Məhkəmə qərarları › İş №2(102)-2437/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2437/2019

03.04.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2437/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman xxxx oğlu və X5 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.10.2018-ci il tarixli 2(103)11855/2018 saylı qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 02 avqust 2016-cı il tarixli qətnaməsi ilə (hakim E.C.Kazımov, iş № 2(008)-5976/2016) İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddiası təmin edilərək ünvan 1 ünvanı, Binəqədi-Pirşağı Şossesi-25 olan (Pirşağı - sovxoz) ərazisində yerləşən 0,4291 ha torpaq sahəsinə İddiaçı istifadə hüququ tanınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Eyvazov, S.F.Hacıyev və F.Ş.Talışinski) üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyəti, X2, X10 və X3 apellyasiya şikayətləri təmin edilərək Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 02 avqust 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. İşin halları: İddiaçı 22 avqust 1992-ci il tarixdə dövlət qeydiyyatına alınmaql a bu barədə müəssisənin adına verilmiş Dövlət Reyestrindən Çıxarışda hüquqi ünvanı ünvan 3i göstərilmişdir. 04 aprel 2014-cü il tarixdə İddiaçı Kiçik X1, X7, X6 və X4 təsisçiliyi ilə yenidən dövlət qeydiyyatına alınmışdır. 2016-cı ilin aprel ayında İddiaçı nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kiçik müəssisənin yarandığı tarixdən onun təsisçiləri olan Rafiq xxxx və Mail İsmayılovların ayrı-ayrılıqda 2 №-li sovxozun direktoru ilə podrat müqaviləsi bağlamalarını və həmin müqaviləyə əsasən onların hər birinə 5,5 ha torpaq sahəsinin ayrılmasını, sonra isə podrat müqaviləsinin ləğv edilərək sovxoz rəhbərliyi ilə müəssisə arasında 26 sentyabr 1992-ci il tarixdə akt tərtib olunmasını, 2002-ci ildə müqavilənin müddəti başa çatdıqdan sonra sovxozun ləğv edilməsi ilə əlaqədar yeni müqavilənin bağlanmasının mümkün olmamasını, 2004-cü ildən həmin torpaq sahəsinə qaçqınların məskunlaşaraq orada özbaşına tikililər inşa etdirmələrini, həmin torpaq sahəsinin faktiki olaraq İddiaçınə məxsus olmasını əsas göstərməklə göstərilən torpaq sahəsinə müəssisənin istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dxxxxlləri: İş üzrə iddiaçı kassasiya şikayəti verərək mübahisxxxx torpaq sahəsinin 2 №-li sovxozun rəhbərliyi tərəfindən müəssisənin istifadəsinə verilməsini və belə vəziyyətdə iddianın rədd edilməsinin qanunsuz olmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həm çinin iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin d xxxxllərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin müəyyən olunmuş hallarından görünür ki, mübahisxxxx torpaq sahəsi 2008-ci ilə qədər Abşeron rayonunun 2 №-li sovxozunun istifadəsində olmuş və hazırda Bakı şəhər İcra Hakimiyyətinə məxsus olmaqla dövlətin mülkiyyətindədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq i cra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdxxxxklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahəl ərinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Mübahisxxxx torpaq sahəsi qanunun tələblərinə müvafiq olaraq iddiaçının istifadəsinə verilmədiyindən apellyasiya instansiyası məhkəməsi tələbin əsassız olması barədə nəticəyə gələrək iddianı rədd etmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşaraq hesab edir ki, iddiaçı və 2 №-li sovxozun baş aqronomunun iştirakı ilə tərtib olunmuş akt və podrat müqaviləsi iddianın təmin edilməsi üçün əsas verməmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığından kassasiya şikayətlərinin dxxxxlləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 23 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar