəbəkədə üzr i stəməli və onlardan işgüzar nüfuza dəyən ziyanın əvəzi olaraq 10.000 manat məbləğində pulun alınaraq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməlidir.
20. İddiaçı qarşılıqlı iddiaya yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, o və onun arvadı tərəfindən Cavabdeh barəsində şərəf, ləyaqət və işgüzar nüfuza xələl gətirən heç bir qanunsuz hərəkət və ya hərəkətsizlik edilməmişdir. Cavabdeh zərərə məruz qaldığını bildrisə də, bu zərərin mövcudluğu barədə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda Cavabdeh eyni tələbə dair iddiası hazırda Binəqədi Rayon Məhkəməsinin icraatındadır. Qeyd olunanlara əsasən qarşılıqlı iddia tələbləri rədd edilməlidir.
21. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-3401/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) ilk iddia təmin edilməmiş, ilk iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, “Youtube” video paylaşım və sosial media platformasında “Xural TV” kanalına yerləşdirilmiş “ŞİKAYƏT VAR: “FUNDA” KLİNİKASİ MƏNİ DİRİ-DİRİ GÖMMƏK İSTƏDİ” başlıqlı videoda X7 müraciətində işlədilmiş “yarıtmaz”, “qeyri-peşəkar”, “cəllad”, “ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan bu cinayətkar şəbəkə tərəfindən zülm olundu. Mənə və ailəmə əzablar yaşatdılar, hər şeyimizi satdırdılar, bizi müflis etdilər. Borc içindəyik”, “Cavabdeh və Zəfər Hacıhəsənlinin düzgün müayinə etməyərək məni ölüm həddinə çatdırmaları, diri-diri torpağa gömmələri” söz və ifadələr i həqiqətə uyğun olmayan hesab edilməklə, bu söz və ifadələrin “Youtube” video paylaşım və sosial media platformasında “Xural TV” kanalına müraciət ünvanlanmaqla video paylaşım yolu ilə təkzib edilməsi vəzifəsinin X7 üzərinə qoyulması, X5 vurulmuş zərərə görə 1000 manat pulun Cavabdeh xeyrinə tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir.
22. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, ilk İddiaçı Cavabdeh onun barəsində əsassız məlumatlar yaydığını və bunun nəticəsində mənəvi zərər vurulduğunu iddia edir. Lakin məhkəmə iclasında hakim tərəfindən müvafiq sübutların təqdim olunması təklif olunsa da, İddiaçı bu iddiasını əsaslandıra n hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
23. Məhkəmə həmçinin qeyd etmişdir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Məhkəmə baxışı zamanı araşdırılmış hallardan isə görünür ki, İddiaçı ona maddi və mənəvi zərərin vurulmasını, həmin zərərlə Cavabdeh qanunsuz hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, habelə zərərin vurulmasında Cavabdeh təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
24. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd etmişdir ki, iş üzrə ibtidai istintaq orqanının qərarı ilə məhkəmə-tibbi ekspertizaları təyin edilərək həyata keçirilmiş və ekspertiza rəylərində Cavabdeh tərəfindən aparılmış müayinə və müalicələrin düzgün təyin olunduğu, X7 vəziyyətinin ağırlaşması ilə Cavabdeh tərəfindən aparılmış müalicələr arasında birbaşa səbəbli əlaqənin olması istisna edilmişdir. Həmçinin Binəqədi Rayon Prokurorluğunun böyük müstəntiqi X9 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul olunmuş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda qeyd olunmuşdur ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, İlahə Comardovaya təyin olunmuş müayinə və müalicələr həkim terapeft Cavabdeh və reanimotoloq-anistezioloq həkim Zəfər Hacıhəsənli tərəfindən düzgün aparılmışdır. Bundan başqa aparılmış müayinə və müalicə tədbirləri ilə İlahə Comərdovanın ürək damarlarının tutulması arasında səbəbli əlaqə olmamışdır. Bakı şəhəri Bin əqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(001)128/2023 saylı qərarı ilə xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qüvvədə qalmışdır. Lakin, buna baxmayaraq, X7 “Youtube” video paylaşım və sosial media platformasında “Xural TV” kanalında etdiyi müraciətində (bu müraciət video yazıda səsləndirilmişdir) Cavabdeh barəsində yalan, həqiqətə uyğun olmayan, böhtan xarakterli və təhqiredici məlumatlar öz əksini tapmışdır. Belə ki, video yazı nəzərdən keçirilmiş, Cavabdeh barəsində “yarıtmaz”, “qeyri-peşəkar”, “cəllad”, “ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan bu cinayətkar şəbəkə”, “...Cavabdeh tərəfindən zülm olundu. Mənə və ailəmə əzablar yaşatdılar, hər şeyimizi satdırdılar, bizi müflis etdilər. Borc içindəyik. Cavabdeh v ə Zəfər Hacıhəsənlinin düzgün müayinə etməyərək məni ölüm həddinə çatdırmaları, diri-diri torpağa gömmələri” söz və ifadələri işlənmişdir. Bununla bağlı qeyd edilməlidir ki, başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Həmçinin mülki prosessual qanunvericilik baxımından məlumatların yayılmış olmasını sübut etmək vəzifəsini iddiaçı daşıyır. Hazırki halda bu məlumatın yayıldığı iş materialları ilə sübut olunur. Belə ki “Youtube” video paylaşım və sosial media platformasında “Xural TV” kanalına yerləşdirilmiş “ŞİKAYƏT VAR: “FUNDA” KLİNİKASİ MƏNİ DİRİ-DİRİ GÖMMƏK İSTƏDİ” başlıqlı video hazırda 20023 (mə hkəmə baxış keçirən zaman olan izlənmə sayı) dəfə izlənmişdir. X12 müraciətində işlətdiyi söz və ifadələrin doğruluğunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bu video paylaşım nəticəsində Cavabdeh şərəf və ləyaqətinə, həkim kimi işgüzar nüfuzuna xələl gətirmişdir. Cavabdeh qəbuluna yazılmış xəstələrin sayında 30-35% azalma müşahidə olunmuşdur. X7 etdiyi müraciətində Cavabdeh barəsində yuxarıda qeyd olunan söz və ifadələri işlətməsi şəxsin şərəfini və ləyaqətini ləkələyən, onun işgüzar nüfuzuna xələl gətirən ifadələr kimi qiymətləndirilməlidir. Həmçinin göstərilənlər Cavabdeh mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olan hallar olduğundan Cavabdeh mənəvi zərər dəymişdir. Belə olan halda Cavabdeh X5 vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır və ona vurulmuş zərər X12 tərəfindən ödənilməlidir.
25. Məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar hesab etmişdir ki, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətlər nəticəsində Cavabdeh keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmaqla dəymiş mənəvi zərərin 1000 manat məbləğində müəyyən edilməsi ağlabatan və ədalətlidir.
26. Eyni zamanda məhkəmə hesab etmişdir ki, Cavabdeh iddia tələbinin Cavabdeh barəsində cavabdeh X7 müraciətdə işlətdiyi ifadələr ( “yarıtmaz”, “qeyri-peşəkar”, “cəllad”, “ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan bu cinayətkar şəbəkə” tərəfindən zülm olundu. Mənə və ailəmə əzablar yaşatdılar, hər şeyimizi satdırdılar, bizi müflis etdilər. Borc için dəyik. Cavabdeh və Zəfər Hacıhəsənlinin düzgün müayinə etməyərək məni ölüm həddinə çatdırmaları, diri-diri torpağa gömmələri) həqiqətə uyğun olmayan hesab edilməklə təkzib edilməsi vəzifəsinin X7 qoyulması hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 may 1999-cu il tarixli Plenumunun Qərarında qeyd edildiyi kimi həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi üsulu həmin məlumatların yayılması üsuluna uyğun olmalıdır.
27. Məhkəmə İddiaçı aid hissədə qarşılıqlı iddia tələbləri ilə bağlı qeyd etmişdir ki, Cavabdeh barəsində şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatlar məhz X7 etdiyi mü raciətdə əksini tapmış, İddiaçı tərəfindən bu növ məlumatların yayılması mülki iş materialları ilə sübut olunmur. Bu səbəbdən də iddia tələbləri İddiaçı münasibətdə təmin edilməməlidir.
28. Bununla yanaşı, məhkəmə qarşılıqlı iddia tələbinin «cavabdeh X7 üzərinə üzr istəməsi vəzifəsinin qoyulması» hissəsi ilə bağlı qeyd etmişdir ki, məhkəmə pozuntu halının mövcudluğunun tanınmasını və mənəvi zərərin müəyyən edilməsini iddiaçıların pozulmuş hüquqlarının bərpası istiqamətində yetərli və ədalətli hesab edir, lakin üzr istənilməsini zəruri saymır.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 23.4cü, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 119.1, 217.4-cü maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-c ü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 iyun 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli və «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» xx.xx.2008-ci il tarixli 7 saylı qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
30. X12 və İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın təmin olunması və qarşılıqlı iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
31. Apellyasiya şikayəti ilki n iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmənin İddiaçı zərər dəyməsi barədə halların sübut edilməməsi və maddi hüquq normaları ilə dəymiş zərərin aradan qaldırılmasına ehtiyac olmaması barədə gəldiyi nəticə tamamilə əsassız və qanunsuzdur. Belə ki, Daxili İşlər Nazirliyinin əməkdaşı olaraq vətəninə, xalqına şərəflə qulluq edən şəxs barəsində sonuncu orqanın rəhbərliyinə ərizə ilə müraciət edərək cavabdehin böhtan xarakterli ifadələr yazması və İddiaçı barəsində həqiqətə uyğun olmayan ifadələri işlədərək İddiaçı çalışdığı orqanın qarşısında çıxılmaz vəziyyətə salması kimi hərəkətləri məhkəmənin nəticəsinə görə ona heç bir zərər vurmamışdır. Belə nəticə istinad edilən qanunvericilik normalarının kobud şəkildə pozuntusudur. Cavabdehin qanunsuz hərəkətləri ni təsdiq edən və iddiaçı barədə yalanböhtan xarakterli Daxili İşlər Nazirliyinə cavabdeh tərəfindən göndərilən ərizə ilə bağlı keçirdiyi sarsıntılar səbəbindən aldığı müalicələri sübut edən resept, digər xəstəxana sənədləri və s sübutların məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə hüquq normalarını pozmaqla ilkin iddianı rədd etmişdir. Halbuki, cavabdehin böhtan dolu ərizəsinə görə İddiaçı icraat açılmış, araşdırma aparılmış, ərizənin əsassız və qanunsuz olması müəyyən edilmişdir. Lakin cavabdehin bu hərəkətləri səbəbindən hətta İddiaçı işdən uzaqlaşdıra bilərdilər. Cavabdehin Daxili İşlər Nazirliyinə böhtan xarakterli ərizə ünvanlaması, uzun zaman işdə iddiaçı barəsində gedən xoşagəlməz sözsöhbətlər, kollektiv içində hörmətdən düşməyi, mübahisələr və məhkəmə çəkişmələri ilə əlaqəda r olaraq sinir-psixi gərginlik halını keçirməyi mənəvi zərər yetirməsi üçün sübutedici əsas kimi qəbul edilməli olsa da, hesab edilmişdir ki, bu cavabdehin mülki məsuliyyətə cəlb edilməsi üçün əsas deyil. Məhkəmənin qarşılıqlı iddianı İlahə Comərdovaya münasibətdə qismən təmin etməsi də qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh qarşı şikayət ərizəsi “Xural TV” kanalına İlahə Comərdova tərəfindən deyil, məhz “Xural TV” kanalının əməkdaşları tərəfindən yerləşdirilmişdir. Həmin şikayət ərizəsinin mətnindən də müəyyən olunduğu kimi, şikayətdə məqsəd “Xural TV” kanalının ictimai kanal olaraq vətəndaşlara yardım etməsi ilə əlaqədar Baş prokurorluqda araşdırma aparılmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur. Həmin ərizənin mətnində müraciətin kanalda səsləndirilməsi deyil, araşdırmanın Baş Prokurorluqda aparılmasına köməklik göstərilməsi xahiş edilmişdir. Bu cür istəyi olmadığı halda, ərizənin “Xural TV” kanalında səsləndirilməsi tərəf üçün məsuliyyət yarada bilməz. Lakin məhkəmə qərar qəbul edərkən işin bu hallarına səthi yanaşmışdır. Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında Cavabdeh və Samir Salmanovun şikayəti əsasında İddiaçı və İlahə Comərdova barəsində xüsusi ittiham qaydasında işə baxılır. İlahə Comərdova ağır xəstə olduğu üçün məhkəmə proseslərində iştirak edə bilmir, ona görə həmin iş İlahə Comərdovaya aid hissədə ayrı icraata ayrılmış və icraat dayandırılmışdır. İddiaçı münasibətdə isə işin icraatı davam edir. Məhkəməyə bu barədə məlumat verilib, sənədlər təqdim edilsə də məhkəmə bu halı nəzərə almamışdır. Halbuki həmin iş ilə bağlı qəbul edil əcək yekun qərarın hazırkı işlə birbaşa əlaqəsi vardır. Həmin icraat zamanı apellyatorların qeyd edilən kanala ictimai nüfuzu ilə bağlı müraciət etməyi, onlara Baş Prokurorluqda işə baxılması ilə bağlı köməklik göstərmələrini xahiş etməyi sübuta yetirildiyi təqdirdə hazırki iş öz qüvvəsini itirəcəkdir. Lakin məhkəmə belə bir araşdırma getdiyi halda, icraatı dayandırmamış İlahə Comərdovanın ərizəsinin işgüzar nüfuzu ləkələyən məlumatlarla dolu olduğu qənaətinə gələrək qarşılıqlı iddianı qismən təmin etmişdir.
32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-2005/2024 nömrəli, 06 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edi lməmiş, birinci instansiya məhkəməsinin 2(005)3401/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.
33. Apelyasiya instansiyası məhkəməsi ilkin iddia tələbi ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı cavabdehin onun barəsində əsassız məlumatlar yaydığını və bunun nəticəsində mənəvi zərər vurulduğunu iddia etsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir.
45. Belə ki, ilk növbədə məlumatın yayılması anlayışına aydınlıq gətirilməlidir. 34. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 may 1999-cu il tarixli Plenumunun Qərarında qeyd edilir ki, məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər d airəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır.
35. Kollegiya qeyd etmişdir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etməd iyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
36. Zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Məhkəmə baxışı zamanı araşdırılmış hallardan isə görünür ki, İddiaçı ona maddi və mənəvi zərərin vurulmasını, həmin zərərlə Cavabdeh qanunsuz hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, habelə zərərin vurulmasında Cavabdeh təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
37. Kollegiya qətnaməni n qarşılıqlı iddia tələbinin təmin olunan hissəsi ilə bağlı qeyd etmişdir ki, X7 “Youtube” video paylaşım və sosial media platformasında “Xural TV” kanalında etdiyi müraciətində (bu müraciət video yazıda səsləndirilmişdir) Cavabdeh barəsində yalan, həqiqətə uyğun olmayan, böhtan xarakterli və təhqir edici məlumatlar öz əksini tapmışdır. Belə ki, video yazı nəzərdən keçirilmiş, Cavabdeh barəsində “yarıtmaz”, “qeyri-peşəkar”, “cəllad”, “ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan bu cinayətkar şəbəkə”, “...Cavabdeh tərəfindən zülm olundu. Mənə və ailəmə əzablar yaşatdılar, hər şeyimizi satdırdılar, bizi müflis etdilər. Borc içindəyik. Cavabdeh və Zəfər Hacıhəsənlinin düzgün müayinə etməyərək məni ölüm həddinə çatdırmaları, diri-diri torpağa gömmələri” söz və ifadələri işlə nmişdir.
38. Məhkəmə kollegiyası qeyd etmişdir ki, başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Həmçinin mülki prosessual qanunvericilik baxımından məlumatların yayılmış olmasını sübut etmək vəzifəsini iddiaçı daşıyır. Hazırki halda bu məlumatın yayıldığı iş materialları ilə sübut olunur. Belə ki “Youtube” video paylaşım və sosial media platformasında “Xural TV” kanalına yerləşdirilmiş “ŞİKAYƏT VAR: “FUNDA” KLİNİKASİ MƏNİ DİRİ-DİRİ GÖMMƏK İSTƏDİ” başlıqlı video hazırda 20023 (məhkəmə baxış keçirən zaman olan izlənmə sayı) dəfə izlənmişdir. X12 müraciətində işlətdiyi söz və ifadələrin doğruluğunu təs diq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bu video paylaşım nəticəsində Cavabdeh şərəf və ləyaqətinə, həkim kimi işgüzar nüfuzuna xələl gətirmişdir. Cavabdeh qəbuluna yazılmış xəstələrin sayında 30-35% azalma müşahidə olunmuşdur. X7 etdiyi müraciətində Cavabdeh barəsində yuxarıda qeyd olunan söz və ifadələri işlətməsi şəxsin şərəfini və ləyaqətini ləkələyən, onun işgüzar nüfuzuna xələl gətirən ifadələr kimi qiymətləndirilməlidir.
39. Həmçinin göstərilənlər Cavabdeh mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olan hallar olduğundan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh X5 vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuş, mənəvi zərərin ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, mənəvi zərərin baş verməsinə sə bəb olmuş hərəkətlər nəticəsində Cavabdeh keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmaqla dəymiş mənəvi zərərin 1000 manat məbləğində müəyyən edilməsi ağlabatan və ədalətlidir.
40. Kollegiya qeyd etmişdir ki, Cavabdeh iddia tələbinin Cavabdeh barəsində cavabdeh X7 müraciətdə işlətdiyi ifadələr ( “yarıtmaz”, “qeyri-peşəkar”, “cəllad”, “ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan bu cinayətkar şəbəkə” tərəfindən zülm olundu. Mənə və ailəmə əzablar yaşatdılar, hər şeyimizi satdırdılar, bizi müflis etdilər. Borc içindəyik. Cavabdeh və Zəfər Hacıhəsənlinin düzgün müayinə etməyərək məni ölüm həddinə çatdırmaları, diri-diri torpağa gömmələri) həqiqətə uyğun olmayan hesab edilməklə t əkzib edilməsi vəzifəsinin X7 qoyulması hissəsində iddia tələbi əsaslı olduğundan düzgün olaraq qətnamə yoxlanılan hissədə təmin olunmuşdur.
41. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Konstitusiyası ilə onlara verilmiş fikir, söz, mətbuat, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə qanunlara riayət etməli, başqalarının hüquqlarına hörmətlə yanaşmalıdırlar. Çünki hər kəsin hüquq və azadlıqları digərinin hüquq və azadlıqlarının başladığı yerə qədərdir. Bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə, nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riay ət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz.
42. Kollegiya apellyasiya şikayətinin qarşılıqlı iddia tələbi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, “Xural TV” kanalına ünvanlanan şikayətdə şikayətin “Youtube” video paylaşım və sosial media platformasında yayılması məqsədinin olmaması, videonun adıçəkilən sosial media kanalının əməkdaşları tərəfindən qərəzli olaraq yerləşdirilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Məlumdur ki, “Youtube” video paylaşım və sosial media platformasında mövcud olan hər hansı kanalın şikayəti ictimailəşdirmək xaricində mövcud mübahisəyə baxılmasına başqa cür təsiri ola bilməz. Belə ki, sosial media kanalının bununla bağlı hər hansı hüquqi mexanizmi, səlahiyyəti yoxdur.
43. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
44. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 23.1, 23.4, 23.6-cı, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 372.6, 384.0.1, 385.2-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli və «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» xx.xx.2008-ci il tarixli 7 saylı qərarlarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
45. X12 və İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi, ilk iddianın təmin olunması və qarşılıqlı iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
46. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin İddiaçı zərər dəyməsi barədə halların sübut edilməməsi və maddi hüquq normaları ilə dəymiş zərərin aradan qaldırılmasına ehtiyac olmaması barədə gəldiyi nəticə tamamilə əsassız və qanunsuzdur. Belə ki, Daxili İşlər Nazirliyinin əməkdaşı olaraq vətəninə, xalqına şərəflə qulluq edən şəxs barəsində sonuncu orqanın rəhbərliyinə ərizə ilə müraciət edərək cavabdehin böhtan xarakterli ifadələr yazması və İddiaçı barəsində həqiqətə uyğun olmayan ifadələri işlədərək onu çalışdığı orqanın qarşısında çıxılmaz vəziyyətə salması kimi hərəkətləri məhkəmənin nəticəsinə görə İddiaçı heç bir zərər vurmamışdır. Belə nəticə qanunvericilik normalarının kobud şəkildə pozuntusudur. Cavabdehin qanunsuz hərəkətlərini təsdiq edən və İddiaçı barəsində yalan-böhtan xarakterli Daxili İşlər Nazirliyinə cavabdeh tərəfindən gön dərilən ərizə ilə bağlı İddiaçı keçirdiyi sarıntılar səbəbindən aldığı müalicələri sübut edən resept, digər xəstəxana sənədləri və s sübutlar məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə hüquq normalarını pozmaqla iddianı rədd etmişdir. Halbuki, cavabdehin böhtan dolu ərizəsinə görə İddiaçı barəsində icraat açılmış, araşdırma aparılmış, ərizənin əsassız və qanunsuz olması müəyyən edilmişdir. Cavabdehin bu hərəkətləri səbəbindən hətta İddiaçı işdən uzaqlaşdıra bilərdilər. Cavabdehin Daxili İşlər Nazirliyinə böhtan xarakterli ərizə ünvalaması, uzun zaman işdə İddiaçı barəsində xoşagəlməz söz-söhbətlərin getməsi, kollektiv içində hörmətdən düşməyi, mübahisələr və məhkəmə çəkişmələri ilə əlaqədar olaraq sinir-psixi gərginlik halı keçirməyi, bu halın psixi durumuna neqativ təsir göstərməsi i lə nəticələnmişdir. Bu yaranmış neqativ dəyişikliklər əhəmiyyətli dərəcədə olmaqla həmçinin cavabdehin hərəkətlərinin nəticəsi olmaqla İddiaçı mənəvi zərər yetirmişdir. Qeyd edilən hallar cavabdehin mülki məsuliyyətinin müəyyən edilməsinə əsas versə də, məhkəmə qanunsuz qərar qəbul etmişdir.
47. Məhkəmənin qarşılıqlı iddianı İlahə Comərdovaya münasibətdə qismən təmin etməsi də qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh qarşı şikayət ərizəsi “Xural TV” kanalına İlahə Comərdova tərəfindən deyil, məhz “Xural TV” kanalının əməkdaşları tərəfindən yerləşdirilmişdir. Həmin şikayət ərizəsinin mətnindən də müəyyən olunduğu kimi, şikayətdə məqsəd “Xural TV” kanalının ictimai kanal olaraq vətəndaşlara yardım etməsi ilə əlaqədar İlahə Comərdovaya prokurorluq orqanlarına etdiyi müraciətlərin nəticəsiz q alması ilə bağlı Baş prokurorluqda araşdırma aparılmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur. Həmin ərizənin mətnində müraciətin kanalda səsləndirilməsi deyil, araşdırmanın Baş Prokurorluqda aparılmasına köməklik göstərilməsi xahiş edilmişdir. Bu cür istəyi olmadığı halda, ərizənin “Xural TV” kanalında səsləndirilməsi İlahə Comərdova üçün məsuliyyət yarada bilməz. Lakin məhkəmə qərar qəbul edərkən işin bu hallarına səthi yanaşmışdır
48. İlk iddia üzrə cavabdehin hərəkətlərinin qanuna zidd olması, bu qanuna zidd hərəkətlərin bilavasitə İddiaçı yönəlməsi və məhz bunun nəticəsində ona zərər dəyməsi sübuta yetirildiyi halda, məhkəmə qətnaməsini ümumiyyətlə əsaslandırmadan və təqdim edilmiş sübutları araşdırmadan iddianı rədd etmişdir. Ədalət və bərabərliyin, obyektivliyin təmin edilməs i üçün qətnamədə sübutların qiymətləndirilməsi və məhkəmənin gəldiyi nəticə heç bir şübhə yeri qoymamalıdır. Yəni, iddiaçının tələbləri elə sübutlarla təsdiq edilməlidir ki, burada ehtimal etməyə yer olmasın, başqa sözlə iddia tələbini təmin etməmək mümkünsüz olsun. Bu cür mövqeyə həm Avropa Məhkəməsinin qərarlarında, həm də Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun qərarlarında rast gəlinir. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında İnsan HüquqlarıÜzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətləri n həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Hazırkı mülki işin materiallarında bu standartlara (şübhə yeri qoymayan) cavab verən sübutlar mövcud deyildir.
49. AR MPM-nin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa icraatı dayandırmaq məhkmənin vəzifəsidir. Lakin məhkəmə bu qanun normasını pozmuşdur. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında Cavabdeh v ə Samir Salmanovun şikayəti əsasında İddiaçı və İlahə Comərdova barəsində xüsusi ittiham qaydasında işə baxılır. İlahə Comərdova ağır xəstə olduğu üçün məhkəmə proseslərində iştirak edə bilmir, ona görə həmin iş İlahə Comərdovaya aid hissədə ayrı icraata ayrılmış və icraat dayandırılmışdır. İddiaçı münasibətdə isə işin icraatı davam edir. Məhkəməyə bu barədə məlumat verilib, sənədlər təqdim edilsə də məhkəmə bu halı nəzərə almamışdır. Halbuki həmin iş ilə bağlı qəbul ediləcək yekun qərarın hazırki işlə birbaşa əlaqəsi vardır. Həmin icraat zamanı qeyd edilən kanala ictimai nüfuzu ilə bağlı müraciət edilməsi, Baş Prokurorluqda işə baxılması ilə bağlı köməklik göstərilməsinin xahiş edilməsi sübuta yetirildiyi təqdirdə hazırki iş öz qüvvəsini itirəcəkdir. Lakin məhkəmə belə bir araşdırma getdi yi halda, icraatı dayandırmamış İlahə Comərdovanın ərizəsinin işgüzar nüfuzu ləkələyən məlumatlarla dolu olduğu qənaətinə gələrək qarşılıqlı iddianı qismən təmin etmişdir. Cavabdeh tərəfindən İddiaçı iş yerinə ünvanlanmış ərizə vəkil sorğusu əsasında əldə edilmiş və məhkəməyə təqdim edilmişdir. Məhkəməyə sübutun birinci instansiya məhkəməsinə təqdim edilə bilməməsi ilə bağlı üzrlü səbəblər sadalansa da, bu hala ümumiyyətlə qiymət verməmiş, sübutun qəbuledilənliyi halına münasibət bildirməmişdir. Halbuki qanunun mənasına görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
50. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışd ır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
51. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
52. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
53. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.
54. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
55. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya z ərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
56. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
57. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə
58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Madd ə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad e tməyə yol verilmir.
63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
64. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşd ırması kimi qiymətləndirilməməlidir.
65. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
67. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, ilkin iddianın əsasında dayanan hallara dair bir inci instansiya məhkəməsinə sübutlar təqdim etmədiyi üçün həmin tələb təmin oluna bilməz.
68. Kassasiya şikayətinin Cavabdeh tərəfindən İddiaçı iş yerinə ünvanlanmış ərizənin xx.xx.2024-cü il tarixli vəkil sorğusu əsasında əldə edilməsi və birinci instansiya məhkəməsinə təqdim edilə bilməməsi dəlili ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 372.2-ci maddəsinə əsasən, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 69. 06.03.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında ilkin iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 sözügedən sübutun birinci instansiya məhkəməsi t ərəfindən təmin edilməsi barədə vəsatətin rədd olunduğunu bildirsə də, bununla əlaqədar verilən suala cavab olaraq, protokola qeyd verilmədiyini ifadə etmişdir.
70. Beləliklə, apellyasiya baxışında sözügedən sübutun birinci instansiya məhkəməsində təqdim edilməsinin ilkin iddiaçıdan asılı olmayan səbəblərə görə mümkün olmadığı təsbit edilməmişdir.
71. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə qarşılıqlı iddianın təmin olunmuş hissəsinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin həm ilkin, həm də qarşılıqlı iddianın həllinə dair iş üzrə gəldiy i nəticə və əsaslandırma ilə razılaşır.
72. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
74. Ona görə də ka ssasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
75. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2005/2024 nömrəli iş üzrə 6 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.