Məhkəmə qərarları › İş №2(102)-2433/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2433/2025

12.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2433/2025 12.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh (Buzovna Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: özbaşına və qanunsuz tikililər ilə bağlı mübahisələr. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (Buzovna Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəl b olunmaqla) “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-596/2025 nömrəli, 10 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 12 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 29.04.2005-ci il tarixli, 249 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən Buzovna Bələdiyyəsi tərəfindən Buzovna ərazisində yerləşən 40000 kv metr torpaq sahəsi 99 il müddətinə X2 icarəyə verilmişdir. 2. xx.xx.2015-ci il tarixli etibarnaməyə əsasən X3 da (onun adından çıxış edən X4) həmin torpaq sahəsinin 600 kv metr sahəsini təyinatına görə istifadə etməyi, sənədləşdirməyi, tikinti işlərini tamamlamağı, tikinti ilə birlikdə torpağı özəlləşdirməyi və digər hərəkətləri Cavabdeh etibar etmişdir.

3. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolu ünvanında yerləşən sahəsi 0,02 ha olan torpaq sahəsi xx.xx.2014-cü il tarixli torpaq üzərində hüququn alqı-satqı haqqında müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdə İddiaçı2 xeyrinə yüklü edilmişdir.

4. Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Buzovna-Maştağa yolu ünvanında yerləşən sahəsi 0,0524 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixli torpaqdan daimi istifadə hüququnun alqı-satqı müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixdə İddiaçı1 xeyrinə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məh kəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunda, Çiləgir yaşayış massivi adlanan ərazidə qanuni istifadələrində olan torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş bir mərtəbəli yaşayış evinin onun öz hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər rayonunun Buzovna qəsəbəsində, Buzovna-Maştağa yolunda, Çiləgir yaşayış massivi adlanan ərazidə onların istifadəsinə verilmiş 0,02 ha və 0,0524 ha torpaq sahələri vardır. Bir-birləri ilə yaxın qohumdurlar. Həmin torpaq sahələri bitişikdir. Bu səbəbdən artıq xərc çəkməmək məqsədilə torpaq sahələri onların tərəfindən eyni hasarla əhatələnmişdir. Torpaq sahəsinin onların daimi istifadələrinə verilməsi barədə Dö vlət Reyestrindən hər ikisinə çıxarış verilmiş, yəni onların torpaq sahəsinə olan istifadə hüquqları dövlət tərəfindən tanınaraq qeydiyyata alınmış, onlara ********** saylı, xx.xx.2022-ci il tarixli və ********** saylı, xx.xx.2022-cı il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar verilmişdir. Bu yaxınlarda torpaq sahəsinə gələrkən aşkar etmişlər ki, Gədəbəy rayonu, Qalakənd kənd sakini Cavabdeh tərəfindən sözügedən torpaq sahəsində qanunsuz olaraq birmərtəbəli ev inşa edilmiş və cavabdeh hazırda da orada yaşamaqdadır. Cavabdeh bildirmişdir ki, torpaq sahəsini ona Sərxan adlı şəxs satmışdır. Ona qarşı dələduzluq əməli törədilmiş, əslində isə onların qanuni istifadəsində olan torpaq sahəsi zəbt edilmiş, orada qanunsuz ev inşa edilmişdir. Fa ktla bağlı Xəzər rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, mülki məhkəmə icraatı qaydasında müraciət edilməsi tövsiyə edilmişdir.

7. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, o, xx.xx.2015-ci il tarixdə sözügedən torpaq sahəsini X1 Bakı şəhəri 17 saylı dövlət notariat ofisində notariusun iştirakı ilə Buzovna Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 249 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə əsasında almışdır. Bu torpaq sahəsinə hasar çəkdirmiş, ev tikdirmiş, ev kommunal xidmətlərlə təmin edilmişdir. Bu iddia ərizəsi verilənə qədər heç kəs bu torpaq sahəsinə gəlməmiş, onunla maraqlanmamışdır. Dövlət müəssisəsi əməkdaşları, xüsusilə də bu çıxarışı və torpağa dair texniki pasportu verən dövl ət qurumu əməkdaşı bu əraziyə gəlməmiş, ölçü aparmamışdır. İddiaçıların hansı yol və vasitə ilə bu sənədləri əldə etdiyi sual və şübhə doğurur. Uzun illərdir qonşuları ilə birgə yaşayır, kommunal xidmətlərdən yararlanır, bələdiyyə orqanının hesabına pul köçürür. Ekspert rəyinə əsasən guya onun tikdirdiyi evin 18 kv metr hissəsi İddiaçı1 məxsus 0,0524 ha torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçılar formal olaraq guya həmin torpaq sahələrinin sahibidirlər. Ancaq bu torpaqları mənimsəmək istəyən başqa şəxslərdir. Sadəcə olaraq saxta yollarla həmin torpaq sahələrinə bu şəxslərin adlarına saxta sənəd düzəltdirmiş, sonra sayğacını oğurlatmış, sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16- 16/2-10/5488 saylı ekspert rəyinə əsasən tədqiq olunan ünvanda baxış zamanı naturada təqdim edilmiş mişarlanmış əhəng daşından inşa edilmiş, 1 mərtəbədən ibarət yaşayış evinin 18 kv metr hissəsinin 0,0524 ha torpaq sahəsinin (ƏMDK DƏDKR PHŞ-nin Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş A-104556 saylı “Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinat əsasında) hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur.

9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-125/2024 nömrəli, 6 avqust 2024cü il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin (bir mərtəbəli yaşayış evi) ekspert rəyinə əsasən İddiaçı1 istifadəsində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Buzovna-Maştağa yolu/0,0524 ha torpaq sahəsinin daxili ndə yerləşən 18 kv metr hissəsi cavabdehin hesabına sökülməsi və həmin hissənin söküntüsündən sonra əmələ gələn qalıqları cavabdeh tərəfindən ərazidən çıxarılması qət edilmişdir (hakim E. Rüstəmov).

10. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh torpaq sahəsini xx.xx.2005-ci il tarixli, Buzovna Bələdiyyəsinin 249 saylı icarə müqaviləsinə əsasən əldə etdiyini bildirsə də, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş rəsmi cavabda onun həmin torpaq sahəsi üzərində hər hansı hüquq əldə etmədiyi qeyd olunmuşdur. Yəni, cavabdehin bu ərazi üzərində nə mülkiyyət, nə icarə, nə də digər qanuni əsaslı digər hüququ mövcud deyildir. Bu səbəbdən həmin ərazidə aparılmış tikinti qanunvericiliyə əsasən olaraq özbaşına tikili hesab edilir.

11. Məhkəmə araşdırmaları nəticəsində müəyyən olu nmuşdur ki, cavabdeh tərəfindən inşa edilən yaşayış evi İddiaçı1 istifadəsində olan torpaq sahəsinin yalnız 18 kv.m hissəsinə düşür. Buna görə də iddiaçıların tikilinin tamamilə sökülməsi tələbi əsassız sayılmış, lakin qanunsuz tikilinin iddiaçının torpaq sahəsinə düşən 18 kv.m hissəsinin cavabdehin vəsaiti hesabına sökülərək ərazidən çıxarılması qərara alınmışdır. Bu sahənin boşaldılması və əvvəlki vəziyyətə qaytarılması iddiaçının qanuni istifadəsinin bərpası məqsədini daşıyır. Beləliklə, cavabdehin hüquqla əsaslandırılmayan tikintisi qanunsuz hesab edilmiş və bu səbəbdən müvafiq hissənin sökülməsi barədə tələb qismən təmin olunmuşdur.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3, 157.8, 158.1.2, 170.1, 170.2, 180.1, 180.2, 180.3 və 180.4-cü, Azərbayca n Respublikasının Torpaq Məcəlləsinin 111.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 101.7, 119, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddianın təmin edilən hissəsində ləğv olunmasını, iddia tələbinin həmin hissədə rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim olunmuş mötəbər olmayan sübutları nəzərə almış və həmin sübutlar əsasında işi araşdırmağa üstünlük vermişdir. Halbuki, iş materialları ilə tam sübut olunur ki, o, həqiqətdə Buzovna Bələdiyyəsinin qərarı ilə həmin torpaq sahəsini əldə etmiş və torpaq sahəsində inşa edilən tikili aidiyyəti qurumların məlumatı əsasında inşa edilmiş, davamlı olaraq həmin torpaqdan istifadə edərək sahiblik və istifadə hüququ əldə etmiş, o cümlədən potensial mülkiyyət hüququna malikdir. Bu əsasla inşa edilən tikilinin özbaşına tikili hesab edilməsi tamamilə qanunsuz və əsassız olmuşdur. Bundan başqa, məhkəmə işdə olan sübutları da düzgün qiymətləndirməməklə onun qanunla qorunan hüquqlarını pozmuşdur.

15. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-596/2025 saylı, 10 fevral 2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)125/2024 nömrəli qətnaməsi qismən - iddianın təmin edilən hissəsində ləğv edilmiş, hə min hissədə yeni qətnamə çıxarılaraq, iddianın həmin hissədə rədd olunması qət edilmişdir (hakimlər F. Abdıyev (sədrlik edən və məruzəçi) C. Musayeva və F. Babayev).

16. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış hüquqi münasibətləri düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarını tətbiq etməkdə səhvə yol vermişdir. Belə ki, cavabdeh 2015-ci ildən etibarən torpaq sahəsindən istifadə etmiş, burada öz vəsaiti hesabına tikinti apararaq 8 ilə yaxın müddətdə orada yaşadığı və kommunal xidmətlərdən istifadə etdiyi sübutlarla təsdiqlənmişdir. Eyni zamanda, iddiaçının bu müddət ərzində tikintinin mövcudluğundan xəbərdar olduğu, hətta 2016-cı ildə torpaq sahəsinin bir hissəsini satarkən mübahisəli sahənin ölçüsünə bələd olduğu müəy yən edilmişdir. İddiaçının əvvəlcə 2023-cü ildə tikintini gördüyünü, sonradan isə onun pandemiya dövründə inşa olunduğunu bildirməsi ziddiyyətli hesab olunmuş, beləliklə tikilinin əvvəldən mövcud olduğu, iddiaçının buna uzun müddət ərzində etiraz etmədiyi müəyyən edilmişdir.

17. Apelyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş tikinti hüquqi baxımdan özbaşına tikinti olsa da, onun uzunmüddətli istifadə vəziyyəti, iddiaçının bu vəziyyətə etiraz etməməsi və faktiki olaraq razılaşması, cavabdehin həmin şəraitə güvənərək burada yaşamasını davam etdirməsi nəzərə alınmaqla, iddiaçının yalnız kompensasiya ödəməklə bu tikintinin sökülməsini tələb etmək hüququ vardır. Bu baxımdan da birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamışdır.

18. Apellyasiy a instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 139.1, 152.1, 152.2, 152.3, 157.2, 180.1, 560.1, 560.2 və 560.3.4-cü, MPM-in 14.2, 77.1, 119.1, 217.1, 217.3, 217.4, 384.0.2 və 385.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı1 (vəkili Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-596/2025 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi, Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin (bir mərtəbəli yaşayış evi) ekspert rəyinə əsasən İddiaçı1 istifadəsində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Buzovna-Maştağa yolunda yerləşən 0,0524 ha torpaq sahəsinin daxilində yerləşən 18 kv metr hissəsinin sökülməsi, cavabdehin ərazidən çıxarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi, iddiaçının qanuni mülkiyyət və torpaq sahəsindən istifadəyə dair hüquqlarını pozmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 59-cu maddəsi hər kəsin sərbəst sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və əmlakından istifadə etmək hüququnu təmin edir, lakin məhkəmə qərarı ilə iddiaçının qanuni torpaq sahəsindən istifadəsi məhdudlaşdırılaraq, onun mülkiyyət hüququ pozulmuşdur. Həmçinin, məhkəmə ədalətli məhkəmə araşdırması hüququnu təmin etməyərək, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə zidd hərəkət etmişdir.

21. İddiaçı həmçinin Mülki Məcəllənin 180.1-ci maddəsi və Torpaq Məcəlləsinin 84cü maddəsinə əsaslanaraq, cavabdehin qanunsuz tikintisi ilə bağlı məhkəmənin səhv qərar verdiyini və bu tikintinin iddiaçının mülkiyyət hüququna zərər verdiyini bildirir. Mülki Məcəllənin 152.3-cü maddəsi ilə müəyyən olunmuş istifadə hüququnun təmin edilməməsi də məhkəmənin qərarının düzgünlüyünü sual altına alır. Nəticə olaraq, şikayətçi, mülkiyyət və istifadə hüquqlarının pozulmasına qarşı kassasiya şikayəti təqdim edir.

22. Apellyasiya məhkəməsi zəbt olunmuş torpaq sahəsindən yalnız kompensasiya ödənilməklə çıxarılma qərarını qəbul etmişdir, lakin bu qərarın hüquqi əsaslandırılması mövcud deyil. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, özbaşına zəbt edilmiş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən geri qaytarılmalıdır. Bu hüquq normaları düzgün tətbiq edilmədiyi üçün apellyasiya məhkəməsinin qətnaməsi kobud qanun pozuntusuna yol vermişdir. Şikayətçi, bu qətnamənin ləğv olunmasını və birinci instansiya məhkəməsinin qərarının təmin edilməsini tələb edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

27. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

28. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

29. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şə hərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

30. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

31. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

32. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan is tifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasi ya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araş dırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və y a dəyişdirilməsi üçün əsas yoxdur.

43. İddiaçı1 kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

44. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif q ərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

45. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir k i, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-596/2025 nömrəli iş üzrə 10 fevral 2025-ci il tar ixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar