Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-244/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti) qarşı “fərdi yaşayış evindən çıxarılma tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və N Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X22 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, nümayəndə X4, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili X23 oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3130/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 55 saylı MİKS tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışına əsasən İddiaçı ünvan 1 ünvanda pasport qeydiyyatındadır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-1116/2003 nömrəli, xx.xx.2003-cü il tarixli qətnaməsi ilə İddiaçı X3evə pasport qeydiyyatına alınmışdır. 55 saylı MİKS tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışa əsasən cavabdeh X15, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 ünvan X ünvanda qeydiyyatsız yaşayır, Mməcburi k öçkündür. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin məsələləri üzrə Dövlət Komitəsinin Nərimanov Rayonu üzrə Sektoru tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 Mməcburi köçkündür, ailə üzvləri Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 ilə birlikdə x 1 ünvanında müvəqqəti məskunlaşmışdır. xx.xx.2015-ci tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 alıcı X3 ünvan 5 ünvanında yerləşən mənzili 50 000 manat qiymətinə satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvan da yerləşən evdən Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 6 nəfər ailə üzvü ilə birlikdə Mməcburi köçkün düşmüşdür. 1995-ci il tarixdən N qəsəbəsində yerləşən KMZ-nin pansionatında məskunlaşmış, 1998-ci ildə uşaqları böyüdüyündən və məskunlaşdıqları yer darısqal olduğundan torpaq alıb ev tikmək qərarına gəlmişlər. Həmin zaman yaşadıqları yerin yaxınlığında yəni İsaqzadə qəsəbəsində X3 adlı qadın 0,02 ha torpaq sahəsi və həmin torpaq sahəsinin içində 3x4 olan 1 otaqlı evi satdığı, otağa və torpaq sahəsinə baxarkən, torpaq sahəsinə bitişik 0,05 ha torpaq sahəsini də x2 adlı başqa bir qadının satdığı məlum olmuşdur. Ona görə də X3 və x2 ilə razılaşıb, X3dan 0,02 ha sahəsini və bir otağı, x2dən isə həmin torpaq sahəsinə bitişik olan 0,05 ha torpaq sahəsini almışdır. Qeyd olunan torpaq sahəsinin içində olan 12 kv metr sahəsi olan ev balaca olduğundan, ona bitişik mətbəx və əl otağı tikib 1998-ci il tarixdə 6 nəfər ailə üzvü ilə birlikdə ora köçərək, həm orada, həm də pansionatda yaşamış, Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2003-cü il tarixli 2-1116/2003 saylı qətnaməsi ilə həmin mənzilə iddiaçının istifadə hüququ tanınmış və həmin mənzilə pasport qeydiyyatına düşmüşdür. Bu günə kimi də həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçının ailə üzvləri ilə birlikdə 1998-ci il tarixdən həmin mənzildə yaşamağı Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2003-cü il tarixli 2-1116/2003 saylı qətnaməsi ilə təsdiq olunmuşdur. 2014-2015-ci illərdə ünvan 6 ünva nda olan 1 otaqlı evi ona bitişik əlavə tikililəri söküb, yerində ikimərtəbəli ev tikmək qərarına gəlmişlər. Evin yarısından çoxu tikilmiş, qaynı Cavabdeh1 ustalara nəzarət etmişdir. Çünki Murad həmin vaxt heç bir yerdə işləmirdi. Şəbəkə oyunları nəticəsində borca düşmüşdü. İddiaçı hər iki mərtəbənin tikib başa çatdırdıqdan sonra orada yaşamaq üçün əvvəlcə 2-ci mərtəbəni, sonra isə 1-ci mərtəbəni təmir etdirmişlər. Lakin qaynı Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşadığı ünvan Jsaylı mənzilini şəbəkə oyunları nəticəsində borca düşdüyündən satıb borcunu ödəmiş, bu səbəbdən kirayədə yaşamışdır. Kirayə haqqını ödəyə bilmədiyindən, müvəqqəti olaraq iddiaçıya və ailə üzvlərinə məxsus ünvan 1 ünvanda yerləşən 9 otaqdan ibarət ikimərtəbəli evdə yaşamaq üçün iddiaçıdan icazə istəmiş, iddiaçı razıl aşaraq, evin 2-ci mərtəbəsində yerləşən 5 otaqda onların yaşamasına icazə vermişdir. İddiaçı və ailəsi 1-ci mərtəbəni təmir edib, ora köçəndən sonra bütün hər bir şey onlara aydın olmuşdur. Cavabdeh1 özü gecə-gündüz televizorun, maqnitofonun səsini ucadan verərək, iddiaçı və ailəsini rahat olmağa qoymamaqla yanaşı uşaqları öyrədirdi ki, 2-ci mərtəbədə otaqlarda ora-bura qaçaraq, atılıb-düşsünlər, polu təpikləsinlər və ucadan qışqıraraq səs-küy salsınlar. Onların bu hərəkətlərinə irad bildirdikdə, Cavabdeh1 öz evimdi özüm bilərəm, siz kimsiniz ki, mənimlə belə danışırsınız demişdir. Cavabdeh ailə üzvləri ilə birlikdə onun evdən çıxmaqdan imtina etmiş, hətta cəhd göstərmişdir ki, qeyd olunan evi öz adına keçirsin. İddiaçı və ailə üzvləri özlərinə məxsus olan evə girib yaşaya bilmirlər. Onl arın və ətrafında olan şəxslərin bu qanunsuz hərəkətlərindən 102 xidmətinə və hüquq mühafizə orqanlarına müraciət etmiş, hazırda Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır. İddiaçı Cavabdeh1 və ailə üzvlərinin könüllü olaraq evindən çıxmasını tələb etsə də, o qətiyyətlə evdən çıxmayacaqlarını bildirir. Cavabdeh1 iddiaya etiraz edərək bildirmişdir ki, həmin evi o, öz maddi vəsaiti hesabına inşa edib və hazırda ona sahiblik və istifadə hüquqlarından istifadə edərək orada ailəsi ilə birlikdə yaşayır. Belə ki, o, 2015-ci ilin əvvəllərində özünə məxsus olan ünvan X ünvanındakı ikiotaqlı mənzili satıb əvəzində nisbətən geniş həyət evi tikmək qərarına gəlmişdir. Həmin ərəfədə münasibətləri yaxşı olan qardaşı X3 ona bildirdi ki, həyat yoldaşı İddiaçı evinin yanında 1,4 sot sahəsi olan sən ədsiz torpaq var, həmin sahəyə müvəqqəti sahiblik edir və orada özünün hər hansı tikinti aparmağa imkanı olmadığına görə onun özü üçün ev tikməyinə etiraz etmir. O, özünə məxsus ikiotaqlı mənzilini satmış, ondan iki gün sonra, yəni xx xxxxxx 2015-ci il tarixdən xx xxxxx 2015-ci il tarixədək müddət ərzində mübahisəli evi inşa etmiş və ailəsi ilə birlikdə ora köçmüşdür. Həmin vaxtdan orada məcburi köçkün kimi qeydiyyatdadırlar. xx xxxx 2017-ci il tarixli məhkəmə iclasında məhkəmə öz təşəbbüsü ilə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 2(005)-5334/2017 nömrəli, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabde hlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 İddiaçı pasport qeydiyyatında olduğu N qəsəbəsi, X6 ünvanda yerləşən mənzildən çıxarılmaları və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 6 nəfər ailə üzvü ilə birlikdə Mməcburi köçkün düşmüş, 1995-ci il tarixdən N rayonunda yerləşən KMZ-nin ponisanatında məskunlaşmışlar. Daha sonra N Rayon Bakı Batumi küçəsindən torpaq sahəsi almış, 1998-ci il tarixdən ailə üzvləri ilə birlikdə köçərək həmin ünvanda yaşamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-1116/2003 nömrəli, xx.xx.2003-cü il tarixli qətnaməsi ilə İddiaçı X3evə pasport qeydiyyatına alınmışdır. X3evin əvvəlcə ikinci mərtəbəsini, daha sonra isə birinci mərtəbəsini təmir etdirmişlər. Bu müd dətdə qaynı Cavabdeh1 qardaşına kömək məqsədilə evin tikintisində iştirak etmişdir. İddiaçı və ailəsi M ünvanda yerləşən 2 mərtəbəli 9 otaqlı evdə cavabdeh və ailəsinin yaşamasına razılıq vermişlər. Tərəflər arasında münasibətlərinin pozulmasına baxmayaraq cavabdehlər iddiaçının mülkiyyətində olan yuxarıda qeyd edilən mənzildə yaşamaqda davam etmişdir. İddiaçı cavabdehlərin heç bir hüququ olmadan həmin mənzildə yaşamasını onun mülkiyyət hüququnun pozulması kimi qiymətləndirir və məhkəmədən mülkiyyəti üzərində hüquqlarının bərpa olunmasını tələb edir. Cavabdehlər həmin mənzildə heç bir hüququ olmadan yaşamasını etiraf edir. Cavabdeh1 iddiaçı ilə yox, onun həyat yoldaşı, qarşı N X1lə mübahisəsi olduğunu, ancaq həmin mübahisənin X3evlə yox, M ünvanda yerləşən evlə bağlı olduğunu bildirmişdir. Eyni zamanda X3evdən çıxmağa hazır olduğunu bildirmişdir. Məhkəmə hesab etmişdir ki, iddianın cavabdehlərin mənzildən çıxarılması hissəsində təmin olunması qanuni və ədalətli olmaqla, həm də ədalət mühakiməsinin məqsədlərinə uyğundur. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2, 152, 157.8, 158.4-ci maddələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına istinadla əsaslandırmışdır. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hazırkı iş üzr ə olan xx xxxxxxx 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, cavabdehlərin mübahisəli M evdə yaşadıqlarını, məhkəmənin həmin evləri qarışıq saldığını qeyd etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər - Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Elşən Kazımov) xx xxxxxx 2018-ci il tarixli qətnaməsi 2(103)-22/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətin də onların M ünvanda yox, həmin ünvanın 2/6 saylı evində yaşamalarına dair göstərdikləri dəlillər kollegiya tərəfindən keçirilmiş yerli baxış zamanı və işdə olan digər sübutlarla təkzib olunur. Apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq hesab etmişdir ki, iddianın cavabdehlərin mənzildən çıxarılması hissəsində təmin olunması qanuni və ədalətli olmaqla, həm də ədalət mühakiməsinin məqsədlərinə uyğun olduğundan, birinci instansiya məhkəməsi hazırkı iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir İşə baxan birinci instansiya məhkəməsi həmçinin Cavabdeh1 oğlunun məhkəmə baxışı zamanı verdiyi izahata münasibət bildirərək, cavabdehə ünvan 13 ünvanda yerləşən mənzilin tikintisinə və təmirinə görə çəkdiyi xərclə rlə bağlı məhkəmədə ümumi qaydada iddia qaldırmaq hüququnu izah etmişdir. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.8, 158.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – Əhməd Əhmədov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov və İlqar Dəmirov) xx xxxxxx 2019-cu il tarixli, 2(102)-8078/2019 nömrəli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti qismən təmi n edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(103)- 22/2018 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Kassasiya instansiyası məhkəməsi tərəfində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin iddia etdikləri N saylı evlərin eyni evlər olub-olmamasını, ümumiyyətlə Bakı şəhəri, ünvan 14 ünvanda faktiki olaraq neçə evin olmasını, həmin evlərin tikinti məqsədləri üçün ay rılan torpaq sahəsində və ya buna lazımi icazələr almaqla tikilib-tikilməməsini, kimin tərəfindən tikilməsini aydınlaşdırmadan, bunun üçün ən azından mübahisəli evin yerləşdiyi torpaq sahəsinin hüquqi statusunu müəyyən edib torpaq sahəsinin mülkiyyətçisini işə baxılmağa cəlb edib hazırki mübahisəli məsələyə onun münasibətini öyrənmədən, əgər eyni Msaylı ünvan verilmişdirsə də, eyni evə fərqli ünvanların hansı əsasa, nəyə görə verilməsini araşdırmadan, həmçinin eyni evə dair fərqli arayışlar vermiş 55 saylı MKİS-nin rəisinin, Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Nərimanov rayonu üzrə sektor müdirinin və digər qurumların vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə hüquqi qiymət vermədən, onların səlahiyyətli nümayəndələrinin hazırki mübahisəli məsələyə münasibət lərini öyrənmədən, eləcə də iddiaçının N qəsəbəsi, X3 saylı evə pasport qeydiyyatına düşməsinə əsas olmuş İddiaçı cavabdeh Nərimanov rayon Polis İdarəsinin Qeydiyyat və X2rşı “vəzifəli şəxsin qeyri-hüquqi hərəkətlərindən şikayətinə dair” 21116/2003 saylı mülki işi tələb edib ona baxış keçirmədən, həmin iş üzrə N rayon məhkəməsinin xx xxxx 2003-cü il tarixli qətnaməsinə əsasən iddiaçının hansı evə daimi pasport qeydiyyatına alınmasını dəqiqləşdirmədən, xüsusi bilik tələb edən qeyd olunan sualları aydınlaşdırmaq üçün iş üzrə müvafiq ekspertiza keçirib və ya mütəxəssis cəlb edib rəy almadan, yalnız birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslərin ifadələrinə və mübahisəli ünvana yerli baxış keçirməklə iddiaçının iddia etdiyi 2/5 saylı evlə, cavabdehlərin faktiki yaşadıqlar ı 2/6 saylı evin fərqli ünvanlar olmasına və cavabdehlərin iddiaçıya məxsus 2/5 saylı evdə yaşamalarına dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin mənasına görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Digər tərəfdən iddiaçı, iddia ərizəsində 2/5 saylı evin yerləşdiyi 0.2 ha torpaq sahəsini X3 adlı qadından, ona bitişik 0.05 ha torpaq sahəsini isə x2 adlı qadından satın aldığını göstərsə də, işdə, bu barədə heç bir mötəbər yazılı sübut yoxdur və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin faktiki yaşa dıqları evin hüquqi vəziyyətinə aydınlıq gətirmədən, iddiaçının iddia etdiyi 2/5 saylı evlə, 2/6 saylı evin eyni evlər olub-olmamasını tam, hərtərəfli və obyektiv araşdırmadan, cavabdehlərə qarşı iddia qaldırmış iddiaçının 2/6 saylı evdən onların çıxarılmasına dair iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olubolmamasını aydınlaşdırmadan, N saylı evlərə dair aidiyyəti orqanlar tərəfindən verilmiş çoxsaylı sənədlərə hüquqi qiymət vermədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən m üəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını nəzərə alıb, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini əsas tutub, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab etmişdir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci m addəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.1, 55, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2-ci maddələrinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına istinadla əsaslandırmışdır. Mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinı qaytarılmışdır. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Raqib Qurbanov - sədrlik edən və məruzəçi, Cahangir Yusifov və Vüsalə Baxışova) xx xxxx 2020-ci il tarixli 2(103)-3130/2020 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5334/2017 saylı m ülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilərək, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 qarşı ünvan 13 ünvanda yerləşən evdən Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 çıxarılmaları barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçının istinad etdiyi halları (mübahisəli evin istifadəsində olan torpaq sahəsində onun vəsaiti hesabına inşa edilməsi) və Mülki Məcəllənin 11.1-ci maddəsinin (qanunun analogiyası) tələblərini nəzərə alaraq apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin halları və qeyd olunan maddənin d ispozisiya şərtlərinə görə iddianın əsaslı hesab edilməsi üçün müəyyən edilməlidir ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçının qanuni istifadə və sahibliyində olan torpaq sahəsidir, həmin ev yalnız iddiaçı tərəfindən inşa edilmiş, lakin cavabdehlər qanunsuz olaraq həmin torpaq sahəsi və evdən istifadə edirlər. Hazırkı işdə isə bu şərtlərin mövcudluğu təsdiq olunmur. Belə ki, mübahisəli torpaq sahəsinin iddiaçının qanuni istifadəsinə verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş və hər iki tərəflə ortaq qohum olan şahidlər X7, X10, X8, X5 və X1 və tikintidə işləyən digər şahid X9 ifadələrinə əsasən isə müəyyən olunur ki, mübahisəli evin tikintisində həm iddiaçının əri X4, həm də Cavabdeh1 vəsaiti xərclənmişdi r. Göründüyü kimi, mübahisəli ev iddiaçı ilə Cavabdeh1 birgə vəsaiti hesabına ortaq inşa edilmiş və hazırda da birinci mərtəbədə iddiaçı, ikinci mərtəbədə isə cavabdehlər yaşayırlar. Bu baxımdan kollegiya hesab etmişdir ki, iddiaçı cavabdehlərin həmin evdən çıxarılmasını tələb etməkdə haqlı deyildir. Ona görə də, iddia tələbləri rədd edilməlidir. İddiaçının həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmasına dair kollegiya qeyd edir ki, qeydiyyatın məqsədi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda açıqlanmışdır. Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer ü zrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi qeydiyyat hər hansı hüquq yaratmır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Sonuncuya dair kollegiya qeyd edir ki, əşyalara dair əmlak hüquqlarının yaranması, qeydiyyat ı və s. məsələləri tənzimləyən mülki və mənzil qanunvericiliyinin tələblərinə görə iddiaçının mübahisəli yaşayış sahəsinə dair istifadə hüquqları yaranmamışdır. Çünki yuxarıda da qeyd olunduğu kimi Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının əldə edilməsi mümkün deyildir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)8078/2019 saylı qərarında qeyd edilən göstərişlərlə bağlı kollegiya qeyd etmişdir ki, mübahisəli evin N qəsəbəsi, Batumi küçəsində yerləşməsi, həmin evin yeni inşa olunması və evin birinci mərtəbəsində iddiaçının, ikinci mərtəbəsində isə cavabdehlərin ailə üzvləri ilə birlikdə yaşamaları işin mübahisəsiz hallarıdır. Ona görə də, prosessual qənaət prinsipi baxımın dan mübahisəli evin hansı nömrəli ev olmasının araşdırılmasına zərurət yoxdur. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180, 180.1, 157.2-ci maddələrinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa istinadla əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-cu il tarixli 2(103)-3130/2020 nömrəli qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin apellyasiya şikayətində onların Bakı şəhəri X3 ünva nda yox, həmin ünvanın 2/6 saylı evində yaşamalarına dair göstərdikləri dəlillər ilkin kollegiya tərəfindən keçirilmiş yerli baxış zamanı və işdə olan digər sübutlarla təkzib olunmuşdur. Məhkəmə kollegiyası Cavabdeh1 özünə məxsus olan x 1 saylı mənzilini 50000 manata satmasına tənqidi münasibət bildirməmişdir. Belə ki, heç bir kəs özünə məxsus evi satıb, 5 nəfərdən ibarət ailə üzvləri ilə gəlib qardaşı ilə şərikli ev tikdirib, şərikli evdə yaşamağı özünə rəva belə bilməzdi. Bu kimi hal Cavabdeh1 şəbəkə oyunları ilə uduzub borca düşməsini, satdığı evin pulunu borca ödəməsini təsdiq edən hallardan biri və ən vacibidir. Bununla yanaşı, Cavabdeh1 həmin 50000 manat pul məbləğinin hamısını şəbəkə oyunları ilə borca düşdüyü şəxslərə qaytarmış, özü tam pulsuz bir vəziyyətdə qalmışdı. Bunlardan baş qa, Cavabdeh1 həmin vaxt heç bir maddi vəsaiti olmamışdır, satdığı mənzilin pulu ilə borcunu ödəmişdi və bu səbəbdən sığınmaq üçün qardaşı X3un yanına gəlmişdi. Şahidlərin göstərdikləri, Cavabdeh1 vəsaiti xərclənmişdir, həmin vəsait X3 tərəfindən tikintinin aparılması işi üçün ona verdiyi vəsait olmuşdur və bu halın özü də şahid ifadələri ilə təsdiqini tapmışdır. Məhkəmə mübahisəli torpaq sahəsinin iddiaçının qanuni istifadəsinə verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməməsinə istinadetmişdir. Halbuki mübahisəli evin tikilmiş olduğu torpaq sahəsinin 1998-ci ildən qanuni olmasa da iddiaçının və ailəsinin faktiki istifadə və sahibliyində olması tam surətdə təsdiqini tapmışdır. Həmin vaxt orada yerləşmiş evə və torpaq sahəsinə onun istifadə hüququ Nərimanov rayon Məhkəməsinin 2/1116/20 03 saylı qətnaməsi ilə tanınmışdır. Cavabdeh1 və nümayəndəsi isə hətta apellyasiya məhkəməsinin bu sonuncu məhkəmə baxışında da torpaq sahəsinin boş olduğunu, kimsənin istifadəsində olmadığını, həmin sahənin iddiaçı və ailəsinə aidiyyətinin olmadığını dəfələrlə vurğulayıb, yalan izahat verməkdən çəkinməyiblər. Cavabdeh1 isə əvvəlki məhkəmə baxışında torpağın onların istifadə və sahibliyində olmasını etiraf etmiş, lakin guya maddi imkansızlığı səbəbindən tikinti aparmaq gücündə olmadığını göstərmişdi. Bu da onun yalanlarından biridir. Ən azından həmin vaxt iddiaçıya pansionatdakı tikililərinin söküntüsü ilə bağlı kompensasiya məbləği ödənilmişdir və bu məbləğin özü belə sərbəst surətdə tikinti işləri aparmağa imkan verirdi. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində Ali Məhkəməsinin iş üzrə göstərişlərinə də əməl edilməmişdir. Belə ki, iş üzrə Ali Məhkəmə Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)8078/2019 saylı qərarı ilə “N saylı evlər eyni evdir, yoxsa ayrı-ayrı evlər”, “N saylı ünvanda faktiki olaraq neçə ev var”, “torpağın mülkiyyətçisi işə cəlb olunsun, həmin mübahisəyə münasibəti”, “N ünvanlarını kim verib, nəyə əsasən verib”, “N arayışlarını vermiş olan MKİS rəisinin, Qaçqınkomun Nərimanov şöbəsinin və digər qurumların nümayəndələrinin işə cəlb olunması, münasibətlərinin öyrənilməsi, hərəkətlərinə hüquqi qiymət verilməsi”, “İddiaçı barədə 2/1116/2003 saylı mülki iş tələb edilsin, öyrənilsin, dəqiqləşmə aparılsın”, “ekspertiza rəyi və mütəxəssis rəyi tələb edilsin kimi göstərişlərinə əməl olunmamışdır. Məhkəmə kollegiyası yalnız şahid ifadələrinin elanı il ə kifayətlənmiş, heç bir araşdırma aparılmamışdır. Qeyd olunan faktlarla bir daha təsdiq olunur ki, Apellyasiya məhkəməsi göstərilən hüquq normalarını düzgün surətdə tətbiq etmədən Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin ləğvi barədə əsassız qətnamə çıxarmışdır. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 158-ci, MPM-nin 77, 88, 106, 420-ci maddələrinin normaları düzgün tətbiq və təfsir olunmamışdır. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil və nümayəndəsi X13 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3130/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qət naməsindən tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh2 nümayəndəsi və vəkili X23 oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsi apelyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPMnin 67.1-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhk əmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. (İ və İV hissələri) Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrıl mayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası nın Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiya sı məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən e dilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən, mübahisəli ev iddiaçı ilə Cavabdeh1 birgə vəsaiti hesabına ortaq inşa edilmiş və hazırda da birinci mərtəbədə iddiaçı, ikinci mərtəbədə isə cavabdehlər yaşayırlar. Mə hkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Həmçinin qətnamə qəbul edilərkən Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələblərinə əməl edilərək, kassasiya məhkəməsinin göstərişləri nəzərə alınmış, kassasiya şikayətində istinad edilən icra edilməmiş göstərişlərə münasibətdə isə apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisə predmetini təşkil edən evin N qəsəbəsi, Batumi küçəsində yerləşməsi, həmin evin yeni inşa olunması və evin birinci mərtəbəsində iddiaçın ın, ikinci mərtəbəsində isə cavabdehlərin ailə üzvləri ilə birlikdə yaşamalarına görə prosessual qənaət prinsipi baxımından mübahisəli evin hansı nömrəli ev olmasının araşdırılmasına zərurət yoxdur. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları dü zgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Buna görə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelly asiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3130/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.