Məhkəmə qərarları › İş №2(102)-2434/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2434/2024

29.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2434/2024 29.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X1 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ, istifadə hüququnun saxlanılması üçün əsas) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2024-cü il tarixli, 2(103)1595/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Al i Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri, Xətai rayonu, A.Məmmədov küçəsində yerləşən 13 saylı evin ümumi sahəsi 58,0 kv.m. olan 2 otaqlı mənzil İddiaçı mülkiyyətindədir.

2. Cavabdeh İddiaçı övladıdır və həmin mənzildə qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsində yerləşən 13 saylı evin, 2 saylı mənzilə cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsində yerləşən 13 saylı evin, 2 saylı mənzili keçmiş “Lenin” adına toxuculuq kombinatı, indiki “Tağıyev” adına kombinatda işlədiyinə görə mənzil növbəsi əsasında əldə etmişdir. Mənzil onun adına qeydiyyatdan keçmişdir. Mənzildə özü, oğlu, gəlini, nəvəsi qeydiyyatda olmaqla yaşayırlar. Cavabdeh uzun illərdir, ən azı 25 ildən çox müddətdir ki, ailə həyatı quraraq bu mənzildən köçüb getmiş, mənzildə yaşamamış, onlarla birgə təsərrüfat aparmamış, kommunal xərclərin ödənilməsində iştirak etməmişdir.

5. Cavabdeh tərəf birinci instansiya məhkəməsinə iddiaya etiraz verərək qeyd etmişdir ki, hazırkı mənzil iddiaçıya 1987-ci ildən ailə tərkibi, yəni cavabdeh də nəzərə alınmaqla verilmişdir. Cavabdeh 2015-ci ilədək həmin mənzildə yaşamış, mənzilin kommunal xidmətlərindən istifadə etmiş, mənzilin arxa hissəsində istif adəsində olan mənzilə bitişik əlavə otaq tikdirərək həmin hissədə yaşamışdır. Sonradan kommunal xidmətləri ayıraraq mübahisəli mənzilə bitişik otağı müəyyən fasilələrlə kirayəyə vermişdir. Mənzilin özəlləşdirilməsinə dair sənədlərdən də göründüyü kimi, cavabdehin istifadə hüququna hazırkı tələblə xitam verilməsi əsassızdır.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(011)364/2023 nömrəli qətnaməsi ilə (hakim P.M.Zamanlı) iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin mənzildən istifadə hüququ saxlanıla bilməz. Belə ki, cavabdeh uzun müddətdir ki, (cavabdehin vəkili və nümayəndəsinin etirazda qeyd etdiyi məlumata görə 2015-ci il tarixdən) mənzildə yaşamamışdır. Bu cavabdehin istəyi ilə bağlı olmuşdur. Cavabdeh mənzildə qey diyyatda olsa da, uzun müddətdir orada yaşamamaqla və özünə başqa yaşayış yeri seçməklə, mübahisəli mənzildən istifadə hüququ ilə bağlı əlaqələrini kəsmişdir. Odur ki, onun uzun bir müddət ərzində, hətta 2015-ci il tarixdən sonra belə, mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar olmamışdır. Cavabdehin uzun müddət ərzində mənzildə yaşamaması və mənzillə bağlı bütün əlaqələrinin kəsilməsi isə onun qanunla müəyyən edilmiş müddətdən (6 aydan) sonra istifadə hüquqlarının itməsinə səbəb olmuşdur. Odur ki, mövcud olmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi də təmin edilə bilməz.

8. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçının Bakı şəhəri Xətai Rayonu Polis İdarəsinə qarşı cavabdehin (cavabdeh həmin iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir) mənzildən qeydiyyatdan çı xarılması barədə iddiası Bakı İnzibati Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli qərarı ilə təmin edilmişdir. Həmin qərarda İnzibati Məhkəmə qeyd etmişdir ki, iddiaçı mülkiyyətində olan mənzildən faktiki olaraq orada yaşamayan şəxsin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Qeydiyyatda olan şəxs (yəni cavabdeh) sözügedən mənzildə yaşamadığından, eləcə də onun həmin mənzildə istifadə hüququnun mövcudluğuna dair cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, həmin şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaması qanuna zidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilmişdir. Göstərilən iddia tələbi üzrə mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılarkən də cavabdehin mənzildə yaşamadığı və formal olaraq pasport qeydiyyatında olması müəyyən edilmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 60, 87, 123-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.2 və 217.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin digər əsaslarla təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2023-cü il tarixli, 2(103)-3768/2023 nömrəli qətnaməsi ilə (hakim S.X.Bəhrəmzadənin sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Həsənovdan və X.A.Mərdanovadan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(011)-364/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin olunmamışdır.

12. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarını düzgün tətbiq etsə də, işin mahiyyəti üzrə gəldiyi nəticə ilə razılaşmamışdır.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin sözügedən mənzilə istifadə hüquqlarının olduğu işin mübahisəsiz halıdır və bu səbəblə də iddia tələbi üzrə aydınlaşdırılmalı hal tətbiq edilən qanunvericilik normalarının tələbləri baxımından cavabdehin mövcud olan istifadə hüququnun itirilib-itirilməməsidir. Qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir; cavabdehin mübahisəli mənzildən daimi yaşamaq üçün getdiyi təkzib olunmaqdadır. Çünki işdəki sübutların məcmusu onun mənzili birdəfəlik tərk etdiyi, beləliklə də mənzilə dair hüquqlarının itirilməsinə (kompensasiya ödənilmədən) münasibətdə keçmiş Mə nzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olduğu qənaətinə gəlməyə əsas verməmişdir.

14. Cavabdeh tərəfindən təqdim olunmuş fotoşəkillərə əsasən, mübahisəli mənzilin arxa hissəsində ona bitişik otaq tikilmişdir. Həmin özbaşına tikilinin cavabdeh tərəfindən inşa olunduğunu, mübahisəli mənzilin divarına bitişik olduğunu tərəflərin heç biri mübahisələndirməmişdir. Bundan əlavə, iddiaçı cavabdehə qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, mübahisəli mənzilin divarına bitişik özbaşına tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsində iddiaçı özbaşına tikilinin cavabdehə məxsus olması və tərəfindən kirayə verildiyini qeyd etmişdir. Cavabdeh tərəf isə 2015-ci ildən etibarən həmin mənzilə bitişik inşa edil miş tikilidən istifadə etdiyini və hazırda orada yaşadığını bildirmişdir. Müəyyən vaxtlarda isə kirayəyə verməsini də cavabdeh bildirmişdir.

15. Göstərilənləri ümumiləşdirən apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh mübahisəli mənzillə bağlı əlaqələrini kəsməmiş, 2015-ci ildən etibarən mənzildə yaşamasa da, sözügedən mənzilə bitişik özbaşına tikilidən istifadə etməklə, yaxud kirayə verməklə həmin mənzillə bağlılığını itirməmişdir. Yəni, iddiaçının hər hansı bir müddət orada yaşamaması həmin mənzilə münasibətdə daimi olaraq oradan istifadə etməməsi və daimi əsaslarının getməsi anlamına gələ bilməz. Kirayə vermənin özü belə, həmin mənzilə olan hüquqlarının itməsinə səbəb olmur. Çünki belə halda müvəqqəti olaraq orada yaşayan şəxslərdən kirayə haqqını almaqla oradan gəlir əldə etməs i də mənzilə bağlılığının itməməsi anlamına gəlir. İddiaçı tərəfindən cavabdehə qarşı tikilinin sökülməsi barədə iddia qaldırması da ona dəlalət etmişdir ki, şəxs hazırda da orada yaşamış və həmin tikili bilavasitə istifadə hüququnun itirilmiş hesab edilməsi tələb edilən mənzilə bitişik olmaqla tərkib hissəsi olmuşdur.

16. Beləliklə, apellyasiya kollegiyası hesab etmişdir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ hazırda da mövcuddur və bu hüquqa yalnız müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

17. Apellyasiya instansiya məhkəməsi mövqeyini 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 60, 87, 123-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.2 və 385-ci maddələri, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərb aycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999cu il tarixli Qərarı ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

18. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2023-cü il tarixli, 2(102)-4346/2023 nömrəli qərarı ilə (hakim Z.B.Babayevin məruzəsi ilə, hakimlər Ə.G.Nurməmmədovdan və A.Q.Hüseynovdan ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2023-cü il tarixli, 2(103)-3768/2023 nömrəli qətnaməsi ləğv e dilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

20. Kassasiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbində göstərilən mənzil DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzilə bitişik inşa edilsə də, cavabdeh tərəfindən inşa edilmiş, 15 avqust 2009-cu il tarixdə tərtib edilmiş planda (i.v. 126) qeyd olunan ölçülərdən ibarət özbaşına tikili, DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınmış mənzilin tərkib hissəsinə daxil edilməmişdir.

21. Apellyasiya instansiya məhkəməsi isə mübahisəli mənzilin çoxmənzilli binada yerləşib-yerləşməməsini, mənzillə özbaşına tikilinin g iriş-çıxış yolunun eyni olubolmamasını, kommunal xidmətlərin eyni, yoxsa fərqli hesablar üzrə göstərilməsi və ödənilməsini, özbaşına tikiliyə aid hər hansı ünvanın olub-olmamasını, özbaşına tikilinin müstəqil olmaqla mübahisəli mənzildən asılılığının olub-olmamasını, özbaşına tikilinin dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən mənzildən ayrıla bilməsini, habelə özbaşına tikilinin kimə məxsus torpaq sahəsində inşa edilməsini və mənzillə özbaşına tikilinin hər hansı başqa bağlılığının olub-olmamasını araşdırmadan, bu məqsədlə mübahisəli mənzilə yerində baxış keçirmədən, zəruri biliyin tələb edildiyi müvafiq ekspertizanın keçirilməsini təmin etmədən, cavabdehin istifadəsində olan özbaşına tikilinin mübahisəli mənzilə bitişik olmaqla tərkib hissəsi olması, belə olan halda, cavabdehin mü bahisəli mənzilə istifadə hüququnun hazırda da mövcud olması barədə nəticəyə gəlmişdir.

22. Kassasiya kollegiyası hesab etmişdir ki, qeyd olunan halları araşdırmadan apellyasiya instansiya məhkəməsi tərəfindən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış özbaşına tikilinin yalnız mübahisəli mənzilə bitişik olması nəzərə alınmaqla, həmin mənzilin tərkib hissəsi kimi qəbul edilməsi barədə nəticə əsassızdır.

23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Cavabdeh iddianın verildiyi vaxtdan 25 il əvvəl (təxminən 1997-ci ildə) ailə quraraq mübahisəli mənzildən çıxıb başqa ünvana köçmüş, cavabdehin özünün dediyinə görə isə 2015-ci ilədək həmin mənzilə bitişik inşa etdirdiyi özbaşına tikilidə yaşamış, həmin tarixdən sonra isə özbaşına tikilini kirayəyə verərək oradan da çıxıb b aşqa ünvana köçmüşdür. Qeyd olunmalıdır ki, bu halda əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstərib-göstərmədiyidir. Təbii ki, cavabdeh (təxminən 1997-ci ildə) ailə qurarkən möhkəm təməllərə əsaslanan daimi nikah münasibətlərində olmaq niyyətində olmuş və mübahisəli mənzildən könüllü şəkildə çıxaraq, yeni ailəsi ilə daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getmişdir. Ailə qurmuş Cavabdeh (təxminən 1997-ci ildən) əvvəllər yaşadığı mübahisəli mənzili tərk edib, könüllü olaraq müəyyən edildiyindən artıq müddətə başqa yerə gedərək orada uzun müddət ərzində yaşaması ilə bağlı hallar apellyasiya instansiya məhkəməsi tərəfind ən düzgün qiymətləndirilməmiş, bu halın sonuncunun başqa yerdə daimi yaşayış yerinin olmasına dəlalət edən hal olub-olmamasına heç bir münasibət bildirilməmişdir. Cavabdehin 2015-ci ilədək həmin mənzilə bitişik inşa etdirdiyi, hazırkı vəziyyətdə mübahisəli mənzilə heç bir aidiyyəti olmadığı görünən özbaşına tikilidə yaşaması və daha sonra həmin özbaşına tikilini də tərk etməsi ilə halların, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun hazırda da mövcud olması kimi qiymətləndirilməsi barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır.

24. Bundan başqa, cavabdeh 2015-ci ilədək həmin mənzilə bitişik inşa etdirdiyi özbaşına tikilidə yaşamasını, həmin tarixdən sonra isə özbaşına tikilini kirayəyə verərək oradan da çıxıb başqa ünvana köçməsini qeyd etsə də, özbaşına tikilid ə yaşadığı halda onun mübahisəli mənzillə davamlı əlaqələrinin nə şəkildə olması apellyasiya instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır.

25. Kassasiya kollegiyası hesab etmişdir ki, cavabdehin mənzilə dair hüququna münasibətdə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinin müddəalarının tətbiq edilməli olması əsaslıdır. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2024-ci il tarixli, 2(103)-1595/2024 nömrəli qətnaməsi ilə (hakim G.T.Axundovanın sədrliyi və məruzəsi ilə, hakimlər C.C.Musayevadan və F.F.Babayevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(011)364/2023 nömrəli qətnaməsi dəyi şdirilmədən saxlanılmışdır.

27. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş, 15 avqust 2009-cu il tarixdə tərtib edilmiş planda (i.v.126-127) qeyd olunan ölçülərdən ibarət özbaşına tikili, iddiaçının mülkiyyətindən olan mənzilə bitişik inşa edilsə də DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınmış mənzilin tərkib hissəsinə daxil edilməmişdir.

28. Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən apellyasiya məhkəməsi göstərmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş, 15 avqust 2009-cu il tarixdə tərtib edilmiş planda (i.v. 126) qeyd olunan ölçülərdən ibarət özbaşına tikili, DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində iddiaçının adına mülki yyət hüququ ilə qeydə alınmış mənzilin tərkib hissəsinə daxil edilməmişdir.

29. Kassasiya instansiya məhkəməsinin göstərişinə əsasən araşdırma nəticəsində əldə edilmiş 133 saylı mənzil kommunal istismar sahəsinin xx.xx.2024-cü il tarixli arayışından müəyyən olunmuşdur ki, Xətai rayonu, Altay Məmmədov küçəsi, 13 saylı evin 2 saylı mənzil ilə Cavabdeh məxsus Altay Məmmədov küçəsi ev 13a ünvanı kimi tanınan özbaşına tikilinin hər birinə aid kommunal xidmətlərlə bağlı sayğacları ayrı-ayrılıqda quraşdırılmışdır. Altay Məmmədov küçəsi, 13 saylı evin 2 saylı mənzilinə aid kommunal ödənişlər (mənzil fondunun saxlanılması və məişət tullantılarının daşınması üçün) İddiaçı tərəfindən ödənilir.

30. O cümlədən, tərəflərin nümayəndə və vəkillərinin iştirakı ilə şəkillərə baxış keçirilmiş və müəyyən olun muşdur ki, cavabdehin istifadəsində olan özbaşına tikilinin girişçıxışı ayrıdır. Mənzillərə ayrı-ayrılıqda sayğaclar quraşdırılmışdır.

31. Apellyasiya kollegiyası həmçinin qeyd etmişdir ki, Cavabdeh iddianın verildiyi vaxtdan 25 il əvvəl (təxminən 1997-ci ildə) ailə quraraq mübahisəli mənzildən daimi əsaslarla çıxıb getmişdir. Cavabdeh 2015-ci ilədək həmin mənzilə bitişik inşa etdirdiyi özbaşına tikilidə yaşamasını bildirsə də, həmin özbaşına tikilinin iddiaçının mülkiyyətində olan mənzilə hər hansı bağlılığı müəyyən edilməmişdir. Habelə, cavabdeh onu da qeyd etmişdir ki, 2015-ci ildən sonra özbaşına tikilini kirayəyə verərək oradan da çıxıb başqa ünvana köçmüşdür.

32. Məhkəmə kollegiyası qeyd olunanları onunla əsaslandırmışdır ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

33. Apellyasiya məhkəməsi həmin mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 23-cü, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54, 60, 87-ci, Mülki Məcəllənin 139.1, 152, 157.2, 157.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

34. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2024-cü il tarixli, 2(103)-159 5/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54, 123-cü, Mülki Prosessual Məcəllənin 2.2, 88, 217, 218, 372.1, 386, 387, 420-ci maddələrinin pozulması ilə qəbul edilmişdir. Belə ki, mübahisəli mənzil üzrə iddiaçının xüsusi mülkiyyət hüququ 26 iyul 2013-cü ildə qeydə alınmış, mənzil özəlləşdirilərkən mülkiyyətçinin ailə üzvlərinin, o cümlədən cavabdehin razılığı alınmışdır. Yəni, cavabdeh mənzildən istifadə hüququ əldə etmişdir. Cavabdeh 2015-ci ilədək həmin mənzildə yaşamış, iddiaçının razılığı ilə mənzilə bitişik otaq tikdirmişdir. Həmin mənzili ki rayə versə belə, cavabdehin mənzillə əlaqəsi kəsilməmişdir. Cavabdehin müəyyən müddət həmin mənzildə yaşamaması onun istifadə hüququnun itirilməsi kimi qiymətləndirilə bilməz. Cavabdeh mübahisəli mənzillə bağlı əlaqələrini kəsməmiş, 2015-ci ildən etibarən mənzildə yaşamasa da, sözügedən mənzilə bitişik özbaşına tikilidən istifadə etməklə, yaxud kirayə verməklə həmin mənzillə bağlılığını itirməmişdir. Yəni, iddiaçının hər hansı bir müddət orada yaşamaması həmin mənzilə münasibətdə daimi olaraq oradan istifadə etməməsi və daimi əsasları getməsi anlamına gələ bilməz. Kirayə vermənin özü belə həmin mənzilə olan hüquqlarının itməsinə səbəb olmur. Cavabdeh mübahisəli mənzildə qeydiyyatdadır, başqa yaşayış yeri yoxdur. Həm mübahisəli mənzil, həm də ona bitişik olan otaq eyni ünvanda yerləşməklə, ümumi mənzil hesab olunur.

36. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

37. İddiaçı tərəf kassasiya şikayətinə etiraz verməsə də, məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə qərarının cavabdehin qeydiyyatdan çıxarılması üçün əsas olması barədə qeyd edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri:

38. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurə tindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

39. Hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

40. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mü lkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

41. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin üçüncü və dördüncü hissələrinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onun la ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu Məcəllənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara ve rilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarıl malıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmi n etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 42 0-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.

45. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzil iddiaçının istifadəsinə verilərkən, habelə sonuncu tərəfindən özəlləşdirilməklə, üzərində mülkiyyət hüququ tanınarkən qüvvədə olmuş maddi hüquq normasının tələblərinə uyğun olaraq cavabdehin ondan istifadə hüququnun yaranması işin mübahisəsiz halıdır.

46. Hazırda tərəflərin mübahisələndirdikləri məsələ cavabdehin bu mənzildən uzun müddət ərzində istifadə etməməsi nəticəsində onun istifadə hüququnun saxlanılıb-saxlanılmamasıdır.

47. Apellyasiya məhkəməsi işin bu halına kassasiya məhkəməsinin göstərişlərinə uyğun hüquqi qiymət verərkən müəyyən etmişdir ki, cavabdeh uzun müddət (öz etirafı əsasında azı 2015ci ildən) mübahisəli mənzildən istifadə etmir. Bu mənzilin yanında inşa olunan və cavabdehin istifadəsində olan (onun tərəfindən kirayə verilən) özbaşına tikili isə müstəqil yaşayış sahəsi olmaqla, iddiaçının mülkiyyətində olan mənzilə bağlılığı yoxdur.

48. Belə olan halda isə, apellyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh iddiaçının mənzilindən istifadə hüququnu 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə əsasən itirmişdir.

49. İddiaçının kassasiya məhkəməsinə ünvanladığı ərizəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddiasını rədd edən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermədiyindən və hazırkı kassasiya icraatının hədlərini cavabdehin kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsi təşkil etdiyindən, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən isə maddi və ya prosessual hüquq normaların pozulması müəyyən edilmədiyindən, məhkəmə qərarında hər hansı qeydin edilməsinə dair ərizə təmin olunmamalıdır.

50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin ed ilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2024-cü il tarixli, 2(103)-1595/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar