Məhkəmə qərarları › İş №2(102)-2437/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2437/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2437/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2437/21 (Açar sözlər: borcun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili Nümayəndə, Cavabdeh: Cavabdeh və vəkili Vəkil iştirakları ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli, 2(103)-6975/2020 saylı qətnaməsindən Cavabdeh kasasiya şikayəti üzrə işə 24 may 2021-ci il tarix də Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, sonuncudan 27.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim E.Ə.Mehdiyev) iddia qismən təmin edilərək, cavabdehdən 24.800 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, cavabdeh 05 sentyabr 2017-ci il tarixdə iddiaçıdan 40.000 manat dəyərində qızıl-zinət əşyaları şəklində borc alıb. 04 oktyabr 2017-ci il tarixdə tərəflər arasında iddiaçının cavabdehə 05 sentyabr 2017-ci il tarixdə 40.000 manat dəyərində qızıl-zinət əşyaları şəklində borc verməsi və sonuncunun 30 iyul 2019-cu il tarixədək 40.000 manat dəyərində qızıl-zinət əşyaları şəklində borcunun olduğunu etiraf edib. Cavabdeh həmin borc məbləğindən iddiaçıya 15.200 manat pul qaytarıb və onun iddiaçıya ödənilməmiş 24.800 manat borcu qalıb. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 390.1, 425.1, 442, 882.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edi b. Cavabdeh apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edilərək, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.S.Səmədov sədrlik edən, məruzəçi, İ.S.Şirinov və E.C.Kazımov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qətnaməsi cavabdehdən 24.800 manat pulun tutulub iddiaçıya ödənilməsi hissəsində dəyişdirilərək, cavabdehdən 12.254 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. İddiaçı apelyasiya şikayəti verərək iş üzrə apelyasiy a instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Cavabdeh apelyasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilib, həmin hissədə də iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarı ilə (hakimlər Z.Ə.Əliyev sədrlik edən, məruzəçi, G.A.Quliyev və İ.R.Xələfov) iddiaçının kasasiya şikayəti tam, cavabdehin kasasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov sədrlik edən, məruzəçi, X.A.Mərdanova və F.F.Babayev) iddiaçının apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilib, həmin hissədə iddia təmin edilərək, cavabdehdən 27.000 manat pulun tutulub iddiaçıya ödənilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən, cavabdehin apelyasiya şikayətinin təmin edilmədən saxlanılması qət edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı tam təmin etməməklə hüququn tətbiq edilməsində səhvə yol verib, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmayıb. Müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlib. Belə ki, iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasını mülki qanunvericiliyin “borcun etirafı müqaviləsi” ilə bağlı müddəaları təşkil edir. Belə bir müqavilənin bağlanmasını inkar etməyən cavabdeh isə həmin müqaviləyə əsasən borclu olduğunu etiraf etdiyi borcun hansı məbləğdə hissəsini qaytardığını sübuta yetirməyə borcludur. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhd əliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İş materiallarındakı qəbzlərdən aydın olur ki, cavabdeh iddiaçıya borclu olduğunu etiraf etdiyi məbləğdən cəmi 13 000 manatını qaytarıb. Belə olan halda cavabdehdən iddiaçının xeyrinə 27 000 manat pul tutulmalıdır. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 442, 882.1, 882.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində ikinci icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh kasasiya şikayəti verərək iş üzrə apel yasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh və vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı vəkili Nümayəndə məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaç ı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və y a öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə isə, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddə n irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhk əməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya insta nsiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozma sını, iddianın təmin olunması üçün əsasların olmamasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə 05 sentyabr 2017-ci il tarixdə 40 000 manat dəyərində qızıl-zinət əşyaları verdiyini, 04 oktyabr 2017-ci il tarixli “borcun etirafı haqqında” müqaviləyə əsasən cavabdehin 40 000 manat dəyərində qızıl-zinət əşyaları şəklində borcunun olduğunu etiraf etdiyini və 40 000 manatı 30 iyul 2019-cu il tarixinədək qaytarmağı öhdəsinə götürdüyünü, həmin məbləğdən 13 000 manatını qaytarsa da, qalan 27 000 manatı qaytarmadığını bildirib. Buna görə də cavabdehdən 27 000 manat məbləğində bo rcun və xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsi iddiaçının apelyasiya şikayətinin dəlillərini əsaslı sayıb, işə əlavə edilmiş sübutları araşdırıb, cavabdehin kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı tam təmin etməməklə hüququn tətbiq edilməsində səhvə yol verib, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları tam aydınlaşdırmayıb. İşin yuxarıda müəyyən edilmiş faktlarından tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlib. Belə ki, birinci instansiya məhkəməsi hüquq normalarını ətraflı təfsir etməməklə buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu, sübutlara necə qiymət verilməli olmasını dəqiq, ay dın və inandırıcı formada izah etməyib. İddiaçı hazırki tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “borcun etirafı müqaviləsi”ni tənzimləyən normalara istinad edib. Belə bir müqavilənin mövcudluğunu inkar etməyən cavabdeh isə həmin müqaviləyə əsasən borclu olduğunu etiraf etdiyi borcun hansı məbləğdə hissəsini qaytardığını sübuta yetirməyə borcludur. Mülki Məcəllənin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üç ün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə isə, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış “borcun etirafı haqqında” müqavilinin şərtlərini işə əlavə edilmiş digər sübutlarla, o cümlədən yazılı qəbzlərlə müqayisəli şəkildə təhlil edib haqlı olaraq qeyd etmişdir ki, cavabdeh iddiaçıya borclu olduğunu etiraf etdiyi məbləğdən cəmi 13.000 manatını qaytarıb. Belə olan halda ondan iddiaçının xeyrinə cəmi 27.000 manat pul tutulmalıdır. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd edir ki, öhdəliyə o, vaxt xitam verilə bilər ki, onun kreditorun xeyrinə lazımınca icrası mülki iş materialları ilə təsdiq edilmiş olsun (Mülki Məcəllənin 528-ci maddəsi). Eyni zamanda, əgər borclu kreditora öhdəliyinin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir (Mülki Məcəllənin 529.3-cü maddəsi). Hazırki halda cavabdehin sözügedən müqavilə üzrə öhdəliklərini iddiaçının xeyrinə lazımınca icra etməsi mülki iş materialları ilə istisna olunur. Belə ki, cavabdeh iddiaçıya öhdəliyinin təsdiqi üçün borc sənədi, yəni notarial qaydada təsdiq edilmiş “borcun etirafı haqqında müqavilə”ni verdiyi halda, iddiaçı həmin müqavilə üzrə öhdəliyin icrasını tam və lazımınca icra etməsinə dair cavabdehə belə bir sənəd verməyib. Həmçinin qeyd olunan müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən iddiaçının xeyrinə tam və lazımınca icra edilməsinə dair həmin müqavilənin üzərində hər hansı qeydiyyat aparılmayıb. Azərbaycan Respublikası MPM -nin 81-ci maddəsinin mənasına görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, cavabdehin kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətində göstərdiyi digər dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respu blikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli, 2(103)-6975/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar