Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2434/2025 12.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1807/2025 nömrəli 7 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 12 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdehlər iddiaçının əmisinin uşaqlarıdır.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4220/2010 nömrəli qətnaməsi ilə iddiaçı X7 cavabdehlər Cavabdeh1, X10 və X13 qarşı payın müəyyən edilməsinə dair ilk iddiasının və mübahisə predmeti barəsində müstəqil tələblər irəli surən üçüncü şəxslər İddiaçı, X5 X2 və X3 cavabdehlər Cavabdeh1, X10 və X13 qarşı payların müəyyən edilməsinə dair iddiasının təmin olunması, miras əmlakı olan Bakı şəhəri, Ramana qəsəbəsi, V.Vəliyev küçəsindəki 25 saylı evinə dair X7, İddiaçı, X5, X2 və X3 hər birinin payı 1/15 (on beşdə bir) hissədə müəyyən edilməsi, qarşılıqlı iddiaçılar Cavabdeh1 oğlunun və X8 qarşılıqlı iddia üzrə cavabdehlər X11, X13 və üçünçü şəxs Sabunçu rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat şöbəsinə qarşı pasport qeydiyyatının ləğv olunmasına dair iddia rədd olunması qət edilmişdir.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1071/2013 nömrəli 27 mart 2013-cü il tarixli qətnaməsinə əsasən, ərizə təmin edilərək X1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mülkün 5/15 hissəsinin vərəsəsi olan X6 payına düşən miras qalmış hissəsinin X15 tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması qət edilmişdir. 4. 30 yanvar 2015-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsi, 25 saylı evində tərəflərin vəsaiti hesabına aşağidaki qaydada bölğü işləri aparılması, “A” literli yaşayış evinin 2,4 və 5 saylı tikililər ayrı-ayrılıqda, arakəsmələr vasitəsi ilə iki bərabər hissəyə bölünməsi, bölünmüş hissələrə pəncərələr yerində keçid və fasad divarları üzərində giriş-çıxış qapılarının açılması, 5 saylı tikilinin bölünmüş hissəsi ilə 6 saylı tikili arasındaki, eləcədə 7 saylı tikilinin bölünmüş hissəsi ilə 8 saylı tikili arasındaki mövcud keçid qapıları bağlanması müəyyən olunmuşdur.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-921/2017 nömrəli,17 aprel 2017-ci il tarixli qətnaməsi ilə, miras əmlak olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsi 25 saylı evə Cavabdeh1 vərəsəlik hüququnun tanınması üçün buraxılmış müddət bərpa edilməklə Cavabdeh1 həmin miras əmlaka vərəsəlik hüququ tanınması və vərəsəlik payı 5/15 hissədə müəyyin edilməsi, iddiaçılar X14 və X4 tələblərinin rədd olunması qət edilmişdir.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2929/20 17 nömrəli 5 dekabr 2017-ci il tarixli qətnaməsi ilə, X9, X16, X7 paylı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsində yerləşən, 0,2028 ha torpaq sahəsinin onlara düşən 5/15 hissəsinin sərhədləri müəyyən edilməklə naturada bölgü aparılması qət edilmiş, bölgünun Məhkəmə Ekspertiza mərkəzinin 14233 nömrəli, xx.xx.2017-ci il tarixli rəyinə əlavə olunmuş plan-sxemə uyğun aşağıdaki qaydad olması müəyyən edilmişdir: Tərəflərin mülkiyyətində olan 0,2028 ha torpaq sahəsində yerləşən və yol istiqamətindən daxil olan giriş-çıxış qapısından 31,8 metr sola doğru, sonra isə həmin nöqtədən 7 saylı tikilinin arxa divarından həmin tikiliyə paralel 3 metr perpendikulyar 3 metr düz xəttlə birləşdirilsin, bundan sonra 7 və 6 saylı tikililərin sağ divarı boyunca düz xə ttlə qonşunun divarına qədər birləşdirilsin.
7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1965/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarına əsasən, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin apellyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 may 2019- cu il tarixli, 2-1(82)-137/2019 nömrəli qərarının qismən ləğv edilməsi, iddia tələbi “xx.xx.2017- ci il tarixli, **********96-10301 reyestr nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsində yerləşən 25 nömrəli evin Texniki Pasportunda göstərilməyən mətbəxinin rəsmi olaraq Texniki Pasportda salınması ilə ona yeni Texniki Pasportun verilməsi vəzifəsinin Azərbayca n Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” hissəsində rədd edilməsi, qərarın qalan – xx.xx.2017-ci il tarixli, **********96-10301 reyestr nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsində yerləşən 25 nömrəli evin Texniki pasportunda ona aid olan “A” Tikilisinin planı olan səhifəsində yalnış olaraq 13,6 kimi rəsmi qeyd edilən, lakin faktiki olaraq olmayan otaqların Texniki pasportundan çıxarılaraq ona yeni texniki pasportun verilməsi vəzifəsinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, 100 (yüz) manat ekspertiza tədqiqatının dəyərinin cavabdeh Əmlak Məsələləri Dövlə t Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq, dövlət büdcəsinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)1425/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ilə həmin qərar dəyişdirilmədən saxlanılmışdır.
8. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsi, ev 25C (Yeni qaydalarla: ünvan 2) ümumi sahəsi 85,6 kv metr fərdi yaşayış evi və 0,0685 ha torpaq sahəsi İddiaçıın, həmin ünvanda yerləşən fərdi yaşayış evinin 5/15 hissəsi Cavabdeh1, fərdi yaşayış evinin A tikilində 1 otaq 20,9 kv metr, B tikilisi mülkiyyətsə 0,01695 + 0,05872 = 0,07567 ha torpaq sahəsi, əlavə tikilisi St.a = 35,1 + 19,4 =54,5 kv metr Cavabdeh1, fər di yaşayış evinin A tikilində 4 otaq 63,8 kv metr y/s, K/s = 44,6 kv metr, ümumi sahəsi 108,4 kv metr olan A tikili hissəsi (22,8 kv metr sökülüb) mülkiyyətdə 0,0685 ha torpaq sahəsi, əlavə tikilisi St.a = 35,1 kv metr İddiaçı mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Suliddin qızının ünvan 2 ünvanında yerləşən 85,6 kv metr fərdi yaşayış evindən və 0,0685 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər 2023-cü ilin may ayından mülkiyyətində olan torpaq sahəsinə və evə girmişlər. Sah əsi 85,6 kv metr olan ev onun xüsusi mülkiyyətindədir. Cavabdehlər qapının qıfılını dəyişmiş, onu içəri buraxmırlar. Bu barədə aidiyyətı üzrə təhqiqat orqanına şikayət edilsə də, mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2013- cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, həmin şəxslər onun evinə qeyri-qanuni qeydiyyata düşmüşlər və həmin mənzildə də qeyri-qanuni olaraq yaşayırlar.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək, mübahisəli torpaq sahəsinin babalarından qaldığını, sonradan beş vərəsə arasında bölündüyünü, İddiaçı məxsus tikili və torpaq sahələri ilə bağlı məhkəmə qətnamələri olduğunu, həmin qətnamə və iş materiallarında olan texniki pasporta əsasən mübahisəli sahənin iddiaçıya heç bir aidiyy əti olmadığını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 digər cavabdeh olan Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək, tələbin təmin edilməməsini xahiş etmişdir
13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 6 dekabr 2024-cü il tarixli 2(008)866/2024 nömrəli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Suliddin qızı Bakı şəhər, Sabunçu rayon, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsi, ev 25C, yeni qaydalarla ünvan 3 ünvanında yerləşən 85,6 kv metr fərdi yaşayış evindən və 0,0685 ha torpaq sahəsindən çıxarılmaları qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan fərdi yaşayış evindən və 0,0685 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına mülkiyyət hüququ ilə rəsmiləşdirilmiş və bu barədə iddiaçıya xx.xx.2018-ci il tarixli çıxarış verilmiş, həmin torpaq sahəsi və tikili üzərində iddiaçı mülkiyyət hüququnu tam həcmdə (sahiblik, istifadə və sərəncam hüquqları) əldə etmişdir. Cavabdehlərin həmin torpaq sahəsinə hər hansı bir hüququ yaranmadan və mülkiyyətçinin razılığı olmadan yaşaması iddiaçının qanunvericilikdə təsbit olunmuş hüquqlarını və qanuni mənafelərini pozmuşdur. İddiaçı cavabdehlərin mülkiyyət hüququ əsasında ona məxsus mənzil və torpaq sahəsini tərk etməsini tələb etməsi qanuni və əsaslı olduğundan təmin edilməlidir.
15. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 152.1, 152.2, 152.3, 152.4, 152.5 və 157.2-ci maddələri, Mülki Prossesual M əcəllənin 14.2, 77.1, 88 və 217-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qət etdiyi qətnamə qeyri-obyektiv olmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar tam araşdırılmamış, habelə məhkəmə qərarında göstərilmiş nəticə işin faktiki hallarına uyğun olmamış, işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə işdə olan, o cümlədən iddiaçıların təqdim etdiyi sübutları düzgün qiymətləndirməmiş, bu səbəbdən də gəldiyi nəticə məhkəmə iclasında araşdırılmış sübutlarla tam təkzib edilir ki, bu da nəticənin qanunsuz və əsassız hesab edilməsi üçün kifayətdir.
18. Apellyasiya şikayətində daha sonra qeyd edilmişdir ki, rayon məhkəməsinin 7 may 2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, 10 iyun 2024-cü il tarixdə məhkəməyə daxil olmuş ekspert Xəyyam İsgəndərovun 10 iyun 2024-cü iltarixli, 3-16- 16/2-10/4155 nömrəli vəsatətinə əsasən ekspertizanın aparılması üçün tədqiqat obyektinə baxış keçirilməsinə 15 avqust 2024-cü il tarixdə, saat 16:00-a təyin edilmişdir. Lakin İddiaçı icazə verməmişdir ki, ekspertiza keçirilsin. Məhkəməyə sədrlik edən hakim ekspertin nəticəsi barədə qətnamədə heç bir şey göstərməmişdir. İşin halları və təqdim edilmiş sübutlara məhkəmə tərəfindən qiymət verilərkən, iş tam və hərtərəfli araşdırlmamış, onun maraqlarıma toxunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Belə ki, mübahisəli mənzillə bağlı tərəf kimi İddiaçı olmasına baxmayaraq, həmin yaşayış sahəsində o və ailə üzvləri yaşamışdır və hazırda da orada yaşayırlar. İddiaçı qanunsuz çıxarış almış, məhkəmə ekspertizasının keçirilməsinə maneə yaratmış və məhkəmə tikintitexniki ekspertizası mənzilə və həyətyanı sahəyə baxış keçirməmişdir. İş üzrə təqdim edilmiş sübutlarla yanaşı mübahisəli mənzilin bölgüsü araşdırılmış olsaydı və mənzilə baxış keçirilsəydi görünərdi ki, verilən evin iki otağı bir ünvana, o biri otağı isə başqa ünvana düşür. İddiaçı iddiası təmin oluna bilməzdi. Ona görə də məhkəmənin qətnaməsi qanunsuz və əsassız olmuş, məhkəmə qətnaməsi qəbul edilərkən, maddi və prosessual hüququ normalarının pozulmasına yol verilmişdir.
19. Apellyasiya icraatı zamanı keçirilən məhkəmə iclasında tərəflərin iştirakı ilə bölgü sxemi (cild 1, iş v. 119) üzərində cavabdehlərin yaşadığı yer onların öz izahatı əsasında müəyyən edilmişdir. Cavabdehlər bölgü sxemində iddiaçının mülkiyyəti kimi qeydə alınmış yeri göstərərək orada yaşadıqlarını bildirmiş və bu izahatın video-audio yazısı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə həyata keçirilmişdir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1807/2025 nömrəli, 7 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi rayon məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehlər iddiaçının mülkiyyəti kimi qeydə alınmış əmlaka sahiblik etdiklərini məhkəmə iclasında etiraf etmişlər. MPM-in 106.3-cü maddəsinə istinadən, iddiaçı cavabdehlərin onun mülkiyyətində olan əmlaka sahiblik etdiklərini sübut etmə vəzifəsində azaddır.
22. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehlər iddiaçının əmlakına onlar tərəfindən həyata keçirilən sahibliyin qanuni olduğunu təsdiq edən sübut təqdim edə bilməmişlər. Həmin əmlak üzərində iddiaçının mülkiyyət hüququ reyestrdə qeydə alınmışdır. Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməmişdir.
23. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152, 157.2 və 157.4-cü, MPM-in 14.1, 77.1, 81, 88, 217.3, 384.0.2, 385.1 və 386-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh1 (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və mülki işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və onunla əsaslandırılmışdır ki, cavabdehlərə təqdim olunan “Bölgü sxemi”ni özlərinin məlumatı olmadan və həmin sxemdə heç bir hissəyə imza atmadan təqdim etmişlər. Bu halda cavabdehlərin hüquqları pozulur, lakin birinci və apellyasiya instansiya məhkəməsi heç biri bu hissədə buraxılan boşluğa qiymət verməmişdir. Hazırda Bakı İnzibati Məhkəməsinə mülki iş üzrə cavabdeh inzibati iş üzrə iddiaçı Cavabdeh1 iddia ərizəsi ilə müraciət etdiyinə görə 18 mart 2025-ci il tarixli, 2(103)-1807/2025 saylı qətnaməsi ləğv edilməli, yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmədir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
27. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiy i hallar istisna olmaqla, həqiqi hesab edilir.
28. Maddə
152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Mə hkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamas ına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı ona aid hissədə yoxlanılır. Kas sasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Cavabdeh1 kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyas iya instansiyası məhkəməsi tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
43. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrində n aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
44. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxıl arkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1807/2025 nömrəli iş üzrə 7 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.