Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2435/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Nügeddin oğluna qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - MPM 405.0.1, 408.1.4, kassasiya şikayətinin prosessual müddət ötürülməklə verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi), Şamayev Elşad Yaquboviç, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 08 fevral tarixli, 2(105)-29/2023 nömrəli qətnaməsindən Cavabdeh Nügeddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdak ı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Nügeddin oğlu tərəfindən qeyri-qanuni şəkildə tutulmuş, xüsusi mülkiyyət hüququ üzrə ona və ailəsinə məxsus olan Qusar rayonu Piral kəndində yerləşən 2,56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən buraxılması, torpaq sahəsinin onun və ailə üzvlərinin qanuni sahibliyinə və istifadəsinə qaytarılması, Cavabdeh x tərəfindən inşa edilmiş evin və digər tikililərin cavabdehin hesabına sökülməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Qusar Rayon Məhkəməsinin (hakim X2) 2020-ci il 09 iyul tarixli, 2(029)xxx/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi qət edilmişdir.
3. Sumqayıt Apellyasiya Mə hkəməsinin (sədrlik edən hakim Lalə Rəhimli, hakimlər Ayaz Mahmudov və Lətifə Məmmədova) 2023-cü il 08 fevral tarixli, 2(105)-xx/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
4. Həmin qətnamədən Cavabdeh Nügeddin oğlu kassasiya şikayəti vermiş və kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
5. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
6. Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.
7. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
8. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
9. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkə mə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
10. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
11. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
12. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa.
13. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 405.0.1-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq müddət ötürülməklə verilmişdir.
15. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2023-cü il 15 fevral tarixdə cavabdehin nümayəndəsi və Və kil1 (order və etibarnamə i.v. 54, 67) “Elektron Məhkəmə” informasiya sistemində olan elektron kabinetinə yerləşdirilmişdir.Həmin nümayəndə və vəkilin elektron kabinetdə təsdiqlənmiş elektron ünvanı da mövcud olmuş və Cavabdeh Nügəddin oğlunun adından işin həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsinə səlahiyyətli olmuşdur.Azərbaycan Respublikasının MPM-in 135.5 və 135.6-cı maddələrinin tələbinə müvafiq olaraq da məhkəmə qətnaməsi rəsmi qaydada çatdırılmışdır.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 15 fevral 2023-cü il tarixində nümayəndə, Vəkil1 rəsmi qaydada verildiyinə görə, nümayəndəsi olduğu Cavabdeh Nügəddin oğluna da rəsmi qaydada verilmiş hesab olunur. Hazırkı kassasiya şikayəti isə MPM-in 405.0.1-ci maddəsi ilə müəyyən olunmuş müddət pozulmaqla, 2023cü il 19 aprel tarixdə verilmiş və buraxılmış prosessual müddətin bərpası ilə bağlı vəsatətlə məhkəməyə müraciət olunmamışdır.
16. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi müəyyən edilmiş müddət ötürülməklə verilmiş kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir.
17. Odur ki, kassasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyindən icraata qəbul edilə bilməz. MPM-in 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
18. Şərh olunanlara əsasən və MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 08 fevral tarixli, 2(105)-xx/2023 nömrəli qətnaməsindən Cavabdeh x tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.